Xəbərlər və yeniliklər
Ebay.com saytından Azərbaycana onlayn sifariş etmək olarmı? Amerikadan Azərbaycana sifariş etmək mümkündürmü? Ebaydan Azərbaycana sifariş şərtləri necədir? Ebay Azərbaycana çatdırılma edirmi? Amerikadan Azərbaycana çatdırılma qiymətləri necədir?
Vətəndaşlar ƏDV-ni necə geri ala bilər? – Qaydalar açıqlandı – VİDEO
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov açıqlama verib.
BAKU.WS müsahibəni təqdim edir:
– ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib?
– Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir.
Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib – bu, “Kapital Bank”dır.
Həmçinin alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.
Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir.
Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.
Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.
BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
– Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
– İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır.
Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Layihənin maliyyə partnyoru olaraq “Kapital Bank” ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir.
Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Ebay.com-dan sifariş və Amerikadan çatdırılma – Dynamex.az
Ebay.com saytından Azərbaycana onlayn sifariş etmək olarmı? Amerikadan Azərbaycana sifariş etmək mümkündürmü? Ebaydan Azərbaycana sifariş şərtləri necədir? Ebay Azərbaycana çatdırılma edirmi? Amerikadan Azərbaycana çatdırılma qiymətləri necədir?
Ebaydan sifariş | Ebaydan çatdırılma | Ebaydan Azerbaycana sifaris | Ebaydan Azerbaycana catdirilma | Ebay zakaz | Amerikadan catdirilma | Amerikadan sifaris | Ebay Azerbaycan | Ebay Azerbaycana online sifaris | Ebay online sifariş | Ebaydan Bakıya çatdırılma | Ebaydan Gəncəyə çatdırılma | Ebay az | Ebay Az Geyim | Ebaydan zakaz
Ebay.com haqqında
1995-ci ildə qurulan Ebay şirkətinin mərkəzi Amerikadadır. Onlayn hərrac mağazasının eyni zamanda dünyanın 10-dan çox ölkəsində ofisi var. Ebay internet üzərində ən böyük hərrac üsulu edən alış-veriş saytlarından biridir. Bu onlayn mağazada siz məişət əşyalarından texnoloji cihazlara, geyimdən idman ləvazimatlarına qədər bir çox fərqli kateqoriyada məhsulları tapa bilərsiniz.
Ebaydan Azərbaycana sifariş etmək üçün nə lazımdır?
Dünyanın ən böyük onlayn mağazalarından biri olan Ebay.com saytı, Azərbaycanda da bir xeyli marağa səbəb olmuşdur. Ebay birbaşa Azərbaycana ya çatdırılma etmir, ya da çatdırılma qiyməti çox baha olur. Lakin siz kargo şirkəti vasitəsilə çox sərfəli tariflərlə Ebay.com-dan məhsul sifariş edə bilərsiniz. Kargo şirkəti vasitəsilə sifariş sizi Amerikaya səyahət edərək əlavə xərc çəkməyinizdən və ya çox baha qiymətə daşıma xərci ödəməkdən xilas edir. Amerikadan çatdırılma qiymətlərinə daşınma qiymətləri səhifəmizdən baxa bilərsiniz. Dynamex kargo şirkəti sizin bağlamınızı Amerikadan Azərbaycana sürətli çatdırılma və sərfəli tariflərlə “Tam Zamanında” gətirəcək.
Ebay.com-dan sifariş etmək nəyə görə sərfəlidir?
Yuxarıda da qeyd etdiyimiz kimi Ebayın özü Azərbaycana çatdırılmanı yüksək qiymətlərlə gətirir. Bəzən Ebayın çatdırılma üçün təklif etdiyi qiymət məhsulun öz qiymətindən 10 dəfə baha olur. Eyni zamanda onu qeyd edək ki, Azərbaycanda adi və brend mağazalarda gördüyünüz 90% məhsullar Ebay və onun kimi məşhur ticarət saytlarından gətirilir. Siz Ebay.com-dan sifariş etməklə Azərbaycan mağazalarındakı qiymətlərdən qat-qat ucuz qiymətə məhsul almış olacaqsınız.
Ebaydan Azərbaycana bağlama necə çatdırılır?
Siz Ebay.com saytında məhsul sifariş etməzdən öncə hesabınızda bizim Amerikadakı ünvanımızı qeyd edirsiniz. Bu halda sizin bağlamanızı ilk öncə alış-veriş saytı bizim Amerika ofisimizə çatdırır. Dynamex.az kuryer şirkəti müştəri loyallığı və müştəri məmnuniyyətini daim ön planda saxlayır və Amerikadan sifarişlərdə müştərini gözlətmədən, bağlama xarici anbara daxil olduğu zaman sifarişini dərhal qeydiyyata alır və qısa zaman ərzində əsas anbara gətirir. Siz həmçinin qapıya çatdırılma xidmətimizdən də yararlana bilərsiniz.
Ebay.com saytında qeydiyyatdan keçmək. (İZAHLI TƏLİMAT)
Addım-addım təlimat: Ebay.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin. Əgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq ebay.com saytında qeydiyyatdan keçmək üçün bu linkə daxil olun. Açılan pəncərədə aşağıdakı təlimatlar üzrə qeydiyyatdan keçə bilərsiniz.
First name = Adınız
Last name = Soyadınız
Email = Hazırda istifadə etdiyiniz e-poçt ünvanınız
Password = Minimum 6 xarakterdən ibarət gizli şifrə
Qeydiyyatı tamamlamaq üçün “Create your account” düyməsinə klik edin. Bununla siz artıq Ebay hesabınızı yaratdınız.
Ebay saytında bu linkə daxil olaraq Ebay.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Bu ünvanı sizin üçün “Xaricdəki ünvanlarım” səhifəsində qeyd etmişik.
Nümunə:
Qeyd: Şəkildə “Huseyn Suleymanov” adı şərtidir. Sizə təqdim etdiyimiz ünvanda sizin adınız əks olunacaqdır.
Qeyd 2: Bütün xanaları doldurduqdan sonra “Use this address” hissəsini işarələməyi unutmayın. Bunu etsəniz, sonrakı sifarişlərinizdə təkrar ünvan qeyd etmənizə gərək qalmayacaq.
Nəhayət, siz artıq qeydiyyatınızı tamamladınız. İndi isə bank kartınızı ebay hesabınıza əlavə edə bilərsiniz. Bunun üçün bu linkə daxil olun və “Credit card” xanasına klik edin. Aşağıdakı təlimata uyğun xanaları dolduraraq ödəniş məlumatlarını tamamlaya bilərsiniz.
Card number = Kartınızın üzərində qeyd olunan 16 rəqəmli kod.
First name = Kartınızın üzərində qeyd olunan adınız.
Last name = Kartınızın üzərində qeyd olunan soyadınız
Expiration date = Kartınızın üzərində qeyd olunan tarix (ay və il)
Security code = Kartınızın arxa tərəfində qeyd olunan 3 rəqəmli gizli kod
Qeyd: Xanaları doldurduqdan sonra “Set as default payment method” seçimini işarələməyi unutmayın. Bundan sonrakı sifarişlərinizdə indi yazdığınız kart məlumatlarını təkrar yazmağınıza gərək qalmayacaq.
Təbriklər, artıq Ebay və Dynamex hesablarınız hazırdır.
Alış-verişə başlamaq vaxtıdır.
Nəzərə alaq ki, siz Ebay.com saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınıza və bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızda bu linkə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
Ölkə = ABŞ
Tracking İD = ebay.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Ebay
Kateqoriya = ebay.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Geyim)
İnvoys qiyməti = ebay.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = ebay.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.