Press "Enter" to skip to content

Azərbaycanda avtomobillərin icbari sığortası necə hesablanacaq

Aşağıdakı hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır:

Qara ciyəri möhkəmləndirən vasitələr

Qara ciyər insan orqanizmində ən əsas orqanlardan biridir.

Qara ciyərin sağlamlığı bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qara ciyər orqanizmin filtridir. Filtr “çirklənəndə”, şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.

Spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma (menyuda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fast-fud qidaların və s. olması), dərman preparatların nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qara ciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qara ciyərin funksiyasının pozulması simptomları meydana çıxır — sağ tərəfdə qabırğa altı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan «səbəbsiz» baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik və s.

Qara ciyəri sağlam saxlamaq və möhkəmləndirmək istəyən insan, təbii ki, siqaret və spirtli içkilərdən imtina etməli, sağlam qidalanma prinsiplərinə əməl etməli, dərman preparatları özbaşına yox, yalnız həkim təyin etdikdən sonra qəbul etməlidir, stres və həyəcanlamalardan uzaq olmalıdır. Qara ciyər digər həzm orqanları kimi qida qəbulları arasında uzun fasilələr «xoşlamır». Qidanı gün ərzində 4-5 dəfə olmaqla qəbul etmək lazımdır. Bu qara ciyəri artıq yükləmədən qoruyur.

Müəyyən vasitələr qara ciyərin təmizlənməsinə və möhkəmlənməsinə kömək edir. Bu vasitələrin arasında:
— Qara ciyər bu kimi məhsulları xoşlayır: balqabaq (şirə içmək, sıyıq bişirmək olar, balqabaq tumaları da xeyirlidir), yemiş, çuğundur, sitrus meyvələri (xüsusilə portağal), müxtəlif göyərtilər (xüsusilə kərəviz, cəfəri), süd məhsulları (xüsusilə kəsmik, pendir), müxtəlif sıyıqlar (xüsusilə qarabaşaq, yulaf yarmaları). Sadaladığımız məhsulları daha tez-tez qəbul etmək lazımdır.

— Bal qara ciyər üçün xüsusilə xeyirlidir. Hər gün səhər tezdən 1 stəkan ilıq suya 1 çay qaşığı bal əlavə edin və xırda qurtumlarla için.

— Bəzi bitkilər qara ciyərin funksiyasını yaxşılaşdırır. Bu bitkilərin arasında: dağ tərxunu, qarğıdalı saçaqları, solmaz çiçəyi, itburnu, nanə və s. Bu otları həm tək-tək, həm də yığım şəklində istifadə etmək olar. Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın, sonra alınımış yığımdan 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün ona bal da əlavə etmək olar.

— Kİfayyət miqdarda adi təmiz su qəbul edin. Bu orqanizmdən ziyanlı maddələrin çıxmasına kömək edir.

— Fiziki hərəkətlilik də qara ciyərin sağlamlığı üçün çox vacibdir. Yoqada qara ciyərin təmizlənməsi və möhkəmləndirilməsi üçün müxtəlif məşğələlər var. Açıq havada gəzintilər, üzgüçülük də çox xeyirlidir.

— Bəzi dərman preparatların qəbulu da qara ciyərin funksiyalarını yaxşılaşdırır (essensizle-forte, karsil və s.). Nəzərinizə çatdıraq ki, bu preparatları yalnız həkim təyin etdikdən sonra qəbul etmək olar.

  • Teqlər:
  • qaraciyər
  • , qara ciyərin sağlamlığı

Azərbaycanda avtomobillərin icbari sığortası necə hesablanacaq?

Azərbaycanda avtomobillərin icbari sığortası necə hesablanacaq? Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqların yeni qayda ilə hesablanmasına 2022-ci ilin oktyabrın 1-dən başlanacaq, zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həy

3 Avqust , 2022 13:01
https://static.report.az/photo/6e3165bf-9567-333d-bdb1-cc8df4ed510b.jpg

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqının yeni qayda ilə hesablanmasına 2022-ci ilin oktyabrın 1-dən başlanacaq, zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçiriləcək. Bunu “Report”a müsahibəsində Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib. Onun sözlərinə görə, qaydalara edilən dəyişikliklərə əsasən, sığorta haqqı 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək: “İlk öncə sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Əvvəla qeyd edim ki, baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir. Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər. Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.

Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir”, – Z. Əliyev bildirib. Mərkəzi Bankın avto-icbari sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır. Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz avto-icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı qarşıya qalmış olur. “Nəticədə siz avto-icbari sığorta əldə etdiyiniz zaman onu hansı sığortaçıdan alacağınızın fərqi olmur. Çünki, qəza halında zərəçəkən tərəf siz olduğunuz halda hansı sığortaçı ilə üzləşəcəyinizi təxmin edə bilmirsiniz. Və ya əksinə, medalın o biri tərəfinə baxsaq, sığortaçı ödənişi öz müştərisinə ödəmədiyinə görə müştəri məmnunluğu onun hədəfindən kənarda qalmış olur”, – Baş direktor vurğulayıb. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiq edb. Mərkəzi Bankın Baş direktoru Ziya Əliyevlə müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Qarın ağrısının səbəbləri

Qarın ağrısı bəzən qidalanma pozğunluğu və ya stresslə əlaqədar meydana çıxır. Digər hallarda isə ciddi xəstəliklərin əlaməti sayılır. Bunu ayırd etmək üçün ağrının xarakterinə fikir vermək lazımdır.

Qarın ağrısının səbəbləri hansılardır?

Ağrı müxtəlif forma və davametmə müddətinə malikdir. Bu göstəricilərə əsasən qarın ağrısının səbəbləri aşağıdakı qruplara bölünür:

  • kəskin appendisit (ağrı sönmür, əksinə yayılır). Ağrının itməsi bağırsağın deşilməsindən xəbər verir. Belə vəziyyətlərdə təcili tibbi yardım gərəkdir;
  • kəskin pankreatit (qarnın yuxarı hissəsində güclü ağrılar yaranır, bir sıra hallarda kürəyə yayılır). Həmçinin xəstələrdə ağızda quruluq, xoşagəlməz dad, qusma müşahidə edilir;
  • kəskin qastrit. Qida qəbulundan sonra göbəkdən yuxarı hissədə ağırlıq və ağrı hissi formalaşır. Bu narahatlıq insanı gəyirməyə, hətta qusmağa vadar edir. Mədədə qastriti olan şəxslər mütləq qastroenteroloqun müayinəsindən keçməlidir.

Qarın ağrısının digər səbəbləri

  • bağırsaq sancıları. Göbək ətrafında qəfil yaranır, tutmaşəkilli olur. Adətən halsızlıq və titrətmə ilə müşayiət olunur. Xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün yataq rejimi və xüsusi preparatlar təyin edilir. O cümlədən qidalanma rasionuna da fikir vermək lazımdır;
  • böyrəyin iltihabı. Bel və qarın nahiyəsində ağrı əmələ gəlir, bədən temperaturu yüksəlir;
  • böyrək daşının tərpənməsi. Bu tip ağrılar kəskin xarakterli olub, bel, qarın və aralıqda yaranır. Sidik ifrazı tezləşir. Belə hallarda isti vanna və spazmolitiklər köməyə gəlir. Əgər sidikdə qan aşkarlanarsa, təcili şəkildə həkimlə əlaqə saxlamaq lazımdır;
  • mədə və onikibarmaq bağırsağın xəstəlikləri. Vaxtaşırı qarnın yuxarı hissəsində, göbək ətrafında ağrı yaranır. Yanaşı olaraq, xəstələr gəyirmə və qarında köpdən şikayətlənirlər.

Qarın ağrısının səbəbləri – növbəti 3 hal

  • xora. Ağrının əsas xüsusiyyəti yeməkdən sonra itməsidir. Xəstələrdə mədə qıcqırması , ağızda turş dad, dilin üzərində ağ ərp olur. Bundan əlavə xoradan əziyyət çəkən insanlarda səhər saatlarında ürəkbulanma, qusma, qəbizlik və köpə rast gəlinir
  • xolesistit. Sağ qabırğaaltında, qarında vaxtaşırı ağrılar müəyyən edilir. Ağrı kürəyə vurur. Xolesistitin digər əlamətlərinə iştahsızlıq, qəbizlik, qusma, ağızda quruluq, gəyirmə aiddir;
  • stress. Qarnın aşağısında sızıltılı ağrı baş verir. İnsan həddindən artıq aktiv və ya əksinə, passiv olur. Stress halında kofein tərkibli məhsullardan (qəhvə, çay və s.) imtina edilməli, sakitləşdirici dərmanlar içilməlidir.

Qarın ağrısının səbəbləri və təcili yardım tələb edən hallar

Aşağıdakı hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır:

  • qarında güclü ağrı səbəbindən bayılma, tənəffüs çatışmazlığı. Belə vəziyyətlər qaraciyər çatışmazlığı, kəskin pankreatit, daxili qanaxma fonunda yaranır;
  • şiddətli ağrı səbəbindən indan tərpənə bilmədikdə;
  • qarında ağrı dalbadal qusma törətdikdə və qusuntu kütlələrində qan aşkarlandıqda;
  • kəskin ağrı ilə yanaşı nəcis ifrazının mümkünsüzlüyü. Bu hal həzm traktının keçməməzliyinə işarədir;
  • düz bağırsaqdan qan axdıqda.

Qarın ağrısının səbəbləri və müalicəsi

Yuxarıda izah etdiyimiz kimi qarın ağrısının səbəbləri müxtəlifdir. Bununla əlaqədar müalicə qastroenteroloq,ümumi cərrah, nefroloq kimi mütəxəsislər tərəfindən aparılır. Patologiyanın ağırlıq dərəcəsindən asılı olaraq, konservativ (dərman) müalicə və ya cərrahi əməliyyat həyata keçirilir.

Qarın ağrısının səbəbləri və profilaktikası

  • özünüzü stressdən qoruyun. Fitnes, yoqa, üzgüçülüklə məşğul olun. Bu üsullar insana daxili rahatlıq bəxş edir;
  • müntəzəm şəkildə fiziki hərəkətlər edin. Aktiv həyat tərzi qəbizliyin qarşısını alır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin idman bağırsağın təmizlənməsinə səbəb olur, mədənin normal fəaliyyətini təmin edir;
  • qida rasionunuza nəzarət edin. Yağlı, qızardılmış, hisə verilmiş məhsulların qəbulunu məhdudlaşdırın;
  • artıq çəkidən qurtulun. Alimlərin fikrincə piy qatı mədəyə təzyiq göstərir, nəticədə mədə şirəsi qida borusuna qayıdır. Bu isə mədə yanması , qıcqırma törədir;
  • gün ərzində ən azı 2 litr su qəbul edin. Bağırsağın mütəmadi şəkildə boşalması, qidanın mənimsənilməsi üçün xeyli maye tələb olunur. Əks halda babasil, xroniki qəbizlik halları qaçılmazdır;
  • əmək və istirahət rejiminizi normaya salın. Çünki yuxusuzluq, daimi gərginlik ciddi fəsadlara gətirib çıxara bilər.

Xülasə

Məqalədə Sizi qarın ağrısının səbəbləri ilə ətraflı tanış etdik. Əlbəttə ki, hər hansı bir xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asandır. Sadaladığımız 6 qaydaya əməl edin və sağlamlığınızın qayğısına qalın.

Comments are closed, but trackbacks and pingbacks are open.