Press "Enter" to skip to content

Dövlət istiqrazını necə ala bilərəm?

Fənn olimpiadalarına gedən şagirdlər – buraxılış vərəqələrini çap edə bilərlər

«İstiqraz alanların məqsədi dəyişib» – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

23 May, Çərşənbə axşamı
Günün xəbərləri

Xəbər xətti

23.05.2023

22.05.2023

Ən çox oxunan xəbərlər

«İstiqraz alanların məqsədi dəyişib»

30.09.2017 12:55 Фото: 9 Канал–> Müsahibələr A- A A+

Artıq bir ilə yaxındır ki, Azərbaycanda pul yatırmaq üçün yeni sahə yaranıb. Qiymətli kağızlar bazarı ölkədə çoxdan mövcud olsa da, əhali tərəfindən bu bazara əsl axın ötən ilin oktyabrından – SOCAR İstiqrazlarının buraxılmasından başlayıb. İstiqrazlar, onlara yatırım və bu kağızlardan faydalanmaq imkanları ilə bağlı suallara SOCAR Capital şirkətinin investiiya və əməliyyatlar Departamentinin direktoru Elxan Həsənov cavab verir.

– Elxan müəllim, hazırda qiymətli kağızlar bazarındakı vəziyyəti necə qiymətləndirirsiniz? İndiyədək bu bazarla maraqlanan və əməliyyat aparanlar az idi. İndi vəziyyət necədir?

– Qiymətli kağızlar Azərbaycanda uzun müddətdir ki, var və inkişaf etməkdədir. Amma son iki il ərzində yeni istiqrazların, yəni həm dövlət, həm də SOCAR istiqrazlarının buraxılışı ilə qiymətli kağızlama maraq daha da artmaqdadır. SOCAR istiqrazları buraxılandan sonra isə vətəndaşların və şirkətlərin bu bazara marağı və tələbi daha da artıb. Xüsusilə fiziki şəxslər üçün bu istiqrazlar və onun sayəsində qiymətli kağızlar bazarı əsl yenilik oldu.

– Əhali başqa qiymətli kağızlarla o qədər də maraqlanmadığı halda birdən-birə SOCAR istiqrazlarına niyə belə maraq göstərdi?

– Ən böyük səbəb odur ki, SOCAR, istiqrazların qiyməti ilə bağlı zəmanət verib. Yəni bildirib ki, bu istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı olmayacaq. Yəni istiqraz sahibi nə vaxtsa, hansısa səbəbdən istiqrazı satmaq istəsə, azı 1000 dollardan sata biləcək. Məhz bu zəmanət, vətəndaşların istiqrazlara inamını artırdı. Nəticədə həm ilkin yerləşdirmə zamanı, həm də hazırda təkrar bazarda istiqrazlara böyük maraq var. Son məlumatları sizə deyə bilərəm ki, istiqrazların dövriyyəyə buraxıldığı 11 ay ərzində onlarla təqribən 110 milyon dollarlıq əməliyyat aparılıb. Bu çox yüksək göstəricidir, bazarda heç bir qiymətli kağız belə aktiv alınıb-satılmır.

– İstiqrazlarını satmaq istəyənə SOCAR necə zəmanət verir?

– Baxın, ənənəvi istiqrazlarda mexanizm belədir: istiqraz müəyyən müddətə buraxılır və onun müəyyən illik gəlirliliyi olur. İstiqrazı buraxan təşkilat faizləri hər il ödəsə də, istiqrazın özünə yatırılan vəsaiti, yəni “ana məbləği” yalnız müddət başa çatandan sonra geri alır. Yəni belə istiqrazı alanlar öz yatırımlarını yalnız istiqrazın müddəti – 2 il, 5 il bitəndən sonra geri ala bilirlər. Əgər ondan əvvəl müştəriyə təcili pul lazımdırsa, və o hökmən istiqrazı satmalıdırsa, onu bazardakı qiymətə satmalı olur. Bu zaman qiymətlər nominaldan aşağıdırsa, müştəri istiqrazı ucuz satıb zərər edə bilər. Məsələn 1000 dollarlıq istiqrazı 700 dollara satmalı olacaq.

SOCAR istiqrazında isə bu məsələ fərqlidir. SOCAR istiqraz buraxanda bildirdi ki, istiqrazı azı 1000 dollardan almağa hazırdır. Yəni istiqrazların qiyməti 1000 dollardan aşağı düşməyəcək və müştəri heç bir zərər etməyəcək. Bu əslində dünyada görünməmiş yenilikdir.

– İndiyədək bu mexanizmdən istifadə edən olub?

– Əlbəttə, bu mexanizm işləyir, amma istiqrazları almaq istəyənlər o qədər çoxdur ki, satmaq istəyənlər onları həmişə 1000 dollardan daha yüksək qiymətə satırlar. SOCAR-ın özünün zəmanətinə, yəni istiqrazları geri almasına ehtiyac qalmır. İstiqraz sahibləri isə onları yüksək qiymətə satıb qazanıblar.

– Elxan müəllim, istiqrazların alıcıları kimlərdir? Adi vətəndaşlar, yoxsa şirkətlər?

– İstiqrazları, həm hüquqi şəxslər, həm də fiziki şəxslər alır. Ötən 11 ay ərzində istiqraz alan vətənaşların sayı 2 dəfə artıb. Bura həm istiqrazları yenidən alan müştərilərimiz – hansı ki, ilkin yerləşdirmədə almışdılar, sonra onların üstünlüklərini görərək, yenə də istiqraz alaraq öz portfellərini artırdılar – həm də yeni müştərilər aiddir. İstiqrazı alan şirkətlər də artır, amma vətəndaşların artımı daha böyükdür.

– SOCAR istiqrazlarını nə məqsədlə alırlar – pulu artırmaq, yoxsa sadəcə qoruyub saxlamaq üçün?

– Əvvəlki dövrlə müqayisə etdikdə məqsədlər bir qədər dəyişib. Əvvəllər vətəndaşlar pullarını itirməmək üçün istiqrazlara yatırırdılar. ASAN Xidmət mərkəzlərindəki satış nöqtələrinə müraciət edən vətəndaşlarla söhbətlər zamanı onlar bildirirlər ki, əvvəllər sadəcə pullarını qorumaq üçün istiqraz alırdılar. İndi isə əksinə, təkcə qorumaq üçün deyil, gəlir əldə etmək üçün alırlar. Çünki SOCAR istiqrazları üzrə gəlirlilik maliyyə bazarında ən yüksək səviyyədədir.

– İstiqrazların gəlirliyi nə qədərdir?

– Gəlirlik ildə 5%-dir. Məsələn, 50 min dolarlıq istiqraz alan adam, ildə 2500 dollar faiz qazanacaq. Müqayisə üçün bildirim ki, banklarda bu gəlirlik maksimum 3%-dir. Yəni həmin 50 min dolları banka yatıranda 1500 dollar gəlir gətirir. Ən əsası, istiqrazlarda faizlər hər 3 aydan bir ödənilir. Yəni haqqında danışdığımız 2500 dollarlıq faiz gəliri 4 bərabər hissə ilə, 3 aydan bir 625 dollar olmaqla istiqraz sahibinin bank hesabına köçürülür. Ödəniş vaxtı da əvvəlcədən məlumdur – 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr. Yəni istiqraz sahibi nə vaxt, hətta hansı gün pul qazanağını əvvəlcədən bilir.

– İndiyədək SOCAR istiqrazları üzrə nə qədər faiz ödənilib?

– Bildiyiniz kimi, SOCAR istiqrazları 100 milyon dollarlıq həcmdə buraxılıb və istiqraz sahiblərinə ildə 5 milyon dollar ödənilir. İndiyədək 3 faiz ödənişi çərçivəsində istiqraz sahibləri 3,75 milyon dollar alıblar, oktyabrın 17-də isə daha 1,25 milyn dollar ödəniləcək və onların toplam qazancı 5 milyon dollar olacaq.

– Elxan müəllim, pulu olan şəxs, niyə onu istiqraza yatırmalıdır, yəni niyə elə evində saxlamasın ki?

– Əlbəttə, bu vətəndaşın seçimindən asılıdır. Amma nəzərə almaq lazımdır ki, evdə saxlanılan pul və digər qiymətli əşyalarla bağlı bəzi risklər var. Bunlardan birincisi onun oğurlanmasıdır. Bu böyük riskdir, xüsusilə söhbət böyük məbləğdə, məsələn 100 min dollarlıq vəsaitdən gedirsə, onun evdə saxlanması risklidir.

– Bəs istiqrazları oğurlamaq mümkün deyil?

– Xeyr, onlar elektron qeydiyyatdadır. İstiqraz sahibi bütün sənədlərini itirsə də, elektron hesabında olan istiqrazları heç kim istifadə edə bilməz. Daha sonra vətəndaş sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə pulunu ala biləcək.

Evdə saxlanan pullarla bağlı risklərdən biri pulun xərclənməsidir. Əlində pulu olan adam, istər-istəməz onu xərcləməyə, istifadə etməyə can atır, məsələn, maşınını təzələyir, o qədər də vacib olmayan xərclər edir və s. Bu da vətəndaşların pullarını azaldır. Və ya onlardan borc pul istəyə bilərlər, imtina edə bilməsələr borc verməli olacaqlar ki, bu da öz-özlüyündə bir riskdir. Hər halda istiqraz almaq üçün müraciət edən müştərilərdən bəziləri məhz buna görə pullarını istiqrazlara yatırdıqlarını bildirirlər.

– Bir qədər əvvəl belə məlumat yayılmışdı ki, bəziləri hətta avtomobilini də sataraq istiqraza yatırırlar. Bu məlumat doğrudur?

– Bəli belə hallar olub, bizim *1999 qaynar xəttimizə müraciət edən müştəri bildirmişdi ki, maşınını satıb istiqraz almaq istəyir. Əməkdaşlarımız səbəbilə maraqlananda həmin şəxs bildirdi ki, maşın bahalıdır, onu saxlamaq da baha başa gəlir, ikincisi, onun qiyməti getdikcə aşağı düşür, onu tezliklə satmaq da olmur. İstiqrazı isə istədiyim vaxt pula çevirə bilərəm. Onun ilk sualı da beləydi ki, mən istiqrazı istədiyim vaxt sata bilərəmmi? Bunları dəqiqləşdirəndən sonra gedib aldılar. Belə hal bir neçə dəfə olub.

– Doğrudan da, istiqrazı istənilən vaxt satmaq olarmı? Yəni SOCAR istiqrazını pula çevirmək prosesi nə qədər vaxt aparır?

– Əlbəttə, bizim istiqrazların, digər yatırımlardan əsas üstünlüyü də elə budur. Baxın, müştəri səhər istiqrazı satmaq istədiyini bildirir, artıq günortadan sonra pul onun hesabındadır. Bəzi hallarda bu daha tez baş verir. Başqa heç bir sahədə belə likvidlik yoxdur.

– Gəlin konkret misalla izah edək: tutaq ki, mənim 50 min dollarlıq istiqrazım var. Əgər mən bu pulları bankda saxlasaydım, həmin pulun bir hissəsini götürəndə, əmanət müqaviləsi pozulur və faiz hesablanmır. İstiqrazlarda necədir – 50 min dolarlıq istiqrazın tutaq ki, 20 min dollarlıq hissəsini götürüb pula çevirmək olarmı? Bu zaman faizlər itmir ki?

– Çox vacib məsələdir, biz bu sualı tez-tez eşidirik. Bəziləri pulun bir hissəsini çıxarıb, bir problemini həll etmək və ya xeyir iş etmək istəyirlər. Həmin hissəni pula çevirirlər, qalan hissə isə gəlir gətirməkdə davam edir.

Bu investor üçün çox mühüm məsələdir. Çünki bəzən yatırımın yalnız bir hissəsini pula çevimək tələb olunur. SOCAR istiqrazlarında dediyim kimi, bunu etmək çox asandır. Digər sahələrdə isə vəziyyət fərqlidir. Məsələn, təsəvvür edin ki, iri, təqribən 1 milyon dollarlıq bir obyektiniz var, və sizə müyyən qədər pul lazımdır.

Adətən belə obyekti satıb pula çevirmək üçün neçə aylar, hətta bir ilədək müddət tələb olunur. Böyük endirim etmədən bu mümkün deyil. Obyektin ayrıca bir hissəsini də satmaq mümkün deyil. Deməli, obyektin sahibi məcbur qalaraq obyekti aşağı qiymətə, ucuz satmalı olacaq. İstiqrazı isə dediyim kimi, həm bütünlüklə, həm də hissə-hissə satıb pula çevirmək olar.

– Biz indiyədək fiziki şəxs olan alıcılardan danışırıq, bəs şirkətlərin SOCAR istiqrazlarına marağı necədir? Çünki xarici ölkələrdə istiqrazların əsas alıcıları şirkətlərdir. Bizdə bu vəziyyət necədir?

– Elədir, xaricdə isiqrazların əsas alıcıları şirkətlərdir. Çünki onlar öz xərc və gəlirləri ilə bağlı planlarını əvvəlcədən tutur, yəni nə vaxt, hansı məbləği hara xərcləyəcəkləri əvvəlcədən məlum olur. Məsələn, onların ödəmə vaxtı, maaş vaxtı və s. məsələlər qrafik üzrədir. Ona görə də şirkətlər gəlirlərinin də dəqiq qrafik üzrə olmasını istəyirlər. Bu mənada istiqraz onlar üçün çox əlverişlidir. Başqa səbəb də var. Yəni hazırda Azərbaycanda əmanətçilərin bankdakı pulları ayrıca fond tərəfindən sığortalansa da, şirkətlərin bankdakı vəsaitləri ilə bağlı belə bir mexanizm yoxdur. İstiqrazlarda isə fiziki və ya hüquqi şəx – fərqi yoxdur, SOCAR bütün məbləğə zəmanət verir. Buna görə də şirkətlərin istiqrazlara marağı artmaqdadır.

– Xaricdə istiqrazların əsas alıcılarından biri də pensiya fondlarıdır. Bizdə vəziyyət necədir? Məsələn, Dövlət Sosial Müdafiə Fondu istiqrazlara maraq göstərirmi?

– Bizdə isə istiqrazlara sığorta şirkətlərinin böyük marağı var. Onlar üçün SOCAR istiqrazları çox əlverişlidir. Çünki bir hadisə baş verərsə və ödəniş etmək lazım gələrsə, onlar dərhal istiqrazların bir hissəsini nağd pula çevirib ödəniş edə bilirlər.

– Elxan müəllim, Azərbaycan vətəndaşları adətən yatırım edəndə bunu övladları, onların gələcəyi üçün edir. SOCAR istiqrazları bu mənada hansı xüsusiyyətə malikdir?

– İstiqrazlar həm investisiya, həm də yığım alətidir. Məsələn, 100 min dollar pulu olan şəxs həmin pulu övladının təhsilinə və gələcəyinə xərcləmək istəyir. Həmin adam pulunu istiqraza yatıra bilər. İstiqrazın müddəti 5 ildir. Bu müddət ərzində həm pulları qorunaraq saxlanacaq, həm də ondan gələn faizlərlə (əgər yatırım 100 min dollardırsa illik gəlir 5 min dollar olacaq) övladının cari xərclərini, məsələn orta məktəb və ya universitetdə təhsil haqqını ödəyə biləcək. Bu zaman, əsas vəsait, yəni 100 min dollar toxunulmadan qalır və onu da istənilən vaxt götürüb istifadə etmək olar.

– Azərbaycanın bölgələrində yaşayanlar, rayon sakinləri istiqrazı necə ala bilərlər?

– Onlar əgər Bakıya ASAN Xidmətə gələ bilmirlərsə, öz sənədlərini poçtla investisiya şirkətinə göndərirlər, investisiya şirkəti onların sənədlərini tərtib edərək emaillə yenidən onlara göndərir, bu dəfə müştəri həmin sənədləri imzalayaraq investisiya şirkətinə göndərir və onlar pullarını köçürəndən sonra istiqrazlarını ala bilərlər. Yəni onların hökmən Bakıya gəlmələrinə ehtiyac yoxdur.

– Bəs xaricdə yaşayan azərbaycanlılar SOCAR istiqrazlarını necə alırlar?

– Bəli, SOCAR istiqrazlarını xaricdə yaşayan həmvətənlərimiz də alırlar. Onlar Azərbaycana gəlib istiqraz alıb gedirlər, eləcə də xarici ölkələrin vətəndaşları da istiqraz alırlar. Bunlar Qazaxıstan, Gürcüstan, Türkiyə, Rusiya və Ukraynada yaşayanlardır. Qeyd edim ki, ilkin yerləşdirmədə istiqrazlar yalnız ölkə vətəndaşlarına satılırdı, təkrar bazarda isə onları istənilən şəxs, o cümlədən xaricilər də ala bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

Dövlət istiqrazını necə ala bilərəm?

2018-09-06 12:34:00

Attestatı itirən onu necə əldə edə bilər? – Yenisini almaq asan başa gəlmir

Attestat şagirdin tam orta təhsili bitirməsini sübut edir. Bu, onun gələcəkd ali təhsil müəssisəsində təhsil ala biləcəyi üçün əsas rolunu oynayır. Bəs attestatını itirən şəxslər ilk olaraq hara müraciət etməlidirlər? AzEdu.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, ümumi və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təqdim edilir. Attestat məzunlar tərəfindən götürülmədiyi halda tam orta təhsil müəssisəsində saxlanılır. Ümumi təhsil müəssisəsi ləğv olunduqda attestat və onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər. Attestatını itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində attestatın dublikatını verir. Ümumi orta, tam orta təhsil haqqında attestat və onların dublikatlarının hazırlanması və verilməsinə görə attestat alanlardan heç bir ödəniş tələb olunmur.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

130 minə yaxın uşaq 1-ci sinif üçün qeydiyyatdan keçib

2023-05-22 19:00:00

Xırdalanda tikilən bu məktəb şagird sıxlığını azaldacaq – Nazirlik

2023-05-19 12:39:07

Təkrar sertifikasiyaya gəlməyən müəllimlərlə əmək müqaviləsi pozulacaq – XƏBƏRDARLIQ

2023-05-18 11:53:34

Nazir sertifikasiya təlimlərindən imtina edən müəllimlərin sayını açıqladı

2023-05-16 16:24:55

Mərhum deputatın qızı dünyanın 15 universitetindən təqaüd və qəbul yeri qazanıb

2023-05-16 12:28:23

Lisey və gimnaziyalara qəbul QAYDALARI

2023-05-16 11:25:33

Fənn olimpiadalarına gedən şagirdlər – buraxılış vərəqələrini çap edə bilərlər

2023-05-16 10:22:18

Kimya olimpiadalarının nəticələri AÇIQLANDI

2023-05-15 10:00:51

1-ci siniflərin məktəb seçimi BAŞLAYIR

2023-05-15 09:17:57

Məktəb direktorları üçün Google-dan HƏDİYYƏ

Dövlət istiqrazını necə ala bilərəm?

Xəbər verildiyi kimi, yanvarın 9-dan Bakı Fond Birjasında (BFB) METAK şirkətinin manatla istiqrazları satışa çıxarılıb. FED.az birjaya istinadən xəbər verir ki, 1 il müddətinə buraxılan METAK istiqrazlarının nominal qiyməti 1000 manat, illik gəlirliyi 14% təşkil edir. İstiqrazları həm hüquqi, həm də fiziki şəxslər ala bilərlər.

Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında müxtəlif təşkilatlar tərəfindən manat, dollar və avro ilə buraxılmış bir neçə istiqrazlar rəsmi dövriyyədədir. Amma hələlik onlardan yalnız biri – SOCAR istiqrazları təkrar bazarda kütləvi şəkildə alınıb-satılır. Digər istiqrazlar isə daha çox unvanlı olaraq satıldığından bazarda onlarla əməliyyatlar demək olar ki, aparılmır.

Belə vəziyyətdə METAK-ın yeni istiqraz emissiyası bazar iştirakçıları üçün yeni seçim yaradır. İnvestorları maraqlandıran suallardan biri də hansı alətin – SOCAR, Unibank və ya METAK istiqrazının – daha sərfəli olmasıdır.

FED.az hər üç istiqrazın buraxılış şərtləri və tətbiq edilən mexanizmləri nəzərə alaraq iki qiymətli kağızı bir-biri ilə müqayisə edib. Belə müqayisələr investorların yartırım üçün hər hansı aləti seçib-seçməsinə yardım etməklə yanaşı, əhalinin maliyyə və qiymətli kağızlar sektoru sahəsində maariflənməsinə də kömək edir.

Beləliklə, istiqrazların əsas göstəriciləri ilə tanış olaq.

İstiqrazların həcmi və nominal qiymət

Məlumatda göründüyü kimi, METAK istiqrazları 2 milyon manatlıq həcmdə buraxılıb, nominal qiyməti 1000 manatdır. Bu, digər iki istiqrazdan daha azdır – Unibank istiqrazları 10 milyon dollarlıq, SOCAR İstiqrazlarında isə emissiya həcmi bndan 10 dəfə artıq – 100 milyon dollardır. Amma hər iki istiqrazın nominal qiyməti 1000 dollar təşkil edir.

İstiqrazın müddəti: 1 il, 5 il və 6 il

Unibank istiqrazları 6 illik müddətə buraxılacaq. Bu o deməkdir ki, sabah, dekabrın 28-də istiqraz alan şəxslər onu 2023-cü ilin sonunadək özündə saxlamalı olacaq (niyə özündə saxlamalı olacaq ona aşağıdakı toxunacağıq). METAK İstiqrazlarını isə yalnız bir illiyə almaq olar.
2016-cı ilin oktyabrında 5 illik müddətə buraxılmış SOCAR istiqrazları isə 2021-ci ilin oktyabrınadək dövriyyədə olacaq. Başqa sözlə, Unibankın istiqrazları daha 2 il uzun müddətə dövriyyədə qalacaq.

Faiz dərəcəsi: 5%, 6% və 14%

Ən maraqlı vəziyyət istiqrazların faiz dərəcələrindədir. Elan edilən şərtlərə görə, Unibank istiqrazları üzrə illik gəlirlik 6%-dir. Yəni 1000 dollarlıq Unibank istiqrazı öz sahibinə ildə 60 dollar gəlir gətirəcək. Faizlər hər 3 aydan bir ödəniləcək. Hər dəfə istiqraz sahibi hər istiqraza görə 15 dollar faiz alacaq.

SOCAR istiqrazlarının illik gəlirliyi 5% təşkil edir. Yəni 1000 dollarlıq SOCAR istiqrazı öz sahibinə ildə 50 dollar gəlir gətirir. Faizlər hər 3 aydan bir ödənilir (artıq bir ildir ki, ödəniş aparılır). Hər dəfə istiqraz sahibi hər istiqraza görə 12,5 dollar faiz alır. Qeyd edək ki, SOCAR istiqrazları sahibləri artıq bir ildir ki, faiz ödənişlərini almaqdadırlar.

METAK istiqrazlarında vəziyyət fərqlidir. Bu kağızlar manatla buraxıldığına görə, onun gəlirliyini dollar istiqrazları ilə müqayisə etmək çətindir. Bu vəziyyətdə istiqrazların gəlirliyini eyni valyutada olan əmanətlərlə müqayisə etmək mümkündür. Bank əmanətlərindəki faizləri nəzərə alanda, hər 3 istiqrazın gəlirliyi əmanətlərdən daha yüksəkdir.

Bəs əslində vəziyyət necədir?

Yuxarıdakı göstəricilərə baxanda, Unibank və METAK istiqrazlarının daha sərfəli yatırım olması təsəvvürü yarana bilər. Çünki onların gəlirliyi daha yüksəkdir. Amma bu, qiymətli kağızlar bazarı ilə demək olar ki, maraqlanmayan və məlumatı az olan təbəqənin gəldiyi nəticədir. Əsl investorlar, bu kağızlara real olaraq yatırım etmək istəyənlər isə daha ciddi məqamlara diqqət yetirirlər. Məsələ bundadır ki, istiqrazların bəzi xüsusiyyətləri onların gəlirliyi və dövriyyə müddətindən qat-qat vacibdir. Beləliklə…

Geri alma zəmanəti

Yuxarıda istiqrazların dövriyyələri müqayisə edilərkən, göstərmişdik ki, Unibank istiqrazlarının sahibləri onları 6 il özlərində saxlamalı olacaqlar. Məsələ bundadır ki, Unibankın istiqrazlarında geri alım zəmanəti yoxdur. Yəni istiqraz sahibi, məsələn, bir ildən sonra onları bütünlüklə və ya bir hissəsini satmaq istəsə, bunu yalnız o halda edə biləcək ki, qiymətli kağızlar bazarında bu istiqrazı almaq istəyən alıcı olsun. Belə alıcı olmasa, istiqraz sahibi onu sata bilməyəcək.

METAK İstiqrazlarında da eyni vəziyyətdir. İstiqrazların şərtlərinə görə, istiqraz sahibi onu ən tezi yalnız 6 aydan sonra qaytara biləcək. Ona qədər isə kağızları özlərində saxlamalıdır. Amma METAK istiqrazları cəmi 1 illiyə buraxıldığına görə, onun alicıları istəsələr bu məhdudiyyəti hiss etməyə bilərlər.

SOCAR istiqrazında isə geri alma zəmanəti qüvvədədir. Bu o deməkdir ki, əgər SOCAR İsiqrazının sahibi onu satmaq istəyirsə və bazarda bu istiqrazı alan alıcı yoxdursa, SOCAR özü həmin istiqrazı alacaq. Həmin zəmanət sayəsində SOCAR İstiqrazlarınn sahibləri onları istənilən an (əməliyyat cəmi yarım saat çəkir) satıb pula çevirə bilərlər.

Minimum qiymətə alış zəmanəti

Digər mühüm məqam. Bazarda alıcının olması şərt deyil, gərək alıcı istiqraz sahibindən onu məqbul qiymətə alsın. Bunun hansı nəticəyə gətirdiyini elə «Unibank»ın bir qədər əvvəl manatla buraxdığı istiqrazının misalında izah etmək olar. Hazırda dövriyyədə olan və manala buraxılmış istiqrazın nominal qiyməti qiyməti 1000 manat olsa da, onu hazırda bazarda ən çoxu 840 manatdan satmaq olar. Yəni bu istiqrazın sahibi onu satarkən 160 manat zərərlə satacaq. Unibankın indiki istiqrazlarında da belə zəmanət yoxdur.

SOCAR İstiqrazlarında isə yuxarıda deyildiyi kimi, geri alım zəmanəti var və bu zəmanət istiqraz sahibinə imkan verir ki, kağızlarını ən azı nominal qiymətə sata bilsin. Başqa sözlə bazarda heç bir alıcı olmasa da, SOCAR İstiqrazının sahibi ehtiyac yaranarsa, öz istiqrazlarını SOCAR-a azı 1000 dollarlan sata biləcək. Məhz bu zəmanətin nəticəsində SOCAR İstiqrazlarının qiyməti 1000 dollardan aşağı düşmür.

METAK istiqrazlarında isə geri alım zəmanəti mövcuddur, amma yenə də deyildiyi kimi, 6 aydan sonra. İstiqraz sahibi həmin müddətdən sonra ehtiyac olarsa istiqrazını geri qaytara və həm istiqraza verdiyi pulu, həm də həmin vaxtadək hesablanan faizlərini ala bilər.

Marketmeyker

Əslində, istiqrazların müqayisəsini məhz marketmeykerin olub-olmaması ilə başlamaq olardı. Unibank və METAK istiqrazlarında marketmeyker yoxdur, SOCAR İstiqrazlarında isə marketmeyker funksiyalarını «PSG Kapital» şirkəti həyata keçirir.

REPO əməliyyatlarında kim üstündür?

Qiymətli kağızların əsas üstünlüklərindən biri onları girov qoyaraq kreit almaq imkanıdır. Özü də bu zaman girov qoyulması prosesi ənənəvi girovlardakı kimi uzun və çoxsaylı prosedurlardan ibarət deyil – qiymətli kağızlar bazarında bu proses avtomatik baş verir. Bu mənada prinsipcə həm Unibank, həm SOCAR, həm də METAK İstiqrazları ilə REPO əməliyyatı aparmaq olar. Amma burada istiqrazların etibarlığı dərəcəsi ortaya çıxır. Qiymətli kağızın etidarlığı onun təminat əmsalı ilə ölçülür. SOCAR İstiqrazlarında bu göstərici 5%, Unibank və METAK istiqrazlarında isə 40%-dir. Bu o deməkdir ki, neft şirkətinin istiqrazlarını girov qoyanda istiqrazın dəyərinin 95%-i qədər kredit götürmək olar, METAK və Unibank istiqrazlarında isə bu rəqəm cəmi 60%-dir. Yeri gəlmişkən SOCAR İstiqrazları ilə REPO əməliyyatları artıq başlayıb.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :

Unibank SOCAR METAK
Emissiya həcmi 10 mln USD 100 mln USD 2 mln AZN
Nominal qiyməti 1 000 USD 1 000 USD 2 000 AZN
İstiqrazların tədavül müddəti 6 il 5 il 1 il
Faiz dərəcəsi 6% 5% 14%
Faiz gəlirinin ödəniş müddəti 3 aydan bir 3 aydan bir 3 aydan bir
Marketmeyker Yoxdur PSG Capital Yoxdur
Geri alma zəmanəti Yoxdur Var Yalnız 6 aydan sonra
Minimum qiymətə alış zəmanəti Yoxdur Var Yalnız 6 aydan sonra
Təminat əmsalı 40% 5% 40%
REPO zamanı istirqaz sahibinin götürə biləcəyi məbləğ (istiqrazlın qiymətinin) 60% 95% 60%

Comments are closed, but trackbacks and pingbacks are open.