Press "Enter" to skip to content

Vateranı necə qiymətləndirə bilərəm

Məhərrəm Əliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri

Müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanətidir

Məlum olduğu kimi, bu il Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

Azərbaycan tarixində intibah dövrü və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz əbədiyaşar liderimizin sayəsində əbədi və dönməz xarakter alıb. Dövrünün ən nüfuzlu siyasətçisi olan Heydər Əliyev Azərbaycanın dünyada tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması istiqamətində məqsədyönlü iş aparıb. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həll olunması məqsədilə bütün qüvvələri səfərbər edən Ümummilli Lider tarixi ədalətin bərpası üçün fədakarlıqla çalışıb, yüksək əzmkarlıq göstərib. Ulu Öndərin memarı olduğu güclü Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmaqla ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olduğunu bütün dünyaya sübut etdi.

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanətidir. Müstəqilliyimizi və Ulu Öndərin miras qoyduğu zəngin irsi göz bəbəyi kimi qorumaq hər birimizin ən ümdə vəzifəsidir. Dünya Azərbaycanlıları Ümummilli Liderin əziz xatirəsini daim uca tutur və minnətdarlıqla yad edir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləməyim, eləcə də onunla şəxsi tanışlığım mənim üçün böyük şərəf və qürurdur. 10 May – Ümummilli Liderin doğum günü ərəfəsində fürsətdən istifadə edərək daim xatirələrimdə yaşayan ən mühüm məqamları bölüşmək istərdim. Hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin rolu danılmazdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun taleyində əsaslı dönüş yaradan, müstəqilliyi itirmək təhlükəsindən xilas edən, dövlətçiliyi əbədi və dönməz edən Heydər Əliyev kimi dahi rəhbəri olub. “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm” deyən dahi şəxsiyyət qüsursuz, aydın və dolğun çıxışları ilə həm də ustad bir müəllim idi. Hələ Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə Heydər Əliyevin çıxışlarını izləyir, hətta imtahan verərkən onun fikirlərindən sitatlar gətirirdim. Yaxşı yadımdadır ki, elə həmin dövrdə də bütün SSRİ-də Heydər Əliyev şəxsiyyətinə böyük maraq vardı. Hər kəs onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, barəsində çox müsbət fikirlər səsləndirirdi. O illərdə bütün azərbaycanlı gənclər kimi, mənim də Heydər Əliyevə xüsusi rəğbətim vardı. Sonrakı illərdə mənə Ümummilli Liderlə şəxsən tanış olmaq və onun müdrik rəhbərliyi altında çalışmaq imkanı nəsib oldu.

Sovet rəhbərliyi tərəfindən 1990-cı ilin yanvarında Bakıda xalqımıza qarşı faciə törədildiyi ən ağır vaxtda Heydər Əliyev həyatını böyük təhlükə altına qoyub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Ulu Öndər SSRİ və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etdi. Tarixin məsuliyyətli və çətin dövründə xalqı ilə olmağı, onun haqq səsini dünyaya çatdırmağı vacib bilən Ümummilli Lider həmin ilin iyulunda Bakıya qayıtdı. Azərbaycan tarixinin və dövlətçiliyimizin ağır günlərində, həyatı boyu qəlbi Vətən və xalqı ilə döyünən dahi şəxsiyyət bir daha əsl vətənpərvər kimi qətiyyət göstərdi. Həmin günlərin və görüşlərin iştirakçısı kimi Ulu Öndərimizlə ilk tanışlığımız yarandı. Məlum olduğu kimi, həmin dövrdə ölkədə vəziyyət olduqca ziddiyyətli və gərgin idi. Müəyyən siyasi qüvvələr vəziyyətdən sui-istifadə edirdi və proseslər, demək olar ki, idarə olunmaz hala çatmışdı. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı barışmaz mövqedə dayanan və kritik dönəmdə xalqın yanında olmağa qərar verən Ulu Öndər özünün həyat fəlsəfəsini belə izah edirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

O zaman Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrinin kəsildiyi, iqtisadi və siyasi böhranın dərinləşdiyi Naxçıvanda təxribatlar baş alıb gedirdi. Sərhədyanı kəndlər ermənilərin mütəmadi hücumlarına məruz qalır və qarət olunurdu. Belə bir çətin durumda xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan blokada şəraitində olan Naxçıvana getdi və yekdilliklə muxtar respublikanın Ali Məclisinin sədri seçildi. Ulu Öndər Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün mühüm qərarlar qəbul etdi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında region dövlətləri ilə əlaqələr yaratması və xalqı öz ətrafında birləşdirərək erməni təcavüzünə qarşı müqavimət hərəkatına bacarıqla rəhbərlik etməsi mürəkkəb hərbi-siyasi şəraitdə Naxçıvanı işğaldan qorudu. Mən həmin günləri çox yaxşı xatırlayıram. O illərdə dəfələrlə Bakıdan Naxçıvana Ulu Öndərin yanına gedir, ölkədə gedən siyasi proseslər barədə fikir mübadiləsi aparır və dəyərli məsləhətlər alırdım. Mən çox xoşbəxt insanam ki, Ümummilli Liderin rəhbərliyi altında uzun illər məsul vəzifədə çalışmışam və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında çalışıram.

XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə çatdırılmış qarşıdurma dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaratdı. Həmin dövrdə hüquq-mühafizə orqanlarında çalışdığımdan hadisələrin yaxından iştirakçısı kimi deyə bilərəm ki, bütün bunlar liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək bacarığından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin ölkəyə rəhbərlik etməsinə görə baş verirdi. Prosesləri düzgün qiymətləndirə və lazımi məcraya yönəldə bilməyən hakimiyyət əhali arasında nüfuzunu gündən-günə itirirdi.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı, gərginləşən siyasi vəziyyət, əhalinin acınacaqlı sosial durumu şəraitində ölkəmizi bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olan Liderə və Şəxsiyyətə ciddi ehtiyac yaranmışdı. Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışlarına səs verərək Bakıya qayıtdı. Həmin tarixi anların iştirakçısı kimi deyə bilərəm ki, bu qayıdış, sözün əsl mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Tarixə nəzər salsaq görərik ki, xalqların tarixində elə günlər vardır ki, həmin günlərdə onun gələcəyini müəyyən edən təməllərin əsası qoyulub. Bu tarix isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyinin və sabitliyin bərqərar olunmasını təmin edə bildi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, respublikada ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Burada bir məqamı xüsusilə vurğulamaq istərdim. Umutmamalıyıq ki, bütün bunlar asanlıqla başa gəlməmişdir. Ölkədəki hərc-mərcliyin və anarxiyanın qarşısını almaq böyük cəsarət və gərgin iş tələb edirdi. Müstəqilliyin bərpasından sonra ölkəyə rəhbərlik etmiş şəxslər yarıtmaz əməlləri ilə bütün sahələrdə ciddi problemlər yaratmış, ölkəni dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Əhali arasında sosial narazılıqlar son həddə çatmışdı. Uzun illər ərzində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə çalışdığımdan vəziyyətə yaxından bələd olduğum üçün deyə bilərəm ki, ölkədə kriminogen vəziyyət nəzarətdən çıxmışdı, cinayət əməlləri baş alıb gedirdi. Dövlətinə və xalqına bağlı olan milli kadrların bir çoxu mənim kimi siyasi əqidəsinə görə təqiblərə məruz qalmış və həmin illərdə hüquq-mühafizə orqanlarından xaric olunmuşdular. Ölkədə siyasi sabitliyin bərpası, vətəndaş həmrəyliyinin formalaşdırılması, ordu quruculuğu, cinayətkarlıqla mübarizə və sair bu kimi həyati vacib sahələrə peşəkar və sadiq kadrların cəlb olunması və islahatların aparılması böyük çətinliklər yaradırdı.

Lakin bütün bunlara baxmayaraq, Ulu Öndərin fədakar zəhməti hesabına ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu və Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Ümummilli Liderin şəxsiyyəti, onun siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində və beynəlxalq aləmdə xalqımızın strateji mənafelərinin təmin olunmasında həlledici rol oynadı. Siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün neft sektoruna xarici sərmayələrin cəlb edilməsi məqsədilə “Əsrin müqaviləsi” imzalandı. Nəticədə ölkə iqtisadiyyatına külli miqdarda investisiya yatırılması ilə yanaşı, ən müasir innovasiya və informasiya texnologiyalarının gətirilməsi, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsi, vətəndaş cəmiyyətinin formalaşması, habelə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi təmin olundu.

Ulu Öndər diplomatik yolla 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu və Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə edilməsi istiqamətində mühüm addımlar atdı. Bütün gücünü və diqqətini ordu quruculuğuna yönəldən Ulu Öndər əminliklə bildirirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq. Bu, Heydər Əliyevin ən böyük arzusu idi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar apardı. Qırx dörd günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu dilə gətirdi.

Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı Heydər Əliyev ideyalarının sadiq davamçısı Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində verilən tapşırıqlar bu gün uğurla həyata keçirilir və Ordumuz Ali Baş Komandanımızın əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır vəziyyətdədir.

Məhərrəm Əliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri

Səfəvilər dövləti

Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər.
Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyəti isə 1501-1736-cı illəri əhatə etmişdir.
XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultanəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq etdi. 1492-ci ildə Baysunqura qarşı mübarizədə Qızılbaşlardan istifadə etmək üçün Ağqoyunlu Rüstəm onları azad etdi. 1493-cü ildə Sultanəlinin başçılıq etdiyi Qızılbaşlılar və Rüstəm Mirzənin qoşunları Bayzunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Sultanəlini məğlub etdi və onu öldürdü. Lakin bu döyüşdən əvvəl Sultanəli qardaşı İsmayılı Səfəvi Ordeninin başçısı təyin etmişdi.
Şeyx İsmayıl (Şeyx Heydərin III oğlu) 1499-cu ildə Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə əvvəlcə Ərdəbilə, sonra isə Ərzincana gəlib çıxmışdır. 1500-cü ildə Şamaxını, 1501-ci ildə Bakını ələ keçirən İsmayıl 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur. Təbriz şəhəri dövlətin paytaxtı olur. Dövlətin əsas əraziləri Azərbaycan torpaqları, əhalisinin çoxunu isə Azərbaycan türkləri əhatə edir.
Ağqoyunlu dövlətinin digər qolunun başçısı Sultan Murad Səfəvilər dövləti üçün təhlükəli olaraq qalırdı. 1503-cü ildə Sultan Muradı məğlub edən Şah İsmayıl Şiraz şəhərini tutdu. Bundan sonra Şah İsmayıl Qumu, Kaşanı, İsfahanı, Yəzdi və Kirmanı ələ keçirdi. 1508-1510-cu ildə isə (Xorasan istisna olmaqla) bütün İranı tutdu. Daha sonra Bağdad şəhəri daxil olmaqla Ərəb İraqını da dövlətin tərkibinə qatdı. Səfəvi dövləti şərqdə Özbək dövləti, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. 1510-cu ilin sonunda Herat, Mərv, Bəlx və Xorasan şəhərləri də Səfəvilərin əlinə keçdi. Beləliklə, Fərat çayından Amudərya çayınadək Şah İsmayılın hakimiyyəti bərqərar oldu Səfəvi dövləti imperiyaya çevrildi.
Şah İsmayıla qarşı vuruşmağa cəsarət etməyən Osmanlı sultanı II Bəyazid 1504-cü ildə Səfəvilər dövlətini tanıdı.

OSMANLI IMPERATORLUĞU

Böyük Səlcuq imperatorluğu dağıldıqdan sonra Kiçik Asiyada qüdrətli türk dövləti-Osmanlı imperatorluğu yarandı. 1299-cu ildə Osman bəy (Səlcuqların qayı boyundan olmuşdur) Konya sultanlığına son qoymuş və Osmanlı dövləti yaranmışdır. 1329-cu ildə dövlətin paytaxtı Bursa şəhəri olmuşdur. 1359-cu ildə hakimiyyətə gələn I Murad özünə Sultan titulunu qəbul etdi. 1361-ci ildə o, Ədirnəni tutub paytaxt etdi. 1370-ci ildə Bizans və Bolqarıstanı özündən asılı etdi. 1371-ci ildə serbləri ağır məğlubiyyətə uğratdı. Sultan I İldırım Bəyazid isə Dunay çayı sahillərinə qədər olan əraziləri ələ keçirdi. 1402-ci ildə Ankara düzənliyində Osmanlılar Teymur tərəfindən məğlub edildi və I İldırım Bəyazid əsir alındı. Bununla əlaqədar olaraq Roma Papası sevincindən 3 gün kilsə zənglərinin sədası altında şükranlıq duası oxutdurdu.
Bundan sonra II Murad Osmanlı dövlətinin qüdrətini bərpa etdi. Osmanlılar 1444-cü ildə macarları, çexləri, 1453-cü ildə Bizans imperiyasını məğlub etdilər. Bizansın paytaxtı Konstantinopol İstanbul adlandırıldı və dövlətin paytaxtına çevrildi. II Mehmet Konstantinopolu fəth etdiyi üçün Fateh adı aldı. Daha sonra Krım xanlığı, Albaniya, Moldova, Afina hersoqluğu və bəzi Yunan knyazlıqları da Osmanlı imperiyasından asılı vəziyyətə salındı
XVII əsrin əvvəllərində Osmanlı imperiyası Yaxın Şərqdə xeyli əraziləri tutaraq dövrünün ən böyük dövlətinə çevrildi. I Sultan Səlim 1516-cı ildə Hələbi, Dəməşqi, Fələstini, 1518-ci ildə Misiri, sonra Əlcəzairi tutdu. I Sultan Səlimin dövründə dövlətin ərazisi 2,5 dəfə artdı. I Sultan Süleyman Qanuni 1521-ci ildə Belqradı ələ keçirdi. 1526-cı ildə Macarıstanın paytaxtı Buda şəhərini tutdu. Sonra isə Şimali Afrikanı ələ keçirdi və dövlətin ərazisi Avropa, Asiya və Afrikanı əhatə etdi.
1512-ci ildə Sultan I Səlim Şah İsmayıla qarşı müharibəyə başladı. Roma papası, Şah İsmayılı Osmanlılara qarşı “Allahın xristian dünyası üçün yaratdığı fürsət” hesab edirdi. 1514-cü ilin yazında I Sultan Səlim Səfəvilərin sərhəddini keçərək Ərzincana daxil oldu. Həmin ildə Maku yaxınlığında Çaldıran döyüşü baş verdi. Bu döyüşdə Şah İsmayıl məğlub oldu və bir sıra ərazilər itirildi.
1516-cı ildə Osmanlılar Təbrizə daxil oldu və Şərqi Anadolunu, Şimali Mesopatomiyanı tutdular.
Şah İsmayılın ölümündən sonra 1524-cü ildə I Təhmasib (1524-1576) taxta çıxdı. Onun dövründə Osmanlı sultanı I Süleyman Qanuni 1534-1535-ci illərdə Azərbaycana yürüş edərək Təbrizi tutsa da, burada möhkəmlənə bilmədi. Mövqeyini getdikcə gücləndirən I Təhmasib ölkənin vahid dövlətdə birləşdirilməsi prosesini davam etdirdi. 1538-ci ildə I Təhmasib Şirvanşahlar dövlətinin varlığına son qoydu və Şirvan bəylərbəyi kimi Səfəvi dövlətinə qatıldı.
1548-ci ildə Sultan Süleyman Azərbaycana II dəfə hücum etdi. Bu yürüşdə də uğur qazanmayan Osmanlılar Azərbaycanı tərk etdilər. 1551-ci ildə Şəki hakimliyi Səfəvilər dövlətinə birləşdirildi və beləliklə, bütün Azərbaycanın dövlətdə birləşdirilməsi başa çatdı.
1554-cü ildə Sultan Süleyman IV dəfə Azərbaycana yürüş etdi. O, Azərbaycanı tutmaq cəhdinin boşa çıxdığını görüb, 1555-ci il mayın 29-u Amasiya sülh müqaviləsini bağlamağa məcbur oldu.
1576-cı ildə I Təhmasibin ölümündən sonra II Şah İsmayıl taxta çıxsa da, 1577-ci ildə sui-qəsd nəticəsində öldürüldü. Bundan sonra Məhəmməd Xudabəndə (1578-1587) hakimiyyətə gəldi. Bu dövrdə Səfəvi dövləti zəiflədi. Çünki qızılbaşlar artıq hakimiyyətlə hesablaşmırdılar. Bundan istifadə edən Osmanlı sultanı III Murad Səfəvilərə qarşı müharibəyə (1578-1590) başladı. Səfəvilərin daxilindəki çəkişmələrdən istifadə edərək, Osmanlılar demək olar ki, bütün Azərbaycanı ələ keçirdilər. 1590-cı ildə bağlanmış İstanbul sülh müqaviləsinə görə Xalxa, Ərdəbil, Qaracadağ və Talışı çıxmaqla qalan Azərbaycan ərazisi Osmanlı imperiyasına daxil oldu.
1587-ci ildə Məhəmməd Xudabəndənin 16 yaşlı oğlu (Qəzvin şəhərində) Abbas şah elan edildi. I Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürdü. Bu, farsların güclənməsinə böyük kömək oldu. Səfəvilərin tərkibində qalan Azərbaycan torpaqlarında 1599-cu ildə Ərdəbil mərkəz olmaqla Azərbaycan bəylərbəyliyi yaradıldı. 1599-cu ildə Şah Abbas Xorasanı geri qaytardı. 1603-cü ildə o, Təbrizi də geri aldı və Osmanlıların qüvvəsini darmadağın etdi. Həmin il Şah Abbas Cənubi Azərbaycanı azad edərək Ordubadı, Culfanı, Naxçıvanı da geri qaytardı. 1604-cü ildə İrəvanı, 1605-ci ildə isə Şirvanın çox hissəsini ələ keçirdi. Bundan sonra Şah Abbas Gəncəni (1606), Şamaxını (1607), Bakını və Dərbəndi (1607) geri aldı. 1603-1607-ci illərdə bütün Azərbaycan torpaqları Osmanlılardan alındı. Lakin müharibə hələ davam edirdi. 1612-ci ildə Sərab sülhü bağlandı. Bununla da 1555-ci ildəki Amasiya sülhünün şərtləri bərpa edildi. Osmanlılar Səfəvi-Rusiya ittifaqına mane olmaq istəyirdilər. 1613-cü ildə onlar Sərab sülhünü, 1618-ci ildə Amasiya sülhünü pozdular. 1618-ci ildə isə Amasiya sülhünün şərtləri yenidən bərpa edildi. 1622-1623-cü illərdə Bağdad, Kərbəla, Nəcəf, Kərkük və başqa şəhərlər də Azərbaycana qatıldı.
Şah Abbasdan sonra I Şah Səfi hakimiyyətə gəldi. O, Bağdadı itirdikdən sonra 1639-cu ildə Qəsri-Şirin sülhünü bağladı və Amasiya sülhünün şərtləri yenə də bərpa edildi. Qəsri-Şirin sülhü Səfəvi-Osmanlı münasibətlərini nizama saldı.

XVII əsrin II yarısında Don kazaklarının Xəzərsahili ərazilərə hücumları gücləndi. 1666-1667-ci illərdə Stepan Razinin kazak dəstələri Dərbənd, Marağa, Gilan və başqa yaşayış məntəqələrini talan etdilər. S.Razin hərəkatının yatırılmasında həm Səfəvilər, həm də Rusiya eyni dərəcədə maraqlı idi. 1712-ci ildə Stepan Razin rus çarı tərəfindən edam edildi. Lakin həmin dövrdə Dağıstanın hansı dövlətə mənsub olması məsələsi Səfəvi-Rusiya münasibətlərində gərginlik yaradırdı.
Rus çarı I Pyotr Xəzəryanı ölkələri ələ keçirməyi qərara aldı. 1722-ci ildə əfqanlar İsfahanı tutub Şah Hüseyni taxtadan saldılar. Bundan istifadə edən I Pyotr Azərbaycana yürüşə başladı. Həmin il Dərbənd şəhərinin naibi İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. 1723-cü ildə ruslar Bakını və Salyanı da işğal etdilər. 1723-cü ildə II Təhmasibin elçisi İsmayıl bəy Dərbənddən Gilana qədər Xəzəryanı bölgələri Rusiyaya verərək Peterburq müqaviləsini imzaladı. 1724-cü ildə Rusiya-Osmanlı müqaviləsi imzalandı. Bunun nəticəsində Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya keçməsini Osmanlı imperiyası təsdiq etdi. İstanbul müqaviləsini reallaşdırmağa başlayan Osmanlılar 1725-ci ildə Təbrizi, Gəncəni, Ərdəbili tutdular. Ruslar isə tutduğu ərazidə komendant idarə üsulu yaradırdılar.
Əfqan tayfalarını İsfahandan qovan Nadir şah Əfşar 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyata başladı və Marağa, Ərdəbil və Təbrizi azad etdi. Bunu görən ruslar Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ildə Rəşt şəhərində onlarla müqavilə imzaladı və Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvilərə qaytardı.
1732-ci ildə Nadir xan Səfəvi şahı II Təhmasibi taxtdan salaraq onun oğlu III Abbası şah elan etdi və onun qəyyumu kimi hakimiyyəti demək olar ki, ələ keçirdi. 1734-cü ildə Şirvanı, 1735-ci ildə Gəncəni azad edərək Osmanlıları bütün Cənubi Qafqazdan çıxartdı. 1736-cı ilin martında Nadir xan şah elan edildi və Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. O, Şirvan, Qarabağ, Çuxursənd və Təbriz bəylərbəyliklərini birləşdirərək ilk dəfə “Azərbaycan” adında vahid inzibati bölgə yaratdı. Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim oldu. Nadir şahın səhv idarə üsulundan boğaza yığılan əhali tez-tez üsyanlar qaldırmağa başladılar. 1743-cü ildə Hacı Çələbi Məlik Nəcəfi öldürərək Şəkini müstəqil xanlıq elan etdi. Bununla da Aəzrbaycanda xanlıqların yaranmasının əsası qoyuldu. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldü.

Müəllif R.F.Sadıqov
Mənbə Bunu hər bir Azəri Türkü bilməlidir kitabı

  • Teqlər:
  • Səfəvilər
  • , Səfəvilər dövləti
  • , Səfəvilər və Osmanlı
  • , Səfəvilər və Rusiya
  • , Nadir şah

Vateranı necə qiymətləndirə bilərəm

Bu il sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin 355 nəfərin Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında sərəncam imzaladı və Dövlət Miqrasiya Xidməti həmin şəxslərin vərəndaşlığa qəbulu prosesini apardı.

Azərbaycan vətəndaşlığına qəbul prosesi hansı qanunvericilik çərçivəsində aparılır?

Suala Vəkillər Kollegiyasının üzvü, vəkil Əsəd Əhmədli aydınlıq gətirib. Onun sözlərinə görə, beynəlxalq hüquqda vətəndaşlığın əldə edilməsinin iki əsas növü istifadə olunur. Bunalr filiasiya və naturalizasiyadır:

“Filiasiya vətəndaşlığın anadangəlmə əldə edilməsidir. Burada iki prinsip var. – qan hüququ və
torpaq hüququ. Naturalizasiya isə onu ehtiva edir ki, şəxs ən azı 7 il Azərbaycanda yaşamalı, Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməlidir və s. Konstitusiyanın 52-ci maddəsində göstərilib ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilmə əsaslarını aşağıdakı kateqoriyalara bölmək olar:

Birincisi kateqoriya Azərbaycan Respublikasının ərazisində (hər iki valideyni əcnəbi olan və ya valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olanlar istisna olmaqla), və ya Azərbaycan Respublikasının vətəndaşından doğulmuş, habelə hər iki valideyni vətəndaşlığı olmayan şəxslərdən və ya Azərbaycan Respublikasının ərazisində olan, lakin hər iki valideyni naməlum olan uşaqlar Azərbaycan vətəndaşı sayılır. Azərbaycan Respublikasında ərazisində (Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında 30 sentyabr 1998-ci il tarixli 527-İQ nömrəli Qanununda göstərilmiş istisnalar nəzərə alınmaqla) və ya valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikası vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxslərə münasibətdə (qan hüququ) vətəndaşlığın alınması proseduru sadədir.

İkinci kateqoriya Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilən şəxslər (Əsas: Azərbaycan Respublikasının Vətəndaşlıq haqqında Qanunun 11-ci,12-ci, 13-cü maddələri). Miqrasiya Məcəlləsinin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (Miqrasiya Məcəlləsinin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almalı (5 illik icazə) və həmin 5 illik müddət ərzində müddət ərzində fasiləsiz olaraq qanuni əsaslarla ölkə ərazisində daimi yaşamalı, habelə qanuni gəlir mənbəyinə malik olmalıdır. Son olaraq Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilir”.

Amin Nəzərli

Oxunub: 3089

Oxşar xəbərlər

  • Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
  • Regionda miqrasiya mövzusunda maarifləndirmə aparılıb
  • Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır
  • Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
  • Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
  • Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
  • Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
  • Türkiyə ilə miqrasiya məsələləri müzakirə olunub
  • Azərbaycan vətəndaşı olmaq istəyənlər üçün – MAARİFLƏNDİRİCİ VİDEO
  • Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub

Comments are closed, but trackbacks and pingbacks are open.