Press "Enter" to skip to content

Almalı Şarlotka

2. Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz. Dibinə çörək qırıntısı səpin. Alma dilimlərini formaya yığın. Əgər istəyirsinizsə, üstünə bir az darçın səpin.

Niye hamile qalmiram?

Salam xanım men 4 aydir evliyem ve her aybaşı olmağa az qalmiş yeni 1 hefte özümü qoruyuram ve hamilelik belirtileri çox olur ama aybaşı oluram ve çox qabağa atir ve bir sualimda var ki men neçe defe mesel uçun heftede neçe defe cinsi elaqede olmaliyam?

3 il əvvəl
Salam. Hamilə qalmaq üçün aybaşının 12-14-cü günləri əlaqədə olmaq lazımdır.
3 il əvvəl

Bes yaxşı her halda 1 ayda 2 defe cinsi elaqede olmazlar ele deyilmi? Aybaşinin 12.14 cu gunleri olsam qalan hansı gunleri olmaliyam bunu etrafli yazardizda.

3 il əvvəl
Hamilə qalmaq üçün o günlər olmaq lazımdır. Qalan günlər necə istəyirsiniz
3 il əvvəl
Sadece 2 gun?
3 il əvvəl
3 il əvvəl
Bes deyirler heftede 3defe o ne üçündür?
3 il əvvəl
O da elə iki gündən bir edir. Əsas iki gündür. Sonra mənası yoxdur
3 il əvvəl

Ramile xanım men cinsi elaqede olarken boşalmağda çetinlik çekirem yeni bele deyim boşala bilmirem nece edim ki boşalim?

3 il əvvəl
Bu, ginekoloji problem deyil. Bu məsələ ilə seksopatoloq və psixiatr məşğul olur.
3 il əvvəl

Salam xanm menim aybaşı vaxtımdan 2 gün keçib ve men test etdim bir qirmizi xet ve bir solğun ama görmek asandir bele bir şey oldu sizce men hamileyem?

3 il əvvəl
Hamiləlik ola bilər. 3-4 gündən sonra yenə test edin.
3 il əvvəl
Xanm men hamileyem 1 ayliq .ne zaman cinsi elaqede ola bilerem ve ne cür?
3 il əvvəl
Əvvəl UZİ – yə düşün. Uşağın vəziyyəti bəlli olduqdan sonra demək olar.
3 il əvvəl

Salam xanm men UZI_yə düştüm dedi her şey normaldi döl 7 heftelikdi kişi hekimi olduğu üçün soruşa bilmedim bes mende her şey normaldisa cinsi elaqe yaşaya bilerem ve ne cür?

3 il əvvəl
Əgər heç bir problem yoxdursa, cinsi əlaqəyə icazə verilir.
3 il əvvəl
Bu günden mi?
3 il əvvəl
3 il əvvəl
Axı sizin asistanta yazdm cemile xanima mene dedi ki.3 ay sonra olar?hansı duzdu ki?
3 il əvvəl

3 ay sonra embrion un vəziyyətində problem olanda deyilir. Siz deyirsiniz UZİ-də problem yoxdur. Ona görə də indidən olar. Amma yaxşı olar ki, ginekoloqa gedəsiniz və osizin və embrionun vəziyyətini qiymətləndirin. Həm də lazım gəlsə, sizə müəyyən profilaktik dərmanlar təyin etsin.

3 il əvvəl

Salam men 11 hefdelik hamileyem ve ümumi qan analizi verdim sadece hekim dedi ki qan azliği var
Menimde sualim budur ki şekli de görürsüz men cinsi elaqe yaşaya bileremmi?

Bu suala hələ cavab verilməyib.
Siz birinci olun.
Müzakirə bağlanmışdır. Siz ona cavab verə bilməzsiniz.
Sizin cavab

Ginekoloqa sual ver

Bizim qiymətlərimiz

Hamiləliyin hesablanması

Cinsin hesablanması

Son suallar

Salam hekim 15 heftelik hamileyem qebilikden eziyyet cekirem Hekim mene liquno .
Salam Ramilə həkim. 22 həftəlik hamileyem. Artıq 2 həftədir məndə ara ara sağ tə .
Hamiləlik də Aloe Vera ekstraktı iynəsi vurmaq olar

Konsultasiya üçün qəbula yazılın

Qəbula yazıl

Əməliyyat uğurla başa çatdı. 20 dəqiqə müddətində sizinlə əlaqə saxlayacağıq.

Almalı Şarlotka

Bloqumun başlığını dəyişdim. Necədir, nar dənələri xoşunuza gəlir? Artıq bloqun adı AZ Yemək Kitabı olacaq. Qısa və konkret. AZ ilə nə demək istədiyimi öyrənmək üçün buranı oxuyun. Bu sözarası. İndi isə keçək yeməyə.

Keçən həftə sonu uşaqlarla alma tarlalarına getdik. Tarlalar bizdən təxminən bir saatlıq yolda yerləşir. Tarla kənardan gələnlərə açıqdır – düzü bu pulsuz deyil – tarladan alma yığdıqdan sonra almalar çəkilir və pulu ödənilir. Hayıf ki, bu il alma barı zəif idi. Amma yenə də bir iki alma tapdıq. Almaların yarısını yedik, yarısıyla isə almalı Şarlotka piroqu bişirdim.

Almalı Şarlotla Rusiyanın məşhur piroqlarıdan biridir. Piroqun əsl kökü Fransaya gedib çıxır. Fransız aşbazlarının icad etdiyi Şarlotka sonralar Rusiya mətbəxi tərəfindən bəyənilib mənimsənmişdir. Fransız Şarkotkasında piroqun xəmiri isladılmış çörək dilimlərindən hazırlanır. Rusiya versiyasında isə çörək yerinə sadə biskvit xəmiri hazırlanaraq almaların üstünə tökülür. Piroqun sobada bişməsi hardasa 1 saat çəkməsinə baxmayaraq, hazırlanması 10 dəqiqə çəkir. Nuş olsun!

ALMALI ŞARLOTKA

5 ədəd turşməzə alma (1 kg)
1 xörək qaşığı çörək qırıntısı (suxarik)
bir-iki çimdik darçın (zəruri deyil)
4 ədəd yumurta, oda hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın)
1 stəkan şəkər tozu
1 stəkan un
bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı
şəkər kirşanı (pudrası), üstü üçün

1. Əvvəlcə almaları soyun. Sonra 4 hissəyə bölüb, hər hissəni nə çox nazik, nə də çox qalın dilimlərə doğrayın.

2. Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz. Dibinə çörək qırıntısı səpin. Alma dilimlərini formaya yığın. Əgər istəyirsinizsə, üstünə bir az darçın səpin.

3. İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalın. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə vanil və unu əlavə edib, bir az da çalın.

4. Alınan kütləni almaların hər tərəfinə tökün. Qarışdırmayın.

5. Sobanı 180C-dək qızdırın. Piroqu 1 saat ərzində üstü qızaranadək bişirin. Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Üstünə şəkər kirşanı səpin və süfrəyə verin. Bu piroq istiykən də çox ləzzətli olur – üstünə bir az dondurma qoyub yeyin.

Comments are closed, but trackbacks and pingbacks are open.