Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY
7ci sinif riyaziyyat 7ci sinif riyaziyyat ksq 7ci sinif riyaziyyat ksq 6 riyaziyyat ksq 6 7ci sinif bütün ksqler riyaziyyat bütün ksqler 7ci .
Riyaziyyat 7 Ci Sinif Metodik Vesait
Bu videoda sizlərlə 7-ci sinif Riyaziyyat. Metodik vəsait. Çoxhədli. Orta perpendikulyar paylaşdıq. Kanala Abunə olub videonu .
5 месяцев назад
7-ci sinif riyaziyyat. KSQ 1 (2022-2023)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
1 месяц назад
7 ci sinif BSQ 1 Riyaziyyat yeni dersliye esasen#ksq #sinaq #7sinif #mso #2023 #bsq
10 месяцев назад
7-ci sinif riyaziyyat. KSQ 9 (2022)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
4 месяца назад
7-ci sinif riyaziyyat. KSQ 2 (2022-2023)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
3 месяца назад
7 sinif ksq 3 riyaziyyat yeni kitaba esasen.mso 3 #ksq#bsq#mso#yazili
1 год назад
Riyaziyyat 7,KSQ 5
4 месяца назад
7-ci sinif Riyaziyyat KSQ 2 (cavablarį ilə)
Abunə olmağı bəyənməyi unutmayın~ Dərslərinizdə uğurlarr~ Dəstəyiniz üçün təşəkkürlər~
2 месяца назад
7-ci sinif riyaziyyat. KSQ 4 (2022-2023)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
3 года назад
RİYAZİYYAT 7 / #BSQ № 1
2 месяца назад
7 ci sinif yeni dersliye esasen KSQ 4 .#7sinif #riyaziyyat #mso #ksq4#sinaq
3 месяца назад
7-ci sinif Riyaziyyat KSQ 4(cavabları ilə)
Abunə olmağı bəyənməyi unutmayın~ Dərslərinizdə uğurlarr~ Dəstəyiniz üçün təşəkkürlər~
5 лет назад
Kürdəmir rayonu Quşlar kəndi ümumi orta məktəb 7 ci sinif Tarix dərsi
4 месяца назад
7-ci sinif Riyaziyyat KSQ-2
2 года назад
7-ci sinif sınaq imtahanı 7 (27.02.2021). Riyaziyyat suallarının izahı.
Salam, əziz şagirdlərimiz. Bu videoda siz 27 fevral tarixində keçirilmiş sınaq imtahanında istifadə olunmuş Riyaziyyat suallarının .
2 года назад
6 cı sinifdə təcrübə ❤❤❤
1 год назад
Riyaziyyat 7 ci sinif ksq 3 cavablar rəydə ❣️
3 месяца назад
7 -ci Sinif müəllimlər üçün yeni Ingilis dili metodik vəsait #ingilisdili #cavablar#müəllim
Teleqram Və İnstaqram Kanallarına abone olmaqla sizə lazim olan pdf-ləri əldə edə bilərsiz . İzahının istədiyiniz mövzuları qeyd .
3 недели назад
7ci sinif riyaziyyat ksq 6 (cavablarla) #ksqler #riyaziyyat #shorts #summativ #7cisinif #ksq6
7ci sinif riyaziyyat 7ci sinif riyaziyyat ksq 7ci sinif riyaziyyat ksq 6 riyaziyyat ksq 6 7ci sinif bütün ksqler riyaziyyat bütün ksqler 7ci .
Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY
1 Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: Bakı Nəşr, Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY
2 Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmun baxımından; 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmunu baxımından. 1. Məzmun baxımından Dərslik komplekti müəllim üçün metodik vəsait və şagird üçün dərslikdən ibarətdir. Dərslik komplektinin strukturu haqqında müəllim üçün metodik vəsaitdə məlumat verilmişdir. Bu komplektin məzmun standartlarını tam əhatə etməsinə baxmayaraq, bəzi alt-standartların reallaşmasında qüsurlar var. Komplektdə informasiyaların həcminin ölçülməsi ilə bağlı verilmiş izahat alt-standartının tələblərindən daha çox məlumatı özündə ehtiva edir ki, bu da şagirdləri anlaşılmaz vəziyyətə sala bilər. Belə ki, 5-ci sinif üzrə riyaziyyatın məzmun standartlarında belə nəzərdə tutulmayan məlumatların burada özünə yer alması fənlərarası inteqrasiya baxımından düzgün deyil. Səhifə 10-da 1-ci abzasda sadalanan qurğularla kompyuteri eyniləşdirmək doğru deyil. Səhifə 15-də Deməli, qlobus Yer kürəsinin, heykəl hansısa şəxsiyyətin, maneken insanın maddi modelidir cümləsi doğru deyil. Qlobusun Yerin modeli kimi qəbul edilməsi normaldır, amma heykəlin hansısa şəxsiyyətin, manekenin insanın maddi modeli kimi qəbul edilməsi mübahisəli məsələdir. Səhifə 19-da informasiya vahidlərinə 1 terabayt ın əlavə edilməsini müasirlik tələb edir. Bu səhifədə Araşdıraq-öyrənək bölməsində verilmiş 2-ci şəklin alt yazısı doğru yazılmamışdır. CD-ROM yox, sadəcə CD yazılmalıdır. Necə ki, 4-cü şəkil üçün DVD yazılmışdır. Elə həmin səhifədə Sual və tapşırıqlar bölməsində verilmiş 1-ci məsələnin şərti qeyri-dəqiqdir. Məsələnin şərtinə ən azı sözü əlavə edilməlidir. Səhifə 26-da şəkildə siçan vasitəsilə komandalar verilir əvəzinə, idarəetmə əməliyyatları yerinə yetirilir deyilməsi tövsiyə edilir. Rus variantında proqram anlayışında düzəlişə ehtiyac var. Səhifə 27-də əməliyyat sistemlərinin siyahısına bu gün yayılmasına görə dünyada II yeri tutan Mac OS un əlavə edilməsi məqsədəmüvafiq olardı. 2
3 Səhifə 28-də verilmiş materialda istifadə olunmuş masanın gözləri söz birləşməsinin masanın siyirmələri söz birləşməsi ilə əvəzlənməsi məqsədəuyğundur. Həmin səhifədə Fəaliyyət bölməsinin 5-ci bəndində dili göstərən düymə deyil, dil siyahısı və ya paneli olmalıdır (səhifə 31-də klaviatura indikatoru, saat indikatoru kimi ifadələr verilmişdir). Səhifə 29-da Nəticəni müzakirə edək bölməsində vaxtı göstərən düymə deyil, səhifə 28-də Fəaliyyət bölməsinin 4-cü bəndində olduğu kimi saat indikatoru göstərilməlidir. Elə həmin səhifədə 2-ci abzasda Tapşırıq zolağının sağ tərəfində indikator paneli yerləşir cümləsi əlavə edilərək, sonra saat indikatoru və s. nümunə kimi göstərmək olar. Yenə həmin səhifədə çıqqıltı haqqında izahda siçanın yalnız sol düyməsinin basılması qeyd olunmuşdur. Onda belə bir sual yaranır siçanın sağ düyməsinin basılmasına nə deyilir? Səhifə 31-də Fəaliyyət bölməsindəki 1-ci sualda klaviatura indikatorunu yox, klaviaturanın dil indikatorunu tapın olmalıdır. Burada 5-ci sualda saat indikatorunu açmaq üçün siçanın sol düyməsini qoşa çıqqıldatmaq yox, sadəcə çıqqıldatmaq lazımdır verilməli və sonuncu cümlə Açılan çərçivələr menyuya nə ilə oxşayır yox, hansı xüsusiyyətlərinə görə oxşayır olmalıdır. Səhifə 32-də 1-ci abzasda Menyu sözünün izahı ilə repertuar və proqram sözləri uyğun deyil. Repertuar və proqramda seçim yoxdur. Məhz bu səbəbdən onlar belə adlanır. Burada 2-ci abzasda hər bir menyu komandalar siyahısından deyil, bəndlərdən ibarətdir (Rus variantında düzgündür). Bu bəndlərdə əmrlər, simgələr, xüsusiyyətlər və s. göstərilə bilər. Elə həmin səhifədə sonuncu cümlədə alt menyu da deyilir ifadəsində da ədatı silinməlidir. Səhifə 33-də 1-ci abzasda File Close seçimi deyil, yerinə yetirilməni göstərir. Elə həmin səhifədə verilən Kontekst sözü açıqlanmalıdır (lat. contextus – birləşmə, əlaqə ). Səhifə 34-də Fəaliyyət bölməsindəki 1-ci sualda New Folder komandasını seçin deyil yerinə yetirin yazılmalıdır. Ümumiyyətlə, menyudan əmrlər seçildikdən sonra sol düymənin 1 dəfə sıxılması ilə yerinə yetirilir. Elə həmin səhifədə Fəaliyyət bölməsindəki 1-ci sualda İş masasının ixtiyari yerində siçanın sağ düyməsini çıqqıldadın. verilmişdir. Bu cümləyə iş masasındakı simgələrin üzərində olmadan fikri əlavə olunmalıdır. 3
4 Səhifə 36-da şəkildə Qovluqla iş ə Köçürmək əlavə edilməsi və onun Yerini dəyişmə dən fərqi izah edilməsi tövsiyə olunur. Səhifə 39-da 2-ci abzasda Pəncərənin təpəsi deyil, pəncərənin küncü demək lazımdır. Mötərizədə oxların hər 3 görünüşünün verilməsi tövsiyə edilir. Səhifə 45-də Fəaliyyət bölməsinin 3-cü bəndindəki sonuncu cümlədə yerləşdirin sözündən sonra və siçanın sol düyməsini buraxın. Əməliyyatları lazımi sayda təkrarlayın fikri əlavə edilsə və ardı (və CTRL klavişini buraxın) saxlanılsa, daha doğru olar. Səhifə 52-də OpenOffice.org proqramının pəncərəsinin təsviri verilmişdir. Bu təsvirin verilməsi şagirdlər üçün artıq yüklənmədir. Səhifə 55-də Fəaliyyət bölməsinin 4-cü bəndi Word proqramına aiddir. 5-ci bənddə isə 2-ci cümlədə qarışıqlıq əmələ gəlir. Eyni bir proqrama uyğunlaşdırmaq tövsiyə olunur. Ya Word, ya da WordPad proqramına uyğunlaşdırmaq lazımdır. Səhifə 67-də 1-ci abzasda və şəkildə alqoritmin 3 növünün olması göstərilir. Sonrakı abzasda isə yalnız 2 növü açıqlanır. Dövrü alqoritm haqqında məlumat verilməlidir. Həmin səhifədə ikinci abzasın birinci cümləsində yazıldığı ardıcıllıqla sözlərindən sonra bir xətt üzrə sözlərinin əlavə edilməsi və ikinci cümlədən sonra Bu alqoritmin ardıcıllığında buqadlanma yaranır. cümləsinin əlavə edilməsi tövsiyə edilir. Səhifə 74-də ALPLogo proqram pəncərəsinin Mesaj bölümü nün olması və onun vəzifəsi göstərilməyib. Səhifə 91-də WWW abreviaturası göstərilməli, sonra açıqlanmalıdır. Dərsliyin sonunda lüğətin və ALPLogo proqramının əmrlərinin izahlı siyahısının verilməsi tövsiyə edilir. 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan Dərslik şagirdlərin yaş və fizioloji xüsusiyyətlərinə tam uyğundur. 3. Dizayn və bədii tərtibat baxımından Dərsliyin bütün cüt səhifələrində səhifə nömrəsi çətinliklə görünür. Səhifə 8-də verilmiş rəsm o qədər də yaxşı deyil, xüsusən də müəllim şəkli. 4
5 Səhifə 52-də şəkildə verilmiş OpenOffice.org Writer mətn redaktorunun Menyu və Formatlama alətləri zolağı nın göstəricisi zolağın üzərində verilməmişdir. Göstəricinin zolağın üzərində verilməsi doğru olardı. 4. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmunu baxımından MMV tam yararlıdır. Lakin buna baxmayaraq vəsaitdə bəzi qüsurlar var. Bunlar aşağıdakılardır: Səhifə 41-də Kiçik summativ qiymətləndirmə üçün verilən 3-cü sualın cavab variantlarında səhv var. Belə ki, İnsanlar televizora baxarkən hansı növ informasiya almırlar? soruşulur. Cavablarda isə B) qoxu və D) dad verilmişdir. Səhifə 57-də Kiçik summativ qiymətləndirmə üçün verilən 2-ci sual səhifə 60-da Böyük summativ qiymətləndirmə üçün verilən 10-cu sualla eynidir. Nəticə 1. Dərsliyin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamə nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. 2. Dərslik komplekti fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan verir. 3. Dərslik komplektinə göstərilən iradlara müəlliflər tərəfindən münasibət bildirilmişdir. 5
Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait
Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait Müəllif: Kəmalə Cəfərzadə Bakı: Bakı Nəşr, 2012. Müəllim üçün metodik vəsaitlə bağlı
Comments are closed, but trackbacks and pingbacks are open.