BURADA REKLAMINIZ OLA BİLƏR
Məmməd Araz poemada bir sıra təsirli , emosional təsvirlərə keçir . Bu təsvirlər yığcamdır , bəzən bir-iki bənddən ibarət olur , amma konkret təəssürat yaradır . Oğul əvəzinə qara kağızı gələndə qarı , birçəklərinə əl atır , gəlini isə dözəmməyib evdən çıxır . “Eh, gəlin neyləsin , bu evdə o da Üç gün vüsal gördü , on üç il hicran “.
Müharibə ildırımında tanka necə keçmək olar
MÜHARİBƏ OLMASA
(” Faşizm üzərində qələbə – 70″ silsiləsindən)
Xalq şairi , unudulmaz Məmməd Arazın poeziyasında müharibə mövzusu da mühüm yer tutur . Bu da səbəbsiz deyil . Məmməd Arazın uşaqlıq və ilk gənclik illəri məhz o dövrə təsadüf edir . Onun belə bir şeiri var : “Müharibə olmasa “:
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında ,-
Yer min illik barını
Bircə gündə yetirər ,
Alim ayı , ulduzu
Dartıb yerə gətirər ,-
Nə qəm , nə həsrət olar .
Bu şeri M.Araz 1956-cı ildə qələmə almışdı . Bir il sonra şair , ” Üç oğul anası ” poemasını qələmə aldı . Bu poemanın M.Araz yaradıcılığının ilk dövründə yazılması bir şair kimi onun poetik axtarışlarını əks etdirirdi .
Böyük Vətən müharibəsinin son qələbə fişənginin atılmasından on ildən artıq bir vaxt keçirdi , lakin müharibənin ağrı-acıları , neçə nəslin taleyində oynadığı məşum rol hələ unudulmamışdı . Bir məlum faktı da qeyd edək : bəşər tarixində kütləvi qırğınlara , böyük insan tələfatına , maddi və mənəvi itkilərə bais olan müharibələr haqqında həqiqi sənət əsərləri çox vaxt həmin müharibələrin baş verdiyi illərdə yox , sonralar yaranır . Lev Tolstoyun ” Hərb və sülh ” romanını xatırlamaq kifayətdir . Azərbaycan ədəbiyyatında da buna aid misallar gətirmək olar .
“23 ildən sonra yazılmış cavab ” adlı bir publisistik məqaləsində M.Araz yazırdı : ” Mən vaxtilə üç oğlunu itirmiş bir ananın faciəsindən poema yazmışam . Kəndimizdə belə bir ana var idi . O, təpədən-dırnağa qədər közdə qovrulub yanmağa hazır idi . Təki balalarından bir xeyir xəbər gələydi “.
Buradan görünür ki , belə bir poemanı yazmağı şair neçə il əvvəl fikrində , xəyalında dolandırırmış və poemanın qəhrəmanı-Gülsənəm qarını yaxşı tanıyırmış .
” Üç oğul anası ” lirik-epik səciyyəlidir , poemanın süjetində ana ölümünün təsviri ilə yanaşı , onun üç oğlunun davaya yola düşməsi , onlardan məktub alması , sonra bu məktubların kəsilməsi , ananın sonsuz iztirabları , qonşuların ona ürək-dirək verməsi hadisələri də diqqəti cəlb edir . Lakin bu hadisələrin poemanın lirik ahənginə , axarına ciddi bir təsiri olmur .
Poema şairin etirafları ilə başlayır . O, neçə il kənddən ayrıldığını , dumanlı , qarlı dağların üstündən atlanıb keçmədiyini etiraf edir . Kəndə uzun illərdən sonra ayaq basması isə onu sevindirir , çünki uşaqlığı ötən yerləri yad edəcək . Şairin yolu kənd qəbiristanlığından keçir və bir təzə məzar görür , onun üstündə nə heykəl , nə də məqbərə var , bu , Gülsənəm qarının qəbridir . Və birdən şair xatırlayır ki , bir zaman ona ana deyib . g
Poema Gülsənəm qarının iztirablarına həsr edilsə də . Müharibə dövrü anaların nisgili , kədəri haqda geniş təəssürat yaradır . Üç oğul anası əslində , Arxa cəbhənin obrazı kimi ümumiləşir :
Lampa işığına çörək bişirdi ,
Dedi : ” Əkin qalıb , dağa qar düşüb “.
İsti otağında əsdi , üşüdü ,
Eşitdi şimalda soyuqlar düşüb .
Cəhrə arxasında bəzən gecələr ,
Yanıqlı-yanıqlı nəğmə oxudu .
Çoxları yatanda , səhərə qədər ,
O, köynək toxudu , corab toxudu .
” Kaş , bircə görəydim bunu geyəni ,
Kimin geyməyinin mənası yoxdur .
Bəlkə bir əsgərin nazikdir əyni ,
Bəlkə heç birinin anası yoxdur “.
Məmməd Araz poemada bir sıra təsirli , emosional təsvirlərə keçir . Bu təsvirlər yığcamdır , bəzən bir-iki bənddən ibarət olur , amma konkret təəssürat yaradır . Oğul əvəzinə qara kağızı gələndə qarı , birçəklərinə əl atır , gəlini isə dözəmməyib evdən çıxır . “Eh, gəlin neyləsin , bu evdə o da Üç gün vüsal gördü , on üç il hicran “.
Bütün bu təsvirlər Ana obrazının daha görümlü , real və inandırıcı , təsirli və emosional görünməsinə imkan yaradır . Xüsusilə . Gülsənəmin ölüm ayağı keçirdiyi sarsıntılar poemanın bədii effektini artırır :
Dedi son nəfəsdə , bu sözü bircə :
” Yoxsa oğullarım , əli heç kəsin
Mənim gözlərimə torpaq tökməsin “.
Poemanı oxuyub qurtarırsan , amma təsirindən ayrıla bilmirsən . Hətta poemanın nisbətən o illərin dəbinə uyğun publisistik bir sonluqla bitməsi də bu təsiri azaltmır .
” Üç oğul anası ” M.Arazın poema janrında ilk təcrübəsi olsa da , uğurlu addımı idi . Ən başlıcası , M.Araz belə bir həqiqəti sübut elədi ki , ədəbiyyata həyatdan gəlib , yalnız duyduğunu , düşündüyünü qələmə almağa can atır .
İlk təcrübə olmasına baxmayaraq , poema bədiilik baxımından müvəffəqiyyətli idi : müharibə mövzusunda həmin illər çoxlu əsərlər yazılsa da , ” Üç oğul anası” həmin əsərlər arasında seçilə bildi . Poemada lirik , həzin motivlər, ana iztirablarının təsviri şairin həssas münasibəti ilə birləşir, müharibəyə nifrət ruhuna köklənir.
Məmməd Arazın “Əsgər qəbri” poeması isə 1966-1968-ci illərdə yazılmışdır.
Bu illərdə M.Arazın poeziyasında ciddi keyfiyyət dəyişiklikləri baş verirdi . Şeirlərində bədii-fəlsəfi düşüncə güclənir, şairin dili sırf “ədəbi” ölçülərdən kənara çıxır, xalq arasında işlənən sözlərlə, özünün yaratdığı obraz-neologizmlərlə zənginl əşir, bədii təsvir arsenalı güclənirdi.
Poema səkkiz müstəqil parçadan ibarətdir, lakin bunların müstəqilliyi bir qədər zahiri xarakter daşıyır, çünki hər parça məntiqi şəkildə digər parçalarla bağlıdır. Lvov şəhərinə səyahəti zamanı şair , üstündə İbrahimov yazılmış bir əsgər məzarı ilə rastlaşır və bu məzar ötən müharibənin ağrı-acıları, azərbaycanlıların müharibədə iştirakı, bəşəri fəlakətin hələ də planeti təqib etməsi və s . problemlər barədə söz deməyə bir vəsilə olur . Məzarda uyuyan İbrahimov familiyalı nakamla şairin doğma kəndindən doxsan igidin qayıtmaması, iki İbrahimovun-əsgərin və şairin mənəvi bağlılığı arasında poetik paralellər də maraqlıdır.
-Səsin gəlir, arzun mənəm,
Mən dəfn olunan dünənimdən
İstəyirsən yerimizi dəyişək bir !
Şərəf ilə ölməkdən çox ,
Şərəf ilə ömr eləmək.
Beləliklə, poemada nəsillərin: ataların, oğulların mənəvi varislik qüdrəti təsdiq olunur .
Bundan sonra poemada rənglərlə bağlı, assosiativ xarakterli dörd şeir parçası ilə qarşılaşırıq. Şair qara , ağ , mavi və qırmızı rəngləri seçir , bu rənglərin doğurduğu assosiativ anımlara üz tutur : qara rəng anaların taleyindəki qara günlərdir, hüzndür , k ədərdir. Amma qaranın başqa çalarları da var : şair istəyir ki , ” bir qara göz ulduz qonub , bir qara qaş ay dolansın başdaşına”, bəlkə o başdaşında ” iki qara göz dəfn olub “. Ağ rəng sədaqətlər, etibarlar arasına soxulan xəyanəti, ədavəti, bütün silah yaslilərini, bütün raket bağçalarını boyatmaq üçündür . Mavi rəng Göy gölü , Xəzəri xatırladır. Ancaq indi ona-nakam əsgərə Ukrayna torpağının mavi gözlü qızları keşik çəkir. Qırmızı rəng ilə şair qalibiyyət, məğrurluq, mübarizə sözlərini yada salır, poema da bu rəngin işığıyla başa çatır.
Sən bir vida marşına dön .
Uyut onu -o əsgəri ,
Aram- aram başına dön .
Damız , damız qəbrinə sən ,
O torpağın tozunun
Yenə torpaq isindirir
Onun torpaq sinəsini .
Qoy o qəbrin baş daşında
Azərbaycan gülü bitsin .
Qoy o qəbrin baş daşında
Azərbaycan dili bitsin .
Ədalət.-2015.-7 may.-S.7.
Müharibə necə başladı?
Azərbaycan-Ermənistan sərhədində 2020-ci ilin yay aylarında gərginlik artırdı. Atəşkəsin Azərbaycanın maraqlarına cavab vermədiyi aşkar idi, Dağlıq Qarabağda anti-terror əməliyyatına başlanılması an məsələsi idi. Bu arada, İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu istefaya göndərdi. Doğru qərar idi. Fikirlərini ifadə etməkdə çətinlik çəkən Elmar Məmmədyarov müharibə dövrünün naziri deyildi.
Azərbaycanla Ermənistan arasında iyul ayında davam edən döyüşdə ən aktual suallardan biri bu idi: Rusiya münaqişəyə müdaxilə edəcəkmi? Sonrakı aylarda bu sualı bir neçə dəfə səsləndirməli olacaqdıq. Rusiya 2016-cı ilin aprelində də Azərbaycana mane olmaqla döyüşün davam etdirilməsinə imkan verməyərək daha çox ərazinin işğaldan azad olunmasının qarşısını almışdı.
2020-ci ilin iyul ayında ermənilərin sərhəddəki təxribatları, Azərbaycana torpaqları işğaldan azad etmək üçün, növbəti imkan yaradırdı. Kreml həmin günlərdə prosesə mane olmadı, Moskvadan yalnız atəşkəs və sülh çağırışları edildi. Ancaq zaman keçdikcə Kremlin prosesə müdaxiləyə hazırlaşdığına dair xəbərlər çoxaldı. Vladimir Putin həmin günlərdə Rusiya qoşunlarının Cənubi və Qərbi hərbi dairələri qoşunlarının qəfil yoxlanışını elan etdi. Rusiya qoşunlarının cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək “Qafqaz-2020” təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılırdı. Bundan başqa Vladimir Putin iyulun 17-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə etdi. Kremlin təmsilçisi Dmitri Peskov Təhlükəsizlik Şurasının iclasında Moskvanın vasitəçilik səylərinə hazır olduğunun qeyd edildiyini bildirdi: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyac olması qeyd edilib”.
Rəsmi Bakı Moskvanın səylərini diplomatik tərzdə müsbət qiymətləndirtməklə yanaşı, Rusiyanın təktərəfli vasitəçiliyindən yayınmağa çalışırdı. Çünki Rusiyanın təkbaşına vasitəçiliyinin Azərbaycana xeyri yox idi, növbəti atəşkəs işğalın davamına xidmət edəcəkdi. Rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı yüksək səviyyəyə qaldırması Rusiyanın təzyiqlərini neytrallaşdırmağa xidmət edəcəkdi. Kreml sahibinin Azərbaycan və Türkiyə prezidentləri ilə tərəfdaşlıq münasibətləri var. Bu mənada Kreml sahibinin təmsilçisi Peksovun həmin günlərdəki açıqlaması maraqlıydı: “Putinlə Ərdoğan bir-birinə bənzəyirlər. Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar. Bu, Suriya məsələsinə də aiddir”.
Suriya məsələsinə aid olan Ermənistan-Azərbaycan münaqişəsinə niyə aid olmasın? Ərdoğanın sərhəddəki insident fonunda Azərbaycana verdiyi qətiyyətli dəstək Putini düşünməyə vadar etməliydi. Kiçik və işğalçı Ermənistana görə Türkiyə və Azərbaycanla tərəfdaşlığı gərginləşdirməyə dəyərdimi?
İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəkı çıxışında Türkiyə ilə strateji tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini bir daha qeyd etdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın xüsusi olaraq ona söylədiyi fikirləri xatırlatdı: “Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaq. Biz sona qədər bir yerdəyik”. İlham Əliyevin bu sözlərindən aydın oldu ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi yüksək səviyyəyə qaldırmağa hazırdır. Elə sərhəddəki qarşıdurma zamanı müdafiə nazirinin Ankaraya göndərilməsi prezidentlərin telefon söhbətindən sonra reallaşdı.
Dövlət başçısının həmin gün etdiyi çıxışdan bu qənaətə gəlmək olardı ki, danışıqların davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların güc yolu ilə azad olunmasına hazırlıq gedir. Ancaq bu dəfəki hərbi əməliyyat 2016-cı ilin əməliyyatına bənzəməməlidir, yəni kiçik ərazinin azad olunmasıyla kifayətlənə bilmərik, prezidentin də dediyi kimi “yarımçıq həll” Azərbaycanın maraqlarına cavab vermir. Bu mənada prezidentin Şuşanı xatırlaması təsadüfi deyildi. Azərbaycanın Dağlıq Qarabağ istiqamətindəki zərbəsi Dağlıq Qarabağ ətrafındakı beş rayonla yanaşı Şuşa, Laçın və Kəlbəcərin də azad olunmasını sürətləndirməlidir.
Prezidendin çıxışının bu hissəsi ona görə vacib idi ki, Azərbaycan ictimaiyyəti Tovuz döyüşlərindən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edirdi. Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaqdan ötrü Azərbaycan üçün minbit zəmin yaradırdı. Azərbaycan prezidentinin fikri qəti idi: Müharibə qaçılmazdır. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesaj idi: onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar. Belə də oldu.
Kremldə şübhələnirdilər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların reallaşmasında Türkiyənin dəstəyi olacaq. Yəqin Moskvanın kəşfiyyat məlumatları da bundan xəbər verirdi. Bu baş verməsin deyə Putin müharibədən az əvvəl Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönəltməyə çalışdı. Məsələn, telefon danışığıyla bağlı yayılan xəbərdə belə bir hissə var idi: “Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildirib. Liderlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub”.
Beləliklə, Kreml Türkiyənin Azərbaycanda var olduğunu müharibədən əvvəl qəbul etmək məcburiyyətində qaldı. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə edirdi. Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri 2020-ci il iyulun 29-da başladı. Bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşırdı. Buna baxmayaraq, 2020-ci ildəki hərbi təlimlərin çoğrafiyasının geniş olması diqqəti çəkirdi. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək, bütünlükdə Azərbaycan əhatə olunacaqdı. Bu, Ermənistana və Rusiyaya vacib mesajıydı. Türkiyə Qars müqaviləsiylə yalnız Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Ancaq birgə hərbi təlimlərin coğrafiyası göstərirdi ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsizliyi əhəmiyyət daşıyır.
Mövcud vəziyyət Ermənistanı da ciddi narahat etməyə başladı. İşğalçı ölkə panika içindəydi. Ermənistan hakimiyyətinin bu vəziyyətdə əsas istəyi Rusiyanın Türkiyəyə qarşı sərt ultimatum verməsiydi. Ermənistan hakimiyyəti Rusiyanın Türkiyəni hədələməsini istəyirdi. Ancaq bu baş vermirdi və bu hal Ermənistanın narahatlığını artırırdı. Kreml Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini diqqətlə izləyirdi. Ancaq Rusiyanın hakimiyyət dairələri bu təlimlərə qarşı heç bir bəyanat vermədilər. Kremldə birgə hərbi təlimlərə qarşı bəyanatın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinə zərər verəcəyini anlayırdılar. Rusiya Ermənistanın tələsinə düşmək istəmirdi. Kreml Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyildi.
Ermənistan siyasi elitası və cəmiyyəti hesab edirdi ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcək, genişmiqyaslı müharibəyə başlamayacaq və ya 2016-cı ilin aprelində olduğu kimi bir neçə gün savaşdıqdan sonra xarici təzyiq qarşısında dayanacaq. Ermənistan və erməni separatçıları həm də havadarlarına arxayın idilər, düşünürdülər ki, Rusiya, ABŞ və Fransa Azərbaycana irəriləməyə imkan verməz. Bu dəfə hamısı yanıldı, çünki hesaba qatmadıqları amil var idi – Türkiyə. Uzun illər Türkiyəni Cənubi Qafqazın kənarında saxlamağa müvəffəq olan böyük güclərin hesabları bu dəfə tutmadı. Ankara Azərbaycana iki istiqamətdə dəstək verdi. Türkiyə həm Azərbaycan ordusunu müasir hərbi texnika ilə təmin etdi, həm də Azərbaycana müxtəlif istiqamətlərdən edilən təzyiqləri neytrallaşdrıdı. 2016-cı ildə məhz ikinci səbəbə görə hücumlarımız yarımçıq qalmışdı.
Azərbaycan Türkiyənin dəstəyi ilə iki cəbhədə savaşırdı, bir tərəfdən Ermənistan ordusunu məhv etmək və əraziləri ard-arda azad etmək üçün sürətli hücum planları hazırlanırdı, o biri tərəfdən erməni separatizmini xilas etməyə çalışan xarici güclərin bizə qarşı təzyiqləriylə mübarizə aparılırdı. Azərbaycan məhz bu şəraitdə müharibədə qələbə qazandı.
“Atlas” Araşdırmalar Mərkəzi
Müharibə və sülh haqqında
Ədаlətli cəmiyyət ахtаrışı, insаnlаr üçün əbədi sülh idеyаsı qədim zаmаnlаrdаn bu günə kimi insаn əqlini nаrаhаt еdən, оnu dаim düşünməyə vаdаr еdən ən ümdə prоblеmlərdən biri оlub. Təkcə mütəfəkkirlər deyil, mütərəqqi ruhlu siyasətçilər də sülh idealını təbliğ edib, ona çatmağın yollarını axtarıblar. Hələ XV əsrdə Rotterdamlı Erazm “Sülh şikayəti”, XVII əsrdə Hüqo Qrotsi “Müharibə və sülh hüququ”, XVIII əsrdə İmmanuel Kant “Əbədi sülhə doğru”, XIX əsrdə Lev Tolstoy “Hərb və sülh”, Berta fon Zuttner “Silahları buraxın” əsərini yazıb, XX əsrdə Atatürk “yurdda sülh, cahanda sülh” ideyasını irəli sürüb. Sülh arzusu dünyanın bütün böyük dinlərinin ilk kəlamı, salamıdır. İslamda “Əssəlamu-əl-leyküm”, iudaizmdə “Şolom aleyhem” – “Qoy evinizdə sülh olsun” deməkdir.
Lakin bu da acı həqiqətdir ki, 1945-ci ildən bu günə kimi planetdə cəmi 26 dinc gün mövcud olub. Bu o deməkdir ki, bəşəri sülh mədəniyyətinin formalaşması üçün təkcə mütəfəkkirlərin nəzəri ideyaları və dünya siyasətçilərinin praktik fəaliyyəti kifayət etmir. Bunun üçün hər bir bəşər övladı yer üzündə sülh və əmin-amanlığın bərqərar olması uğrunda öz səylərini əsirgəməməli və xəyalında canlandırdığı sülh obrazında özünün yerini və rolunu aydın surətdə dərk etməlidir.
Müharibə və sülh problemi ilə həmişə xeyir və şər problemi kimi rəftar etmək qeyri-mümkündür. Çünki ölkələrin və xalqların öz torpaqlarını düşmən tapdağından azad etmək üçün apardığı müharibələrdə xeyirxah məqsədlər güdülür. Hələ qədim dövrdə yunan alimi Demosfen müharibələri ədalətli və ədalətsiz olmaqla iki yerə ayırırdı. Demosfenə görə, “ədalətli müharibələr doğma vətəni yad tapdağından qorumağa xidmət edir, ədalətsiz müharibələr isə qarət etmək, gəlir əldə etmək məqsədilə aparılır”.
Qədim yunan filosofu Sokrat isə tələbəsi Qlavkona deyirdi: “Səncə, nəticələrinə görə yox, dəyərinə görə qəbul etdiyimiz şey xoşbəxtlikdirmi? Ədalətsizliyə dözmək onu etməkdən də pisdir”.
Dostoyevski isə deyirdi: “İnsanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir, əksinə, onlar həyatını qurban verməyə gedir. Həyatda vətənini, həmvətənlərini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Sülh zamanı qorxaqlıq kök salır. İnsan öz təbiəti etibarı ilə dəhşətli dərəcədə qorxaqlığa meyllidir. Bəlkə də, elə buna görə o müharibəyə belə susayır, onu çarə kimi görür. Müharibə xalqları bir-birinə hörmət etməyə məcbur edir. Xeyriyyəçilik elə ən çox müharibə meydanında inkişaf edir. Bu hətta qəribə faktdır ki, sülh müharibədən daha çox əsəb yaradır”.
Bütün həyatını və fəaliyyətini sülh uğrunda mübarizəyə sərf edən Avstriya yazıçısı, sülh üzrə Nobel mükafatçısı Berta fon Zuttner isə “Silahları buraxın” əsərində insanları qəti şəkildə müharibədən imtina etməyə çağırırdı. Zuttner insan beyninin, zəkasının qalibiyyətinə inamını heç itirmirdi. O inanırdı ki, insanlar müharibənin dəhşətini bütün ağırlığı ilə dərk edəcək, yalnız ağıl və mərhəmətin gücü ilə ondan imtina edəcək. O, Nobel mükafatının təqdimatındakı çıxışında, istənilən müharibənin törətdiyi vəhşiliklərdən, mənəvi deqradasiyanın qaçılmazlığından, eləcə də yer üzündə sülhün qorunub saxlanılması üçün beynəlxalq münsiflər və beynəlxalq arbitraj məhkəməsinin yaradılması zəruriliyindən danışırdı. “Dövlətlər arasındakı münasibətlərdə nəyin üstünlük təşkil etməli olması – “kobud gücünmü, yoxsa qanununmu” – sualı, bizim hadisələrlə zəngin olan dövrümüzdə də ən aktual məsələ kimi qalmaqdadır. Bu problemin həlli, bizim Avropanı necə görmək istəməyimizdən asılıdır: xarabalıqlar, dağıntılar şəklindəmi, yoxsa qarşıdurmalardan uzaq, dinc və çiçəklənən vəziyyətdəmi”, – deyə Berta Zuttner həyəcan təbili çalırdı.
Təəssüflər olsun ki, sülh həsrətində olan və müharibənin – kobud gücün ən acı dəhşətlərini görən xalqlardan biri də mənim xalqımdır. Mənim xalqımın bir hissəsi – bir milyon qaçqını və köçkünü ölkələrində özlərini qürbətdəki kimi hiss edirlər. Çünki həmin insanların dədə-baba yurdları erməni tapdağı altındadır.
Bəli, biz də müharibə istəmirik, ermənilərin işğala məruz qalan torpaqlarımızdan dinc yolla çıxmasını arzulayırıq. İstəyirik ki, ətrafdan barıt və qan iyi deyil, sülh və gül qoxusu gəlsin. Ətrafda güllələr deyil, güllər açılsın. Ətrafda silah səsləri, yaralı iniltiləri, körpə nalələri, ana fəryadları, övladını çiynində məzara aparan atanın hönkürtüləri (sülh dövründə isə ata oğulun çiynində məzara gedir-müəllif) və matəm marşları deyil, Viktor Hüqonun dediyi “körpə qığıltılarının təntənəli himnləri” və qardaşlıq simfoniyası eşidilsin. Lakin təcavüzkar Ermənistan işğal olunmuş ərazilərdən çıxmasa, xalqımın öz torpaqlarını ədalətli müharibə ilə azad etməkdən başqa bir yolu qalmır.
Müharibədə qələbənin təmin edilməsi üçün isə torpaqlarımızın işğaldan azad edilməsi bizim hər birimiz üçün əsas hədəf halına gəlməlidir. Hədəfə bağlanmalı, onuna bir vəhdət halına gəlməli, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman bu hədəfi düşünməliyik. Karfagen Romaya gedən dəniz ticarət yolunu Qərbi Siciliya və Şimali Afrika vasitəsilə nəzarətdə saxlayırdı. Bu da öz növbəsində Romanın ticarət fəaliyyətini çətinləşdirirdi. Dolayısıyla, necə olursa-olsun, Karfagen məğlub edilməli idi. Romalı senator Markus Porsius Katon da bunu heç bir şəkildə ağlından çıxarmırdı və tam 30 il nə mövzuda danışırsa danışsın, xitabını “Delenda est Carthago!” (Karfagen mütləq dağılmalıdır!) ifadəsi ilə bitirirdi. Hər şeyini hədəfinə həsr etmişdi. Beləcə bir müddət sonra hədəfinə qovuşmuş və Karfagen ilə müharibəni qalib olaraq başa vurmuşdu.
Mübarizəni əldə silahla aparırlar, lakin qələbəni təkcə silah deyil, döyüşçülərin ruh yüksəkliyi, yüksək əzmkarlığı və xarakteri təmin edir. Qədim çinlilər şimal köçərilərinin hücumlarından qorunmaq üçün Böyük Çin səddini inşa etmişdilər. Divar elə hündür və qalın idi ki, çinlilər onu nə kiminsə dağıda biləcəyini, nə də üstündən adlaya biləcəyini təsəvvür edirdilər. Onlar hesab edirdilər ki, indi rahat və təhlükəsiz yaşamaq olar. Ancaq divarın mövcudluğunun iki yüz ili ərzində yadellilər düz üç dəfə Çin ərazilərinə soxuldular. Düşmənə heç bir dəfə də divarı dağıtmaq və ya üstündən adlamaq lazım gəlmədi, onlar gözətçini satın aldılar və rahatca divarın qapılarından keçdilər. Çinlilər öz uşaqlarında möhkəm xarakter formalaşdırmağı unutmuşdular.
Müharibədə qalib gəlmək üçün düşməni yaxşı tanımaq və mümkün qədər onun dilini, özünü və ölkəsinin xarakterik xüsusiyyətlərini öyrənmək lazımdır. Makedoniyalı İsgəndər yatağının altına iki cür silah qoyurdu: qılıncını və “İliada” poemasını. “Əkinçi”nin bağlanmasının başlıca səbəblərindən biri o idi ki, qəzet 1877-1878-ci illər rus-türk müharibəsinin gedişi haqqında məlumat verərək yerli əhalinin maariflənməsi sahəsində böyük işlər görürdü. Qəzetdə rus qışının həddindən artıq sərt olması və hətta göydə uçan quşların donması haqqında ətraflı yazılar gedirdi. Lakin ruslardan fərqli olaraq, həmin dövrdə türklər düşmən haqqında məlumatların müharibədə nə qədər vacib olması həqiqətini yetərincə dərk edə bilməmişdilər. Yəqin ki, bilsəydilər, L.Tolstoyun o vaxt yenicə nəşr olunmuş “Hərb və sülh” romanını oxuyardılar. Adı çəkilən kitabı Hitler də oxusa, ölkəsindən Moskvaya qədər olan məsafənin necə uzaq olduğunu və Rusiya qışının necə sərt keçdiyini bilsəydi, bəlkə də SSRİ-yə hücüm etmək fikrindən yayınardı. ABŞ Vyetnamı yaxşı tanısaydı, on minlərlə əsgərini cəngəllikdə və bataqlıqda qurban verməzdi. Elə ermənilərlə müharibənin əvvəllində bizim məğlubiyyətimizin səbəblərindən biri, ermənilərin bizi (necə humanist olduğumuzu-müəllif) və ölkəmizi yaxşı tanıması (ermənilər əsasən Azərbaycanın səfalı guşələrində məskən salırdılar-müəllif), xalqımızın isə ermənilərin necə vəhşi və qaniçən xalq olmasını tez bir zamanda unutması idi. Serj Sərkisyan (bu SS, Hitlerin SS-indən daha qəddardır-müəllif) müdafiə naziri olduğu dövrdə – 2000-ci ildə Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla müsahibəsində deyib: “Xocalı qətliamı ona görə törədildi ki, azərbaycanlılar bizim zarafat etmədiyimizi başa düşsünlər”.
Müharibədə düşmən ölkənin coğrafi mövqeyi, tarixi xüsusiyyətləri və əhalisinin xarakterik cəhətləri ilə yanaşı savaşın baş verdiyi mövcud şəraiti də yetərincə dəyərləndirmək lazımdır. 1071-ci ildə Asiyanın taleyini həll edən Malazgird savaşında türklərin Bizans üzərində qələbəsini güclü bir rüzgar, 1815-ci ildə Avropanın taleyini həll edən Vaterloo döyüşündə Britaniya və müttəfiqlərinin Fransa üzərində qələbəsini isə döyüş baş verəcək əraziyə yağan yağış təmin etdi. Çaldıran döyüşündən qabaq sərkərdələrin top atəşindən yayınmaq məqsədilə gecə ikən hücum etmək təklifinə Şah İsmayılın “Mən karvan basan quldur deyiləm” cavabının nə ilə nəticələndiyi hamımıza yaxşı məlumdur. Tüfəngi və siyasəti igidliklə bir araya sığdırmayan, nərəsi ilə dağı-daşı silkələyən Koroğlunun keçəl Həmzə tərəfindən əli-qolu bağlı vəziyyətdə ələ keçirilməsi də türklərin igidliyi taktiki manevrlə bir arada görmək istəməməsinin nəticəsidir. Siyasəti ilk dəfə təcrübi elm kimi əsaslandıran Makiavelli isə deyir ki, qalibləri mühakimə etmirlər. Qələbə (özü də qəddar bir düşmən üzərində-müəllif) necə və hansı qiymətə başa gəlməsindən asılı olmayaraq utanc hissi doğurmur.
Torpağı düşməndən azad etmək üçün Vətənin sizlərin mərhəmətinə yox, cəsarətinə ehtiyacı var. Savaş ildırım qaya üzərindəki elə bir körpüdür ki, orada ancaq irəliyə yol var, geriyə yox. Məzlumu zalımın əlindən rəhmlə yox, ancaq cəsarətlə, şərəflə, mübarizə ilə almaq lazımdır. Mübarizə və şərəf deyərkən, yadıma hər iki duyğunu özündə vəhdət halında cəmləşdirən, adının məsuliyyətini çiyinlərində şərəflə daşıyan, nəsillərin verdiyi əzəmətlə, qayğıkeşliklə yüklənmiş adı özünü qəhrəmanlığı ilə doğruldan Mübariz İbrahimov yadıma düşdü. Bilirsiniz Mübarizi təkbaşına o qədər erməni ilə qeyri-bərabər döyüşə aparan nə idi? Əlbəttə ki, onun şərəfi və Vətən sevgisi.
Birinci Avropa Oyunlarının məşəlini açılış mərasiminə Qarabağ müharibəsində hər iki gözünü itirmiş qəhrəmanımız İlham Zəkiyevin gətirməsi təsadüfi deyildi. İlham Zəkiyev Qarabağda gözünün nurunu itirsə də, öz odu və nuru ilə dünyaya istilik və nəfəs gətirdi. Zəkiyev Azərbaycan ruhunun sınmaz və qələbə əzmində olduğunu, Xeyirin Şər üzərində hökmən qalib gələcəyini bir daha sübut etdi. İrəvanda keçirilən yarışlarda Azərbaycan bayrağını dalğalandırmış və himnimizi səsləndirmiş cüdoçumuz Elmar Qasımovun bu yarışlarda Azərbaycanın bayraqdarı olması da verilən mesajın tərkib hissəsi idi: “İnşallah, Qarabağda bayrağımızı da qaldıracağıq, məşəlimizi də alovlandıracağıq. Məşəlimizi növbəti dəfə Quzanlıya yox, Ağdama; Xocavəndə deyil, Şuşaya aparacağıq”.
Avropa Oyunlarında İlham Zəkiyevin qələbə qazanması və Prezident İlham Əliyevin fəxri kürsüyə onunla birlikdə çıxması göstərdi ki, ədalət, xoş niyyət və xalqla birlik hər zaman qələbə çalacaq. İlham Zəkiyev dünyaya qəti şəkildə bəyan etdi ki, Azərbaycan xalqı Qarabağa Prezident İlham Əliyevlə birlikdə qədəm qoymaq əzmindədir.
Comments are closed, but trackbacks and pingbacks are open.