Press "Enter" to skip to content

Peşəkar əsgərlərə necə baxım

Narın torpaq quruluşu eyni zamanda təpəciklərin tez qurumasınin qarşısının alınmasında bizə kömək olur, başqa sözlə, həddindən artıq torpaq şumu torpaq sıxlığına və məhsula vacib olan su miqdarında azalmağa gətirib çıxaracaqdır. Kartof bitkisi dayaz köklü olur və kök və yumruların hər ikisi torpaq sıxlığına yüksək dərəcədə həssasdır. Bu səbəblərdən şumun sayı azaldılmalıdır.

Böyrək ağrısı

Böyrək ağrısı kasa-ləyən sistemindən sidik axınının çətinləşməsi və ya tamamən kəsilməsi zamanı müşahidə edilən simptomlar kompleksidir. Sidiyin ləyəndə toplanması ilə əlaqədar onun divarları genişlənir. Əzələ qatı qıcolmalar şəklində yığılmağa başlayır. Spazmlar törənir, toxumalar ödemləşir və böyrəyi qidalandıran damarlar daralır.

Orqanda oksigen çatışmazlığı vəziyyəti daha da pisləşdirir. Xəstə bu əsnada kəskin böyrək ağrısı hiss edir. Ümumiyyətlə, böyrək ağrıları intensivliyinə və şiddətinə görə doğuş ağrısına bərabərdir.

Böyrək ağrısı necə olur?

Kəskin faza. Sancı anidən başlayır. İnsan bu ərəfədə yuxuda olduqda ağrıdan qəfil oyanır. Böyrək ağrıları fiziki aktivlikdən asılı olmur. Ancaq onun yaranmasına çoxlu miqdarda su qəbulu, sidikqovucular, stress və ya minik maşını ilə uzun məsafəni qətetmə təkan verə bilər.

Daimi faza. Adətən bu faza xəstə üçün çox ağır keçir. Onun müddəti 4 saata qədər uzana bilər. Bir qayda olaraq, davamlı fazada xəstələr həkimə müraciət edir və ya tibb müəssisələrinə çatdırılır.

Sakitləşmə fazası. Bu mərhələdə sancı azalaraq, tədricən itir. Xəstənin halı qənaətbəxş olur. Böyrək ağrısı başladıqdan sonra istənilən saatda bu fazaya keçə bilər.

Böyrək ağrısı əlamətləri

Böyrək sancısını digər xəstəliklərin yaratdığı ağrıdan necə fərqləndirmək olar? Böyrək ağrıları üçün əsas göstərici onun xarakteridir. Böyrək ağrısı anidən meydana çıxır. İlk öncə insan yan tərəfdə sancı hiss edir. Daha sonra ağrı belə və aşağıda yerləşən qabırğalara yayılır.

Tədricən ağrı artaraq, yerini dəyişir. İlkin təzahür etdiyi nahiyədən aşağı enir, cinsi orqanlara, düz bağırsağa və ayaqlara yayılır. Böyrək ağrısı aşağı endikcə daha da şiddətlənir.

Xəstələr tutmaşəkilli kəskin sancılardan şikayətlənirlər. Onlar özlərinə rahat vəziyyət tapa bilmədiklərindən önə-arxaya gəzmək məcburiyyətində qalırlar. Bu hal hətta uroloqun qəbulunda da müşahidə olunur.

Sancını yaradan xəstəlikdən asılı olaraq simptomlar fərqlənə bilər:

  • tez-tez təkrarlanan yalançı sidiyəgetmə çağırışları;
  • sidik kanalı və sidik kisəsində kəsici-dəlici ağrılar;
  • ağızda quruluq;
  • qusma, ürəkbulanma. Qusmadan sonra rahatlaşma hiss olunmur;
  • ürəkdöyünmə, yüksək təzyiq;
  • bağırsaqda qaz yığılması səbəbindən qarında şişkinlik, defekasiya (nəcis ifrazı) çağırışları;
  • titrəmə.

Ağrı sindromu aradan qalxdıqdan sonra çoxlu miqdarda sidik ifraz edilir. Sidikdə qanın olması onun rəngini qırmızımtıla çevirir.

Böyrək ağrısı səbəbləri

  • böyrək daşının kanala düşməsi;
  • böyrək vərəmi;
  • nefroptoz (böyrək sallanması);
  • sidik axarının burulması;
  • böyrək şişi, prostat xərçəngi;
  • böyrəkdə hematoma (kapsullaşmış qansızma);
  • hidronefroz (kasa-ləyən sisteminin genişlənməsi);
  • böyrək venalarının trombozu (venada tromb əmələ gəlməsi).

Böyrək ağrısı üçün otlar

Resept № 1

  • Quş qırxbuğumu
  • Meşə çiyələyi
  • Mərcangilə

Hər otdan 1 xör.qaş. götürüb qarışdırın. Üzərinə 1 stəkan qaynar su tökün. 30 dəqiqə emallı qabda su hamamında, daha sonra isə otaq temperaturunda 1 saat saxlayın. İsti halda 1/2 stəkan olmaqla gündə 3 dəfə için. Rahatlıq məqsədilə termosda dəmləmək olar. Termosun daxildən şüşəli olması mütləq şərtdir. Metal termosdan istifadə etmək qadağandır, çünki zəhərlənə bilərsiniz. Meşə çiyələyi və mərcangilə həm də antiseptik, antibakterial, iltihabəleyhinə təsirlərə malikdir.

Böyrək ağrısı üçün bitkilər – resept № 2

  • itburnu meyvələri (1 hissə)
  • adaçayı (1 hissə)
  • ayıqulağı (2 hissə)

Otlaqı qarışdırıb, 1 xör.qaş. miqdarında götürün. Onları 200 ml qaynar suya qatıb, 30 dəqiqə su hamamında, daha sonra isə 1 saat otaq temperaturunda saxlayın. İsti halda ¼ stəkan olmaqla daxilə qəbul edin.

Bu bitkilərin sidik və ödqovucu, antiseptik xüsusiyyətləri vardır.

Böyrək ağrısı üçün resept № 3

  • Böyrəkotu (10 hissə)
  • Ayıqulağı (10 hissə)
  • Tarla qatırquyruğu (10 hissə)
  • Gülümbahar (15 hissə)
  • Çobanyastığı (15 hissə)
  • Bağayarpağı yarpağı (15 hissə)

1 xörək qaşığı qarışığı 250 ml qaynar su ilə qarışdırın. 30 dəqiqə su hamamında, 1 saat otaq temperaturunda saxlayın. İsti halda ¼ stəkan olmaqla sutkada 8 dəfə için. Onun sidikqovucu, antiseptik, spazmolitik, ağrıkəsici, iltihabəleyhinə, yarasağaldıcı təsirləri mövcuddur.

Böyrək ağrısı üçün resept № 5

  • Şüyüd toxumu (1 hissə)
  • Çobanyastığı çiçəkləri (1 hissə)
  • Gülümbahar çiçəkləri (1 hissə)
  • Dəvədabanı yarpaqları (2 hissə)

Qarışıqdan 1 xör.qaş. götürüb, üzərinə 200 ml qaynar su tökün. Dəmləyin. Gün ərzində ¼ stəkan həcmində 8 dəfə yeməkdən əvvəl qəbul edin.

Təsirləri: spazmolitik, antiseptik, vitamin deposu, ödqovucu.

Resept № 6

  • Çobanyastığı (1 hissə)
  • Dazıotu (1 hissə)
  • Bağayarpağı (2 hissə)
  • Nanə (1 hissə)
  • Adaçayı (1 hissə)

Qarışıqdan 1 xör.qaş. götürüb, 200 ml qaynamış su ilə qarışdırın. 15 dəqiqə su hamamında, 45 dəqiqə otaq temperaturunda saxlayın. ¼ stəkan olmaqla sutkada 5 dəfə için.

Effektləri: spazmolitik, ağrıkəsici, antiseptik, sidikqovucu, sakitləşdirici.

Xülasə

Bu reseptlər faydalı olsa da, onları tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Aqronom

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Doğru əkin dedikdə:

  • Doğru əkin tarixi ;
  • Optimal sıxlıqda əkin ;

– Bərabər və doğru dərinlikdə əkin (Bu cür əkini təlim keçmiş traktor sürücüləri edə bilər) ;

Əkin sahəsindəki faktiki şəraitin nəzərə alınması və müvafiq seçim nəticələrinin düzgün hesabının aparılması olduqca vacibdir.

Toxum yatağı

Əkin və çıxış arasındakı müddət kartof əkinin ən zərif mərhələsidir. Optimal cücərtinin inkişafına toxumun keyfiyyəti, yaşı, cücərmə mərhələsi eyni zamanda, doğru torpaq şəraiti, xüsusilə əkin müddətindəki temperatur və nəmlik yüksək dərəcədə təsir etdiyi üçün toxum yatağı yüksək tələblərə cavab verməlidir.

Torpağın quruluşu

Yaxşı toxum yatağında hava, nəmlik və torpaq nisbəti optimal olmalıdır. Sonrakl şərait isə eyni vaxtlı çıxışa və kartof bitkisinin rahat inkişafına şərait yaradacaq.

Toxum yatağı düz, daş-kəsəksiz olmalı, 8 və 10 sm dərinliyə qədər olduqca yaxşı ovxalanan, yumşaq torpaq qatına sahib olmalı, şumlamaya imkan yaradan sərtik və nəmlikdə olmalıdır.

Narın torpaq quruluşu eyni zamanda təpəciklərin tez qurumasınin qarşısının alınmasında bizə kömək olur, başqa sözlə, həddindən artıq torpaq şumu torpaq sıxlığına və məhsula vacib olan su miqdarında azalmağa gətirib çıxaracaqdır. Kartof bitkisi dayaz köklü olur və kök və yumruların hər ikisi torpaq sıxlığına yüksək dərəcədə həssasdır. Bu səbəblərdən şumun sayı azaldılmalıdır.

Nəmlik miqdarı

Torpaqdakı nəmlik toxumun cücərməsinə gözə çarpan dərəcədə təsir edir. Əgər torpaq çox qurudursa, çıxış gecikəcək və kök miqdarı azalacaq. Normal torpaq nəmliyi olduqda, çıxış sürətli olur və əkindən çox keçməyərək cücərtilərdən torpqdan su çəkən köklər əmələ gəlir. Sudan doymuş torpaqda toxum oksigenin çatışmamazlığından çürüyür. Bu səbəbdən, əkindən dərhal sonra ağır suvarma ziyanlıdır və əkindən öncə suvarılması məsləhətdir. Belə ki, toxum kartoflar nəm torpaqla tam əhatə olunmalı və ya ən azından nəm torpaqda əkilməlidir. Yumrunun ətrafındakı torpaq tez qurumasın deyə toxum uyğun torpaqla tam əhatələnməlidir, bununla yanaşı böyümə fəsli ərzində müvafiq nəmliyi təmin etmək üçün alt hissədəki torpaq maneəsiz kök inkişafına əngəl olmamalıdır.

Hansı toxumdan istifadə etməliyik?

Hansı toxumun daha uyğun olduğunu müəyyən etmək üçün, məhsulun hansı məqsədlə istifadə edəcəyimizə qərar verməliyik. Bunlar toxumluq, emal sənayesi üçün iri həcmli, farac məqsədli ola bilər. Müvafiq istehsal məqsədi və yığım müddəti hansı toxumun istifadə edəcəyimizi müəyyənləşdirir.

Kök sıxlığı

Məhsulun bar verməsi və yumru ölçüləri hər hektar üzrə köklərin sayına təsir edir. Hər bir ayrıca kök müsətqil istehsal hissəsi hesab edilə bilər. Böyük kök sıxlığı yüksək məhsuldarlığa apara bilər ancaq sinifləndirdikdə, nəticə əldə edilən gəlirdən asılı olacaqdır. Hər hektara əkilmiş yumruların sayına əlavə olaraq, kök sıxlığı aşağıdakılara uyğunda müəyyənləşir:

  • Toxum yumrusunun fizioloji mərhələsi;
  • Çeşit xüsusiyyətləri;
  • Hər yumruya düşən cücərmə sayı;
  • Torpaq şəraiti;
  • Əkinçinin qaydalara riayət etməsi.

Kartof yumrularının ölçüsü

Əgər yüksək bitki sıxlığı əldə etmisinizsə, normal əkin şəraitində toxum ölçüsünün məhsuldarlığa çoxda təsiri yoxdur. Əkinçi kimi, müxtəlif ölçülü toxum seçimləriniz var. Toxum seçimi iqtisadi vəziyyətdən, məhsulun məqsədindən və yerli əkin şəraitindən asılıdır. Böyük ölçülü toxumluq kartof çoxlu kök verəcəkdir. Ancaq bir ton böyük ölçülü kartof bir ton kiçik ölçülü kartofdan daha az kök verəcəkdir. Böyük ölçülü kartofun quraqlıq, soyuq, isti vaxtlarda və ya aşağı səviyyəli toxum yatağında daha çox tutuma sahib olması kimi üstünlüyü var. Belə əkin şəraitlərində böyük ölçülü kartoflar kiçiklərə nisbətən daha güvənilirdir. Kiçik və böyük ölçülər adətən qiymətdə fərqlənir. Əkinçi hansının daha sərfəli olduğunu hesablaya bilər: kiloqramı müvafiq qiymətə vuraraq qoyacağı investisyanı müəyyən edəcəkdir. Ölçüsündən asılı olaraq doğru rəftar olunduqda toxum kartoflar əkin müddətində üç və ya altı cücərti verə bilərlər.

Toxum tələbləri

Əkinçi tələb olunan toxum miqdarını necə hesablaya bilər? Əkiləcək ərazinin səthinə əlavə olaraq bu iki amil əsas rol oynayır:

  • Hər bir kvadrat metrə görə tələb olunan köklərin sayı;
  • Toxum yumrularının ölçüsü.

Nümunələr

Kiçik ölçülü (28-45mm) toxum əldə etmək üçün yüksək kök sıxlığına istiqamətlənmək lazımdır. Çeşitdən, torpaqdan və iqlimdən asılı olaraq, Holland şəraitində hər kvadrat metrə 35-40 kök bəs edəcəkdir. Emal sənayesinə satılacaq iri həcmli kartoflar üçün (55mm) Holland şəraitində hər kvadrat metrə 15-20 kök kifayət edir. Ən sonda, bir kvadrat metrə hər birində dörd cücərti olan dörd ədəd toxum kifayətdir. Toxum kartofların orta çəkisi 50 qramdırsa, 2000 kq toxum hər bir hektar üçün kifayət edəcəkdir (4 toxum x 50 qram x 10000 kvadrat metr).

Əkin sıxlığı

Əgər cücərti sayı əldə edilibsə və hər torbaya görə yumruların sayı məlumdursa toxum tələbləri hesablana bilər. Cədvəldəki rəqəmlər hər kvadrat metrə 15 kök sayına əsaslanır.

Comments are closed, but trackbacks and pingbacks are open.