Press "Enter" to skip to content

Mən bunu facebook-da necə paylaşa bilərəm?

1)

Mən facebook-da necə qətlə yetirildim?

Bir neçə il əvvəlin söhbətidir, o zamanlar nadir hallarda istifadə etdiyimdən virtual aləmə xeyli addım, daha doğrusu, buradakı mühit, ab-hava, münasibətlər, müzakirələr, mübahisələr barədə təsəvvürüm çox azdı.
Günlərin gözəl bir günü idi. Elə facebook-dan tanıdığım bir nəfər 1937-ci il repressiyası zamanı Hüseyn Cavidin üzünə qoyulan şair-yazıçıların uzun bir siyahısını paylaşmışdı, göz atınca diqqətimi ilk çəkənlərdən biri Cəfər Cabbarlının adı oldu.

Anlaşılmazlıq olduğunu, kiminləsə səhv saldığını düşündüm. Girib şərh bölümündə çox mədəni şəkildə yazdım ki, Cabbarlının həmin siyahıda olması mümkün deyil, ən azından ona görə ki, “qırmızı terror” zamanı böyük dramaturqumuz artıq üç il idi həyatda deyildi.
İnsafən, qardaşın da ilk cavabı çox mədəni oldu. Yazdı ki, “siz yanılırsınız, gedib araşdırsanız görərsiniz ki, Cəfər Cabbarlı həmişə dramaturq kimi Hüseyn Cavidin paxıllığını çəkib, ona görə də onu aradan götürdüb ki, meydanda təkbaşına at oynatsın”.
Axırda da təntənəli nida qoymuşdu: “İnanmırsınızsa, gedib dəqiqləşdirə bilərsiniz!”.
Əvvəla, paxıllıq söhbəti mifin yekəsi idi, qardaş oturma orqanından icad eləmişdi.
İkincisi, dəqiqləşdirməyə ehtiyacı olan qətiyyən mən deyildim. Bu, orta məktəbdə ədəbiyyat fənnini alaçiy oxumuş hər kəsə aydındı. Odur ki, bu dəfə ərinmədən şərh bölümünə Cəfər Cabbarlının tərcümey-halına dair bir-iki link atdım.
Qardaş özündən çıxdı, internetdə yazılanlara inanmadığını dedi, mənə də inanmamağı məsləhət gördü.
Həmin vaxt artıq bir neçə nəfər də məlum statusun altında bəndeyi-fəqirinizə dəstək vermişdi, üstəlik, bəzi başqa adların da siyahıya düşməsinə (həm də haqlı olaraq!) etiraz eləmişdilər, bu isə qardaşı lap cinləndirmişdi. Topamızın qabırğasına dişinin dibindən çıxanı yazır, internetdə veyillənməkdənsə gedib kitab oxumağımızı məsləhət görür, ara yerdə Cəfər Cabbarlını da unutmur, onu Azərbaycana “əxlaqsızlığı” gətirməkdə günahlandırır, Sevilin, Almazın adlarını çəkir, dayanmadan çadranı atmaqla ar-namusumuzun, bin-bərəkətimizin əldən gediyini təkrarlayıb dururdu.
Aydındır ki, mübahisəni uduzduğunu anlamışdı (yəqin, elə internetdə axtarış verməklə!), indi isə mövzunu dəyişir, söhbətin ağzını başqa yerə çəkirdi.
Bunu ona xatırladanda cavabı xeyli dahiyanə oldu. Təxminən bu cür: “Tutaq ki, lap belədir. Elə əxlaqsız qadın obrazları yaradan adam 37-ci ildə hamını satardı!”
Ürəyi yenə soyumamışdı, məni və bir neçə nəfəri söyən ayrıca status yazmışdı; müəllifinin dəhşət qəzəbli olduğu baş-ayaq yazılmış cümlələrdən gün kimi aydın olan həmin statusda təhqirlə kifayətlənməmiş, lazım gəlsə bizimlə “istənilən dildə” danışa biləcəyini qətiyyətli şəkildə bəyan etmişdi.
Heyrət içində idim: bir yanlışı düzəltmək cəhdi gör hara gedib çıxmışdı! Səhvini etiraf etmək, hətta etiraf etmədən belə götürüb sakitcə düzəltmək yəni bu qədərmi çətindir? İşi həqarət, hətta döyməklə təhdid həddinə çatdırmaq nəyə lazımdır?
Həmin gündən özümə söz verdim: sosial şəbəkədə nə ins-cins olduğunu bilmədiyim adamların mübahisələrinə qoşulmuram, yanlış məlumatlarına da gözucu nəzər salıb keçirəm. Həyatımız onsuz da kifayət qədər gərgin, təhlükəli təbəddülatlı, məşəqqətlidir. Bir də uca xalq, sevgili millətin facebook-da-zaddakı “balaca dünyasına” burnumu soxub özümü niyə torta salmalıyam?!

Heç bu yazını da yazmazdım.
Səbəbim var. Dünən baxdım, bay, yenə bir qardaş status paylaşıb ki, “Rusiyadakı səfirimiz Maqsud İbrahimbəyov olsun”, aşağıdan da başqa biri şərh yazıb: “Yox, istəmirəm, nə onu, nə Müslüm Maqomayevi”. Dalınca keçiblər mübahisəyə. Əvvəl-əvvəl istədim şeytana lənət deyib araya girəm ki, “qardaşlar, nahaq yerə özünüzü yormayın, Maqsudla Müslüm kişi öləli gör neçə ildi”. Ancaq baxdım öz aləmlərində guya çox dərin, ağıllı müzakirə ilə məşğuldurlar, söhbətlərini bölməyə ürəyim gəlmədi. Açığı, həm də qorxdum. Ara yerdə ağzım-üzüm söyüləcəkdi, bəlkə də tapıb yortacaqdılar, bağırsaqlarımı tökəcəkdilər çölə.
Odur ki, “Nəyimə lazım? Az aşım, ağrımaz başım!” deyib keçdim.

Ancaq allahdan gizli deyil, sizdən niyə gizli olsun, qardaşların mübahisəsini bir xeyli oturub izlədim; intizarla gözlədim ki, indi hansısa “meşəbəyi” gəlib ikisini də qovsun, desin, “voopşe, Rusiyadakı səfirimiz Fərman Salmanov olmalıdır, qurtardı getdi!”

Mən bunu facebook-da necə paylaşa bilərəm?

Daha çox (30) Gizlə

Daha çox (137) Gizlə

KORONAVİRUSA YOLUXANLARIN SAYI – CANLI STATİSTİKA

23:58 27.04.2021

  • Şikayət et

“Facebook”da yeni funksiyalar olacaq

Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə reallaşdırılacaq yeni audio funksiyalardan danışıb.

Beləliklə verilmiş məlumata əsasən Facebook-da Soundbites adlı funksiya istifadəyə veriləcək. Sözügedən funksiya qısa audiokliplər yaratmağa və onları digərləri ilə paylaşmağa imkan verəcək. Bu funksiya yaxın bir neçə ay ərzində istifadəyə veriləcək və ilk mərhələdə kiçik istifadəçi kütləsi üçün aktiv olacaq. Bundan əlavə olaraq Facebook daxilində podkastların axtarış sistemi yaradılacaq.
Bunun sayəsində istifadəçilər öz podkastlarını sosial şəbəkədə paylaşa biləcəklər. Zuckerberg-in sözlərinə əsasən Facebook bu məsələdə digər tətbiqlər ilə əməkdaşlıq üçün danışıqlar da aparır. Yay fəslində isə bütün Facebook istifadəçiləri üçün Clubhouse tərzində audio otaqlar istifadəyə veriləcək. Həmin otaqlar sayəsində istifadəçilər çıxış edən hansısa şəxsə qulaq asa və onunla qarşılıqlı əlaqədə ola biləcəklər. Bundan əlavə olaraq Facebook bu cür audio otaqların monetizasiya sistemini quracaq. Beləliklə istifadəçilər ilkin mərhələdə audio otaq yaradıcılarına ianələr göndərə biləcəklər. Daha sonra isə otağa birbaşa ödəniş və ya ödənişli abunəlik sistemi vasitəsilə daxil olma sistemi istifadəyə veriləcək. Milli.Az

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.

Mən bunu facebook-da necə paylaşa bilərəm?

Reklam yeni bir şey deyil. O həmişə olub və olacaq. Lakin günbəgün reklam vasitələrinə yeniləri əlavə olunur. Yeni olan hər bir şey isə həmişə maraqlı olur. Bəziləri özünü doğrultmasa da, bəziləri illərlə istifadə olunur.

Düşünürəm ki, sosial arena da reklamçılıq baxımından olduqca önəmlidir. Düşünsək ki, Facebook hal-hazırda əksər insanların aktiv fəaliyyət göstərdiyi bir məkandır. Şirkətlərin bu məkandan istifadə etməməsi sadəcə ağılsızlıq olardı.

Bəs yaxşı reklam necə olmalıdır?

1. Maraqlı

2. Təəccübləndirici

3. Xüsusi

4. İnandırıcı və satışı artıra biləcək.

Siz bütün bunları tərkibində saxlayacaq bir reklam elanını televiziya və radioda , mətbuatda, küçələrdə yayımlamaq istədikdə, təbii ki, qiymət olduqca yüksək olacaqdır. Amma sosial arenalarda bu belə deyil. Daha az bir məbləğə siz məhsulunuzu reklam edə bilərsiniz. Sadəcə addımları diqqətlə atmaq lazımdır ki, istədiyiniz nəticəyə çatasınız.

Sizə bu gün reklamı Facebook-da necə edəcəyiniz barədə məlumat verəcəyəm.

İlk növbədə nəyisə reklam etmək üçün reklamını edəcəyiniz məhsul və ya şirkətin Facebook səhifəsini yaratmalısınız. Facebook Səhifələrini siz şəxsi profillərinizdən aça bilərsiniz. Buraya daxil olaraq Facebook Səhifənizi yarada bilərsiniz. Səhifəniz üçün xüsusi bir örtük şəkli seçin və profil rəsmi olaraq logonuzdan istifadə edin. Postlar yayımlayın və səhifənizi dostlarınızla paylaşın.

Səhifəniz hazırdırsa, artıq reklam edə bilərsiniz. Siz Facebook Səhifənizin var olduğunu hamıya göstərə bilər və eyni zamanda səhifənizin fan sayını artıra bilərsiniz. İstəsəniz səhifənizin sırf özünü və ya səhifədə paylaşdığınız postu reklama qoya bilərsiniz.

Reklamlar bank kartları ilə həyata keçirilir. Bunun üçün Facebook-da ödəniş formasını seçməli və məlumatlarınızı qeyd etməlisiniz. Buraya daxil olaraq ödəniş formasını hazırlaya bilərsiniz.

Facebook-da reklam yerləşdirməyin iki yolu var:

Birinci üsul qısa və olduqca rahatdır. Belə ki, siz səhifənizə daxil olursunuz və reklamını edəcəyiniz postun aşağı qismində yerləşən;

  • “postu reklam edin” butonuna basırsınız.
  • Açılacaq yeni pəncərədə “auditoriya” hissəsindən postunuzu kimlərin görməsini istədiyinizi seçirsiniz:

– Birincini ( Səhifəni bəyənənlər və onların dostları ) seçsəniz post sadəcə səhifəni bəyənənlərə və onların dostlarına görünəcək.

– İkincini ( People you choose through targeting ) seçsəniz, artıq burada kimlərin görə biləcəyini özünüz təyin edəcəksiniz. Belə ki, siz insanları yaş, cins, ölkə və maraq dairələrinə əsasən seçə bilərsiniz.

  • Daha sonra məbləği (“öz şəxsi reklamınızı seçin” hissəsinə daxil olaraq istədiyiniz məbləği qoya bilərsiniz) və müddəti təyin edin.
  • “Postu reklam edin” butonuna basaraq reklamı yerləşdirin.

1)

2)

Unutmayın seçdiyiniz hər bir detal (məbləğ, müddət, cins, yaş və s.) postun görünmə sayına təsir edəcək. Siz çalışın sizə lazım olan auditoriyanı seçin.

İkinci üsul isə daha geniş bir üsuldur. Siz bu üsuldan istifadə etməklə reklamı hansı yöndə verəcəyinizi təyin edə bilərsiniz. Bu hissəyə keçmək üçün buraya və ya əsas səhifədən “reklam yarat” bölməsinə daxil ola bilərsiniz. Daha sonra açılan yeni pəncərədən istədiyiniz tipdə olan reklamı seçirsiniz:

“Page Post Engagement” butonunu seçsəniz postlarınızın like, şərh, share və s. kimi rəqəmlərini artırmış olarsınız.

“Page Likes” butonunu seçsəniz səhifənizin bəyənilmə sayını artıra bilərsiniz.

“Clicks to Website” butonunu seçməklə insanların internet saytınıza daxil olmalarına nail ola bilərsiniz.

“Website Conversions” butonunu seçsəniz insanları veb saytınızda müəyyən işlər görmələri üçün məlumatlandıra bilərsiniz.

“App Installs” butonunu seçməklə siz proqramlarınızın yüklənmə sayını artıra bilərsiniz.

“App Engagement” hissəsini seçsəniz proqramlarınıza daha çox hərəkət sayını artırmış olarsınız.

“Event Responses” butonuna daxil olmaqla keçriləcək toplantıların reklamını edə bilərsiniz.

“Offer Claims” butonunu seçsəniz Verdiyiniz təkliflərin reklamını edə bilərsiniz.

Özünüzə uyğun hissəni seçdikdən sonra reklam üçün lazımi məlumatları qeyd etməklə reklamınızı yayımlaya bilərsiniz.

Mən sizə “Page Likes”“Clicks to Website” butonlarını seçdikdən sonrakı mərhələlər haqqında məlumat verəcəyəm. Çünki bu seçimləri demək olar ki, çox insan istifadə edir və əsas bölmələrdir.

  • Səhifənin like sayını artırmaq üçün “Page Likes” butonunu seçin.
  • Sol paneldə səhifənizin adını qeyd edin və “Continue” butonunu basın.
  • Açılacaq yeni səhifədə “İmages” hissəsində reklama qoyacağınız şəkli seçin.
  • “Text and Links” hissəsində reklam üçün sözlərinizi yazın (“Ad Preview and Placements” hissəsində reklamın formasını görə bilərsiniz).
  • “Audience” hissəsində reklamı görməsini istədiyiniz auditoriyanı təyin edə bilərsiniz.
  • “Account and Campaign” hissəsində isə məbləğ və müddəti təyin edə bilərsiniz.
  • “Place Order” butonuna basmaqla reklamı yerləşdirmiş olacaqsınız.

1)

2)

3)

4)

5)

  • Veb saytınıza giriş sayını artırmaq üçün “Clicks to Website” hissəsini seçməlisiniz.
  • Sağ paneldə saytın ünvanını qeyd edib, “Continue” butonuna basın.
  • Açılacaq yeni səhifədə “İmages” Hissəsində Reklama verəcəyiniz şəkli yükləyin.
  • “Text and Links” hissəsində reklam üçün sözlərinizi yazın (“Ad Preview and Placements” hissəsində reklamın formasını görə bilərsiniz).
  • “Audience” hissəsində reklamı görməsini istədiyiniz auditoriyanı təyin edə bilərsiniz.
  • “Account and Campaign” hissəsində isə məbləğ və müddəti təyin edə bilərsiniz.
  • “Place Order” butonuna basmaqla reklamı yerləşdirmiş olacaqsınız.

1)

Çalışın sosial şəbəkələrin verdiyi xidmətlərdən lazımi səviyyədə istifadə edəsiniz. 1 dollara reklam vermə şansını hər halda hər yer təklif eləmir. Odur ki, faydalanın.

Hər birinizə bol-bol like arzulayıram 🙂

Günel Abduraxmanova / Banco.az

Comments are closed, but trackbacks and pingbacks are open.