Press "Enter" to skip to content

Fəxri Ağayev: İşləmək istəyənlər üçün, bu gün də Azərbaycanda iş var

Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların məhsullarının son alıcısının kim olmasının yoxlanılması prosesinə maneə törətmələri olub.

Azərbaycanda şirkət sahibi olmaq üçün nə etmək lazımdır? – FOTO

Öz işini qurmaq arzusu, istəyi çoxumuzda var. “Bircə şirkəti rəsmiləşdirib işə başlamaq qalır” deyənlər də az deyil.

Bəs rəsmi bir şirkətə sahib olmaq üçün hansı prosesi keçməliyik?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Biznes konsultant Vüsal Səlimov deyir ki, hər hansı rüsum ödəmədən 3 gün ərzində onlayn şəkildə şirkətimizi rəsmiləşdirə bilərik. Bunun üçün ilk olaraq Dövlət Vergi Xidmətinin nəzdində olan qurumlarda onlayn şəkildə qeydiyyatdan keçməliyik:

“Qeydiyyat zamanı sahibkar “ASAN İmza” almalı, yaratmaq istədiyi şirkətin adı, nizamnamə kapitalı, hüquqi ünvanı, direktor, sahibkar, yaxud sahibkarlar və s. bu kimi məlumatları əlavə etməlidir. O qədər də çox informasiya istənilmir. Vergi orqanı 3 gün ərzində müraciətinizə baxır. Daxil etdiyiniz məlumatda hər hansı uyğunsuzluq yoxdursa, bu müddətdə şirkətinizin qeydiyyatdan keçməsi ilə bağlı sizə bildiriş gəlir. Hər hansı uyğunsuzluq varsa, imtina verirlər, səbəbini də sizə bildirirlər. Onları aradan qaldırırsınız, qeydiyyata alırlar. Uyğunsuzluq nə ilə bağlı ola bilər? Məsələn, şirkətinizə vermək istədiyiniz ad əvvəlcə başqa şəxslər tərəfindən istifadə olunubsa, imtina olunur. Yaxud hüquqi ünvan müəyyən edilmədikdə imtina verilir”.

Şirkətinizin qeydiyyatdan keçməsi ilə bağlı sizə bildiriş gəldisə, Vergi Ödəyicilərinin İdentifikasiya Nömrəsi (VÖEN), reyestrdən çıxarış, Nizamnamə sənədləri onlayn formada sizin artıq Dövlət Vergi Xidmətinin elektron sistemindəki şəxsi kabinetinizə gəlir.

Növbəti görüləcək iş isə möhür əldə etməkdir. V.Səlimov bunun da asan proses olduğunu deyir:

“Bütün şirkətlərin möhürü olmalıdır, bu, dövlətin tələbidir. VÖEN-i olan fiziki şəxslər üçün möhür tələb olunmur, amma ala bilərlər. Bundan sonra direktor, yaxud fərdi sahibkar (Fərdi sahibkar VÖEN-i olan fiziki şəxsdir) mətbəə xidməti göstərən şirkətlərə öz hüquqi sənədlərini təqdim etməklə hətta bir gündən də az müddətdə möhür əldə edir”.

Daha sonra isə bank hesabı açmaq mərhələsi gəlir. Biznes konsultant bəzi banklarda onlayn hesab aça bilməyin mümkünlüyünü bildirdi:

“Şəxsi kabinetiniz vasitəsilə bank hesabı açmaq üçün Dövlət vergi Xidmətinə ərizə göndərirsiniz. Hansı bankda hesab açmaq istədiyinizi qeyd edirsiniz. 1-2 gün ərzində Dövlət Vergi Xidməti “Şəhadətnamə Dublikatı”nı qeyd etdiyiniz banka göndərir. Bundan sonra banka yaxınlaşıb hesab açırsınız. Hazırda bəzi banklar onlayn formada da bank hesabı açılması xidməti göstərirlər”.

Biznes konsultantın sözlərinə görə, paralel şəkildə icarə müqaviləsini də hazırlamaq olar:

“Təsdiq forması – hər iki tərəfin – icarə verən və icarəyə götürənin imzası, möhürü – hazır olduqdan sonra obyekti, öz biznes subyektinizi adınıza qeydiyyatdan keçirirsiniz, obyektə kod alırsınız”.

Bu prosesləri uğurla tamamladınızsa, şirkət olaraq rəsmi fəaliyyətə başlaya bilirsiniz. V.Səlimov deyir ki, qeydiyyat məsələləri kifayət qədər asandır və getdikcə daha da asanlaşır:

“Şirkətin istiqamətindən asılı olaraq lisenziya lazımdırsa, onun da əldə edilməsi prosedurları ildən-ilə sadələşdirilir”.

Şirkətlər böyüdükcə mikro biznesdən iri bizneslərə çevrilə bilirlər. Sahibkarlıq subyektləri ölçüsünə görə, kateqoriyalara bölünür. Əgər illik dövriyyə 200 min manatadəkdirsə, mikro sahibkar hesab edilirsiniz. 200 min manatdan 3 milyon manat arasındadırsa, kiçik sahibkarsınız. 3-30 milyon arası dövriyyə isə sizi orta sahibkar edir. 30 milyondan yuxarı olduqda isə artıq iri sahibkar sayılırsınız.

Mikro, kiçik və orta biznesləri götürsək, onlara dövlət tərəfindən təqdim edilən hər hansı güzəşt və imkanlar varmı?

V.Səlimov deyir ki, kiçik şirkətlər dövlətin müəyyən imkanlarından yararlana bilərlər:

“Hələ Dövlət Vergi Xidmətində şirkətin ilkin qeydiyyatı zamanı sizə hansı vergi ödəyici olmaq istədiyiniz barədə sual verilir. “Sadələşdirilmiş vergi”, “gəlir, yaxud mənfəət vergisi” (VÖEN-i olan fiziki şəxslərdə bu vergi “gəlir vergisi”, hüquqi şəxslərdə “mənfəət vergisi” adlanır), əlavə dəyər vergisi (ƏDV) var. İstədiyiniz vergi növünü seçirsiniz. Biznesə yeni başladığınız üçün sadələşdirilmiş, yaxud mənfəət (yaxud gəlir) vergisini məsləhət görərdim. Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatadək olan şirkətlər sadələşdirilmiş vergi ödəyicisi olaraq qala bilirlər. Sadələşdirilmiş vergi növünü seçmisinizsə, bu halda dövlətin təqdim etdiyi vergi güzəştindən istifadə edə bilirsiniz. O şirkətlər həmin dövr ərzində olan dövriyyələrinin 2 faizini ödəməklə vergi öhdəliklərini icra edirlər. Gəlir və ya mənfəət vergisini seçdikdə mikro sahibkarsınızsa, yeni yaradılmış şirkətsinizsə, cari maliyyə ilində (ardıcıl 12 ay yox) dövriyyəniz 200 min manatdan azdırsa, Vergi Məcəlləsinə görə nəzərdə tutulmuş 20 faizlik mənfəət vergisinin 75 faizindən azad olunmaq hüquqları əldə edirsiniz”.

Bizneslər başqa hansı imkanlardan yararlana bilərlər? V.Səlimov deyir ki, bu, kiçik və orta bizneslərə görə dəyişir:

“Kiçik bizneslərin müəyyən qədər fəaliyyət dövrü varsa, bir tarixçəsi formalaşıbsa, dövriyyəsi kiçik olsa belə, banklardan kredit əldə edə bilirlər. Kreditləşmədə kiçik bizneslər üçün banklar tərəfindən xüsusi güzəştlər nəzərdə tutulmur. Mikro bizneslərin kredit götürmək imkanı kiçik bizneslərlə müqayisədə daha azdır. Orta bizneslər üçün bankların kredit, güzəşt imkanları kiçik bizneslərlə müqayisədə daha çoxdur. Çünki şirkət böyükdür və daha etibarlı təəssüratı yaradır. Dövlət tərəfindən müəyyən strukturlar yaradılıb ki, onlar daha çox mikro, kiçik və orta bizneslərin kredit almasına, onların inkişafına dəstək üçün işlər görürlər. Onlardan biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və onun nəzdində olan bir çox strukturlardır”.

Hazır şirkətlər də satılır. Bu prosesləri keçək, yoxsa hazır alaq? V.Səlimov bunun bizneslərə görə dəyişdiyini dedi:

“Elə biznes növləri var ki, orada hazır biznesi almaq daha yaxşıdır, nəinki özün qurmaq. Məsələn, hansısa dövlət tenderinə girəcək şirkət istəyirsinizsə, almaq daha yaxşıdır. Çünki tenderlərdə tələb olur ki, şirkətin bazarda həmin istiqamət üzrə müəyyən qədər fəaliyyəti olsun. Bu halda siz yeni şirkət qeydiyyatdan keçirməklə tenderi uda bilməzsiniz. Ona görə də bu halda hazır biznes almaq daha məsləhətdir. Nəzərə almaq lazımdır ki, hazır bizneslərin qiyməti baha olur”.

V.Səlimov biznesə başlamaq istəyənlərə bir neçə tövsiyə də verdi:

“Sənədləşmədən öncə bir biznes planınız olsun. Başlayacağınız biznes haqqında tam dolğun məlumata sahib olun. Çünki kənardan görünən biznes prosesləri, onların idarəetməsi ilə biznesin içində olduqda gördükləriniz kifayət qədər fərqli olur. Pul qazanmaqdan danışırıqsa, sadə, daha rahat biznes sahəsi yoxdur. Hər bir biznes sahəsinin özünəməxsus çətinlikləri var”.

Fəxri Ağayev: İşləmək istəyənlər üçün, bu gün də Azərbaycanda iş var

Bu gün ölkədə baş verən proseslərin nəticəsində şirkətlərin fəaliyyət və miqyasarını kiçiltmələrinə baxmayaraq, Azərbaycanda işsizlik problemi daha da böyümüş kimi görünür. Hamımızın ətrafımızda gördüyümüz səhnə eynidir : iş tapmaqda çətinlik çəkən insan sayı durmadan artır, insanlar hər yerə CV.lər göndərirlər, müsahibələrə gedirlər, amma yenə də iş yoxdur.

Bu mövzuda maraqlı bir məqamı qeyd etmək istəyirəm : bu gün də Azərbaycanda iş var. Daim ünsiyyətdə olduğum şirkətlərin əksəriyyəti mütəmadi olaraq işçi, mütəxəssis və rəhbər axtarışındadırlar.

İş axtaranların, ancaq tapmayanların davranışlarını və fəaliyyətlərini izləyəndə diqqətimin çəkən məqam bu olub ki, əksər hallarda işin tapılmamasında insanın özünün birbaşa çox saylı səhvləri olur.

İdarəçi olaraq ümumi iş təcrübəmi gözümün önünə gətirərək, iş axtaranlara köməklik edəcək bir neçə əsas tövsiyələrimi aşağıda qeyd edirəm :

– İnsan öz zəif tərəflərinin fərqində deyil və hər görüşdə və müsahibədə eyni səhvlərə yol verir və eyni nəticə alır : işə dəvət olunmur;

– İnsan, ona təklif ediləndən daha yüksək maaş gözləyir;
– İnsan, bir neçə cəhddən sonra ruhdan düşür və “iş tapmaq mümkün deyil” düşüncəsinə qapılır.
İş axtaran insanlara əsas tövsiyyələrim isə bunlardır :
Məqsədlər

– Məqsədləriniz olsun. Məqsədləriniz olmalıdır. Məqsədiniz olmazsa, planınız olmaz; plan olmasa – həyatınızı tənzimləmək və ona istiqamət vermək üçün xəritəniz yoxdur demək ki. Hər gün səhər Sizi yuxudan oyadacaq məqsədləriniz yoxdursa, demək ki, çox ciddi probleminiz var.

İş axtarma prosesi

– Iş tapmaq hər zaman çətin olub. İndi, böhran dövründə DAHA DA çətindir. “Iş tapmaq” nəticədirsə, bu nəticəyə müəyyən addımların toplusu gətirəcək. “CV hazırlama” + “CV göndərmə” + “Müsahibə” kimi vacib mərhələlər var. Hər mərhələ mükəmməl olmalıdır ki, nəticə olsun;

– Ruhdan düşməyin. 3-5 yerə CV göndərməklə iş bitməz. Bir neçə şirkətə müraciət etməklə iş tapmaq ÇOX nadir bir haldır. Bu artıq müxtəlif münasib şərtlərin bir araya gəlməsi deməkdir. İşinizi, karyeranızı və peşəkar inkişafınızı şansa buraxmaq istəmirsinizsə, belə etməyin. Yüzlərlə şirkətə müraciət etmək lazımdır ki, onların içindən maraqlı olanlar şəxsən Sizi görüşə dəvət etsin;

– Unutmayın ki, hər gün işə götürmə mütəxəssisi yüzlərlə CV gözdən keçirir və bəzən onlarla insanlarla müsahibələr keçirir. Sizin üçün bir hadisə olan görüş, o insan üçün 20 görüşdən biridir. Hər görüşdən sonra yadda qalmağı bacarmalısınız;

– “Ofis işi “axtarmayın. “Ofis işi” dövrü bitmişdir. Ölkədə pulun çox olduğu dövrlərdə hərkəs ofislərdə işləmək istəyirdi. O dönəm bitdi.

Təcrübə

– Təcrübəniz yoxdursa, Sizi işə alana qaşrı minnətdarlıq hiss edin – Sizə işi öyrədəcək, üstünə hələ pul da verəcək;

– Təcrübəniz yoxdursa, nə maaş versələr, qəbul edin. Düşünün ki, Sizə dərs keçirlər (universitetdə öyrədilməyənləri öyrədirlər) və üstünə ödəniş də edirlər. Sağolsunlar. Siz ordan getdikdən sonra başınız və içindəki bilikləri də özünüzlə aparacaqsınız. Əsas pul və karyera ordadır;

– Sizin məhsul keyfiyyətlidir, ancaq heç kim ona istədiyiniz qiyməti vermirsə, o zaman məhsulu potensial alıcılara tanıdmaq məqsədi ilə qiyməti endirin. Az maaşla, o da olmazsa, pulsuz işləyin. “Bəs məni 3 ay sonra çıxarsalar nə olacaq?” TƏCRÜBƏ qalacaq. Təcrübə qazanmış olacaqsınız, və bir sonrakı iş yerinə gedəndə “Təcrübəm var” demək şansını əldə edəcəksiniz.

Sual verin. Özünüzə
Hər gün özünüzə bu sualları verin :
– Məni digər, minlərlə iş axtaran mənim kimi insanlardan fərqləndirən nədir?
– Mən necə edim ki, CV.mi görən insan məni dərhal görüşə dəvət etmək istəsin?

– Mən müsahibədə necə danışım ki, güclü tərəflərim haqqında fikirlərim ümumi söz yığını arasında itməsin?

– Mən nə təklif edim ki, məni dəvət etsinlər işə?

– Sizin bilikləriniz satışa çıxardığınız məhsuldur. Bu məhsulu rəqabət üstünlüyü olmalıdır. Mənim rəqabət üstünlüyüm nədir?

Müsahibələrdə

– Əgər özünüz haqqınızda 2 dəqiqə ardıcıl, sistemli və yadda qalacaq məlumat verə bilmirsinizsə, o zaman öncə bunu öyrənin. Danışıq qabiliyyəti olmayan insanın necə iş tapacağını ümid etdiyini anlamıram. Danışa bilmirsinizsə -məşq edin. Bir insan öz bilik və bacarıqlarını mənə sata bilmirsə – şirkətin məhsul və xidmətlərini müştərilərə necə satacaq?

– Nə qədər də yorğun və ruhdan düşmüş olsanız belə, müsahibədə Sizin oturuşunuz, duruşunuz, məlumat verməyiniz, səs tonunuz MÜSBƏT olmalıdır. Şirkətlərdə indi kifayət qədər neqativ və pessimist insanlar var. Artıq bir çox firma enerjili, dinamik insanları axtarır. Enerji Sizin gözlərinizdən axmalıdır. Şirkətə gedəndə enerji topuna çevrilin. İçinizdə göz yaşları axsa belə insanlar Sizi müsbət görsünlər.

İş seçimi

– Satışda işləmək AYIB DEYİL. Satış biznesin LOKOMOTİVİ və aparıcı qüvvəsidir. Satışda işləmək BÖYÜK təcrübədir və şərəfdir. Daha da irəlisini deyim – satışda işləməmiş insanı, satış bacarığı və qabiliyyəti olmayan insanın rəhbər təyin edilməsini heç zaman dəstəkləmirəm. Səbəbi isə çox sadədir – rəhbər belə öz şirkətinin imicini, tərzini və məhsullarını stratejik səviyyədə təqdim edə bilməlidir;

– Müsahibələrdə əksər insanlar iş rejimi, saatları və maaşlar maraqlanırlar. Bunlar ikinci dərəcəli məqamlardır. Mənim səmimi məslhətim – sizi ÇOX işlədəcək və AZ maaş verəcək, amma daim inkişaf etdirəcək yerdə işləyin.

Güclü olun

– Çox yerə müraciət etdiniz və yenə də alınmırsa demək ki, yenə də hardasa problem var. Ruhdan düşməyin. Müvəffəqiyyət 3-4 cəhdin nəticəsi olsaydı, hərkəs müvəffəqiyyətli olardı;

– Həyatda çətinliklər olur və olacaq. Çırpının, vuruşun, çapalayın, amma batmayın. Heç bir zaman öz inkişafınızı durdurmayın. Ən dibə dəydiyiniz anda belə heç bir şey olmamış kimi müsbət olun və öz üzərinizdə işləyin.

Bu məsləhətləri yazan insan karyerasını tamamən sıfırdan başlamış biridir. Xaricdə, Türiyədə, təhsil aldığım dövrlərdən iş həyatım başlayıb. Heç bir tanışım, qohumum, dostumun olmadığı bir ölkədə gənc bir insan olaraq iş axtarmaq MƏCBURİYYƏTİNDƏ idim. İş tapmamaq kimi şansım yox idi və yəqin ki, elə buna görə də bütün imkanlardan istifadə edirdim.

“Sıfırdan” başlayan karyeramla bu günə olan vəziyyətimə və imkanlarım gəldim.

Amma yenə də o günlərimə minnətdaram. O dibdə olan pilləkanlar olmasaydı, çətinliklərim olmasaydı, mən güclənməzdim və bu günlərim olmazdı.

Fəxri Ağayev kimdir?
AAAF Holdinq vitse-prezidenti
Müasir idarə etmə sistemlərinin tətbiq edilməsi üzrə biznes konsultant
İdarəçilik, liderlik və şəxsi effektivlik mövzularında biznes təlimçi

Yazıçı, 2 kitab müəllifidir. “Saxla Zamanı, Gələr Zamanı” və “Fəxri Yol – 120 kilodan 42 kilometrə yol”

ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq etdi

ABŞ Ermənistanın “Medisar” müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib.

Sənəd ABŞ-nin federal reyestrində dərc edilib və mayın 23-də qüvvəyə minəcək.

ABŞ Ticarət Nazirliyi Ermənistanın sənaye və laboratoriya kimyası idxalı ilə məşğul olan “Medisar” şirkəti də daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib.

Məlumata görə, Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) ABŞ-nin Rusiya əleyhinə sanksiyaları ilə üzləşib.

Digər şirkətlər Rusiyanın ölkənin hərbi-müdafiə kompleksinə dəstək verən 69 müəssisəsi və Qırğızıstanın “Tro.Ya” elektron avadanlıq və komponentlərin tədarükünü icra edən şirkətidir.

Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların məhsullarının son alıcısının kim olmasının yoxlanılması prosesinə maneə törətmələri olub.

Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-nin sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.

Tarix: 19 May 2023, 23:42
Xəbər lenti

  • Bakıda “Səba”ya məxsus yük avtomobili ilə qəza törədərək 3 nəfərin ölümünə səbəb sürücü hökmdən narazıdır 22 May 09:26
  • Şantajla pul tələb etməkdə təqsirləndirilən baş redaktor yenidən kassasiya şikayəti verdi 22 May 09:22
  • Mərkəzi Nəbatət bağında monitorinq keçirildi – FOTO 22 May 09:14
  • Nizami Orucov: “Nə demişəmsə, hamısını şüurlu şəkildə demişəm, bilərəkdən qıcıq oyadıram, mübahisə qaldırıram. ” 22 May 09:12
  • Keçmiş arvadını boğaraq öldürən şəxsin məhkəməsi bu tarixdə olacaq 22 May 09:06
  • Rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var 22 May 09:03
  • Ən xoşbəxt bürclər – Hər zaman pozitivdirlər. 22 May 09:01
  • Vilyam Hacıyevin ailəsi müsadirə olunmuş 6 milyonluq əmlakı geri istəyir 22 May 08:58
  • Azyaşlının ölümünə səbəb olan keçmiş polis zabiti cəzasını yüngülləşdirmək istəyir 22 May 08:56
  • Abid Qafarovun şikayətinə bu tarixdə baxılacaq 22 May 08:54
  • Universitet müəllimi və dostu hökmdən narazıdır 22 May 08:52
  • Məktəblər sentyabrın 1-i açılacaq? – RƏSMİ CAVAB 22 May 08:45
  • Rəsul Quliyevdən şok sözlər: “Azərbaycanlılar qorxaq milllətdir” – VİDEO 22 May 08:42
  • Mingəçevirdə vağzal 11 ildir qatar gözləyir – VİDEO 22 May 08:37
  • “Real” uduzdu 22 May 00:54
  • Hindistan polisi vətəndaşları qanunsuz yolla Azərbaycan və digər ölkələrə göndərmək istəyən qruplaşmanı ifşa edib 21 May 23:52
  • Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb 21 May 22:47
  • “Xoşlayıram ki, mən danışanda hamı qulaq assın” – Zaur 21 May 22:07
  • Cəlilabadda festivaldan sonra insanların tortu yerdən götürməsi müzakirələrə səbəb oldu – VİDEO 21 May 21:48
  • ABŞ-də vəhşicəsinə döyülmüş Əhməd Obalının qardaşı onun son vəziyyətini açıqlayıb – FOTO 21 May 21:26
  • Mehriban Əliyeva Avropa çempionatının qalibi olan gimnastlarımızı təbrik etdi 21 May 20:46
  • Adil Əliyev Naxçıvana getdi – FOTO 21 May 19:59
  • Şüvəlanda azyaşlı su anbarına düşdü 21 May 19:34
  • İlham Əliyev Litvaya getdi 21 May 19:33
  • Azərbaycan ÜST-ün regiondakı ofislərini sülhü əngəlləyən bəyanatlardan çəkinməyə çağırdı 21 May 18:55
  • Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu olub 21 May 18:53
  • Mərhum nazirin gəlinindən paylaşım – FOTOLAR 21 May 18:47
  • Əhməd Obalını və oğlu Dənizi ABŞ-da ölümcül döydülər – VİDEO – FOTO 21 May 18:45
  • İntuisiyası güclü olan 6 bürc: Onları aldatmaq mümkün deyil 21 May 18:43
  • Samir Bağırov 35 il sonra yenidən. 21 May 18:10
  • Baydenin Əliyevə məktubunda İranla bağlı 3 MESAJ 21 May 18:05
  • BMT Komissiyası Azərbaycanın da həmmüəllifi olduğu qətnamə qəbul etdi 21 May 18:00
  • Türkiyədə zəlzələ baş verdi 21 May 17:58
  • II ixtisas qrupu üzrə imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlandı 21 May 17:52
  • Bu bürclər sirli aurası ilə hər kəsi özünə cəlb edir – ASTROLOGİYA 21 May 17:36
  • Sinan Oğanın kimi seçəcəyi bəlli oldu 21 May 17:28
  • Yoluxanların bu günə olan statistikası 21 May 17:18
  • Gəncədə kafeyə qumbara atdı, Bakıda polisə silah çəkdi – DİN zərərsizləşdirdi 21 May 16:39
  • Tarixdə ilk dəfə insanlar nə vaxt və harada öpüşüb? 21 May 16:17
  • Sumqayıtda müəllimin şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır 21 May 16:08
  • Bayden Rusiyanın Baxmutda 100 mindən çox itki verdiyini açıqladı 21 May 16:00
  • Bu abituriyentlər yay qəbul imtahanlarına buraxılmayacaq 21 May 15:28
  • Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – 17 nəfər təxliyə edildi – VİDEO 21 May 15:09
  • II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirildi 21 May 14:57
  • Naxçıvanda polis mayoru faciəvi şəkildə həlak oldu – FOTO 21 May 14:50
  • Yeni məktəbli formaları bu qiymətə satılacaq – VİDEO 21 May 14:07
  • Bu qızı görənlərin nəzərinə! – Dərhal 102-yə zəng edin. – FOTO 21 May 14:00
  • Baxmutdakı son duruma aydınlıq gətirildi 21 May 13:45
  • İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı verdilər 21 May 13:38
  • Hava ilə bağlı xəbərdarlıq – Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək 21 May 13:05
  • Gecə klubunda atışma olub, ölənlər var 21 May 12:54
  • Bu şəxslərə maaşdan əlavə pul verilməlidir – VİDEO 21 May 12:18
  • Georgian Airways Gürcüstan prezidentini təyyarəyə buraxmayacaq 21 May 12:03
  • “Fəridənin əynində yeni alt paltarı görəndə bildim ki, o kişi ilə görüşdən gəlib” – Bakıdakı cinayətin təfərrüatı 21 May 11:20
  • Rəqsanənin əri: “20 illik ailəm piramida kimi dağıldı” – VİDEO 21 May 10:47
  • Zelenski Baydenlə görüşdü 21 May 10:25
  • Deputatdan “Məşədi Dadaş” məscidi ilə bağlı şok açıqlama: “Namazdan sonra müzakirələr çəkilirdi və Tehrana göndərilirdi” 21 May 10:22
  • Günün qoroskopu 21 May 09:19
  • Alen Delonun oğlu olduğu iddia edilən şəxs mənzilində ölü tapılıb 21 May 07:43
  • Hansı halda valideynin razılığı olmadan uşağı ölkə xaricinə aparmaq olar? 21 May 07:31
  • Rusiyada “Qurani-Kərim”i yandıran şəxs saxlanılıb, cinayət işi açılıb 21 May 07:24
  • Diqqət: Bu gün saat 11:00-da. 21 May 07:20
  • Bakıya bu tarixdən qızmar istilər gəlir 21 May 00:12
  • Maaşın gecikməsinə görə kompensasiya ala biləcəksiniz – VİDEO 20 May 23:56
  • “Əməliyyatdan əvvəl Dianaya oxşayırdım” 20 May 23:52
  • “Mançester Siti” doqquzqat futbol üzrə İngiltərə çempionu olub 20 May 23:48
  • “5 ildir ailə qurmuşam, övladım yoxdur” – Nicat Rəhimov 20 May 22:36
  • Yenidən qəza törədən 21 yaşlı Əli tanınmış həkimin oğlu imiş 20 May 21:31
  • Gəncədə kafeyə partlayıcı maddə atıldı 20 May 20:52
  • Bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb 20 May 20:50
  • 7NEWS.az saytı 9 yaşını qeyd edir – FOTO 20 May 20:22
  • Xordad hadisələri ilə bağlı Berlində keçirilən aksiyada bəyanat səsləndirilib 20 May 20:16
  • Səyyad Ağbabalının “Ağbaba” kitabının təqdimatı oldu 20 May 19:20
  • “”Atam məni ona verməsə özümü öldürəcəm” haray-şüvəni nə idi?” 20 May 18:27
  • Bu şəxslərə ŞAD XƏBƏR – 50 manat dəyərində. 20 May 18:23
  • Sürücülərin nəzərinə 20 May 18:21
  • Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir – Quterreş 20 May 18:03
  • “TikTok”da atasının silahı ilə paylaşım etdi – Polis HƏRƏKƏTƏ KEÇDİ 20 May 17:36
  • General Sevda Şirinovanın yüksək vəzifə verdiyi şəxs həbs edildi – Tütün alveri, parfumeriya ticarəti. 20 May 17:23
  • Ali Məhkəmə Plenumunun iclası keçirildi 20 May 17:08
  • Son sutkada koronavirusdan 1 nəfər öldü 20 May 16:55
  • “Akkord”da böhran böyüyür: ASC və törəmə şirkətlərinin 26 milyon borcu var 20 May 16:50
  • İmtahanın test tapşırıqlarının cavabları açıqlanıb 20 May 16:35
  • Azərbaycanda ayrıca təhsil və elm kanalının açılmasına böyük ehtiyac var – RƏY 20 May 16:24
  • Ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad edildi 20 May 16:04
  • Paşinyanın oğlunu oğurlamağa cəhddə şübhəli bilinən qadın barəsində həbs qərarı çıxarıldı 20 May 15:47
  • Lavrovun qızının Gürcüstana getməsi etirazlara səbəb oldu 20 May 15:34
  • Ömürlük məhkum kamera yoldaşını kibritə görə öldürübmüş – TƏFƏRRÜAT 20 May 15:32
  • “Sən necə qardaşsan ki, bacın əxlaqsızdır. ” – Gədəbəydə bakirəlik söhbəti üstündə dava düşdü 20 May 15:22
  • Özbəkistan Prezidenti İlham Əliyevi təbrik etdi 20 May 15:20
  • Azərbaycanda sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ – FOTO 20 May 15:09
  • “Facebook”-da böyük xəta 20 May 14:31
  • “Azərbaycan xalqını biabır edən erməni” – Məşhurlar dalaşdı 20 May 14:29
  • “Kupça”sız evlərdə yaşayanlara ŞAD XƏBƏR 20 May 13:57
  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları gəldi 20 May 13:54
  • İlham Əliyev sərəncam imzaladı: İyulun 1-dən 30-dək. 20 May 13:39
  • Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək 20 May 13:00
  • “Dəmir yumruq” uzun zamandır həmin divara həkk edilibmiş. 20 May 12:43
  • İstirahət gününün havası: 27° isti 20 May 12:31
  • Sumqayıtda müəllim uşaqları qamçı ilə döydü – ANBAAN VİDEO 20 May 12:15
  • İlham Əliyev “Bakı Ürək Günləri” 8-ci beynəlxalq konqresinin iştirakçılarına müraciət ünvanladı 20 May 12:04
  • Lənkəranda məktəbliləri maşın vurdu – ANBAAN VİDEO 20 May 11:29
  • İyunda pula pul deməyəcək 3 BÜRC 20 May 11:26
  • Bakıda bank kartından pul oğurlayan keçmiş məhkum saxlanıldı 20 May 11:23
  • Evdən 10 000 manatlıq qızıl oğurlandı 20 May 11:08
  • Polis 13 yaşlı bu qızı axtarır 20 May 10:48
  • Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi 20 May 10:32
  • Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoruna ünvanladığı məktub BMT-nin rəsmi sənədi kimi yayıldı 20 May 10:28
  • Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi birləşdirən yolun bir hissəsi çöküb – FOTO 20 May 10:16
  • “Erməni qoşunlar Azərbaycan ərazisindən çıxarılmadığı, Qarabağda silahsızlaşdırılmadığı müddətdə irəliləyişdən danışmaq çətindir” 20 May 09:22
  • “Deyirlər ki, Afaq Bəşirqızı o vaxt Teatr Xadimləri İttifaqının sədri olmaq istəyirdi” 20 May 09:12
  • Rza Rzayevi həbs etdirən Tural Mirzəliyev: “Qardaşım Qarabağ qazisidir, rol oynamayıb ha, qazidir. ” 20 May 08:54
  • İçərişəhərdə müzakirələrə səbəb olan “dəmir yumruq” abidəsi söküldü – FOTO 20 May 08:45
  • Maaşı gecikənlərə şad xəbər: Yeni qərarın hansı üstünlükləri var? – VİDEO 20 May 08:41
  • “Günay Bank”la bağlı mühüm qərar 20 May 08:36
  • Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı 20 May 08:29
  • Sabirabadda bələdiyyənin gölü icarəyə verməsi sakinlərin etirazına səbəb oldu – VİDEO 20 May 01:29
  • “Fantomas”ı canlandıran aktyor vəfat etdi 20 May 01:26
  • Yaxın günlərdə bu bürclər inanılmaz uğurlarla üzləşəcək 20 May 00:55
  • Bayden: “ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək” 20 May 00:48
  • Rzanı yubileyində həbs etdilər – “Drakon”dan kim qisas alır? – VİDEO 20 May 00:38
  • Bayden Prezident İlham Əliyevi təbrik edib 20 May 00:35
  • ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq etdi 19 May 23:42
  • Özünü sayt rəhbəri kimi təqdim edən şəxs həbs edildi 19 May 23:35
  • Mülk üstündə əri ilə birgə analığını baltalayıb, gölə atdı – VİDEO 19 May 23:24
  • Praqa-Bakı marşrutu üzrə uçan təyyarə gecikir – SƏBƏB 19 May 23:20
  • Baş nazirin Naxçıvan-Bakı təyyarəsini gecikdirməsi narazılıq yaratdı 19 May 23:11
  • Bakıda qəza: “Prius” qadını vurdu – ANBAAN VİDEO 19 May 23:00
  • 610 kq çəkisi olan gəncin yeni görüntüsü heyrətə gətirdi – FOTO 19 May 22:54
  • Tbilisinin mərkəzində Rusiya ilə birbaşa uçuşlara qarşı aksiya keçirilir 19 May 22:50
  • Lənkəranda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi bilindi 19 May 22:47
  • Köhnə məktəbli formalarından istifadə olunmayacaq – Nazirlikdən TAPŞIRIQ 19 May 21:28
  • Çavuşoğlu: “Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir” 19 May 21:27
  • Ərdoğan üçüncü müddətə namizədliyini verməyəcək 19 May 20:57
  • Azərbaycan Beynəlxalq Valyuta Fondununun Almatıda yerləşən Regional Potensialın İnkişafı Mərkəzinə maliyyə dəstəyi göstərəcək 19 May 20:47
  • Rza Rzayevdən xəbər var 19 May 20:36
  • Obamanın Rusiyaya girişi qadağan olundu 19 May 20:15
  • Üzeyir 50 min söhbətindən danışdı 19 May 19:50
  • Xameneyinin nümayəndəsi: “İran anadır, azərbaycanlılar da anasını söyməməlidir, ona kin saxlamamalıdır” 19 May 19:26
  • Azərbaycan və Ermənistan XİN başçıları müzakirələri davam etdirmək barədə razılığa gəldi 19 May 19:24
  • Türkiyə YSK prezident seçkilərinin I turunun yekun nəticəsini açıqladı 19 May 19:23
  • XİN Ceyhun Bayramovla Mirzoyanın Moskva danışıqlarının yekunlarına dair məlumat yaydı 19 May 19:20
  • Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş oldu 19 May 19:00
  • XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 19 May 18:44
  • “1XBET”, “Mosbet” kimi qanunsuz qumar oyunları vətəndaşlarımızı necə tələyə salır? 19 May 17:51
  • “Qurtuluş 93” şirkətinin dələduzluqda ittiham olunan rəhbərinin işinə bu tarixdə baxılacaq 19 May 17:47
  • İçərişəhərdə divara həkk edilən “Dəmir yumruq” abidəsi tənqidlə qarşılandı 19 May 17:40
  • Bakıda sevdiyi qadını bıçaqlayan, qızını öldürən şəxs məhkəmə qarşısında 19 May 17:28
  • Moratinos Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb 19 May 17:27
  • Lavrov: “Azərbaycan və Ermənistan yekun razılaşmaya yaxındır” 19 May 17:25

Comments are closed, but trackbacks and pingbacks are open.