45 cavabsız sual (elmi və fəlsəfi)
Cavablandırılması ən çətin suallardan biri, çünki çox subyektivdir. Yüz mütəxəssisləri bir araya gətirsək belə, bədii ifadənin həqiqətən nə olduğunu və nəyin olmadığını təsvir etmək üçün yekdillik əldə edə bilərik.
Evdə xarici dili necə öyrənə bilərik?
“Evdəyik, vaxt çoxdur, amma dil biliklərimi inkişaf etdirmək cəhətdən bu imkandan istifadə edə bilmirəm. Ətrafda xarici dili evdə öyrəndiyini deyən adamlar da var, onlara həsəd aparıram. Çünki karantin başlayandan dəfələrlə cəhd etmişəm, 2-3 gün sonra yarımçıq qoymuşam. Evdə öyrənən tanışlardan necə etdikləri ilə maraqlanıram, hərə bir üsul deyir, yoxlayıram, yenə də mənim üçün qəliz olur və yarımçıq qalır”. Bu sözləri bizimlə söhbətində Əfsanə bildirdi.
Ümumilikdə, evdə dil öyrənməyə cəhd edənlər çox olur, ancaq bir müddət sonra çoxu yarımçıq buraxır. İndi karantin günləridir, vaxtımız boldur və bu müddətdən özümüzü inkişaf etdirmək üçün yararlana bilərik. Nəzərə alsaq ki, bir çox şəxs xarici dil öyrənmək istəyir və karantinin vaxt cəhətdən yaratdığı bu fürsəti də o istiqamətdə dəyərləndirməyə çalışır. Başqaları bu işdə bacarıqlı olursa, biz cəhd edirik, amma alınmırsa, bunun da yəqin ki səbəbləri var. Nədir o səbəblər? Evdə xarici dili necə öyrənə bilərik?
Müəllimsiz 3 dil öyrənmişəm
İlk olaraq belə fikirlərlə qarşılaşırıq ki, heç də bütün dilləri evdə, kursa getmədən, müəllim izahı olmadan öyrənmək mümkün deyil. Bizdə ən çox rus və ingilis dillərini öyrənməyə cəhd edilir. Bunları müqayisə edəndə, “ingilis dilini evdə öyrənə bilərsən, rusu yox, çünki çətindir” kimi fikirlər səsləndirilir. Bir neçə dili evdə özü öyrənən, türk polyak və Azərbaycan dillərində dərs keçən Ramin Həbibzadə deyir ki, hansısa dil bir az çox digəri, az vaxt apara bilər, amma hər birini insan özü araşdırıb öyrənə bilər: “İngilis, rus, türk dillərini saymasaq (Orta məktəbdə rus sektorunda oxumuşam, bakalavr təhsilimi isə ingilis dili və ədəbiyyatı fakültəsində almışam), çox yaxşı səviyyədə polyakca, orta səviyyədə isə ispanca və rumınca bilirəm. Hər üç dili özüm öyrənmişəm. Düşünürəm ki, bütün dilləri evdə öyrənmək olar. Çünki biz çox şanslı zamanda – internet əsrində yaşayırıq. İstədiyimiz məlumatı müəllim olmadan da internetdə tapa bilərik. Bütün dilləri öyrənmək üçün sərf edəcəyimiz vaxt eyni olmaya bilər. Məsələn, bir dilə bir ay lazımdırsa, başqasına 3-4 ay lazım ola bilər. Dilin çətinliyi, sənin ana dilinin qrammatikasına yaxınlığına görə fərqlər yarana bilir. Öyrənəcəyin dilin ana dilinlə qrammatik yaxınlığı varsa, bu, öyrənməyə çox kömək edir, daha az vaxt alır”.
Öyrən, sonra kitaba bax
IELTS və “General” ingilis müəllimi Ramin Sayadov deyir ki, inadkar və öyrənmək istədiyi dili sevən hər kəs müəllim olmadan evdə bunu bacara bilər: “Mümkün olmayan iş deyil, hər kəs bacara bilər. Ancaq deyim ki, bu, həmin şəxsdən böyük əzm tələb edir. Çünki evdə öyrənməyə cəhd edirsənsə, daha çoxşaxəli yanaşmaq lazımdır. Məsələn, kitabdan öyrənib sonra praktika etməkdənsə, praktik yollardan istifadə edərək öyrənib sonra onun kitabda necə əks olunduğunu araşdırmaq daha effektiv və məhsuldar olacaq”.
IELTS-ə də özün hazırlaşa bilərsən
“İlkin mərhələni öyrənə bilərsən, amma IELTS-ə hazırlaşmaq üçün mütləq müəllim yanına getməlisən” tipli fikirlərə gəlincə, “Stepbystep English” platformasının qurucusu, ingilis dili müəllimi Leyla Abdıyevabildirdi ki, bunu da insan evdə özü edə bilər: “İngilis dilində 6 səviyyə var. 4-cüsü “intermedite”dir. Bu səviyyədə sərbəst, rahatlıqla fikri ifadə etmək olur. Məsuliyyətli, planlı və məqsədli olsalar, bura qədər hər kəs öyrənə bilər. Ancaq həmin məsuliyyətli, məqsədli və planlı adamların evdə hazırlaşıb IELTS imtahanında yüksək nəticə göstərmələri mümkündür. Şərt deyil ki müəllim olsun. IELTS daha çətin imtahandır, dünya səviyyəsində olan sertifikatdır. Amma o demək deyil ki, insan özü hazırlaşa bilməz. Əsas məqsəddir”.
Öyrənməni yorğun vaxta saxlamaq olmaz
Bir çox hallarda evdə öyrənməyə cəhd edənlər bir neçə gündən sonra həvəsdən düşürlər. Evdə hansı üsullarla öyrənək ki, yorucu gəlməsin, həvəsimiz ölməsin?
Ramin Həbibzadənin sözlərinə görə, bu kimi problemlər doğru materiallar seçilməyəndə, yaranır: “Çünki insanın etdiyi şeylər nə qədər çox ürəyincədirsə, onu daha çox etmək istəyər. Mən dil öyrənərkən çox kitab işlətmirəm. Çünki kitabda akademik, rəsmi dildə yazılır. Kitablardan öyrəndiyimin yüzdə əllisini sonra istifadə etmirəm. Çünki danışmağa başlayandan sonra görürsən ki, real həyatda olanlar kitabda öyrəndiklərindən daha fərqlidir. Bu, kitablardan öyrəndiklərini heç vaxt istifadə etməyəcəksən anlamına da gəlmir.
Öyrənmə metodlarımdan biri insanlarla danışmaq, ən çox sevdiyim mövzularda məqalə oxumaq, video dinləmək və s.dir. Məncə, hər insanın öyrənmək üçün fərqli metodu olur. Hər kəs eyni üsulla öyrənə bilməz. Bir çox insan musiqi dinləyərək, filmlərə baxaraq öyrənirlər. Amma mən mahnı dinləyərək öyrənə bilmərəm. Gərək öz sevdiyim cümlələri qurum.
Bir də dil öyrənməni beynin yorğun vaxtına saxlamaq olmaz. Çünki yorğun vaxtda başlayanda ilk 15 dəqiqədən sonra 1 saatın nə vaxt bitəcəyini gözləyəcəksən. Bu da effektsiz olacaq”.
Öyrəndikcə öyrət
Ramin Sayadov həvəsən düşməmək üçün iki faydalı yolu məsləhət görür: “Birincisi, yalnız öyrənməklə kifayətlənməmək, həm də öyrətmək metodudur. Evdə qardaş-bacıdan birini, yaxud dostunu, rəfiqəni öyrədə bilərsən. De ki, mən öyrədə bilirəm. O, səndən qat-qat zəifdirsə, sən onu öyrətdikcə, daha çox həvəslənəcək və daha çox üzərində işləyəcəksən ki, sonra onu həmin tələbənə öyrədəsən. İkinci yol isə, mümkün qədər tərcümələr etmək və texnologiyanın imkanlarından faydalanaraq həmin tərcümələri yoxlamaqdır. Çünki müəllim yoxdur, özün yoxlamalısan”.
Məqsədlərimiz motivasiyamız olmalıdır
Leyla Abdıyeva bildirdi ki, insanın motivasiyası məqsədləri olanda, həvəsdən düşmür: “İlk olaraq “bu dili niyə öyrənirəm” sualına cavab tapmaq lazımdır. Qarşısına hansısa məqsəd qoymuş şəxslə sadəcə dili öyrənmək istəyənin motivasiyası eyni olmur. Məsələn, xaricdə təhsil almaq üçün bu dili öyrənən şəxsin motivasiyası elə belə dil öyrənən şəxsin motivasiyasından fərqli olur. Motivasiya edəcək şey güclü və limitlidirsə, motivasiyadan düşmə olmayacaq. Əksinə, təyin olunmuş vaxt yaxınlaşdıqca daha da motivasiya olunacaqsınız. Əgər İELTS imtahanınıza bir ay qalıbsa, oxumağa daha çox vaxt ayırmağa çalışacaqsınız ki, yığdığınız bal daha yüksək olsun”.
Ramin Həbibzadə deyir ki, dil öyrənmə prosesində yaradıcılıq önəmlidir: “Kreativlik çox vacibdir. Mən hazırda onlayn dil tədris edirəm. Dərs prosesində tələbələrə dünən nə etdikləri ilə bağlı sual verirəm. Deyir ki, heç nə. Mən o adama necə dil öyrədə bilərəm? İzah edirəm ki, sənin dünən nə etdiyini bilmək istəmirəm. Sadəcə, siz danışasınız deyə soruşuram. Məsələn, de ki, Amerikadan dostum gəldi, onunla kinoya getdik. Yaxud dünən evdə oturdum, TV-yə baxdım, kitab oxudum. Bunları bacaranlar tez öyrənirlər”.
Plansızlıq
Leyla Abdıyevanın sözlərinə görə, müəllim olmadan öyrənmə prosesinin uğursuz alınmasının bir səbəbi də plansızlıqdır: “Plan olmalıdır. Evdə öyrənirik deyə, bunu pərakəndə etməməliyik. Həftəlik, aylıq planlar yazmalı və hər gün ona əməl etməliyik. Təbii ki bu yorucu, sıxıcı və özümüzü çox yükləyəcək dərəcədə tapşırıqlar olmamalıdır. Əylənərək, tətbiq edərək öyrənmək daha faydalıdır. Həmçinin hər ayın sonunda nəticəmizə baxmalıyıq. Bu, bizi daha çox motivasiya edər, öyrənməyə həvəsləndirər”.
Ramin Həbibzadə deyir ki, hər gün vaxt ayırmaq dili öyrənmək üçün vacib məqamdır: “Fikrimcə, hər gün 45 dəqiqə, 1,5 saat bəs edər. Çox vaxt ayırmağa da ehtiyac yoxdur. Çünki dil öyrənərkən beynimiz yeni informasiya alır. Hamısını eyni vaxtda yadda saxlaya bilməz. Hər gün 45 dəqiqə, bir saat məşğul olmaq daha effektlidir, nəinki 2-3 gündən bir, iki saat və daha çox vaxt ayırmaq. İndi karantin müddətidir, evdə vaxt olur və bundan istifadə etmək lazımdır. Ancaq adi vaxtlarda da “dil öyrənməyə vaxt tapa bilmirəm” deyə, bir şey yoxdur. Çünki öyrəndiyimiz dildə 15-20 dəqiqə nə isə dinləsək belə, bunu vaxt ayırmaq saya bilərik”.
Pandemiya ilə bağlı gündəmi ingiliscə izləmək
Ramin Sayadov bildirdi ki, indi bir çox insan evdədir və koronavirus pandemiyası ilə bağlı xəbərləri izləyir, məlumatlar oxuyur. İngilis dilini öyrənmək istəyənlər xəbərləri bu dildə oxusalar, dinləsələr bu, dil biliklərinə müsbət təsir edər: “Hətta karantin dövründən əvvəl – yəni normal həyat sürərkən belə tələbələrimə deyirdim ki, sizə maraqlı gələn mövzular üzrə araşdırma edin və oxuyun. Çünki günümüzdə insanlar, xüsusilə əksər gənclər hər hansı yazılı məqaləni ya heç oxumur, ya da axıra qədər oxumaqda elə də həvəsli deyillər. Xarici dildə isə xüsusilə həvəssiz yanaşırlar. Günümüzdə isə əslində “win win situation” (Hər iki halda qalib) prizmasından məsələyə yanaşmaq mümkündür. Belə ki karantin dövründə xarici bir dili, əsasən də ingilis dilini inkişaf etdirmək istəyən birisi ən azından gündəmi zəbt edən koronavirus haqqında olan rəsmi və ya qeyri-rəsmi məlumatları ingilis dilində oxuya, yeni sözlər öyrənə bilər. Bununla həm də yeni məlumatlar əldə etmiş olar”.
Evdə dil öyrənmək deyəndə, ən çox istifadə olunan üsullardan biri də dil öyrədən tətbiqlərdir.Ramin Sayadov bunun effektli olduğunu deyir, ancaq burada da diqqət edilməli məsələ var: “Həmin tətbiqlərdən istifadə etməyin də evdə dil öyrənmə zamanı kifayət qədər müsbət təsir etdiyini düşünürəm. Amma gərək davamlı olaraq eyni proqramdan uzun müddət istifadə etməyəsən. Tez-tez fərqli proqramlarda öyrənməyə cəhd etmək faydalıdır. Çünki onlar çalışırlar ki, hər dəfə daha innovativ və produktiv üsulları tətbiq etsinlər. Bu da istifadəçinin xeyrinədir”.
Dil öyrənməyi həyat tərzinə çevirmək lazımdır
Xarici dil öyrənmək deyəndə, həmin dildə filmə baxmağın, hekayə oxumağın önəmi xüsusi vurğulanır. Ancaq bu da bəzən insanları həvəsdən salır. Leyla Abdıyeva deyir ki, burda da diqqət edilməli məqamlar var: “Hekayə oxumaq və filmə baxmaq paralel olaraq iki bacarığı artırır. Dinləmə və oxuma. Təbii ki filmlərə baxmağa başlayanda, şəxs “beginner” və “elementry” səviyyəsindədirsə, hər hansı “pre-intermedite” və “intermedite” səviyyəli filmlərə baxsa, ona çətin olacaq. Sözlərin çox az qismini başa düşəcək, filmi hərəkətlərdən anlamağa çalışacaq və bu, ona sıxıcı olacaq. Tam başa düşmədiyi üçün həvəs də olmaya bilər. Ona görə “beginner” və “elementry” səviyyələrindədirlərsə, cizgi filmləri daha məsləhətlidir. Sözləri, tələffüzləri öyrənsinlər. Sonra digər “pre-intermedite” və “intermedite”yə çatanda filmlərə baxa bilərlər. Təbii ki hər səviyyəyə uyğun filmlərə baxmaq lazımdır.
Hekayələrə gəldikdə şəxs hansı mərhələdədirsə, ona uyğun kitab oxusun. Həm motivasiyadan düşməmək, həm də dilini tədricən inkişaf etdirmək üçün.
Ümumiyyətlə, dili həyat tərzinə çevirmək lazımdır. Hansı dili öyrənirsinizsə, o dildə mahnılar dinləmək, məlumatları o dildə oxumağa çalışmaq, sosial şəbəkələrdə o tipli səhifələri izləmək və s. lazımdır”.
Aygün Asimqızı
45 cavabsız sual (elmi və fəlsəfi)
İnsanlar maraqlıdır və baş verən hadisələrə və ünsiyyət qurduğumuz insanlara cavab tapmaq üçün ətrafımıza daim baxırıq.
Bundan əlavə, həyatımızın mənasını tapmağa çalışırıq, buna görə hər zaman daha çox məlumat əldə etməyimizə imkan verən şeyləri soruşur və soruşuruq, həmçinin ətrafımızda və ya həyatımızda baş verənləri daha yaxşı izah edirik.
- “13 çox çətin fəlsəfi sualın cavablandırılması”
- “Ən yaxşı 12 trivia oyunu”
Cavabı olmayan suallar
Elmin bir izahat tapmadığı və ya sualın mənası olmadığı üçün bir cavabı olmayan bir sual növü var. Bu yazıda cavabsız sualların siyahısını hazırladıq.
Fəlsəfi və elmi suallar
Cavabı olmayan bir sıra fəlsəfi və elmi suallar var. Bunlar aşağıdakı kimidir.
1. Digər planetlərdə həyat olacaqmı?
Cavabı olmayan, həm filosofların, həm də elm adamlarının verdiyi bir sual: həyat başqa planetlərdə mövcuddurmu?? Bəzi insanlar uçan boşqabları gördüklərini bildirirlər, ancaq dünyadışı həyatın dünyaya ayaq basdığına dair heç bir dəlil yoxdur. Başqa planetlərdə həyat olsaydı, necə bir həyat olardı?
2. Ölümdən sonra həyat varmı?
Ölümdən sonra nə olur? Məntiqi baxımdan ruhumuzun cənnətə getdiyinə dair bir dəlil yoxdur. Ancaq bunu sübut etmək üçün orada olmamışıqsa, bu da mütləq bir həqiqət deyil.
3. Kainat genişlənirmi?
Son vaxtlara qədər Kainatın sonsuz olduğuna inanılırdı, bu gün elmi ictimaiyyət genişləndiyini açıq şəkildə göstərir. Düşünməyə davam etsək, bunu təsəvvür etmək çətindir və bəlkə də gələcəkdə kosmosla bağlı başqa bir açıqlama ortaya çıxacaq.
4. Big Bang nəzəriyyəsi doğrudurmu?
Kainat genişlənsə, Big Bang nəzəriyyəsi bir məna daşıyacaqdır. Lakin bu versiyanı tənqid edən alimlər də var.
5. Niyə heç bir şey əvəzinə bir şey var?
Əlbəttə, Kainat necə yoxdan yarana bilərdi. Heç bir şey olmadığı necə ola bilər? Və . bir şey var ki? Bizi idarə edən bu fiziki qanunlar haradan qaynaqlanır? Müasir fizikada heç bir şey bunu izah etmir.
6. Neçə kainat var?
Kainatımızı başa düşmək onsuz da çətindirsə, başqalarının varlığını nəzərə alaraq təsəvvür edin. Daha çox Universitetin olması mümkündürmü? Xeyr deyərdim, amma . bəli nə olar?
7. Təbiətə görə yaxşı və ya pisik?
İnsan təbiəti necədir? Yaxşı və ya pisdir? Aydın olan budur ki, biz uyğunlaşırıq və ətraf mühit bizi şərtləndirir. Ancaq genlər şəxsiyyətimizi nə dərəcədə təyin edir.
8. Ədalət varmı?
Həyat ədalətli deyil, yalnız ətrafımıza nəzər yetirməlisən. Vəhşi hadisələr günün qaydasıdır və bizi də qorumalı olduğu insanların korrupsiyasıdır. Həm də mənim üçün ədalətli olan sizin üçün ədalətli olmaya bilər.
9. Həyatın mənası nədir?
Ekzistensialist fəlsəfə bu sualı çoxdan soruşur. Bəs həyatın mənası nədir? Xüsusi bir istedadla doğulmaq və inkişaf etdirmək üçün şanslı olanlar üçün, şübhəsiz ki, bəli. Ancaq çox əlverişsiz şəraitdə doğulan insanlar var ki, istedadlarını nəzərə almasınlar. Sonra, Məsələn, müharibə anlarında doğulsan, həyatın mənası nədir?
10. Tanrı var?
Ali varlıq varmı? Dünyada tapa biləcəyimiz bir çox dinin olduğunu nəzərə alsaq inanmaq çətindir. Üstəlik, günahsızlar üçün belə bu qədər qəddar həyat, niyə ağamız bunun qarşısını almaq üçün heç bir şey etmir?
11. İnsan haradan gəlir?
Həyatın daha sadə formalarından inkişaf etdikmi? Bir neçə meymun növünün qarışığımızmı? Bizi daha yüksək zəka yaradıb?
12. Azadlıq nədir?
Çox axtarılan və tələb olunan bir dəyər, amma . azadlığın nə olduğunu dəqiq bilirikmi? Bəlkə də hər bir insanın fərqli və bənzərsiz bir konsepsiyası var, buna görə müəyyən subyektiv qiymətləndirmələr aparmadan azadlıqdan danışmaq asan deyil.
13. Sənət nədir?
Cavablandırılması ən çətin suallardan biri, çünki çox subyektivdir. Yüz mütəxəssisləri bir araya gətirsək belə, bədii ifadənin həqiqətən nə olduğunu və nəyin olmadığını təsvir etmək üçün yekdillik əldə edə bilərik.
14. Bir sınaq olmadığımıza əmin ola bilərikmi?
Yoxsa başqa cür desək: bildiyimiz gerçəkliyin dəqiq, gerçək olduğuna dair nə qədər əminlik var? Matrisdəki kimi qondarma bir gerçəklikdə yaşadığımızı düşünmək ağılsız deyil.
15. Subyektiv təcrübə nədir?
Gerçəklik maddədən və enerjidən ibarətdirsə, şüur nədir?
16. Hüceyrələrimizin cəmindən çoxuqmu?
İnsan bədəni canlı bir varlığa səbəb olur, eyni zamanda, hüceyrələr də canlı varlıqlardır. Bundan əlavə, vücudumuzun işləməsi üçün ətrafdakı bakteriyaların da orada iştirakı lazımdır.
17. Növlər arasında keçid harada baş verir?
Bioloji təkamülün müəyyən bir nöqtəsində bir növün bir hissəsi olan canlılar, zaman keçməsi və ətrafa uyğunlaşma təzyiqləri səbəbiylə başqa bir fərqli növə çevrilir. Bu keçidin baş verdiyi vaxtı necə təyin etmək olar?
18. Fikirlərimiz bizimdir?
Hər bir fərdin öz düşüncə axını var, eyni zamanda, bu fikirlər bizdən əvvəlki digər insanlar tərəfindən müəyyənləşdirilmiş və müəyyənləşdirilmiş anlayışlara aiddirvə bu, dil vasitəsilə bizə ötürülüb.
19. Bir neçə dəfə ölmək mümkündürmü?
Öləcəyimizi düşünərək huşumuzu itirirsinizsə, bu, həqiqətən ölməklə eyni deyilmi?
20. Elm yolu ilə həqiqətə çata bilərikmi?
Elmi olaraq əldə edilmiş biliklər müvəqqəti etibarlı inanclardan daha çox həqiqəti əks etdirirmi?
21. Asılılıq yaradan dərmanlardan pulsuz istifadə etmək mümkündürmü?
Bu tip dərmanlar iradəmizi bükməklə xarakterizə olunur. Bu vəziyyətdə, bunlardan istifadə edənlərin bunu sərbəst istifadə etdiklərini söyləmək olarmı?
Mənasız suallar
Digər suallar sadəcə cavabsızdır, çünki cəfəng və ya mənasızdır.
1. Keçəl kişilər üzlərini nə qədər yuyurlar?
Üz və saç dərisi arasındakı sərhədin harada olduğunu bilmək çətin ola bilər fərqləndirəcək saç olmadıqda.
2. Niyə bir insan haqlı olduqda, onu ona verməlisən? Əgər onsuz da varsa. Bu vəziyyətdə, olmadığı zaman ona verməlisən, elədir?
Heç bir mənası olmayan və buna görə də cavabı olmayan bir sual.
3. Niyə bir iti burnuna vurursan, qəzəblənir və pəncərəsi aşağı vəziyyətdə maşında sərnişin kimi götürsək, başını küləyə yapışdırır?
Şübhəsiz ki, sərinləmək üçün və ya çöldə olanları qoxulamaq üçün başınızı çıxarın. Bu sualın cavabı qaranlıqdır.
4. Niyə Goofy iki ayağı, Pluton isə dörd ayağı ilə yeriyə bilir? Hər ikisi də köpək deyilmi?
Cizgi filmlərində şeylər çox vaxt izahat verilmədən baş verir.
5. Çaxmaqdaşlar Məsihdən əvvəl yaşayırdılarsa niyə Milad bayramını qeyd etdilər?
Bu cizgi filmlərindəki personajların Milad bayramını qeyd etməsi o qədər də mənalı deyil.
6. Pişiyimin neçə həyat qoyduğunu necə öyrənə bilərəm?
Deyə bilmirəm və ya . bəli! Onun yalnız bir ömrü qalır, o da yalnız o.
7. Yetkinlər zinadan zövq aldıqları qədər körpələr də uşaqlıqdan zövq alır?
Sözlərlə oynamaqla hazırlandığına görə bu suala cavab vermək mümkün deyil.
8. Niyə siçan ətirli pişik yeməyi yoxdur?
Bu suala cavab vermək çətindir. Heç kim düşünübmü?
9. Niyə təhlükələrdən çəkinməlisən? Ancaq insanlar onları istəməsə və ya verməzsə .
Müəyyən bir yumor hissi olan bir sitat, bu səbəbdən bu suala cavab axtarmağa ehtiyac yoxdur, çünki yox.
10. Təsərrüfat işçiləri işlərindən bezib “hamısından qurtulmağa” qərar verdikləri zaman hara gedirlər?
Şəhər işçiləri dincəlmək üçün çöllərə gedirlər. Şübhəsiz ki, ölkədə onlar şəhərdəki kimi vurğulanmayacaqlar. Bunu etsələr, sahənin özündən zövq ala bilərlər.
11. Niyə heç kim Clark Kentin Supermen olduğunu dərk edə bilmir? Eynək və bir az qıvrım insanı bu qədər dəyişə bilərmi?
Çox əyləncəlidir, sadəcə eynəklərinizi və saç modelinizi dəyişdirərək, heç kim Clark Kent və Supermenin eyni insan olduqlarını anlamır.
12. Bir vəkil dəli olursa, işini itirirmi?
Bir vəkilin məhkəməni itirmək üçün dəli olması ilə əlaqəsi yoxdur, bu səbəbdən bu sual olduqca istehzalıdır.
13. Niyə içmədən əvvəl içkiyə “içki” deyirik?
Dildə bu şeylər var. Heç bir şey olmadığı yerlərə baxmaq lazım deyil.
14. Yaxın Şərqin digər yarısı haradadır?
Orta Şərqə xəritədəki miqdarına deyil, mövqeyinə istinad edilir.
15. Ətraf mühitin digər yarısı haradadır?
Əvvəlki sual kimi. Bunun kəmiyyətlə heç bir əlaqəsi yoxdur.
16. Niyə Tarzan uzun saçlıdır, amma cəngəllikdə itirdiyi bütün illərində bir az saqqal saxlamayıb?
Saqqallı ola bilsə də, Tarzan bir filmdə rol alan qondarma bir obrazdır.
17. Nə üçün batareyasının bitdiyini bildiyimiz zaman televiziya pultundakı düymələri niyə bu qədər sıxırıq?
Bu sualı cavablandırmaq çətindir, amma kanalları dəyişdirə bilməməyimizin əsəbiliyi bu reaksiyaya səbəb ola bilər.
18. Niyə açıq bar məclisində əsla pulsuz olmayan tək şey bardır?
Açıq bar içkilərin boş olmasına işarə edir, barın boş qalmasına deyil.
19. Əgər adi ədəbsizliklə sinonimdirsə, niyə qeyri-adi çox vulqar demək deyil?
Bunun belə olması üçün heç bir səbəb yoxdur. Bu dilin bir hissəsidir
20. Niyə “ayrı” hamısı birlikdə, “hamısı birlikdə” ayrıca yazılır?
Yenə də pişik üçün üç ayağı axtarmaq lazım deyil, çünki dil belədir.
21. Niyə ayağımızda qarğa gözü, gözümüzdə qarğa ayağı var?
Yer adın səbəbi deyil. Cavab, belədirsə, xoruzun bu hadisələrin formasını təqdim edən hissələrinə bənzərliyi olmalıdır.
22. Su rəngsizsə, niyə dəsmalın suya batırılmış hissəsi quru hissədən daha tünd rənglidir?
Nəm effekt yaradan, dəsmalın rəngini dəyişdirmir.
23. Əgər həyatda bir mazoxist olsaydın, cəhənnəmə getmək savabı və cənnətə getmək cəzası deyilmi?
Armudu alma ilə qarışdıran bir sual.
24. Həbsxana və həbsxana sinonimdirsə, niyə həbsxana və məhbus deyillər?
Hər iki rol da penitensiar sistemin bir hissəsi olmasına baxmayaraq, bu sualın heç bir mənası yoxdur və cavab verilməli deyil.
Şahmatı necə oynayırlar?: Qaydalar və başlanğıc bilgilər
Dünyada ən məşhur oyun — Şahmat oynamağı öyrənmək heç vaxt gec deyil! Şahmatın qaydalarını öyrənmək asandır:
1-ci Addım. Şahmat taxtasını necə düzməli
Oyunun başlanğıcında şahmat taxtası elə qurulur ki, hər bir oyunçu tərəfdə sağ aşağı küncdəki xana ağ rəngdə olsun. Daha sonra şahmat fiqurları həmişə eyni qaydada düzülür. İkinci sıra tamamilə piyadalardan ibarət olur. Toplar künclərə gedir, onların yanında atlar olur, daha sonra isə fillər gəlir. Mərkəzdə öz rənginə uyğun xanada vəzir (ağ vəzir ağ xanada, qara vəzir qara xanada) və onun yanındakı xanada isə şah olur.
2-ci Addım. Şahmat fiqurları necə hərəkət edir
6 növ daşın hər biri başqa cür gediş edir. Daşlar digər daşların olduğu damalardan keçə bilməz (yalnız atlar başqa daşların üstündən tullana bilir) və öz daşlarının olduğu bir damaya gedə bilməzlər. Həm də daşlarınız rəqibin daşlarından birinin olduğu bir damaya gedərək, rəqibin daşını oyundan çıxara bilər. Daşlar başlıca olaraq, daha sonrakı gedişlərdə rəqibin daşlarını (rəqib daşların olduğu damalara yerləşib, onların yerini tutaraq) oyundan qırağa çıxara biləcəkləri damalara, öz daşlarını rəqibin oyundan qırağa çıxartma istəyinə qarşı qoruna biləcəkləri damalara, ya da oyundakı önəmli damalara hakim ola biləcəkləri damalara yerləşdirilirlər.
Şahmatda Şah necə hərəkət edir?
Şah ən önəmli daşdır, ancaq eyni zamanda ən zəyif daşlardan biridir. Şah istənilən yana — aşağı, yuxarı, yanlara və çapraz — yalnız bir dama irəliləyə bilir. Şah əsla şah deyilmiş olacağı bir damaya (vurulacağı bir damaya) gediş edə bilməz. Başqa bir daşın şaha hücum etməsi “şah demək” kimi adlandırılır.
Şahmatda Vəzir necə hərəkət edir?
Vəzir ən güclü fiqurdur. O istənilən istiqamətdə düzünə — irəli, geri, yanlara və diaqonal — öz fiqurlarının üstündən keçməmək şərtiylə ən uzağa qədər gediş edə bilər. Başqa bütün fiqurlar kimi, əgər vəzir rəqib fiqurunu vurursa, onun gedişi bitmiş olur. Aşağıdakı diaqramda vəzirin necə gediş etdiyini görə bilərsiz. Baxın, ağ vəzir qara vəziri vurduqdan sonra necə qara şah gediş etməli olur.
Şahmatda Top necə hərəkət edir?
Top istədiyi qədər uzağa gedə bilər, lakin yalnız önə, arxaya və yanlara doğru. Toplar xüsusən bir-birini müdafiə edəndə və bir yerdə çalışanda güclü fiqura çevrilirlər!
Şahmatda Fil necə hərəkət edir?
Fil yalnız çapraz xətt boyunca istədiyi qədər irəliləyə bilər. Hər fil bir rəng (açıq, ya da tünd) üzərində başlar və hər zaman bu rəng üzərində qalmalıdır. Fillər bir-birinin gücsüzlüyünün üstünü basdırdığı üçün birlikdə yaxşı çalışırlar.
Şahmatda At necə hərəkət edir?
Atlar digər fiqurlara nəzərən fərqli hərəkət edirlər — bir istiqamətdə iki gediş, daha sonra 90 dərəcə dönərək bir gediş, təxminən «L» hərfinə bənzər formada. Atlar yeganə fiqurlardır ki, digər fiqurların üzərindən keçə bilirlər.
Şahmatda Piyada necə hərəkət edir?
Piyadalar qeyri-adi fiqurlardır, çünki onlar hərəkəti və rəqib fiqurunu vurmağı başqa formada həyata keçirirlər, belə ki onlar irəliyə hərəkət edir, rəqib fiqurunu isə diaqonal götürürlər. Piyadalar eyni vaxtda bir xana hərəkət edə bilər, yalnız başlanğıc gedişlərində onlara iki xana hərəkət etməyə icazə verilir. Piyadalar qarşılarındakı bir xanada diaqonal olaraq rəqib daşını vura bilərlər. Onlar heç vaxt arxaya hərəkət edə bilməz və vura bilməzlər. Əgər piyadanın düz qarşısında başqa bir fiqur varsa, o həmin fiqurun yanından keçə bilməz və həmin fiquru vura bilməz.
3-cü Addım. Şahmatın xüsusi qaydalarını kəşf edin
Şahmatda bir-iki xüsusi qayda var ki, ilk baxışdan məntiqli görünməyə bilər. Onları oyun daha daha əyləncəli və maraqlı etmək üçün yaradıblar.
Şahmatda Piyadanı necə çevirməli?
Piyadaların başqa bir özəl bacarığı da bir piyadanın taxtanın başqa tərəfinə çatması zamanı başqa hər hansı bir şahmat daşına çevrilməsidir (piyadaların çevrilməsi adlanır). Bir piyada hər hansı bir daşa çevrilə bilər. Piyadaların yalnız daha öncə ələ keçirilmiş bir daşa çevrilməsi ilə bağlı yayılmış, ancaq yalnış bir düşüncə yaranmışdır. Bu doğru DEYİL. Piyadalar başlıca olaraq vəzirə çevrilir. Yalnız piyadalar başqa daşlara çevrilə bilir.
Şahmatdakı «keçiddə vurmanı» necə etmək olar?
Piyadalarla bağlı son qanun Fransızca «en passant» deyilən, bizim «keçiddə verma» kimi adlandırdığımız gedişdir. Əgər bir piyada ilk gedişində iki dama irəliləyərsə və bununla rəqib piyadalardan birinin yanına gəlirsə (başqa piyadanın onu ələ keçirmə imkanından qaçarsa), rəqip piyadanın yanına gələn piyadanı keçərkən ələ keçirmə haqqı var. Bu özəl gediş piyada ilk gediş etdikdən sonra edilməlidir, əks halda keçiddə vurma haqqı aradan qalxır. Bu çətin, ancaq önəmli qaydanı daha yaxşı anlamaq üçün aşağıdakı örnəyin üzərinə tıklayın.
Şahmatda necə qala qurmalı?
Daha bir özəl qayda isə qalaqurma adlanır. Bu gediş sizə iki önəmli işi eyni anda etmək imkanı verir: şahınızı güvənli damaya aparmaq (istəyə görə) və topunuzu küncdən götürüb, oyuna çıxartmaq. Oyunçu öz gedişində şahını yana doğru iki dama hərəkət etdirir və topu şahın hərəkət istiqamətinin əksində şahın yanına qoyur. (Aşağıdakı örnəyə baxın.) Ancaq qalaqurmanın yerinə yetirilməsi üçün aşağıdakı şərtlər olmalıdır:
— bu o şahın ən birinci gedişi olmalıdır
— bu o topun ən birinci gedişi olmalıdır
— şah və hərəkət etdiriləcək top arasında heç bir fiqur olmamalıdır
— şah hücum altında ola bilməz və hücum olan xanadan keçə bilməz.
Bir yana qalaqurma etdiyinizdə şahın taxtanın qırağına başqa yana edilən qalaqurmaya görə daha yaxın olduğuna diqqət edin. Buna «qısa qalaqurma» deyilir. Vəzirin oyuna başladığı damaya doğru qalaqurmaya «uzun qalaqurma» adı verilib. Hansı yana qalaqurma edilməsindən asılı olmayaraq qalaqurma zamanı şah hər zaman yalnız iki dama gediş edir.
4-cü Addım. Şahmatda ilk gedişi kimin etdiyini öyrənin
Ağ rəngli fiqurlarla oynayan oyunçu həmişə birinci başlayır. Ona görə də oyunçular hansı rənglə oynayacaqlarını püşklə, qəpik atmaqla, ya da bir oyunçunun digər oyunçunun əlində gizlədilmiş daşın rəngini güman etməsiylə müəyyən edirlər. Beləliklə ağlar, daha sonra isə qaralar gediş edir, daha sonra yenə ağlar və qaralar və bu oyunun sonunadək belə davam edir.
5-ci Addım. Şahmat oyununda qalib gəlməyin qaydalarını təkrarlayın
Şahmat oyununu bitirməyin 2 iki yolu var: mat olma, ya da heç-heçə ilə.
Şahmatda necə mat etməli?
Oyunun tələbi rəqibin şahını mat etməkdir. Bu, rəqibin şahına şah deyildiyi və rəqibin şahının bu basqıdan qaça bilmədiyi durumlarda baş verir. Bir şahın basqıdan qaça bilməsi üçün sadəcə üç yol vardır: Şah deyilməyən bir damaya oynamaq (ancaq qalaqurma edə bilməz!), başqa bir daşı araya qoyaraq basqını əngəlləmək, ya da şaha basqı edən daşı ələ keçirmək. Əgər bir şah, matdan kaça bilməzsə oyun bitər. Şahmatda belə durumda rəqib şah ələ keçirilməz, ya da taxtadan çıxarılmaz, sadəcə oyunun bitdiyi elan edilir.
Şahmatda necə heç-heçə etməli?
Bəzən şahmat oyunlarında qalib olmur və oyun heç-heçə ilə bitir. Şahmat oyununun heç-heçə bitməsi üçün 5 səbəb ola bilər:
1. Pozisiya o zaman pat olur ki, gediş sırası olan oyunçuya şah deyilməyib, ancaq onun edə biləcəyi qanuni gediş də yoxdur.
2. Oyunçular sadəcə heç-heçəyə razılaşa və oyunu dayandıra bilərlər
3. Mat etmək üçün taxtada kifayət qədər fiqur qalmayıb (məsələn: şah və fil şaha qarşı)
4. Eyni pozisiya üç dəfə təkrarlanarsa, oyunçu heç-heçə elan edir (bu pozisiyalar ard-arda olmaya da bilər)
5. Hansısa oyunçunun piyada hərəkət etdirmədiyi və ya fiqur vurmadığı əlli ardıcıl gediş edildi.
6-cı Addım. Əsas şahmat strategiyalarını öyrənin
Hər bir şahmat oyunçusunun bilməli olduğu 4 sadə şey var:
Şahınızı qoruyun
Taxtanın küncləri əsasən daha güvənli olduğu üçün şahınızı taxtanın künclərinə doğru aparın. Qalaqurmanı gecikdirməyin. Başlıca olaraq, bacardığınız qədər tez qalaqurma etməlisiniz. Unutmayın, əgər öncə siz mat olsanız, rəqibinizi mat etməyə nə qədər yaxın olduğunuzun heç bir önəmi qalmaz!
Fiqurları elə belə qurban verməyin
Daşlarınızı diqqətsizlikdən uduzmayın! Hər daş dəyərlidir və rəqibi mat etmək üçün daşlar olmasa heç bir oyunu uda bilməzsiniz. Hər şahmat daşının nisbi dəyərini izləmək üçün bir çox oyunçunun yararlandığı asan bir sistem var.
Şahmat daşlarının dəyəri nə qədərdir?
Piyada 1 xal dəyərindədir
At 3 xal dəyərindədir
Fil 3 xal dəyərindədir
Top 5 xal dəyərindədir
Vəzir 9 xal dəyərindədir
Şah sonsuz dəyərə malikdir
Oyunun sonunda bu xallar heç bir məna kəsb etmir — bu sadəcə olaraq oyun zamanı qərar verməyiniz üçün bir sistemdir, o sizə vurma, dəyişmə vəya başqa gedişləri nə vaxt etməyi bilməyə kömək edir.
Şahmat taxtasının mərkəzinə nəzarət edin
Mərkəzi öz fiqurlarınız və piyadalarınızla idarə etməyə çalışmalısız. Əgər mərkəzi idarə etsəniz, sizin fiqurlarınızı hərəkət etdirmək üçün daha böyük sahəniz olacaq və rəqibin fiqurları üçün yaxşı xanalar tapması çətinləşəcək. Yuxarıdakı nümunədə ağlar mərkəzi idarə etmək üçün yaxşı gedişlər etdiyi halda, qaralar zəif gedişlər edirlər.
Bütün Şahmat fiqurlarınızdan istifadə edin
Yuxarıdakı örnəkdə ağlar bütün daşlarını oyuna çıxartdı! Taxtanın ilk sırasında durarkən daşlarınız sizə heç bir fayda verməz. Daşlarınızın hamısını çıxartmağa çalışın ki, rəqib şaha basqı zamanı yararlanmaq üçün daha çox daşınız olsun. Bir, ya da iki daşla hücum etmək güclü rəqibə qarşı işə yaramaz.
7-ci Addım. Çox sayda oyun oynayaraq təcrübə qazanın
Sahmatda özünüzü gücləndirmək üçün edə biləcəyiniz ən önəmli iş bol şahmat oynamaqdır! Özünüzü gücləndirmək üçün yorulmadan oynamağınız gərəkdiyi üçün evdə yoldaşlarınızla, ailənizlə oynamağınız, ya da internet raqiblərlə oynamağınız arasında doğurdan da çox bir fərq yoxdur. Ancaq artıq internet şahmat oyunları tapmaq çox asandır! Rahatlıqla şahmat oynaya biləcəyiniz bir yer üçün bura tıklayın.
Şahmat variantlarını necə oynamalı?
Çoxlarının standart şahmat qaydaları ilə oynamaq istəməsinə baxmayaraq, dəyişiklikliklərlə oynamaq istəyənlər də var. Bunun üçün “şahmat variantları” var. Hər bir variantın öz qaydası var.
Şahmat 960 necə oynanılır?
Mümkün olan 960 yerdən təsadüfi birinə görə düzülən arxa sıradakı fiqurlardan başqa, standart şahmatın bütün qanunları Şahmat960-a da aiddir. Standart şahmatdakı kimi qala qurulur və Şah və Top yenə qalaqurmadan sonra həmişəki (g1 və f1, və ya c1 və d1) yerlərinə gedirlər. 960 da eyni standart şahmat kimi oynanılır. Fərq yalnız debütdə daha çox müxtəlifliyin olmasıdır.
Şahmat turnir qaydaları ilə necə oynamalı?
Çox turnir ortaq və bənzər qaydaları təqib edir. Bu qaydaların evdə vəya onlayn oynamaq üçün tətbiqi zəruri olmasa da onları təcrübə etmək istəyə bilərsiniz.
• Toxundun-Oyna — Əgər bir oyunçu daşlardan birinə toxunarsa və toxunduğu daşla bir gediş etmək olursa, oyunçu o daşla oynamalıdır. Əgər oyunçu rəqibin bir daşına toxunarsa, o daşı udmalıdır. Taxtadakı bir daşa yalnız düzəltmək üçün toxunmaq istədikdə, öncə «düzəldirəm» deyərək rəkibinə istəyini bildirməlidir.
• Saat və Zaman Sayğacları — Bir çox yarışmalarda hər gedişə deyil, hər oyuna başdan sonadək keçirilən zamanı ölçmək üçün sahmat saatları işlədilir. Bütün oyun üçün hər oyunçuya eyni vaxt verilir və oyunçular bu vaxtı necə keçirəcəklərini özləri düşünür. Bir oyunçu gediş etdikdə rəqibin saatını çalışdırmaq üçün bir düyməyə basır. Bir oyunçunun zamanı bitərsə və onun rəqibi zamanın bitdiyini bildirərsə, vaxtı bitən oyunçu oyunu uduzur (bu durumda rəqibin mat etmək üçün yetərli daşı yoxdursa, oyun heç-heçə ilə bitir).
Ən Çox Soruşulan Şahmat Sualları (FAQ)
Şahmatda daha yaxşı necə ola bilərəm?
— Qaydaları və sadə strategiyaları bilmək hələ başlanğıcdır — şahmatda öyrəniləsi o qədər çox şey var ki, siz onları bütün ömrünüz boyu öyrənə bilməzsiz! İnkişaf etmək üçün üç şey etməlisiz:
1. Çoxlu şahmat oynayın — Sadəcə oynamağa davam edin! Mümkün qədər çox oynayın. Hər oyundan öyrənməlisiniz — udduqlarınızdan da uduzduqlarınızdan da.
2. Study with chess lessons — If you really want to improve quickly then you should do some online chess lessons. You can find online chess lessons here.
3. Əylənin — Bütün oyunlarınızı udmasanız da həvəsdən düşməyin. Hər kəs uduzur — elə dünya çempionları da. Nə qədər ki, uduzduğunuz oyunlarla əylənməyə və öyrənməyə davam edirsiniz, siz hər zaman şahmatdan keyf alacaqsınız!
Şahmatda ən yaxşı ilk gediş hansıdır?
— Hər kəsin başlıca olaraq tək bir dənə ən yaxşı kimi gördüyü gediş olmasa da, bir an öncə taxtanın ortasını ələ keçirmək üçün çalışmaq önəmlidir. Bu da bir çox oyunçunun mərkəzdəki piyadalardan birini (yəni şahın, ya da vəzirin önündəki) iki dama irəliyə, dolayısıyla 1. d4, ya da 1. e4 gedişini oynamalarına gətirib çıxarır. Bəzi oyunçular 1. c4, ya da 1. Af3-ə üstünlük verir. Başqa gedişlərin çoxu bunlar kimi yaxşı deyil. Bobbi Fişer şah piyadasıyla 1. e4 oynamağın ən yaxşı açılış gedişi olduğunu düşünürdü.
Hansı rəng şahmatda birinci başlayır?
— Birinci gedişi həmişə ağ fiqurları olan oyunçu edir.
Piyada geri hərəkət edə bilər?
— Piyada geriyə gedə bilmir. Nə zaman ki, piyada taxtanın sonuna qədər irəlilədi, onda siz onu başqa fiqura (vəzir kimi) çevirməlisiniz. Onda həmin fiqur kimi gedişlər edər, və geriyə də qayıda bilər.
Bir dəfəyə iki fiquru hərəkət etdirmək olar şahmatda?
— Sizin gedişiniz olduqda bir şahmat daşı ilə yalnızca bir gediş edə bilərsiniz — ancaq bir ayrıcalıq var! Siz qalaqurma etdikdə bir gedişdə şah və topun hər ikisi ilə gediş edirsiniz.
Ən vacib şahmat fiquru hansıdır?
— Şah ən vacib şahmat fiqurudur. Əgər şahı itirsəniz bütün oyunu uduzmuş olursunuz. Amma vəzir ən güclü şahmat fiqurudur.
Şahmat nə vaxt kəşf edilib?
— Şahmatın mənbəyi dəqiq bilinməsə də, bir çoxları onun 2000 il əvvəl Hindistanda şahmata bənzər oyunlardan təkamül etdiyini düşünürlər. Bizim bildiyimiz şahmat oyunu 15-ci əsrdə Avropada məşhurlaşdığı dövrdən mövcuddur.
Şahmatın məqsədi nədir?
— Şahmat 64 xanalı, iki rəngin bir-birini əvəz etdiyi taxtanın müxtəlif tərəflərində oturan iki rəqib arasında oynanılan oyundur. Hər bir oyunçu 16 fiqura sahibdir: 1 şah, 1 vəzir, 2 top, 2 fil, 2 at və 8 piyada. Oyunun məqsədi rəqib şahını mat etməkdir. Mat o zaman baş verir ki, şaha hücum edilib (şah verilib) və onun xilas ola biləcəyi xana yoxdur.
Comments are closed, but trackbacks and pingbacks are open.