Azərbaycan RespublikasıDaxili İşlər NazirliyiBaş Dövlət Yol Polisi İdarəsi
5.1. Bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:
Yeniyetmələrin psixoloji xüsusiyyətləri
Sual 1. Yeniyetməlik dövrü 11-12 yaşdan 14-15 yaşadək müddəti, orta məktəbin 5-8-ci sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq mümkün deyildir. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, və ya bitə bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji təbəddülatları ilə nəzəri cəlb edir.
Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin-“uşağın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir” müddəası çox böyük əhəmiyyət kəsb edir. A.N.Leontyevin yazdığı kimi, psixi inkişafın müəyyən mərhələsində “onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer, onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişməyə səy göstərir. Uşağın həyat tərzi ilə, artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır. Buna müvafiq olaraq, onun fəaliyyəti də yenidən qurulur. Bununla da onun psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır. Bəs, yeniyetməlik dövründə baş verən dəyişikliklər özünü nədə göstərir?
Hər şeydən əvvəl,uşaq məktəbdə yeni şəraitə düşür, təlim materialı və dərsdə təlim işinin formaları mürəkkəbləşir, yeniyetmənin öz həmkarları və yaşlılarla ünsiyyəti, habelə məktəbdənkənar fəaliyyət növləri sahəsində əməli təcrübəsi xeyli genişlənir. Həmin şərait isə yeniyetmələrdə yaşlılarla münasibətdə yeni mövqe tutmaq, hərəkətlərində daha çox müstəqillik və sərbəstlik, öz yaşıdları ilə ünsiyyətində müəyyən yeniliklər yaratmaq meylinin meydana gəlməsinə səbəb olur.
İkinci, yeniyetmənin tələbləri onun həyat təcrübəsi və ixtiyarında olan müstəqillik imkanı ilə müqayisədə xeyli irəli gedir, yeniyetmə həyat tərzini heç də öz imkanlarına müvafiq deyil, onlardan xeyli geniş şəkildə qurmağa can atır.Buna görə də yaşlılar bir tərəfdən yeniyetmənin müstəqilliyə olan hədsiz meylini müəyyən qədər məhdudlaşdırmalı, digər tərəfdən isə onlarda yaşlılığa olan tələbatl durmadan inkişaf etdirməli, şagirdləri elə mürəkkəbləşən fəaliyyət növlərinə cəlb etməlidirlər ki, bu proses, onlarda çatışmayan müstəqillik, özünütənzimetmə və özünənəzarət vərdişlərini formalaşdıra bilsin.
Üçüncüsü, yeniyetməlik dövrü təlimin bu və ya digər növünə yiyələnmək üçün zəruri olan senzitivlik, həssaslıq və yüksək qavrama qabiliyyəti kimi keyfiyyətləri diqqəti cəlb edir. Yeniyetmə bu dövrdə təlim fəaliyyətinin bütün növlərini dərk etməyə, dərs zamanı çüstəqil iş formalarını həyata keçirməyə hazır və qadir olur, məktəbdənkənar vaxtlarda öz idrak fəaliyyətini tənzim etmək imkanına yiyələnir. Ancaq təəssüf ki, o hələ bu hazırlığı reallaşdırmağı bacarmır, təlim fəaliyyətinin yeni formalarının icra tərzlərinə yiyələnmiş olur.Şagirdi bu tərzlərə yiyələndirmək, onlara dərin maraq doğurmaq müəllimlərin qarşısında duran ən ümumi vəzifələrdəndir.
Yeniyetməlik dövrünü bir çox müəlliflər “keçid dövrü” (uşaqlıqdan gəncliyə), “çətin dövr”(müəllim və valideynlər üçün), “dönüş dövrü”, hətta “böhran dövrü” belə adlandırırlar. Uşaq öz həyatının bir mərhələsindən digərinə, uşaqlıqdan yaşlılığa keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişaf həm surətlə, həm də bütün sahələrdə həyata keçirilməyə başlayır. Əgər dördüncü sinif şagirdi ilə səkkizinci sinif şagirdini müqayisə etsək, görərik ki, bu qısa müddət ərzində uşaq fiziki, əqli, əxlaqi və ictimai-sosial baxımdan nə qədər böyümüş olur. Əlbəttə, bu böyümə hələ əsl və tam xarakter daşımır, onun gələcəkdə inkişafa böyük ehtiyacı olur. Əlbəttə, bu yaşlılaşma hələ əsl və tam xarakter daşımır, onun gələcəkdə inkişafa böyük ehtiyacı olur.
Müasir məktəblərin həyatında 2 əsas anı fərqləndirirlər:
1. Yaşlılaşmanın inkişafını ləngidənlər. Buraya uşağın dərsdən başqa heç bir işlə məşğul olmaması, valideynlərin hər bir sahədə uşağa himayədarlıq göstərməsi, onu məişət əməyindən, müəyyən qayğılardan uzaqlaşdırmaları aid edilir.
2. Yaşlılaşdırma məqamları-buraya isə müxtəlif məzmunlu zəngin informasiya axını, valideynlərin çoxunun müəyyən işləərdə çalışması sayəsində uşaqlarda təzahür edən erkən müstəqillik yoldaşları ilə ünsiyyətin intensiv inkişafı, fiziki inkişafın və cinsi yetişkənliyin akselerasiyası daxildir.
Bəs nə üçün bu dövr yaş psixologiyasında başqa cür deyil, məhz yeniyetməlik dövrü adlanır? Ona görə ki, həmin dövrdə uşaq şəxsiyyətinin inkişafında bir çox yetkinliklər, dəyişkənliklər, törəmələr baş verir ki, onların sayəsində şagirdin təlim və tərbiyəsində, rəftar və davranışında müxtəlif tipli çətinliklər: şıltaqlıq, inadkarlıq, tənbəllik, kobudluq, qapalılıq, adamdan qaçmaq və bu kimi keyfiyyətlər meydana gəlir, uşağı cəzalandırmaq qətiyyən səmərə vermir, valideyn uşaqla “ümumi dil” tapmaqda çətinlik çəkir. Yeniyetmə get-gedə valideynlərindən “uzaqlaşır”, öz qapalı şəxsi həyatını yaşamağa başlayır. Bu yaş dövrü ən tərəddüdlü, ən böhranlı və ən müvazinətsiz dövrüdür.
Yeniyetməlik yaş dövründə uşağın anatomik-fizioloji və psixi inkişafında, iradi-emosional və əqli həyatında nəzərə çarpan ciddi dəyişikliklər baş verir və yetkinliyin üç səviyyəsi özünü göstərir: cinsi, psixoloji və sosial yetkinlik. Yeniyetmənin şəxsiyyət mənasında formalaşması üçün yetkinliyin cinsi, psixoloji və sosial səviyyəsi vəhdətdə, birlikdə inkişaf etməlidir.
Sual 2. Yeniyetməlik dövründə bioloji amilin-cinsi yetişkənliyin üstün rolu haqqında nəzəriyyələrin yaranması XX əsrin 20-ci illərinə təsadüf edir. Biogenetik nəzəriyyənin baniləri sayılan Amerikan psixoloqu Stenli Xoll və Avstriya psixoloqu Ziqmund Freydə görə yeniyetməlik yaşı, ilk növbədə, bioloji amillərlə, o cümlədən cinsi yetişkənliklə şərtlənir. Stenli Xoll passiv pedaqogika tərəfdarı idi: o belə hesab edirdi ki, yeniyetmənin şəxsiyyətində mövcud olan nəyisə dəyişmək, yenidən tərbiyə etmək məqsədyönlü deyil, tamamilə faydasızdır. Onun fikrincə, təbiətin verdiyini dəyişmək olmaz. Lakin elə həmin dövrdə aparılmış bir sıra tədqiqatlarla sübut edildi ki, şəxsiyyətin təşəkkülü heç də təkcə bioloji deyil, sosioloji, psixoloji amillərdən də asılıdır.
Bioloji amillərə üstünlük verən, biogenetik nəzəriyyənin təməlini təşkil edən bu nəzəriyyə ilk dəfə A.S.Makarenkonun çətin tərbiyə olunan yeniyetmələr üzərində apardığı tədqiqatlarla təsbiq olundu. Biogenetik nəzəriyyəyə II zərbəni amerikan etnoqraflarının apardığı tədqiqatlar vurdu.
Amerika etnoqrafı Marqaret Mid insan şəxsiyyətinin formalaşmasına mühitin və ictimai tarixi şəraitin təsirini müəyyənləşdirmək məqsədilə Samoa adasında yaşayan yeniyetmələr üzərində tədqiqat aparmış və aşkar etmişdir ki, qız və oğlanlarda yeniyetməlik dövrünün böhranı heç də bioloji amillərlə deyil, sosioloji amillərlə şərtlənir. Mid eyni zamanda müəyəən etmişdir ki, həmin adanın oğlan və qızları uşaqlıqdan yeniyetməlik dövrünə, böyük yaşa ziddiyyətsiz, konfliktsiz keçir. Özü də bu dövr yeniyetmənin inkişafında demək olar ki, ən sərbəst dövr hesab olunur. Ancaq qızların yetişgənliyi onları yaşlı adam kimi səciyyələndirən bir göstərici olub bir növ kəbin mərasiminə hazırlığı bildirir. Digər tərəfdən isə bu fizioloji hadisədən sonra qızın yaşlılaq arasında hüquq və vəzifə dairəsi xeyli genişlənir, ona yeni tələblər və hüquqlar verilir. Etnoqrafların tədqiqatları ilə belə bir fakt da təsbit olundu ki, əvvalə, yeniyetməlik dövrünün müddəti, sonra bu vaxt müəyyən böhran, ziddiyyət və ya konfliktlərin mövcudluğu, yaxud olmaması, daha sonra isə uşaqlıqdan yaşlılığa keçidin özü belə uşaq həyatının konkret şərtlərilə müəyyən edilir. Bununla Freydin irəli sürdüyü “Edip kompleksi” haqqındakı nəzəriyyə də iflasa uğradı: çünki insanda təbii olanlar sosial olanlara qarşı qoyula bilməz, ona görə ki, təbii olanın özü elə sosial deməkdir.
Antropoloq Ruf Bendikt uşaqlıqdan yaşlılığa keçidin, daha doğrusu, yeniyetməlik dövrünə keçidin 2 tipini göstərir: 1) fasiləsiz keçid 2) uşağın əvvəllər, uşaqlıq dövründə öyrəndiklərilə böyük rolunu həyata keçirmək üçün lazım olan davranış tərzləri və təsəvvürləri arasında uyğunsuzluğun, uçurumun olduğu keçid. Birinci növ keçiddə uşaq və yaşlıya verilən tələblər qismən uyğun gəlir, bu zaman uşaq böyüklərin davranışı və tələb normalarını tədricən mənimsəyir və böyük, yaşlı statusunu yerinə yetirə bilir. II tipli keçiddə isə uşaq və böyüklərə verilən tələblərdə müəyyən uyğunsuzluq, ayrılıq, keçilməzlik olur. R,Benedik və M,Mid bu keçid tələblərini sənaye cəhətdən yüksək inkişaf etmiş ölkələrə, cəmiyyətə aid edir və burada uşaqlıqdan yaşlılığa keçiddə müəyyən çətinliklərin olduğunu göstərir; nəticədə uşaq formal yetkinliyə malik olsa da, o yaşlı statusunu yerinə yetirə bilmir.
Antropoloqlar yeniyetməlik yaşını uşağın cəmiyyətdə müəyyən mövqe tutmağa doğru getdiyi yol, başqa sözlə desək, bir növ cəmiyyətə daxil olma dövrü hesab edirlər. Bu ideyanı xüsusilə inkişaf etdirən Kurt Levin (ABŞ) göstərir ki, cəmiyyətə nüfuz edən yeniyetmədə uşaqlıq dövrünə məxsus olmayan yeni üstünlüklər əmələ gəlir. Lakin bu üstünlüklər uşaqlıqla yaşlılıq arasında müəyyən bir sədd çəkdiyindən və yeniyetmə uşaq qrupu ilə yaşlı qrupu arasında qaldığından onun inkişafında hər cür ziddiyət və “böhran” baş verir. D.Koulmen bu ideyanı bir qədər inkişaf etdirərək göstərir ki, yaşlılar cəmiyyətində yeniyetmələrin də özünəməxsus cəmiyyəti mövcud olur.
L.S.Vıqotski böhran probleminə tamam başqa cür və orijinal yanaşıb göstərir ki, yaş böhranlarını öyrənərkən iki cəhətə daha çox fikir vermək lazımdır. Əvvəl, şüurda baş verən əsas dəyişiklikləri fərqləndirmək, ikincisi isə, hər yaşda uşaqla mühit arasındakı təkrarolunmaz münasibətlər sistemini təmsil edən inkişafın sosial şəraitini müəyyənləşdirmək zəruridir. Beləliklə, yeniyetməlik dövrünün “böhranları” ictimai həyatın onlara verdiyi konkret sosioloji tələbatı ödəyərkən, yəni inkişaf edən yeniyetmənin böyüklər aləmində müəyyən mövqe tutmaq istədiyi zaman qazanılan xüsusiyyətlərlə, müstəqilliyə artan tələbatla bu müstəqilliyi həyata keçirmək imkanları arasında baş verir.
Sual 3. Yeniyetmənin fizioloji inkişaf xüsusiyyətlərini nəzərə almadan onun tərbiyyəsini, böyüklərlə qarşılıqlı münasibətlərini tənzim etmək və həyata keçirmək imkan xaricindədir. Doğrudur, bu fikri bütün yaş dövrlərinə şamil etmək olar, lakin yeniyetməlik dövrü boyun surətlə inkişafı, orqanizmdə gedən maddələr mübadiləsinin yüksəlməsi, daxili sekresiya vəziləri fəaliyyətinin kəskin surətdə güclənməsi və cinsi yetişkənliyin baş verməsilə xarakterizə olunur. Məhz buna görə də yeniyetmənin orqanizmində baş verən fizioloji proseslərin mahiyyətilə yaxından tanış olduqdan sonra onun təlim və tərbiyəsini lazımi istiqamətdə tənzim və idarə etmək mümkündür. Uşaq yeniyetməlik dövrünə qədəm qoyduğu andan onun orqanizmində əsaslı dəyişikliklər baş verir: orqanizmdə maddələr mübadiləsi yüksəlir, bədənin aşağı və yuxarı ətrafları uzununa sürətlə inkişaf edir, hərəkətləri yöndəmsiz, kobud və qaba olur. Uşağın döş qəfəsi və çanağı digər üzvlərin inkişafından geri qalır. Boy o qədər sürətlə inkişaf edir ki, bu bəzən 1 il ərzində 8-10 sm olur.
Yeniyetməlikdə nəzərə çarpan ən mühüm cəhətlərdən biri fiziki inkişafla əlaqədar cinsi yetişkənliyin baş verməsidir. Uşaq orqanizmində bu hadisənin yaranması bir çox hallarda iqlim şəraitindən, bəzi milli-etnoqrafik amillərdən, bəzən də orqanizmin fərdi xüsusiyyətlərindən asılı olur. Cinsi yetişkənlik qızlarda əsasən 11-13, oğlanlarda isə 13-15 yaşda daha intensiv inkişafa başlayır. Cinsi yetişkənlik dövründə onlarda tədricən II cinsi əlamətlər əmələ gəlir: qızlarda döş vəziləri inki.af edir, oğlanların səsi kobudlaşır, əzələ qüvvəsi artır və s. Yeniyetməlikdə bədən çəkiləri, boy artımında ciddi dəyişikliklər ortaya çıxır. Həmçinin ürək də sürətlə inkişaf edir: il ərzində təqribən özünün 4-də biri qədər böyüyür. Ürək böyüdükcə damarlar və ürəyin qanqovma qüvvəsi də böyüyür, çoxalır. Damarların darlığı isə ürəyin fəaliyyətinə müəyyən qədər müqavimət göstərir. Bunun sayəsində də yeniyetmələrdə gənclik hipertoniyası adlanan hal özünü büruzə verir. Bu vəziyyət müvəqqəti xarakter daşıyır. Yeniyetmənin ürək-damar fəaliyyətinə təkcə fiziki cəhətdən ağır yüklər deyil, həm də mənfi emosiyalar da pis təsir göstərir.
Yeniyetmənin sinir sistemində əsaslı dəyişikliklər baş verir: qabıq, qabıqaltı sahəyə daha çox ləngidici təsir gpstərmək imkanına “yiyələnir”. Lakin cinsi yetişkənlik dövründə qabıqaltı sahədə fəallığın artması diqqəti cəlb edir. Bunun sayəsində yeniyetmələrin rəftar və davranışlarında əsəbilik, hövsələsizlik, səbrsizlik, emosional reaksiyaların davamsızlığı kimi hallar müşahidə olunur. Bu dövrdə beynin ali şöbələri- qabığın alın sahələri də xeyli inkişaf edir, bunun sayəsində yeniyetmənin idrak imkanları xeyli genişlənir-qavrayışın mənalılığı, diqqətin və digər idrak proseslərinin ixtiyariliyi artır.
Yeniyetməlik yaşında daxili sekresiya vəziləri aparıcı rol oynayır: onların hazırladığı hormonlar həm cinsi yetişkənliyi təmin edir, həm də onların təsiri sayəsində bütün orqanlar formalaşır, bu və ya digər cinsə aid olan II cinsi əlamətlər təzahür edir.
Yuxarıda deyilənlərə yekun vuraq: əvvəla eyni bir xronoloji yaşda olan yeniyetmə orqanizminin fizioloji yetkinlik dərəcəsi tamamilə müxtəlif cür ola bilər və bununla əlaqədar da cinsi yetişkənlik həm ayrı-ayrı vaxtlarda başlaya, həm də müxtəlif sürətlə davam edə bilər.
II-si, cinsi yetişkənliyin müxtəlif əlamətləri də ayrı-ayrı yeniyetmələrdə cürbəcür olur. Deyək ki, birində əvvəlcə bədənin sürətli inkişafı nəzərə çarpır, cinsi əlamətlər isə müşahidə olunmur.
III-sü cinsi yetişkənliyin ayrı-ayrı əlamətlərinin çoxluğuna baxmayaraq, ayrıca götürülmüş bir əlamət tam cinsi yetişkənlik haqda düzgün fikir söyləməyə imkan vermir.
Sual 4. Yeniyetməlik dövründə şəxsiyyətin kollektivdəki mövqeyi, eyni zamanda ictimai münasibətlər sistemində tutduğu vəziyyət, əsaslı dəyişikliklərə uğrayır. Belə ki, bu yaşda onlar “kiçik” uşaqdan böyük “uşağa” çevrilir. Yeniyetməlik dövründə uşaqların davranış və rəftarlarında əvvəlki yaş dövrlərində müşahidə edilməyən yeni xüsusiyyətlər özünü göstərməyə başlayır. Bütün bunlar yeniyetmənin şəxsiyyətini kiçik məktəblinin şəxsiyyətindən fərqləndirir. Yeniyetmə yaşında şəxsiyyətin inkişafı, bu sahədə özünü göstərən dəyişikliklər onda yaşlılıq hissinin formalaşması, yeni tip qarşılıqlı münasibətlərin meydana gəlməsi, sərvət meyllərinin təşəkkülü, özünüqiymətləndirmənin formalaşması, Mənlik şüurunun inkişafa başlaması və s. cəhətlər təzahür edir. Yeniyetmə yaşında şəxsiyyətin inkişafı, bu sahədə özünü göstərən dəyişikliklər onda yaşlılıq hissinin formalaşması, yeni tip qarşılıqlı münasibətlərin meydana gəlməsi, sərvət meyllərinin təşəkkülü, özünüqiymətləndirmənin formalaşması, mənlik şüurunun inkişafa başlaması və s. cəhətlər təzahür edir.
Yeniyetməlik dövründə şəxsiyyətin strukturunda nəzərə çarpan əsaslı dəyişikliklərdən biri, uşağın özünüdərketməsinin inkişafında keyfiyyətli irəliləyiş baş verməsindən ibarətdir. Psixoloji ədəbiyyatda yeniyetmənin özünüdərk etməsində baş verən bu spesifik törəməni, adətən yaşlılıq hissi adlandırırlar.
Fiziki inkişafın akselerasiyası, cinsi yetişkənliyin daha tez baş verməsi uşaqda, yaşlılıq hissinin əvvəlki illərdən fərqli olaraq daha tez əmələ gəlməsinə səbəb olur. Yaşlılıq hissi öz mənşəyinə görə sosial xarakter daşıya bilər.
Yeniyetməlik dövründə nəzərə çarpan mühüm xüsusiyyətlərdən biri də uşağın ünsiyyət fəaliyyətinin genişlənməsi, yoldaşları, həmyaşıdları ilə daha çox qarşılıqlı münasibətə səy göstərməsidir. Yeniyetmənin yoldaşları ilə ünsiyyəti getdikcə genişlənir və möhkəmlənir. Yeniyetməlik yaşında yoldaşa sadiq qalmaq, düzgünlük və doğruluq, bərabərlik, qarşılıqlı münasibət kimi keyfiyyətlər ön plana keçərək “yoldaşlıq kodeksi” normalarına çevrilir, əxlaqi-etik meyar məzmunu daşıyır. Eyni zamanda yeniyetmə yoldaşlarının iradlarını, tənqidi göstərişləri qəbul edir, həmyaşıdlarının rəy və qiymətləri ilə razılaşır, tədricən özünü dərk edir. Əks təqdirdə isə özünə qeyri-adekvat, həddindən artıq qiymət verən yeniyetmə nüfuzdan düşür, “yoldaşlıq kodeksinin” etik məzmununu təhlil edə bilmir və nəticədə qarşılıqlı münasibətlər pozulur.
Yeniyetmələrin yoldaşlığı tədricən seçici xarakterdə inkişaf edir. Adətən, yeniyetmələr yaxınlıq dərəcəsinə görə yoldaşın üç tipini fərqləndirirlər: sadəcə olaraq yoldaş, yaxın yoldaş və dost seçir, sirdaşını, həmkarını müəyyənləşdirir; seçdiyi dostunu özü ilə müqayisə edir, onu müxtəlif nöqteyi-nəzərdən qiymətləndirir. Bu baxımdan yeniyetmələrdə “oğlan-qız ”münasibətləri də formalaşır, onlar bir-birilə maraqlanır, bir-birinin xoşuna gəlməyə cəhd edirlər. Oğlan və qızların qarşılıqlı münasibəti onların bir-birinə tələbkarlığında, qayğı və hörmətində, inam və etibarında ifadə olunaraq kollektivçilik hissinə çevrilir. Lakin yeniyetmə yaşının ayrı-ayrı dövrlərində “oğlan-qız” münasibətlərində fərqli cəhətlər özünü göstərir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik yeniyetməlik dövründə oğlan və qızların davranışı hələ ambivalent (ikili) xarakter daşıyır: onlar bir tərəfdən, bir-birilə maraqlanır, digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər. Ona görə də bu dövrdə oğlanlar əksər hallarda oğlanlarla, qızlar isə qızlarla oynamağa, oturub-durmağa, yoldaşlıq etməyə meylli olurlar. Hətta qızlar ad gününü keçirəndə oğlanları həmin təntənəli mərasimə, şənliyə dəvət etmirlər. Psixoloqlar bu cəhəti, birinci növbədə, oğlanlarla qızların aralarında cinsi fərqlərin olması ilə əlaqələndirirlər. Oğlanlarla qızların bu cür xüsusiləşmə halları tədricən aradan qalxır, onların arasında qarşılıqlı münasibətlər yenidən əsl yoldaşlıq münasibətinə çevrilir. Hər iki cinsdən olan yeniyetmələr təlim prosesində müxtəlif əxlaqi anlayışlara yiyələndikcə özlərinin yoldaşları qarşısında borcunu və məsuliyyətini daha aydın dərk edirlər. Deyilənlərdən göründüyü kimi, yeniyetməlik dövründə yoldaşları ilə ünsiyyət yeniyetmənin bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Onlar bir-birləri üçün nümunəyə çevrilir, bir-birlərinə fəal təsir göstərirlər.
Sual 5. XX əsrin 40-cı illərində E.Erikson öz nəzəriyyələrində “identiklik”, “identiklik böhranı” terminlərinə əsaslanır. Onları psixopatologiyanın müxtəlif formalarının diaqnostikası zamanı aktiv istifadə etməyə başlayırlar. Ötən əsrin 50- ci illərində bu anlayışların müxtəlif şərhlərini təklif edirdilər. İdentiklik haqqında ilkin fikirlərdən tutmuş müstəqil nəzəriyyə kimi yaranması dövrünə qədər olan identiklik probleminin inkişafı aşağıdakı müəlliflərin işlərində rast gəlinir: klassik xarici ölkə filosofları, psixoloq və sosioloqları Ceyms U., Freyd Z., Yunq K., Piaje J., Fromm E., Mid C., müasir müəlliflərdən: Erikson E., Maslou A., Ollport Q., Rocers K., Xorni K., Vıqotski L.S., Leontyev A.N., Rubinşteyn S.L., Elkonin D.B.
İdentifikasiyanın tədqiqi identikliyin analoji təhlili deyil. İdentiklik özündə müxtəlif aspektləri cəmləşdirir, identifikasiya isə — belə aspektləri təsvir edir. İdentiklik – nəticə, özünü müdafiə, qorunma, identifikasiya isə — uyğunlaşdırma, daim seçim prosesi, adətlərin, ustanovkaların, normaların qəbuludur. Bu səbəbdən də, identifikasiya prosesinin müxtəlif səviyyələrinin təsviri identikliyin dərk edilməsinin ardınca gedir.
“İdentiklik” termininin elmi praktikada ənənəvi yayılması Erik Eriksonun adı ilə bağlıdır. E.Erikson öz nəzəriyyəsində adları göstərilən sələflərindən fərqli fikirlər söyləyir. Ceyms üçün identiklik – özünə münasibətdə subyektiv hiss, ətraf mühitə münasibətdə “eqonun”müqaviməti, yaradıcı gücdür. Onun fikrincə, həyatı aktivlikdə, yaradıcılıqda, əziyyətdə qurmaq lazımdır. Ceyms əsasən identiklik terminindən deyil, xarakter terminindən istifadə edir.
Patoloji vəziyyət şəxsiyyətin parçalanması, həyati hissin yox olması, mənəvi idealların, daxili aləmin və dünyanın itirilməsi zamanı yarana bilər. Şəxsiyyətin parçalanmasına ən gözəl nümunə, amerikan aliminin fikrincə, Avqustinin inamına xidmət etməkdir. Həyati hisslərin itməsinə misal Lyuterin, Hötenin, Tolstoyun həyatını göstərmək olar. Bundan əlavə, Ceyms istənilən həyatda dağınıqlıq və pessimizmin zəruriliyini qeyd edir. Ancaq Ceymsə görə, ontoloji zərurilikdən başqa öz daxilində aradan qaldırılmış narahatlıq vəziyyəti də mövcuddur. Müraciət etməyə (yönəltmə, işlətmə, dolanma), yenidən canlanma, inam və firavanlığın əldə edilməsi, daxili aləmə nail olma başa çatır. Bu zəif (ağır) proses möhkəm mənəvi güc tələb edir. Ancaq mükafat biçarə (uğursuz) qəlbə öz – özü ilə birləşməli olur. Bu prosesin effektivliyi U.Ceymsə görə, hər hansı fikrin mənəvi həyatın enerji mərkəzində yaranması və bu əlaqənin mərkəzi və ya periferik yer tutmasından asılıdır. Beləliklə, Ceymsə görə insanın iradəsinə yönəlmiş ideyalar qrupu – onun enerjisinin mərkəzində durur. Müxtəlif vəziyyətlərdə, bizdə bir- birilərini əvəzləyir. Onlardan hər birinin özünün parlaq mərkəzi var. Mərkəzin ətrafında isə bizim fikirlərimizin obyekti yerləşir.
Özünə yönəlmə prosesi təkcə mənəvi həyatın mərkəzi vəziyyətindən asılı deyil, eləcə də insanın xarakterindən asılıdır. Elə insanlar olur ki, onlar böyük təşkilati bacarıqlarla əhatə olunur, geniş mənəvi ruha malik olurlar. Bu insanlarda eyni zamanda irəlidə olan (gözlənilən) bütün istiqamətlərdə fəaliyyət və radiuslar (yaxın sahə) proqramı yerləşir. Elə insanlar da olur ki, bütün bu keyfiyyətlərdən məhrum olur. Amerikan fəlsəfəsinin rəyinə görə bu orta insanlar mənəvi görmədən (intuisiyadan) məhrumdular. Beləliklə, öz yolunu tapma, bu yolda çatışmazlıqları bərpa etmək imkanı öz şəxsi enerji mərkəzinin mənbəyindən, mənəvi görməni təşkil etməyi şərtləndirməkdən, öz fəaliyyətini müvəqqəti sərhədləndirmə imkanından asılıdır. Müvəqqəti sərhədləri təsvir etmək olduqca çətindir, sanki “şüur sahəsi” və ya “tamamilə ruhi vəziyyət” anlayışlarını təyin edirsiniz. Onlar qəti şəkildə qeyd oluna bilməz.
İdentiklik nəzəriyyəsinin nəzəri sələfi müasir psixologiyanın banisi hesab edilən Z.Freydir. Freydin uğurunu onun özünün istedadlı romanist və dramaturq olması ilə izah etmək olar, onun nəzəriyyəsi orta əsrlər pyesinin xarakteri, oradakı qəhrəmanlar, mənfi obrazlar, qəddar şəxslərin simasında təsvir olunur: Mən (İd), O (Ego), Yüksək Mən (Superego), Eros, Tanatosla mübarizə aparır. Müasir fransız mütəfəkkiri M.Serto onun haqqında yazırdı: bu “sadə insanla müqavilə bağlamış və diskursiv formada evlənən” öyrənci tələbə idi. Nəzəriyyə universallaşdırılmalı və tarixin reallıqlarına əsaslanmalıdır. Onun nəzəriyyəsi bütün problemlərin həllinə, həyatda təhlükəsiz yeri təmin etməyə iddia edirdi.
Freydin uğuru elmi nəzəriyyənin və psixoloji terapiyanın uğurlu kombinasiyası ilə təmin olunub. Terapiya, yüzilliyin əvvəlində əsası qoyulmuş, mədəni modernizm və postmodernizm elementləri ilə müşayiət olunmuşdur. Şəxsiyyətin patologiyasının aradan qaldırılması, həqiqi arzuların, gələcək layihələrin və keçmişin psixoloji izlərinin ahəngi üçün özünüdərketməyə nail olma vasitəsi kimi inkişaf etmişdir.
Əvvəlki kimi insanın gündəlik davranışının sistematik müşahidəsi yolunda forma almasına təsir ideyası S.Qrofun transpersonal psixologiyasında, Selterin özünəhörmət treninqində və s. böyük uğurla istifadə olunur. Bu əlaqə ilə identiklik Freyd üçün – şəxsi, daxili aləm, insanın emosional gücüdür. Sevib və işləmək – uğurlu identikliyin sadə formuludur. Şəxsiyyətin tapılmasında həlledici rol avstriyalı psixoanalitikin fikrincə, uşaqlığın öyrənilməsidir. Leonardo Da Vinçidə olduğu kimi fiziki, yaradıcı və mənəvi inkişafın hər bir mərhələsində uşaq psixoloji çarpışması aktuallaşır. Onların tamamlanmaması onun inkişafına əsas təkan verən stimuldur. Freydin fikrincə, məhz uşaqlıqda özünəhörmətin əsas mənbələri əmələ gəlir: uşaq narsizmi, uşaq özünüsevməsi, öz “eqo — ideal”ının tədqiqi hissi, obyektiv libido, digərlərinə sevgi.
İdentikliyin inkişafında Freyd 2 müxtəlif prosesi fərqləndirmişdir:
- Bioloji – həyati silsilədə orqanizm canlı üzvi sistemlər arasında ierarxiyalı orqanizm olur.
- Sosial – coğrafi, tarixi və mədəni konteksdə orqanizm qrupda sistemləşir.
İdentiklik termini həmçinin Freyd tərəfindən izah olunmuşdur. Freydə görə, identifikasiya vasitəsilə “Superego” formalaşır. İdentifikasiya – Mən-in hüdudlarından çıxmağa imkan verən və digərlərinin yaşantılarını hiss edən qrup şəklində əmələ gələn faktorlardır. İdentifikasiya – şüursuz vəziyyətdə subyektin obyekt ilə eyniləşdirilməsidir. Motivləri isə sevgini itirmə və cəzalandırılmaqdan qorxmadır. İdentifikasiyanın həqiqi səbəbi insanın bioloji təbiətində cəmləşmişdir. İdentifikasiyanın nəticəsi – valideyn “Supereqo”sunun izidir. İdentikliyin saxlanılması şəxsiyyətin özünütəsdiq etməsinin müxtəlif formalarını şərtləndirir. Z.Freyd bunları müdafiə mexanizmləri adlandırır: sıxışdırma (impulsun boğulması), proeksiya (şüursuz vəziyyətdə öz hisslərini digərinin üzərinə köçürmə), qarışdırma, rasionalizasiya (özünüaldatma, mütləq ideyaların rasional izahına cəhd etmək). Müdafiə mexanizmləri istifadə edilən “Mən” obrazını saxlayır.
Beləliklə, identifikasiya qarşılıqlı təsiri təsvir edir. Ancaq, Freydə görə, belə qarşılıqlı təsir bioloji aspektdən müəyyən olunur. Əsas məqsəd bioloji adaptasiyadır. “Mən” üçün bioloji-psixoloji tarazlığın saxlanılmasında əsas məqsəddir. Çünki identiklik əsas və ilkin identifikasiyanın tarazlığı şərtidir. İdentifikasiya tarazlanır, mədəniləşir, identiklik isə xilas olunur.
Z.Freydin davamçıları identiklik terminini dəqiqləşdirmiş və genişləndirmişlər: M.Kleyn “proyektiv identiklik” anlayışını təklif etmiş, A.Freyd “müdafiə identikliyi”, M.Eynsvort, C.Boulbi, M.Maler, R.Şafer, U.Meyssner identifikasiyaya internalizasiya səviyyəsi kimi baxırdılar. Z.Freyd tərəfdarlarının hamısı üçün şüursuz strukturlara identifikasiya, subyektin keyfiyyətlərinə birbaşa köçürülmə fikirləri ümumidir; uşaqlıq yaşlarından prosesin məhdudlaşdırılması, aydın biliklərin olmaması, identifikasiya və identiklik anlayışlarının tez – tez eyniləşdirilməsi. İdentiklik və identifikasiya heç cür tarixi zamanla əlaqəli deyil, belə ki, onların cəmiyyətə təsir mexanizmləri hələ də izah olunmamışdır. Aydındır ki, belə yanaşmanı sosial atomizm və ya metodoloji individualizm kimi xarakterizə etmək olar. Freydə qədər o, bioloji tendensiyalarla sıxışdırılırdı. Bizim baxışımıza görə, müvafiq mövqe sosial fenomenlərin təşkil olunması mexanizmlərini izah etməyə imkan vermir, ancaq şəxsiyyətin qabiliyyətlərini və ya xarakter əlamətlərini müəyyən etmək olar. Fərdi – psixoloji identiklik bağlı qalır. Bununla bərabər, kollektiv identifikasiyanın necə inkişaf etdiyi anlaşılmaz qalır. Nəhayət, fərdi həyati planın qurulması prosesi də anlaşılmaz qalır. Z.Freydin davamçıları K.Yunq və A.Adler fərdi inkişafın belə gedişini birtərəfli və natamam hesab edirdilər. Fərdin özünəqapanması insanlığın qurulmasının təməli olmasına xidmət edə bilməz. Yunq və Adler sosial əhatənin öyrənilməsinə xüsusi diqqət yetirirdilər. Tarixi prosesə əsaslanan, fərdiyyətin təşəkkülünə aparan prosesi Yunq fərdiləşmə hesab edir. Fərdiləşmə – fərdin, varlığın cəmiyyətdən, kollektiv psixologiyadan fərqləndirilməsi prosesidir. Bu proses differensiasiyadır. Məqsədi isə fərdi şəxsiyyətin inkişafıdır .
Müasir dünyada müasir insana öz-özünü nizam-intizama salmaq, şəxsiyyətin daxili aləmi ilə ziddiyyətinin ahəngini şərtləndirən vasitələri tapmaq lazımdır. Fərdiləşmənin məqsədi “özlüyə” nail olmadır (Das Selbst, the Self). “Özlük” – bütün fərdi – yaş əlamətləri – mənəvi – etik keyfiyyətlər, estetik zövqləri ilə birlikdə bütöv, birləşmiş (inteqrallaşmış) şəxsiyyətdir; bu, insan psixikasının unikal mərkəzidir, onun ətrafında insanın bütün fərdi şəxsiyyət keyfiyyətləri strukturlaşır. Yunq özü qeyd edirdi ki, “özlük” termini ilk dəfə M.Ekxart (1260-1327) tərəfindən işlənilmişdir. “Özlük” – istənilən həyatın məqsədidir. O, deindividuasiyaya, şəxsiyyətinin bütövlüyünün itirilməsinə, avtomat və dözülməz yalnızlığa gətirib çıxaran “saxta Mən”in alınması təhlükəsinə qarşı durur. “Özlük” – şüursuzluq və şüurluluq arasında nəsədir, bədən, persona və “Mən”lə üst –üstə düşməyən şəxsiyyətin mərkəzidir. Bu, şəxsiyyətin tarazlıq nöqtəsidir.
K.Yunq insanı fərdiləşməyə can atan kimi fərqləndirir, A.Adler isə kamilliyə çatma kimi. K.Xorni insanın özünügerçəkləşməyə canatma təbiətinə məxsus olduğu tezisini postulat (müddəa) kimi qəbul edir. İnsan özünüinkişafa can atır, özünü idealla eyniləşdirmək istəyir. “Mən” konflikti, hissələrə bölünməni üstələyir, özünün həyata əvvəlcədən hazırlayır, özünə və başqalarına görə məsuliyyət altına girir. İnsanın özü haqqında bilməsi intellektual snobizm (təkəbbür) xarakteri daşımamalıdır, onun şəxsi emosional yaşantısı olmalıdır. Əsas odur ki, təkcə daxili güc haqqında fikirləşmək yox, onu daxili varlıq kimi həyata keçirmək lazımdır.
Özlüyün digər təbiəti haqqında fikirlər Freydin davamçıları arasında Q.Sallivenə məxsusdur. O, özlük sistemini şəxsiyyətin müdafiə mexanizmi hesab edir. İnsanın onun fərdiliyində itirmə şərti altında şəxsi mövcud olma illüziyasını qurur.
Beləliklə, Yunq, Adler, Xorni, Sallivenin işlərində daxili “Mən” və cəmiyyətin qarşılıqlı təsirinin zəruriliyi xüsusi ilə qeyd olunur. Tədqiqatın bütün məntiqi psixi stabilliyinin əldə olunmasına, kamilliyinə və müdafiəsinə istiqamətlənibdir. Əsas məqsədi bütövlük olaraq qalır. Məkanın ölçüsü artırılır. Burada şəxsiyyətin bütövlüyü – “Mən və dünya”nın qarşılıqlı münasibətləri qiymətləndirilir. Yenə də, əvvəl olduğu kimi, subyektiv fərdi təcrübə xüsusi qeyd olunur.
Əsas tezis ondan ibarətdir ki, insan hal – hazırda olana adaptasiya olunur, gələcək və keçmişin təsirlərini nəzərə almır. Belə hal təbii ki, XX əsrin 30-cu illərinə təsadüf edir. N.A.Berdyaev, Q.Şpet, P.Florenski, M.Haydeqqer, K.Yaspers və sonralar T.Adorno, J.P.Sartr qeyd edirdilər ki, şəxsiyyətin bütövlüyü və fasiləsizliyi saxlanılır və fərdi mövcudluğun metamorfozu və çevrilməsi zamanı saxlanılır. Əks halda “Biz” və ya “ümumi identiklik” təzyiqi yaranır.
E.Fromm Z.Freydin dərin kök salmış insan təbiətindən narsizm fikrini davam etdirərək tarixə narsizm və humanizmin daimi mübarizəsi kimi baxmağı təklif edir. Kopernik, Darvin, Freyd insan illüziyasını şərh edir. Bildirir ki, o dünyanın mərkəzi, bioloji inqilabın zirvəsi, psixi təşkil olunmanın bitməsi deyil. Tənqidin, spektisizmin köməyilə elm, obyektiv fikir insanın özünü sevməsinin birtərəfliliyini ifşa edir. Ancaq insan yeni güclə narsizmi radio, televiziya, atom bombası qurmaqla yenidən bərpa edir. Freyddən fərqli olaraq, hesab edir ki, insan heç vaxt narsistik mahiyyətini üstələyə bilməyəcək. Fromm ümid edir ki, narsistik enerjini təkcə özünə deyil, bütün insanlığa şamil etmək olar. Bunu bütün dünya tarixi şərtləndirir, təkcə onda fərd özünü dünyanın sakini kimi hiss edir.
E.Fromm şəxsiyyətin bütövlüyünün bərpasını aktiv şəkildə müzakirə edərək identiklik terminindən istifadə edir. “İdentikliyə malik olmaq – yaşamaq, ancaq sahib olmamaqdır”. “İnsan yaşayıb sahib olmamağı seçdikdə, o, həyəcan və özünəinamsızlıq, sahib olduqlarını itirmək qorxusu hiss etmir. Əgər “Mən” – bu mən oluduğum kimiyəm, ancaq sahib deyiləm, bu zaman heç bir güc məni təhlükəsizliyimlə hədələyə və məni identiklik hissindən məhrum edə bilməz”.
İdentiklik böhranı müasir cəmiyyətdə cəmiyyətin üzvlərinin bürokratik maşının əlində yaxın alət olması ilə yaranır. Böhranı üstələmək üçün gündəlik həyatda fərdi təşəbbüs üçün şərt qoymaq lazımdır. Desentralizasiya, iqtisadi və siyasi qərar qəbul etmək imkanı ilə böhranı üstələmək mümkündür.
E.Fromm artıq “identiklik” və “identiklik böhranı” terminlərini istifadə etmişdir. Öz sələflərindən fərqli olaraq o, insanın özünü müasir dünyada tapmasına imkan verən daxili potensialına xüsusi diqqət yetirir. Fromm Freyd, Adler, Yunq kimi insanın özünə deyil, başqası üçün mübarizəsinə xüsusi diqqət yetirir. Amerika filosofu insanın ümumiyə mənsubluğuna böyük əhəmiyyət verir və onun identifikasiyası üçün vəziyyətin mümkünlüyünü qeyd edir.
XX əsrin ortalarında psixoanalitik istiqamətdə şəxsiyyətin daxili psixi strukturu, şəxsiyyətin narsistik nüvəsi, özlük şəxsiyyətin mərkəzi inteqralı kimi, bütöv “Mən” uğurlu özünügerçəkləşdirmənin əsası kimi labüdlüyü, fərdin və onun sosial mühitinin qarşılıqlı təsirinin tədqiqinin mühümlüyü anlayışları tədqiq olunmuşdur.
İdentiklik anlayışına növbəti yanaşma biheviorizmdir. İdentifikasiya – identikliyin formalaşması və möhkəmlənməsidir (D.Dollard, N.Miller, O.Maurer). İdentifikasiyanın məzmunu – obyekt və subyekt üçün ümuminin qurulması və onların subyekt tərəfindən mənimsənilməsi, deklamasiyalı (təntənəli) rollu münasibətlərin müəyyən edilməsi prosesidir. Dəyərli obrazlar (patternlər) hər iki istiqamətə bölünür (R.Siers, X.Levin, E.Makkobi, P.Mussen).
İdentifikasiyanın kökləri – asılılıqların və bağlılıqların formalaşmasıdır. Əsas funksiyası – artıq hazır davranış formalarının yenilənməsini əldə etməkdir. İdentifikasiyanın məzmunu — subyekt və obyekt üçün ümümi dəyərlərin qurulması və onların möhkəmlənməsi prosesidir. İdentifikasiya möhkəmlənmə, imitasiya, ümumiləşdirmə, müşahidə, modelləşdirmə ilə, öyrənmə ilə əldə olunur. Bu prosesin səbəbi asılılıq və bağlılığın psixoloji formalaşmasıdır. İdentifikasiyanın əsas funksiyası artıq hazır davranış formalarının yenilənməsini əldə etməsidir. İdentifikasiya nəzəriyyəsi koqnitiv proseslərin səviyyəsində də baxılmadır. Eləcə də, identifikasiya şüurlu səviyyədə baş verən proses kimidir (X.Levinin, E.Makkobi, P.Mussena, L.Raunin, R.Siersin nəzəriyyəsi).
Beləliklə, biheviorizm nəzəriyyəsi ilə razılaşaraq, identifikasiya – digərlərinin əlamətləri və ya atributlarının şüurlu və ya şüursuz köçürülməsidir. İdentifikasiyanın əsas nəzəriyyəsi – müdafiəedici, inkişaf edən, həsəd nəzəriyyəsi, hakimiyyət nəzəriyyəsi, deklamasiyalı rollar nəzəriyyəsi, oxşarlıq nəzəriyyəsidir. İdentifikasiya nəzəriyyəsinin inkişafında müsbət qat bu prosesin koqnitiv aspektlərinin təhlilinə giriş, onun şüurlu şəkildə qəbul edilməsi olmuşdur. Biheviorizmdə identifikasiyanı təkcə bioloji – psixoloji deyil, eləcə də sosial hesab etməyə başlamışdılar.
Bihevioristik nəzəriyyənin çatışmazlıqları indiyə qədər şəxsiyyətin inkişafı və münasibətinin təhlilinin olmaması ilə əlaqədardır. Belə ki, identifikasiyanın ilkin izahında (freydizm nəzəriyyəsində olduğu kimi, biheviorizmdə də) identikliyin əldə olunması prosesinin dərk olunmasına birtərəfli yanaşma üstünlük təşkil edir. O, identifikasiya məlumatında ya şüursuz səviyyədə, ya şüurlu səviyyədə — subyekt və obyektin formal-məntiqi ziddiyəti yaranır. Bu, obyektin xarakteristikasının sadə köçürülməsinə gətirib çıxarır, məsələn, valideynin subyektə. Formal – məntiqi interpretasiya öz növbəsində subyektin özündə heç bir aktiv rolu etiraz etmir: ya o, özü tərəfindən tanınmayan İd, Eqonun təsirinə dözür, ya da o, sosial vəziyyətin qurbanına çevrilir. Bununla bərabər, identifikasiyanın fenomenoloji məzmunu tam açılmır.
Beləliklə, identiklik nəzəriyyəsinin inkişafında ilkin mərhələni yuxarıda göstərilən əlamətlərə görə formal – məntiqi kimi xarakterizə etmək olar.
Sual 6. Yeniyetmənin təlim fəaliyyətində əvvəlki yaş dövrlərindən fərqlənən xüsusiyyətlər müşahidə olunur. Yeniyetmə elmlərin əsaslarına sistemli şəkildə yiyələnməyə başlayır, bu isə onun təlim fəaliyyətində elmi ümumiləşdirmə və mücərrəd məsələləri mənimsəməklə yanaşı, həm də nəzəri təfəkkürün, ixtiyari diqqətin, hafizənin yüksək səviyyədə inkişafını tələb edir. Yeniyetmənin təlim fəaliyyətinin yeni xüsusiyyətlərini səciyyələndirən ən ümdə cəhət təlimdə şagirdin müstəqilliyinin inkişafı ilə əlaqədardır. Yeniyetmə yalnız dərsdə rast gəldiyi yenilikləri mənimsəməklə kifayətlənməyib, biliklərin yeni sahələrini müstəqil surətdə mənimsəməyə çalışır.
Yeniyetməni səciyyələndirən cəhətlərdən biri də onlarda peşə bacarıq və vərdişlərinin, maraqlarının təşəkkül etməsidir. Bununla bağlı olaraq, yeniyetmələr dərsləri lazımlı və lazımsız qruplara ayırırlar. Yeniyetmənin təlim fəaliyyətinın və onun münasibətinin dəyişməsi ilə əlaqədar olaraq onun idrak fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaranır. Bu dövrdə yeniyetmənin qavrayışı hərtərəfli, ardıcıl və seçici xarakter daşıyır, qavrayışın həcmi genişlənir, nə ilə çox maraqlanırsa, onu da yaxşı qavrayır, maraqlanmadığı sahədə qavrayışı səthi olur. Zaman, məkan və hərəkət qavrayışı nəzərə çarpacaq dərəcədə inkişaf edir.
Yeniyetmənin hafizəsində də yeni ilkin xüsusiyyətlərə təsadüf edilir. Yeniyetmə hafizəsini tənzim və idarə etməyi bacarır, yaddasaxlamanın səmərəli üsullarından şüurlu surətdə istifadə edir, öyrənəcəyi materialı müqayisə edir, sistemləşdirir, mənasını anlayır, öz sözləri ilə sərbəst nəql edir.
Yeniyetməlik yaşında şagirdlərin diqqətinin inkişafında da müəyyən səciyyəvi xüsusiyyətlər müşahidə olunur. Yeniyetmədə sabit ixtiyari diqqətlə yanaşı, diqqətin tez yayılması hallarına da təsadüf edilir. Bu xüsusiyyətlər onun iş şəraitindən, keçilən mövzunun məzmunundan, şagirdin dərsə olan münasibətindən, psixi halından, maraqlarından asılıdır.
Yeniyetməlik dövründə uşağın təxəyyülü, xüsusilə də yaradıcı təxəyyülü xeyli inkişaf edir, hekayə yazmağa, şəkil çəkməyə, müəyyən modellər düzəltməyə başlayırlar.
Yeniyetmənin iradi-emosional xüsusiyyətləri daha zəngin olur. Onların hissləri real xarakter daşıyır, yoldaşlıq, dostluq münasibətlərində açıqürəklilik edirlər, sirlərini bir-birlərinə söyləyirlər, bir-birinin daha çox hüsn – rəğbətini qazanmağa can atırlar. Onlarda əxlaqi, zehni, estetik hisslər sürətlə, hərtərəfli inkişaf edir. Yeniyetmələr əxlaq normalarını və həyat gözəlliklərini qiymətləndirir, ondan zövq alır, insanı valeh edən işlərlə məşğul olurlar.
Yeniyetmələr təlim fəaliyyəti ilə yanaşı, əmək və oyun fəaliyyəti ilə də məşğul olurlar. Onlar süjetli-obrazlı, didaktik-tədris, idman, əyləncəli, kompüter oyunlarını sevir, xüsusilə futbol, şahmat, dama və digər oyunlarla da maraqlanırlar. Yeniyetmələr əmək fəaliyyəti ilə, özünəxidmət əməyi ilə məşğul olur, həmçinin məktəbin həyətyanı sahəsində işləyir, ətraf mühitin yaşıllaşdırılmasında, tətil vaxtlarında valideynlərinə kənd təsərrüfatı işində yardım edir, kommersiya işlərində və s. fəal surətdə iştirak edirlər.
Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:
- Cabbarov R.V. Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili nam. dis., Bakı, 2004.
- Əliyev B.H., Əliyeva K.R., Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı,2011.
- Əzimov Q.E. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı, 2004.
- Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
- Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.
- Teqlər:
- yeniyetmələrin psixologiyası
- , yeniyetməlikdə böhran
- , yeniyetmə şəxsiyyəti
- , yeniyetmələrdə identiklik
- , yeniyetməlikdə fəaliyyət
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi
Baş Dövlət Yol Polisi İdarəsi
2.1. Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
2.2. Fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır.
Mülkiyyətçisinin yaşayış yeri üzrə qeydiyyata alınmasına maneçilik törədən səbəblər meydana çıxdıqda (mülkiyyətçinin müqavilə üzrə müvəqqəti iş yerinə, oxumağa, hərbi xidmətə, yaxud başqa səbəbdən nəqliyyat vasitəsindən istifadə edilməsi mümkün olmayan yerə getməsi) ikitərəfli yazılı razılıq əsasında nəqliyyat vasitəsini, mülkiyyətçinin qohumlarının yaşayış yerində, həmçinin müqavilə vaxtı qurtardıqdan, təhsili, yaxud hərbi xidməti başa vurduqdan sonra mülkiyyətçinin qayıdacağı əvvəlki yaşayış yerində qeydiyyata almağa icazə verilir. Bu hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisi yuxarıda göstərilənlər barədə təsdiqedici sənədlər təqdim etməlidir.
2.3. Hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi ərazi üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda qeydiyyata alınır. İdarə, müəssisə və təşkilatların hüquqi şəxs olmayan filiallarının, bölmələrinin və başqa tərkib hissələrinin istifadəsində olan nəqliyyat vasitələri onların yerləşdikləri bölgələrdə qeydiyyata alına bilər. Belə halda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində hüquqi şəxsin-mülkiyyətçinin adı, ünvanı və əlavə olaraq nəqliyyat vasitəsini istifadə edən filialın ünvanı göstərilir.
2.4. Avtomobil sənayesi zavodlarının istehsal etdiyi və Müdafiə Nazirliyinin təsdiq etdiyi texniki şərtlər əsasında istehsal olunmuş avtonəqliyyat vasitələri istisna olunmaqla, digər avtonəqliyyat vasitələri qeydiyyata alınarkən, mülkiyyətçilər qeydiyyat məntəqəsinə nəqliyyat vasitəsinin konstruksiyasının yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş şəhadətnaməni (onun kserosurətini) təqdim etməlidir. Nəqliyyat vasitəsinin hərəkət şəraitini məhdudlaşdıran şərtlər olduqda, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və qeydiyyat kartoçkasında məhdudiyyətin məzmunu barədə müvafiq qeydlər aparılır.
2.5. “Əməliyyat xidmətlərinin nəqliyyat vasitələri, rəngli qrafik sxemləri, tanınma nişanları, xüsusi işıq və səs siqnalları” dövlət standartlarının və digər standartların, həmçinin onların əsasında hazırlanmış bölgə standartının aid edildiyi xüsusi nəqliyyat vasitələrində həmin standartlara müvafiq rəng və tanınma yazısı olmalıdır.
2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır.
Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlər iş günü ərzində fasiləsiz olaraq həyata keçirilir.
Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.
Nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılır.
Texniki müayinə həmin orqanların müfəttişi (inspektoru) və ya baş müfəttişi (baş inspektoru) tərəfindən həyata keçirilir. Müayinənin nəticəsi barədə ərizədə müvafiq qeyd aparılır və ya akt tərtib edilib möhürlə təsdiqlənir.
2.6-1. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:
2.6-1.1. Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;
2.6-1.2. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə.
Texniki baxış zamanı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.
2.7. Qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq və digər səbəblərdən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbləri qeyd etməli və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən ona göstəriləcək xidmət üçün əlavə rüsum ödəməlidir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində həmin orqanlar nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidirlər.
Qeyd. Bu bənddə göstərilən müddətin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd;
5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
2.8-1. Nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı dövlət qeydiyyatını həyata keçirən orqanlara internet vasitəsilə elektron formada müraciət edə bilər. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqan müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsini müəyyən edir və bu barədə (tarix və vaxt göstərilməklə) onlara eyni qaydada məlumat verir.
2.8-2. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 2.8-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət qeydiyyatını həyata keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.
2.8-3. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
2.9. Nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir:
istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər;
nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı;
komisyon və ticarət təşkilatlarının verdiyi arayiş-hesab;
vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt;
əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı;
qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;
nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin Qeydiyyat-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir;
müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər.
2.10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisində uçota alınmış və nəqliyyat vasitələrinin alqı-satqısı üzrə ixtisaslaşmış hüquqi şəxs statuslu müəssisə, təşkilat və firmalar tərəfindən respublikaya satış üçün gətirilmiş təzə nəqliyyat vasitələri, onları almış hüquqi və fiziki şəxslərin adına, həmin nəqliyyat vasitələrinin respublikaya gətirilməsinə dair gömrük sənədləri, satılmaq barədə arayış-hesab, tranzit nişanları və bu Əsasnamənin 2.8.-ci bəndində nəzərdə tutulmuş digər müvafiq sənədlər əsasında qeydiyyata alınır.
2.11. Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır.
Sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və dövlət qeydiyyatından keçirilməsi qadağandır.
2.12. Bu Əsasnamənin 2.11-ci bəndində uyğun sərbəst quraşdırılmış və hazırlanmış nəqliyyat vasitələri mülkiyyətçilərinin adına aqreqatların, dəstlərin (qovşaqların), hissələrin və materialların alınmasının qanuniliyinə təsdiq edən sənədlər əsasında “Avtomobilçi” cəmiyyətinin texniki nəzarət komissiyasının rəyini və DYP İdarəsi ilə razılaşdırılmış “Fərdi qaydada hazırlanmış nəqliyyat vasitələrinə texniki tələblər”ə uyğun olarsa bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada həmin nəqliyyat vasitələri qeydiyyata alınır. İstehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.
2.13. İdman saraylarında, stdionlarda idman tədbirdləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri mağazanın verdiyi arayış-hesab əsasında bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada qeydiyyata alınır. Arayış-hesabın əks tərəfi lotoreya komissiyasının üzvləri tərəfindən doldurulmaqla avtomotonəqliyyatı udmuş şəxs haqqında məlumatlar yazılır, lotoreya komissiyasının sədri və tədbir keçirən idarənin rəhbərliyi tərəfindən imza edilir və möhürü ilə təsdiqlənir.
2.14. Müvafiq dövlət orqanlarının komisyon ticarət mağazaları vasitəsi ilə satdığı (müsadirə edilmiş, yaxud mülkiyyətçisi olmayan) nəqliyyat vasitələri məhkəmənin qərarı (qərardadı), yaxud digər səlahiyyəti dövlət orqanlarının qərarları və mağazanın arayış-hesabı əsasında bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada qeydiyyata alınır. Maliyyə, yaxud digər dövlət orqanlarından komisyon mağazaya qəbul edilmiş nəqliyyat vasitəsinin qeydiyyat sənədləri olmadıqda alıcıya verilən arayış-hesabda “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmadan qəbul olunub və satılıb” yazılmalı və bu qeyd mağaza müdirinin imzası və möhürlə təsdiq edilməlidir.
2.15. İstehsalçı müəssisənin və avtotəmir zavodlarının texniki şərtlərinə müvafiq olaraq nəzarət sınağı keçən nəqliyyat vasitələrinə bir ildən çox olmayan müddətə üzərində “Sınaq” işarəsi yazılmış qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.
2.16. Sınaq keçən təcrübə nümunəli nəqliyyat vasitələrinin qeydiyyatı zamanı “Sınaq” işarəsi qeyd olunmuş qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Qeydiyyata almaq üçün əsas kimi nəqliyyat vasitəsinin texniki tapşırıqda nəzərdə tutulmuş təhlükəsizlik tələblərinə uyğun olması və sınağa buraxılması barədə istehsalçı müəssisənin ekspert rəyi qəbul edilir.
2.17. Əvvəllər qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İnterpol” Milli Mərkəzi Bürosu vasitəsi ilə edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə qeydiyyat orqanına müvafiq konsul şəhadətnaməsi təqdim edilir.
Qeyd: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gömrük işi haqqında qanunvericilik aktlarının qüvvəyə minməsindən əvvəl qaçqın və məcburi köçkün düşmüş vətəndaşlar və digər şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələri, onların sahibliyini təsdiq edən sənədlər əsasında qeydiyyata alınır və bu barədə nəqliyyat vasitəsinin daimi uçot yerinə müvafiq məlumat göndərilir.
2.18. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınır.
3. Diplomatik nümayəndəlik və konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinin qeydiyyata alınmasının xüsusiyyətləri
3.1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edirlər.
3.2. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.
3.3. Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.
3.4. Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.
4. Nəqlİyyat vasİtələrİnİn təkrar qeydİyyata alınması
4.1. Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır:
1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;
2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;
3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;
4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə.
4.2. Fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişdiyi hallarda nəqliyyat vasitələrinin təkrar qeydiyyatı sahibinin ərizəsi əsasında bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada aparılır.
4.2-1. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.
4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8. bəndinə müvafiq qaydada aparılır.
Nəqliyyat vasitəsinin mülkiyyətçisi öldükdə, əgər onun adından verilmiş bağışlama müqaviləsi notarius tərəfindən təsdiq edilmişdirsə, nəqliyyat vasitəsinin yeni mülkiyyətçisinin adına qeydiyyata alınması bağışlama müqaviləsi, əvvəlki mülkiyyətçinin ölümü haqqında şəhadətnamə, yaxud şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti təqdim edilməklə həll olunur.
4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.
Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.
4.4. Mülkiyyətçinin soyadı, adı, atasının adı dəyişdikdə nəqliyyat vasitəsinin təkrar qeydə alınması nigah şəhadətnaməsi (onun surəti), yaxud Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və ya Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən verilmiş digər sənədlər əsasında və bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada yerinə yetirilir.
4.5. Avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır:
avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq orqanın verdiyi icazə;
avtotəmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir);
nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı;
avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi;
həmçinin 2.8. bəndində göstərilmiş digər müvafiq sənədlər.
Qeyd. Əsasnamənin 2.9-cu bəndində göstərilənlərdən başqa aqreqatların alınmasının qanuniliyini təsdiq edən sənədlər aşağıdakılardır: pərakəndə və komisyon ticarəti mağazalarının, yaxud texniki xidmət stansiyalarının qovşaqların və hissələrin satılmasına dair verdikləri əmtəə qəbzləri (yarlıqları); xəzinəyə mədaxil orderinə əlavə verilmiş qəbz və ehtiyat hissələrinin satılmasına (buraxılmasına) dair müəssisələrin verdiyi qaimə.
4.6. Avadanlıqla təchiz edilib yenidən yığılması və aqreqatların dəyişdirilməsinin xüsusiyyətləri:
1) Nəqliyyat vasitələrinin markasının dəyişdirilməsi ilə nəticələnən avadanlıqla təchiz edilməsi və yenidən yığılmasına icazə verilmir.
2) Bir markadan olan nəqliyyat vasitələrinin başqa modelə avadanlıqla təchiz edilib yenidən yığılmasını texniki xidmət stansiyalarında, avtotəmir zavodlarında, avtonəqliyyat müəssisələrində və nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan digər müəssisələrdə həyata keçirilə bilər.
Minik avtomobillərinin qabaq ötürücüyə və əksinə dəyişdirilməsinə, eləcə də digər markalı minik avtomobillərinin banının həmin növə analoji konstruksiyalı banla əvəz edilməsinə, istehsalçı zavodun texniki şərtləri daxilində yalnız avtomobillərə texniki xidmət stansiyalarında icazə verilir.
3) Eyni modeldən olan nəqliyyat vasitələrinin banını və aqreqatlarını dəyişməyə həm bu bəndin 2-ci hissəsində göstərilmiş müəssisələrə, həm də nəqliyyat vasitəsinin mülkiyyətçisinin özünə icazə verilir.
4) Eyni markadan olan nəqliyyat vasitələrinin mühərrikini və çərçivəsini texniki şərtlər daxilində sərbəst qoymağa icazə verilir. Başqa hallarda dəyişdirilmə istehsalçı zavodun məsləhəti və ya Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Elmi Təşkilatıq rəyi əsasında həyata keçirilə bilər.
Müxtəlif markadan olan avtomobillərin mühərrikləri qarşılıqlı əvəz edilmir. İstisna olaraq, həmin markalı mühərrikləri digər markalı avtomobillərə qoymaq olar. Bu halda onların mühərrikləri aşağıdakı tələblərə uyğun gəlməlidir; onların gücü və dirsəkli valın fırlanma tezliyi, çəkisi və gövdə ölçüləri firma mühərriklərinin həmin parametrlərinə yaxın olmalı və onların avtomobildə möhkəm bərkidilməsini, transmissiyanın və kommunikasiyaların möhkəm birləşməsini təmin etməlidir, həmçinin sükan idarəedicisinin və tormoz sisteminin işi pozulmamalıdır.
5) Avadanlıqla təchiz edilmə və yenidən yığılma, yaxud təmir vaxtı nəqliyyat vasitələrinin azad olmuş aqreqatları (banı, mühərriki, çərçivəsi, mühərrikin bloku) mülkiyyətçilərinin sərəncamında qalır və onlardan istədikləri kimi istifadə edə bilərlər. Nəqliyyat vasitəsinin sahibi həmin aqreqatları, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanların müvafiq arayışı əsasında komisyon ticarət mağazası vasitəsi ilə başqa şəxsə və ya texniki xidmət stansiyasına sata, notarial qaydada bağışlaya bilər.
6) Əlil vətəndaşlara məxsus nəqliyyat vasitələrinin, əgər onların sahiblərinin belə nəqliyyat vasitələrini idarə etməsini qadağan edən tibbi göstəriciləri yoxdursa və qoyulmuş idarəetmə mexanizminin etibarlılığı yoxlanıbsa, adi idarəetmədən əl ilə idarəetməyə keçməyə icazə verilir. Əl ilə idarəetmə dəstinin quraşdırılması avtomobillərə texniki xidmət stansiyalarında yerinə yetirilməlidir.
4.7. Dəyişikliklər edilməsi və rəsmiləşdirilmə qaydası:
1) Nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir. “Qeydiyyat üçün əsas” bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin “Buraxılış ili” bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır.
2) Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, həmçinin yük nəqliyyat vasitəsinin banının növü dəyişdirilərkən həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.
3) Maye qazla işləmək üçün dəyişiklik edilmiş nəqliyyat vasitələri mülkiyyətçinin, nəqliyyat vasitəsinin texniki şərtlərə uyğun olması barədə təqdim etdiyi akt və bu Əsasnamədə nəzərdə tutulmuş digər sənədlər əsasında təkrar qeydiyyata alınır.
4) Mühərrik yanacağı kimi sıxılmış təbii qazdan istifadə etmək üçün avtotəmir zavodlarında, istehsal kombinatlarında, avtomobillərə texniki xidmət stansiyalarında, nəqliyyat vasitələrinin mənsub olduğu nazirliklərin, baş idarələrin təsdiq etdikləri siyahıda göstərilən həmin işləri görmək üçün müvafiq texnoloji avadanlığı və istehsal bazası olan iri avtotəsərrüfatlarda qazbalonlu sistemə avadanlıqlaşdırılmış və “Avtonəqliyyat” Dövlət Konserninin sınaq stansiyalarında (məntəqələrində) yanacaq təchizetmə sistemi sıxılmış hava ilə sınaqdan çıxarılmış yük avtomobilləri təkrar qeydiyyata alına bilər.
Avadanlıqla təchiz edilib yenidən yığılmış və yanacaq sistemi sınaqdan çıxmış avtomobilin benzin modelindən sıxılmış təbii qazla işləyən qazbalon modelinə dəyişdirilmiş avtomobillərin yanacaq sistemləri dəyişdirildikdən və sınaqdan çıxarıldıqdan sonra buraxılması barədə texniki şərtlərinə uyğun gəlməsini təsdiq edən sənəd təhvil-təslim aktıdır və həmin akt sıxılmış qazla işləmək üçün avadanlıqla təchiz edilib yenidən yığılmış avtomobillərin təkrar qeydiyyata alınması üçün əsasdır. Yenidən quraşdırılmış avtomobillərə yeni indekslər verilir.
5) Mülkiyyətçisi dəyişən və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanların xidmət ərazisindən çıxarılıb kənara aparılan nəqliyyat vasitələri təkrar qeydiyyata yeni uçot sahəsində alınır.
6) Əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır.
Ər və arvad arasında nəqliyyat vasitələrinin birinin adından çıxarılıb digərinin adına keçirilməsinə, onların birgə ərizələri və ümumi mülk qisminə mülkiyyət hüquqi verən notariat kontorunun şəhadətnaməsi əsasında icazə verilir.
5. Nəqlİyyat vasİtələrİnİn uçotdan çıxarılması
5.1. Bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:
1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda:
2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasınqa verildikdə;
3) nəqliyyat vasitələri çıxdaş edildikdə.
5.2. Dövlət qeydiyyat nişanlarının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi və “tranzit” nişanlarının verilməsi (5.1-ci bəndin 3-cü hissəsi istisna olmaqla) barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər edilir.
Nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qeydiyyat məntəqəsinə təhvil verilir. Mülkiyyətçilərin istəyindən asılı olaraq, onlara 4.6-cı bəndin 5-ci hissəsində nəzərdə tutulmuş formada arayış verilə bilər.
Qeyd. Hüquqi şəxslərin çıxdaş edilmiş nəqliyyat vasitələri, həmin təşkilatların təsdiq etdikləri akt əsasında uçotdan çıxarılır.
5.3. Nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər.
Nəqliyyat vasitələrinin uçotdan çıxarılmasına, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyətlər göstərilən orqanların, vəzifəli şəxslərinin qərarı ilə qoyula bilər.
5.4. Nəqliyyat vasitələrinin avtotexxidmət müəssisəsinin qəbul məntəqəsinə verilməsi üçün uçotdan çıxarılması mövcud qaydada yerinə yetirilir. Bu halda dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqana təhvil verilir, mülkiyyətçiyə isə həmin orqan tərəfindən müvafiq formada arayış verilir.
5.5. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar nəqliyyat vasitəsi uçotdan çıxarıldıqda, qeydiyyat şəhadətnaməsində onun getdiyi yer, yeni mülkiyyətçinin soyadı, adı, atasının adı göstərilir.
5.6. Əvvəllər xaricdən gətirilmiş nəqliyyat vasitələri özgəninkiləşdirmək məqsədi ilə yalnız mülkiyyətçisində özgəninkiləşdirməyə aid vergi və rüsumların tam ödənilməsi barədə gömrük orqanları tərəfindən verilmiş sənəd, sosial-təminat orqanları vasitəsilə alınmış əllə idarə edilən nəqliyyat vasitələri üçün isə sosial-təminat orqanlarının icazə sənədi olduqda uçotdan çıxarıla bilər.
6. Nəqlİyyat vasİtələrİnİn müvəqqətİ uçota və müvəqqətİ qeydİyyata alınması
6.1. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi hissələrində təxirəsalınmadan müvəqqət uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir (Əsasnaməyə 3 nömrəli əlavə).
6.2. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri onları geriyə qaytarmaq barədə sahibinin verildiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci hissəsində nəzərdə tutulmuş orqanda nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə müvəqqəti dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.
6.3. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin və yığımların ödənilməsi barədə sənəd;
5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini.
6.4. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu Əsasnamənin 1.2-ci bəndinin 1-5-ci hissəsində göstərilən müvafiq orqanda 4.3-1-ci bəndində nəzərdə tutulmuş qaydada təkrar dövlət qeydiyyatından keçirilməlidir.
7. Dövlət qeydİyyatından keçİrİlməyən nəqlİyyat vasİtələrİnİn yol hərəkətİnə müvəqqətİ buraxılması
7.1. Yol hərəkətinə müvəqqəti buraxılan nəqliyyat vasitələrinin Azərbaycan Respublikası üçün nəzərdə tutulmuş hərfi seriyalardan ibarət olan “tranzit”nişanları olmalıdır.
7.2. “Tranzit” nişanları aşağıdakılara verilir:
istehsalçı müəssisədən, avtomobil təmiri zavodlarından, gömrük orqanlarından və ticarət təşkilatlarından qeydiyyat yerinə sürülüb aparılan nəqliyyat vasitələrinə;
başqa regiona getmək üçün, yaxud ticarət təşkilatlarına verilmək üçün uçotdan çıxarılan nəqliyyat vasitələrinə;
digər modelə avadanlıqla təchiz edilib yenidən yığılması məqsədi ilə texniki xidmət stansiyasına və avtomobil zavoduna aparılan nəqliyyat vasitələrinə.
7.3. “Tranzit” nişanlarının verilməsi haqqında qeydiyyat şəhadətnaməsində, yaxud nəqliyyat vasitəsinin alınmasını təsdiq edən sənədlərdə müvafiq yazılar qeyd edilir.
7.4. “Tranzit” nişanları ciddi hesabat blankları sayılır və dövlət qeydiyyat nişanlarına bərabər tutulur.
Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi istehsalçı zavodlara, nəqliyyat vasitələrinin satışı ilə məşğul olan müəssisələrə, ticarət şəbəkəsi mağazalarına və özünün struktur qeydiyyat məntəqələrinə lazımi miqdarda “tranzit” nişanları verir
7.5. Nəqliyyat vasitəsi qeydiyyata alınarkən, onun “tranzit” nişanları nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqana təhvil verilməlidir. Nəqliyyat vasitəsini sürüb komisyon mağazaya aparmaq üçün qeydiyyat orqanının mülkiyyətçiyə verdiyi “tranzit” nişanları həmin mağazalar tərəfindən götürülür və sonralar Azərbaycan Respublikası DİN DYPİ-nin qeydiyyat məntəqəsi əməkdaşlarının iştirakı ilə akt tərtib edilərək ləğv olunur.
8. Nəqlİyyat vasİtəsİnİn qeydİyyat şəhadətnaməsİ
8.1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulmuş formada və qaydada verilir.
8.2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə onun dublikatını almaq üçün, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir.
9. Nəqlİyyat vasİtəsİnİn dövlət qeydİyyat nİşanı
9.1. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib olunur və verilir.
9.2. “Nəqliyyat vasitələri və onların qoşqularının nömrə nişanları, tipləri və əsas ölçüləri, texniki tələblər” AZS-599-2011 Azərbaycan Respublikası Dövlət Standartına görə dövlət qeydiyyat nişanları tətbiqindən asılı olaraq aşağıdakı rənglərdə ola bilər:
1) qırmızı rəngli – diplomatik və onlara bərabər sayılan digər təşkilatların və onların əməkdaşlarının nəqliyyat vasitələri üçün;
3) göy rəngli – sərnişin daşınmasında istifadə edilən nəqliyyat vasitələri üçün;
4) qara rəngli – Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən xarici dövlətlərdən müvəqqəti gətirilmiş və müvəqqəti dövlət qeydiyyatına alınan nəqliyyat vasitələri üçün;
5) ağ rəngli – bu bəndin 1, 3 və 4-cü hissələrində göstərilən nəqliyyat vasitələrindən başqa qalan bütün nəqliyyat vasitələri üçün.
Qeyd. Nəqliyyat vasitələri üçün istifadə olunan “Tranzit” nişanlarında yaşıl rəngli zolaq yerləşdirilir.
10. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
11. Bu qaydaların pozulmasına görə nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
12. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılmasına aid reyestr, jurnal və kompyüter bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədləri isə beş il müddətində saxlanılır.
Nəqliyyat vasitələrinin uçotunun aparılması, qeydiyyat hərəkətlərinin həyata keçirilməsi ilə bağlı kargüzarlıq işinin aparılması, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanması, onlara nəzarət olunması və digər prosedur xarakterli işlərin həyata keçirilməsi bu Əsasnaməyə müvafiq olaraq 1.2-ci bənddə göstərilən orqanlar tərəfindən təsdiq edilmiş əlavə təlimatla tənzimlənir.
13. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Əsasnamə ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.
14. Qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir.
15. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Əsasnamə ilə müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən qeydiyyat məntəqələrinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
16. Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:
– avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası
Dövlət rüsumunun məbləği (manatla)
seriyası müxtəlif hərflərdən ibarət olduqda
seriyası eyni hərflərdən ibarət olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
100, 200, 300, 400, 500, 600, 700, 800, 900
111, 222, 333, 444, 555, 666, 777, 888, 999
– cədvəldə göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə – 22 manat.
– motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə – 11 manat.
Qeydiyyat şəhadətnaməsinin verilməsi:
– avto-moto nəqliyyat vasitələri üçün – 25 manat;
- Çap et
- Geriyə
© 2005-2023, Baş Dövlət Yol Polisi İdarəsi
MEQA şirkətinin istehsalı | |
Comments are closed, but trackbacks and pingbacks are open.