Press "Enter" to skip to content

Zdə ləkələr

Qaraciyər və ya yaşlılıq ləkələri kimi adlandırılan lentiginlər adətən 5-20 mm ölçüdə hamar, xoşxassəli strukturlardır. Onların rəngi qəhvəyidən qaraya qədər dəyişir. Adətən orta yaşdan sonra formalaşır.

Babasilin evdə müalicəsi

Babasilin evdə müalicəsi üçün bir çox resept və üsullar mövcuddur. Bunlardan bəziləri ilə tanış olaq:

Babasilin evdə müalicəsi üçün Sarımsaqlı süd

Sarımsaq qandurulducu təsirə malikdir. Bu tərəvəzdən aterosklerozun və ürək-damar xəstəliklərinin profilaktikasında istifadə edilir. Sarımsağın bu və digər faydalı xüsusiyyətləri onu şərq təbabətində bir çox xəstəliklərin müalicəsində əvəzedilməz edir.

Aşağıda babasil xəstəliyi və onun müalicəsi zamanı istifadə edilən bir neçə sarımsaqlı süd resepti təqdim olunmuşdur.

  • 2 diş sarımsağın qabığını soyun. Sonra onları qabıqları ilə birlikdə tamamən yumşalana qədər 200 ml süddə 30 dəqiqə ərzində qaynadın. Qarışığı soyudun. 10 gün müddətində yeməkdən sonra 1 xörək qaşığı qəbul edin.
  • 5 diş sarımsağın qabıqlarını soyun və əzin. Alınmış qarışığı 200 ml südə əlavə edib, 2 saat soyuq yerdə saxlayın. 1 həftə ərzində gündə 3 dəfə ½ çay qaşığı için. 1 həftədən sonra 3 gün fasilə verin. Ehtiyac olduqda kursu təkrarlayın.
  • Hər yeməkdən sonra 1 ədəd olmaqla 3 diş sarımsaq yeyin və üstündən 1 stəkan süd için.

Sarımsağın istifadəsinə əks göstərişlər:

  • Mədə xorası
  • Qastritin kəskinləşməsi
  • Pankreatit
  • Epilepsiya

Hamiləlik üçün əks-göstəriş olmasa da, bu dövrdə ehtiyatla davranmalı, həkim ilə məsləhətləşmədən yuxarıdakı reseptlərdən istifadə etməməlidir.

Babasilin evdə müalicəsi – növbəti effektiv vasitə

Bunun üçün 3 inqrediyent: sarımsaq, kokos yağı və çobanyastığı yağı tələb olunur. Yağları aptekdən əldə edə bilərsiniz. Sadalanan vasitələrdən aşağıdakı nisbətdə istifadə edərək, evdə şam hazırlamaq olar:

  • 3 diş sarımsaq
  • 1/4 stəkan kokos yağı
  • 10 damcı çobanyastığı yağı

Hazırlanma qaydası:

3 diş sarımsağı təmizlədikdən sonra əzin. Onu kokos yağı ilə 1:5 nisbətində qarışdırın (yəni kokos yağı sarımsaqdan 5 dəfə çox olmalıdır). Babasil qanaxma ilə müşayiət olunduqda, 1:10 nisbətində qarışdırmaq lazımdır.

Üzərinə 10 damcı çobanyastığı yağı əlavə edin və qarışdırın.

Qarışığı bişirmə kağızının üzərinə tökərək, ona şam forması verin. Bu kağızı şamlar tam bərkiyənə qədər təxminən 30 dəqiqə soyuducuda saxlayın.

Hazır şamları evdə 1 həftə ərzində yatmazdan öncə istifadə edin. İlk 20 dəqiqə müddətində yanğı hissi yarana bilər. Bir azdan bu narahatlıq aradan qalxır. Əgər yanma hissi davam edirdə, bu sarımsağın miqdarının həddindən çox olmasından xəbər verir.

Babasilin evdə müalicəsi üçün daş yağı

Daş yağı (brakşun) – qayaların yarıqlarında yaranan və müxtəlif xəstəliklərin müalicəsi üçün şərq təbabətində uzun müddət istifadə olunan mineraldır. O, iltihabəleyhinə və hemostatik xüsusiyyətlərə malikdir. Ağız büzücü, turş dadlı daş yağı xaricə və daxilə tətbiq edilə bilər. Babasilin müalicəsi üçün hər 2 üsulu birləşdirmək tövsiyə olunur.

Daş yağı mikroimaləsi

Daş yağı məhlulu ilə mikroklizma hər gün bağırsağı təmizlədikdən sonra edilir. Müalicə kursu 2 həftədən 1 aya qədərdir. Daha sonra fasilə verilir. Məhlulun hazırlanması üçün 3 qram daş yağını 0,5 litr isti su və 1 xörək qaşığı bal ilə qarışdırın. Mikroimalənin həcmi 100 ml olmalıdır. 3 aylıq müalicə kursundan sonra babasil düyünləri kiçilir və sorulur. Defekasiya aktı (nəcis ifrazı) normallaşır, babasilin əlamətləri itir.

Babasilin evdə müalicəsi üçün daş yağı məhlulu

Daxili istifadə üçün 3 qram yağı 2 litr suda həll edin və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan olmaqla için. Qastritli xəstələrdə mədə turşuluğunun çox olduğu hallarda məhlulu yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır. Müalicə kursundan sonra 2 həftə fasilə edilir.

Kartof kompressi ilə babasilin evdə müalicəsi

Təmiz parçaya sürtkəcdən keçirilmiş çiy kartofu qoyub, 10 dəqiqə gözləyin. Daha sonra anal nahiyəni kompress edin. Prosedurdan öncə yaxşıca yuyunmaq lazımdır. Çiy kartofdan daxili babasil müalicəsi üçün də istifadə edilir.

Sonda onu da qeyd etmək lazımdır ki, bu üsulların hər biri sadəcə xəstəliyin əlamətlərini yüngülləşdirir. Lakin problemi həll etmir. Babasilin müalicəsi yalnız peşəkar həkim-proktoloq tərəfindən aparılmalıdır.

Babasilin evdə müalicəsi 5668

Babasilin bitkilərlə müalicəsi

Babasilin müalicəsində xalq təbabəti xüsusi yer tutur. Ev şəraitində çox pul sərf etmədən effektiv şamlar, vanna, kompress və dəmləmələr hazırlaya bilərsiniz. Məqaləni oxuyun və faydalanın.

Babasilin evdə müalicəsi 8293

Babasil otu

Babasilin erkən mərhələsində bəzi otların köməyilə bu xəstəlikdən qurtula bilərsiniz. Onlardan müxtəlif növ şamlar, maz və kompresslər hazırlamaq mümkündür. Ardını məqalədə oxuyun.

Babasilin evdə müalicəsi 6183

Babasil üçün bitkilər

Babasil xəstəliyində hansı bitkilər daha faydalı və effektiv sayılır? Onlardan necə istifadə etmək olar? Bir-birindən fərqli reseptlərlə məqalədə tanış olun. Oxuyun və məlumatlanın.

Saytda dərc olunan məlumatlar sadəcə maarifləndirici xarakter daşıyır və ixtisaslaşmış tibbi yardımı əvəz etmir. Bu səbəbdən həkimlə məsləhətləşməyiniz vacibdir!

Sayt xəritəsi

  • Əsas səhifə
  • Müəllif
  • Əlaqə
  • Babasil nədir
  • Babasilin müalicəsi
  • Babasilin evdə müalicəsi
  • Babasil həkimi
  • Babasil əməliyyatı

Üzdə ləkələr

Dəridə meydana çıxan rəng dəyişikliyinin bir çox səbəbləri vardır. Onların əksəriyyəti təhlükəsiz olub, sadəcə estetik qüsur sayılır. Lakin bəziləri xəstəliyin əlaməti kimi təzahür edə bilər.

Üzdə ləkələr necə yaranır?

Günəş şüaları, yaşlanma, qeyri-düzgün qidalanma, genetik meyllik, çirkli ekologiya dəridə ləkə yaradan faktorlardandır. Dəriyə rəng verən piqment melanin adlanır. Melanin melanosit hüceyrələri tərəfindən sintez olunur. Melanositlər dərinin epidermis, yəni üst təbəqəsində yerləşir.

Melanin sintez edildikdən sonra ətrafındakı digər dəri hüceyrələrinə yayılır və bərabərşəkilli rəng görüntüsü əmələ gətirir. Bəzən melanosit hüceyrələri qrup şəklində toplanır, nəticədə çil, xal, qocalıq ləkələri və ya digər dəri rənglənmələri formalaşır.

Üzdə ləkələr hansı tiplərə bölünür?

Üzdə qocalıq ləkələri

Qaraciyər və ya yaşlılıq ləkələri kimi adlandırılan lentiginlər adətən 5-20 mm ölçüdə hamar, xoşxassəli strukturlardır. Onların rəngi qəhvəyidən qaraya qədər dəyişir. Adətən orta yaşdan sonra formalaşır.

Çillərdən fərqli olaraq bədəndə daha çox yayılır, rəngləri tünddür, qışda yox olmurlar. Bu ləkələr təhlükəsizdir. Lakin bəzi hallarda onu melanoma (dəri xərçəngi) ilə differensiasiya etmək tələb olunur. Bunun üçün dermatoloqun (dəri həkimi) müayinəsindən keçməlisiniz.

Melazma

Xloazma kimi də qeyd olunur. Üzdə yaranan bu ləkələr qəhvəyi rəngdə olur. Hormonal dəyişikliklə əlaqədar hamiləlik dövründə əmələ gəlirlər. Onlar sağlamlığa zərər yetirmirlər.

Anadangəlmə piqment ləkələri və ya xal

Qara və ya qəhvəyi rəngli olub, orqanizm üçün ziyanlı hesab edilmirlər.

Hemangioma

Qan damarlarının xoşxasssəli şişidir. Onlar dəridə tünd-qırmızı ləkələr qismində təzahür edir. Əksəriyyəti anadangəlmə xarakter daşıyır. Nadir hallarda müəyyən bir əlamətlə müşayiət olunurlar. Hemangiomanın bir çox növləri 10 yaşına qədər öz-özünə itir.

Üzdə ləkələr – Vitiliqo

Ağ ləkələrlə xarakterizə olunan dəri xəstəliyidir. Melanosit hüceyrələri melanin sintez etmədikdə və ya funksiyasını itirdikdə ortaya çıxırlar. Səbəbləri bəlli deyil, ancaq autoimmun patologiya olması barədə fikirlər mövcuddur. Ləkələr istənilən yaşda, üzdə və eləcə də bədənin hər yerində əmələ gələ bilirlər. Zamanla ləkələrin ölçüsü böyüyür. Yoluxucu olmasa da, estetik görüntüsü narahatlıq və diskomfort yaradır.

Əlvan dəmirov

İnsanların dərisində normada mövcud olan Pitysporum ovale göbələyinin patogenləşməsi və piqmentasiya törətməsi nəticəsində inkişaf edir. Buna isti hava, yağlı dəri, zəifləmiş immunitet, hormonal dəyişikliklər, izafi tərləmə səbəb ola bilər. Ləkələr açıq və ya tünd çalarda olur.

Xülasə

Üzdə ləkələr mənşəyindən asılı olaraq, fərqli üsullarla aradan qaldırılır. İlk öncə ləkəni yaradan səbəbi üzə çıxarmaq, sonra isə müalicəyə başlamaq lazımdır. Məsələn, əgər ləkə göbələk xəstəliyi ilə əlaqəlidirsə antifunqal, hormonal dəyişiklikdən qaynaqlanırsa hormon səviyyəsini tənzimləyən preparatlar vacib sayılır. Ləkələrə qarşı üz maskaları da çətin anda köməyə gəlir.

“Mazol”ların ev şəraitində müalicəsi

Ayaqlarda mazolların (qabarlar) əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da insana ciddi fiziki və mənəvi diskomfort verir.

Saglamolun.az bildirir ki, qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır.

Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərlənməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.

Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündürdaban ayaqqablarının müntəzəm geyinilməsidir. Bu insanlarda pəncəyə olan təzyiq artır və nəticədə bu yerdə dəri çox qalınlaşır. Quru qabarın kökü (özəyi) olur, xarici görünüşə görə quru qabar qıfı xatırladır.

Sulu qabarlarla, demək olar, bütün insanlar üzləşir. Adətən bunun səbəbi təzə ayaqqabı olur. Sürtünmə nəticəsində dəri qızarır və şişir, daha sonra burada şəffaf maye və ya bəzən qanla dolu olan suluq əmələ gəlir.

Sulu qabarları quru qabarlarla müqayisədə müalicə etmək daha asandır. Sulu qabarları müalicə etmək üçün ilk növbədə qabarın əmələ gəlməsinə səbəb olan ayaqqabını (və ya corabı) digəri ilə əvəz edin. Sulu qabarı deşmək olmaz – bu yaraya infeksiyanın düşməsinə səbəb ola bilər. Həm qabar, həm də ətrafda olan dəri gün ərzində bir neçə dəfə spirt, furasilin məhlulu və ya hidrogen peroksidi ilə işlənməlidir. Qabara plastır yapışdırmayın – bu sağalma prosesini ləngidir. Əgər suluğun tərkibində olan maye irinli olub, qabarın ətrafında olan dəri qızarıb, şişib və s., həkimə müraciət edin.

Adətən 1-2 gündən sonra suluq özü özündən deşilir. Bu yerdə olan dəriyə gün ərzində bir neçə dəfə salisil məlhəmi çəkin – bu yaraya infeksiyanın düşməsinin qarşısını alır.

Dediyimiz kimi, quru qabarları (xüsusilə onlar köhnə olduqda) müalicə etmək daha çətindir. Hal hazırda apteklərdə qabarları xaric etmək üçün çoxlu sayda müxtəlif vasitələr satılır. Onlar qalınlaşmış dərini yumşaldır və bu dəri sonra mexaniki olaraq xaric olunur. Ən sadə və ucuz vasitə – salisil mazı (salisil məlhəmi).

Məlhəmi çəkdikdən əvvəl ayaq dərisini buxara vermək lazımdır. Bunun üçün vannaya qaynar su tökün, bir qədər soda və duş geli əlavə edin və ayağınızı bu suda 10-15 dəqiqə saxlayın. Daha sonra dərini qurulayın, qabarın üzərinə salisil məlhəmi çəkin, bir qədər gözləyin və sonra üzərinə plastır yapışdırıb 12 saat saxlayın. Sonra plastırı çıxardın və yumşalmış dərini pemza (daban daşı) ilə təmizləyin. Bu proseduru bir neçə dəfə etmək lazımdır.

Xüsusi qabar plastırı olan “Salipod” da çox ucuz və effektli vasitədir. Dərini buxara verdikdən sonra qurulayın və qabar yerinə plastır yapışdırıb 1-2 gün saxlayın. Daha sonra plastır çıxarılır və yumşalmış dəri xaric olunur.

Kosmetoloji klinikalarda köhnə qabarları tez və ağrısız xaric etmək mükündür. Bunun üçün lazer, maye azot istifadə olunur.

Xalq təbabətində quru qabarlarla bu kimi üsullarla mübarizə aparırlar:

– 1 diş sarımsaq (və ya 1 tikə soğan) çox xırda doğranılır və buxara verilmiş qabarın üzərinə qoyulur. Üzərinə tənzif salfeti qoyun və bintlə bərkidin. Sarımsağı ayaqda axşamdan səhərə kimi saxlamaq lazımdır. Sonra isə ayağı yuyun və yumşalmış dərini xaric edin.

– Limon qabığı. (İstifadəsi yuxarıda olduğu kimidir.)

– Kəsilmiş aloe yarpağı. (İstifadəsi yuxarıda olduğu kimidir.)

– Pomidor dilimi. (İstifadəsi yuxarıda olduğu kimidir.)

– Dəmrovotu şirəsi də yaxşı effekt verir.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.