Press "Enter" to skip to content

Bilik günü təbrik mesajları – 15 Sentyabr təbrikləri

Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”kı sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Anspress yazır ki, ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.

Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” – söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi: “Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin.

. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun”. Bütün mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə olanlar bir məsələni həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi lazım bilirdi. Ulu öndər deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq”. Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün var gücü və iradəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün əsl mübarizə aparmışdır.

Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilməlidir. Bir sözün yerinə düşməməsi onun mənasının itməsinə, təhrif olunmasına gətirib çıxarır. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemətlərdən biri dildir və o, təkcə ünsiyyət vasitəsi deyil.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin çox müstəsna xidmətləri var. O böyük – unudulmaz insan həmişə dillə bağlı uzaqgörənlik edirdi. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”kı fərmanında deyilir: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir. Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqla duyduğumuz qürurun bir aləm mənası var: “Millətin milliliyini saxlayan onun dilidir”.

Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 10 il tamamlanır ki, biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”. Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.

Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”kı sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Dəfələrlə müşahidə edilib ki, ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır. Bu nümunədən, örnəkdən isə hamımız pay götürməliyik. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində milli-mənəvi dəyərlərimizə, ana dilimizə toxunaraq bir sıra təqdirəlayiq mədəni hadisələrdən söz açan Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

Prezident İlham Əliyev ötən il Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağındakı nitqində dil məsələsinə son dərəcə ciddiyyətlə önəm verərək ana dilimizin mühafizəsini elm xadimlərinin diqqətinə çatdıraraq bir daha təsdiqlədi ki, bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayında respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Ağstafa şəhərindəki “Yazıçılar Evi”ndə bölgə ziyalıları ilə görüş zamanı mənəviyyat və dil məsələsinə yenidən qayıtması hamını dərindən düşündürməlidir. Cənab Prezidentin müdrik fikirləri çox məsələyə işıq saldı: “Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə ziyalılar, ədiblər, şairlər, eyni zamanda nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax, bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün? Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dil bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Xüsusilə gənclərimiz həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir”. Bu məqamla bağlı üzünü ziyalılara tutan Prezidentin bir istəyi də var. Onlar sözlərini desinlər. Təkcə öz əsərlərində, şeirlərində dili vəsf etməsinlər, telekanallarda, mətbuat səhifələrində dilin evini yıxan adamlara qarşı mübarizə aparsınlar. Bu ciddi irad və tapşırıqdan sonra gözləmək olardı ki, dilçiliklə məşğul olan aidiyyəti orqanlar, dilçi alimlər, ədəbiyyatşünaslar, mütəxəssislər hər gün dillə bağlı üzləşdiyimiz qüsur və nöqsanlar haqqında öz qətiyyətli sözlərini deyəcəklər. Amma hələ də susqunluq davam edir. İş o yerə çatıb ki, özəl kanallar dil məsələsini şou-proqramlarına gətirərək lağlağılıq edirlər. Bir irad da olanda “demokratiyadır, mən bu cür danışıram” – söyləyirlər.

Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və bunları aradan qaldırmaq üçün ölkə başçısı cənab İlham Əliyev mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalamışdı. Həmin sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun həyatımızın mühüm amili olduğunu diqqətə çatdıraraq bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulmasının adi hal aldığını göstərir. Həqiqətən də film dublyajından, tərcüməsindən başlayaraq küçə və meydanlardakı reklamlarda, afişalarda, mətbuat səhifələrində, telekanallarda Azərbaycan dilinin adi leksik və qrammatik qaydaları pozulur. Qəzetimizdə dəfələrlə ana dili ilə bağlı müxtəlif mövzulara, problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları göstərmiş, dilçi alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Təəssüf ki, bəzən də dilin qayda-qanunlarını pozanlar məhz onu qorumağa borclu olanlardır. Mətbuat səhifələrində, ekran-efir məkanında bu məsələ hələ də qüsurlu olaraq qalır. Televiziya aparıcılarının səs ahəngindəki yadlıq, diqqəti çəkmək üçün yersiz hay-küylü çıxışları, qeyri-düzgün tələffüz, yerinə düşməyən ifadələr, ləhcələr dilimizi korlamaqdadır. Yazı prosesində, korrektura zamanı hansısa bir sözün düzgün yazılışı üçün “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə baxmalı oluruq. Təəssüf ki, sonuncu orfoqrafiya lüğəti (2004-cü il nəşri) qüsurlarla doludur. Meyar nöqsanı olanda bəs hara üz tutasan? Beş ildən bir nəşr olunmalı orfoqrafiya lüğətinin çapı niyə belə ləngiyir?

Bir məsələni də diqqətə çatdıraq ki, bir çox mətbuat səhifələrində dərc edilən şeirlərdə, bədii yazılarda durğu işarələri qətiyyən qoyulmur, abzasdan istifadə edilmir, hətta bütün sözlər kiçik hərflərlə yazılır. Halbuki Azərbaycan dilinin yazılış qaydası və əlifbamız var. Qəbul edilmiş normalara əməl etmək hamının borcudur. “Mən belə yazıram” demək dilin qayda-qanunlarına, qrammatikasına məhəl qoymamaqdır. Məhz Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramı haqqında imzalanan sərəncamda ana dilinin istifadəsinə, tədqiqinə diqqətin artırılması nəzərə çatdırılır. Əgər Azərbaycan dili dövlətçiliyimizin başlıca rəmzlərindən sayılırsa, onun tətbiqində də qarşıya qoyulan vəzifələrə riayət olunmalıdır.

Dövlətin həyata keçirəcəyi bu mühüm sənəd dilçilik mədəniyyətimizin yeni üfüqlərini naxışlayır. Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bilik günü təbrik mesajları – 15 Sentyabr təbrikləri

15 Sentyabr günü başlayan 2020/2021 tədris ili münasibəti ilə bütün şagirdləri, müəllimləri, ümümiyyətlə təhsil ilə əlaqə bütün çalışanları, təhsil alanları təbrik edirik. Bu yazımızda sizlər üçün bilik gününə aid təbrik mesajlarını topladıq.

Təbrik mesajlarını kopyalayaraq bu il birinci sinifə gedən, şagird adı qazanmış balaca balalarımıza ünvanlaya bilərsiniz. Eyni zamanda whatsapp statusda, instagram story üçün də paylaşa bilərsiniz.

Bilik günü təbrik yazıları

İlk məktəb günündə xoşbəxtlik arzulayıram, əzizim.

Ümid edirəm ki, ibtidai məktəbin ilk gününün həyəcanı həmişə uğurla keçəcək .

Allah sizə ağıl aydınlığı versin. Dərslərinizdə uğurlar arzulayıram.

Ümid edirəm yeni tədris ili vətənimizin gələcəyi olan uşaqlarımız üçün faydalı olacaqdır. Bütün şagirdləri bilik günü münasibəti ilə təbrik edirəm!

Yeni tədris ilimiz xeyirli, uğurlu və sevincli olsun.

Rəbbimiz sizə sağlam, xoşbəxt, dinc və uğurlu bir il nəsib etsin. Bilik gününüz mübarək olsun!

15 Sentyabr “Bilik günü” münasibəti ilə bütün birinci sinifə qədəm qoyan sagirdlərimizi, körpə balalarımızı təbrik edirəm. Allah onlara zehin açıqlığı versin.

Məktəb sabah üçün xoşbəxtlikdir. Yeni dərs ilində uğurlar arzulayıram.

Ümid edirəm ki, ibtidai sinifin ilk gününün həyəcanı həmişə uğurla keçəcək.

Məktəbin ilk günündə xoşbəxtlik diləyirəm, qalanını da əzizim. Uğurlar.

Dostum üçün necə darıxıram. Yeni məktəbimizi təbrik edirik, əzizim.

Bismillah deyərək başlayacağıq İnşallah. Bütün təhsil işçilərini, şagirdləri, tələbələri və valideynləri təbrik edirəm.

Bu gün valideynlərin qürur duyduğu günlərdən biridir. Hər bir ananın, atanın sevinci övladının şagird adını qazanması və gözəl təhsil almasıdır. Bu münasibətlə bütün valideynləri bilik günü münasibəti ilə təbrik edirəm!

Ulu öndər Heydər Əliyevin təhsil haqqında dediyi gözəl sözlər:

Təhsil millətin gələcəyidir.

Mən dünyada müəllimdən yüksək ad tanımıram.

Məktəb günləri nəhayət burada. Müvəffəqiyyətli bir il diləyirəm

Riyaziyyat gözlə bizi gəlirik. Yeni dərs ilində uğurlar arzulayıram dostum.

Tətil gözəl keçdi amma dostlarım üçün darıxıram. Uğurlar arzulayıram əziz dostum.

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.

Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir.

Müəllimlər gününüz mübarək, müəllim. Məktəbimi və səni çox sevirəm.



Qoy ən gözəl sözlər ən yaxşı dosta gəlsin. Yeni dərs iliniz mübarək dostum.

Yeni tədris ilində uğurlar diləyirəm və inşallah imtahanına yaxşı hazırlaşarsan.

Balaca şagirdimiz məktəbəqədər hazırlığa başladı. Ən xoş arzularla. Məktəb həyatınızda uğurlar arzulayıram.

Məktəb olmasa, sabah işlər çətindir. Salam kitablarima. Yeni dərs ilimiz mübarək.

Məktəblər açılır və təhsil başlayır. Sənə imtahanlarda uğurlar arzulayıram, əzizim.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

“Bilik günü”

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə – Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir.
Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.
Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram ” demişdi.

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
15 Sentyabr ölkənin bütün məktəblərində ilk zəng səsləndi. Bir neçə aylıq fasilədən sonra məktəblər yenidən qaynar həyata döndü.
Bu gün Bilik günüdür. Yeni dərs ili başlayır. Hər tərəfdə böyük canlanma var. Məktəbi bayramsayağı bəzəyiblər. Yay tətilindən qayıdan şagirdlər yeni biliklər əldə etməyə tələsirlər.
BİLİK günü- ilk zəng,ilk həyəcan,hər tərəfdə gül-çiçək və ağ lentlər və təbii ki,adəti üzrə,sülh,birlik haqqında dərslər.Bu gün,məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür..
15 sentyabr-ilk öncə şagirdlər,tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığıni qeyd etdikləri bayram günüdür.
Adəti üzrə bu gün,məktəblərdə dərs ilinin başlanmasına həsr olnumuş təntənəli mərasimlər keçirilir.Xüsusi qayğı və məmnuniyyətlə,təntənəli şəkildə birinciləri qarşılayırlar.
Anasının əlini buraxmaq istəmir. Sinif rəhbəri bir əlindən yapışıb, güc-bəla ilə məktəbin qarşısında “A” sinfinin şagirdlərinin dayandığı sıraya gətirmək istəyir. Ancaq Aysel uşaq məsumluğu ilə çantasını bərk-bərk qucaqlayıb evə getmək istəyir. Ona elə gəlir ki, bu, bağçaya getdiyi zaman
keçirilən bayram günlərindən biridir. Konsert bitəndən sonra anası onu evə aparacaq. O da həyətə düşüb yaşıdları ilə evcik-evcik oynayacaq. Amma bu dəfə fərqli idi…
Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir. Bilik praktiki fəaliyyət və professional təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Biliyi isə kitablardan əldə edirik..
Kitab ictimai sərvətdir. Yüz illərdir ki, o, başlıca bilik, məlumat mənbəyidir.
Elmin, texnikanın inkişafı ilə əlaqədar əvvəlcə kino, daha sonra radio, televiziya bu sahədə kitabla bir növ rəqabətə girmişdir. Hazırda bu rəqabət daha da genişlənmişdir. Xüsusilə komputer texnologiyasının inkişafı əlavə informasiya mənbələrinin şəbəkəsini xeyli genişləndirmişdir. Bütün bunlara baxmayaraq, kitab əsas bilik, məlumat mənbəyi olaraq qalmaqdadır.
Bəs, əhalinin alıcılıq qabiliyyəti necədir? Gələcəkdə kitaba olan tələbatı necə proqnozlaşdırmaq olar? Gələcəkdə bu tələbatı ödəmək üçün indidən hansı işləri görmək lazımdır? Bu gün sovet dövründə vərdiş etdiyimiz tərzdə planlaşdırma yoxdur. İndi bazar iqtisadiyyatı, bazar tələbatı var. Amma bu, heç də kor-koranə istehsal demək deyil. Burada hər şeyi elmi əsaslarla müəyyənləşdirmək, qurmaq, çeviklik, uzaqgörənlik tələb olunur. Bütün bunlar üçün dəqiq, geniş və hərtərəfli sosioloji araşdırmalar aparmağa ehtiyac duyulur. O cümlədən, statistik təhlil, müntəzəm müşahidələr, anket sorğuları və s. mövcud vəziyyəti öyrənmək, fəaliyyəti qurmaq, gələcəyi proqnozlaşdırmaq üçün zəruri imkanlar yaradır.
Cəmiyyətin gücünü müəyyən edən insanlardır. Əlbəttə, hər bir ölkənin öz təbii resursları, öz coğrafi üstünlükləri vardır. Ancaq nəticə etibarilə hər şey insanlardan asılıdır. Sənin neftin də, qazın da çox ola bilər, əgər peşəkar insanların, kadrların yoxdursa bunun heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə, müasir dünyada həm özünə yer tapmaq, həm ölkəyə fayda gətirmək üçün mütləq uşaqlar yaxşı oxumalıdır.
Yaxşı oxumaq o deməkdir ki, siz həyatda istədiyinizə nail ola bilərsiniz. İndi Azərbaycanda vəziyyət elədir ki, hər bir insanın uğuru onun əlindədir. Azərbaycanda azadlıq, sərbəstlik var, bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir insanın taleyi onun öz əlindədir.
Bütün bu dəyərləri aşılayan bir tək varlıq var.. Müəllim…
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.
Bu gözəl və şərəfli işin dəyərini bilən
əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün
problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.
Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib,
sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı,
bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində
fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.
Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Ülkər PİRİYEVA,
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Son Yazılar

  • Şəfa VƏLİYEVA.”Əlimdə bir qələm qırıldı, şair!”
  • Xəyalə SEVİL.”Mənim polis qorxum…”
  • Banu MUHARREM.”Ya ola, ya olmaya..”
  • “Cəsur qızların kitabı” təqdim olunub
  • Lənkəran kitab sərgisi təşkil olunacaq

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Comments are closed, but trackbacks and pingbacks are open.