Fitrət – xəyal və fikir yeri
Hekayənin həcmi, məzmunu və şagirdlərin yaşından asılı olaraq müəllim bu işə diqqətlə yanaşmalı, tədrisin maraqlı və səmərəli keçməsinə nail olmalıdır.
İfadəli oxuya verilən tələblər
Oxunun ifadəliliyi ana dili tədrisinə verilən ən mühüm tələblərdən biridir. Oxunun ifadəliliyi əsərin ideyasının, ondakı başlıca fikrin obrazlı, canlı, nəticə etibarı ilə şüurlu mənimsənilməsinə xidmət edir, nəhayət, düzgünlük, şüurluluq və sürətlilik ifadəli oxu üçün əsas hesab olunur.
İfadəlilik üzrə iş məzmunun emosional qavranılmasını, yaxşı anlaşılmasını təmin edir, şagirdin özünün də nitqini gözəlləşdirir.
İfadəli oxu üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:
- Danışdığın kimi oxu
- Sadə və təbii oxu
- Durğu işarələrinin tələbini gözlə
- Sözləri aydın və düzgün tələffüz et
- Ayrı-ayrı adamların sözlərini oxuyarkən hər şəxsin xarakterinə görə səsini dəyiş.
- Oxuduğun mətnin məzmununa uyğun olaraq səsini ölç, lazım olan yerdə onu qüvvətləndirib zəiflətməyi bacar.
- Qrammatik məntiqi və emosional vurğunu gözlə
- Oxu zamanı nəfəsini idarə etməyi bacar və s.
Qrammatik fasilə etdikdə durğu işarələri ilə bağlı olan fasilə nəzərdə tutulur. Şagird oxuduğu mətndə durğu işarələrinə fikir verməklə fasilənin yerini müəyyənləşdirir və ona riayə tedir. Hər bir dürğu işarəsi olan yerdə səs müəyyən qədər dəyişir.
Nöqtə fikrin bitdiyini bildirir, səsin aşağı düşməsini tələb edir.
Nöqtəli vergül fikrin müəyyən qədər bitdiyini bildirir, səs nöqtəyə nisbətən bir qədər azaşağı düşür.
Qoşa nöqtə fikrin bitmədiyini göstərir, yəni hələ də nə isə aydınlaşdırılacaq, dəqiqləşdiriləcəkdir.
Vergül fikrin bitmədiyini göstərir, səsin artırılmasını tələb edir.
Tire fikrin sözləi fadəsində müəyyən bir sözün buraxıldığını göstərir və fasilə tələb edir.
Sual və nida işarələri adamın niyyətini emosional boyalarla verilməsinə xidmət edir.
Şagirdlər yalnız III-IV siniflərdə durğu işarələrinə düzgün riayət edə bilirlər. Lakin bu isə I sinifdən başlanılmalıdır.
İfadəli qiraəti təmin edən məntiqi fasilənin gözlənilməsi
Bu fasilənin gözlənilməsi nisbətən çətindir. Məntiqi fasilə çox zaman heç bir
işarə tələb etmir. Lakin məntiqi fasilədən yerində istifadə olunmadıqda mətnin məzmunu təhrif olunur. Çox zaman uzun cümlələrin oxunuşunda şagirdlər nəfəsalmaq üçün yersiz fasiləyə yer verirlər. Bu isə qiraətini fadəliliyinə zərər verir.
Fasiləyə düzgün riayət edilməsi üçün cümlələri mənaca sıx bağlı olan sözlər qrupuna ayırmaq lazımdır. Qiraət zamanı həmin sözlər qrupunun hər biri bir söz kimi tələffüz olunur və asanlıqla bir-birindən ayrılır. Bu qruplararasında ani bir fasiləyə əməl edilməlidir.
Oxunun ifadəliliyi üçün psixoloji fasilədən düzgün istifadə edilməsi də vacibdir.Məşhur səhnə ustası ustası K.S.Stanislavski yazmışdır ki,əgər məntiqi fasiləsiz nitq savadsız hesab olunursa,psoxoloji fasiləsiz o cansızdır.İbtidai siniflərdə psixoloji fasiləni praktik yolla başa salmaq mümkündür.Ə.Məmmədxanlının “Buz heykəl”hekayəsində uşaqlar oxuyurlar:”Birdən lap içəridən bir cüt uşaq gözü kəşfiyyatçı əsgərin gözlərinə dikilir.”Bu cümlədə birdən sözündən sonra edilən fasilə dinləyicini intizarda saxlayir.Fasilədən sonra dinləyicilərin qarşısında təəccüb və sevinc dolu bir səhnə açılır.Birdən sözündən sonrakı fasilə şaxtadan donmuş ananın qucağında uşağın sağ qalması ilə əlaqədar şagirdlərin keçirdikləri heyrət hissini qüvvətləndirir.
Oxunun rəvanlığı.Oxunun ifadəliliyinə onun normal rəvanlığı və surəti də təsir göstərir.İfadəli oxunun surəti təxminən normal sifahi nitqin surətinə bərabər olmalıdır.Həddindən artıq surətli və yavaş ,yersiz fasilələrlə oxu çətin qavranılır.Surət şeirin məzmununa görə seçilir.H.Ziyanın “Mənim babam”şeiri yavaş surətlə oxunur,çünki işləyən babadır.O yavaş-yavaş ağacların dibini belləyir.
Bir gün atam babama Baba güldü: -Ay oğul
Söylədi: Əlim ayrılsa işdən,
-Dincəl bir az İnan elə bilərəm
Təqaüdə çıxmısan Daha yaşamıram mən.
Sənə işləmək olmaz.
Oxunun ritmi :Bədii oxuda,xüsusiylə şeirlərin oxusunda ritm mühüm yer tutur.Oxu prosesində sonsuz davam edən düz xətt ritmin gözlənilmədiyini bildirir.Ritm hər hansı təkrar olunmayıb,eynicinsli hadisənin dövri olaraq bərabər təkrarlanmasıdır.Bu zaman surətlənmə və yavaşıma,gərginlik və zəifləmə,uzunluq və qısalıq eyni ölçüdə növbələşir.Əslində tam eyniliyi gözləmək mexaniki ritmikliyə apara bilər.
Melodika:Oxu prosesində müxtəlif yüksəklikdə olan səslər üzrə onun yuxarı və aşağı hərəkəti melodika adlanır.Durğu işarələri cümlənin melodikliyini,ahəngliliyini qaydaya salır.Nəqli cümlənin sonunda səsin tonu aşağı düşür,sual cümləsində isə özünəməxsus melodika yaranır.
Tembr:Tembr nitqin özünəməxsus rəngi olmaqla ona bu və ya digər ekspressiv-emosional xassə verir.Hər bir adamın səsi tembrlə fərqlənir.Səsin tembri ilə müxtəlif adamların səsləri arasındakı tanış adamın səsini müəyyən etmək mümkündür.Nitqin melodikasının zənginləşdirilməsində bu əlavə vasitə kimi çox mühüm əhəmiyyəti var.Hər bir adamin nitqi səslənməsi onun nitq aparatının qurluşu və fəaliyyətindən və səslənməsinin xarakterindən asılıdır.Danışıq zamanı emosiyadan asılı olaraq insanın səsi adi normadan fərqlənir,çaları dəyişir.İnsanın səsindən onun əhvali-ruhiyyəsini bilmək olur. Oxu prosesində yazıçınin məqsədi nitqin emosional çalarlığı ilə verilir. Tembr bədii əsəri al-əlvan bəzəyir.Bununla da əsərdəki surətlər prizmadan görünən kimi görünür.
Diksiya hər bir sözün aydın ,dəqiq tələffüz olunmasını tələb edir.Diksiyanın normallığı nitq aparatının quruluşundan və onun işinin düzgün təşkilindən asılıdır.Normal diksiyanı təmin etmək üçün ayrı-ayrı səslərin artikulyasiyası,tələffüzünə görə yaxın səslərin (b-p,v-f,q-ğ,d-t,j-ş,z-s)müxtəlif səs birləşmələrinin (krt,kst,kşt,kft,qko,fku,qke,şti),hecaların tələffüzü üzrə məşqlər təşkil olunmalıdır. Diksiyanı normallaşdırmaq məqsədilə fonetikanı yaxşı öyrətmək ,xorla tələffüz və xor oxutmaqdan istifadə etmək də məsləhət görülür. Kəkələmə,pəltəklik,tıntınlıq olan uşaqlarla fərdi iş aparılmalı, dodaqların ləng tərpənməsi damaqların sıxılması,dilin ağır hərəkət etməsi,tələskənlik hallarına yol verilməməlidir.Çalışmaq lazımdır ki,şagirdlərin diksiyaları aydın,səlis olsun.
Tənəffüs.Normal tənəffüs düzgün nəfəsalma və havanı qənaətlə,bərabər ölçüdə xərcləməkdən ibarətdir.Səsin təmizliyi,düzgünlüyü,gözəlliyi və dəyişməsi düzgün nəfəsalmadan asılıdır.Buna nail olmaq üçün döş qəfəsinin bütün əzələ aparatından istidə olunur.Sözlər və ya ifadələr arasindakı qısa fasilələr zamanı hiss olunmadan ciyərlərə hava daxil olur.Dərindən nəfəs alanda,xüsusilə,ciyərlərin daha tutumlu olan aşağı hissəsi hava ilə dolur,döş qəfəsi genişlənir,oxu zamanı hava məntiqi cəhətdən bitmiş hissələrə uyğun olaraq az-az xərclənir.Düzgün nəfəsalmanı təmin etmək üçün müxtəlif təmrinlər məsləhət görülür.: birdən beşə qədər saymaqla nəfəs almaq və ciyərlərin həddən artıq dolmasına yol verməmək,xüsusi mətinləri oxuyarkən nəfəsalmanı yoxlamaq və s.
Səs.Biz söz tələffüz edərkən ciyərlərdən hava buraxırıq.Hava nəfəs yolları ilə xirtdəyə gəlir,orada səs tellərinin yığılıb açılması nəticəsində zəif səs əmələ gəlir. Ağız boşluğunda səs kifayət qədər gur və xoş avazlı keyfiyyət qazanır.Səsin qüvvə si ,ucalığı,uzunluğu,surəti,tembri və s. başqa keyfiyyətləri var.Nitqə ifadəlilik də verən elə bunlardır.Səsin qüvvəsi ilə ucalığını eyniləşdirmək olmaz. Qüvvə obyektiv,real böyüklüyü bildirir.Ucalıq isə nitq situasiyasından,oxunan mətndən asılıdır.Səsin müəyyən qüvvəsinə malik olan adam həm bərkdən,həm orta səviyyəli,həm də zəif səslə danışa bilər.Bəzən səsin ucalığı bir cümlənin içərisində dəyişir.Səsin uzunluğu (sürəti)uçuculuğu (uzağa uçaraq digər səslərlər fonunda ayrılması) da müxtəlif adamlarda fərqlənir.Oxucu öz səsinin imkanlarını bilməli və ondan düşünülmüş şəkildə istifadə etməlidir.Oxu prosesində səs gərginləşdirilmədikdə ifadəliliyin çalarları (kəskinlik,yumşaqlıq,istilik,soyuqluq və s.) hiss olunur.
Orfoepik tələffüz.Oxunun ifadəlliyi onun ədəbi tələffüz normalarına nə dərəcədə uyğunluğu ilə ölçülür.Dilimizdə sözlərin böyük əksəriyyəti yazıldığı kimi tələffüz olunmur.Danışığın daha asan və şirin olması orfoepik normalara əməl edilməsindən asılıdır.Bu prosesdə ədəbi tələffüz normalarının pozulması onun ifadəlliyini aşağı salır,dinləyənin diqqətini yayindırır ,məzmunun şüurlu,ifadəli qavranılmasına mane olur,onun dinləyiciyə estetik təsirini zəiflədir.Əlifba təlimi dövründən etibarən şagirdlərin sözləri yazıldığı kimi tələffüz edilməsinə(orfoqrafik tələffüzə,kitab tələffüzünə)yol verməmək lazımdır.Bu mərhələdə şagird düzgün yolu yalnız müəllimin nümunəvi oxusunun köməyi ilə seçə bilər.Əgər şagird alim ,afərin, ,nadinc sözlərini çətinlik çəkmədən a saitini uzun tələffüz etməyi bacarirsa,almaya,cərgəyə,quzuya,işləyir,başlayır,gözləyir və s. sözlərin tələffüz nümunəsini müəllimdən öyrənməlidir.
Orfoepik tələffüzü şagirdlərə öyrətmək üçün onlara müstəqillik tələb edən tapşırıqlar vermək lazımdır.Məsələn şagird oxuyur, müəllim və yoldaşları hansı sözlərin düzgün tələffüz olunmadığını bildirir, şagird öz səhvini düzəldir,müəllim şagirdin səhvə yol verdiyini müəyyən qaydaları xatırladır,onun səhvinə düzəliş verir.
İntonasiya:Nitq,o cümlədən oxu prosesində intonasiyanın rolu böyükdür.İntonasiya sözün mənasını gücləndirməklə,bəzən sözdən daha çox şey ifadə edir.Bəzən intonasiyanın köməyi ilə sözə onun ifadə etdiyi mənanın əksini vermək olar.
İntonasiya geniş və dar mənada işlədilir.Geniş mənada intonasiya dedikdə,səslənən nitqin birgə təsir göstərən komponentlərin mürəkkəb kompleksi nəzərdə tutulur.Nitqdə və cümlələrdə aşagıdakı komponentlər özünü göstərir.
- Vurğuda ifadə olunan və nitqin dinamikasını müəyyən edənqüvvə
- Müxtəlif hündürlükdə səslər üzrə səsin hərəkətində ifadə olunan və nitqin melodikasını müəyyən edənistiqamət
- Uzun səslənmə və fasilələrdə ifadə olunan ,nitqin surətini və ritmini müəyyən edən surət
- Nitqin səslənməsinin xarakterini (emosional rəngini) müəyyən edən tembr (çalarlıq)
Oxu zamanı frazadakı sözlərdən birində vurğulu heca qüvvətli səslə tələffüz olunur.Bu,frazeoloji vurğu adlanır:”Yaxşı, siz deyen olsun,mənim mehriban balalarım”
İfadəli oxuya hazırlıq işində heca vurğusu da xüsusi əhəmiyyət kəsb edir.
Adətən,vurğu cümlədə nitq situasiyası baxımından daha mühüm sözün üzərinə düşür.Bu,məntiqi vurğudur.Üzərinə vurğunun düşdüyü söz qüvvətli,ucadan deyilir.Məntiqi vurğu yerinə düşməyən nitqdə məna dinləyiciyə dəqiq çatmır. Məntiqi vurğu ədəbi əsərlərdə xüsusi əhəmiyyətə malikdir.Cümlədə vurğunun yerini dəyişdikdə məna təhrif olunur,yeni məzmun kəsb edir.
Emfatik vurğu vurğunun xüsusi növüdür.Emfatik vurğu sözün emosional cəhətdən gücləndirilməsini,yaxud oxuyanın bu və ya digər sözlə əlaqədar affektiv vəziyyətini ifadə edir.Əgər məntiqi vurğu diqqəti müəyyən sözə cəlb edirsə,emfatik vurğu onun emosional yükünü artırır.Birinci halda oxuyanın niyyəti,ikinci halda isə hissləri ifadə olunur.Emfatik vurğu zamanı sait səslərin uzanması mühüm rol oynayır.”Əhsən sənəəəə!,Ə-ə-ə-ə-əla!Yaxşı-ı-ı-ı-ı-ı.vaxtımı alma!”
OXUNUN ŞÜURLULUĞU :Oxunun şüurluluğu oxunmuş mətnin məzmununun şagirdlər tərəfindən mənimsənilməsinə xidmət edir.I sinifdə ayrı-ayrı səsləri hecada,hecaları sözlərdə birləşdirməklə oxuyan şagird çox vaxt oxuduğunun mənasını başa düşmür.Bu ondan irəli gəlir ki,o,eyni vaxtda eyni vəzifəni (oxu tematikasına yiyələnməti və oxuduğu mətnin mənasını başa düşməyi)yerinə yetirir.Digər tərəfdən yazılı mətnin qavranılması psixoloji cəhətdən şifahi nitqi qavramaqdan çətindir. Şagird şifahi sözü qavrayarkən ,hər şeydən əvvəl,onun bütövlükdə səslənməsini,səs obrazını dərk edir,bundan əlavə o,söz birləşməsinin melodiyasını ,cümlənin intonasiyasını qavrayır.Bu səslənmə çox vaxt onu maraqlandıran məna ilə bağlı olur.Yazılı mətində səssiz həriflər,sözlər ,cümlələr ilk baxışdan uşaq üçün heç bir reallıqla ,məzmunla bağlı deyil.Ona görə də uşaqlar bədii ədəbiyyatı eşitməyi oxumaqdan üstün tuturlar.Oxu prosesində situasiyadan asılı olaraq çətinlik qarşıya çıxır.Adətən,şifahi danışıq şagirdə tanış olan situasiyada baş verir və aydın başa düşülür.Mətində isə yazılı işarələrlə hələ uşağın adət etmədiyi məsələdən bəhs edilir.Şagirdin çətin söz və ifadənin başa düşməsi üçün bəzən dərslikdə heç bir istinad olmur.Bəzən mətinə aid şəkil bu çətinliyi qismən aradan qaldırır.
Şüurlu oxu təlimi nəticəsində şagird aşağıdakı bacarıqlara yiyələnməlidir:
- Əsərin ideyasını başa düşmək
- Mətnin,ondakı faktların,hadisələrin məzmununu başa düşmək
- Mövzunun məzmunu əsasında hekayənin əsas fikrini izah etmək,onun emosional məzmununu yaşamaq
- Əsərin hissələrinin məzmununu qiymərləndirmək
- Yazılı nitqin ifadəliliyini(durğu işarələri,sözlərin sırasında epitet ,digər ifadə vasitələri) başa düşmək
- Oxuduğu əsasında müasir həyatımızın həqiqətlərini başa düşmək və qiymətləndirmək.
- Müəllifin ustalığını,əsərin ideyasını,başlıca mənasını,qəhrəmanın fikirlərini,həyəcanını ifadə etmək üçün istifadə etdiyi priyomları başa düşmək və qiymətləndirmək
- Şagirdlərin məzmunu qavramağa hazırlamaq
- Əsər oxunandan sonra 2-3 sualla məzmunu qavradığını yoxlamaq
- Lüğət üzrə iş aparmaq
- Əsərin planını tərtib etmək
- Seçmə oxu təşkil etmək
- Məzmunu nəql etmək
- Idrakı və tərbiyəvi nəticə çıxarmaq
- Məzmunu uşaqların həyatl, ictimai faydalı əməyi ilə əlaqələndirmək
MÜXTƏLİF JANRLARDA OLAN BƏDİİ ƏSƏRLƏR ÜZƏRİNDƏ OXUNUN METODİKASI. ELMİ-KÜTLƏVİ MƏTİNLƏR.OXU ÜZƏRİNDƏ İŞİN XÜSUSİYYƏTLƏRİ
Müxtəlif janrlardan olan bədii əsərlər üzrə oxunun metodikası
a) şeirlərin oxunması
b) hekayələrin oxunması
c) nağılların oxunması
d) təmsillərin oxunması
e) Elmi-kütləvi mətnlərin oxunması üzrə iş
ƏDƏBİYYAT SİYAHISI
1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
3.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010)
4.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
5.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
6.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün
Bədii əsərlər janr etibarilə müxtəlifdir.Hər bir ədəbi janrın öz qurluşu,üslubi priyomları olduğundan onların şagirdlərə təsiri də fərqlidir. Müxtəlif növ əsərlərin düzgün oxusunu təşkil etmək üçün onların özünəməxsus xüsusiyyətlərini bilmək,müvafiq mütod və priyomlardan istifadə etmək son dərəcə vacibdir.Hekayə, nağıl, şeir, təmsil, tapmaca və atalar sözlərindən ibarət olan bədii materiallar ilk növbədə tərbiyəvi vəzifələrin həyata keçirilməsinə xidmət edir. Bədii əsərlərin oxusunu səmərəli təşkil etmək üçün müəllim onun metodikasını yaxşı öyrənməlidir. O, bədii əsərlərin oxusu prosesində şagirdlərdə ifadəli oxumaq, oxuduğunu obrazlı surətdə danışmaq bacarığı aşılamalı, onlara bədii əsərlərin növlərini fərqləndirməyi də öyrətməlidir.
Bədii ədəbiyyat söz sənətidir. Bədii əsər varlığı obrazlı surətdə əks etdirir, həyatın bütün rəngarəngliyini, zənginliyini açır. Ona görə də, bədii əsəri təkcə oxumaq kifayət deyil, onu duymaq, dərk etmək zəruridir.
İbtidai siniflərdə bədii əsərlərin oxusu ümumidən xüsusiyə – deduktiv yolla gedir. Burada əvvəlcə əsərin məzmunu bütöv qavranılmalı, sonra mətnin bitmiş hissələri üzrə iş aparılmalıdır.
Bədii əsərlər janr etibarilə bir-birindən seçilir. Hər bir ədəbi janrın öz quruluşu, üslubi priyomları olduğundan onların təsiri də fərqlənir. Ona görə də, müəllimin seçdiyi priyomlar müxtəlif olmalıdır.
Şeirlərin oxunması
Şagirdlərin hafizəsini gücləndirmək, nitqini inkişaf etdirmək, estetik zövqünü tərbiyə etmək baxımından şeirlər çox böyük əhəmiyyətə malikdir. Yaxşı şeir uşağın mənəvi aləmini zənginləşdirir, doğma dilin gözəlliklərinə həssaslıq tərbiyə edir. Şeirin tədrisində müəllim ifadəli oxu nümunəsi verməlidir. O, öz nümunəsi ilə fasiləni, surəti, məntiqi vurğunu, intonasiyanı gözləməyə uşaqları dəvət etməlidir. Şagirdlərə şeirin məzmununa uyğun şəkil çəkmək öyrətmək də lazımdır. İbtidai siniflərdə həm epik, həm də lirik şeirlər keçilir.Şeir oxumağın sirlərini şagirdlərə başa salmaq üçün müəllim ifadəli oxu nümunəsi verməlidir. Ucadan ifadəli oxu prosesində şeirin ölçüləri(heca,vəzn,ritm və s.)daha aydın,dəqiq qavranılır.Bu prosesi yalnız yamsılama kimi başa düşmək səhv olardı.Müəllim öz nümunəsi ilə şagirdləri özü kimi oxumağa deyil,oxu prosesində fasiləni,surəti,məntiqi vurğunu,intonasiyanı,ədəbi tələffüzü və s. gözləməyə dəvət etməlidir.Bunun üçün isə müəllim özü şeiri ifadəli oxumağa ciddi hazırlaşmalı,onun əasas ideyasını,tonunu ,surətini,ritmini müəyyənləşdirməli və məşq etməlidir.Şagirdlərdə bu cəhətlərə şüurlu münasibət yaranarsa,onlar düzgün oxumağa alışarlar.Məhz bu siniflərdə bəzən şagirdlər müəllimdən daha ifadəli oxuyurlar.I sinifdə şeirin məzmununa uyğun sözlə “şəkil çəkmək” xorla oxumaq,həmçinin şeiri bənd-bənd paylayıb,oxutmaqdan da istifadə etmək mümkündür.Şeirlərin epik və ya lirik xarakter daşıması ,şagirdlərin nə dərəcədə düşündürməsi nəzərə alınmalıdır.Epik şeirlərdə müəyyən əşya,təbiətin bir guşəsi,həyat hadisələri,təhkiyə yolu ilə verildiyindən onlar üzərində iş bir növ hekayə üzərində işi xatırladır.Bununla belə,şeirlər sintaktik quruluşuna görə hekayələrdən fərqləndiyindən onlarda obrazlı,lakoniklik daha üstün olduğundan oxunmasına və təhlilinə xüsusi diqqətlə yanaşmaq lazımdır. II sinifdə “Mənim babam”,III sinifdə Qabilin “Birinci qar”,IV sinifdə Ə.Kərimin “Dənizdə şəhər”və s. oxunması bunu tələb edir.Ə.Kərimin “Dənizdə şəhər ”şeirinin çox gərgin drammatik süjeti var.Müəllim şeirin ideya məzmunu ilə əlaqədar müsahibə aparır.Dəniz nefçilərinin ,ümumiyyətlə,fədakar əmək adamlarının qəhrəmanlığı haqqında nələri bildiklərini xəbər alır.Müsahibəni yekunlaşdırırkən müəllim şagirdlərin briqadanın qorxmazlığını,mətinliyi haqqında gözəl misallar gətirdiklərini və həqiqitən Xəzər dənizində baş vermiş bir hadisə haqqında şeir oxuyacağını söyləyir.
Müəllim şeiri sakit tonda və aramla oxuyur.Uşaqla ata arasında sakit tonda başlanan söhbət oxucuda atanın öz iş yerini təsvir edəcəyini və orada görülən işlərdən məlumat verəcəyi təsəvvürünü yaradır.Birdən atanın söhbəti qarşıya çıxan çətinliklərə yönəlir.O,dənizinçırpıntısından söz açır:
Yatmırsa da göy dəniz,
İşdən gəlib yatırıq,
Dənizin üstündə biz.
Daha sonra o soyuq bir qış gecəsində dənizin dalğalanmasından,Qafqaz dağı kimi qalxıb,guruldamasından,bəzi estakadaların dağılıb sökülməsindən danışır.Biriqada üzvlərinin çox uzaq bir mədəndə qaldığını,başlarının üstünü suaların aldığını,ustanın isə ucadan “Qorxmayın!Qorxmayın!” deye qışqırdığını bildirir. Mədəndə işıq sönür,dəniz bu altı fəhləni udmaq istəyir,birdən usta qışqırdı”Köməyə dostlar gəlir!”Fəhlələr deyirlər:
Qayıq gəlir irəli.
Tez-tez alıb başına
Qaldırır onu dalğa.
Nəhayət,fəhlələr dalğaların üstündən qayığa atılırlar.Qayıq onları xilas edir.
Müəllim hər bir bənddən sonra şagirdlərin diqqətini hadisənin mahiyyətini açan sözlərə yönəldir :”Qoçaq adamlar”,”Neyləyək, dalğalar çox biz altı”,”usta, qorxmayın,-dedi”,”insan qorxmasın gərək”,”inadkar adamlar”,”boz sular” və s.
Şeir oxunub qurtardıqdan sonra uşaqlar atanın hekayətini danışmazdan əvvəl dediyini aşağıdakı sözlərin mənasını anlayırlar:
Mənim mehriban oğlum,
Neçə canlar sənə,
Neçə nağıl görərsən.
Şeirin kompazisiyası,dili,müraciət forması,feillər,nidalar şagirdlərə qəhrəmanların xarakteri haqqında fikir oyadır,qorxmazlıq,dözümlülük tərbiyə edir.Şagirdlər belə epik əsərlərin məzmununu öz sözləri ilə nəql edə,onlara dair şəkil çəkə, illüstrasiyalar hazırlaya bilərlər.
Epik əsərlərdə lirika nümunələrinə də rast gəlmək olur.Lirik şeirlərdən əşya,mənzərə,hadisə insan deyil,onlara münasibət onlar haqqında poetik təəssürat,hiss və həyəcan verilir.
- Əzizana, canana! Gözəl, mehribanana!
Burada uşaq anasının saçlarının ağarmasına sevinmir, əksinə kədərləndiyini bildirir.
A.Səhhətin «Quşlar» şeirində quşlara məhəbbətlə bağlı güclü hisslər verilmişdir. Ümumiyyətlə, şeirlərin tədrisi şagirdlərdə emosional hisslər oyadır.
Hekayələrin oxunması
Bədii əsərlərin bu janrında hadisə müəyyən xətt üzrə, ardıcıllıqla inkişaf edir, hadisənin gedişi canlı dillə söylənilir. Belə hadisələri şagirdlər asanlıqla izləyir və yadda saxlayırlar.Hekayədə hadisə müəyyən xətt üzrə inkişaf edir və onun gedişi canlı dillə təsvir olunur.Belə hadisələri şagirdlər asanlıqla izləyə və yadda saxlaya bilirlər. Hekayədəki bədii obrazların şagirdlərə dərin təsir bağışlaması üçün müəllim çalışmalıdır ki, şagirdlər hadisənin baş verdiyi şəraiti, qəhərmanları aydın təsəvvür etsinlər. Şagirdlər hadisədə iştirak edən şəxslərin, xüsusilə qəhrəmanların xarakterik əlamətlərini, xarici görüşünü müəyyənləşdirməyə çalışırlar. IV sinifdə M. Qorkinin “Arxip baba və Lyonka” hekayəsindən şagirdlər aşağıdakı parçanı oxuyarkən Lyonkanın görünüşü ilə tanış olurlar: “Lyonka mürgüləyir. Arxip baba isə ürəyi ağrıdığından yata bilmirdi. Onların günəşdən qaralmış üzlərinin rəngi əyinlərindəki köhnə, cındır paltarın rəngindən seçilmirdi.
Lyonka arıq və balaca idi. Onun babası çay dalğalarının qırağa atdığı qurumuş ağaca, özü isə həmin ağacın qırılmış bir budağına bənzəyirdi. ”
Lyonkanın xarici görünüşü haqqındakı bu sözlər onun xarakterini açmaqda şagirdlərə kömək göstərir. Ola bilər ki, şagirdlər hekayədən Lyonkanın psixologiyasını, daxili aləmini əks etdirən söz və ifadələri seçsinlər. Hekayəyə əsasən Lyonkanı təxminən aşağıdakı şəkildə səciyyələndirmək mümkündür.: babasını çox sevir, onun öləcəyi yadına düşəndə ağlayır: babsı ölsə, avara gəzməməyi, çayçı dükanında və ya başqa yerdə iş tapıb işləməyi qərara alır; sədəqə yığmaq istəmir, babsınıda bu işdən çəkindirmək istəyir; diqqətli və nəzakətlidir, rəhimli və xeyirxahdır, yaylığını itirmiş qıza kömək etmək istəyir; oğurluğu alçaqlıq hesab edir; babasını oğurluüq üstə danlayır; babasını təhqir etdiyi üçün üzr istəyir və s.
Müəllim hekayədən qəhrəmana aid sifətləri seçib bildirən sözləri seçməyi, ona sadə xasiyyətnamə tərtib etməyi öyrətməlidir. I-II siniflərdə xasiyyətnamə çox sadə şəkildə tərtib olunmalıdır: məsələn, X. Hasilovanın “Buyurun əyləşin” hekayəsi oxunarkən şagirdlər Nazimin xasiyyətnaməsinə bu sözləri daxil edirlər: dözümlüdür, diqqətlidir, rəhimlidir, nəzakətlidir və s. II sinifdən etibarən şagirdlər bəzən iştirak edən sürətlərə xasiyyətnamə yazmağı, onları tutuşdurmağı öyrənirlər: məsələn, II sinifdə “Acı su” hekayəsi oxunarkən Vaqif və Ramiz surətləri tutuşdurulur. Şagirdlər bildirirlər ki, Ramiz laqeyd, diqqətsiz, yaşlılara hörmət etmək istəməyən, lakin öz təqsiri başa düşən və ona görə xəcalət çəkəndir. Vaqif isə diqqətlidir, yoldaşına nümunə olmağa və onu yaxşı yola dəvət etməyə çalışandır və s. III-IV siniflərdə bu sahədə iş bir qədər də mürəkkəbləşir. Şagirdlər iştirak edənləri müqayisə etmək, qəhrəmanların hərəkətlərini qiymətləndirməklə yanaşı, onlara münasibət bildirməyə, həm də bunun səbəbini izah etməyə çalışırlar. Bir çox hallarda hekayədəki dialoqa qəhrəmana xasiyyətnamənin verilməsi vasitəsi kimi baxmaq lazımdır.
Hekayənin oxunması düzgün oxu texnikasının inkişafı baxımından da faydalıdır.
- Müəllimin giriş müsahibəsi, motivasiya
- Tədqiqat probleminin qoyulması
- Hekayənin müəllim (və ya yaxşı oxuyan şagird) tərəfindən bütöv, ucadan, ifadəli oxunması
- Hekayənin şagirdlər tərəfindən hissə-hissə ucadan oxunması və təhlili (lüğər işi və bu zaman aparılır), planın tərtibi, səhnələşdirilməsi
- Hekayənin şagirdlər tərəfindən bütöv oxunması
- Hekayənin məzmununun nəql edilməsi
- Qiymətləndirmə
- Dərsə yekun vurulması və evə tapşırıq.
Hekayədəki bədii obrazların şagirdlərə dərin təsir bağışlaması üçün müəllim çalışmalıdır ki, şagirdlər hekayədə baş verdiyi şəraiti, qəhrəmanları aydın təsəvvür etsinlər, xarici görünüşü və xarakterini öyrənsinlər. Adətən, ilk növbədə hekayənin süjeti, hadisənin inkişafı təhlil olunur. Getdikcə şagirdlər qəhrəmanları xarakterizə etməyi, onları tutuşdurmağı, hadisələrdən düzgün nəticə çıxarmağı da öyrənirlər.
III-IV siniflrədə iş genişləndirilir, şagirdlər qəhrəmanların hərəkətini qiymətləndirir, onlara münasibət bildirirlər.
Hekayə hissə-hissə oxunur, hər hissə ayrılıqda təhlil edilir, plan qurulur və s. Belə iş mövzunun şüurlu mənimsənilməsinə kömək edir.
Hekayənin həcmi, məzmunu və şagirdlərin yaşından asılı olaraq müəllim bu işə diqqətlə yanaşmalı, tədrisin maraqlı və səmərəli keçməsinə nail olmalıdır.
OXUMAQ, OXUMAQ, YENƏ DƏ OXUMAQ!
Necə ki hər qapı arxasında tam fərqli bir aləm saxlayır və o aləmə açılırsa, oxumaq da içində dincliyi barındıran, inkişafa açılan bir qapıdır. Bu qapıdan içəri girmək isə dəyişməyə cəsarəti olanların haqqıdır. Bu qapıdan girən, əlbəttə, yenilənmiş, təmizlənmiş biri olaraq çıxar.
OXUMANIN MƏNASI İNKİŞAF ETMƏKDİR
Mütəxəssislərə görə, oxumaq, yaddaşı qüvvətləndirərək Alzhemier riskini ciddi nisbətdə aşağı salır.
Oxumanın mənası inkişaf etməkdir, təmizlənməkdir, özünü və bütün kainatı kəşf etməkdir. Oxumaq; zehni, fiziki və ruhi istiqamətdən inkişafa gətirib çıxarır. Bu istər bir kitab olsun, istər bir qəzet, istərsə də təqvim yarpağının arxasındakı yazı olsun, oxunan hər şey, oxuyanda bir təsir buraxır. Oxumadan əvvəlki vəziyyətiniz ilə oxumadan sonrakı vəziyyətiniz arasında fərq meydana gəlir. Artıq siz əvvəlki siz deyilsiniz. Bir çox istiqamətdən dəyişməsi hiss edirsiniz. Müəyyən bir müddətdən sonra məlumat dağarcığınız genişlənməyə başlayır, danışdığınız dilə hakim vəziyyətə gəlib gözəl və axıcı danışığınızla sizi dinləyənə müsbət istiqamətdə necə təsir etdiyinizə şahid olursunuz.
Beynin ən yaxşı dərmanlarından biri də oxumaqdır. Beyin, sanılanın əksinə, əslində, tənbəl bir orqandır və sağlam çalışması və inkişafı üçün yeniliklərə ehtiyacı var və bu ehtiyacı ən yaxşı oxumaq qarşılayır. Çünki oxumaqla hər şeydən əvvəl insan yeni şeylər öyrənmiş olur. Zehni və ruhi istiqamətdən verdiyi dinclik bədənə də təsir edir. Mütəxəssislərə görə yaddaşı qüvvətləndirərək Alzhemier riskini ciddi nisbətdə aşağı salır.
OXUMANIN RUHİ İNKİŞAFA QATQISI
Oxunan, oxuyana bir mesaj vermək istər, məqsədi hər zaman oxucunu əvvəlki halından daha inkişaf etmiş bir fərd halına gətirməkdir. Lakin bu məqsədin reallaşması oxunan məlumatlarla yanaşı oxuyanın niyyətinə və oxuduqlarını düşünməsinə bağlıdır. Xüsusilə, ruhi inkişaf bu bağ ilə ortaya çıxır. Oxuyanın niyyəti əgər fərqindəlik qazanmaq, öz potensialına çatmaqdırsa, oxuduqları həm özünə, həm də yaşadığı ətraf mühitə, cəmiyyətə fayda verir. Əksinə, pis niyyətli birinin əlində, oxunan məlumatlar pis niyyətin qurbanı ola bilər və bunun nümunələrini də ətrafımızda görməkdəyik. Bu cür olduğunda, təəssüf ki, oxumanın gerçək mənasına çatılmaz.
İnsan, öz içindəki və kainatdakı bilinməyənləri, oxumanın verdiyi fərqindəlik ilə kəşf edər.
Oxumaq və oxunulanları düşünmək, ön mühakimələri yox edərək dünyagörüşünü genişləndirir. Eyni hadisəyə fərqli dünyagörüşləri qazandırır. Öz şəxsi baxışımızdan sıyrılıb tərəfsiz bir gözlə baxmağımızı və bununla da olanı, olduğu kimi anlamamızı təmin edir.
Kitab oxumaq xoşbəxtliyin yolunu açır. Xoşbəxtlik, daxili dincliyin təmin edilməsi halıdır. İstədiyiniz hər şeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, bütün dünya önünüzə sərilsə, yenə xoşbəxt ola bilməzsiniz. Xoşbəxtliyin tərifi olan daxili dincliyi tapmağın yollarından biri də oxumaqdır. Bütün çətinliklər, kədərlər, dərdlər, problemlər bilgisizlikdən qaynaqlanmırmı? İnsan, öz içindəki və kainatdakı bilinməyənləri, oxumanın verdiyi fərqindəlik ilə kəşf edər.
Sıxıntılı günlərdən, bədbinlikdən, çarəsizlikdən xilas olmanın çarəsidir, oxumaq. «Hər dərdə dərman» deyirlər oxumaq haqqında, həqiqətən də az qala hər dərdə dərmandır. Bilinməyən bilinən hala gələr və aydın olarsa, beləcə insan dərdinin şəfasını tapar. Ruhi sıxıntınız olanda əlinizə bir kitab götürüb oxuduğunuz zaman həm sizi fərqli bir aləmə aparıb sıxıntınızdan uzaqlaşmanızı təmin edir həm də çevirdiyiniz səhifələrdə çətinliyinizin səbəbini və çarəsini belə tapa bilərsiniz. Oxumaq, oxuduğunu düşünmək və anlamaq, zehini aydınlaşdırır və könül gözünün açılmasını təmin edir. Könül gözü açıq olan fiziki, əqli və ruhi bir dinclik içərisindədir. Anlayışda qəbul vardır, oxuduğunuz bir mövzunu anladığınız vaxt o mövzuya olan şübhəçi düşüncələrinizdən və ön mühakimələrinizdən xilas olmuş olursunuz və anlamaqla birlikdə dərin bir rahatlama və dincliyin içinizə dolduğunu da hiss edirsiniz. Yalnış anlaşılmalar beyni və ürəyi gəmirən qurdlardır. Əgər oxunan sözlərin gerçək mənası çözülər, aydın olarsa, o zaman zehin və ürək təmizlənər, şəfalanar.
Oxumaq zamanla öz içindəki kitabı tapmağa, yəni özünü bilməyə yönəldər insanı.
Oxumaq zamanla öz içindəki kitabı tapmağa, yəni özünü bilməyə yönəldər insanı. Bunu bacara bilən, bu yolda olan insan oxumasını biləndir. Həm özünü, həm digərlərini, həm kainatı. Öz içindəki kitabı oxuya bilən, birliyi görüb digər insanları da oxuya bilər. Yəni qarşısındakı insanı anlayar, onun nəyi və niyə etdiyinin fərqindədir. Kitab necə məlumat verən və öyrədici bir qaynaqdırsa, hər insan da belədir. Oxumasını bilən insan, mühakimə etmədən müşahidə etməyi bacara bildiyi üçün qarşısındakı danışmasa belə, onu eşidər, görər və hiss edər. O insanın davranışlarından nələr yaşamış olduğunu, o an necə bir vəziyyət içində olduğunu oxuya bilər. Eyni zamanda onun da bir kitab kimi bir öyrədici olduğunu bilir. İnsan insana çox şey öyrədər, çünki özünün aynasıdır. Qarşınızdakına mühakiməedici gözlə deyil, anlama niyyəti ilə baxdığınızda özünüz kimi onun da bir öyrədici, bir kitab olduğunu görəcəksiniz.
Oxumanın yaxşısı pisi olmaz. Oxunan hər şey, insanı inkişaf etdirməyə və öyrətməyə istiqamətlidir. Yalnız nəyi oxuyacağını, necə oxuyacağını, hansı kitaba ehtiyacı olduğunu bilməyən insanlar vardır və bu da oxumanın oxuyanda təsirini azaldır. Bir kitab alıb oxuyarsan və o kitab bitəndə sənə mənasız gələ bilər, halbuki oxunan heç bir şey mənasız deyil. Yalnız onu oxumağın sənin üçün doğru zamanı deyil. Müəyyən həyat təcrübələrindən sonra qazandığın fərqindəliklərlə o kitabı yenidən əlinə alıb oxumağa başladığında bu dəfə o kitab təsirini göstərər. İnsan , kitabda söylənmək istənənləri anlayan bir halda olar və o zaman anlayar ki, hansı kitabın nə vaxt, necə oxunması lazım olduğunun da bir qaydası var imiş. Öz ehtiyaclarını bilib özünü tanıyan biri nəyi, nə zaman, necə oxuyacağını bilir və bu şüurla oxumağa davam edən biri oxuduqlarından aldığı fərqindəliklərlə içində olduğu mənfi şərtləri inkişaf etdirmə gücünə sahib olur. Həyatının sükanını öz əlinə alır və dolu yaşamağın verdiyi xoş əhvalla həyatına davam edir.
İnkişaf etmək və inkişaf etdirmək üçün ürəyinizi oxumağa açın.
Mənbə: «İndigo» jurnalı. Müəllif: Deniz Taşkın
Hazırladı: Fidan Aslanova
Necə aydın oxuya bilərəm
Azərbaycanda əksər iri biznes qrupların yaşı 25-i keçməsə də, onların kifayət qədər maraqlı tarixi var. Hazırda bazarda böyük paya sahib olan bir sıra şirkətlər vaxtilə kiçik biznes kimi fəaliyyətə başlayıblar. Onlardan biri də hazırda Azərbaycanın ən böyük qida müəssisələrindən təşkilatlarından Veysəloğlu Şirkətlər Qrupudur.
Fəaliyyətinə 1994-cü ildən başlamış “ VEYSƏLOĞLU şirkətinin əsası Aydın və İlqar Talıbov qardaşları tərəfindən qoyulub..
Hazırda Qrupa “Veysəloğlu Distribusiya”, “V-Trade” topdansatış, “Vesta-Horeca”, “ARAZ” supermarketlər şəbəkəsivə “OBA” marketlər şəbəkəsi, “ULDUZ” şokolad fabriki, “AVT Logistika”, “XONÇA” şirniyyat evi, “ENTRÉE Azərbaycan” kafeləri və Gürcüstanda fəaliyyət göstərən “VG” distribusiya şirkəti daxildir.
– Mən İnşaat Mühəndisləri Universitetini bitirmişəm. Əslində marağım riyaziyyat-fizika sahəsinə idi və universitetin tətbiqi riyaziyyatı fakültəsində oxumaq gistəyirdim, amma getmədim, çünki ailəmin maddi vəziyyəti elə idi ki, hökmən inşaatı bitirməli, gəlib «prorab» olmalıydım ki, pul qazanıb ailəmi dolandırım.
Ali məktəbdə bizə inşaatla yanaşı, kapitalizmi də çox yaxşı öyrətdilər. Bizə Marksın nəzəriyyələrini izah edirdilər, onları mən çox sevərdim və kapitalizmin nə olduğunu da yaxşı öyrəndim. Doğrudur, sovet dövründə kapitalizmi pisləyirdilər, amma onun nə olduğunu doğru formada öyrədirdilər.
1990-cı illərin əvvəllərində SSRİ dağıldı. Mən həmin vaxt artıq 2-3 il idi ki dövlət işində, tikinti sahəsində işləyirdim, maddi vəziyyətimiz çətin idi, ayda 250 manat maaş alırdım, bu, bizi görmürdü, hər ay atamdan 50 manat da alıb kirayə haqqını verirdim. Atam da bu 50 manatı verəndə ara-sıra mənə eşitdirirdi ki, institutu bitirdin, amma hələ pul qazanmağı öyrənməmisən. Təsəvvür edin , universiteti bitirmisən, əlaçı olmusan, indi dolana bilmirsən.
– Necə oldu ki, biznesə başladınız?
– Sonradan İran yolu, bir müddət sonra isə Türkiyə ilə sərhəd açıldı, həmin vaxt artıq ermənilər Meğri yolunu bağlamışdılar və işlər, inşaat dayanmışdı.
Qərara aldım ki, ticarətə başlayım. Atam əvvəlcə icazə vermədi, dedi ki, sən institutda oxumusan, alverçi olmamalısan, dövlət işində çalışmalısan. . Evdə mübahisələr başlandı (gülür). Atama dedim ki, qəbul etməliyik ki, sosializm artıq yoxdur, biz artıq kapitalizmdə yaşayırıq, mən kapitalizmi oxumuşam, burada (yəni kapitalizmdə) dayanmaq olmaz.
Ona görə də mənim qarşımı kəsmə, bu işlə məşğul olacam. Atam hətta məndən incidi, bir müddət danışdırmadı, amma mən iş yerimi tərk edib kapitalizm dövrünün qaydalarına keçdim, biznesə başladım.
– Yəni xaricdən mal idxal edib satılması biznesi ilə?
– Bəli, şirkətin fəaliyyətinin ilk illərində qida məhsulları fərdi yolla, əl yükləri vasitəsilə Türkiyədən Azərbaycana gətirilərək satılırdı. Biz xariclə kiçik ticarətlə məşğul idik. Həmin dövrdə manat durmadan dəyərdən düşürdü, məzənnəsi hər dəqiqə aşağı enirdi , güclü inflayasiya vardı, amma mən bunu hesablaya bilirdim. Yəni, universitetdə aldığım biliklər işimə yarayırdı. İllər keçdikcə bu ticarət böyüdü, yüklərin “TIR” “TIR”larla daşınmasına başlandı.
1994-ci ildə ilk dəfə Türkiyədən “-TIR” la mal gətirdik. 8 min dollar pulumuz vardı və qərar verdim ki, artıq “TIR”la mal gətirməyin vaxtı çatıb. O avtomobil Türkiyədən və İrandan Bakıya 10 günə gəldi və bu müddətdə biz Allah bilir nə çəkdik. Çox narahat idik ki, bir hadisə olar, maşın gəlib çatmaz və zəhmətimiz batar
Amma şükür ki, hər şey qaydasında oldu və biz 1994-cü ili VEYSƏLOĞLU şirkətinin yaranması kimi qeyd edirik. Ondan sonra bu proses davam etdi, idxalı genişləndirdik, sonra anbarlar icarəyə götürüldü, satış-dağıtım sistemi quruldu, distribusiya fəaliyyəti yaradıldı .
– Şirkətin adı necə yarandı?
– VEYSƏLOĞLU mənim atamın adıdır. – mən Veysəlin oğluyam. Biz şirkəti qardaşımla birlikdə qurmuşuq. Ona qədər bir şirkətimiz vardı – “Aydın kiçik müəssisəsi”. Amma onu quranda dedim ki, bu doğru paylanmalıdır, ikimiz də Veysəloğluyuq, belə daha ədalətli olar. Beləcə şirkətin adı VEYSƏLOĞLU oldu, belə də davam etdi.
– “VEYSƏLOĞLU məhsul istehsalına nə vaxt başladı?
– 2000-ci ildən sonra isə Türkiyə deyil, başqa ölkələrdən də idxal etməyə başladıq. Bir müddət sonra isə artıq idxal olunan bir sıra malların ölkə daxilində istehsalı ideyası gündəmə gəldi. 2001-ci ildə ilk yerli istehsal müəssisəmizi – “Uduz” »u şokolad fabrikini yaratdıq.
İstehsala başlamağımızda əsas məqsəd cəmiyyətə, ölkəmizə faydalı olmaq istəyi idi. Əslində, işimiz o vaxt necə idisə, indi də elədir. Ticarətlə məşğuluq. Bu prosesə maliyyə cəhətdən baxanda çox sıxıcı işdir. Bizim üçün əsas məsələ – yaşadığımız ölkənin xalqınının həyatını necə asanlaşdırmaq olar, ona necə xidmət edə bilərik. İdxal fəaliyyətimiz yenə də davam edir, amma artıq istehsalçımız da da var. «Ulduz» şokolad fabriki, «Sirab» və digər bizneslərimiz.
– Necə oldu ki, «Araz» supermarketləri şəbəkəsi yarandı?
– Əslində, Azərbaycanda ilk supermarket zəncirini 1990-cı illərdə mərkəzi Maştağada yerləşən «Xəyal» şirkəti yaratmışdı, 30-dan artıq marketi vardı. Biz hələ o vaxt VEYSƏLOĞLU olaraq onlara mal tədarük edirdik. «Xəyal» bu işə başa çatdıra bilmədi, bundan sonra bazarda «Almalı» marketlər şəbəkəsi yarandı. «Almalı»nın 40-a yaxın marketi vardı və biz VEYSƏLOĞLU olaraq onlara da mal tədarük edirdik. Onlar da müflis oldular. Paralel olaraq biz də bu prosesləri izləyirdik. Mən xüsusilə «Almalı»nın iflasını yaxşı araşdırmağa çalışırdım, istəyirdim biləm, onların problemi nədə oldu, nəyi səhv etdilər.
«Almalı» da bazardan çıxandan sonra biz fikirləşdik ki, bəlkə bu sahəyə biz də daxil olaq. Xatırlayıram, Türkiyədən bir qonağım gəlmişdi, uşaq bezinin istehsalçısı idi, söhbətimiz zamanı qeyd etdi ki, «Aydın bəy, gözəl iş qurmusunuz, inkişafınız var, bazara hakimsiniz. Amma sizə yaraşmaz ki, 3 il sonra gedib marketin qarşısında növbə gözləyəsiz. Amma siz pərakəndə bazarına daxil olmasan, əvvəl -axır növbədə dayanacaqsan». Bu söz məni tutdu. «Almalı» və «Xəyal»ın da təcrübələrini bir daha yada salıb qərara gəldik ki, biz də bir market açaq.
– İlk marketi harada yaratdınız?
– İlk marketimiz 8-ci kilometr qəsəbəsində fəaliyyətə başladı. , Bazarın arxasında bir mağazanı kirayəyə götürdük, onu «Bol market» adlandırdıq. Amma 5-6 aydan sonra 300 min manat zərərlə o mağazanı bağladıq və mən qərar verdim ki, bir də bu sahəyə investisiya etməyəcəyik. .
Amma bir il sonra yenidən bu bazara daxil olmağı qərara aldıq. Bizim 80 yaşlı kanadalı Mark adlı təlimçimiz vardı. O, bizi Rusiyadan olan Yevgeniy adlı iş adamı ilə tanış etdi, onlarla danışdıq ki, Azərbaycanda ortaq market şəbəkəsi açaq. Gedib Gürcüstan təcrübəsini, buradakı marketlər şəbəkəsini öyrəndik, amma elə hazırlıq mərhələsində Yevgeni müflis oldu, mənə zəng etdi ki, mən bu işə görə bilməyəcəm, zərərdəyəm.
Bundan sonra Türkiyədə bu işin mütəxəssislərindən biri olan şəxsə müraciət etdim, və onun da 15%-lə ortaq olması şərti ilə market şəbəkəsi yaratmağı qərara aldıq, beləliklə, 2011-ci ildə «Araz» supermarkatlər marketlər şəbəkəsi fəaliyyətə başladı.
Yeri gəlmişkən, «Araz»a ad fikirləşmək üçün bir neçə ayımızı sərf elədik. Türkiyədən bir dostum mənə dedi ki, Azərbaycanda çoxsaylı toponimlər, ərazi adları var, onlardan istifadə edə bilərsən. Başa düşdüm ki, bu milli ad olmalıdır. Komandamızla müzakirəmizdən sonra sona «Aran» və «Araz» adları qaldı. Uzun müzakirədən sonra «Araz» adını seçdik.
– Əvvəlki market şəbəkələrinin zərərlə işləyib müflis olmasından sonra «Araz»da işlər necə getdi?
– Elə ilk aydan zərərlər başladı, cəmi 3 market açılmışdı, ayda 50 min zərər edirdik. Market sayını 7-yə qaldırdıq, zərər də ayda 100 min manata yüksəldi. Mən də artıq ortağımdan öz payını yatırmağı tələb edirdim (gülür) ki, bu işin içindən çıxa bilək. Yeri gəlmişkən, onun da Türkiyədə 40 marketi vardı və elə həmin vaxtlarda xəbər gəldi ki, onun da şəbəkəsi müflis olub və beləliklə, o da bizdən ayrıldı. Həmin vaxt marketlərimizin sayı da, zərəri də artmışdı.
– Zərər hansı həddə idi?
– 2015-ci ilin avqust ayında «Araz» ayda 500 min manat zərərlə işləyirdi. Yəni, əvvəllər 100 min manat olan aylıq zərər indi artıq 500 min manat olmuşdu. 500 min manatlıq zərər göstəricisi məni şoka saldı. Biz müflisləşməyə imza atmalı idik. Çünki ortada rəqabət vardı və biz bəzi məsələlərdə ciddi səhvlərə yol verirdik. 18 marketimiz qalmışdı,
– Bəs vəziyyətdən necə çıxdınız?
– Vəziyyətdən çıxmaq üçün bazarı yaxşı araşdırmağa başladıq.Bunun üçün ciddi resurslar, kadrlar ayırdıq. İndiyə qədər olan səhvlərimizi detallı analiz etdik. Edilən səhvləri düzəltdik və artıq 6 aydan sonra zərəri sıfıra endirdik, daha sonra isə fəaliyyətimiz müsbət istiqamətdə dəyişməyə başladı. . Yəni, biz real rəqabətin içərisindəyik. Kapitalizmdə başqa yol yoxdur – amansız rəqabət var, kimlərsə iflas etməli və bazardan çıxmalıdır. Bu rəqabətdən qazanan yeganə tərəf xalqdır. Rəqabət olmayanda isə xalq da uduzur, şirkət də.
– Bəs «Oba» marketlər şəbəkəsi necə oldu ki, yarandı?
– Bizim «Oba», yəni diskaunt, endirimli satış layihəmiz əvvəlcədən vardı. Əslində, «Araz»dan əvvəl biz diskaunt şəbəkəsini qurmaq istəyirdik. Müxtəlif ölkələrdə belə şirkətlərin necə işlədiyini də araşdırmışdıq. Amma o vaxt bu prosesi axıradək başa düşə bilməmişdik, ona görə də ilk olaraq supermarketlər layihəsindən – «Araz»dan başladıq.
«Oba»ya ad seçərkən belə bir şərt qoyduq ki, ad milli, eyni zamanda qısa olmalıdır. Yenə də Azərbaycanın toponimləri və qədim adlardan biri ilə bağlamalıydıq. Çox təkliflərdən sonra «Oba»nın üzərində dayandıq. «Oba»da işlər əvvəl yaxşı başladı, amma 5 yaşına çatanda onda da problemlər yarandı. Bütün komanda toplanıb onu qurtardıq, necə ki, «Araz»ı 5 yaşında xilas eləmişdik. Ümumiyətlə, xaricdə belə bir deyim var ki, 10 ili başa vuran biznes ömürlük yaşayacaq.
– Aydın müədllim, necə olur ki, «Oba» marketlərində qiymətlər bu qədər ucuzdur? Bəziləri bu ucuzluğa görə buradakı malların keyfiyyətinin aşağı olmasından şübhələnir.
– Baxın, biz bəzən müştərilərdən inciyirik, ucuz mal verdiyimizə görə bizi pisləyirlər, bildirirlər ki, bəlkə mal keyfiyyətsizdir, ona görə ucuzdur? Bəlkə də bizim mentalitetdə düzəlməli olan bir nöqtə var – hər şeyə şübhə ilə yanaşırıq. «Oba»da malları ucuz satmağımıza gəlincə, biz bu işi qurmuşuq, bütün məsələləri nəzərə almışıq, burada maliyyəyə təsir edən çoxsaylı amillər var. Bunların hamısının öhdəsindən gəlmək üçün nələrdən keçirik.
«Oba» ona görə ucuzdur ki, öz satdığı məhsulların 30%-ni özü idxal edir. Bazarda o mallar ancaq «Oba»da var. Nəticədə VEYSƏLOĞLU kimi şirkətlərin öz məhsullarının üzərinə qoyduğu marjanı silir və bəzi mal çeşidlərində 18-20% ucuzlaşmanı yarada bilir.
– Bəziləri bildirir ki, «Oba» onu görə ucuzdur ki, «Veysəloğlu» öz gətirdiyi məhsulları «Oba»ya daha aşağı qiymətlə satır və o biri marketləri çökdürməyə çalışır. Buna nə deyə bilərsiniz?
– Bu da qətiyyən həqiqətə uyğun deyil, baxın, «Veysəloğlu» distribusiya şirkəti idxalçıdır, «Oba» satıcı. Mən onların hər ikisində payçıyam, amma bizim «Veysəloğlu»nda elə payçılarımız var ki, onlar «Oba»da payçı deyillər. Mənim haqqım çatmır ki, «Veysəloğlu»nun malını «Oba»ya ucuz satım. Bizim strukturumuz, ortaqlıq sistemimiz buna imkan vermir. «Veysəloğlu»nun C baş icracı direktoru (CEO) bütün marketlərə, o cümlədən «Oba»ya da məhsulu karlı qiymətə satmaq istəyir.
Ümumiyətlə, biz pərakəndə ticarətə daxil olanda çox narahat idik ki, «Veysəloğlu»nun müştəriləribizdən inciyəcək ki, bu sahəyə daxil olaraq onlara rəqib yaratdıq. Ona görə də qiymət məsələsinə son dərəcə həssəs yanaşırıq və məhz bu səbəbdən «Veysəloğlu» demək olar ki, müştəri itirmədi. Biz hətta digər müştərilərə «Oba» ,«Araz» ın marketin qiymətlərini fakturalarla təqdim edə bilərik.
Bir vacib məqam da var – «Araz»da və «Oba»da «Veysəloğlu» şirkətinin idxal etdiyi məhsulların payı ümumi məhsulların 10%-nə çatmır. 90% başqa şirkətlərin məhsullarıdır.
– «Oba» da satılan malları «Araz» marketlərdə də sata bilərsiniz. Belə olan halda yeni bir şəbəkəyə nə ehtiyac vardı?
– Ümumiyyətlə, «Araz»la «Oba»nın ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır, elə dünən«Oba»nın 320 min müştərisi olub. Bu o deməkdir ki, 320 min nəfər onu seçib. Bizə çoxsaylı müraciətlər daxil olur ki, niyə bizim yanımızda «Oba» açılmır. Hətta Naxçıvandan belə tələbat gəlir, biz bununla əhaliyə seçim veririk. Bu marketlər şəbəkəsinin yaşayıb-yaşamamasına əhali qərar verir. Bizim işimiz tələbatı doğru dəyərləndirib ona uyğun təklif verməkdir.
Ümumiyyətlə isə supermarketlər şəbəkəsinin əhəmiyyəti ondan ibarətdir ki, əgər şəbəkələr olmasa (on il əvvəl olduğu kimi), adi marketlər gedib, məsələn, Gədəbəydə yerli istehsalçıdan kartofu alıb gətirə bilməzlər. Onların buna sadəcə gücü satmayacaq. Nəticədə yerli istehsalçılar ancaq bazarların ümidinə qalacaqlar və onların məhsulları bazarlarda çürüyəcəklər. Bizim «Araz» və «Oba» üçün yaratdığımız satış komandası isə indi rayonlarda yerli məhsulları yığmaq üçün istehsalçılarla görüşürlər.
Digər tərəfdən, son vaxtlaradək Azərbaycanın bəzi şirniyyat istehsalçıları bizneslərin bağlayıb satırdılar. Çünki mallarını paylaya bilmirdilər, paylayanda da pulunu yığa bilmirdilər. Tək-tək mağazalarla bunu eləmək asan deyil. «Oba» fəaliyyətə başlayandan sonra isə bizneslərini böyütməyə başladılar. Çünki onlar mallarını «Oba»ya təhvil verirdilər, bir yerdən də pullarını alırdılar. Qalan işi «Oba» görür. İstehsalçı isə yalnız öz işi ilə – istehsal ilə məşğul olur. Beləliklə, şəbəkə marketləri istehsalçılarla, kəndlilərlə və sənaye ilə əhali arasında önəmli bir zəncirə çevrilib. Bu da onların inkişafına bir təkandır.
– Hazırda Veysəloğlu Şirkətlər Qrupunun nə qədər əməkdaşı var?
– Dediyim kimi, 2015-ci ildə şirkətimizdə 4600 nəfər çalışırdı, indi 17 min nəfərdir. Biz ildə 2-3 min iş yeri yaradırıq. Hər il ciddi kapital qoyuluşu edirik. Onun mənbəyi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və yerli banklardır. Bu məbləğlər 100 milyonlar ətrafındadır. Yeri gəlmişkən, biz AYİB-lə yanaşı, yerli banklar, o cümlədən Türkiyə bankları ilə də işləyirik, onlar AYİB-lə kredit şərtlərində ciddi rəqabətdədirlər və kredit portfelimizdə yerli banklar Avropa bankından daha artıqdır.
– Belə geniş şəbəkənizə və işçi sayına baxmayaraq son illərə qədər sizin şirkət barədə məlumat demək olar ki, yox idi.
– Açıq deyim, 2015-ci ilədək biz mediaya bağlı idik. Bizdən yazmayın, bizi soruşmayın, bizimlə işiniz olmasın – qapalı bir şirkət idik. Düşünürəm ki, o strategiya kifayət qədər yaxşı idi və onun sayəsində biz bu günə gəlib çıxmışıq.
Təsəvvür edin, 4-5 il əvvəl iqtisadiyyat nazirliyi ilə bir problemimiz barədə danışırdıq, onu həll etmək istəyirdik, məndən əməkdaşlarımızın sayını soruşdular. Bildirdim ki, rəsmi olaraq 4600 nəfərdir, inanmadılar. Soruşdular onda niyə indiyədək sizi tanımamışıq, dedim bəlkə də biz özümüz istəməmişik, ona görə.
2015-ci ildən sonra isə qərar verdik ki, qapalılıqdan çıxmalıyıq. Çünki istəyirik bizim haqqımızda yanlış yox, doğru məlumatlar verilsin.
Comments are closed, but trackbacks and pingbacks are open.