Press "Enter" to skip to content

Baglanmis nomreni yeniden nece elde ede bilerem

Təsirsiz fellər — özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etməyən fellərdir: baxdı (nəyə?).

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdirilir

Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdiriləcək.

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər barədə sənəd parlamentin müzakirəsinə təqdim olunub.

Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.

Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.

Layihədə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlarda dəyişiklik edilməsi də nəzərdə tutulur.

Belə ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çip) yuxarıda qeyd olunan məlumatlarla bərabər, şəxs soyadını və adını dəyişibsə, əvvəlki soyadı və adı, vətəndaşın doğulduğu yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın valideynlərinin adı və soyadı, vətəndaşın ərinin (arvadının) soyadı, adı, uşaqlarının adı, soyadı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və s. məlumatlar daxil ediləcək.

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

Bu hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 ay müddətində şəxsiyyət vəsiqəsini verən orqana müraciət etməlidir.

Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəsifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Qanun layihəsində qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Hazırda qüvvədə olan qanunla 16 yaşı tamam olan vətəndaşlar şəxsiyyət vəsiqəsi alırlar. Həmçinin, vətəndaş 25, 35, 50 yaşlarında şəxsiyyət vəsiqəsini dəyişməlidir.

Baglanmis nomreni yeniden nece elde ede bilerem?

Nömrənin müəyyən bir müdəti var təxmini 6 ay istifadə olunmadıqda nömrə istifadəçi adı silinib yenidən satışa çıxarılır. Əgər bu müddət dolmayıbsa nömrə kimin adınadırsa həmin şəxs şəxsiyyət vəsiqəsi ilə operatorun baş ofislərindən birinə yaxınlaşıb açdıra bilər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Satilmayibsa Mobil operatorun her hansi bir ofisine yaxinlasin orda acacaqlar.
Azercelde odenislidir. Hardasa 3 AZN olmalidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (1 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (3 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (8 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (8 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (16 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (26 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (30 gün əvvəl)

Fellər və onların növləri

Fellər quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.

SADƏ FELLƏR

Sadə fellər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: bax, bax+maq.

DÜZƏLTMƏ FELLƏR

Düzəltmə fellər tərkibində leksik şəkilçilər olan fellərdir.

1) Başqa nitq hissələrindən fel düzəldən şəkilçilər:

2) Feldən fel düzəldən şəkilçilər:

Bunlardan əlavə:ala 2 (qov+ala), -a 2 , -aş 2 , -sa 2 , -ı 4 , -ik, -ıx, -imsə, -ılda 4 , -ırğa, -ən, -qun

3. MÜRƏKKƏB FELLƏR

Mürəkkəb fellər iki sözün birləşməsindən düzəlir: deyib-gülmək, çalışıb-vuruşmaq, oturub-durmaq, yazıb-yaratmaq, gedib-gəlmək, atılıb-düşmək.

Mürəkkəb felləri əmələ gətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə bilir: çalışır-vuruşur, atıldı-düşdü.

Mürəkkəb fellərin bir qismi də tərkibi fel adlanır: sahib olmaq, həll etmək, ala bilmək.

TƏSDİQ VƏ İNKAR FELLƏR

Hərəkətin icra edilib-edilməməsi baxımından fellər iki cür olur: təsdiq və inkar.

  • Təsdiq fellər hərəkətin icra olunduğunu bildirir: baxdı.
  • İnkar fellər hərəkətin icra olunmadığını bildirir və -ma 2 şəkilçisi ilə formalaşır: bax+ma+dı. Felin -ma 2 inkar şəkilçisi vurğu qəbul etmir, qrammatik şəkilçidir.

YADDAŞ: -ma 2 inkar şəkilçisi isim və sifət düzəldən -ma 2 leksik şəkilçisi ilə omonimdir.

TƏSİRLİ VƏ TƏSİRSİZ FELLƏR

Fellər ismin təsirlik halını tələb edib-etməməsinə görə iki yerə bölünür: təsirlitəsirsiz.

Təsirli fellər — idarə etdiyi sözün ismin təsirlik halında işlənməsini tələb edən fellərdir. Belə fellərlə əlaqəyə girən sözlər ismin təsirlik halının suallarına cavab verir: yazdı (nəyi?).

Təsirli felləri təsirsiz felə çevirmək üçün -ıl 4 ,-ın 4 şəkilçilərindən istifadə olunur: yaz+ıl+dı (nəyə?)

Təsirsiz fellər — özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etməyən fellərdir: baxdı (nəyə?).

Təsirsiz felləri təsirli felə çevirmək üçün -dır 4 , -ır 4 , -ar 2 şəkilçilərindən istifadə olunur: bax+dır+dı (nəyi?).

FELİN QRAMMATİK MƏNA NÖVLƏRİ

Felin qrammatik məna növləri işi görənlə üzərində iş icra olunan əşya arasındakı qarşılıqlı münasibəti əks etdirir.

Felin aşağıdakı qrammatik məna növləri vardır:

  1. Məlum növ
  2. Məchul növ
  3. Qayıdış növ
  4. Qarşılıq növ
  5. İcbar növ

MƏLUM NÖV

İş görən məlum olur: bax, gör. Bu növü düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə edilmir: yazdı.

MƏCHUL NÖV

İş görən qrammatik cəhətdən məlum olmur.

Şəkilçiləri: -ıl 4 , -ın 4 , -n (təsirli fellərə artırılır və təsirsiz olur): yaz+ıl+dı

Yaxud: Məktub yazıldı — cümlədə mübtəda var, amma kim tərəfindən yazıldığı məlum deyil.

Burada obyekt, yəni üzərində iş görülən əşya (məktub) mübtədanın yerini tutmuş, icraçı (subyekt) naməlum qalmışdır.

QAYIDIŞ NÖV

İş görənin işi öz üzərində icra etdiyi bildirilir.

Şəkilçiləri: -ıl 4 , -ın 4 , -n (təsirli fellərə artırılır və təsirsiz olur): aç+ıl+dı, çək+il+di, dara+n+dı.

Yaxud: Gül açıldı. Duman çəkildi. Qız darandı.

İş görən məlumdur və cümlənin mübtədasıdır.

QARŞILIQ NÖV

Hərəkətin qarşı-qarşıya icra edildiyi bildirilir.

Şəkilçiləri: -iş 4 (-ş) (təsirli fellərə artırılır və təsirsiz olur): vur+(maq), gör+üş(mək), salam+la+ş(maq) Yaxud: Rəfiqələr qucaqlaşdılar.

Hərəkət qarşılıqlı şəkildə icra edilmişdir.

İCBAR NÖV

Hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir.

Şəkilçiləri: -dır 4 , -t (təsirli fellərə artırılır və təsirli olur): sil+dir(mək), yaz+dır(maq), oxu+t(maq) Yaxud: Ana məktub yazdırdı.

Məktubu yazan danışan və haqqında danışılan da deyil, tamamilə başqasıdır.

FELİN ZAMANLARI

Felin üç zamanı var: keçmiş, indiki, gələcək.

KEÇMİŞ ZAMAN

Hərəkətin keçmişdə icra olunub-olunmadığını bildirir.

Keçmiş zaman iki cür olur: şühudinəqli.

  • Şühudi keçmiş. Şəkilçisi: -dı 4 : yaz+, oxu+du, bil+ Hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir.
  • Nəqli keçmiş. Şəkilçisi: -mış 4 , -ıb 4 : yaz+mış+ıq, al+ıb+dır. Hərəkətin keçmişdə icra olunub-olunmadığı haqqında nəql (nağıl) yolu ilə məlumat verilir.

İNDİKİ ZAMAN

Hərəkətin söhbət gedən vaxt icra edildiyini bildirir.

Şəkilçisi: -ır 4 : bax+ır, oxu+yur.

QEYD: İndiki zaman fellərinə inkar şəkilçisi (-ma, -mə) artırdıqda şəkilçidəki sait (-a, -ə) düşür: al+m+ır, gəl+m+ir.

GƏLƏCƏK ZAMAN

Hərəkətin (işin) gələcəkdə icra ediləcəyi bildirilir.

Gələcək zaman iki cür olur: qətiqeyri-qəti.

QEYD: Qeyri-qəti gələcək zaman fellərinə inkar şəkilçisi (-ma 2 ) artırdıqda I şəxs şəkilçidəki sait (-a, -ə) düşür, II və III şəxsdə isə r səsi z səsinə keçir:

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Comments are closed, but trackbacks and pingbacks are open.