Ürəyi necə yaza bilərəm
– Ola bilərmi ki, yeniyetmə uşaqlar 14-15 yaşından energetik içkilər, alkoqol içərsə, siqaretə başlayarsa, ürəyi tez sıradan çıxsın? Koronar damarları tuta bilərmi?
Uşaqlarda ürək qüsurları: vaxtında əməliyyat etmək, yoxsa gözləmək? – Uzman kardiocərrahla MÜSAHİBƏ
Bu gün dünyada, eləcə Türkiyə və Azərbaycanda körpələrdə anadangəlmə ürək qüsurlarına çox rast gəlinir. Artıq fetal dövrdə, ana bətnində uşağın diaqnozu qoyulur və bir çox körpələr elə doğulan kimi 2-3 günlük əməliyyat edilir.
Amma bəzən heç də bütün uşaqlar əməliyyat olunmur, bəzənsə valideynlər zaman qazanmaq, problemin öz-özünə düzəlməsini gözləyir.
İndi müasir tibb, uşaq kardicərrahiyyəsi hansı problemləri həll edə bilir? Ürək qüsurlu doğulmuş uşaqların yaşamaşansı nə qədərdir?
Medicina.az Başkent Ankara xəstəxanasının uşaq kardiocərrahiyə bölməsinin uzman cərrahı Murat Özkanla uşaqlarda ürək əməliyyatları mövzusunda geniş müsahibə hazırlayıb.
Qeyd edək ki, Dr. Murat Özkan Ankaranın ən yaxşı uşaqkardiocərrahı hesab olunur və hər il yüzlərlə uşağa ikinci həyat bəxş edir.
– Doktor, Başkent Ankara xəstəxanasında ürəyindən əməliyyat olunan ən ağır uşaqlar belə yaşama şansı qazanır və bura çox uğulu ürək əməliyyatları ilə Türkiyədə tanınır.
Uşaq kardiocərrahiyyəsində uğurun uzun əsas sirri nədədir və Başkənd Xəstəxanasında bu baxımdan hansı üstünlüklər var?
– Uşaqlarda ürək kardiocərraiyyəsində uğurun əsas şərti diaqnozun erkən, düzgün qoyulması, ikinci şərt isə ediləcək müalicənin – istər müalicə, istər əməliyyatın doğru planlanmasıdır.
Digər mərhələ cərrahi əməliyyatı düzgün şərtlər altında, müasir cihazlarla, alətlərlə, texniki olaraq düzgün icra edilməsidir.
Daha sonra əsas mərhələ sağalma müddəti – onun da düzgün, yüksək səviyyədə olması vacibdir ki, uşaq sağalsın, əməliyyatdan sonrakı dövr uğurla bitsin.
Bu baxımdan əməliyyatın hansı xəstəxanada, hansı komanda tərəfindən olunması vacibdir.
Bir ürək qüsurlu uşağın müalicəsi və əməliyyatında 30-dan çox tibb işçisi məşğul olur: anestezioloqu ayrı, əməliyyatdan sonra tibb bacısı, pediatrı, kardioloqu. Bu qədər insanın içində sadəcə bir kişi işini düzgün etməzsə, yaxşı nəticəyə gəlmək mümkün deyil. Hətta ən yaxşı cərrah olsa belə.
Cərrahdan da çox komandanın peşəkar olması vacibdir.
Başkent Universitetində uşaq kardioloji bölümündə belə bir komanda var. Başkent Ankara xəstəxanası Türkiyədə və hətta Avropada üst mövqedə olan hərtərəfli mərkəzlərdən biri sayılır.
25-30 ildir bu işin içindəyik. Türkiyə üçün ən son referans xəstəxanası olmaq üzrəyik.
Bir çox yerlərdə müalicəsi başlanmış, amma uğurlu olmayan, əməliyyat olsa da sağalmayan, çox ağır xəstələrin sonda gəldiyi yer buradır.
Burda imtina edəcəyimiz hər hansı uşaq ürək xəstəliyi yoxdur.
“Uğurlu əməliyyat edib, xoşbəxt olursanmı” sualını özümə versəm. cavabım, xeyr olar. Üstün bir komandanı yaxşı çalışdırmağım məni mutlu edir. Uğurumuzun sirri budur.
– Başkent Ankara xəstəxanasında hansı uşaq ürək xəstəlikləri əməliyyat edilir? Son illər Türkiyədə, dünyada uşaqlar arasında ən çox rast gəlinən qüsurlar hansılardır?
– Bizdə anadangəlmə və sonradan uşaqlarda yaranan, inkişaf edən bütün növ xəstəliklər müalicə və əməliyyat edilir. Amma anadangəlmə xəstəliklər çox fərqlidir, hətta eyni xəstəliklə gələn uşaqlar belə fərqli xəstələrdir və bir əməliyyat hamıda eyni nəticələnə bilməz. Burda uşağın orqanizminin gücü də rol oynayır.
Dünyada və bizim bu gün uşaq ürək problemlərində əsas prinsipimiz budur: xəstəlik nə qədər ağır olursa-olsun, ən erkən dönəmdə anatomik təmir əməliyyatları aparılmalıdır. Məsələn, kirli ilə təmiz qanın ayrılması, dəlik varsa onu bağlamaq, ürək damarlarında darlıq varsa açmalı. Nəticədə anatomik olaraq düzgün ürək və qan dövranını əldə edə bilsək, uşaq sağalır və normal həyata davam edir.
Ən erkən zaman dedikdə doğulan andan 2-3 gün ərzində anatomik olaraq nəyə ehtiyac varsa, onları dərhal etməkdir. Ona görə fetal müayinədə artıq ana bətnində bu qüsurların aşkarlanması şərtdir və belə uşaqların ürək cərrahiyyəsi şərtləri üstün olan xəstəxanalarda doğulub, nəzarətə alınması vacibdir.
– Amma bizdə adətən bəzən zəif ürəklə doğulan və ürəyində 1-2 dəlik olan körpələri əməliyyata almayıb, “bir az gözləyək, böyüsün, güclənsin, sonra edərik” deyə gözləmə mövqeyi seçilir. Və bəzən də bu dövrdə uşaq ölür. Sizcə hansı hallarda gözlənməlidir, hansı xəstəliklərdə isə qəti gözləmək olmaz?
– – Doğru. Belə yöntəm 30 il əvvəl çox yayılmışdı. Çünki xəstəliklər barədə təcrübəmiz çox deyildi, alətlər, cihazlar həssas deyildi. O zaman yenidoğulmuşun əməliyyatdan sağ çıxma şansı az idi. 80-ci illərdən sonra texniki imkanlar, dərmanlar dəyişdi, yenidoğulmuşlarda əməliyyatların uğurlu olma şansı artdı və dünyada ciddi ürək qüsuru olan körpələrin dərhal əməliyyata alınması prinsipi qüvvəyə mindi. Burda söhbət 2-3 ağır qüsurdan gedir, atar damarı tərs doğulmuş və ya hipoblastlarda 3-5 günlük ikən körpənin əməliyyat olması lazımdır.
Gözləniləcək durum var, gözlənməyəcək durum var. Xəstələr də bir-birinə bənzəmir. Elə körpə var gözləməyə vaxt vermək olar, eləsi var olmaz.
Məsələn, sadəcə ürəyində bəsit bir dəlik olan hər körpəni doğulan kimi əməliyyat etməyə gərək yoxdur. Onlar 3-5 ay gözləyəcək. Qərar verəndə ediləcək əməliyyatın verəcəyi risklə, gözləyərək qarşılaşağımız riskləri hesablayırıq. Bu prinsip var: əməliyyat etdikdə zatən pis heç bir şey etmirik. Əməliyyat doğru düzgün aparılır. Amma hər körpə yaxşılaşmır, xəstəni itirdiyimiz məqamlar ola bilər.
Gözləsək və uşaqda geriləmə olsa, ürəyin, ağciyər, böyrəyin zəifləməsi orqanizmi gücdən salır və bu uşağı sonra əməliyyata aldıqda uğursuz ola bilər. Əməliyyata görə yox, əməliyyatın ağırlığına vücudunun dözməməsinə görə.
Bu xəstəliklərdə çox uzun müddət gözləyib, orqanizmi xəstə ürəyin mənfi təsirinə məruz qoyarsaq, vücud yorulur, uşağın çəkisi azalır və əməliyyatdan sağ çıxmama riski artır. Burda cərrahlıq, anestezioloqluq bir iş yoxdur.
Təkcə ürək əməliyyatında yox, bu uşaq sünnət də olarsa, badamcıq əməliyyatı olarsa da risk var. Bu baxımdan deyirik ki, körpənin vəziyyəti uyğundursa erkən edib, ürəyi təmir edək.
Yox əgər uşağın olduğu yerdə cərrahlar üçün 1-2 günlük körpəni əməliyyat etmək çətindirsə, təcrübə yoxdursa, əməliyyat sonrası baxım zəifdirsə, şərait yoxdursa, bu riski nəzərə alaraq bir dəliyi 7-8 aylıq olana kimi gözləmək olar. Amma bu müddətdə dəliyin vəziyyəti, uşağın inkişafı, çəkisinə baxılmalıdır. Uşaq normal yeyib kilo almalıdır. Zəifləyirsə, deməli, zaman əleyhinə işləyir.
Ən yaxşı qərar tez əməliyyat edib, qüsur nədirsə ondan xilas olmaqdır.
– Təcrübənizdə olubmu ki, gözləyərək, çox zaman itirmiş uşaqlar gətirilib və siz kaş ki, 3-5 ay öncə gəlsəydi demisiz?
– Bəli, Ankarada belə çox valideynlər var ki, müəyyən səbəblərdən gözləyib, gecikib. Burda da hər xəstəxana üst səviyyədə deyil. Bəzən uşaq doğulur, xaricdən normal görünür, amma ürəyində dəlik var. Nənə-baba deyir ki, uşaq sağlamdır, niyə əməliyyata aparaq? Ata-ana da onları dinləyir. Müxtəlif səbəblərdən olur.
Orta Asiya, İraq, Suriya, Afrikadan və s.-dən gecikmiş gələnlər var. Burda ailənin də durumu, qərarları rol oynayır. Burda qərar verərkən, hələ şans varmı, onu dəyərləndiririk.
Bəsit bir dəliyin erkən zamanda çox asanlıqla problemsiz qapadılması mümkün ikən, 2-3 yaşından sonra əgər uşaqda ağciyərdə damar xəstəliyi oldusa, o dəliyi bağlamaq mümkün deyil. Bağlasaq belə əməliyyatdan sonrakı müddətdə normal həyatına davam etməsi az olur. Gecikmiş xəstələrin sağalması hər zaman çətin və uzun olur. Amma şansımızı hər zaman sınayırıq, 1% belə şans varsa, edirik.
Bir xəstəni əməliyyat etmədən itirmək əvəzinə əməliyyat edib itirməyi seçirəm, bu zaman daha az üzülürəm. Əməliyyatı etdiyimizdən yox, etmədiyimizdən peşman oluruq. Çünki bəlkə etsəydik, yaşayardı deyə hər zaman bir sual qalır.
– Fetal dövrdə, ana bətnində döldə bir ürəkdə qüsur olarsa, yaşaması üçün ana bətnində əməliyyatlar da icra olunurmu?
– Belə bir əməliyyatlar hələ ki, olmur. Bunun üzərində elmi çalışmalar gedir. Ana bətnində dölün ürək qapaq darlıqlarında onu balonla açmaq kimi prosedur aparılır, bu da əməliyyat sayılmır. Dölü qarından çıxarıb, kənarda ürəyində əməliyyat edib, yenidən geri qaytarmaq kimi düşünülən əməliyyat yoxdur və olmayacaq da.
Amma ürək xəstəliklərini ana bətnində erkən aylarda görmək bizim üçün önəmlidir. Əvvəllər fetal diaqnoz belə yayılmamışdı, o zaman bizim də işimiz çətin idi. Fetal diaqnozun 2 önəmli tərəfi var: əgər körpə doğduqdan sonra təcili 3-5 günlük ikən əməliyyat göstərişdirsə, bu qadının daha mobil və imkanları olan xəstəxanada doğum etməsi lazımdır. Təmiri mümkün olmayan, ağır xəstəlikləri tez görsək, 22-23 həftədə hamiləliyi sonlandırmaq mümkün olur və bunu da ailə ilə müzakirə etmək şansı verir. Bu da çox ağır bir işdir. Biz ata-anaya uşağın hansı xəstəliklə doğulacağını və ya zamanında doğula biləcəkmi-bilməyəcəkmi onu başa salırıq. Həkim heç vaxt aborta yönləndirmir. Uşağın doğulub- doğulmamasına qərarı yalnız ata-ana verə bilər.
Bu uşaq xəstədir, bunu doğma, aldır deyən həkim yanlış edir. Biz kardiocərrah olaraq izah edirik, belə bir xəstə uşaq doğulsa da 2 ay sonra nə olur, 2 il sonra nə olur, neçə əməliyyat olacaq, əməliyyatdan sonra nələr gözləyir, uşaq sağlammı yaşayacaq, ailənin psixoloji maddi durumuna necə təsir edəcək, bu işin sonunu səmimi bir şəkildə anladırıq. Ana –ataya düşünmək üçün zaman verilir. Ondan sonra qərar verilir.
Ürəyin yarısı yetişməmiş körpələrdə bir şey etmək təəssüf ki mümkün deyil, heç bir qarantiya də yoxdur. Bunu fetal dövrdə erkən aşkar edərsək, hamiləliyin sonlandırılması gündəmə gələ bilər.
Belə uşaqları doğulan ailələr var, gəlirlər. Çox çarəsiz durumdur. Həkim də bir şey edə bilmir. Bütün ailənin hüzuru pozulur, sonda uşaq vəfat edir və bu ailə 2-3-ci uşaq sahibi olmaqdan qorxurlar ki, yenə xəstə uşaq doğular, yenə eyni şeyləri yaşayarlar. Bunlar çox əziyyətli işlərdir. İnsanın başına gəlməyənə qədər bilmir. Bəzi ailələr dini inanclara görə uşağı tələf etmək istəmir. Ağır xəstəliklərlə doğulan körpələrin çoxu əslində, doğulmaması gərəkən uşaqlardır. Hamiləlikdə düşüklər olur, düşük edən körpələr normal sağlıqlı bəbəklər deyil, ağır DNT xəstəlikli, doğulmaması gərəkən uşaqlardır.
– Valideyn doğumdan sonra əməliyyata razı olur, amma hamını bir sual maraqlandırır: doktor, körpəm nə qədər yaşayacaq, ölüm riski nə qədərdir?
– Buna tək bir rəqəmlə, xüsusən yeni doğulmuşlarda konkret cavab vermək mümkün deyil.
Sadəcə öncə dediyim kimi risklər var, körpədən-körpəyə fərqlənir. Əməliyyatdan öncə uşağın vəziyyəti – ürəyin, vücudun yorğunluğu, zəifliyi, əməliyyatdan sonra xəstəliyi tam aradan qaldıracaq ya yox. Biz əməliyyatı doğru-düzgün edirik, amma orqanizm, vücud bunu qəbul etməyə bilər, yəni müəyyən səbəblərdən istədiyimiz nəticəni almaya bilirik.
Bir az yetişkin uşaqlar üçün risk çox azdır. Koronar baypas, ürək qapaq və damar əməliyyatları üçün artıq ciddi risk yoxdur. 100-də 99% uğurludur.
Bəsit qulaqcıq dəliyi əməliyyatında günümüzdə ölümdən bəhs etmək mümkün deyil.
Uşaqlarda 300 növdə ürək xəstəliyi var. Hamısı üçün ayrı-ayrılıqda statistika aparmaq mümkün deyil.
Amma Amerikada ürək əməliyyatları üzrə müasir mərkəzlərin ortaya qoyduğu rəqəmlərə baxdıqda, 100-də 2-3 kimi ölüm riski var. Bu günə ən böyük sıxıntı çəkdiyimiz diaqnozlar hipoblastik, soyuq ürək dediyimiz qüsurlardır. Əməliyyat olsa da, olmasa da ölüm faizi çox yüksəkdir. 20 il əvvəl bu diaqnozlu körpələri əməliyyat etdikdə 100-dən 70%i- ölürdü. Son illər isə 10 xəstədən 2-3-ü itirilir, 7-8-i yaşayır. Bu, Amerika üçün olan rəqəmlərdir.
Türkiyədə isə 100-də 50-dir. İrəli gedə bilmirik. Çünki körpələr bizə gəlib çıxana kimi zəifləmiş olur.
Dengesiz qarıncıqları olan xəstələrdə, atar damarlar yerinə plastik boru qoyduğumuz xəstələrdə 100-də 20-sində ölüm riski var.
Uşaqlarda qazanılmış ürək xəstəlikləri çox zaman virus və iltihabi xəstəliklərin nəticəsində,
revmatizm, qızdırma ilə gedən xəstəliklərin ürəyə vurduğu təsir nəticəsində əmələ gəlir.
– Doktor, bəs doğularkən ürəyi normal, sağlam bir uşağın böyüdükcə birdən-birə ürəyində problem yarana bilərmi və daha çox hansı pozulmalar baş verir. Daha yetişkin uşaqlarda ən çox hansı ürək xəstəliklərinə rast gəlinir?
– 18 yaşından aşağı uşaqlarda gördüyümüz ürək xəstəliklərinin yarıdan çoxu doğuşdan olan xəstəliklərdir. Uşaq ana bətnində ikən bu xəstəlik yaranır. Zaman içərisində uşaq böyüyərkən də onu narahat edən elə bu xəstəliklər ola bilər. Çünki bunların bəziləri zamanla yaxşılığa doğru da dəyişə bilər, pisləşə də bilər.
Nə edə bilərik ki, bunun qarşısını alaq. Dəqiq cavab və yöntəm yoxdur. Qapaq darlıqları, çatışmazlıqları, aorta darlıqları zaman içərisində yaxşılaşa da bilər, pisləşə də. Amma hamısının altında bir genetik səbəb var. Ürək xəstəlikləri ilə doğulan körpələrdə problem ana-baba tərəfdən gəlir, qohum, nəsil faktoru var.
Bu gün deyə bilmərik ki, ana hamiləykən telefondan, şüalanmadan, qidadan, dərmandan dölün ürəyində qüsur yarandı, belə çalışmalar yoxdur. Ona görə birinci səbəb genetik, digəri təsadüfi anomaliyalardır. Genetik də 100% deyə bilmərik. Çünki eyni ata-ananın uşaqlarında eyni xəstəlik də ortaya çıxmır.
Bəzən fetal müayinədə və ya doğumdan sonra ürəkdə önəmli, qorxulu görülməyən bir şey gələcəkdə önəmli problemə çevrilə bilər.
Məsələn, ağciyər damarının qapağında bir darlıq var, sağ mədəcikdə basqı bir az yüksəksə, zamanla darlıq daha da artır və uşağa əziyyət edir.
Amma zamanın lehinə çalışan məqamlar da var.
Darlığı olan xəstələrdə uşağın çəki almaması lazımdır. Çünki köklük, şişmanlıq ürəyi daha da yükləyir.
Başda heç nə yox idi, sonra birdən birə oldu deyə bir şey yox. O valideynə elə gəlir. Başda bir şeylər var idi ki, sonra zamanla dərinləşdi.
Uşaqlarda qazanılmış ürək xəstəlikləri çox zaman virus və iltihabi xəstəliklərin nəticəsində, revmatizm, qızdırma ilə gedən xəstəliklərin ürəyə vurduğu təsir nəticəsində əmələ gəlir.
İndi koviddən sonra da buna bənzər çox xəstə görməyə başladıq.
Uşaqlarda virusa bağlı, kovosaki ,koronaya bənzər virus xəstəliyindən ürəyin miokardının iltihabı görülür. Gələcəkdə nə görəcəyik bilmirik.
Koronar arteriyalarda zədələnmələr, anevrizmalar görülür.
Bunlar da uşaqlıqda qazanılmış ürək xəstəlikləridir deyə bilərik. Bunların da müalicəsi və əməliyyatı olur. Amma eləsi var hətta ürək transplantasiyaslna kimi gətirib çıxara bilər.
– Ola bilərmi ki, yeniyetmə uşaqlar 14-15 yaşından energetik içkilər, alkoqol içərsə, siqaretə başlayarsa, ürəyi tez sıradan çıxsın? Koronar damarları tuta bilərmi?
– Uşağın o yaşda siqaret çəkməsi normal deyil. Konkret içki və yeyəcəklərin ürək və damarlarına ciddi təsiri barədə elmi çalışmalar yoxdur. Bir siqaretin uşaq orqanizminə təsiri barədə təcrübələr də yoxdur. Əlbəttə ki, pis təsirləri var.
Bilirsiz, son zamanlar bütün dünyada narahatedici durum uşaqlarda ani ürək dayanmalarıdır. Türkiyədə də çox rastlanır. Uşaq idman edərkən, qoşub qaçarkən, dərsdə qəflətən ürəyi dayanır.
Lisey, kollec uşaqlarında rast gəlinir. Amerikada daha çox aktiv və professional idmanla məşğul olan yeniyetmələrdə ani ürəkdayanması olduğu deyilir.
Televizorda da görürük, futbolda topun ardıyca qaçarkən, birdən yıxılır və ölür.
Ritm problemləri çox geniş yayılıb. Aritmiyalarda ani ürək dayanması çox baş verir. Bu pozulmaları EKQ də görmək asandır.
Uşaq sağlam yaşıdları kimi görünür. Adətən ürək problemi çırpıntı, köks ağrısı, tez yorulma, halsızlıq verməlidir, bəzən o da görülmür.
Uşaqlar ürək infarktı keçirməz. Uşaq infarkt oldu öldü deyə bir şey yoxdur.
Uşaqlarda ürək damarlarının daralması ola bilər.
Amma bunu da öncədən yoxlamaq, məsələn angioqrafi etmək olmur. Şikayət olmayan normal uşağı niyə yoxlasın ki. Bu işlər çox çətindir. Amma aktiv peşəkar idmana başlayanlarda bu məsələ gündəmə gəlir.
Türkiyədə artıq bir çox futbol klubları, idman məktəblərində uşaqlar qəbul olmazdan öncə sağlıq arayışı, xüsusən ürəyin müayinəsi tələb olunur. Bu məsələlər həkimlərin də yükünü artırır. Uşaqların hamısını yoxlayaq, yoxsa şikayəti olana baxaq.
Kimsə bunun üstündə durmur, araşdırmır, şanssızlıq, qismət deyirlər. Halbuki bu işin üzərində durmaq lazımdır. Öncədən tədbir görülsə ,bir çox uşağın həyatını qurtarmaq olar.
Ani ürək tutmasına sol koronar damarın tutulmasının, daralmasının səbəb olunduğu məlumdur. Bu problem uşaqda heç bir sıxıntı vermir, şikayəti olmur, amma baxırsan ki, sol koronarda gizli bir problem var. Bunlar əməliyyatla düzələ bilər.
Bu bir saatlı bomba kimidir. Bəlkə 60-70 yaşa kimi partlamayacaq, bəlkə də sabah uşaq topun ardıyca qaçanda, ya bir dağdan yuvarlananda partlayacaq. Bu problemi harda kim görərsə həmən an həll etməsi lazımdır. Amma hamını əməliyyat etməyə dəyərmi? Buna tibbin imkanı da yetməz. Dövlətlər də buna getməz.
– Bəs valideynlər öz övladında bu problemi özü araşdıra bilərmi? Məsələn, imtahandan öncə, idmana qoymazdan öncə, yarışdan öncə, uşağının koronar arteriyalarının vəziyyətini öyrənə bilərmi?
– Yox, hər uşağı bu şəkildə çek up etdirmək, amandır gedim ürək damarlarını yoxladım, birdən nəsə olar kimi həkimlərə aparmaq da düzgün deyil. Kütləvi şəkildə uşaqların damarlarını yoxlamaq lazım deyil. Bu elə kütləvi durum deyil.
Yanlış anlaşılmasın, valideynlər də bu dediklərimizdən narahat olmasın. Məsələn, mənim uşaqlarım var, mən hər il onların ürəyini aparıb yoxlatmıram. Bilirəm ki, belə şeylər var, anidən ürək durma problemi hər zaman var, amma buna rəğmən uşaqları kardioloqlara aparıb uzun müayinələrdən keçirmirəm. Bu normal deyil.
Amma valideynlər bəzi şikayətlərə diqqətli olmalıdır: ürək çırpıntısı, ritm tezliyi, tez yorulma, idman edərkən qəlbi yerindən çıxacaqmış kimi paranoya hissi, sinədə ağrı, əgər uşaq deyirsə yoluldum, ürək hissə ağrıyır, bunu qulaqardına vurmaq olmaz. Bunlar siqnallardır.
Həkimin valideynə dəliyin millimetrini deməsi normal deyil.
Çünki elə kiçik dəliklər ola bilər ki, böyük sıxıntılar yaradar. Bəzən böyük dəliklərdə isə sıxıntı az olur. Əsas dəliyin ölçüsü yox, içindən keçən qandır.
– Uşağın ürəyinin xəstə olduğunu əsas digər hansı əlamətlərlə bilmək olar? Məsələn, uşağın dodaqlarının, gözlərinin altının qaralması, göyərməsi, əllərinin soyuq olması, çəki almaması, arıqlaması ürəkdən ola bilərmi?
– Var, belə əlamətlər. Bunlar xəstəliyin növünə görə dəyişir, bir də zamanına görə. Ürək çatışmazlığı ön planda olan uşaqlarda göyərmə, morluq , sianoz əlamətləri xaricdən ən çox gözə dəyən əlamətdir.
Ağır xəstəliklərdə göz altı, dodaq, dodaq ətrafı, barmaqlar sianozlu – göyərmiş olur. Bu qanda oksigenin düşük olması ilə əlaqədardir.
Buna səbəb də ürəyin içində kirli qanla təmiz qanın qarışmasıdır. Bundan başqa ağciyərlərlə bağlı xəstəliklər, bəzən qanın özü ilə bağlı xəstəliklər sianoz-göyərmə ilə gedir. Barmaq, dırnaqların qabarıq, böyük və göyərmiş olması ürək xəstəliklərinin işarətləridir.
Ürəkdə dəliklə doğulanlarda isə iş zamanla əlaqəlidir. Məsələn, qarıncıq arasındakı dəlik diaqnozunda xəstəliyi yaradan bu dəlik deyil, içindən keçən qandır. Bəzən deyirlər, doktor, uşaqda dəlik çox kiçikdir, 10 mm-dir. Bu problem yaratmaz. Həkimin valideynə dəliyin millimetrini deməsi normal deyil. Çünki elə kiçik dəliklər ola bilər ki, böyük sıxıntılar yaradar. Bəzən böyük dəliklərdə isə sıxıntı az olur. Əsas dəliyin ölçüsü yox, içindən keçən qandır. Yeni doğulan uşaqlarda dəlik olduqda ana bətnindən qan dövranı ağciyər damarları dövranı ilə də bağlı olduğu üçün ürəklə bağlı sıxıntı ilk başdan görülmür, xaricən uşaq normaldır, yeyir, çəkisi artır. Və bir zaman gəlir, ağciyər damar dirənçi dayanır,ürək işləyə bilmir, bu zaman uşaqda əlamətlər görülür: başı tərləyir, yatmır, təngnəfəslik, göyərmə, inildəməyə başlar, çəkisi azalır.
Düşünürlər, nə oldu birdən-birə, hər şey normal idi. Bu ürək yetməzliyinin ağırlaşması deməkdir. Bu uşaqlar vaxtında, tez əməliyyat və doğru müalicə olmazsa, 1 yaşdan sonra itirə bilirik.
Sağ qalanların isə damarlarında yaşlı adamlardakı kimi sərtliklər olur, ağciyərlər qan dövranını üzərinə götürür. Uşaq 2-3 yaşda normal görünür, çəkisi artır. Ana –ata düşünür ki, dəlik bağlanıb, hər şey geridə qaldı. Sonra 4-5 yaşında gətirirlər, baxırıq dəlik yerində qalıb, bağlanmayıb, amma ağciyərləri sıradan çıxıb. Yenə də gecikmə oldu.
Ona görə valideynlər 2-3 aylıqdan bir çox əlamətlərə diqqət etməli, dəlik varsa, böyükdür-kiçikdir rahat olmamalı, tez-tez dəliyin vəziyyətini yoxlatmalı və doğru düzgün klinikada bu problemin tezliklə həllinə çalışmalıdır.
Ürəyi necə yaza bilərəm
… Təkcə insanların,adamların, canlıların ürəyi olmur. Sözün də, şeirin də, sənətin də ürəyi və qəlbivar. Və bu ürəyi, bu qəlbi bir balaca narahat eləyəndə, incidəndə səndən həmişəlikküsə bilər. Elə bəlkə də incitdiyimizə görə o şeirlər, o hikmətli sözlər, o bədiidəyəri olan ifadələr artıq bizdən qaçaq olub…
Çünki sözü, şeiri,kitabı elə urvatdan salıblar ki, çətin ki, bir də o əvvəlki şirinliyinə, koloritin,məlahətinə qayıda bilə. Dünən axşam tanınmış bir alim qonşum mənə şeirlər kitabıverdi. Dedi ki, qonşuluqda hamıya paylamışam, bircə sən qalmısan. Kitaba baxıb gördümki, həddindən artıq qalındı. Nə az, nə çox, düz 400 səhifədən ibarət şeirlər toplusudu.Ərinib – eləmədən evə gələn kimi kitaba göz gəzdirdim. İnanın, o 400 səhifəlik kitabıniçində bir misra olsun obrazlı ifadə, poetik söz tapa bilmədim. Necə əsəbləşdimsə,kitabı cırıq-cırıq eləyib tulladım…
İstedadlı şair ZəlimxanYaqubun bir deyimi var: «Çalışma ki, kitabın qalın olsun, çalış ki, kitabın qalanolsun». İndiki kitabların 80-90 faizinin kitabdan xəbəri yoxdur. Və 80-90 faizi kitabların çoxuna baxıb görürsən ki, o ancaq maklatura təsiri bağışlayır. Və bu kitabları da soyuq qışhavalarında odun tapıb sobasını yandıra bilməyənadamlar elə ocaqda yandırıb qızınsalar daha yaxşı olar.
Kitab deyəndə mənimyadıma müqəddəs kitabımız olan «Qurani-Kərim» düşür. Kitab deyəndə mənim yadımaNizaminin, Füzulinin, Nəsiminin, Mirzə Cəlilin, Axundovun, Hüseyn Cavidin, ƏhmədCavadın, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazınbir-birindən gözəl şeirlər kitabı düşür. O kitablar ki, onun hər misrası, hər sözü,hər ifadəsi insana təravət gətirir, sevgi bəxş edir və qəlbində, ürəyində yaşamaqeşqi oyadır…
Bəyənmədiyimiz sovethökumətinin vaxtında hər hansı bir şairin kitabı ən azı beş-altı mərhələdən keçərdi.Hətta gənc şairlərin deyil, xalq şairlərinin də kitabları, poemaları, povestlərimüxtəlif redaktoruların süzgəcindən ələnəndən sonra işıq üzü görürədi. Və bu kitablarda 30-40 min tirajla çap olunardı. Məsələn, Hacıbala Əlizadənin «İtgin gəlin» romanı40 min tirajla çap olunmuşdu, amma onu tapmaq olmurdu. Sonradan Mərkəzi Komitənintapşırığı ilə o kitab yüksək tirajla çap edildi. Çünki o kitablar kitab idi, o kitablarınbədii dəyəri vardı və o kitablar on minlərlə oxucular tərəfindən sevilə-sevilə oxunurdu.
Bu yaxınlarda hansısasaytların birində Ali Sovetin sabiq sədri Yaqub Məmmədovun bir müsahibəsini oxudum.Jurnalist ondan soruşur ki, siz hansı kitabları oxuyursunuz? O sizə cavab verirki, ən çox klassikləri oxuyuram. O cümlədən Cabir Novruzu, Məmməd Arazı, BəxtiyarVahabzadəni həmişə oxumuşam və yenə oxuyuram. Jurnalist ona ikinci sualı ünvanlayır.Soruşur ki, bəs gənc şairləri oxumursunuz? Məsələn, bir gənc şair var, deyir ki,mən Səməd Vurğundan da böyük şairəm. Bax, bu suala Yaqub Məmmədovun cavabı çox sadəolub. İnsan nə qədər istedadlı olsa da, gərək təvazökarlığını itirməsin…
Bizdə bəzi gənc istedadlışairlər var. Gözəl şeirlər yazırlar. Amma onların yeganə qəbahəti ondan ibratədirki, klassikləri və keçmiş istedadları tənqid yox, söyməklə gündəmdə qalmaq istəyirlər.Bax, bunun özü o gənc istedada bir balaca yox, elə böyük mənada kölgə salır. Əgərsənin istedadın varsa, hər hansı klassikdən də yaxşı yazı ortaya qoya bilirsənsə,təbii ki, səni arayıb-axtaracaqlar. Tay kimisə yıxıb sürüməklə yox!
Axı bayaq dedik,söz də insan kimidir, onun ürəyi var. Ancaq bizbu ürəyi tez-tez sındırmaqda davam edirik. Məsələn, çox tanınmış elmlər doktorları,professorlar zəif bir şair haqqında elə tərifləryağdırırlar ki, şəxsən həmin tərifi yağdıranda bir ədəbiyyat həvəskarı kimi mənimayağımın altından yer qaçır və ətim tökülür. Məmməd Araz barəsində, Bəxtiyar Vahabzadəhaqqında, lap Ramiz Rövşən yaradıcılığına dair deyilən sözlər həmin zəif şair haqqındasəsləndirilir. Bax onda sözün, şeirin ürəyi tapdalamasın, neyləsin?
Bir dəfə mənim bir yerlim vardı, xanım idi. Şeirlər kitabıçıxmışdı. Çox yalvarıb-yaxarırdı ki, kitabı haqqında bir neçə kəlmə fikrimi söyləyim.Mən də onun özü haqqında danışdım, şeirləri haqqında bir kəlmə də söhbət açmadım.Ancaq şeirlərinin adını çəkdim. Dedim bunun yaxşı və pis olmasını oxucular dəyərləndirəbilər. Həmin yazıdan sonra o xanım məndən küsdü və indiyə qədər də mənimlə kəlməkəsmir…
Sözə, şeirə, ifadəyəxəyanət etmək olmaz. Çünki söz çox müqəddəsbir varlıqdı. İndi əli qələm tutan şeir yazır və beş-on gündən sonra da qalın birkitab çap elətdirir. Biz üniversitetdə oxuyanda çox istedadlı və savadlı müəllimimizvardı. Aydın Əbilovu deyirəm. Azərbaycan dilinin qrammatikasından bizə dərs deyrədi. O vaxtlar da zəif kitablarolurdu. Amma indiki kimi çox deyildi. Bu zəif kitabları təhlil edəndə rəhmətlikAydın Əbilov yana-yana bildirərdi ki, mən də şeir yaza bilərəm. Qafiyəni, ölçünü,vəzinlərin hamısını o şeir yazanlardan daha yaxşı bilirəm. Amma mən şeir yazsam,o şeir olmaz. Olar söz yığını. Şeir odur ki, onu Allah-Təala sənə gönədirir, səndə kağıza köçürürsən…
… Bax, beləcə biroxucu olaraq şeirimizin bugünkü vəziyyəti məni çox narahat eləyir. Çünki şeirə çoxlarısöz yığını kimi baxır. Və söz yığınını da hazırlayıb kitab halına salırlar. Bəsədəbi tənqid hara baxır? Sanki bu gün Azərbaycanda ədəbi tənqid yox, ədəbi tərifvar. Kim bir balaca bəzi tənqidçiləri «görürsə», «bığını yağlayırsa» o da həmincızma-qaraçının tərifini göyün yeddinci qatına qaldırır. Tənqidçilər məndən inciməsinlər.Bu gün məmləkətimizdə Məmməd Arif Dadaşzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi obyektiv,hər hansı bədii əsəri təhlil və aşkarlayan tənqidçilər gözə dəymir. Bəlkə də varbiz tanımırıq…
Elza Seydicahan çoxgözəl bəstəkar, gözəl də müğənnidi. Hətta deyərdim ki, çox gözəl də xanımdı. Ancaqonun şeirə, poeziyaya heç bir dəxli yoxdur. Əksinə, yazdıqları o cızma-qaralarlaböyük istedadının üstünə kölgə salır. Hardasa istedadlı şairlər Qulu Ağsəs və DayandurElza xanımın şeirlərinə iradlarını bildiriblər. Elza xanım da bu fikirləri səsləndirirki, nə Qulu Ağsəs şairdi, nə də Dayandur. Mən onlardan yaxşı şairəm. Qulu Ağsəsinpoeziyası qədər səmimi, şeirləri qədər doğma olduğu kimi özü də çox saf, büllurvə təmiz insandır. Bir dəfə onunla Vaqif Bəhmənliylə bir yerdə oturub çörək kəsəndətanış olmuşam. Vaqif dedi ki, Faiq mənim əmimoğuldu. O da «tanıyıram» deyə fikrinibildirdi. Ümumiyyətlə, bu gün poezİyamızda Vaqif Bəhmənli kimi, Qulu Ağsəs kimişairlər barmaqla sayılır. Çünki onlar şeirə, poeziyaya öz balaları kimi baxıblar.Və heç vaxt qələmə, sözə, şair vicdanına xəyanət etməyiblər. Nə isə.
Çox danışıb baş ağrıtmaqistəmirəm. Çünki deyə bilərlər ki, sən şair deyilsən, niyə belə fikirlər səsləndirirsən?Ancaq şair olmasam da, yaxşı və pis şeirin nə olduğuna az-çox dəyər verməyi bacarıram.Və elə bir axşam olmur ki, kitab rəfimdən Ramiz Rövşəndən, Vaqif Bayatlı Odərdən,Vaqif Bəhmənlidən bir neçə şeir oxumayım. Klassikləri də oxuyuram. Ancaq bu üç şairmənim ruhuma, qəlbimə yaxın olduğuna görə, hər axşam bir şeir də olsa oxumalıyam.Və bundan sonra qəlbim sakitlik tapır…
… Sözün də, şeirində bayaq dediyimiz kimi, ürəyi, qəlbi var. Və bu ürəyi, qəlbi biz çox incidirik.O qədər çox incidirik ki, o sözlərin, o şeirlərin axı ürəyi partlaya bilər. Şeirinürəyi partlayarsa, biz insanların ürəyi çoxdan partlayar. Gəlin, şeirimizin və poeziyamızınürəyini qoruyaq. Əgər onu qoruya bilsək, elə öz ürəyimizi də qoruyacağıq…
Ürək necə işləyir?
Qan dövranı sistemi ürək və qan damarlarından ibarətdir. Ürək – yığılaraq qanı arteriya və venalara qovan orqandır.
Arteriyalar –ürəkdən aldıqları qanı orqan və toxumalara daşıyan damarlardır.
Arteriyalar daxilində olan qan yüngül, al qırmızı rəngdə olur. Bu qan tərkibində orqan və toxumalar üçün vacib olan oksigen və qida maddələri ilə zəngin olur. Orqan və toxumaların həyat fəaliyyəti nəticəsində yaranan kimyəvi parçalanma məhsulları və karbon qazı isə venalarla ürəyə qaytarılır. Arterial qana nisbətən venoz qan daha ağır və tünd qırmızı rəngdə olur.
Qanın bir çox funksiyaları vardır:
– Qan ilk növbədə orqan və toxuma hüceyrələrinə oksigen və qida maddələri daşıyır;
– Digər tərəfdən orqan və toxuma hüceyrələrinin həyat fəaliyyəti nəticəsində yaranan və onlar üçün zərərli hesab edilən kimyəvi parçalanma məhsulları və karbon qazı venoz qanla daşınır;
– Qan insan orqanizmi üçün zərərli hesab edilən mikroorqanizmləri məhv edir;
– Laxtalanma xüsusiyyətinə əsasən, orqanizmi zədələnmə və ölümdən qoruyur (laxtalanan qan bədənin kəsilmiş hissəsində qanaxmanı saxlayır);
– Qan, daxili sekresiya vəzilərində istehsal olunan mürəkkəb kimyəvi birləşmələri – hormonları orqan və toxumalara çatdırmaqla, əlaqələndirici funksiyasını yerinə yetirir.
Orqan və toxumalar arasında qanın daimi olaraq bölüşdürülməsi prosesi baş verir. Müxtəlif vaxtlarda oksigenə və qida maddələrinə olan tələbatına görə, bir sıra orqanlara qan nisbətən çox, digərlərinə isə az miqdarda olmaqla çatdırılır.
Ürək – daxilində boşluq olan əzələli toxuma olub, çəkisi 300 qramdan bir qədər artıq (qadınlarda onun çəkisi kişilərə nisbətən az olur), ölçüsü isə yumruqdan bir az böyük olur. Ürək birləşdirici toxumadan ibarət olan ürək ətrafı kisənin daxilində yerləşir. Bu kisənin daxili səthindəki hüceyrələr onu nəmləndirən və ürəyin yığılması zamanı sürtünməni azaldan maye ifraz edir. Ürək anatomik qurluşuna gorə sağ (yarısı) və sol (yarısı) hissələrə ayrlmışdır. Bu tərəflərin hər biri isə yuxarı (qulaqcıq) və aşağı (mədəcik) hissədən ibarətdir. Beləliklə, ürək bir orqan kimi 4 kameradan ibarətdir: sol qulaqcıq və sol mədəcik + sağ qulaqcıq və sağ mədəcik.
Ürək kameralarının yığılması eyni vaxtda baş vermir. Belə ki, əvvəlcə qulaqcıqlar yığılaraq qanı mədəciklərə qovur. Daha sonra isə mədəciklər yığılaraq qanı damarlara qovurlar. Ürəyin hər iki yarısında qulaqcıqla mədəcik arasında olan dəliklərdə qapaqlar (“klapanlar”) vardır. Qulaqcıqların yığılması zamanı bu qapaqlar açılaraq qanı sərbəst şəkildə mədəciklərə buraxırlar. Mədəciklər yığıldıqda isə klapanlar qapanaraq qanın qulaqcıqlara qayıtmasına imkan vermirlər.
Ürəyin yeganə vəzifəsi – qanı orqanizm boyunca hərəkət etdirməkdir. Bu hərəkət iki – böyük və kiçik qan dövranı vasitəsi ilə həyata keçirilir. Böyük qan dövranı – aortal sistem vasitəsi ilə kimyəvi qida məhsullarının və oksigenin orqan və toxumalara daşınmasını və venoz sistem vasitəsi ilə isə karbon qazı və orqanizmin kimyəvi parçalanma məhsullarını özündə toplayan qanın geriyə (ürəyə) daşınmasını təmin edir. Kiçik qan dövranı – qanın ağ ciyərlərə və oradan isə geriyə ürəyə daşınmasını təmin edir. Ağ ciyərlərə çatdırılan venoz qan, orada tərkibində olan karbon qazından azad edilərək oksigenlə zənginləşdirilərək arterial qana çevrilir və ürəyə qaytarılır. Böyuk qan dövranı ilə qanın bir dəfə dövr etməsi 20-30 saniyə, kiçik qan dövranı ilə isə 4-5 saniyə ərzində baş verir.
Digər orqanlar kimi ürəyin özünə də oksigen və qida məhsulları tələb olunur. Bu iki koronar arteriya vasitəsi ilə həyata keçirilir. Bu arteriyalar, aortal qapağın bilavasitə üzərində yerləşən ən iri damar olan aortanın başlanğıc hissəsindən ayrılır.
Məlum olduğu kimi, istirahət etmədən daimi olaraq aktiv fəaliyyətdə olan ürəyin normal işləməsini təmin etmək üçün koronar arteriyaların yaxşı vəziyyətdə olması tələb olunur. Sakitlik halında sağlam adamın ürəyi, ritmik şəkildə olmaqla, dəqiqədə orta hesabla 70-75 dəfə yığılır (nəbzin tezliyi). 1 gün ərzində 100 000 (!) dəfəyədək yığılan ürək, təxminən 10 ton (!) qanı hərəkət etdirir.
Ürək fəaliyyətinin göstəricilərindən biri də qanın arteriyalara etdiyi təzyiq olan arterial təzyiqdir. Arterial təzyiqin ölçülməsi zamanı ölçü vahidi kimi 1 mm civə sütununun təzyiqinə bərabər olan göstəricidən istifadə olunur. Sakitlik halında insanın normal arterial təzyiq göstəriciləri – ürəyin yığılması anında 120 mm.c.süt. və ürəyin boşalması anında isə 70 mm.c.süt. qəbul edilir. Emosional streslər, fiziki gərginliklər və s. arterial təzyiqin müvəqqəti olaraq qalxmasına səbəb olur. Arterial təzyiqin davamlı olaraq artması hipertenziya, azalması isə hipotenziya adlanır.
Bildiyimiz kimi, ürəyin əsas işi – özünün ritmik şəkidə yığılması ilə qanı orqanizm boyunca hərəkət etdirməkdir. Ürəyin özündə yaranan impulsların təsiri nəticəsində ürək əzələsinin yığılması təmin edilir. Elektrik impulslar ürəyin sağ qulaqcığı nahiyyəsində yerləşən sinus düyünü tərəfindən yaradılaraq onun ötürücü (keçirici) sistemi ilə ürək boyunca yayılır. Bu yolla, ürək fəaliyyətinin, mərkəzi sinir sistemindən asılı olmayaraq, nisbi olaraq müstəqil şəkildə işləməsi təmin edilir. Bəs nəyə görə nisbi? Məsələ ondadır ki, ürək fəaliyyətinə (nəbzin tezləşməsi, azalması, ürək fəaliyyətinin zəifləməsi və ya artması) bir sıra xarici və daxili faktorlar da təsir edir. Belə ki, böyrəküstü vəzinin hormonu olan adrenalin, kalsium duzları və bəzi digər maddələr ürək fəaliyyətinin artmasına, kalium duzları və bəzi digər bioloji aktiv maddələr isə, əksinə olaraq, onun fəaliyyətinin zəifləməsinə səbəb olur. Adrenalin, stres, qorxu və s. hallarda, mərkəzi sinir sisteminin “əmri ilə” hazırlanır. Beləliklə, göründüyü kimi, mərkəzi sinir sistemi də ürək fəaliyyətinə təsir edir.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.