Press "Enter" to skip to content

Penisimi nece tez kisalda bilerem video

– Orqazm zamanı xayanın birinin nisbətən sanki yuxarı qalxdığı hiss olunursa, bu, nəyin əlamətidir?

Cinsi zəiflik, infeksiyalar, erkən boşalma… barədə – ANDROLOQ-SEKSOLOQLA MÜSAHİBƏ

“Gencaile.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

– Kişiləri ən çox hansı cinsi xəstəliklər narahat edir?

– Kişiləri son dövrlərdə ən çox narahat edən problemlər cinsi yolla yoluxan infeksiyalardır. Cinsi zəiflik, erkən boşalma kimi problemlər də narahatlıq yaradan problemlər sırasında ilk yerlərdədir. Əgər kişi, oğlan heç bir cinsi infeksiyaya yoluxmayıbsa, daha çox şikayət etdiyi problem cinsi zəiflik və erkən boşalma olur. Bəzən bu problemlər psixogen mənşəli olur. Yəni alınmış psixoloji travmadan, özünəinamsızlıqdan qaynaqlanan sərtləşmə problemləri və erkən boşalmadir.

– Evlilikdən öncə müayinə ilə bağlı streotiplərin qırılması problemini nə qədər həll edə bilmişik?

– Evlilikdən öncə streotiplər daha çox şərq ölkələrinə xasdır. Cütlüklərin maariflənmə, təhsil səviyyəsi zəif olduğundan, həmçinin qarşılıqlı “hörmət” faktoru kimi hallarda, onlar problemlərlə üzləşirlər. Yəni toya hazırlaşan qız və oğlan bir-birindən çəkinir – onlar utanırlar bir-birilərinə deməyə ki, biz yaxın münasibətlərdən öncə tibbi müayinədən keçməliyik. Bu, nədən irəli gəlir? Bir-birinə inamsızlıqdan, problemlər çıxdıqda tərəflərin onları həll etmək gücündə olmamalarından və oxşar hisslərdən yaranır. Şərq ölkələrində, eləcə də Azərbaycanda bu məsələ həll olunmamış səviyyədə qalmaqdadır.

Cütlüklər nikaha daxil olmamışdan öncə tam müayinədən keçməlidir. Qərbdə, Avropanın aparıcı ölkələrində, Amerikadakı statistikalar göstərir ki, virusların sayı, dəyişkənlik növləri, yayılma sürəti artmaqdadır. Yəni cinsi yolla yoluxan xəstəliklər, genetik xəstəliklər, kişilərdə cinsi və seksual problemlər, qadınlarda psixoseksual problemlər, vaginizm kimi hallar gələcəkdə ailədəki problemlərə və onun dağılmasına gətirib çıxara bilir.

Ailə həkiminin, androloqun, seksoloqun, ginekoloqun konsultasiyası hər iki tərəf üçün olduqca vacibdir. Bundan başqa, bu, gələcəkdə doğulacaq uşağın sağlam doğulması, genetik problemlərinin olmaması üçün də vacibdir. Çünki bəzi önləyici, profilaktik tədbirlərlə bu problemlərin qarşısını almaq olar. Bəzi ailələrdə belə bir fikir var ki, bizdə əgər qan uyğunsuzluğu və ya genetik uyğunsuzluq olsa, biz evlənə bilmərik. Əsla, belə deyil! Əgər bu problemlər varsa, tibb elmi artıq bu məsələni həll edib, qabaqlayıcı tədbirlər var, süni mayalanma üsulu var. Hamiləlik baş tutmamışdan öncə mayalanmış yumurta hüceyrənin geninin təyini məsələləri var. Sadəcə, qarşılıqlı güvən, etimad, dərin düşüncə olmalıdır ki, bu prosedurları keçsinlər. Tibbi müayinə qarşılıqlı münasibəti pozmamalıdır.

Təəssüf ki, biz bu stereotipləri aşa bilmirik, Bu gün bizim işimiz – həkimlərdən tutmuş jurnalistlərə qədər, müəllimlərə qədər – təbliğatı aparmaq lazımdır. Bu təbliğat elmi təbliğat olmamalıdır, kütləvi dildə olmalıdır.

– Hansı infeksiyalar evlilik öncəsi xüsusilə təhlükəlidir?
– Bizdə əksər kişilər evliliyə qədər bir neçə dəfə təsadüfi cinsi əlaqədə olurlar. Bu gün də bu cür cinsi əlaqələrlə yayılan infeksiyalar sürətlə artmaqdadır. Bu infeksiyalar sırasında ureaplazma, mikoplazma, xlamidia kimi gizli gizli yaşayan hüceyrədaxili parazitlər, – hansı ki, hüceyrələrdə mübadilə proseslərini pozur, iltihaba yol açır. Bu da gələcəkdə sonsuzluğa, cinsi zəifliyə gətirib çıxara bilir.

Bundan başqa bir sıra infeksiyalar var ki, bəlirtiləri açıq şəkildə görünür. Trixomonada, qonorreya, xlamidioz kimi infeksiyalar uretrit, prostatit, vezikulit kimi xəstəliklərlə özünü daha tez göstərir.

Sadaladağımız infeksiyalar cinsi yolla yoluxub, сinsi orqanlarda fəsadlar törədən infeksiyalardır, ancaq digər orqanlarda da fəsadlara yol açan infeksiyalar da vardır ki, bunlar daha təhlükəlidir. Bunlar sistematik şəkildə, bütün orqanizmdə probelmlər yaradır. Bu infeksiyalara Hepatit B, Hepatit C, Siflis və HİV (İnsan İmmun Çatışmazlığı) viruslarını aid etmək olar. Hepatitlər və HİV virus xəstəlikləridir, Siflis isə spiroxeta adlanan mikrobların törətdiyi xəstəlikdir. Mütləq hər bir kişi və qadın bu qan muayinəsi ilə 4 infeksiyadan müayinə olunmalıdır. Bundan əlavə, cinsi yoldan götürülən plazma – şirənin (yaxma) müayinəsi də yuxarıda adını çəkdiyimiz infeksiyaların olub-olmamasını da aşkarlamağa imkan verir.

Bəzən sual yaranır ki, bu qız uşağıdır, cinsi əlaqəyə girməyibsə, Hepatit B, C, siflis kimi infeksiyalar bunda ola bilməz – amma bu, heç də belə deyil. Bildiyimiz kimi, tibbi prosedurlar, mann ikür-pedikür əməliyyatları, diş müalicələri, bərbərlərdə prosedurlar qeyd etdiyimiz virusların yayılmasına real şərait yarada bilər. Odur ki, heç kim sığortalanmayıb, bu infeksiyalar həm cinsi, həm də parenteral yolla yoluxur – belə deyək, qan və selikli qişalardan alınan mayelərin hesabına da yoluxma ola bilər.

– 16-20 yaşlı yeniyetmə, gənc cinsi məsələlər, problemlər barədə haradan, hansı mənbələrədn məlumatlanmalıdır?
– 16-20 yaşlarda cinsi yetişkənlik dövrü başa çatdıqdan sonra gəncin seksual tərbiyəsi məsələsində ciddi problemlər ortaya çıxır. Bu problemlər xüsusilə onunla bağlıdır ki, gəncdə müəyyən suallar yaranır və o, bu sualların cavabını ətrafındakı təcrübəsiz, yetərincə məlumatlı olmayan şəxslərin danışdıqlarından alır. Sonra bu şüuraltı informasiyalar qalır və gələcəkdə müəyyən p roblemlər yarada bilir. Məsələn, kişilərdə səhər ereksiyası olmalıdır – əgər 2 gün səhər ereksiyası olmursa, həmin şəxs narahatlıq keçirməyə başlayır. Qızlarda olan yanlış məlumat isə odur ki, toy gecəsi ilk əlaqə zamanı şiddətli ağrılar olur. Bu qorxunu qız şüuraltına salır və gələcəkdə bu proseduru həddindən artıq problemli keçirir, psixoemosional gərginlik yaranır. Ona görə də bu məlumatları insanlar bu sahədə təcrübəsi ola mütəxəssislərdən almalıdır. Həkimlər – ginekoloqlar, androloqlar, uroloqlar bu mənada kömək edə bilər. İkinci bir tərəfdən bu məlumatlandırma məktəblərdəki psixoloqlardan başlamalıdır. Səthi də olsa bu məlumatlandırma məktəbdən başlamalıdır. Nə vaxtsa alınmış yanlış informasiya sonrakı psixo-seksual problemin əsasına çevrilə bilər.

– İndi isə sizə oxucularımızın bəzi suallarını çatdırmaq istəyiri k. Məsələn, cinsi əlaqə zamanı orqazmdan öncə kişinin sperma ifrazı nə qədər normaldır?

– Orqazmdan öncə gələn mayeyə sperma demək olmaz. Çünki bu maye esas bulbouretral vəzilərin neyrogen və vazogen stimuliasiyasından yaranmış maye olub, Predeyakulyat adlanır. Predeyakulyat hər kişidə individual olaraq dəyişir. Bu bəzən az, bəzən də çox ola bilər. Bəzən də heç olmaya bilər.

– Erkən boşalma problemi hazırda kişilərin başlıca cinsi problemlərindən biridir. Problemin kökündə hansı səbəblər dayanır? Və nəhayət, bu halın aradan qaldırılması üçün hansı tədbirlər vacibdir?
– Əgər partnyor qarşı tərəfin orqazma, boşalmaya çatmayana qədər boşalırsa bu erkən boşalma adlanır.
Boşalma (orqazm) cinsi aktın son həddi olub cinsi üzvlərin əzələlərinin ritmik yığılmaları ilə gedən bir prosesdir. Boşalma simpatik sinir sistemi ve merkezi sinir sistemi vasitəsi ilə yani beyinlə idarə olunur. əgər sinirlərdə, beyində, Psixoloji, və cinsi üzvlərdə hansısa xəstəliklər varsa bu erkən boşalmaya gətirib çixarır.
Bu proseslərə ayrılıqda toxunmaq istəyirəm:
– Əgər insanın beynində və sinirlərində hansısa degenerativ deyişiklik gedirsə və ya infeksion xəstəlik keçirilmişsə, nə vaxtsa sinir sistemi travması almişsa,
– Psixoloji olaraq hansısa mənfi emosiya almışdırsa, aşırı həyacanlanma vardırsa və bu həyacan sürəkli davam edirsə,
– Cinsi orqanlarda, prostatda və toxum kisəciklərində infeksiyali iltihab gedirsə bu erkən boşalmaya gətirib çixara bilər. Əsas da prostat vəzi durğunluğunda və iltihabında-Prostatitdə bu EB-ya daha çox rast gəlinir. Prostat vəzidə kollikul-toxum məməciyi deyilən bir üzv yerləşir, Kollikul sinirlərlə zəngindir və orqazmda mühüm rol oynayır. Kişi bu məməciyin iltihabında boşalmanı kontrol edə bilmir. Nəticədə uzun müddət erkən boşalma sorunu yaşayır.
– İlk əvvəl adətən qadın bu boşalmanın şıkayətçisi olur. Həyat yoldaşının erkən boşalmasından şıkayət edir. Bu ailədə, cütlüklərdə seksual problem yaradır, inamsızlıq, narazılıq meydana gətirir. Sonradan daha dərin poroblemlərə qadına və kişiyə daha seksual marağın azalmasına da gətirə bilir. Bildirmək istəyirəm ki, problemi olmayan qadının, xəstəliyi olmayan qadının orqazma çatma vaxtı 8-15 dəq dir. Bu göstərici az cox dəyişə bilər. Bu fonda kişilərin boşalma vaxtı da 5-15 dəq arası olması gərəkir. Bu na görə erkən boşalmanı bir nəçə dərəcəsini ayırd etmək olar:
1) Yüksək sürətli erkən boşalma, 2) kişi cinsi orqanı qadın cinsi orqanına girmədən boşalma 3) Orta sürətli erkən boşalma, 4) kişi cinsi orqanı qadın orqanına girəndən bir dəqiqə ərzində boşalma, 5) Erkən boşalma cinsi əlaqə başlayandan 5 dəqiqəyə qədər erkən boşalma

Erkən boşalmanı mualicə etmək üçün duzgün diaqnoz qoymaq lazımdır. Bunun üçün bəzi hormonal, fizioloji teslər, usm üsüllarından istifadə edirik. Diaqnozda ən dəqiq üsul həkimin məntiqi və intiusiyası olmalıdır. Həkim Xəstənin seksual psixoloji durumunu düzgün qiymətləndirməlidir. Seksologuyada ən yaxşı muayinə həkimin sorğusu, anamnezidir.
Mən şəxsi metodum olaraq bu problemin mualicəsində xususi yanaşma tətbiq edirəm. 1-Mərkəzi Sinir sisteminə bərpaedici müalicə, 2-cinsi orqanların əzələ və sinir keçiriciliyini yaxşılaşdirilması, 3-cihazlarla mualicə. Nəticələrimiz yuksəkdir 85-95%. Mualicədən sonra birinci əlaqədə 1 dəq-dən tez boşalma olan pasiyentlərimizdə, mualicədən sonra 7-15 dəq qədər uzanmışdır.

– Damar genişlənməsi hansı dərəcədə təhlükəlidir?

– Xaya damarları və ya toxum ciyəsi venalarının genişlənməsidir bu xəstəlik. Və ya varikosele. Bu xəstəlik 1, 2, 3-cü dərəcəli olur. Ultrasəs müayinədə xaya damarlarının ölçüsü təxminən 2 mm-dən artıq olmur. Əgər bu müayinələr zamanı gücənmədə və ya adi halda damarların ölçüsü bundan artıq olarsa, bu damar genişlənməsi sayılır. Ümumiyyətlə, birinci dərəcəli damar genişlənməsi zamanı heç də həmişə əməliyyat ehtiyac olmur. Əgər xayalarda spermanın keyfiyəti, aktivliyi aşağı düşürsə və davamlı ağrılar zamanı əməliyyat tövsiyə olunur. Əgər ölçü gücənmə vaxtı böyüyürsə, bu, ciddi məsələ deyil. Birinci növbədə xayaların ultrasəs dopler müayinəsinə baxmaq lazımdır. Bu müayinədə xayalarda qanın axını, qanın geri axını, “valsava sınağı” deyilən test və damarların ölçüsü nəzərdən keçirilir. Ancaq bununla bərabər sperma analizi və həkimin müayinəsi də dəqiq informasiya toplamağa imkan verir. Adətən xayaların genişlənməsi sol xayada olur – bunun da anatomik səbəbi var: çünki sol xayanın venaları yuxarıda böyrək venası ilə perpendikulyar birləşir. Bu da həmin zonada təzyiqin çox olmasına gətirib çıxarır. Sol xayada damar genişlənməsinin səbəbi müxtəlif ola bilər: ağır fiziki yüklənmə, həzm sistemində, kiçik çanaqda durğunluq, cinsi funksiyaların pozulması ilə bağlı olaraq əmələ gələn durğunluq, anatomik və ya genetik olaraq damar genişlənməsinə olan meyillilik, uzun müddət vertikal vəziyyətdə durma və s.

– Damar genişlənməsinin hansı fəsadları ola bilər?

– İlk növbədə, bu, sonsuzluğa səbəb ola bilər. İkinci fəsad xayalarda ağrı və xayaların aktivliyinin aşağı düşməsidir. Funksionallığın azalması testestoron hormonu ifrazının azalmasına da səbəb olur. Bu genişlənmənin psixoloji təsiri də olur.

– Sperma tərkibinin, faizinin aşağı olması halında hansı tədbirləri məsləhət görürsünüz?

– Speramın keyfiyyətinin azalması həm də daxili vəziyyətdən xəbər verir. Sperma analizi zamanı sprmanın faizi, keyfiyyəti, 1 ml-də konsentrasiyası, sayı, irəli hərəkətliliyi və funksiyaların pozulması prostat vəzi, daxili kisəciklər, xayalar haqqında məlumat verir. Əgər problemlər uzunmüddətlidirsə, səbəblər müəyyən edilməli və müalicə aparılmalıdır. Əgər tutaq ki, problem xaya artımı ilə bağlıdırsa, xaya artımında iltihabi proseslər – adətən infoksion prosesdən sonra yaranır, bu halda həm infeksion prosesi, həm də iltihabi prosesin özünü həll etmək lazımdır.

Spermanın keyfiyyətini aşağı salan həm də toksik təsirlərdir. Spirtli içkilər, siqaret, qəlyandan istifadə də spermanın keyfiyyətinə toksiki təsir göstərir. Bundan başqa zərərli şəraitdə işləyən insanlarda da bu problem ola bilir – məsələn, malyar işləyən insanlara anilin boyaları spermatoksik təsir göstərir.
Elektromaqnit dalğalar, mobil telefonların verdiyi şüalar da spermanın keyfiyyətinə təsir edir.
Spermanın keyfiyyətinin yaxşılaşdırılması üçün özbaşına nələrsə etmək olmaz. Bütünlüklə bu prosedur həkim nəzarətində həyata keçirilməlidir. Sadəcə, yuxarıda sadaladığımız əks göstərişlərdən qaçmaq lazımdır.

– Sidik ifrazı zamanı penisin ucundakı göynəmə nə ilə bağlı ola bilər?

– Sidik ifrazı zamanı, ondan əvvəl və ya sonra kanalda qaşınma, göynəmə, yanma, qarışqa gəzmə hissi və ya şirə ifrazı, çirk ifrazı olarsa, bu, infeksiyalardan xəbər verir – Cinsi yolla yoluxan infeksiyalar. Sidik kanalında bu problem olursa, bu, iltihab xəstəliyidir – buna elmi ildə uretrit deyirlər, yəni uretranın iltihabı. Bu iltihaba infeksiyalar səbəb olur. Bu infeksiyalar hansılardır? Ureaplazma, mikoplazma, xlamidia, trxanamoda və qlanada infeksiyaları, eləcə də eşirixiya koli infeksiyası. Sonuncu həm də prostat əmələ gətirə bilir. Sidik ifrazı zamanı, yandırma, göynəmə yalnız iltihab əlaməti deyil, bu, həm dəprostat vəzi və toxum kisəciklərinin, vəzilərin problemləri i lə bağlı ola bilər. Əgər belə bir probelm varsa, xüsusi analizlərdən sonra səbəb aydınlaşdırılıb, ona görə müalicə aparılmalıdır.

– Orqazm zamanı xayanın birinin nisbətən sanki yuxarı qalxdığı hiss olunursa, bu, nəyin əlamətidir?

– Cinsi əlaqədən sonra xayanın birinin və yaxud hər ikisinin yuxarı qalxması, yığılması və ya bu fonda ağrı hissi adətən həkim konsultasiyasını gərəkdir. Burda əsasən fizioloji və potoloji reflekslərdən söhbət gedə bilər. Fizioloji refleks – buna kremaster refleks deyirlər, kremaster əzələ xayanı yuxarı qaldıran əzələdir bu. Orqazmdan sonra xayanın birinin yuxarı qalxması normaldır. Ümumiyyətlə, xayalardan birinin digərinə nisbətdə aşağı salanma ehtimalı var, bu norma haldır. Ancaq bütün hallarda yox
Sonda demək istəyirəm ki, oxucularımız nəzərə alsınlar ki, cinsi sağlamlıq xoşbəxt həyatın aynasıdır.

Söhbətləşdi: Vüsal

Tez boşalma

Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.

Aparılan araşdırmalara əsasən kişinin vaxtından tez boşalmasını 3 yerə bölüblər:

1. penis vaginaya girmədən öncə boşalması – yüksək dərəcədə erkən boşalma
2. penis vaginada olarkən 1 dəqiqə, və ya daha az zamanda boşalma – orta dərəcə erkən boşalma
3. penis vaginada olarkən 1-5 dəqiqə arasında olan boşalma – erkən boşalma

Qadına görə orta hesabla seksin müddəti ideal vaxt 5-15 dəqiqə arası hesab edilmişdir. Amma yenə qeyd edildiyi kimi cütlükdən asılıdır. Kişi isə boşalma müddətini bir az uzatmaq üçün templərdə müəyyən dəyişikliklər etməlidir.

Başqa sözlə desək cinsi akt zamanı kişilərin vaxtından əvvəl qurtarması (eyakulyasiya) kişinin cinsi aktın davamiyyətini kifayət qədər davam etdirə bilməyib, partnyorunu təmin edə bilməməsi vəziyyətidir. Bu izahat Ümumidünya Səhiyyə Təşkilatının izahatıdır və burada cinsi aktın davamiyyətinin kəmiyyət ölçüsü nəzərə alınmayıb. Ona görə də çox ciddi sual yaranır. Normal cinsi əlaqə nə qədər davam etməlidir? Bu suala dolğun cavabın olmaması vaxtından əvvəl qurtarmanın dəqiq diaqnostikasını çətinləşdirir. Yəni, həkim nə vaxt vaxtından əvvəl qurtarma diaqnozu qoymalıdır, mübahisəlidir.

Digər tərəfdən, qadının da anorqazmiyadan(orqazma çata bilməməsi) əziyyət çəkməsi halı da istisna olunmamalıdır. Bu halda qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.

Bəzi situasiyalarda məlumdur ki, kişi bir qadınla yaxınlıq zamanı vaxtından əvvəl qurtarır, digərilə isə normal cinsi əlaqədə ola bilir. Tibbi praktikada cinsi aktın davametmə müddəti kişi cinsi orqanının uşaqlıq yoluna daxil olduğu andan eukulyasiyanın(sperma ifrazı) başlandığı ana qədər olan müddət hesab olunur. Bu müddət təxminən 2-3 dəqiqədir. Müvafiq olaraq, əgər sperma ifrazı bu müddətdən əvvəl baç verirsə, bu vaxtından əvvəl qurtarma( boşalma) hesab olunur. Amma sosial sorğular göstərir ki, 2 dəqiqə davam edən cinsi akt zamanı qadınların yalnız 30-35 %-i orqazma çatırlar, 10 dəqiqə davam edən cinsi akt zamanı isə qadınların cəmi 50 %-i bu hissiyyatı keçirir. Orta göstərici kişinin cinsi aktının minimum 2 dəqiqə davam etməsi hesab olunur. Bu 2-3 dəqiqə ərzində kişi təkcə özünü düşünməyərək, qadını da məmnun etməyə çalışmalıdır. Əgər edə bilmirsə, bu vaxtından əvvəl qurtarma hesab olunur.

Bu vəziyyət kişilər arasında geniş yayılmışdır, sosial sorğuların nəticəsinə əsasən kişilərin 30%-ində rast gəlinir. Amma bəzi kişilərin bu halı gizlətməyə çalışdığını nəzər alıb, faizin həqiqətdən daha az olduğu aydın olar. Bu vəziyyət cinsi məmnun olmamaya, kişinin özünü qiymətləndirməsinin azalmasına, özünə güvənməməyə, depressiyaya, ailə münaqişələrinə səbəb ola bilir. Bir qayda olaraq, cinsi akt zamanı birinci müvəffəqiyyətsizlik kişinin cinsi aktdan yayınmasına və ya oral və manual seksə meyl etməsinə səbəb olur. Bütün bunlar hər cinsi əlaqə zamanı kişidə psixi-emosional narahatçılıqlara və digər seksual pozuntulara, məsələn ereksiyanın( cinsi orqanın bərkiməsi ereksiya adlanır) baş verməməsinə gətirib çıxarır.

Vaxtından əvvəl qurtarmanın əsas səbəbləri:

  • Uzunmüddətli cinsi fasilədən sonra, cinsi oyanıqlıq yüksəldiyindən çox vaxt cinsi akta başlamazdan qabaq qurtarma ola bilər
  • Prostat vəzinin və sidik axarlarının xroniki iltihabı xəstəlikləri
  • Cinsi akt zamanı kişinin özünü diskomfort hiss etməsi, vaxtından əvvəl qurtaracağına özünü psixi kökləməsi (vaxtından əvvəl qurtarma, və partnyoru məmnun etməmə qorxusu)
  • Kişi cinsi orqanının individual-konstisional xüsusiyyətləri( anadangəlmə cinsi orqan başının həssas olması)
  • Mədəni səviyyənin aşağı olması (qadını məmnunetmə məsuliyyətini hiss etməmə)

Vaxtından əvvəl qurtarma necə müalicə olunur?
Hal-hazırkı dövrdə vaxtından əvvəl eukulyasiyanın müalicəsinə 4 yanaşma var:
1. Yerli müalicə (cinsi orqana bilavasitə təsir edən dərmanlarla)
2. Seks-terapiya
3. Farmakoterapiya( dərmanın daxilə qəbul edilməsilə müalicə)
4. Cərrahi müalicə
Qeyd etmək lazımdır ki, 1-ci və 3-cü müalicə üsulları problemin müvvəqəti həlli hesab olunur və yalnız dərman qəbulu müddətində effektlidir, daim dərman qəbulu tələb edir.
Seks-terapiya ən təhlüksiz üsul hesab olunur, amma bəzi çatışmazlıqları da var. Bu çatışmazlıqlara effektin gec meydana çıxmasını və müalicədə cinsi partnyorun da iştirakının da tələb olunması aiddir.
Cərrahi müalicə qısa müddətdə arzuolunan effekti əldə etməyə imkan verir. Həm də, operasiyadan əvvəl həkim cərrahi əməliyyatın effektli olub-olmayacağını təyin edə bilir.
Yerli müalicə necə aparılır?
Bu müalicə üsulunda keyləşdirici (anestetik) dərmanlardan istifadə olunur. Bu metodun 2 forması var:

  1. Anestetik vurulmuş prezervativlərdən istifadə (“long love” prezervativləri)
  2. Anestetik saxlayan xüsusi gel və kremlərin birbaşa cinsi orqanın başına vurulması

Anastetiklər cinsi üzvü bir qədər keyləşdirərək, cinsi aktın davamiyyətini uzadır.

Seks-terapiya
Bu metod vaxtından qabaq qurtarmanın müalicəsində istifadə olunan, kompleks üsullar toplusudur, hansılar ki, eukulyasiyanın başlamasını nəzarətdə saxlamağa imkan verir. Bu üsul çox effektlidir və cinsi əlaqəni 10 dəqiqəyə qədər uzatmağa imkan verir.
Ən geniş yayılmış metod cinsi orqanın başının sıxılması və “start-stop” üsuludur. Birinci metodda eukulyasiyanın başlayacağını hiss edən kimi cinsi aktı müvəqqəti dayandırıb, cinsi orqanın başını bir qədər sıxıb buraxmağa əsaslanır. Bu qıcıqlanmanın bir qədər azalmasına və bir qədər sonra yenidən cinsi əlaqəyə başlayıb, növbəti qurtarma hissiyatına kimi davam etdirilir. Bunu bir neçə dəfə təkrarlamaq olar.

“Start-stop” üsulunda cinsi əlaqə qurtarma hissiyyatı yaranana kimi davam etdirilir, sonra dayanıb seksdən fikir yayındırılır. Sonra təzədən növbəti əlaqəyə başlayıb, pauzalarla davam etdirilir. Bu üsul əvvəllər nəticəsiz ola bilər, amma requlyar istifadə etdikdə 4-6 aydan sonra əla effekt verir. Əvvəllər bu metodun nəticəsiz olması pasientlərdə inanmsızlıq yaratmamalıdır. Üsulun çatışmayan cəhəti odur ki, cinsi partnyorda buna anlayışlı yanaşmalıdır. Amma əksər vaxt bu mümkün olmur.

Dərmanlarla müalicə (farmakoterapiya)

Bəzi dərman preparatlarının(neyroleptiklər, benzidiazepin törəmələri, alfa-adrenoblokatorlar) vaxtından əvvəl qurtarmanın müalicəsində effektli olduğu çoxdan məlumdur. Lakin onların çoxlu yanaşı arzuolunmaz təsirləri olduğundan bu məqsədlə istifadə olunmur. Hazırkı dövrdə vaxtından əvvəl eukulyasiyanın müalicəsində antidepressantlar qrupundan olan bəzi dərmanlar istifadə olunur. Bu preparatların effekti çox yüksəkdir, cinsi aktın davametmə müddətini 4-6 dəfə artırır. Bu metodun mənfi cəhəti pasientin daimi psixoterapevt nəzarətində olmağa məcbur olmasıdır. Bu dərmanların qəbulunun dayandırılması cinsi aktın davamiyyətinin sürətlə azalmasına səbəb olur.

Cərrahi müalicə
Sünnət olunmayan insanlarda vaxtından əvvəl qurtarmanın müalicəsində pasientlərə sünnət olunmaq məsləhət görülür. Sünnət olunmuş şəxslərdə cinsi orqanın başı daim alt paltara sürtünməyə məruz qaldığından hissiyyatlılığı azalır, ona görə də vaxtından əvvəl qurtarma riski bir qədər azalmış olur. Sünnət olunmuşların cinsi əlaqəsi olunmayanlara nisbətən 2-3 dəfə davamiyyətli olur ! Digər bir cərrahi üsul cinsi orqan başının mikrocərrahi üsulla denervasiya (sinirsizləşdirilmə) olunmasıdır. Bu operasiya zamanı cinsi orqan başına gələn kiçik hissi sinirlər kəsilir. Bu isə cinsi orqan başının daimi keyləşmiş vəziyyətdə qalmasına səbəb olur. Bu halda cinsi aktın davametmə müddəti təxminən 30-40 dəqiqəyə qədər uzanır. Amma təqribən 6 aydan sonra kəsilmiş sinirlərin yerinə digərləri bərpa olunur və əvvəlki hissiyyat bərpa olunur. Beyində yaranmış dominant impuls sinirlər bərpa olduqdan sonra da cinsi aktın davamlı olmasına cavabdeh olur. Ancaq vaxt keçdikdən sonra tədricən cinsi aktın davametmə müddəti tədricən azalır. Bu operasiya çox cüzi travmatik operasiya hesab olunur, pasientlərə reabilitasiya(bərpa olunma) tələb olunmur. Amma bu metod yeni olduğundan kifayət qədər dəqiq öyrənilməmişdir. İnsan həyatda ən çox bir yeməkdən, bir də cinsi əlaqədən zövq alır. Özünüzü bu hissdən məhrum etməyin.

  • Teqlər:
  • seksual harmoniya
  • , erkən boşalma
  • , cinsi xəstəliklər
  • , tez qutarmaq
  • , seks problemi
  • , cinsi problemlər
  • , seksual problem
  • , normal seks
  • , cinsi əlaqə
  • , cinsi əlaqənin müddəti

Comments are closed, but trackbacks and pingbacks are open.