Press "Enter" to skip to content

HTML sənədi haqqında

HTML -in əsasını teqlər (deskriptorlar) təşkil edir. Teqlər < və >işarələrinin arasındakı sözə deyilir.Teqlər əsasən açılan və bağlanan olur..açılan isə bağlanan teqdir. Teqləri tərkibləri ilə birlikdə ( və ya onsuz) HTML-sənədin elementi adlandırırlar. Məsələn,

Səhifə edilə bilən sənədi vebsayta necə yükləyə bilərəm?

Eyol.az saytında qeydiyyatdan keçməklə, xaricdə daimi ünvana sahib olun.

Sifariş et

Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan yerinə sizə təmin etdiyimiz ünvanı daxil edin.

Bağlamanı əldə et

3-5 iş günü ərzində sifarişinizi Bakı anbarımızdan əldə edə və ya kuryer xidmətimizdən istifadə edə bilərsiniz.

Tariflərimiz

Yeniliklər və xəbərlər

Türkiyədən ortopedik yastıq sifarişi

Boyun ağrısından qorunmağın ən yaxşı yolu boynunuzu dəstəkləmək üçün düzgün yuxu vəziyyətində yatmaqdır Ancaq düzgün formada yatmaq tək başına kifayət olmaya bilər

Türkiyədən çanta sifarişi

Çanta dəbin ayrılmaz hissəsidir Hər il yenilənən dəblərlə birlikdə yeni çanta modelləri də dəbə gəlir

Türkiyədən kişilər üçün kostyum sifarişi

Kostyum kişilərin qarderobunun ayrılmaz parçasıdır Daha çox xüsusi gün paltarı sayılsada bəzi iş yerlərinin geyim formasıdır

Hədiyyənizi Amerikadan sifariş edin

Hədiyyə alarkən də diqqət edilməli bir neçə vacib məqam var Bunlaradan birincisi hədiyyənizin fərqli olmasıdır

HTML sənədi haqqında

HTML (Hyper Text Markup Language)–Veb-sənədlərin yaradılması üçün istifadə olunan xüsusi nişanlama dilidir.

Hipermətn – bu mətn özü digər mətnlərə istinadları(link) saxlayir. WEB də bu istinadlar əsasən başqa veb-sənədlərə olur.

Nişanlamanın dili(MARKUP language) – ekranda qaydaya salınmış bu və ya digər informasiyanı təqdim etməyə imkan verən sintaktis qaydalarının dəstidir . Qeyd etmək əhəmiyyətlidir ki, nişanlamanın dili proqramlaşdırma dili deyil.

HTML-sənəd HTML dilinin köməyi ilə formalaşdırılmış veb-sənəddir. HTML-sənədin mənbə kodu istənilən mətn redaktorunda gözdən keçirilə və redaktə edilə bilər, məsələn, Bloknot(Notepad). Bu HTML-sənədin əsas rahat xüsusiyyətlərindən biridir. HTML-sənədi əks etdirməyə icazə verən proqram brauzer adlanır.Brauzer(browser) HTML sənədi serverdən endirib onu veb səhifə kimi göstərmək üçün interpretasiya edir. Brauzerlər teqləri nümayiş etdirmir.

HTML -in əsasını teqlər (deskriptorlar) təşkil edir. Teqlər < və >işarələrinin arasındakı sözə deyilir.Teqlər əsasən açılan və bağlanan olur..açılan isə bağlanan teqdir. Teqləri tərkibləri ilə birlikdə ( və ya onsuz) HTML-sənədin elementi adlandırırlar. Məsələn,

 

Hello, world. Hey, Bu menim ilk paraqraf teqimdir Bura elave olaraq href="//google.com">linkinide artira bilerik.

bu HTML-sənədin (paragraph-ı) abzasının elementidir, hansı ki, açılan teqindən və bağlayan teqdən, həmçinin abzasın tərkibindən ibarətdir. Bu teqin tərkibi mətndən və istinadın (link ) teqindən ibarətdir .Tərkibi olmayan elementlərə boş elementlər deyilir. Belə elementlərin bağlanma teqi qeyd olunmur bəzən. Məsələn elementi. Bağlanma teqi olan teqlərə konteynerdə deyilir.Teqlər həm böyük hərflərlə həmdə kiçik hərflərlə yazıla bilər.Brauzerin tanımadığı teq olanda saytda brauzer həmin teqi tərkibi ilə birlikdə mətn kimi nümayiş etdirir.

HTML elementləri bir birinin içərisinə yerləşdirilə bilər. Bütün teqler yekunda teqinin içərisinə yerləşdirilir.Bu halda teqlərin bağlanma ardıcıllığına diqqət yetirmək lazımdır

Bundan başqa HTML teqlərin özləridə atributlardan və onlarin dəyərlərindən ibarət olur.

 type="checkbox" name="vehicle" value="car" checked="checked" />

Bu nümunədə type ,name,value,checked atributlar uyğun olaraq checkbox,vehicle,car,checked isə həmin atributların dəyəridir.

Həmçinin qeyd edək ki, HTML dil nişanlamanın yeganə dili deyil. HTML –dən başqa XML, XHTML, TeX. kimi nişanlama dilləri movcuddur.

HTML-ı kodu özündə saxlayan istənilən fayl növbəti genişlənmələrdən birinə malikdir:

. htm, .html, .sht, .shtm, .shtml.

Tam HTML-sənədinin nümunəsinə baxaq:

html> My first web-document   

Hello, world. Bu menim ilk paraqraf teqimdir Bura elave olaraq href='http://www.google.com'>linkinide artira bilerik.

HTML nişanının dilinin sintaksisinin inkişafıyla əlaqədar, bir neçə məşhur onun spesifikasiyası mövcuddur. Bu, öz növbəsində ona aparır ki, müxtəlif spesifikasiyalara məxsus web səhifələr müxtəlif brauzerlər vasitəsi ilə açıldıqda ekranda veb-sənədin səhv təsvirinə gətirib çıxa bilər. Bu spesifikasiyalar sənədin tipi müəyyən edir.

Veb-sənədin hazırlanmasında nişanlama dilinin hansı spesifikasiyasından istifadə olunduğu veb səhifənin mənbə kodunun başlanğıcında sənədin tipi olaraq göstərilmiş olmalıdır. HTML 4.01 (son vaxtlar daha az istifadə olunur) və HTML 5 HTML-ın əsas spesifikasiyasıdır. XHTML(Extensible Hypertext Markup Language-Genişlənən Hipermətn Nişanlanma dili) dilindən istifadə vaxtı XHTML 1.1 və XHTML 1.0. əsas spesifikasiyalardır. Həmçinin, müxtəlif spesifikasiyaların sintaktis qaydalarına müxtəlif məhdudiyyətlər qoyulur. Web browser hətta baglanma teqi olmadığı halda HTML elementini düzgün formada numayiş etdirəcək.HTML dili bu mənada səhvləri bağışlayan dildir.Amma nişanlanma dilininin başqa formalarında məsələn XHTML-lərdə bu xətaya səbəb olacaq. Halhazırda dünyada olan web səhifələrin çoxunda yalniş HTML sintaksislərindən istifadə edilib.

Web browser hətta baglanma teqi olmadığı halda HTML elementini düzgün formada numayiş etdirəcək.Yuxarıda 1-ci halda dogru html parçası 2-ci halda isə səhv html parçası göstərilmişdir.HTML dili bu mənada səhvləri bağışlayan dildir.Amma nişanlanma dilininin başqa formalarında məsələn XHTML-lərdə bu xətaya səbəb olacaq. Halhazırda dünyada olan web səhifələrin çoxunda yalniş HTML sintaksislərindən istifadə edilib.Aşağıda göstərilən yalnış HTML hissəsinə baxaq

   Bu səhv HTML-dir  h1 teqi acilib amma baglanmayib p teqide eynile bundan bashqa head teqi ve html teqleri baglanmayib 

Bu HTML hissəsi yalnış olmağına baxmayaraq mütləq əksəriyyət web browserlər bu səhifəni düzgün formada nümayiş etdirəcəklər.Mobil və ya başqa daha kiçik aparatlardakı browserlər resursa qenaet etdikləri üçün bu səhifələri normal təqdim edə bilmirlər.Bu hallar üçün daha ciddi sintaksislə yazilmiş digər nişanlanma dili olan XHTML istifadə edilir.XHTML və HTML-in oxşar və fərqli cəhətləri aşağıdakılardı

  • XHTML və HTML demək olar ki sintaksis olaraq eynidir
  • XHTML HTML-ə nisbətən daha dəqiq sintaksise malikdir
  • XHTML-də doctype teqinin olması mütləqdir
  • XHTML-dəteqinde xmlns atributunun olması mütləqdi
  • XHTML-də,,teqlərinin olması mütləqdi
  • XHTML-də bütün teqlər mütləq şəkildə bağlanılmalıdır
  • XHTML-də bütün teqlər aşağı reqistrla yazılmalıdır.
  • XHTML sənədində mütləq şəkildə ana teq olmalıdır
  • XHTML sənədində bir birinin içində olan elementlərin bağlanma teqləri düzgün ardıcıllıqla olmalıdır
  • XHTML sənədində atributlar aşağı reqistrda olmalıdı
  • XHTML sənədində atributların dəyəri “ ” arasında yazılmalıdır.

XHTML də tərkibi olmayan teqləri bağlamaq üçün açılan teqin sonuna / işarəsi qoyulur .Məsələn HTML dəki teqi XHTML-də
olur. Aşağıda XHTML nümunəsi verilmişdir

>  xmlns="http://www.w3.org/1999/xhtml">  Title of document   xhtml paraqrafi  

HTML sənədinin əsas strukturu

Ümumi istifadə olunan atributlar.

HTML-də bir çox teqin istifadə etdiyi atributlar vardır. Bunlara aiddir style,class,id,title,tabIndex, lang,hidden və s. Ən çox istifadə olunan atributlar aşağıdakılardır. Style atributu elementin stilini təyin etmək üçün istifadə edilir.Həmin bu atribut ilə stil təyin olunsa belə qlobal təyin edilmiş (

 style="color:green">Men yashil paraqrafam. 

ID atributu vasitəsi ilə HTML sənədində hər hansı bir HTML elementinə unikal identifikator vermək olar.Bu atributdan JAVASCRİPT-lərdə elementlərin monipulyasiyası üçün istifadə edilir.Həmçinin id atributu vasitəsi ilə elementə müəyyən CSS stili verilə bilər. Bu atributda bir çox HTML teqində istifadə edilir(HTML5 –də bütün teqlərdə istifadə eləmək olur. HTML 4-də , , , , , , və teqlərində istifadə eləmək olmaz.).

. intro < color: blue; text-align: center; >.important .  class="intro important">sari fonda göy baslıq 

ID atributu vasitəsi ilə HTML sənədində hər hansı bir HTML elementinə unikal identifikator vermək olar.Bu atributdan JAVASCRİPT-lərdə elementlərin monipulyasiyası üçün istifadə edilir.Həmçinin id atributu vasitəsi ilə elementə müəyyən CSS stili verilə bilər. Bu atributda bir çox HTML teqində istifadə edilir(HTML5 –də bütün teqlərdə istifadə eləmək olur. HTML 4-də , , , , , , və teqlərində istifadə eləmək olmaz.).

. #kecid . 

id="bashliq">Basliq

id="kecid"href="#top">basliqa qayitmaq ucun stil verilmis link .

Title atributu istifadə olunduğu teq haqqında elavə informasıya saxlaması üçün istifadə olunur.Bəzi browserlər həmin element üzərinə gələndə title atributunda yazılan informasiyanı ekranda ipucu mesajı kimi göstərir. Bu atributda bir çox HTML teqində istifadə edilir(HTML5 –də bütün teqlərdə istifadə eləmək olur. HTML 4-də , , , , , , və teqlərində istifadə eləmək olmaz.).

 title="mən test paraqrafıyam">

tabIndex atributu HTML səhifədə elementlərin tab sıralamasını təyin edir.Bir çox HTML teqində istifadə olunur(HTML 5-də bütün teqlərdə.HTML 4-də isə yalnız , , , , , və teqlerində istifadə olunur)

lang atributu HTML elementin tərkib hissəsindəki mətnin hansi dildə olması məlumatını saxlayir.

HTML 5-də bütün teqlerdə HTML 4-də isə ,
, , ,


, , və teqlerindən savayı bütün teqlerdə istifadə oluna bilər.

Hidden atributu aid olduğu teqi gizlətmək üçün istifadə olunur.Bir çox teqlərdə bu atributdan istifadə eləmək olur.

.  id="auth" hidden>  

İstifadəçi adı: name="user" required>

Parolu: name="pass" type="password" required>

type="submit" value="Daxil ol">

.

Ümumiyyətlə HTML elementlərində istifadəsinə ehtiyac olunan atributlardan istifadə edilməlidir. Elavə və həddindən artıq çox yazılan atributlar elementin browser tərəfindən əlavə doğrulamadan (validation) keçəcəyi üçün məsləhətli deyil.

Comments are closed, but trackbacks and pingbacks are open.