Zü düzəlməyəcək. Sol böyürdə ağrının səbəbi nə ola bilər və nə edə bilərik
Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Tibbi sistemə necə daxil ola bilərəm?
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması insanlarda hələ də çaşqınlıq yaradır.
e-tibb.az APA-ya istinadən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin siyahısını təqdim edir:
Ölkə Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərmanına əsasən, Səhiyyə Nazirliyinə və TƏBİB daxil olan tibb müəssisələrinin siyahısı müəyyənləşib.
Səhiyyə Nazirliyinin tabeliyində olanlar:
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, Analitik Ekspertiza Mərkəzi, “Azərtibbtəchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri
Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilib.
TƏBİB-ə daxil olan bütün tibb müəssisələrinin siyahısı:
1. Tibbi mərkəzlər və birliklər
Milli Hematologiya və Transfuziologiya Mərkəzi
Xüsusiləşdirilmiş Angiolojj Mərkəzi
Respublika Perinatal Mərkəzi
Respublika Uşaq Stomatoloji Mərkəzi
Respublika Narkoloji Mərkəzi
Respublika Endokrinoloji Mərkəz
Siyəzən Müalicə-Diaqnostika Mərkəzi
Lənkəran Müalicə Diaqnostika Mərkəzi
Şirvan Müalicə Diaqnostika Mərkəzi
Qəbələ Müalicə Diaqnostika Mərkəzi
Füzuli Müalicə Diaqnostika Mərkəzi
Quba Müalicə Diaqnostika Mərkəzi
Qazax Müalicə Diaqnostika Mərkəzi
Bərdə Müalicə Diaqnostika Mərkəzi
Cəlilabad Müalicə Diaqnostika Mərkəzi
Zaqatala Müalicə Diaqnostika Mərkəzi
Şamaxı Müalicə Diaqnostika Mərkəzi
Tovuz Hemodializ və Diaqnostika Mərkəzi
2. Stasionar müəssisələr
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Respublika Uşaq Klinik Xəstəxanası
Müharibə Veteranları Respublika Xəstəxanası
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki UrolojiXəstəxanası
1 nömrəli Respublika Psixiatriya Xəstəxanası
1 nömrəli Respublika Psixiatriya Xəstəxanası nəzdində Müalicə istehsalat Əmək Emalatxanası
2 nömrəli Ağdam rayonlararası Psixiatriya Xəstəxanası
Respublika Dəri-Zöhrəvi Dispanseri
Tibbi Reabilitasiya Xəstəxanası
Psixi Sağlamlıq Mərkəzi
3. Ambulator-poliklinika müəssisələri
4. Təcili tibbi yardım müəssisələri, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS), TTTYS-nin Konsultativ bölmə (sanaviasiya), TTTYS-nin regional məntəqələri, TTTYS-nin Avtobazası
5. Digər qurumlar
Xüsusi Tibbi Təchizat Bazası
6. Bakı şəhəri üzrə
Bakı Şəhər Baş Səhiyyə İdarəsi
A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikası
2 nömrəli Şəhər Poliklinikası
M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası
4 nömrəli Şəhər Poliklinikası
5 nömrəli Şəhər Poliklinikası
6 nömrəli Şəhər Poliklinikası
7 nömrəli Şəhər Poliklinikası
8 nömrəli Şəhər Poliklinikası
9 nömrəli Şəhər Poliklinikası
10 nömrəli Şəhər Poliklinikası
11 nömrəli Şəhər Poliklinikası
12 nömrəli Şəhər Poliklinikası
13 nömrəli Şəhər Poliklinikası
15 nömrəli Şəhər Poliklinikası
16 nömrəli Şəhər Poliklinikası
17 nömrəli Şəhər Poliklinikası
18 nömrəli Şəhər Poliklinikası
19 nömrəli Şəhər Poliklinikası
20 nömrəli Şəhər Poliklinikası
21 nömrəli Şəhər Poliklinikası
22 nömrəli Şəhər Poliklinikası
23 nömrəli Şəhər Poliklinikası
24 nömrəli Şəhər Poliklinikası
25 nömrəli Şəhər Poliklinikası
26 nömrəli Şəhər Poliklinikası
27 nömrəli Şəhər Poliklinikası
28 nömrəli Şəhər Poliklinikası
29 nömrəli Tələbə Poliklinikası
30 nömrəli Tələbə Poliklinikası
32 nömrəli Şəhər Poliklinikası
33 nömrəli Şəhər Poliklinikası
34 nömrəli Şəhər Poliklinikası
35 nömrəli Şəhər Poliklinikası
36 nömrəli Şəhər Poliklinikası
37 nömrəli Şəhər Poliklinikası
38 nömrəli Şəhər Poliklinikası
39 nömrəli Şəhər Poliklinikası
1 nömrəli Uşaq Poliklinikası
2 nömrəli Uşaq Poliklinikası
3 nömrəli Uşaq Poliklinikası
4 nömrəli Uşaq Poliklinikası
M.N.Qəmbərov adına 5 nömrəli Uşaq Poliklinikası
6 nömrəli Uşaq Poliklinikası
7 nömrəli Uşaq Poliklinikası
8 nömrəli Uşaq Poliklinikası
9 nömrəli Uşaq Poliklinikası
10 nömrəli Uşaq Poliklinikası
11 nömrəli Uşaq Poliklinikası
12 nömrəli Uşaq Poliklinikası
13 nömrəli Uşaq Poliklinikası
14 nömrəli Uşaq Poliklinikası
15 nömrəli Uşaq Poliklinikası
16 nömrəli Uşaq Poliklinikası
17 nömrəli Uşaq Poliklinikası
19 nömrəli Uşaq Poliklinikası
20 nömrəli Uşaq Poliklinikası
21 nömrəli Uşaq Poliklinikası
22 nömrəli Uşaq Poliklinikası
1 nömrəli Tələbə Poliklinikası
2 nömrəli Tələbə Poliklinikası
3 nömrəli Tələbə Poliklinikası
Azərbaycan Tibb Universitetinin Tələbə Poliklinikası
1 nömrəli Qadın Məsləhətxanası
2 nömrəli Qadın Məsləhətxanası
3 nömrəli Qadın Məsləhətxanası
7 nömrəli Qadın Məsləhətxanası
9 nömrəli Qadın Məsləhətxanası
10 nömrəli Qadın Məsləhətxanası
30 nömrəli Ambulatoriya
1 nömrəli Uşaq Stomatoloji Poliklinikası
2 nömrəli Uşaq Stomatoloji Poliklinikası
3 nömrəli Uşaq Stomatoloji Poliklinikası
4 nömrəli Uşaq Stomatoloji Poliklinikası
Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
10 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
12 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
13 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
16 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Kliniki Tibbi Mərkəz
M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası
3 nömrəli Şəhər Klinik Xəstəxanası
5 nömrəli Şəhər Klinik Xəstəxanası
8 nömrəli Şəhər Xəstəxanası
Uşaq Bərpa Müalicə Mərkəzi
4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
8 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
Z.Bayramov adına 9 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası
3 nömrəli Uşaq Xəstəxanası
6 nömrəli Uşaq Klinik Xəstəxanası
1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası
5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası
7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası
Uşaq Nevroloji Xəstəxanası
Psixonevroloji Uşaq Evi
11 nömrəli Uşaq Vərəm Xəstəxanası
1 nömrəli Vərəm Əleyhinə Dispanser
2 nömrəli Vərəm Əleyhinə Dispanser
3 nömrəli Vərəm Əleyhinə Dispanser
4 nömrəli Vərəm Əleyhinə Dispanser
5 nömrəli Vərəm Əleyhinə Dispanser
6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası
8 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası
9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası
7 nömrəli Vərəm Əleyhinə Dispanser
1 nömrəli Dəri-Zöhrəvi Dispanseri
2 nömrəli Dəri-Zöhrəvi Dispanseri
3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri
2 nömrəli Klinik Psixiatriya Xəstəxanası
Bakı Şəhər Narkoloji Dispanseri
2 nömrəli Doğum Evi
3 nömrəli Doğum Evi
4 nömrəli Doğum Evi
5 nömrəli Klinik Doğum Evi
7 nömrəli Doğum Evi
Zığ Sağlamlıq Mərkəzi
Xocasən Sağlamlıq Mərkəzi
Kürdəxanı Sağlamlıq Mərkəzi
Zabrat Müalicə-Diaqnostika Mərkəzi
Zirə Müalicə-Diaqnostika Mərkəzi
Bakı şəhəri 1 nömrəli Körpələr Evi
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
Təcili Yardım Avtobazası
Bütün rayon mərkəzi xəstəxanaları, rayon poliklinikaları, uşaq poliklinikaları, qəsəbə xəstəxanaları, k ənd və qəsəbə həkim məntəqələri, kənd tibb məntəqələri, kənd sahə xəstəxanaları, r ayon doğum evləri, rayonlarda birləşmiş uşaq xəstəxanaları, vərəm əleyhinə xəstəxanalar, kənd, qəsəbə həkim ambulatoriyaları
Gəncə şəhəri üzrə
Gəncə Şəhər Səhiyyə İdarəsi
Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası
2 nömrəli Şəhər Xəstəxanası
Akademik Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanası
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
2 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
Gəncə Regional Perinatal Mərkəzi i
1 nömrəli Doğum Evi
Yoluxucu Xəstəliklər Xəstəxanası
Ü.Musabəyli adına Oftalmoloji Xəstəxana
Vərəm Əleyhinə Xəstəxana
1 nömrəli Şəhər Poliklinikası
2 nömrəli Şəhər Poliklinikası
3 nömrəli Şəhər Poliklinikası
5 nömrəli Şəhər Poliklinikası
6 nömrəli Şəhər Poliklinikası
1 nömrəli Uşaq Poliklinikası
2 nömrəli Uşaq Poliklinikası
3 nömrəli Uşaq Poliklinikası
4 nömrəli Uşaq Poliklinikası
Müharibə və Əmək Veteranları Poliklinikası
Uşaq Stomatoloji Poliklinikası
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
Mərkəzləşdirilmiş tibbi avtomaşınlar qarajı
Təsərrüfat hesablı tibb müəssisələri
Mərkəzi Neftçilər Xəstəxanası
TTY Servis xidmətləri
Respublika Xalq Təbabəti Mərkəzi
“Klinik Servis” MMC
Bakı şəhər 2 nömrəli təsərrüfat hesablı Stomatoloji Poliklinika
Bakı şəhər 7 nömrəli təsərrüfat hesablı Stomatoloji Poliklinika
Beyləqan rayon Stomatoloji Poliklinikası
Cəlilabad rayon Stomatoloji Poliklinikası
Lənkəran rayon Stomatoloji Poliklinikası
Ağcabədi rayon Stomatoloji Poliklinikası
İmişli rayon Stomatoloji Poliklinikası
Qusar rayon Stomatoloji Poliklinikası
Ağdam Stomatoloji Poliklinikası
Gəncə şəhər Təsərrüfat hesablı 1 nömrəli Poliklinikası
Gəncə şəhər Təsərrüfat hesablı 4 nömrəli Poliklinikası
Gəncə şəhər Təsərrüfat hesablı Diaqnostika Mərkəzi
Sumqayıt şəhər Təsərrüfat hesablı Tibbi Sanitar Hissəsi
Şuşa Təsərrüfat hesablı Poliklinikası
Özü düzəlməyəcək. Sol böyürdə ağrının səbəbi nə ola bilər və nə edə bilərik
Sol böyürdə ağrı tez-tez rastlaşdığımız haldır. Buna sadəcə zamanla keçəcək ehtiyatsız hərəkət və ya həddindən artıq gərginlik səbəb ola bilər. Ancaq buradakı ağrı ciddi səbəblərə və təhlükəli xəstəliklərə işarə edə bilər, çünki bu bölgədə bir çox vacib orqan var. Ağrı təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Qarının sol tərəfində ağrı, bir insanın həyatı üçün təhlükənin ilk əlaməti ola bilər. Əksər orqanlarda boşluq var, bu səbəbdən iltihab və ya travma daxili şişkinliyə və ya qanaxmaya, daha sonra ölümə səbəb ola bilər. Bu gün “Özü düzəlməyəcək” layihəsində sol böyürdəki ağrının səbəbinin nə ola biləcəyini və bu xoşagəlməz hisslərin vaxtında müalicəsini etmək vacibliyi haqda danışacayıq. Layihə Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə ortaq şəkildə hazırlanıb.
Sol böyürdəki ağrının səbəbi nədir
Bunun çox səbəbi ola bilər. Solda bir çox həyati orqanımız var: sol böyrək və böyrəküstü vəzi, dalaq və bağırsağın bir hissəsi, mədəaltı vəzi və mədənin sol tərəfi, diafraqmanın sol tərəfi, sidik torbası, qadınlarda uşaqlıq və yumurtalıq. Səbəb o qədər də aydın olmaya bilər – ürəyin işindəki problemlər tez-tez bədənin sol hissəsində əks olunan ağrı ilə özlərini hiss etdirir. Sol tərəfdəki ağrı, bu orqanların xəstəliklərini göstərə bilər.
Düzdür, narahatlıq həmişə xəstəlik demək deyil. Əzələlər ağrıya bilər, narahatlığın səbəbi qaz istehsalını artımı, qəbizlik və ya həddindən artıq fiziki aktivlik ola bilər.
Probleminizlə hansı həkimə müraciət etməyinizi anlamaq üçün ağrının xarakterinə diqqət yetirin. Kəskin, sancı, zəif və ya sızıltı ağrı ola bilər.
Kəskin ağrı
Qarının sol alt tərəfində kəskin ağrılara spazmlar, sidik yolları boyunca uralitin keçməsi, qasıq bağlarının qopması, iltihab, yumurtalığın qopması, böyrək çanaq və ya sidik kisəsinin genişlənməsi səbəb olur. Bu ağrıya səbəb ola biləcək bəzi xəstəliklər:
- Əzələ ağrısı. İdmanla məşğul olduqda və ya yelçənəkdə oturmağınızdan ola bilər. Ya da zəif qamət, stress və ya otoimmün bir xəstəliyiniz var. Əzələ ağrısının onlarla səbəbi var. Böyrünüzdəki ağrı idmandan sonra ortaya çıxdısa və ya, məsələn, tərlədikdən sonra, kondisionerin altında oturmusunuzsa, buna dözə bilərsiniz. Vəziyyəti aradan qaldırmaq üçün reseptsiz satılan ağrı kəsici qəbul edin. Lakin xoşagəlməz hisslər 3-4 gün ərzində keçməzsə, güclənir və ya səbəbləri barədə heç bir anlayışınız yoxdursa, mütləq terapevti ziyarət edin. Həkim diaqnozu dəqiqləşdirəcək və müalicəni təyin edəcəkdir.
- Ürək problemləri. Sol tərəfdəki ağrıya, istər kəskin istərsə də küt, stenokardiyadan infarkta qədər müxtəlif ürək xəstəlikləri səbəb ola bilər. Çiyninizə və ya qolunuza yayılan sol qabırğaaltıdakı ağrıdan mütəmadi olaraq narahat olursunuzsa, heç bir halda onları nəzarətsiz qoymayın. Ən azı bir terapevtlə məsləhətləşin və ya dərhal bir kardioloqa müraciət edin. Sol qabırğaaltıdakı kəskin ağrı, zəiflik, tənəffüs problemləri, qarın ağrısı, aritmiya ilə müşayiət olunur, təcili yardım çağırışı üçün birmənalı göstəricidir. İnfarkt təhlükəsi də ola bilər, burada isə hər saniyə vacibdir.
- Daş və ya digər böyrək xəstəlikləri. Urolitiyaz, piyelonefrit və digər böyrək xəstəlikləri özünü qarın altındakı qəfil dözülməz ağrı kimi göstərir. Bu cür ağrı, bel hissəsinə aydın şəkildə yayılır və gah güclənir, gah zəifləyir. Böyrək probleminizdən şübhələnirsinizsə, nefroloqu ziyarət etməkdən çəkinməyin. Həkim dəqiq diaqnoz qoyacaq və lazımi dərmanları təyin edəcəkdir.
- Yoğun bağırsağın patologiyası. Bu şöbədə ən çox neoplazmalar və digər patologiyalar meydana gəlir. Kron xəstəliyi şiddətli ağrıya səbəb ola bilər – bağırsaqda düyünlərin əmələ gəlməsi və onların iltihabı. Eyni zamanda zəiflik, iştah pozğunluğu, ürək bulanması və ishal müşahidə olunur. Səbəb bağırsaq keçilməzliyi ola bilər – spazm, neoplazma və bağırsaqdakı digər maneələr səbəbiylə nəcisin hərəkətinin pozulması. Nəcis yığılması səbəbindən mədə şişməyə başlayır, şiddətli ağrılar və qəbizlik görünür. Digər bir səbəb kolitdir – selikli qişanın iltihabı. Müxtəlif intensivlikdə narahatlıq, qan və irinlə qarışıq ishal, temperaturun vaxtaşırı artmasına səbəb olur. Babasil də ağrıya səbəb ola bilər: rektumun varikoz damarları ilə, bağırsaq hərəkətindən sonra ağrı baş verir və bir neçə gün davam edə bilər. Digər simptomlar müşayiət olunur: qanaxma, narahatlıq, ağırlıq hissi və tez-tez qəbizlik.
Kəskin ağrı
Bu cür ağrı orqanların bütövlüyü pozulduqda meydana gəlir. Kəskin ağrı yumurtalıq cırılmasından, qazların bağırsaqda genişlənməsindən, böyrək xəstəliklərinin, sidik kanalının və ya sidik axarının selikli qişasının xorasından xəbər verə bilər. Bu ağrıya səbəb ola biləcək bəzi xəstəliklər:
- Pnevmoniya və ya plevrit. Çox vaxt bu xəstəliklərə bakteriya və ya viruslar səbəb olur. Ağciyər zədələnməsini tanımaq asandır: kəskin sinə ağrısı dərin nəfəs və ya öskürək ilə meydana gəlir. Əlavə simptomlar: qızdırma, halsızlıq, üşütmə, tənəffüs çətinliyi.
- Dalağın qopması. Dalaq dərinin səthinə çox yaxındır, buna görə də asanlıqla yaralana bilər. Güclü zərbələrlə bu orqanın zədələnməsi mümkündür. Dalağın zədələnməsindən sonra kəskin ağrı görünür və göbək yaxınlığında hematoma əmələ gəlir. Qırılma şübhəsi varsa, dərhal xəstəxanaya getməlisiniz.
- Mədə xorası. Xora mədə astarındakı qüsurdur. Kraterlər görünəndə narahatlıq növbəti yeməkdən dərhal sonra baş verir. Xəstəlik tez-tez ürək yanması, qusma və kilo itkisi ilə müşayiət olunur. Ülserlərin ən təhlükəli komplikasiyası mədə divarında bir çuxur meydana gəlməsidir. Bu anda xəstələr kəskin ağrı hiss edirlər, dəriləri solğun olur, bəzən xəstələr huşunu itirir. Bu cür əlamətlər görünsə xəstə dərhal xəstəxanaya yerləşdirilməlidir.
- Ektopik hamiləlik. Ektopik hamiləliyin döllənmiş bir yumurtanın uşaqlığa deyil, uşaqlıq borusuna, uşaqlıq boynuna, yumurtalıq və ya qarın boşluğundakı başqa bir yerə yapışması olduğu deyilir. Gec-tez böyüyən embrion, yapışdığı orqanı parçalayır. Bu, ağır və ölümcül qanaxma və peritonitə səbəb ola bilər. Hamilə olduğunuz və ya şübhələndiyiniz təqdirdə, qarın altındakı hər hansı bir kəskin ağrı, xüsusilə başgicəllənmə, ürək bulanması, qanlı axıntı ilə müşayiət olunur və bir neçə dəqiqə içərisində keçməzsə, təcili yardım çağırmaq üçün qəti bir səbəbdir.
Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
E-poçt səhv daxil edilmişdir
Yollamara icazə verirəm
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Zəif ağrı və sızıltı
Bu cür ağrı iltihabi proseslərdə baş verir. Zəif ağrı ümumiyyətlə birtərəfli “qadın” xəstəliklərini müşayiət edir. Darıxdırıcı ağrı hissləri qızdırma, tez yorğunluq, ümumi zəiflik ilə birləşdirilirsə, böyük ehtimalla iltihab patologiyalarından danışırıq. Bu ağrıya səbəb ola biləcək bəzi xəstəliklər:
- Güclü fiziki aktivlik. Sürətlə qaçdınız və ya çox güclü bir şəkildə atlandınız və sonra sol tərəfiniz ağrıdı. Narahat olmağa səbəb yoxdur: fiziki fəaliyyət qan axınını artırır, həddindən artıq olarsa qan dalağı doldurur. Orqanın ölçüsü böyüyür və sinir ucları olan öz qabıq kapsuluna basmağa başlayır. Məşhur “sol tərəfdəki sancılar” ifadəsi belə yaranır.
- Mədə patologiyası. Mədə bölgəsindəki narahatlıq qastrit, mədə yarası xəstəliyi və ya şiş təzahürləri ilə əlaqələndirilə bilər. Qastrit ilə selikli qişalar iltihablanır və sol qarında ağrılı narahatlıq yaradır. Xəstəlik özünü digər simptomlarla da göstərir: çox xoşagəlməz bir qoxu ilə ağrı, ürək bulanması, yeməkdən sonra ürək yanması, ağırlıq. Selikli qişada iltihablı proseslər bəzən ishal və ya qəbizliyi təhrik edir.
- Bağırsaq patologiyası. İncə bağırsaqda qida mədədə həzm olunduqdan sonra parçalanır. Bəzi insanların anadan gəlmə xüsusiyyətləri var: orqanizmləri qlüteni və süd şəkərini qəbul etmir. Bəzi qidaları yedikdən sonra qarın köpü, periodik çəkmə ağrısı inkişaf edir. Əlavə əlamətlər: kilo itkisi, hipovitaminoz, qarın ətrafının artması, tez-tez uğultu.
- Apendisit. Əksər hallarda, apendisitin iltihabı özünü sağ tərəfdəki ağrı ilə müşahidə olunur. Lakin bəzən yuxarı qarın nahiyəsində ağrı olur. Soldakı zəif ağrının səbəblərini bilmirsinizsə, eyni zamanda şişkinlik, iştahsızlıq, qızdırma hiss edirsinizsə – ən qısa müddətdə bir terapevtlə məsləhətləşməyiniz vacibdir.
- Xərçəng növlərindən biridir. Təəssüf ki, ilk mərhələlərdə bağırsaq, mədə, pankreas xərçəngi demək olar ki, özünü hiss etdirmir. Qarındakı bəzi narahatlıqlar, həzm pozğunluğunun yüngül simptomları, səbəbsiz kilo itkisi kimi hiss oluna bilər.
Dartıcı ağrı
Belə ağrı irinli ocaqların əmələ gəlməsi ilə ortaya çıxır. Sol tərəfdə dartıcı ağrı ümumiyyətlə çanaq orqanlarının irinli patologiyaları üçün xarakterikdir, bağlar qasıqda uzandıqda və boğulan yırtıqlarda meydana gəlir və onkoloji xəstəliklərlə müşayiət olunur (bu vəziyyətdə zamanla intensivliyi artır). Bu ağrıya səbəb ola biləcək bəzi xəstəliklər:
- Dalağın patologiyası. Bu orqan qan əmələ gəlməsində iştirak edir, ölü eritrositlərdən istifadə edir. Dalaq funksiyalarının öhdəsindən gələ bilmədikdə, mononükleoz inkişaf edir. Bu patologiya orqanın artmasına və toxumalarının morfoloji quruluşunun dəyişməsinə səbəb olur. Mononükleoz ilə qarının sol hissəsində davamlı dartıcı ağrı olur. Xəstəlik digər simptomlarla müşayiət olunur: yorğunluq, əzələlərdə və ya oynaqlarda ağrılar, tez-tez baş ağrıları, termoregulyasiyanın pozulması. Bundan əlavə, immunitet azalır, bədən bütün viral və yoluxucu xəstəliklərə həssas olur.
- Mədəaltı vəzin patologiyası. Mədəaltı vəziqarın sol hissəsinə daha yaxındır və endokrin sisteminin tərkib hissələrindən biridir. Qidaların parçalanmasını və udulmasını təşviq edən və bəzi orqanların işini tənzimləyən fermentlər və hormonlar istehsal edir. Dartıcı və kəskin ağrılar, müəyyən qidalardan, ümumiyyətlə yağlı qidalardan və ya hisə verilmiş ətlərdən yaranır. Əlavə simptomlar – yüksək qızdırma, çoxlu qusma və nəcis pozğunluqları – bir qastroenteroloqla əlaqə qurmağa dəyər.
- Menstruasiya. Menstruasiya zamanı və ya əvvəlində qarının alt hissəsi ağrıyır. Sol hissəsi də daxil olmaqla, bəzən arxaya verir. Menstrual ağrı, xoşagəlməz olsa da, təhlükəli deyil. Sadəcə buna dözə və ya reseptsiz satılan ağrı kəsicilərindən istifadə edə bilərsiniz.
- Endometrioz və ya yumurtalıq kistası. Bu xəstəlikləri çanaq hissəsindəki dartıcı ağrılar ilə tanımaq olar – həm solda, həm də sağda. Ağrılar menstrual ağrılara bənzəyir, lakin hər an yarana bilər. Bu cür pozuntularla menstruasiya uzanır və daha ağrılı olur. Düzgün diaqnozu vaxtında qoymaq vacibdir, bəzən həyat bundan asılıdır. Məsələn, böyük bir yumurtalıq kistinin qopması uşaqlıqda qanaxmaya və qan itkisindən ölümə səbəb ola bilər.
Bu cür ağrıların olduğu halda mütləq həkimə müraciət etmək lazımdır. Eyni zamanda, müşayiət olunan simptomlara da diqqət yetirmək vacibdir – bədən istiliyinin yüksəlməsi, ishal, qusma, solğunluq, yorğunluq və s. Bunlar barədə mütləq bir mütəxəssisə məlumat verməlisiniz, bu məlumat dəqiq diaqnoz qoymaq üçün faydalı olacaqdır.
Araşdırmağa vaxt olmadıqda mütləq təcili tibbi yardıma müraciət edin
Bu simptomları hiss edirsinizsə dərhal təcili yardım çağırın. Ağrının keçməsini gözləməyə çalışmayın.
- Döş qəfəsinin sol tərəfindəki kəskin və ya dartıcı ağrı sol qola, çiyinə, çənəyə yayılır.
- Hiss olunan ağrı, temperaturun 38,8°C-yə qədər və daha çox artması ilə müşayiət olunur.
- Ani, kəskin ağrı bir nöqtədə cəmləşir və bir neçə dəqiqə dayanmır.
- Şiddətli qarın ağrısı (həm solda, həm də hər hansı digər nöqtədə), rahatlama arxada yatdığınız zaman gəlir.
- Ağrı zamanla azalmır, əksinə daha da güclənir.
- Qusma ilə müşayiət olunan ağrı. Mədə içərisində qan varsa vəziyyət xüsusilə təhlükəlidir.
- Ağrı kəskindir, sidik ifraz etmək mümkün olmur.
- Nəcislər qara və ya qanlıdır.
- Qarın bərkiyib, ən yüngül toxunuş belə ağrılı olur.
- Qarının alt hissəsində – güclü dartıcı və ya iti ağrı, və bununla birlikdə siz ya hamiləsiniz ya bunu istisna etmirsiniz.
- Şiddətli ağrı başlamazdan bir müddət əvvəl qarın və ya qabırğalara zərbə gəldi.
Sol böyürünüzdəki anlaşılmaz hisslərə qarşı diqqətli olun. Müntəzəmləşirlərsə, mütləq bir terapevt və ya qastroenteroloqla məsləhətləşin və onların təyin etdiyi bütün müayinələrdən keçin. Unutmayın, vaxtında müayinə bir çox xəstəliyin qarşısını ala bilər.
İLK TİBBİ YARDIM
Hər hansı bir qəzada və ya həyatı, təhlükə altında qoyan digər təcili vəziyyətlərdə, tibb işçilərinin köməyi gələnə kimi həyatın xilas edilməsi və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədiylə dərmansız olaraq görülən tədbirlərə ilk tibbi yardım deyilir. İLK TİBBİ YARDIM TƏDBİRLƏRİNDƏ QƏTİYYƏN DƏRMANDAN İSTİFADƏ ETMƏK OLMAZ.
İlk tibbi yardım 3 əsas məqsəd daşıyır:
1. İnsan həyatının qoruması və davam etməsinin təmin edilməsi
2. Vəziyyətin pisləşməsinin qarşısının alınması
3. Yaxşılaşmanın asanlaşdırılması
Qəza və digər təcili vəziyyətlərdə etməli olduqlarımızı önəmlilik sırası ilə bu şəkildə sıralaya bilərik: İlk tibbi yardımı göstərən insan öncəliklə soyuqqanlı və təlaşsız olmalıdır. Xəstəni də sakitləşdirməli və ətrafda davam edən bir təhlükə olub-olmadığını müəyyən etməlidir. Bununla yanaşı, öz canını da təhlükəyə atmamalıdır. Bir tərəfdən vaxt itirilmədən, xəstənin və ya qəza edənin vəziyyəti təyin edilərək ilk tibbi yardıma başlanmalı, digər tərəfdən də ətrafda olan insanların, sağlamlıq məntəqələrinə, yanğınsöndürmə və təhlükəsizlik güclərinə xəbər vermələri təşkil olunmalıdır. İlk müdaxilənin ardınca xəstə ən qısa zamanda tibb məntəqəsinə çatdırımalıdır.
İlk tibbi yardımda öncəliklə xəstənin:
Tənəffüs yolunun açılması
Tənəffüsün düzəldilməsi və
Qan dövranı fəaliyyətinin təmin edilməsi
Müxtəlif qəzalarda və digər təcili vəziyyətlərdə həyata keçiriləcək ilk tibbi yardım üsulları:
- Yanıqlarda ilk tibbi yardım:
Birbaşa od və ya yüksək temperatur verən fiziki və ya kimyəvi təsirlərlə qarşılaşma nəticəsində yanıqlar yaranır. Bu təsirlər od, elektrik, günəş, isti su və ya yağ, kimyəvi maddələr, isti metal cisimlər və s. ola bilər. Məruz qalınan yüksək temperaturun dərəcəsi və məruz qalma müddəti yanıqların şiddətinə təsir edər. Bu səbəblə, yüksək temperatura məruz qalan insan ən qısa müddətdə temperatur qayna ğından uzaqlaşdırılaraq yanan hissə su ilə soyudulmalıdır.
Yanıq, dəri.. açıq yara kimi təyin edilməlidir. Bədən bu hissədən su itirər və açıq yara kimi mikrob götürmək üçün uyğun hala gələr. Bütün bədən səthinin 20 %-dən çoxuna təsir edən yanıqlar həyati təhlükə doğurar.
Yanıqlar, ortaya çıxan təxribata görə dərəcələrə ayrılır:
1-ci dərəcəli yanıqlar:
Ən çox, günəşdə çox qalmaq səbəbiylə ortaya çıxır.
Dərinin qızarması və şiddətli ağrı ilə müşahidə olunur.
Öz-özünə sağalıb, dəri normal halına qayıda bilər.
Paltarı yanan insan yerə uzanıb öz ətrafında fırlanmalıdır.
2-ci dərəcəli yanıqlar:
Qızarıqlığa əlavə olaraq, su ilə dolu kisəciklərin görülməsi ilə tanınar.
Ən çox, isti su səbəbiylə baş verir. Ağrılı və ciddi yanıqlardır.
Su kisələrini partlatmaq təhlükəlidir.
Düzgün qulluq edilməsə, iz qalar. Mikrob yaranmasına uyğundur.
3-cü dərəcəli yanıqlar:
Dərinin hər yeri təsirlənmiş olur. Ağrı azdır. Həyati təhlükə yaradacaq maye itkiləri və iltihablanmalar mümkündür.
Yanıqlar zamanı ilk tibbi yardım göstərənin ilk məqsədi, yanığa səbəb olan maddə və ya mənbənin uzaqlaşdırılmasıdır.
Alovlanmış qəza edənin qaçmasının qarşısı alınmalıdır. Üzərinə bir örtük atılaraq və ya yuvarlanaraq söndürülməlidir.
Paltarlar kəsilərək çıxarılmalıdır.
Hər cür yanıqlar zamanı görülməli olan tədbirlər:
İlk etməli olduğumuz şey, yanan hissənin ağrı keçənə qədər və ondan sonra da 10 dəqiqəyədək soyuq suya tutulmasıdır.
Yaralının üzərində üzük, qolbaq, saat kimi əşyalar varsa, çıxarılmalıdır.
Yanan hissənin üzərinə təmiz və nəm bir bez qoyulmalıdır. Belə bir vasitə yoxdursa, açıq qalmalıdır.
Şüur açıqdırsa, ağızdan sulu qidalar və su verilməlidir. Şoka qarşı uyğun pozisiyada saxlanılmalıdır.
İkinci və üçüncü dərəcəli yanıqlar varsa, həkimə aparılmalıdır.
2. Günvurma hallarında ilk tibbi yardım:
Günəşin altında çox qalmaq nəticəsində bədən istiliyinin aşırı yüksəlməsi ilə müşahidə olunan günəş vurması dediyimiz vəziyyət meydana gəlir.
Günvurmanın əlamətləri nələrdir? Günvurması yaşayan insan aşırı tərləmiş halda olur v ə ya tərləməyə davam edir. Bədən istiliyi 40 dərəcə və ya daha çox ola bilər. Xəstənin şüuru bulanıqdır və nəbz sürətlidir. Halsızlıq, aşırı susuzluq hissi və ağrılar da müşahidə olunur.
Gün vuran insana ilk müdaxilə necə edilir?
Gün vuran insanın şüuru qapalıdırsa;
Öncəliklə kölgəli və sərin bir yerə daşınmalıdır.
Xəstənin tənəffüs yolunun açıq olması təmin edilməlidir, nizamlı tənəffüs edib-etmədiyi və ürək döyüntüləri yoxlanmalı və xəstə sərinlədilməlidir.
Gün vuran insanın şüuru açıqdırsa;
Xəstə sərin bir yerə daşınmalı, yarı oturaq pozisiyada olmalıdır. Üstünə su səpmə, yaş dəsmal və hava axınından istifadə edilərək ( yelpik, ventilyator və s. ) sərinlədilməli, su və alkoqolsuz içkilər verilməlidir. Artıq geyimləri çıxarılmalıdır.
3. Elektrik vurması hallarında ilk tibbi yardım:
Elektrik vurması, ev və iş yerlərindəki rozetkalar və elektrikli alətlərdən qaynaqlanan elektrik sızması, enerji ötürmə kabellərinin qopması və ya dirəklərə dırmanılması, ildırım düşməsi kimi hallarda ortaya çıxa bilər.
Elektrik vurmalarına qarşı görüləcək tədbirlər nələrdir? Günümüzdə elektrikli alətlərin istifadəsinin artması ilə elektrik vurması riski ilə hər an qarşı-qarşıya qaldığımız bir gerçəkdir. Xüsusilə uşaqlar baxımından təhlükə daha böyük olamaq la, yetkin insanlar üçün də elektrik vurması riski vardır və hər zaman ehtiyatlı olunmalıdır. Evinizdə və ya iş yerinizdə ən sadə lampa dəyişmələrində belə sayğacı bağlamağı unutmayın. Bəzi hallarda lampanın düyməsi qapalı olsa belə, kabellərdə elektrik ola bilər. ( xəttin tərs qoşulmasından dolayı ) Rozetkalara uşaqların sivri cisimlər soxmasını əngəlləyəcəcək təhlükəsizlik aparatları taxmaq faydalıdır. Bu aparatlar olduqca ucuzudur. Elektrik sızması olan cihazları dərhal təmir etdirmək laızmdır. Elektrik xətlərinizdə torpaq xəttininin olduğundan əmin olun və tropaqlı rozetkalardan istifadə edin.
Elektrik vurmasının əlamətləri nələrdir? Dəri üzərində yaranan yanıq, tənəffüs və qan dövranı sistemində pozğunluq, şüurun itirilməsi nəticəsində yıxılma və buna bağlı olaraq qırıqlar elektrik vurmasının ola biləcək nəticələridir. Elektrik vurmasının damarlar üzərində təsiri qalıcı, gec ortaya çıxan problemlər yarada bilər. Tellərdən asılı və ya elektrik telləri ilə təmas halında yerdə uzanarkən tapılan insanda elektrik vurması olduğu düşünülməlidir. Bəzən qəza edən şəxs özündən getmədən öncə kabeldən ayrılmağı bacarmış ola bilər. Kimisi qısa müddətli, aşağı gərginlikli elektrik vurmalarında qəza edənin şüuru açıq olub, dəri üzərində belə heç bir iz görülməyə bilər.
Elektrik vuran insana necə müdaxilə edilməlidir?
İlk tibbi yardım müdaxiləsi 3 hissədən ibarətdir:
1. Elektrik axını qapanmalıdır; bu edilə bilmirsə, qəza edənin, çılpaq kabel ilə təması, ötürücü olmayan bir cisim istifadə olunaraq kəsilməlidir.
2. Qəza şəraitində dərhal qəza edənin tənəffüs yolu, tənəffüs və ürək döyüntüləri səviyyəsi yoxlanmalı və lazım gələrsə təmin edilməli, şüur itirilməsi müşahidə olunursa, koma pozisiyası verilməlidir.
3. Yanıq varsa, uyğun şəkildə qulluq göstərilməlidir; qəza edən fiziki və psixoloji olaraq rahatladılmalıdır və ayağa qaldırılmadan həkimə çatdırılmalıdır. Yıxılma ilə bağlı qırıq varsa, bu barədə müəyyənləşdirilmə olduqdan sonra həkimə müraciət edilməlidir.
4. Sınıq, çıxıq, burxulma hallarında ilk tibbi yardım:
Hündür bir yerdən yıxılan, üstünə bir cisim düşən, avtomobil qəzası keçirən qəza edənlərdə aınıq, çıxıq və burxulmalara tez-tez rast gəlinir. Sınıqlar, böyük sümük sınıqlarında görülə bilən daxili qanamalar xaricində, həyatı birbaşa təhlükə altına atmayan hadisələrdir. Bununla bərabər, xətalı yanaşmalar nəticəsində boyun və ya onurağa sınığı olan qəza edən iflic qala bilər, qol və ya ayaq sümüyü sınıq olan bir insanda qol və ayaq damarları və ya sinirləri kəsilib vəziyyət ağırlaşa bilər, yerinə taxmağa cəhd edildiyi zaman, çiyin çıxığı əməliyyatla belə düzələ bilməyəcək hala gələ bilər.
Sınıq, çıxıq, burxulma kimi sümük və oynağa bağlı olan hadisələrdə ilk tibbi yardım göstərən şəxsin əsas hədəfi problemli bədən uzantısını və ya hissəsini hərəkətsiz hala gətirərək qəza edənin vəziyyətinin pisləşməsinin qarşısını almaq, ağrısız və təhlükəsiz bir şəkildə həkimə çatdırmaqdır.
Sınıqlarda ilk tibbi yardım:
Sümük bütövlüyünün zərbə və ya yıxılma nəticəsində ortadan qalxmasına sınıq deyilir. Sınmış sümük hissələri dərini deşərək xaricə çıxıbsa, buna açıq sınıq, dəri sağlamdırsa, qapalı sınıq deyilir.
Aşağıdakı maddələrin bir neçəsinin mövcudluğu halında sınıqdan şübhələnmək lazımdır.
Yıxılma, üzərinə yıxılma, zərbə halları
Problemi hissədə hərəkətlə və ya təmasla çox şiddətlənən ağrı
Əlaqəli bədən hissəsində forma pozulması, simmetriyanın itməsi
Sınma əsnasında və ya sınmadan sonra sınıq sürtünmə səsinin eşidilmiş olması
Sınıq hissədə şiş, göyərmə
Qol və ya ayaqda qısalma
Oynaq olmayan bir yerdə oynaq varmış kimi bir hiss olması
Dəriyi parçalamış sınıq sümük ucunun xaricdən görülməsi
Hərəkət məhdudluğu və ya heç hərəkət etdirə bilməmək
Əlaqəli hissədə hissetmədə azalma, uyuşma, sızıldama
Qan dövranında ləngimə nəticəsində soyuma
Sınığı olan və ya sınıq şübhəsi olan insana ilk tibbi yardım tətbiq edərkən, aşağıdakı qaydalara əməl etmək lazımdır:
Sınıq olmadığı təyin edilməmiş bir insan qətiyyən tərpədilməməlidir. Sınıq hissənin hərəkət etdirilməsi nəticəsində sınıq hissənin kəskin kənarı ətrafındakı hanısa bir damarı və ya siniri kəsə bilər, əzəzlə toxumasını zədələyə bilər.
Qəza edəni oturmasına və ya sağa-sola hərəkət etməsinə icazə verilməməlidir, sınıq şübhəsi olan hissə hərəkətsizləşdirilmədən xəstəni daşımaq olmaz.
Qəza olan yerdə həyatı təhlükə altında qoyan zərərli bir təsirin olmadığı hər vəziyyətdə, sınığa müdaxilə yerindəcə edilməlidir.
Sınmış bədən üzvünün biləyindən nəbzi və sınan hissədə qanamanın olub olmadığını yoxlamaq lazımdır.
Açıq sınıqlarda görünən sümük hissəsini içəri salmağa, sümük uclarını birləşdirməyə, qol və ya ayaqda pozulmuş formanı düzəlməyə çalışma malı.
Sınıqla birlikdə qanma-şok əlamətləri varsa, öncəliklə bunlaar müdaxilə edilməlidir.
Boyun sınıqlarında xətalı daşıma və gərəksiz hərəkətlər onurğa iliyinin zədələnməsi nəticəsində bütün bədəndə ifliclə nəticələnə bilər. Boynun dəstəklənməsi və hərəkətsizləşdirmə, həyati önəm daşıyır.
Başa dəyən zərbədən sonra burun və qulaqdan su gəlməsi; eynək şəklində göyərmə, özündən getmə, yuxululuq halı, nəbz və tənəffüs zəifləməsi, gözbəbəklərində böyüklük fərqi, püskürmə şəklində qusma, baş sümüklərində çökək formasında forma pozulması varsa, kəllədə sınıqla bərabər beyində də problem var deməkdir. Təcili olaraq qəza edəni həkimə çatdırmaq lazımdır.
Problemli hissənin hərəkətsizləşdirilməsi, yəni müəyyən edilməsi, ağrını azaldacaq, sınıq ucların ətraf toxumaları zədələməsini əngəlləyərək, sınıq ucların bir-birindən ayrılması və ya dəridən bayıra çıxmasına əngəl olacaq. Beləcə, yaxşılaşma da daha asan olacaqdır.
Sabitləşdirmə prosesi, sınıq sümükləri əlaqələndirən iki oynağın, sərt uzun bir cismin köməyilə hərəkətsiz hala gətirilməsidir. Bu məqsədlə istifadə olunacaq standart vasitənin tapılmadığı yerlərdə, ilk tibbi yardımı göstərən şəxs əlverişli həllər axtarmalıdır. Hansısa bir budaq parçası, qatlanmış qəzetlər, karton qutular, əl ağacı və y a çətir taxtası ilə sabitləşdirmə zamanı, jaket.. pencək.. köynək və s. bu kimi əşyalar; asqı ilə sabitləşdirmə zamanı isə kəmər, qalstuk, köynək qolu kimi əşyalar sarğı olaraq istifadə oluna bilər. Heç bir vasitə tapılmazsa, qəza edənin sağlam ayağı, sınmış ayaq üçün sarğı taxtası rolunu oynaya bilər.
Çıxıqlarda ilk tibbi yardım:
Bir oynağı meydana gətirən sümüklərdən birinin, hansısa bir xarici təsir nəticəsində normalda olduğu yerdən ayrılmasına çıxıq deyilir. Oynaq bağlarının normalda izin verməycəyi bir hərəkətdə çətinlik çəkən sümük bağları, aralayaraq və ya yırtaraq yerindən uzaqlaşar.
Oynağın və ya bədən uzantısının görünüşündə pozulma,
Ağrı səbəbi ilə məhdudlanmış və ya tamamilə ortadan qalxmış hərəkət,
Həssaslıq və şiş görülməsi, çıxıq barəsində şübhələndirməlidir.
Çıxmış bir sümüyü, oynaq boşluğuna ancaq səlahiyyətli və təcrübəli bir insan yenidən yerləşdirə bilər. Səlahiyyətsiz insanlar tərəfindən edilən bu cür cəhdələr isə, damar-sinir sıxılmalarına, oynaq bağlarının düzələ bilməyəcək səviyyədə korlanmasına, tez-tez çıxığın təkrar olunmasına ( vərdiş etmiş çıxıq) səbəb ola bilər. İlk tibbi yardım göstərən insanın vəzifəsi, səlahiyyətli və təcrübəli bir tibb işçisinə çatana kimi, çıxıq oynaq hissəsini hərəkətsiz hala gətirməkdir. Bu səbəblə asqı, taxta və sarğı tətbiqi edilə bilər.
Burxulma halında ilk tibbi yardım:
Oynaq bağlarının qopması və ya qismən zədələnmə sinə burxulma deyilir. Ağrı, həssaslıq, şiş və göyərmə görülə bilər. Zədələnmiş oynaq, buz torbası və oxşar tətbiqlər edilməklə soyudulmalıdır. Varsa, elastiki sarğı tətbiq edilərək şişin qarşısı alınmağa çalşılmalıdır. Zədələnmiş oynaq istifadə olunmadan və hərəkət etdirilmədən, mümkünsə yuxarıda tutularaq daşınmalıdır.
Mənbə: tr.mydearbody.com
Hazırladı: Fidan Aslanova
Comments are closed, but trackbacks and pingbacks are open.