Press "Enter" to skip to content

Bu gündən xaricdən gətirdiyiniz mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək – Vətəndaşların NƏZƏRİNƏ – FOTO

bu bankda bir neçə şirkətin hesablarını idarə edirəm. Bütün şirkətlərimi atb business internet-bankçılıq xidməti ilə bir istifadəçi üzərindən istifadə edə bilərəm?

“Müştəri Bank Mobile” — biznes üçün yeni mobil bankçılıq tətbiqi

Kapital Bank korporativ müştərilər üçün “Müştəri Bank Mobile” mobil bankçılıq tətbiqini istifadəyə verdi. Yeni tətbiqlə hüquqi şəxslər və fərdi sahibkarlar bank əməliyyatlarını artıq öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Həm iOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan “Müştəri Bank Mobile” ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə alınaraq yaradılıb.

Yeni tətbiq vasitəsilə hüquqi şəxslər və fərdi sahibkarlar cari hesablar, kartlar, imza gözləyən əməliyyatlar, sərəncamlar, köçürmələr haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin, “Müştəri Bank Mobile” ilə əməliyyatları imzalamaq, onlar barədə bildirişlər almaq, müxtəlif köçürmələr yaratmaq və digər əməliyyatlar yerinə yetirmək mümkündür. Tətbiqdən hazırda yalnız Müştəri Bank-ın desktop versiyasından qeydiyyatdan keçənlər faydalana bilər. Tətbiqin funksionallığının yaxın gələcəkdə artırılması nəzərdə tutulur.

Qeyd edək ki, Müştəri Bank-ın desktop versiyası vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Bu gündən xaricdən gətirdiyiniz mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək – Vətəndaşların NƏZƏRİNƏ – FOTO

Bu gündən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək.

Day.Az xəbər verir ki, telefonu gətirən şəxslər onun dəyərinin 36 faizi həcmində rüsum ödəməli və malları gömrükdə bəyan etməli olacaqlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.

Ancaq indiyə kimi praktikada bu normaya əməl edilməyib. İndi bəyannaməsiz telefonların gətirilməsinin qarşısı ciddi şəkildə alınacaq. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat ala bilərsiniz. Mobil cihazın bəyan edilməsi üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://e.customs.gov.az/for-individuals/passenger-declaration.

Artıq bununla bağlı Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında da müvafiq bildirişlər göstərilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir:

“Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 200 dollardan ödənilir”.

Gömrük sərhədindən keçən mobil telefonun bəyan edilməməsi inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, IMEI (“International Mobile Equipment Identity” – beynəlxalq mobil avadanlıq identifikatoru) qeydiyyatı üçün telefonun qiymətindən asılı olaraq 20-150 dollar ödəmək lazımdır.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcəklər.

Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər isə 3 000-4 000 manat məbləğdə cərimə ediləcəklər.

Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600-800 manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 9 000-12 000 manat cərimə ödəyəcəklər.

Məlumat mərkəzi

Müştərilərimizin rahatlığı üçün Bank məhsulları və xidmətləri haqqında vacib məlumatlar bu səhifədə yerləşdirilmişdir.
Əgər lazımi məlumatı tapa bilmədinizsə, bunu bizə bildirməyinizi xahiş edirik.

bank tərəfindən hansı hüquqi xidmətlər təklif edilir?

bankımız hüquqi dəstəyə ehtiyacı olan korporativ müştərilərinə uğurlu başlanğıc, şəffaf və qanuni fəaliyyət üçün tərəfdaşı 24 saat və distant rejimdə hüquq xidmətləri göstərən “Avropa Hüquq Xidməti” şirkətinin xidmətlər paketindən TAM ÖDƏNİŞSİZ OLARAQ faydalanmağı təklif edir.

  • Biznes məsələləri ilə bağlı şifahi hüquqi məsləhətlər
  • Şəxsi məsələlərlə bağlı şifahi hüquqi məsləhətlər
  • Danışıqların hüquqşünasa etibar edilməsi
  • Nümunəvi sənədlərin hazırlanması üzrə təlimatlar

Digər xidmətlər ən azı 10% endirimlə həyata keçirilir.
Xidmət paketindən müştərinin təyin etdiyi üç nəfər istifadəçi yararlana bilər.

Sözügedən xidməti əldə etmək üçün müvafiq qoşulma ərizəsinin doldurularaq “ATB Business” internet bankçılıq vasitəsilə Banka göndərilməsi yetərlidir.

bank müştərilərinə hansı digər mühasibat və vergi xidmətlərini təklif edir?
tərəfdaşımız Accounting.Az şirkəti müştərilərimizə aşağıdakı xidmətləri təklif edir:

  • Biznesin ilkin qeydiyyatı
  • Biznesin qurulması ilə bağlı ilkin vergi konsultasiyası
  • Mühasibat xidməti
  • Vergi bəyannamələrinin hazırlanması
  • Məsləhət xidməti

Əlaqə: +994 12 310 09 29 / +994 50 225 82 05
E-mail: info@accounting.az

«SMS Bildiriş » xidmətindən istifadə edərkən hər SMS-ə görə mobil nömrənin balansından nə qədər pul silinir?

«SMS Bildiriş» xidməti ödənişsizdir.
birdəfəlik SMS şifrə nədir?
«SMS Bildiriş» xidmətə qoşulmuş müştərinin mobil telefonuna SMS-lə gələn şifrədir
kartın blokdan çıxarılmasının xidmət haqqı nə qədərdir?
ödənişsizdir
kredit xətti üzrə bankomatlardan məxaric zamanı hansı komissiya tutulur?
ölkədaxili istənilən bankomatdan – 2% (min. 1 AZN)
istehlak krediti üzrə FİFD nə qədərdir?
FİFD: min. 13% – maks. 26%
ödəniş kartı üzrə kredit xətti açmaq mümkündür?
bəli, müştərinin istəyindən asılı olaraq mümkündür
kreditin rəsmiləşdirilməsi üçün hansı sənədlər təqdim olunmalıdır?

  • Elektron arayış; və ya
  • Əmək haqqı, tutduğu vəzifə, və iş stajı qeyd olunması şərti ilə iş yerindən arayış (Ölkə daxili sabit gəlirlərini təsdiq edən hesab çıxarışları təqdim edilməklə); və ya
  • Sosial müdafiə orqanları tərəfindən pensiya və müavinətlərin ödənilməsi haqqında arayış;
  • Ölkə daxili sabit gəlirlərini təsdiq edən hesab çıxarışları (xidməti vəsiqə təqdim edildiyi halda);

kreditin məbləği necə hesablanır?

  • D – borcalanın borc yükü
  • PMT – yeni kredit üzrə aylıq ödəniş
  • İ – borcalanın vergidən sonra xalis gəliri

əmanət yerləşdirmədən kredit necə əldə edə bilərəm?

istehlak krediti üçün onlayn müraciət yollaya və ya əməkhaqqı kartı üzrə kredit xəttini aktiv edə bilərsiniz (əgər bankımızın əməkhaqqı kartı sahibisinizsə)

kredit ödənişim qeyri-iş gününə təsadüf etdikdə gecikmə hesablanır?

kredit ödənişiniz qeyri-iş gününə təsadüf etdikdə, növbəti ilk iş günü ödəniş etdiyiniz təqdirdə gecikmə hesablanmır

kredit ödənişini hansı yollarla həyata keçirə bilərəm?

1. Hesab nömrəsi ilə Azər Türk Bank-ın istənilən filialına yaxınləşmaqla; 2. Milli ÖN ödəmə terminallarında müştəri kodu və doğum tarixini daxil etməklə; 3. E-manat ödəmə terminallarında müştəri kodu və doğum tarixini daxil etməklə; 4. Hesab.az saytında müştəri kodu və doğum tarixini daxil etməklə; 5. E-pul.az saytında müştəri kodu və doğum tarixini daxil etməklə;

kredit maksimum neçə gün ərzində rəsmiləşdirilir?
3 gün ərzində
kredit kartın əldə olunması üçün hansı sənədlər təqdim olunmalıdır?

  • Əmək haqqı, tutduğu vəzifə, və iş stajı qeyd olunması şərti ilə iş yerindən arayış;
  • Təqaüd barədə təhsil müəssisəsindən arayış;
  • Sosial müdafiə orqanları tərəfindən pensiya və müavinətlərin ödənilməsi haqqında arayış;
  • Mövcud depozit hesabları üzrə faiz gəlirini təsdiq edən bank arayışı;
  • Ölkə daxili sabit gəlirlərini təsdiq edən hesab çıxarışları;
  • Elektron arayış

«SMS Bildiriş » xidmətindən istifadə edərkən hər SMS-ə görə mobil nömrənin balansından nə qədər pul silinir?

«SMS Bildiriş» xidməti ödənişsizdir.
ödəniş kartı üzrə kredit xətti açmaq mümkündür?
bəli, müştərinin istəyindən asılı olaraq mümkündür
ipoteka krediti ilə aldığım mənzili satmaq istəyirəm, bu mümkündürmü?

bəli. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, şəxs ipoteka ilə yüklü edilmiş yaşayış evini və ya mənzilini yalnız ipoteka saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirə bilər.Mövcud qaydalara əsasən bu halda borcalanın ipoteka krediti üzrə öhdəliyi ödəmə qabiliyyəti olan digər şəxsə ötürülür. Öhdəliyin ötürüldüyü şəxs isə ipoteka krediti almaq üçün lazım olan bütün tələblərə cavab verməlidir

ipoteka kreditini ev tikdirmək məqsədi ilə əldə etmək olarmı?

ipoteka krediti yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədi ilə təklif edilir

ipoteka krediti ilə hansı yaşayış sahəsini almaq olar?

ipoteka krediti, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilir

mülkiyyətində yaşayış sahəsi olan şəxs ipoteka krediti ala bilərmi?
bəli, ala bilər
ipoteka krediti əldə etmək üçün minimal əmək haqqı nə qədər olmalıdır?
əmək haqqı üçün minimal tələb qoyulmamışdır
ipoteka kreditini əldə etmək üçün necə müraciət etmək lazımdır?

elektron Hökumət Portalında ( www.e-gov.az) gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək “Elektron ipoteka və kredit zəmanət” sisteminə müraciət etmək və siyahıda Azər Türk Bankı seçmək lazımdır

Pul köçürmələri
vəsaitin köçürülməsi üçün hesabın açılması mütləqdir?
1000 USD-dək məbləğ hesab açılmadan göndərilə bilər
gün ərzində xaricə maksimum hansı məbləğdə pul köçürmək olar?

gün ərzində 1 000 USD və ya ona bərabər ekvivalent məbləği göndərə bilərsiniz (Ailə üzvləri istisnadır Qohumluq əlaqəsini təsdiq edən sənəd təqdim edərək daha böyük məbləğda pul köçürmək mümkündür.)

əmanətə vaxtından öncə xitam verildiyi halda hansı faizlər hesablanır?
aşağıdakı cədvələ əsasən:

Müddət İllik faiz dərəcəsi
AZN USD/EUR
12 aya 0% 0%
12-24 ay 1% 0%
24-36 ay 2%

təqdim olunan kartdan bankomatlarda nağdlaşdırma zamanı hansı komissiya tutulur?

əmanətin faiz gəlirinin Bankın bankomatları və POS-Cash terminallarından nağdlaşdırılması zamanı faiz tutulmur

əmanət yerləşdirmədən kredit necə əldə edə bilərəm?

istehlak krediti üçün onlayn müraciət yollaya və ya əməkhaqqı kartı üzrə kredit xəttini aktiv edə bilərsiniz (əgər bankımızın əməkhaqqı kartı sahibisinizsə)

bankda daha hansı əmanət növləri var?
hazırda yalnız “Klassik” əmanəti yerləşdirmək mümkündür
ATB Business internet-bankçılıq
köçürmə yaratmışam, banka göndərilib, lakin “emal olunur” statusdadır. Kimə müraciət etməliyəm?

yaratdığınız köçürmə “emal olunur” statusdadırsa, həmin ödənişin bank tərəfindən icraya qəbul edildiyi, qanunvericiliyə və bankdaxili qaydalara əsasən baxıldığı mənasını ifadə edir.Bu prosesə müəyyən zaman sərf edilir.Həmçinin xidmət saatlarından kənar yaradılmış köçürmələr növbəti iş günü icra edildiyi üçün “emal olunur” statusda qala bilər. Köçürmə xidmət saatları daxilində “emal olunur” statusda olduğu zaman müəyyən müddət gözləməli daha sonra isə sizə xidmət göstərən filiala müraciət edə bilərsiniz

ödəniş etmişəm,ödəniş tapşırığında sənədin icra edilməsi tarixi bank tərəfindən qeyd edilməyib. İcra tarixinin qeyd edilməməsinə səbəb nədir?

yalnız “İcra edildi” statusda olan ödənişlərə icra tarixi qeyd edilir. Əgər köçürmə icra edilmədən öncə ödəniş sənədini yükləmək istəsəniz, bu zaman sənəddə bank qeyd olmayacaq.

ödənişi səhv yığmışam, hal-hazırda “emal olunur” statusdadır, nə etməliyəm?

ödəniş “emal olunur” statusda olduğu zaman, vaxt itirmədən sizə xidmət göstərilən filiala müraciət edərək səhv ödənişin ləğv edilməsinə nail ola bilərsiniz

ödənişi səhv yığmışam, artıq bank tərəfindən icra edilib, nə etməliyəm?

ödənişlər tərtib edilən zaman diqqətli olmalı və rekvizitlərdə səhvə yol verilməməlidir.Ödənişlər imzalandıqdan və bank tərəfindən icra edildikdən sonra ləğv edilməsi mümkün deyil.Lakin səhv yığılmış və icra edilmiş ödənişlə bağlı bankın çağrı mərkəzinə müraciət edə bilərsiniz

əməkhaqqı ödənişi etmək istəyirəm, əməkdaşın hesabı siyahıda yoxdur, nə etməliyəm?

əməkdaşın əmək haqqı hesabı əməkdaşların siyahısında tapılmırsa siyahını yenilə düyməsi sıxılmaqla əməkdaşların siyahısı yenilənməlidir. Əgər problem siyahı yeniləndikdən sonra da davam edirsə bu zaman sizə xidmət göstərilən filiala müraciət etməlisiniz

köçürməni imzalamışam, lakin uzun müddətdir ki ödənişin statusu “Banka göndərilməsi gözlənilir”dir.Köçürmə hansı səbəbdən banka göndərilmir?

köçürmənin “Banka göndərilməsi gözlənilir” statusda qalmasına səbəb köçürmə etmək istədiyiniz hesabda kifayət qədər vəsaitin olmamasıdır

köçürmə etmək istəyirəm, lakin köçürmə etmək istədiyim hesabı görmürəm, səbəb?

– Köçürmə etmək istədiyiniz hesabın görünməməsi səbəbləri fərqli ola bilər. Əsas səbəblər aşağıdakılardır: – Hesab bağlanmış ola bilər; – Xarici valyutada köçürmə tərtib edən zaman milli valyutada olan hesabların əks olunmaması səbəbindən ola bilər; – Hesablar üzrə aktiv sərəncamların olması səbəbindən ola bilər

bu bankda bir neçə şirkətin hesablarını idarə edirəm. Bütün şirkətlərimi atb business internet-bankçılıq xidməti ilə bir istifadəçi üzərindən istifadə edə bilərəm?

bir istifadəçi profaylını qeydiyyatdan keçirməklə bir neçə şirkətinizi bir arada idarə etmək mümkündür.Nəzərə alın ki, siz yalnız səlahiyyətləriniz çərçivəsində hər bir şirkət üzrə əməliyyat apara biləcəksiniz

atb business internet-bankçılıq xidmətində hansı əməliyyatları apara bilərəm?

  • Öz hesablarınız arasında köçürmələr
  • Bankdaxili köçürmələr
  • Ölkədaxili köçürmələr
  • Ölkəxarici köçürmələr
  • Nağdsız konvertasiya əməliyyatları
  • ƏDV və digər büdcə ödənişlərinin icra edilməsi
  • Mövcud bank hesablarının nəzərdən keçirilməsi və idarə edilməsi
  • Hesablardan çıxarışların əldə edilməsi
  • Kreditlər və depozitlər barədə məlumatların nəzərdən keçirilməsi
  • Əmək haqqı ödənişlərinin icra edilməsi
  • Bank ilə güvənli e-məktub mübadiləsi
  • Əməliyyatların statusunun nəzərdən keçirilməsi
  • Valyuta məzənnələrinin real vaxt rejimində izlənməsi
  • Köçürmə əməliyyatlarının şablonlarının yaradılması

atb business internet-bankçılıq xidmətindən istifadəni dayandırmaq üçün nə etməliyəm?

xidmətdən istifadəyə müvəqqəti dövr üzrə və yaxud ümumiyyətlə xitam vermək üçün müvafiq Ərizə formasını banka təqdim etmək lazımdır

atb business internet-bankçılıq xidmətində istifadəçi üzrə bəzi məlumatları dəyişdirmək,yeniləmək istəyirəm. Nə etməliyəm?

istifadəçi üzrə məlumatları dəyişdirmək üçün müvafiq Ərizə formasını sizə xidmət göstərən filiala müraciət edərək doldurmalı və təqdim etmək lazımdır

atb business internet-bankçılıq xidmətinə SMS OTP vasitəsi ilə daxilolma zamanı şifrəmi dəfələrlə səhv yığmışam bloka düşüb. nə etməliyəm?

xidmətə daxil olmaq üçün şifrənizi 3 dəfə səhv daxil etdiyiniz zaman istifadəçi profaylınız avtomatik olaraq bloklanır.İstifadəçi profaylınızı blokdan açmaq üçün Bankın çağrı mərkəzinə müraciət edərək xidmətə qoşulma zamanı qeyd etdiyiniz məxfi kod sözü bildirməlisiniz.Daha sonra sizə SMS ilə müvəqqəti şifrə göndəriləcək və siz yeni şifrə təyin etməli olacaqsınız. Əlavə olaraq siz bankın filial və şöbələrinə də müraciət edə bilərsiniz

ASAN imzam olan mobil nömrəmi və ASAN İD-mi qeyd edirəm, lakin atb business internet-bankçılıq xidmətinə daxil ola bilmirəm. Hansı səbəblərdən xidmətə daxil ola bilmirəm?

-Xidmətə daxil olma zamanı yaranan problemlərin müxtəlif səbəbləri ola bilər.əsas səbəblər aşağıdakılardır; -Daxilolma zamanı ASAN İmza nömrənin səhv qeyd edilməsi; -Nömrənin balansında kifayət qədər vəsait olmaması; -ASAN İmza sertifikatının həmin təşkilata aid olmaması; -ASAN sertifikatın biznes sertifikatı deyil fərdi istifadə üçün nəzərdə tutulması

atb business internet-bankçılıq xidmətinə SMS OTP vasitəsi ilə qoşulma zamanı tələb olunan şifrəmi unutmuşam, nə etməliyəm?

хidmətə daxil olmaq üçün şifrənizi unutmusunuzsa bu zaman, Bankın çağrı mərkəzinə müraciət edərək xidmətə qoşulma zamanı qeyd etdiyiniz məxfi kod sözü bildirməlisiniz.Daha sonra sizə SMS ilə müvəqqəti şifrə göndəriləcək və siz yeni şifrə təyin etməli olacaqsınız. Əlavə olaraq siz bankın filial və şöbələrinə də müraciət edə bilərsiniz

atb business internet-bankçılıq xidmətinə qoşulma hansı müddətə icra edilir?

хidmətə qoşulma, müvafiq Ərizə forması və sənədlər təqdim edildikdən sonra 3 iş günü ərzində icra edilir.

atb business internet-bankçılıq xidmətinə qoşulmaq üçün hansı sənədlər tələb olunur?

хidmətə qoşulmaq üçün müvafiq Ərizə forması, xidmət ilə bağlı müqavilə və səxsiyyəti təsdiq edən sənədlər tələb olunur

imza səlahiyyəti olmayan şəxsi atb business internet bankçılıq xidmətinə qoşa bilərəm?

istənilən şəxsi xidmətə qoşmaq mümkündür. Həmin şəxs İmza etmək (aparılan əməliyyatları təsdiqləmək və icra üçün banka yönləndirmək) səlahiyyəti istisna olmaqla digər funksiyalardan yararlana bilər

SMS OTP vasitəsi ilə, atb business internet bankçılıq xidmətindən istifadəyə görə məndən xidmət haqqı tutulacaqmı?

SMS vasitəsi ilə birdəfəlik istifadə üçün nəzərdə tutulan kodların əldə olunmasına görə Bank tərəfindən xidmət haqqı tutulmur. SMS-lər ödənişsizdir

SMS OTP vasitəsi ilə, atb business internet bankçılıq xidmətinə qoşulmaq üçün xarici nömrədən istifadə etmək olarmı?

хidmətə SMS OTP-dən istifadə edərək qoşulmaq üçün, SMS vasitəsi ilə şifrələrin əldə edilməsi məqsədi ilə xarici mobil nömrədən istifadə etmək olar

ASAN İmzam yoxdursa, atb business internet bankçılıq xidmətindən istifadə edə bilərəm?

“ASAN İmza” mobil identifikasiya aləti olmadan xidmətdən istifadə edə bilərsiniz. Lakin, tərtib etdiyiniz köçürmələri imzalamaq (xidmət daxilində apardığınız əməliyyatları təsdiq edərək banka icra üçün yönləndirmək) üçün mütləq “ASAN İmza”dan istifadə etməlisiniz

İstəyimiz mükəmməl olmaqdır!

Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.

Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.

Comments are closed, but trackbacks and pingbacks are open.