Sinif rəhbərinin gündəliyi pdf
Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
27 Eylül 2015 Pazar
Sinif rəhbərinə məxsus sənədlər
Paylaşıldı 07:55 by Leyla Bayramova
SİNİF RƏHBƏRİNİN HANSI SƏNƏDLƏRİ OLMALIDIR
Əsas sənədlər:
1. Sinif rəhbərinin fəaliyyət planı (illik, aylıq və həftəlik)
2. Valideynlərlə görüş dəftəri
3. Sinif pasportu
4. Sinif divar qəzetinin nömrələri
5. Şagirdlərlə fərdi söhbət dəftəri
6. Zəif oxuyan şagirdlərlə işlərin planı və icra sənədləri
7. Sinif rəhbərinin müəllimlərlə əlaqə dəftəri
8. Şagirdlərin öyrənilməsi üçün müşahidə dəftəri
9. Sinif valideyn komitəsinin iş planı
10. Keçirilən tədbirlərin qeyd dəftəri (məruzə və çıxışlar)
11.Valideyn iclaslarının protokolları
12. Şagird yığıncaqlarının protokolları
13. Şagirdlər qarşısında edilən məruzələr
14. Valideynlər qarşısında edilən məruzələr
15. Şəxsi təhsil planı
16. Müvafiq yuxarı orqanların verdiyi qanun və göstərişlərin icra sənədləri
Məlumatlar:
1. Sinif rəhbəri haqqında məlumat
2. Sinfin təlim göstəriciləri haqqında məlumatlar
3. Az təminatlı və yetim uşaqlar haqqında məlumat
4. Abunəçilərin siyahısı
5. Şagirdlərə kitabxanalardan verilmiş kitabların siyahısı (kitabxana ilə əlaqə)
6. Olimpiadalarda, müsabiqələrdə və digər bilik yarışlarında uğur qazanan şagirdlər haqqında məlumat.
7. Müxtəlif sahələrdə xüsusi istedadı olan şagirdlər haqqında məlumat
8. Sinif fəalları haqqında məlumat
Paylaşıldı Məktəb heyəti, Qanunlar və idarəetmə
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.
Məşhur Postlar
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər.
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir .
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə.
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya.
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə.
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) .
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1).
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd.
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü.
Ssenari-Novruz bayramı Müəllif: S.Zülfiqarova 1. Himn 1-ci aparıcı:- Salam əziz uşaqlar. Hörmətli müəllimlər və validey.
Sinif rəhbərinin gündəliyi pdf
You are using an outdated browser.
- NAZİRLİK
- XƏBƏRLƏR
- SOSİAL MEDİA
- Virtual bələdçi
- Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
Haqqımızda
Today, our catalogue contains:
Menyu Menyu
Menyu
Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər
Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.
Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.
Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.
Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.
Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.
Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.
Sənədlər Normativ sənədlər və təlimatlar
Layihələr Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr
Tədqiqatlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar
Hesabatlar İllərə dair hesabatlar
Atributlar Atributların istifadəsinə dair təlimatlar
- Ümumi məlumat
- Məktəbəqədər təhsil müəssisələrinin siyahısı
- Ümumi məlumat
- Ümumi təhsil müəssisələrinin siyahısı
- Elektron dərs resursları
- Yeni dərs ili üçün nümunəvi cədvəllər
- COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları
- Olimpiada və müsabiqələr
- Onlayn kalkulyator
- DİQ müsahibə nəticələri
- Ümumi məlumat
- Məktəbdənkənar təhsil müəssisələrinin siyahısı
- Ümumi məlumat
- Peşə liseyləri
- Peşə məktəbləri
- İxtisaslar
- Peşə təhsil mərkəzləri
- Ümumi məlumat
- Orta ixtisas təhsili müəssisələrinin siyahısı
- Hesabat formaları
- Ümumi məlumat
- Ali təhsil müəssiələri
- Tələbə köçürülməsi
- Xaricdə təhsil
- Tələbə Kredit Fondu
- Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi
- Tanınan diplomların sahibləri barədə məlumat bazası
- Hesabat formaları
- Ümumi məlumat
- İnternat məktəbləri
- “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
- “STEAM” layihəsi
- “Rəqəmsal bacarıqlar” layihəsi
- “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
- “Məktəblinin dostu” layihəsi
- SABAH qrupları layihəsi
- “Study in Azerbaijan” layihəsi
- English –>
- Русский –>
Təhsil millətin gələcəyidir!
HEYDƏR ƏLİYEV
- Ana səhifə
- Əsasnamələr
- Sinif rəhbəri haqqında əsasnamə
Sinif rəhbəri haqqında əsasnamə
Azərbaycan Respublikası Təhsil nazirinin
05 mart 2009-ci il tarixli,
270 №-li əmri ilə təsdiq edilmişdir
Ümumi müddəalar
Sinif rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaqdır.
Sinif rəhbəri fəaliyyətində Azərbaycan RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, məktəbin nümunəvi Əsasnaməsini rəhbər tutur.
Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və vəzifədən azad edilir. Sinif rəhbərlərinin fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.Müəyyən səbəb üzündən məktəbdən ayrı düşdükdə, əmək qabiliyyətini müvəqqəti itirdikdə sinif rəhbərinin vəzifələrinin icrası digər sinif rəhbər və müəllimə həvalə edilə bilər.
Sinif rəhbərinin fəaliyyəti məqsədyönlü, sistemli, planlaşdırılan prosesdir. O, məktəb nizamnaməsi, tərbiyə işinin planlaşdırılması, əvvəlki fəaliyyətin, ictimai həyatın müsbət və mənfi tendensiyalarının təhlili əsasında, pedaqoji kollektiv qarşısında duran aktual vəzifələr nəzərə alınmaqla şəxsiyyətə yönəldilmiş yanaşma, sinif kollektivində vəziyyət, müxtəlif illətlərin nümayəndələri arasında etnik və dini münasibətləri tənzimləməklə şagirdlərin tərbiyəlilik səviyyəsi, onların sosial vəziyyəti, ailə şəraitlərinin özünəməxsusluğu əsasında qurulur.
Sinif rəhbərinin fəaliyyət istiqamətləri
Sinif rəhbəri öz fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur:
– sinif kollektivini formalaşdırmaq və inkişaf etdirmək;
– müdafiə olunma situasiyası, emosional rahatlıq, şəxsiyyətin inkişafı üçün əlverişli psixoloji-pedaqoji şəraiti yaratmaq;
– hər bir uşağın fərdi özünüifadəsi üçün lazımi şərait yaratmaq, şəxsiyyət kimi inkişaf etdirmək, təkrarolunmazlığını qoruyub saxlamaq və onun potensial u1075 qabiliyyətini aşkarlamaq;
– məktəblinin hüquq və maraqlarını müdafiə etmək;
– sinif kollektivi ilə sistemli iş təşkil etmək;
– şagirdlərlə şagirdlər, şagirdlərlə müəllimlər arasında münasibətləri humanistləşdirmək;
– şagirdlərdə əxlaqi və mənəvi dəyərləri formalaşdırmaq;
– şagird özünüidarə inkişafı vasitəsilə şagirdlərin sosial əhəmiyyətli, yaradıcı fəaliyyətlərini təşkil etmək.
Sinif rəhbərinin hüquqları
Sinif rəhbəri aşağıdakı hüquqlara malikdir:
– uşaqların fiziki və psixoloji sağlamlığı barədə müntəzəm olaraq məlumat əldə etmək;
– sinifdə dərs deyən fənn müəllimlərinin (həmçinin, məktəb psixoloqu və digər müəllimlərin) işini əlaqələndirmək;
– məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış etmək, təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi fikir söyləmək, sinif kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri pedaqoji şurada baxılmaq üçün təqdim etmək;
– mövcud vəziyyəti nəzərə almaqla, uşaqlarla fərdi iş rejimi müəyyənləşdirmək;
– tərbiyə problemləri üzrə təcrübi-eksperimental iş aparmaq;
– valideynləri(onlar əvəz edən şəxsləri) təhsil müəssisəsinə dəvət etmək, onlarla işgüzar əlaqə yaratmaq;
– pedaqoji kadrların yenidən hazırlanması sistemi vasitəsilə pedaqoji ustalığın yüksəldilməsi formalarını seçmək, treninqlər vasitəsilə pedaqoji işin müxtəlif qrup və kollektiv formalarında iştirak etmək;
– məktəb özünüidarəetmə orqanlarında şəxsi şərəf və ləyaqətini qorumaq və sinif kollektivində sinifdənxaric işin vəziyyətinin qiymətləndirilməsində mövqeyini müdafiə etmək;
– ümumtəhsil müəssisəsinin rəhbərliyi ilə razılaşma əsasında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (mütəxəssislərə) müraciət etmək.
Sinif rəhbərinin fəaliyyətində aşağıdakılar yolverilməzdir:
– uşaqların şəxsiyyətini, ləyaqətini alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək;
– şagirdi cəzalandırmaq məqsədilə dərs zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini aşağı salmaq;
– uşağın etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl etməmək, onu düşünülmüş şəkildə aldatmaq;
– şagirdin özü iştirak etmədiyi şəraitdə onun hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq.
– şagirdlər qarşısında öz həmkarlarını u1086 onların iştirakı olmadan müzakirə etmək, onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl gətirmək.
Sinif rəhbərinin vəzifələri
Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar aiddir:
Təlim prosesinin təşkili:
– sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
– şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;
– şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
– hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;
– valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);
– eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;
– Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək.
Təşkilati-koordinasiya işi:
– ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili;
– uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili;
– fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkili;
– şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar təhsil sistemi də daxil olmaqla nəzərə alınması və stimullaşdırılması;
– təhsil fəaliyyətinin subyektləri qismində hər bir şagirdlə və bütövlükdə sinif kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin təşkili;
– sənədləşmənin aparılması (sinif jurnalları, gündəliklər, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı, sinfin sosial pasportu, istedadlı uşaqlarla, risk qrupu şagirdlərilə, yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda olan şagirdlərlə iş planları);
– şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və möhkəmləndirilməsi;
– məktəbin tibb işçisi u1080 ilə əməkdaşlıq;
– fiziki tərbiyə dərslərinə və məşğələlərinə müsbət münasibətin aşılanması;
– əməyin mühafizəsi qaydalarının, yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə təhlükəsiz davranış qaydalarının şagirdlər tərəfindən öyrənilməsinin təşkili;
– məzunların peşə seçmələrinə köməklik göstərilməsi;
– həftəlik sinif saatları keçirmək;
– hər tətildən sonra bir dəfə valideyn iclası keçirmək;
– sinif, məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili;
– təhkim olunmuş kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;
– hər bir hadisə barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması, ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
Kommunikativ iş:
– şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi;
– müəllim və şagirdlər arasında subyektlərarası (subyekt-subyekt) münasibətlərin yaradılması.
– müəllim və valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsi;
– sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi ilə kommunikativ münasibətlərin tənzimlənməsi;
Təhlil-proqnozlaşdırma işi:
– uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial pasportunun tərtib edilməsi;
– şagirdlərin fərdi qabiliyyətlərinin və onların inkişaf dinamikasının öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla iş;
– sinif kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin müəyyən edilməsi.
Sinif rəhbərinin iş formaları
Sinif rəhbərinin iş formaları yaranmış pedaqoji vəziyyətdən asılı olaraq müəyyənləşdirilir.
– sinif kollektivinin dərsdənkənar, məktəbdənkənar işinin, asudə və tətil vaxtı tədbirlərin (kollektiv yaradıcılıq işləri, söhbətlər, debatlar, müşavirələr, tamaşalar, konsertlər, treninqlər, yarışlar, yürüşlər və ekskursiyalar, müsabiqələr, ictimai-faydalı və yaradıcı əmək) təşkili;
– fərdi iş (söhbətlər, məsləhətlər, fərdi köməyin göstərilməsi, problemlərin həllinin birgə axtarışı);
– qruplarla (yaradıcı qruplar, uşaq parlamentləri, özünüidarəetmə orqanları, şuralar) iş. Dərs saatı müəllim və şagirdlərin ünsiyyətinin təşkili formasıdır və onun gedişində mühüm əxlaqi, mənəvi və etik problemlər qaldırıla və həll edilə bilər. Şagirdlərlə iş formalarının
seçimində aşağıdakıları rəhbər tutmaq məqsədəuyğundur:
– işin mövcud dövrü üçün müəyyənləşdirilmiş tərbiyə məsələlərinin nəzərə alınması;
– tərbiyə prosesinin təşkili prinsiplərinin, uşaqların imkan, maraq və tələblərinin, xarici şəraitin, müəllim və valideynlərin imkanlarının nəzərə alınması;
– tərbiyə işinin metod və formalarının məzmun bütövlüyünün təmin edilməsi.
Sinif rəhbərinin iş rejimi
Sinif rəhbərinin iş rejimi ümumtəhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və müəssisənin əsasnaməsində, daxili əmək intizamı qaydalarında, cədvəldə, tədbirlər planında və digər rəsmi sənədlərdə – protokollarda əks olunur.
Sinif rəhbərinin işinin dəyərləndirilməsi meyarları
Sinif rəhbərinin işi səmərəliliyinə görə: məhsuldarlıq və fəaliyyət meyarları əsasında qiymətləndirilir.
Məhsuldarlıq meyarı şagirdlərin sosial inkişafının səviyyəsini əks etdirir:
– şagirdlərin ümumi mədəniyyətinin, nizam-intizamının, vətəndaş yetkinliyinin, əxlaqının, tərbiyəsinin səviyyəsi;
– sinif şagirdlərinin davamiyyəti (aşağı, orta, yüksək), ona nəzarət və onun artım formaları;
– rahat psixoloji iqlim.
Fəaliyyət meyarı sinif rəhbəri üçün müəyyənləşdirilmiş sənədlərin mövcudluğu, sənədləşdirmənin tələblərə müvafiq şəkildə aparılması sinif rəhbərinin idarəetmə qərarlarının icrasını qiymətləndirmək imkanı verir:
– tərbiyə işinin planı, tərbiyələndirmədə konkret vəzifələrin qoyuluşu və onların icrasını;
– tapşırıqları, dərnəklərdə, bölmələrdə məşğulluğu qeydə alan sinif jurnalını;
– sinifdə dərslərə davamiyyətin jurnalda müntəzəm qeydə alınmasına, dərslərin buraxılmasına nəzarət;
– şəxsiyyətin öyrənilməsinin psixoloji və pedaqoji xəritəsi.
Şagirdlərlə tərbiyə işinin təşkili
– kütləvi tərbiyə işləri;
– sinif kollektivinin məktəbin ümumi işlərində iştirakı;
– sinfin məktəbdənkənar tədbirlərdə (rayon, şəhər tədbirləri, müsabiqələr, ekskursiyalar və s.) iştirakının təşkili;
– şagird özünüidarəetmənin inkişafı;
– şagirdlərin sosial müdafiəsi;
– münaqişələri (şagird-şagird, şagird-müəllim) həll etmək bacarığı;
– hər bir şagirdin (özü və ətrafdakılar üçün) əhəmiyyətli fəaliyyətə cəlb olunması.
Valideynlərlə iş
– valideynlərlə birgə tədbirlər təşkil etmək;
– şagirdlərin ailələri ilə tanışlıq və ailələrlə fərdi işin təşkili.
Sinif rəhbərinin fəaliyyət sahələri
– tərbiyə işi, təhsil müəssisəsində, eləcə də şəhər, rayon çərçivəsində təcrübə mübadiləsi üzrə tədbirlərdə iştirak etmək;
– sinifdə şagirdlərlə, tədris prosesinin digər iştirakçıları ilə qarşılıqlı fəaliyyətdə olan pedaqoji işçilərlə birgə fəaliyyət göstərmək.
Elm və Təhsil Nazirliyi
Bütün hüquqlar qorunur. Zəhmət olmasa, hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
2019 2020 Sinif Rəhbərinin Iş Planı (3)
№-siSıra İcraçı GÖRÜLƏCƏK İŞLƏR Tarix Qeyd 2019 /2020 Yeni dərs ilinə hazırlıq Valideynlərlə şagirdlərin məktəbə məktəbli 1 formasında gəlmələrinin zəruriliyi haqqında söhbət etmək Şagirdlərin məktəb ləvazimatı ilə təminatı 2 vəziyyətinin öyrənilməsi 3. Показать больше
№-siSıra İcraçı GÖRÜLƏCƏK İŞLƏR Tarix Qeyd 2019 /2020 Yeni dərs ilinə hazırlıq Valideynlərlə şagirdlərin məktəbə məktəbli 1 formasında gəlmələrinin zəruriliyi haqqında söhbət etmək Şagirdlərin məktəb ləvazimatı ilə təminatı 2 vəziyyətinin öyrənilməsi 3 Şagirdləri dərsliklərlə təmin etmək Sinif otağının gigiyenik qaydalara uyğun 4 olmasını təmin etmək Şagirdlərin maraq üzrə dərslərə cəlbini 5 müəyyənləşdirmək SENTYABR 2019 1-ci həftə (16-20sentyabr) «Bilik günü» 15 sentyabr haqqında məlumat və 1 tədbirlərin təşkili “Vətənim Azərbaycan” I-IV siniflərdə söhbət 2 aparmaq və məlumat vermək Şagird qaydaları ilə, məktəbin daxili nizam- 3 intizamı ilə şagirdləri tanış etmək Məktəbli formasının zəruriliyi haqqında söhbət etmək və uşaqların məktəbə formada 4 gəlmələrini ciddi nəzarətdə saxlamaq. Bununla əlaqədar valideynlərlə əlaqə saxlamaq. 5 Sinfi dərs cədvəli ilə təmin etmək «Məktəbli kitabçası» haqqında məlumat vermək (onun rəsmi sənəd olmasını, qiymət 6 cədvəlini əvəz etməsini, onu doldurma Спрятать
- Похожие публикации
- Поделиться
- Код вставки
- Добавить в избранное
- Комментарии
Comments are closed, but trackbacks and pingbacks are open.