Press "Enter" to skip to content

İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? Bir çox sualınıza cavablar

O, bu istiqamətdə müəyyən addımların atılmasını zəruri hesab etsə də, müəyən çətinliklərin olduğunu deyir: “İkili vətəndaşlıq xarici ölkələrdə yaşayan çox sayda soydaşlarımızın hüquqlarının qorunması baxımından faydalıdır. Amma indiki şərtlərdə bunu gerçəkləşdirmək üçün müəyyən çətinliklər var. Azərbaycan ikili vətəndaşlığa hazır deyil. Məsələnin iqtisadi tərəfi var, Azərbaycan müharibə aparan dövlət kimi hüdudlarını çox da azad iqtisadi zona və başqa modellərə aça bilmir”.

Vətəndaş məktubu necə yaza bilərəm?

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

“Qafqazinfo” Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Bakı şəhəri, Sabunçu rayonunun sakini, şair-jurnalist Rauf Alagezov ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün göstərdiyi səylərə görə özünün və ailəsinin, həmçinin on minlərlə oxucusunun adından dövlətimizin başçısına təşəkkür edərək yazır: “Hörmətli cənab Prezident, bir yaradıcı şəxs, Prezident təqaüdçüsü, şair-jurnalist olaraq Sizin gördüyünüz işləri diqqətlə izləyir, buna görə Sizə minnətdarlığımı bildirirəm. Hər zaman Sizin xidmətinizdəyəm. Daim var olun, cənab Prezident!”.

Qazax rayon sakini Akif Əmirov yazır ki, dövlətimizin başçısı Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında siyasi nüfuzunun artması istiqamətində çox böyük işlər görür və bu işlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. “Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, biz qazaxlılar bu sahənin inkişafı istiqamətində gördüyünüz işlərin real şahidi olduq. Martın 3-də Sizin iştirakınızla Qazax Rayon Mərkəzi Xəstəxanası üçün 145 çarpayılıq 10 korpusdan ibarət yeni xəstəxana binasının istifadəyə verilməsi bölgələrimizdə səhiyyəyə olan qayğınızın bariz nümunəsidir. Bu gün düşmənlə 168 kilometr sərhədi olan Qazaxda belə yüksək səviyyəli xəstəxananın inşa olunması dövlətimiz tərəfindən səhiyyə işçilərinə göstərilən qayğı ilə yanaşı, həm də biz sakinlərə olan diqqət deməkdir. Bakıdan 500 kilometr məsafədə yerləşən Qazaxda müasir standartlara cavab verən xəstəxananın olması bir daha göstərir ki, dövlətimiz nəinki paytaxtda, eləcə də bölgələrimizdə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində mühüm addımlar atır.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir gənc kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayıram”, – deyə o qeyd edir.

Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Ağayev yazır: “Möhtərəm cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işlərin miqyası nə qədər böyük olsa da, əhəmiyyəti illər sonra daha da artacaq. Buna görə xalq Sizi sevir, dəstəkləyir.

Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”.

Sumqayıt şəhər sakini Əli Teymurov koronavirusun dünyada geniş yayıldığı bir vaxtda xaricdə təhsil alan tələbələrimizə də diqqət və qayğı ilə yanaşdığına görə dövlətimizin başçısına minnətdarlıq edir. O yazır: “Hörmətli cənab Prezident, ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən orada oxuyan tələbələrimizə, o cümlədən İstanbul Texniki Universitetində təhsil alan oğluma göstərilən diqqət və qayğıya görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Cənab Prezident, koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz.

Əziz Prezidentimiz, bir daha Sizə minnətdarlığımızı bildirir, cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi və ailənizi qorusun”.

Sumqayıtın daha bir sakini Azər Rəşidov dövlətimizin başçısının vaxtında atdığı uğurlu addımlar, verdiyi müdrik qərarlar sayəsində ölkəmizin koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə apardığını vurğulayaraq yazır: “Hörmətli cənab Prezident, tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.

Əziz Prezidentimiz, qədirbilən Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir. Hər bir gözəl işinizə görə çox sağ olun!”.

Salyan rayonunun Şorsulu kəndinin sakini Daşqın Cəbiyev daim xalqımızı düşündüyünə və hər bir vətəndaşın qayğısına qaldığına görə Prezident İlham Əliyevə gənclər adından minnətdarlıq edir. O yazır: “Möhtərəm cənab Prezident, mən bir gənc olaraq çox sevinirəm ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Sizin xalqa göstərdiyiniz diqqət və qayğı biz vətəndaşların daha yaxşı yaşamasına, rifahımızın yüksəlməsinə xidmət edir. Hazırda dünyada, eləcə də ölkəmizdə yayılmış koronovirus pandemiyasının qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görürsünüz.

Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Hər bir işiniz xalq tərəfindən dəstəklənir. Gördüyünüz bütün bu işlərə görə, cənab Prezident, Sizə Salyan gəncləri adından dərin minnətdarlığımı bildirir, çətin və şərəfli işinizdə daim uğurlar arzulayırıq”.

Bakı şəhəri, Binəqədi rayonunun sakini Nuridə Muradova yazır: “Hörmətli cənab Prezident, Sizin ölkəmiz, xalqımız üçün gördüyünüz işlər hamıya bəllidir. Bu günlərdəki fədakarlığınız da göz önündədir və xüsusi qeyd olunmalıdır. İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Qürur duyur, fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Çox sağ olun. Allah Sizi qorusun!”.

Gəncə şəhər sakini İlqar Əliyev Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayır. O yazır: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq”.

Bakı şəhəri, Yasamal rayonunun sakini Samir İsmayılov koronavirus epidemiyası ilə mübarizədə xalqımıza göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Mən bir vətəndaş kimi Sizin gördüyünüz işlərə könüllü olaraq dəstək verməyə hazıram. Allah Sizi və ailənizi qorusun!”.

Prezident İlham Əliyevə minnətdarlıq məktubları yazanlar arasında Azərbaycan vətəndaşı olmayan, lakin ölkəmizdə yaşayan şəxslər də var. Onlardan biri də Bakıda yaşayan Oksana Uzbaşovadır. O yazır: “Möhtərəm cənab Prezident, xalqınızı qoruduğunuza, koronavirusa operativ reaksiya verdiyinizə görə Sizə minnətdarlıq etmək istəyirəm. Allah Sizə cansağlığı versin. Çox əfsuslar olsun ki, mən Azərbaycan vətəndaşı deyiləm. Lakin Bakıda yaşadığım üçün özümü təhlükəsizlikdə hiss edirəm və bu, Sizin sayənizdədir. Buna görə şəxsən öz adımdan və ailəm adımdan Sizə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan vətəndaşı ilə ailə qurmuşam və artıq 5 ildir ki, ölkənizdə yaşayıram. Çox sevinirəm ki, qız övladım müstəqil Azərbaycanda sabit, firavan mühitdə böyüyür. Ailəmiz adından Sizə və ailə üzvlərinizə bir daha təşəkkür edirəm”.

İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? – Bir çox sualınıza cavablar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
İkili vətəndaşlıq, yoxsa iki vətəndaşlıq? – bu sual qəribə səslənsə də, bir çoxları ikili vətəndaşlıq yox, iki vətəndaşlıq ifadəsinə üstünlük verir. Çünki bəziləri həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlığını daşıyırlar. Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlıq qanunsuzdur. “İki vətəndaşlıq” ifadəsi isə qanunvericilikdə yoxdur.

BAKU.WS BBC News Azərbaycancaya istinadən xəbər verir ki, Aynur Həsənovanın özü Azərbaycan vətəndaşı olsa da, oğlu həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır. Onun oğlu Türkiyədə anadan olub, Azərbaycana gələndə isə buranın da vətəndaşlığını alıb.

Aynur Həsənovanın oğlu hazırda iki ölkənin vətəndaşıdır?

“Adətən, Azərbaycan pasportunu istifadə edirik. Bir dəfə sərhədçilərə səhvən oğlumun Türkiyə pasportunu verdim, amma mənə heç nə demədilər. Heç soruşmadılar ki, bu nədir, niyə iki pasportu var”.

Aynur Həsənova deyir ki, iki vətəndaşlığın olması onlar üçün rahatlıq yaradır və ümumiyyətlə, ikili vətəndaşlığın qəbul olunmasını istəyir: “Bibilərim, dayılarım, digər qohumlarım hamısı Rusiyada işləyir. Nə olsun ki, ikili vətəndaşlıq yoxdur?! Orda rus pasportunu göstərirlər, burda Azərbaycan. Bu olmasa, orda yaşamaq olmaz”.

Kimlər Azərbaycan vətəndaşı sayılır?

Konstitusiyanın vətəndaşlıq hüququ maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşıdır.

“Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.

Konstitusiya nə deyir?

1995-ci ildə Konstitusiya qəbul olunanda 53-cü maddə vətəndaşlıq hüququnu təmin edirdi. Həmin maddədə deyilirdi ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz”.

2016-cı ildə keçirilən referendumla konstitusiyaya dəyişiklik edilir və 53-cü maddədə qeyd olunan “heç bir halda” sözü çıxarılaraq “onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla” sözləri əlavə olunur.

Eyni maddənin ikinci bəndində isə deyilir ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz”.

Hansı hallarda vətəndaşlıq itirilə bilər?

Vətəndaşlıq haqqında qanunun 16-cı maddəsində şəxsin hansı hallarda vətəndaşlığı itirə bilməsi qeyd olunur.

“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Digər dövlətin vətəndaşlığını könüllü əldə etmək;
2) Xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmək;
3) Dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış;
3-1) Terror fəaliyyətində iştirak və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirmək;
3-2) Dini ekstremist fəaliyyətdə iştirak, o cümlədən dini düşmənçilik zəminində dini məzhəbləri yayılmaq və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etmək və ya həmin münaqişəyə digər şəxsi cəlb etmək, yaxud bu məqsədlə sabit qrup yaratmaq, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçmək;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

“5 min manatadək cərimə və ya 480 saatadək ictimai iş”

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü ildə edilmiş dəyişikliklərdə deyilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər.

Cinayət Məcəlləsi məlumat verməyən şəxsləri üç min manatdan beş min manatadək cərimələmək və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırmağı nəzərdə tutur.

Bu qanuna görə, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

Lakin bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.

Vətəndaşlıqdan könüllü imtina edən olubmu?

Dövlət Miqrasiya Xidməti BBC News Azərbaycancaya bildirib ki, 2018-ci il iyun ayına olan məlumatlara görə, 2300-dən çox Azərbaycan vətəndaşı xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat verib.

Onlardan 1509 nəfəri “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununa 2014-cü ildə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixdən sonra xarici ölkə vətəndaşlığını əldə edib, qurumun açıqlamasında deyilir.

Qurum qeyd edir ki, onlara daxil olan könüllü müraciətlər əsasən Türkiyə və Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdən gəlib.

Dövlət Miqrasiya Xidməti özü araşdırırmı?

Dövlət Miqrasiya Xidməti vurğulayır ki, onlara ikili vətəndaşlıq alıb bu barədə Azərbaycanda aidiyyatı orqanlara xəbər verməyənlər haqda şəxslərdən, dövlət orqanlarından, o cümlədən, xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumatlar daxil olur.

Lakin bununla belə, 1999-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə” nəzərdə tutur ki, müvafiq hüquqi hərəkətlər yalnız xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının özünün bu barədə Xarici İşlər Nazirliyinə və ya birbaşa Dövlət Miqrasiya Xidmətinə müraciətindən sonra həyata keçirilə bilər.

Dövlət Miqrasiya Xidməti bildirib ki, müəyyən edilən məlumatlar Baş Prokurorluğa göndərilir.

Qurum 2018-ci ilin iyun ayınadək 293 nəfər barədə məlumatı tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim edib.

“Uşaqlara vətəndaşlıq verilirsə. “

Bəzi ölkələrin qanunlarına görə, bu ölkədə doğulan xarici ölkə vətəndaşlarının uşaqlarına avtomatik vətəndaşlıq verilir. Dövlət Miqrasiya Xidməti deyir ki, bu kimi hallarda “vətəndaşlığı könüllü əldə etmək” müddəası olmadığı üçün Azərbaycan vətəndaşlığının itirilməsi kateqoriyasına şamil edilmir.

“Kimdən pasport istədimsə. “

Adının açıqlanmasını istəməyən müsahibimiz deyir ki, o, üç ölkənin vətəndaşıdır və bununla indiyədək heç kəs maraqlanmayıb: “Kimdən pasport istədimsə verdi, gözümü açanda gördüm ki, üç pasport var evdə, vəssalam”.

“20 mindən çox vətəndaşlığı olmayan şəxs”

Miqrasiya hüququ üzrə ekspert Əlövsət Əliyev BBC News Azərbaycancaya bildirib ki, o, ikili vətəndaşlığın qadağan olunmasının Azərbaycan üçün ziyanlı hal olduğunu düşünür.

“Vətəndaşlıq haqda Avropa Konvensiyası, BMT Konvensiyaları var. Dünya bu gün vətəndaşsızlıq hallarının qarşısının alınması ilə mübarizə aparır. Dünyanın və beynəlxalq təşkilatların əsas istəyi odur ki, insanlar vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşməsinlər”.

Onun sözlərinə görə, vətəndaşlığı olmayan şəxs asılı vəziyyətə düşür, onun səyahət etmək, sərhədləri keçmək hüququ pozulur: “Bu gün Azərbaycanda 20 mindən çox vətəndaşlığı olmayan, yaxud şəxsiyyətini təsdiq edən sənədi olmayan şəxs – vətəndaşlığı olmayan şəxs vəziyyətində olan adamlar yaşayır. Yaxşı olar ki, Azərbaycan bu cür hallarla mübarizə aparsın”.

“İkili vətəndaşlıq və Dağlıq Qarabağ”

Əlövsət Əliyev hesab edir ki, Azərbaycan kimi ölkələrdə ikili vətəndaşlığın qadağan olunması arzuolunan deyil. O hesab edir ki, bu, xaricdə olan azərbaycanlıların Azərbaycana olan marağını azaldır.

“Bu gün Azərbaycanın Dağlıq Qarabağ problemi var və o, öz siyasətini xaricdə tanıtmaqla öz haqlılığını sübut edə bilər, başqa ölkələrə, beynəlxalq təşkilatlara təsir göstərə bilər. Bu, o halda mümkün ola bilər ki, Azərbaycan vətəndaşı həm də Almaniya, ABŞ, Böyük Britaniya vətəndaşı olsun və Azərbaycanın maraqlarını orda təmsil etsin. İkinci vətəndaşlığın olmaması isə insanlarda Azərbaycana laqeyd münasibət yaradır”.

“Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil”

Cənab Əliyev ikili vətəndaşlığı müsbət hal kimi qəbul etsə də, hesab edir ki, Azərbaycan buna hazır deyil:

“Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil. “Azərbaycan xaricdə yaşayan vətəndaşlarının qeydiyyatını apara bilmir. Azərbaycanın 2 milyondan çox vətəndaşı fərqli ölkələrdə yaşayır. Onlardan azı 1.7 milyonu seçici hüququna malikdir, amma sonuncu seçkilərdə məlum oldu ki, Azərbaycanın xaricdə yalnız 13 min seçicisi var. Xarici ölkələrdə 40-dan çox seçki məntəqəsi yaradılmışdı və onlarda cəmi 13 min Azərbaycan vətəndaşının səs verməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, xaricdə konsulluq qeydiyyatına düşən azərbaycanlıların sayı bu qədərdir”.

Ekspert bunu “Azərbaycanın fəlakəti” adlandırır və deyir ki, Azərbaycan xaricdə yaşayan 2 milyondan çox vətəndaşının yalnız 13 min nəfərinin taleyi haqda məlumatlıdır, qalanlarının isə harda və hansı formada qeydiyyatda olmasından xəbərsizdir: “Nə qədər ki, Azərbaycan xaricdə yaşayan soydaşlarımız haqda məlumatlı deyil, bu onu göstərir ki, ikili vətəndaşlığa da hazır deyil”.

“Azərbaycan ona görə istəmir ki. “

Əlövsət Əliyev hesab edir ki, Azərbaycan ikili vətəndaşların ölkəyə mümkün təsirini istəmir:

“Rusiyada 1.7 milyon Azərbaycan vətəndaşı həm də Rusiya vətəndaşıdır. Azərbaycan düşünür ki, bu vətəndaşlara Rusiya təsir göstərər və həmin şəxslər də Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilərlər. Avropada 1 milyona yaxın azərbaycanlı varsa, bu, çox böyük seçici səsi deməkdir və onlar eyni zamanda Avropa ölkələrinin vətəndaşları olsalar həmin ölkələr bu vətəndaşlar vasitəsilə seçkinin nəticələrinin dəyişməsinə, ölkədəki siyasi vəziyyətə təsir göstərə bilər”.

Ə. Əliyev söyləyir ki, ikili vətəndaşlığın qadağan edildiyi zaman 20-yə yaxın millət vəkilinə müraciət edib ki, bu, qanunsuzdur və insanların hüquq və azadlıqlarının pozulmasıdır: “Mənə çoxlu zənglər gəldi ki, siz bilmirsiniz, xaricdə ikili vətəndaşlığı olan şəxslər Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilər, ikili vətəndaşlıq Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək qədər qorxulu bir şeydir”.

Ekspertin sözlərinə görə, xarici ölkənin vətəndaşlığını alan şəxs Azərbaycana bu haqda xəbər verdikdən sonra onu vətəndaşlıqdan çıxara da bilərlər, çıxarmaya da. O, bundan sonrakı prosedurun Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə verildiyini deyir.

O hesab edir ki, vətəndaşlıq haqqında qanun “pis vəziyyətə” salınıb və bu, xaricdə yaşayan vətəndaşlara çox ciddi problemlər yaradır.

Ə. Əliyev problemin həllini kütləvi şikayətlərdə və dövlət məmurlarını özbaşınalıqdan çəkindirmək cəhdlərində görür.

Kütləvi vətəndaş itkisi mümkündürmü?

Əlövsət Əliyev düşünür ki, Azərbaycan xarici ölkənin vətəndaşını alan şəxsləri vətəndaşlıqdan kütləvi çıxarmaq yolunu seçməyəcək.

O hesab edir ki, Dövlət Miqrasiya Xidməti vətəndaşlıqdan çıxarma hallarını dayandırmalı, Azərbaycan isə bu qanuna yenidən baxmalıdır: “Düşünürəm ki, vətəndaşlıqdan çıxarılan şəxslər min nəfərə çatsa, hətta beş yüzü keçsə, Azərbaycan buna getməyəcək və hətta qanunu dəyişmək məcburiyyətində qalacaq”.

Millət vəkili Fazil Mustafa düşünür ki, vətəndaşıqdan çıxarılma kütləvi hal almayacaq: “Azərbaycanda hamı miqrasiya etmir. Xarici ölkələrdə yaşama icazəsi alanlarla vətəndaşlıq alanların statusları fərqlidir. Hamı vətəndaşlıq ala bilmir. Ona görə də, bu, böyük rəqəm etməz. Məsələn, Rusiyada çox sayda azərbaycanlı var, amma onların hamısına vətəndaşlıq vermirlər”.

Onun fikrincə, ehtiyac yaranarsa, gələcəkdə qanun müzakirəyə çıxarıla bilər: “Əgər bu rəqəm nə vaxtsa həddi aşsa, o zaman müzakirə olunub ona uyğun qərar qəbul oluna bilər”.

Millət vəkili ikili vətəndaşlığın tərəfdarıdır, ancaq hesab edir ki, Azərbaycanın buna hazır deyil: “İkili vətəndaşlıq olmalıdır ki, xaricdəki azərbaycanlılara öz vətənlərinə gəlib-getmək imtiyazı verilsin, onlar Azərbaycanla bağlarını itirməsinlər və xarici ölkədə Azərbaycanı lazım olanda təmsil edə bilsinlər”.

O, bu istiqamətdə müəyyən addımların atılmasını zəruri hesab etsə də, müəyən çətinliklərin olduğunu deyir: “İkili vətəndaşlıq xarici ölkələrdə yaşayan çox sayda soydaşlarımızın hüquqlarının qorunması baxımından faydalıdır. Amma indiki şərtlərdə bunu gerçəkləşdirmək üçün müəyyən çətinliklər var. Azərbaycan ikili vətəndaşlığa hazır deyil. Məsələnin iqtisadi tərəfi var, Azərbaycan müharibə aparan dövlət kimi hüdudlarını çox da azad iqtisadi zona və başqa modellərə aça bilmir”.

F.Mustafa söyləyir ki, əgər Azərbaycanda azad iqtisadi zona modeli tətbiq edilsəydi, geniş hərtərəfli və iqtisadiyyat da tamamilə hamı üçün açıq şəraitdə olsaydı, onda bu modeli düşünmək olardı: “İkili vətəndaşlıq daşıyan bir çox adamın həm də öz ölkəsinə investisiya qoymasını stimullaşdırma baxımından faydalı olardı. İndiki şərtlərdə, müharibə aparan ölkə üçün bunun əlverişli tərəfi görülmür”.

Zəmanət məktubunu necə yazmaq olar

Zəmanət məktubunda bir şəxs və ya şirkət müqaviləni itirdikdə başqa bir şəxs və ya şirkət üçün maliyyə məsuliyyəti öz üzərinə götürür. Bu məktublar müxtəlif maliyyə əməliyyatları üçün zəruridir, məsələn, ev sahibləri potensial kirayəçinin kirayə haqqını ödəmək üçün kifayət qədər gəliri olmadığına inandıqları təqdirdə zəmanət məktubu tələb edə bilər və ya ölkə zəmanət vermək üçün səyahət vizası müraciətlərinə daxil edilməsini tələb edə bilər. , səyahət edənlərin pulları tükənməyəcək və ölkələrində qapalı qalmayacaqlar. Ümumilikdə, zaminlərin razılaşdıqları bütün şərtləri başa düşmələri və bu şərtləri yazılı şəkildə gücləndirən rəsmi məktub yaratmaları çox vacibdir, çünki başqasının adından zəmanət məktubunun verilməsi böyük maliyyə öhdəliyidir.

addım

Metod 1/4: 1-ci Hissə: Müqavilənin nəzərdən keçirilməsi

  1. Müqavilə ilə bağlı bütün sənədləri oxuyun. Məktub yazmağa razılıq verməzdən əvvəl əməliyyatla tanış olduğunuzdan əmin olun. Maliyyə əməliyyatına zəmanət verməklə riski qiymətləndirə bilmək üçün müqavilə sənədinin surətini tələb edin.Başqalarının borcuna zəmanət vermək məsuliyyəti yüngül qəbul edilməməlidir. Zəmanət verdiyiniz şəxs ödənişlərini defolt edərsə, həqiqətən borcunuzu ödəyə biləcəyinizi təhlil edin.
    • Heç bir boşluq olmadığından əmin olmaq üçün müqaviləyə vəkilin baxması yaxşı bir fikir ola bilər.
    • Əgər sizdən bir şəxsin səyahət vizası üçün zəmanət məktubu yazmağınız istənirsə, əmin olun ki, həmin şəxs planlaşdırdığı səfəri həyata keçirmək üçün həqiqətən maddi imkana malikdir.
  • Qurumun imzalamalı olduqları standart zəmanət blankının olub-olmadığını soruşmaq da yaxşı olar. Bu formada özünüz yazdığınız zəmanət məktubu ola bilər və ya nadir hallarda bu, məktubunuza əlavə ola bilər. Doldurmaq üçün xüsusi bir formanın olması prosesi sizin üçün asanlaşdırır. Qarşılaşa biləcəyiniz zəmanət formalarının bəzi nümunələri bunlardır: pul məktubu və valideyn zəmanəti

Metod 2/4: 2-ci Hissə: Məktubun Formatlanması

  1. Sənədi mətn emal proqramında açın. Məktubu əl ilə yazmaq əvəzinə yazmalısınız, çünki bu, mühüm hüquqi sənəddir.
    • Bir çox mətn prosessorlarında hətta hərfləri formatlaşdırmaq üçün istifadə edə biləcəyiniz şablonlar var. Bu, zəmanət məktubunuzun formatlanmasını çox asanlaşdıracaq, xüsusən məhdud mətn emal təcrübəniz varsa.
    • Zəmanət forması almısınızsa, sadəcə olaraq bütün tələb olunan məlumatları doldurun və onu gəldiyi quruma qaytarın.
  2. Səhifənin yuxarı sol və ya sağ tərəfindəki hərflə tanış olun. Həmçinin yuxarıda adınızı, ünvanınızı, e-poçt ünvanınızı və telefon nömrənizi daxil edin.
    • Bəzi söz prosessorları bu məlumatı avtomatik olaraq blankınıza daxil edir, ona görə də məktubun başlığında və mətnində bu məlumatı təkrarlamadığınızdan əmin olun.
  3. Məktubu zəmanət tələb edən şirkətə ünvanlayın, nəinki işlədiyiniz konkret şirkət rəsmilərinə. Məktubunuzun tonunun rəsmi və sadə olduğundan əmin olun.
    • Məsələn, “Hörmətli Şam Küçəsi Əmlakının İdarə Edilməsi” məktubunuza başlamaq üçün sadə, lakin uyğun bir yoldur.

Metod 3/4: 3-cü hissə: İnandırıcı məzmunun yazılması

  1. Özünüzü və zəmanət verdiyiniz şəxslə münasibətinizi müəyyən etməklə ilk abzasınızı yazmağa başlayın. Nəhayət, bu bölmə oxucuya niyə başqaları adından bu məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunuzu izah edir.
  2. Nə zəmanət verdiyinizi öz sözlərinizlə ifadə edin. İstər siz məs. Əgər siz icarə müqaviləsi, ipoteka, viza müraciəti və ya biznes müqaviləsinə zəmanət verirsinizsə, nə etməyə razı olduğunuzu öz sözlərinizlə aydın şəkildə bildirməlisiniz. Bu, sizə tanış olan şərtləri müəyyənləşdirməyə xidmət edir və oxucuya ümumiyyətlə nə etmək barədə razılığa gəldiyinizi aydınlaşdıracaq.
  3. Zəmanət məktubunuz aydın deyilsə, ilk növbədə nə üçün lazım olduğunu izah edin. Baxmayaraq ki, bu, ehtimal ki, heç bir halda lazım deyil, lakin bu, oxucu üçün həll edilməli olan hər hansı bir xüsusi vəziyyəti aydınlaşdırmaq üçün bir şansdır. Nə üçün əməliyyata zəmanət verməli olduğunuz barədə qeyri-müəyyən olmağa ehtiyac yoxdur, çünki yazdığınız müəssisə artıq bütün müvafiq maliyyə məlumatlarına malik olmalıdır. Sadəcə və tez bir zamanda niyə ehtiyacınız olduğunu bildirin.
    • Mümkünsə, imzaladığınız şəxsin niyə sizsiz öz ödənişlərini edəcəyinə inandığınız barədə dərhal bu məlumatı izləyin. Bu müqaviləyə girmək üçün əslində bunun belə olacağını hiss etməlisiniz. Oxucunuzu (və özünüzü) əmin etmək üçün daxil edin.
    • Bütün ödənişləri həqiqətən etməli olduğunuzu bildiyiniz hallarda, məsələn, övladınız kollecdə oxuyarkən onun mənzilinin kirayəsinə zəmanət verirsinizsə, sadəcə olaraq məsuliyyətlərinizi aydınlaşdırın.
  4. Zəmanət məktubunuzun nələri əhatə etdiyini ümumiləşdirən ayrıca aydın və qısa bəyanat verməklə məktubunuzu yekunlaşdırın. Adınızı, imzaladığınız şəxsin adını və zəmanət vermək istədiyiniz dəqiq əməliyyatı daxil edin. Bu, həm də əməliyyatda təyin etdiyiniz hər hansı maliyyə və ya tarix məhdudiyyətləri haqqında açıq məlumat verə biləcəyiniz yerdir. Mümkün qədər konkret olun.
    • Məsələn: “Mən, Richard Pearson, bununla razılaşıram ki, Emi Pearson tərəfindən imzalanmış 745 Sperry Street, Springfield, MO ünvanında icarə haqqının ödənilməsinə zəmanət verirəm. Bu zəmanət 22 dekabr 2012-ci il tarixinədək qüvvədə qalır və ya icarəyə xitam verildikdə.”
    • Əgər siz viza məqsədləri üçün kiməsə zəmanət verirsinizsə, lütfən, ərizəçinin adını, ərizə nömrəsini, ünvanını və ehtimal ki, doğum tarixini göstərin. Məktubda nə gözlənildiyini ərizəçi və onu verən konsulluqla yoxlamaq yaxşı fikirdir.
  5. Şirkətin tələb etdiyi bütün digər məlumatları təqdim edin. Buraya bank hesabı nömrəsi, illik gəlir, sosial sığorta nömrəsi, ev ünvanı və ya doğum tarixi daxil ola bilər.
    • Məktubunuza daxil etməzdən əvvəl bu məlumatın zəruri olduğundan əmin olun. Bu cür həssas maliyyə məlumatlarının təqdim edilməsi yalnız ehtiyatla və onu göndərdiyiniz qurumun təhlükəsizliyinə əminliklə aparılmalıdır.

Metod 4/4: 4-cü hissə: Məktubunuzu tamamlamaq və təhvil vermək

  1. Məktubun orfoqrafiya yoxlanışı. Kimdənsə onu yoxlamasını istəmək də yaxşı fikirdir. İki dəst göz həmişə bir gözdən yaxşıdır.
  2. Məktubu şəxsi və ya şirkət blankında çap edin. Əgər siz bank zəmanət məktubu yazırsınızsa, bu lazımdır, lakin hər hansı bir əməliyyat növü üçün blank həmişə daha rəsmi görünür.
    • Sizdən həm də rəhbərinizdən məktubu imzalamağınız və tarix yazmağınız xahiş oluna bilər, məsələn, əgər şirkətiniz şəxsən sizinlə fərqli bir əməliyyata zəmanət verirsə.
  3. İmzanızın şahidi olmaq üçün notarius işə götürün və məktubu imzalayıb möhürləyin. Bu, zəmanət məktubunu tələb edən cihaz tərəfindən tələb oluna bilər və ya olmaya da bilər. Əgər belədirsə, notariusun qarşısında məktubunuzu əl ilə imzalamaq və tarix yazmaq üçün gözləməyi unutmayın və formatınızda notarius imzası və möhürü üçün yer buraxın.
  4. Məktubu təhvil verməzdən əvvəl şəxsi nüsxələrini özünüzə hazırlayın. Həqiqətən qəbul etdiyiniz şeyin öz surətinizin olması vacibdir. Məktubunuzu göndərdiyiniz şirkətin daha sonra bir nüsxəni sizə verəcəyini düşünməyin.

Zəmanət məktubu nümunəsi

Kredit üçün zəmanət məktubu nümunəsi

İcarə üçün Zəmanət məktubunu sınayın

Səyahət üçün Zəmanət məktubunu sınayın

İcma sualları və cavabları

Özüm haqqında necə zəmanət məktubu yaza bilərəm?

Siz özünüzə zəmanət məktubu təqdim edə bilməzsiniz. Tərifinə görə, məktub başqası üçün maliyyə məsuliyyəti götürməkdir.

Haw, alıcı ilə satıcı arasında komissiyaya zəmanət verə bilərəmmi?

Məsləhətlər

  • Sıfırdan zəmanət məktubu yazmağa ehtiyacınız olmaya bilər. Bir çox agentliklər qarantlarına zəmanət forması adlanan bir forma təqdim edirlər. Siz onu doldurmalı, imzalamalı və bəlkə də ictimai imza və möhür təqdim etməli olacaqsınız.

Xəbərdarlıqlar

  • CPR nömrənizi və ya digər şəxsi məlumatlarınızı açıqlamazdan əvvəl əməliyyatın və şirkətin qanuni olduğundan əmin olun. Bu detallar şəxsiyyət oğurluğu kimi fırıldaqçılıq üçün istifadə edilə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.