Press "Enter" to skip to content

VÖEN-i necə aça bilərik

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Nikaha daxil olmaq üçün hansı sənədlər təqdim edilməlidir?

Azərbaycanda ilk dəfə və ya əvvəllər ailəli olmuş şəxslər rəsmi nikaha daxil olarkən bəzən sənədləşmə problemləri ilə üzləşirlər.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda ilk dəfə ailə qurmaq istəyənlər və ya əvvəllər ailəli olmuş şəxslər rəsmi nikaha daxil olarkən bəzən sənədləşmə problemləri ilə üzləşirlər. Bununla əlaqədar bizə daxil olan müraciətlərdən belə məlum olur ki, nikaha daxil olmaq istəyənlərin əksəriyyəti ümumiyyətlə bunun üçün hansı sənədləri təqdim etmək lazım gəldiyindən xəbərsizdir.

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.2-ci bəndinə görə nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, Konsulluq İdarəsi və İcra hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər.

Hüquq məsləhətçisinin sözlərinə görə, həmin Qaydanın 3.3-cü bəndinə görə ərizədə nikahın bağlanmasına mane olan halların – nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 12.1-ci maddəsinə görə, nikahın qeydə alınması üçün 5 manat məbləğində dövlət rüsumu ödənilməlidir:

“Beləliklə, ilk dəfə nikaha daxil olanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) Qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqələrini, yuxarıda adıçəkilən ərizəni və rüsumun ödənilməsi barədə qəbzi təqdim etməlidirlər. Həmin Qaydanın 3.6-cı bəndinə əsasən, əvvəllər nikahda olmuş şəxslər isə sadalanan sənədlərlə birlikdə həm də nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı təqdim etməlidirlər.”

Hüquqşünas onu da əlavə edib ki, Ailə Məcəlləsinin 13-cü maddəsi nikaha daxil olan şəxslərin tibbi müayinədən keçmək hüququnu təsbit edir, lakin bu məcburi deyil və nikaha daxil olan şəxslərin razılığı ilə mümkündür.

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyicisi fiziki şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) fiziki şəxsin vergi uçotu haqqında ərizə və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) ilə yaşadığı yer üzrə ( şəxsiyyət vəsiqəsində göstərilən) vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır. Fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) və Nəzarət kitabçası verilir. Fiziki şəxs vergi uçotuna alınaraq ona Şəhadətnamə verilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə fiziki şəxsin vergi uçotunu aparan vergi orqanı tərəfindən verilmiş, həmin fiziki şəxsin vergi uçotuna dayanmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-i, ünvanını və şəkli əks etdirən, blankı təkrar çapdan müdafiə etmək üçün xüsusi gizli nişanları olan sənəddir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Fiziki şəxslər elektron qaydada (www.e-taxes.gov.az) İnternet Vergi İdarəsi Portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Elektron qaydada müraciət etmək üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” (e-Vergi Hesab Fakturası) bölümü üzərindən aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərir. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxsə vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır. “ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir. Vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.

Vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir.

Benefisiar.org

“Az Accounting Services” LLC Your Accounting Department

V MÖVZU. SƏNƏDLƏŞDİRMƏ VƏ UÇOTUN TƏŞKİLİ Leave a comment

5.1. Mühasibat uçotu sənədləri və onların əhəmiyyəti

5.2. Sənəd dövriyyəsinin təşkili və işlənməsi

ƏLAVƏ ƏDƏBİYYAT

1.Astaxov V. Teoriə buxqalterskoqo uçeta. Moskva-2000

5.1. Mühasibat uçotu sənədləri və onların əhəmiyyəti

Sənədləşdirmə mühasibat uçotu elementlərindən bi­ri sayılır. Sənəd­ləş­dir­mə müəssisə istehsal və təsərrüfat-maliyyə fəaliyyəti ilə əlaqədar olan əməliy­yatların mü­ha­si­bat uçotu yazılışlarına hüquqi əsas verən yazılış forma­sıdır.

Sənədlər müəssisədə icra olunan təsərrüfat əməliy­yat­larının baş vermə­sinin yazılı sərəncam verilməsini ifa­də etməklə, mühasibat uçotu he­sabları sistemində yazılış aparılması sistemi uçotun etibarlı, düzgün ol­ma­sını tə­min etməklə yanaşı ilkin, cari və son nəzarətin təşkilinə, tə­sər­rü­fat əməliyyatlarının məqsədəuyğun və qanun tə­ləblərinə uyğun icra olun­ma­sını təmin edir.

«İlkin sənədlər: təsərrüfat əməliyyatları və onların apa­rılması üçün rəh­bərliyin (sahibkarın) göstərişini təs­diq edən yazılı şəhadətnamədir» («Mühasi­bat uçotu haq­qında» qanun, maddə 3).

Mühasibat sənədi icra olunmuş təsərrüfat əməliy­yat­larının və uçot yazılış­ları­nın təsdiq olunması for­ma­sı­dır. Sənədlər əsasında mühasibat yazılışları aparılır. Sə­nəd­siz mühasibat yazılışı icra oluna bilməz.

Sənəd sözü latınca (docmentum) yazılı vəsiqə, şə­ha­dətnamə sözünə uy­ğun olub, lazımi rekvizitləri olan və ona hüquqi əsas verən yazılış əmə­liy­yatıdır. Bila­va­si­tə sənəd hər bir müəssisədə onun informasiya sistemini təş­kil edir. Ha­zır­da uçot-hesablama əməliyyatlarının av­to­matlaşması sə­nə­din əhəmiyyətini daha da artırmışdır.

Bir sıra xarici ölkə mütəxəssislərinin hesab­la­ma­la­rı­na görə şirkətdə iki həf­tə ərzində informasiya sisteminin dayanması həmin şirkətin bütün icra fəaliyyətinin 75 faiz itirməsinə səbəb ola bilər. Ona görə də təsərrüfat-ma­liy­yə fəaliyyətinin idarə olunmasında və ona analitik nəza­rət edilməsində sənədlərin rolu çox böyükdür. Onun kö­məyi ilə müəssisə rəhbərinin idarəetmə qabiliyyəti və maliyyə nəticələrinin formalaşması vəzifəsi yerinə yeti­rilir.

Tərtib olunmuş sənədlər əsasında material, əmək və maliyyə eh­ti­yat­la­rı­nın hərəkəti üzərində daimi nəzarət tə­min olunur. Hər bir sənədi im­za­layan şəxs icra olunan əməliyyatın düzgün, qanunauyğun icrasına nə­za­rət et­mək­lə, məsuliyyət daşıyır. Bu müəssisədə qənaət reji­mi­nin həyata ke­çirilməsi ilə bəra­bər hər bir sənədi imza­la­yan şəxsin bilavasitə mə­suliy­yə­tini müəyyən edir. Bu­nun­la əlaqədar olaraq müəssisə əmlakının qoru­nub sax­lan­ması, maddi-məsul şəxslər üzərində nəzarət apa­rıl­maq­la bə­ra­bər öz vəzifəsinə vicdanla yanaşma­yan, əm­la­kın mənimsənilməsi imkan ve­rən şəxslər müəyyən olunur.

Mövcud olan qanunvericiliyə görə mühasibat sə­nəd­ləri bir qayda ola­raq təsdiq olunmuş formalarda, nəşr olunmuş şəkildə istifadə olunur.

Tərtib olunmuş hər bir sənədin özünəməxsus zəruri rekvizitləri ol­ma­lı­dır. Bu rekvizitlər əsasən aşağı­da­kı­lar­dır: sənədin adı, nömrəsi, kodu, tər­tib olunan müəssi­sə­nin adı, təsərrüfat əməliyyatlarının məzmunu və öl­çü­ləri (natural və pul ifadəsində), təsərrüfat əməliyyatlarının baş verməsi, ta­mamlanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün məsul şəxs­lərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları və başqa əla­mətləri.

Əməliyyatların xarakterindən və uçot məlumat­ları­nın işlənməsi texnologi­ya­sından aslı olaraq ilkin sənəd­lərə əlavə rekvizitlər də daxil edi­lə bilər. İlkin sənədlər əməliyyatların baş verdiyi vaxtda və ya əməliy­yat­lar bilavasitə qurtardıqdan sonra tərtib edilməlidir.

Sənədlərin keyfiyyətli tərtibatını, onların vaxtında mü­hasibat uço­tun­da əks etdirilməsi üçün müəyyən edil­miş müddətlərdə təqdim edil­mə­sinə, sənəd­lər­dəki məlu­matların doğruluğuna məsuliyyəti həmin sə­nəd­ləri hazır­lamış və imza etmiş şəxslər daşıyırlar.

Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öh­dəliklərini müəs­si­sə rəh­bərliyinin təsdiq etdiyi siya­hı­ya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imza­la­malıdır. Birinci imza müəssisədə ümumi rəhbərlik funk­siyasını icra edən şəxsə , ikinci imza isə mühasibata rəhbərlik funk­si­ya­sını icra edən şəxsə mənsub olur.

Pul vəsaitlərini, maddi sərvətlərin və başqa əm­la­k­ların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iş­ti­rak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənəd­ləş­mə­nin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sə­nəd­lərin surətləri ilə təmin etmək müəssisədə bu əmə­li­y­yatı rəsmiləşdirənin öhdəsinə düşür.

Mövcud qaydalara görə mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənəd­lər­dəki məlumatlar Azərbaycan Respublikası­nın Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud na­zir­lik və Baş idarələr tə­rə­findən ümumi prinsiplərə riayət edilməklə işlənib ha­zırlanmış uçot registr­lərində yığılır və sistem­ləşdirilir.

İlkin sənədlərdə və uçot registrlərində qeydsiz dü­zə­lişlərə yol veril­mir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzaları ilə dü­zə­lişin tarixini göstərməklə təsdiq edilməlidir. Kassa və bank sənədlərinə heç bir dü­zəlişə yol verilmir.

İlkin sənədlər, uçot registləri, mühasibat hesa­bat­la­rı mütləq müəyyən edilmiş qaydada və müddətə müvafiq olaraq saxlanmalıdır. Sənədlərlə işləyən dövrdə onların qorunub saxlanmasının təmin edilməsinə və vaxtında arxivə verilməsinə baş mühasib məsuliyyət daşıyır.

İlkin uçot sənədlərinə nəzarət Azərbaycan Respub­likası Maliyyə Nazirliyinin tərəfindən həyata keçirilir.

5.2. Sənəd dövriyyəsinin təşkili və işlənməsi

Müasir şəraitdə müəssisə, şirkətlərdə böyük miq­dar­da uçot sənədləri və informasiyaları formalaşır. Sənədlərin formalaşması onların ilkin tər­tib olun­ma­sın­dan başlayaraq mühasibat uçotu prinsiplərinə uyğun re­gistr­lərdə əks olunur. Bütün mühasibat uçotu sənəd­lə­ri­nin rəsmiyyətinə baş­­lanandan onların müəyyən formaya salınması nəticəsində for­ma­laş­dıq­dan sonra saxlanmağa (arxivə) verilməsi sənəd dövriyyəsi adlanır.

Bazar iqtisadiyyatı şəraitində müəssisələrdə müha­si­bat uçotunun düzgün təşkili, sənədlərn vaxtında möv­cud olan qanunçuluq tələblərinə uyğun tərtib olun­ması və nəticə olaraq saxlanılmağa təhvil verilməsinin əhə­miyyəti böyükdür.

Sənəd dövriyyəsinin təşkili iqtisadi subyektlərdə bi­la­vasitə baş mühasibə həvalə olunmuşdur. Baş mü­ha­sib sə­nəd dövriyyəsinin təşkili qrafikasının uçot infor­ma­si­ya­larının işlənməsi sənədlərdə əks olunması, hazır­lanması metodi­ka­sını müəyyənləşdirməsi və onun yerinə yetiril­mə­sinə daima nəzarət etməlidir. Tər­tib olunmuş sənəd dövriyyəsi qrafikində ilkin uçot sənədlərinin ayrı-ayrı böl­mələr üzrə vaxtında tərtib olunub mühasibatlığa təq­dim olunması daima nəzarətdə olmalıdır. Mühasibat­lı­ğa daxil olan sənədlərdə icra olunan təsərüfat əməliy­yat­larının düzgünlüyü və məqsədyönlülüyü müvafiq qay­da­da yoxlanılır. Burada sənədlərdə hesabların və əks olun­muş uçot göstəricilərinin yekun­la­rı­nın düzgün hesab­lan­ması ətraflı yoxlanmalıdır.

Sənədlərin düzgün rəsmiyyətə salınması yoxlanıl­dıq­dan sonra, onlar­da əks olunmuş icraçı şəxslərin im­zalarının düzgünlüyü, yəni əsl imzaları uyğynluğu da nəzərdən keçirilməlidir.

Sənədlər yoxlanıldıqda onlardan müəyyən səhv­lə­rin olması aşkar­lana bi­lər. Lakin səhvlərin müəyyən olun­­ması ilə məsələ həll olunmur. Buna görə də mü­əy­­yən olunmuş səhvin əsası, onun mənası və xarakteri müəy­yənləş­diril­mə­lidir.

Səhv müəyyən olunduqdan sonra, həmin səhv dü­zəldilməlidir. Uçot yazı­lış­larında səhvlərin düzəl­dil­mə­si­nin mühasibat uçotu məlumatlarının etibarlı olmasının təmin olmasında xüsusi əhəmiyyəti vardır. Səhvlər dü­zəl­dikdən sonra mühasibat uçotu hesabları üzrə ya­zı­lış­lar aparılır.

İcra olunmuş mühasibat uçotu sənədləri arxivdə saxlanılır. İlkin uçot sə­nədlərinin saxlanılması müha­si­bat uçotunun düzgün təşkil olun­ma­sın­da xüsusi əhə­miy­yəti vardır. Sənədlərin normal şəraitdə saxlanması on­la­rın tələb olunan vaxtda istifadə olunmasına təminat ve­rir. «Mühasibat uço­tu haqqında» Azərbaycan Respubli­ka­sının Qanununun 17-ci mad­də­sin­də mühasibat uçotu registrlərinin və sənədlərinin saxlanılması qay­da­la­rı mü­əy­yən olunmuşdur.

Müəyyən olunmuş qaydaya görə, müəssisə uçot sənədlərini, müha­si­bat re­gistrlərini və mühasibat he­sabatlarını qoruyub saxlamağa borclu­dur. Sənəd­lərin saxlanması müddəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi tərəfindən müəyyən edilir.

Mühasibat uçotunun hesab planı, mühasibat uçotu üzrə təlimatlar, kod­laşdırma üsulu, müasir maşınlar üçün proqram məhsulları və on­lar­dan istifadə qaydaları, əvvəlcə istifadə edilən uçot üsulları və bunlar əsa­sın­da tərtib edilən mühasibat hesabatlarını təmin etmək məq­sədi ilə beş ildən az olmayaraq mühasibatda saxlanılır.

Mühasibat uçotu registrləri və hesabat sənədlərinin saxlanmasını təşkili bilavasitə iqtisadi subyektlərin rəh­bər­lərinə həvalə olunmuşdur. Müəssisə­lər­dən uçot sə­nəd­lərinin götürülməsi mövcud olan qanunçuluğa görə ancaq məh­kəmə, prokurorluq və digər istintaq orqan­la­rı­nın qərarı əsasında aparıla bilər. Bu halda müəssisə baş mühasibi götürülən sə­nəd­lə­rin surətini çıxarıb, sənəd kimi saxlaya bilər.

  1. 1.Mühasibat sənədlərinin rəsmiləşdirilməsinin hansı növləri, təyinatı və qaydaları mövcuddur.
  2. 2.Sənədlərin təyinatına görə təsnifatını necə başa düşürsünüz?
  3. 3.Likin və icmal, daxili və xarici sənədlər dedikdə nəyi başa düşürsünüz?

Comments are closed, but trackbacks and pingbacks are open.