Uşaqlarda suçiçəyi xəstəliyi: necə müalicə etməli
Bəs Kürün səviyyəsi hansı səbəblərdən azalıb? Çayı əvvəlki vəziyyətinə qaytarmaq üçün nələr etmək mümkündür? Azvision.az bu suallara Milli Hidrometeorologiya Xidmətinin rəis müavini, coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Verdiyevlə aydınlıq gətirməyə çalışıb.
Ukrayna
Artıq neçə ildir ki, Kür çayında suyun səviyyəsi aşağı düşüb. Çayın Neftçala rayonu ərazisindən keçən hissəsində bu, daha acınacaqlı hal alıb. Xəzərin suyunun Kürün duzluluğunu artırması sahilboyu yaşayan əhalinin içməli su təchizatında çətinliklərin yaranmasına səbəb olub.
Bəs Kürün səviyyəsi hansı səbəblərdən azalıb? Çayı əvvəlki vəziyyətinə qaytarmaq üçün nələr etmək mümkündür? Azvision.az bu suallara Milli Hidrometeorologiya Xidmətinin rəis müavini, coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Verdiyevlə aydınlıq gətirməyə çalışıb.
– İqlim dəyişikliyi, yağıntıların və çaylarda su ehtiyatının az olması ilə əlaqədar Kürün qollarında, Araz və digər çaylarımızda son illərdə quraqlıq müşahidə olunur. Suyun azalması nəticəsində biz su anbarlarını doldura bilmirik. Bu da həm ekoloji, həm iqtisadi, həm də sosial baxımdan təsirini göstərir. Çayda suyun səviyyəsi aşağı düşdükcə Xəzər dənizilə Kürün arasındakı fərq azalır. Yüksək dalğalar zamanı Xəzərin suyu Kür boyu 40-50 metr və daha çox əraziyə yayılır. Bu baş verdikcə Kürün duzluluğu artır. Dəniz suyu ilə Kürün qarışmasının qarşısını almaq məqəsdilə hansısa qurğunun inşasına ehtiyac var. Ancaq ilk növbədə geniş monitorinqlər aparılmalı, təhlillər edilməlidir. Çayın dibi, orada olan çöküntülərin vəziyyəti öyrənilməlidir. Əvvəlki dövrlə müqayisədə hansı dəyişikliklərin olduğu analiz edilməlidir. Ümumiyyətlə, Kürün qolları kompleks şəkildə təhlil olunmalıdır.
Neftçalada su problemi: “Azərsu” nə deyir? |
Biz mütəmadi monitorinq aparırıq. Kürün duzluluğunu təhlil edirik. Müxtəlif versiyalar var. Kür ətrafı şoran ərazidir. Orada qrunt suları da duzludur. Onların da müəyən təsiri ola bilər. Bu ərazilərdən qrunt sularının Kürə daxil olması öyrənilməlidir. Burada hər bir komponentin rolu ola bilər. Biz ona görə də qrunt sularının monitorinqini aparırıq. Avropa su layihəsi çəriçivəsində monitorinq və müxtəlif ölçmə işləri aparılacaq. Bunun nəticəsində atılası addımlar müəyyənləşdirilərək, xidmətə təqdim ediləcək. Təhlil aparmadan, ölçmənin nəticələrini analiz etmədən hər hansı bir qurğu ilə müdaxilə etmək çətindir.
Çaylarda 5-6 il çoxsulu dövr olur, ondan sonra isə azsulu illər gəlir. Mən ümid edirəm ki, biz indi azsulu dövrdəyik. Güman ki, yaxın illərdə çoxsulu dövr başlamalıdır. Və Kürdə kifayət qədər su olacaq, biz anbarlarımızı doldura biləcəyik.
Kürün suyunun azalması ilə bağlı əhali arasında ayrı söz-söhbət gəzir. Sosial şəbəkəyə də yol tapan şayiələrə görə, çayın suyunun böyük bir hissəsi nasoslarla hansısa məmurlara məxsus təsərrüfatının suvarılmasına vurulur ki, bu da Kürün suyundan qidalanan rayonların əhalisini problemlərlə üz-üzə qoyur. Məsələyə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Qulu Kərimovla aydınlıq gətirməyə çalışmışıq.
– Hərənin öz fikri var. Çətinliyə düşəndə belə iddialar ortaya atılır. Müəyyən yerlərdə nəsə ola bilər. Bizim borcumuz suyu istifadəçilərin arasıda bərabər, proporsional qaydada, əkin sahəsinə görə bölməkdir. Hazırda pambıq bitkisinin birinci və ikinci vegetasiya suvarması davam etdirilir. O elə bitkidir ki, suyunu vaxtında verməyəndə məhsuldarlıq aşağı düşür. Heç kim də su növbəsini gözləmək istəmir. Müəyyən narazılıqlar yaranır. Hamı öz növbəsində suvararsa və sudan qənaətlə istifadə edərsə, boş yerə axıtmazsa, belə söz-söhbətlər də ortaya çıxmaz.
Səhmdar cəmiyyətinin rayonlara ezam etdiyi aparat işçiləri, yerli suvarma sistemləri idarələrinin mütəxəsisləri sahələrdə olmalı və suyun bölüşdürülməsinə, qeyri- dövlət qurumu olan birliklərin sudan istifadə işinə nəzarət etməlidir. Buna uyğun olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC suyun bölüşdürülməsində olan pozuntuların aradan qaldırlmasına cəlb edilir.
Q.Kərimov daha bir problemə də diqqət çəkib. Onun sözlərinə görə, Araz su anbarına bu il 50 milyon kubmetr az su yığılıb. Bu isə Araz çayı üzərində olan bir sıra yerlərə – Füzuli, Beyləqan, Ağcabədi, Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarına suyun verilməsində müəyyən çətinliklər yaradıb.
– Araz çayından qidalanan rayonların əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalı vasitəsilə Bəhramtəpə hidroqovşağına saniyədə 25 kubmetrə qədər su verilir. Kür çayı üzərində olan 300-ə yaxın nasos stansiyası saniyədə 400 kub metr su götürür. Ancaq onların hamısı eyni vaxtda işləmir. Həmin nasos stansiyalarının iş rejiminə də limit qoyulur ki, Kürün aşağı axınında yerləşən Salyan, Neftçala rayonlarında olan su çətinliyi aradan qaldırılsın.
Uşaqlarda suçiçəyi xəstəliyi: necə müalicə etməli?
Milli.Az xəbər portalı “faktxəbər”ə istinadən bildirir ki, suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində, daha sonra isə bütün bədəndə görünməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa, onların yerində çapıqlar qalacaq. Suçiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl brilyant abısı ilə rəngləmək, dəri səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək məsləhətdir.
Suçiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.
Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpki əmələ gəlir. Səpki ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlir.
Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.
Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşagın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət olunur. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşıca qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır.
Dəridəki səpkilərə brilyant yaşılı (“zelyonka”) və ya kalium-permanqanat məhlulu (“marqantsovka”) sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.
Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla (“marqantsovka”) su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yağı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.
Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir.
Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır.
Hal-hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.