Yeni dərs ilinin dərslikləri hazırdır
Məsələ ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, dərsliklərin yazılmasına və çapına bir çox qurumlar cavabdehdirlər: “Bu qurumlar nəşriyyatlar, Dərsliklərin Qiymətləndirmə Şurası və Təhsil Nazirliyinin Tədris resursları şöbəsidir. Uzun illərdir ki, dərsliklərdəki ciddi problemlərdən danışırıq. Dərsliklərdə üslub səhvləri, məzmun səhvləri, həmçinin redaktə, korrektə səhvlərinə rast gəlinir. Eyni zamanda, orta məktəb dərslikləri hələ ki dəqiq və dərin təhlil olunmur. Əgər o proses başlasa, onda çox dəhşətli qüsurlarla rastlaşarıq. Ən azı müqayisə metodunu götürsək, uşaqların idrakı və təfəkkürünün formasına müsbət təsir edən mətinlərin azdığını götürsək, vəziyyətin daha ağır olduğunu deyə bilərik. Əgər bu səhvlər tamamilə aradan qaldırılsa, dərsliklərlə bağlı qüsurlar da azalar”.
Dərs ilinin müddəti dəyişdirilə bilər – Son zəng 25 mayda, Bilik günü 1 sentyabrda. – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
23 May, Çərşənbə axşamı
Günün xəbərləri
Xəbər xətti
23.05.2023
22.05.2023
Ən çox oxunan xəbərlər
Dərs ilinin müddəti dəyişdirilə bilər – Son zəng 25 mayda, Bilik günü 1 sentyabrda.
29.05.2018 14:03 Фото: 9 Канал–> Analitika A- A A+
Artıq bir neçə ildir ki, Azərbaycan məktəblərində tədris 15 sentyabrdan başlayır, 14 iyunda yekunlaşır.
Hələ də valideynlərin böyük əksəriyyəti tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmir. Əksəriyyət düşünür ki, may ayının sonlarından etibarən məktəblərdə tədris kitabları yığışdırılır və ya tədris proqramı bitir, o cümlədən isti günlərdə uşaqların məktəbə getməsi istənilmir. Son günlər də məsələ ilə əlaqəli sosial şəbəkələrdə mütəmadi olaraq valideynlərin narazılığı müşahidə edilir, polemikalara rast gəlinir.
Maraqlıdır, problem necə həll edilməlidir?
“Məsələnin təkrar gündəmə gəlməsi onun ciddiliyindən xəbər verir”
Təhsil eksperti Nadir İsrafilov Modern.az saytına bildirib ki, keyfiyyətli təhsil üçün təkcə onun müddəti o qədər də yetərli arqument sayıla bilməz:
“Yəqin çoxları xatırlayar, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmadı, geniş müzakirə və polemikalara yol açdı. Bu qərarla əlaqədar sonralar da sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı məsələnin təkrar gündəmə gəlməsi, artıq bunun heç də sıradan bir məsələ olmamasından və ciddiliyindən xəbər verir. Əslində bu ideya daha əvvəl, dəqiq desək, 1999-2000-ci tədris ilində havaların bir balaca qızmasından irəli gələn “narahatçılıqdan” doğmuşdu.
Bununla belə istər ötən illər ərzində, istərsə də bu günün özündə belə Təhsil Nazirliyi, “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004–cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əsaslanaraq, öz mövqeyində hələ ki, israrlıdır”.
“Dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi”
Ekspert qeyd edib ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır:
“Xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Nazirliyin cavabında o da vurğulanmışdı ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer alıb.
Bununla belə düşünürəm ki, Təhsil Nazirliyinin əsaslandırdığı arqumentlər, məsələnin səmərəli həlli baxımından heç də kifayət qədər yetərli hesab edilə bilməz. Əvvəla, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı. Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə də, zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil”.
“May ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır”
N.İsrafilovun sözlərinə görə, müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz:
“Məsələn, bizim 6 yaşdan uşağı məktəbə gödərməyimizə rəğmən, dünya təhsilinə nümunə sayılan Finlandiyada uşaqları məktəbə 7 yaşdan göndərirlər və s. Bir də ki, buna qalsa DİM (Dövlət İmtahan Mərkəzi) heç dərs ilinin başa çatmasına məhəl qoymadan buraxılış və monitorinq imtahanları keçirir. Yox, əgər beynəlxalq təcrübəni əsas götürürüksə, bildiyim qədər dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır.Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır. ABŞ-da da “Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblərdə “Bilik günü” sentyabr ayının ilk bazar ertəsi, yaxud cümə axşamına təsadüf edir və s.
Nazirliyin “hava şəraiti baxımından çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə isə, hesab edirəm ki, iqlimlə əlaqədar elə də əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki tempraturdan asılı olmayaraq, iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assosiasiya olunur. Buna görə də, belə bir əhval-ruhiyyəyə əsasən istəsək də, istəməsək də bu reallıqla hesablaşmalıyıq ki, artıq may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burda insana xas olan hormonal və digər prosesləri də nəzərə almaq lazımdır. Bir də ki, uzun illərin ənənə amili də var”.
“Müvafiq qərar qəbul edilə bilər”
Müsahibimiz bildirib ki, xüsusilə son günlər Milli Məclis tərəfindən “Təhsil haqqında” Qanuna dəyışikliklər edilməsi barədə xeyli məsələlərə baxılıb:
“Müzakirə olunan məsələlərin əksəriyyəti təklif və müraciətlər əsasında gündəmə çıxarılıb. Məsələn, “Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi” və yaxud “Respublika fənn olimpiadalarına marağı artırmaq üçün bu müsabiqələrdə yer tutan şagirdlərin imtahansız ali məktəblərə qəbul olunması” barədə təhsil nazirinin təklifi. Bu mənada hesab edirəm ki, dərslərin əvvəlki kimi 1 sentyabr – 25 may arasında keçirilməsinə dair çoxsaylı və davamlı təkliflərə də yenidən baxılıb müvafiq qərar qəbul edilə bilər”.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Yeni dərs ilinin dərslikləri hazırdır
Yeni tədris ili üçün Azərbaycanda çap olunan dərsliklərin sayı açıqlanıb. Təhsil Nazirliyindən bildirilib ki, 2017/2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Yeni çap edilmiş dərslik və metodik vəsaitlərin avqustun sonlarına qədər yerlərə çatdırılması nəzərdə tutulur. Dövlət ümumtəhsil məktəbləri şagirdlərinin sentyabr ayının əvvəllərinə qədər dərsliklərlə təmin olunması planlaşdırılıb. Xatırladaq ki, 2016-2017-ci tədris ilində Azərbaycanın ümumtəhsil müəssisələrinə 261 adda 6623135 ədəd dərslik və müəllim üçün metodik vəsait çap olunub.
Yeri gəlmişkən, bu gün Azərbaycanda dərslik siyasətinin müasirləşdirilməsi prosesi milli kurikulumla sıx şəkildə bağlıdır. Ümumilikdə 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını əks etdirən milli kurikulum islahatları adı altında aparılır. Hökumətin 2006-cı il 30 oktyabr tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədində ümumi təhsil üzrə təlim nəticələri, məzmun standartları, ümumi təhsilin bir pilləsində tədris olunan fənlər, həftəlik dərslərin, dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə əksini tapıb. Ekspertlərin fikrincə isə ölkəmizdə istifadə olunan dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, dünyəvilik prinsipinə riayət edilməli, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan, səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar göstərilməlidir. İllüstrasiyalar yığcam və mövzulara uyğun olmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir. Dərsliklərdə milli, dini, irqi, cinsi və siyasi ayrı-seçkiliyi təbliğ edən ideyalar, mübahisə doğuran məlumatlar olmamalıdır, onların kurikuluma uyğunluğu, şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılaması, məntiqi təfəkkürü inkişaf etdirməsi, tətbiqi xarakter daşıyaraq inteqrativ xüsusiyyətə malik olması başlıca tələblərdəndir. Bütün bu məqamlarla diqqəti cəlb edən dərslik həm də poliqrafik baxımdan gözəl, estetik tərtibat cəhətdən xoşagələn, gözoxşayan olmalıdır. Fikrin, məsələnin yığcam ifadəsi də əsas şərtlərdəndir. Dərslik çapında gigiyenik tələblər də gözlənilməli, kağızın növü, şriftlərin ölçüləri, rənglərin istifadəsi və s. incə məqamlar nəzərə alınmalıdır.
Məlumat üçün bildirək ki, son illər Təhsil Nazirliyi tərəfindən dərsliklərin hazırlanmasında keyfiyyəti yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülür. Artıq bu sahədə bir sıra dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, dərsliklərin qiymətləndirilməsinin obyektivliyini artırmaq məqsədilə Təhsil Nazirliyi bu işə başqa qurumları da cəlb edib. Hazırlanma prosesində olan layihələr, həmçinin artıq istifadə olunan dərsliklər ictimai müzakirəyə çıxarılıb. Bu məqsədlə trims.edu.az adlı xüsusi portal da yaradılıb. Qeyd edək ki, müəllim, valideyn, alim və mütəxəssislərin dərsliklərlə bağlı həmin portal vasitəsi ilə bildirdikləri irad, rəy və təkliflər nəşriyyat-müəllif heyətinin diqqətinə çatdırılır və müvafiq düzəlişlər edilir.
Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov da dəfələrlə çıxışında bildirib ki, gənc ölkə üçün yeni dərslik hazırlamaq heç də hər zaman asan məsələ deyil: “Bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır. Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır”.
Onu da qeyd edək ki, yaxın gələcəkdə Azərbaycanda hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklər də hazırlanacaq. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb.
Ehtiyat dərsliklərin hazırlanmasına ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərsliklərindən başlanacaq. Keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər “eksperimental dərslik” hesab ediləcək. Eksperiment ehtiyat dərsliklər həm də təcrübə olacaq. Təcrübə artdıqca təkmilləşmə prosesi dərinləşəcək və nəticədə dərslik sahəsində bir çox problem aradan qalxacaq. Belə ki, mövcud qaydalarla on il ərzində keçirilən dərslik müsabiqələrində zamanın darlığı və müəllif potensialının məhdudluğu əsasən 2 problemin yaranmasına səbəb olub. Birinci problem təkliflərin azlığıdır. İkinci problem isə hər hansı fənn üzrə, ümumiyyətlə, təklif olmamasıdır. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək. Hazırlanacaq dərsliklər bir çox məktəbdə sınaqdan çıxarıla bilər.
Məsələ ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, dərsliklərin yazılmasına və çapına bir çox qurumlar cavabdehdirlər: “Bu qurumlar nəşriyyatlar, Dərsliklərin Qiymətləndirmə Şurası və Təhsil Nazirliyinin Tədris resursları şöbəsidir. Uzun illərdir ki, dərsliklərdəki ciddi problemlərdən danışırıq. Dərsliklərdə üslub səhvləri, məzmun səhvləri, həmçinin redaktə, korrektə səhvlərinə rast gəlinir. Eyni zamanda, orta məktəb dərslikləri hələ ki dəqiq və dərin təhlil olunmur. Əgər o proses başlasa, onda çox dəhşətli qüsurlarla rastlaşarıq. Ən azı müqayisə metodunu götürsək, uşaqların idrakı və təfəkkürünün formasına müsbət təsir edən mətinlərin azdığını götürsək, vəziyyətin daha ağır olduğunu deyə bilərik. Əgər bu səhvlər tamamilə aradan qaldırılsa, dərsliklərlə bağlı qüsurlar da azalar”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, peşəkar dərslik yazanların bu sahədən nisbətən uzaq düsməsi problemin həllinin qarşısını alır: “Bilirsiniz ki, ölkəmiz müstəqillik əldə edənə qədər dərsliklər əsasən Moskvada hazırlanırdı. Riyaziyyat, kimya, biologiya, fizika kimi fənlər tərcümə olunurdu. Ancaq Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi və sair fənlər isə o dərsliklərin dilinə, üslubuna uyğunlasdırılaraq burada hazırlanırdı. Müstəqillik illərində isə biz bütün sahələrdə öz dərsliklərimizi yaratdıq. Şübhəsiz ki, bizim dərslik hazırlamaq sahəsində elə də təcrübəmiz yox idi. Ona görə də indiki dərsliklərin əksəriyyətinin dilində, üslubunda problemlər mövcuddur. Düzdür, artıq 25 ildən çoxdur ki, dövlətimiz müstəqildir. Əslində, bu illər ərzində dərsliklərin sağlamlasdırılması istiqamətində çox islər görmək olardı, lakin görə bilməmişik. Təbii ki, dərsliklərlə bağlı yaranan problem və narazı-lıqlar Təhsil Nazirliyinə də məlumdur. Həmin nöqsanların aradan qaldırılması istiqamətdə müəyyən islər görür. Məsələn, Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi müsabiqə yolu ilə seçilir. Deyək ki, Təhsil Problemləri İnstitutunda xüsusi Dərslik-tədris vəsaitləri şöbəsi yaradılıb. Eyni zamanda, sayt yaradılıb və dərsliklər çapa getməmisdən əvvəl ictimai müzakirəyə verilir. Güman edirik ki, bütün bunlar nəticəsində növbəti illərdə hazırlanan dərsliklərdə mövcud nöqsanlar təkrarlanmayacaq”.
Dərs ilinin başlanması 20 gün əvvəl elan edilsin – Deputatdan AÇIQLAMA
BAKU.WS xəbər verir ki, vətəndaşlar sosial şəbəkələrdə müzakirələr zamanı tədris ilinin başlanğıc tarixi kimi sentyabrın 15-i və ya noyabrın əvvəlini ehtimal edirlər.
Təhsil Nazirliyi dərslərin noyabra qədər təxirə salınacağı ilə bağlı fikirləri təkzib etsə də, başlanğıc tarixi ilə bağlı yekdil qərarını açıqlamayıb. Mövcud vəziyyət Azərbaycanda birinci sinifə gedəcək 160 min şagirdin valideynlərini heç də qane etmir. Belə ki, valideynlər qərarın açıqlanacağı zaman alış-verişə az vaxtın qalacağını, mağazalarda sıxlıq yaranacağını və yoluxdurma risklərinin olacağını bildirirlər.
Vətəndaşların dilə gətirdiyi problemdən çıxış yollarını müəyyən etmək məqsədilə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanova müraciət etdik. Deputat BAKU.WS-ə bildirdi ki, pandemiya dövründə bu məsələ çətinlik yarada bilər: ”Qeyri-müəyyənlik hələ də var. Mövzu əgər konkret olaraq birinci sinifə gedən 160 min şagirddən gedirsə, pandemiya dövründə bu məsələ çətinlik yarada bilər. Digər tərəfdən 160 min şagirdin valideyni bir rayon və ya şəhərdə yaşamır. Bu rəqəm bütün Azərbaycan üzrədir. Yəni minlərlə valideyn hamısı eyni vaxtda eyni mağzalara üz tutub məktəb ləvazimatları və geyimləri almayacaqlar.
Bundan əlavə valideynlər onlayn sifarişə də üstünlük verə bilərlər. Bir çox məhsulları elə qapıda da təhvil almaq mümkündür. Bu məsələdə ciddi narahatedici məqam görmürəm. Misal üçün mən Ağdaşı təmsil edən bir deputat kimi deyə bilərəm ki, rayon ərazisində bir neçə mağazadan lazım olan ləvazimatları əldə etmək mümkündür. Onlayn sifariş də bu məqamda ən uğurlu çıxış yolu ola bilər. Əlbəttəki bəzi yerlərdə texniki problemlər yarana bilər.
Pandemiya dövründə valideynlərin üzləşdiyi çətinliyi başa düşmək mümkündür. Lakin bu məsələdə yüz ölçüb, bir biçməliyik. Nazirlər Kabineti yanında Operativ Qərargah və adiyyatı dövlət qurumları bu mövzuda müxtlif təkliflər hazılrayır. Hər-halda dövlət qurumları da çalışır ki, ən qısa zamanda yeni tədris ilinin başlanması ilə bağlı əhaliyə məlumat versin. Bu gün imkanlar məhddur. Çünki yoluxma rəqəmləri hər gün dəyişir və fərqli mənzələrlə qarşılaşırıq”.
Cavid Osmanov əlavə edib ki, dərslər mövcud şərtlər altında sentyabrın 15-i deyil, 25-i də başlaya bilər: “10 gün gec başlamaqla, qlobal problem yaranmayacaq. Tələsik qərarların fəsadları ciddi çətinliklər yarada bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələ üzərində ciddi çalışır və dərs ilinin başlamasından bir müddət əvvəl insanlara məlumat verməyi hədəfləyir. Məlum məsələdir ki, 160 min şəxs 10 gün müddətində alış-veriş etməkdə çətinliklə üzləşə biləcəksə, bu müddət 20 günə qaldırılsa, onda insanlar arasında təmas daha az olacaq.
Vacib olan digər hal budur ki, valideynlər də alış-verişə gedərkən qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sosial məsafə qaydalarına riayət etməli və şəxsi gigiyenasına çox ciddi diqqət yetirməlidir. Həmçinin insanların sıx toplaşdığı yerlərə getməkdən mümkün qədər yayınmaq lazımdır. Hər kəs bunu nəzərə almalıdır ki, öz uşağını dərslərin başlanılması müddətinə qədər salamat çatdırsın”.
Comments are closed, but trackbacks and pingbacks are open.