Press "Enter" to skip to content

Bu gün neçə Xarici dil öyrənmək lazımdır

Western Ontario universitetinin professorlarından biri müəyyən etmişdir ki, gündəlik həyatda danışılanların 75 %-ni başa düşmək üçün təxminən 800 sözə ehtiyac var. Bu, həmin “flashcard”ların sayıdır!

İngilis dilini necə sürətli öyrənmək olar?

İngilizce akıcı konuşmaya giden yol DillBill’den geçiyor. 150TL İndirim kuponu ile abone ol.

Ingilis dilini nece suretli oyrenmek olar

İngilis dili dünyada ən çox öyrənilən ikinci dildir. İndiyədək heç vaxt əlinizin altında daha çox dərs materialı, gizli qısa yollar göstərən məqalələr və ya sizi dəstəkləmək üçün onlayn icmalar olmayıb. Sizə ingilis dilini tez öyrənmək lazımdırsa, nəticəyə gedən ən asan yol hansıdır?

Bu materialda mən bununla bağlı mərhələli xülasə toplamışam:

• Sürətlə irəliləməyi təmin edən üsullar

• Bu üsulların effektiv olma səbəbləri

• Onlara əməl etməyinizə kömək edə biləcək bəzi mənbələr

İngilis dilini öyrənmək üçün ən sürətli və asan 12 effektiv ipucu

1. Ən qısa zamanda ingilisce danışmağa başlayın

İngilis dilini tez bir zamanda öyrənmək istəyirsinizsə, bunun qısa bir yolu var: səlis bir natiqlə müntəzəm söhbət etmək. Dil bacarıqlarınızı yüksək səslə sınamağın zehni maneəsini nə qədər tez qıra bilsəniz, bir o qədər inamla danışa biləcəksiniz.

Miçiqan universiteti tərəfindən 2016-cı ildə nəşr olunan bir araşdırma veb kamerası üzərindən söhbət edərək dil öyrənən tələbələrin ənənəvi metodlardan istifadə edənlərə nisbətən daha sürətli nəticələr əldə etməyə meyilli olduqlarını göstərmişdir. Alimlər yeni bir dil öyrənməyə başlayan iki qrup tələbəni izləmişdilər:

• A qrupu qrammatika və lüğət çalışmaları edərək öyrənirdi.

• B qrupu video texnologiyadan istifadə edərək danışaraq öyrənirdi.

On iki həftə sonra A qrupunun əhəmiyyətli bir inkişaf etmədiyi, lakin B qrupunun dil bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi məlum olmuşdur. Onların indi daha çox söz ehtiyatları var, dinləyib anlama testlərində daha yaxşı nəticə göstərirlər, qrammatikanı daha yaxşı bilirlər və özlərinə daha inamlı danışa bilirlər.

Sadə dillə desək, həftələrcə müntəzəm olaraq lüğət məşqləri, qrammatika dərsləri və nəzəriyyə öyrənsəniz də, ingilis dilini danışaraq öyrənməsəniz, bu bacarıqları bir araya gətirməyin mənası qalmır. Bu, ən çox edilən səhvlərdəndir. “İngilis dilində başa düşə bilirəm, amma danışa bilmirəm” sözlərini nə qədər tez -tez eşitmisiniz?

İngilis dilini evdə öyrənsəniz də danışa biləcəyiniz birini tapmaq heç də asan deyil. “DillBill”də olduğunuz məkandan ayrılmadan, sadəcə veb kameranızı açmaqla sizə ingilis dili öyrədəcək çox sayda müəllim var və onların köməkliyi ilə ingilis dilini evinizdə və ya iş yerinizdə oturaraq öyrənirsiniz.

Dil daşıyıcısı ilə bir saat ərzində dayanmadan danışarkən diqqətin sizdə olması müəyyən mənada gərginlik yarada bilər, lakin bu, həm də son dərəcə effektivdir. Əmin edirəm ki, bütün dərslərdən 100 % məmnun qalacaqsınız.

2. İngiliscə Oxumağa başlayın

İngilis dilində oxu materialları tapmaq heç vaxt indiki qədər asan və ya “Google Tərcümə”də nələrsə axtarmaq bu qədər sürətli olmamışdır. Şekspirin bütün əsərlərini başa düşməyə hələ də tam hazır deyilsinizsə, bunları yoxlayın:

• Buzzfeed, Mashable və ya Upworthy kimi dili rahat olan saytlarda tanınmışlar haqqında “müzakirələrə” baxmaq

• Ana dilinizdə olan sevdiyiniz bir kitabın ingilis dilində tərcümə variantını oxumaq

• Axtarış brauzerinizi ingilis dilinə çevirmək

• “Twitter” və “Facebook”da daha çox Amerika/Britaniya/Avstraliyadan olan ictimai xadimləri izləmək.

3. Özünüzə cavabdeh olun

İngilis dilini sürətlə öyrənmək istəyirsinizsə, müntəzəm məşq etməyi bir vərdiş halına gətirməlisiniz. Amma danışıq bacarıqlarınız üzərində işləmək üçün əlavə vaxt sərf edəcəyinizə söz vermək yaxşı deyil. Əmin olun ki, bunu məcbur olduğunuz üçün yox, həqiqətən etməkdən zövq aldığınız və istədiyiniz üçün edirsiniz.

İradəli adamsınızsa, məsuliyyətli olmaq çox asandır. Ancaq bir çoxumuz üçün yeni bir şeyə həvəs yaratmaq, başqası bizdən asılı olduqda daha asandır.

Amerika Təlim və İnkişaf Cəmiyyəti (ASTD) tərəfindən aparılan bir araşdırma kiminsə öhdəliyini götürdükdə, bir məqsədə çatma şansınızın 65 % olduğunu müəyyən etmişdir. Hətta bu şəxslə irəliləyişinizi müzakirə etmək üçün xüsusi bir görüşünüz varsa, məqsədinizə çatma şansı 95 %-ə yüksəlir.

İngilis dilini öyrənərkən daim inkişafınızı müqayisə etmək və ya sadəcə bəyəndiyiniz və ürəyinizə yatan bir müəllim axtara bilərsiniz.

Bunun üçün “DillBill”in müəllimlərindən dərs ala bilərsiniz, lakin bundan əvvəl sayta keçid edib müəllimlərin siyahısına baxa bilərsiniz. İstəsəniz, sınaq paketi də götürüb 3 gün ərzində ayrı-ayrı müəllimlərin dərsinə qoşula bilərsiniz. Möhtəşəm müəllimlərimizdən hansı biri ürəyinizə yatsa, dil öyrənmə məqsədlərinizə də onunla çata bilərsiniz.

Eynilə, özünüzə çalışma yoldaşı tapmağa çalışın. Bu mövzuda daha çox məlumat əldə etmək üçün yenə də “DillBill”ə qoşularaq özünüzlə eyni səviyyədə olan yoldaşlarla birlikdə dil bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

4. “Mən axıcı danışacağam”dan daha faydalı hədəflər qoy.

Dil öyrənilən cəmiyyətdə ən çox edilən səhvlərdən biri “səlis olmağa” diqqət yetirməkdir, ancaq ingilis dilini öyrənmək yolunda ilk addımları atanda bu faydalı bir məqsəddirmi? Yəqin ki, yox.

Səlis danışmağa fokuslanmaq ingilis dilini öyrənməkdə son nöqtənin olduğunu və bunun da hər zaman mümkünsüz olduğunu göstərir. Həqiqət budur ki, hər hansı bir dildə danışan hər kəs hələ də öyrənməkdədir. Araşdırmalar göstərir ki, insanların çoxu orta yaşa çatana qədər hər gün ana dilində əlavə bir söz öyrənməyə davam edir. İngilis dilini nə üçün öyrəndiyinizi müəyyən etsəniz, daha tez öyrənəcəksiniz. Bu zaman hədəflərinizi düzgün seçəcəksiniz. Daha yaxşı hədəflər öz həyatınızla bağlı irəliləyişinizi izləməyinizə imkan verən hədəflərdir. Spesifik, ölçülə bilən, əldə edilə bilən, vaxta bağlı və “SMART” hədəflərdir. Məsələn:

• Altı ay ərzində iş ortaqlarımla danışmaq və lüğətdən istifadə etmədən ingilis dilində onlara elektron məktub göndərmək istəyirəm.

• Üç ay ərzində ingilis dillilərlə ümumi mövzularda (hava, turizm, idman və s.) kiçik müzakirələr etmək istəyirəm.

• Doqquz ay ərzində ingilis dilini onlayn öyrəndikdən sonra TOEFL imtahanından 100 bal toplamaq istəyirəm və beləliklə də müraciət edib Kolumbiya Universitetinə qəbul ola bilərəm.

5. Şəxsi məqsədinizi nəzərə alın

Bunun asan yolu yoxdur: ingilis dilini sürətli öyrənmək ciddi enerji tələb edəcək. Bunun üçün sizi həyəcanlandıran və motivasiya verən bir şeyə sahib olmalısınız.

Məqsədinizi müəyyən etdikdən sonra bütün səylərinizin ona doğru bir addım daha yaxınlaşdığından əmin ola bilərsiniz. Məsələn, bir ingilis dili universitetində təhsil almaq üçün ingilis dilini öyrənən biri kursa uyğun spesifik söz və ifadələrə diqqət edə bilər. İngilis dilini iş üçün öyrənirsinizsə, ofisdə ən çox işlənən söz və ifadələrə diqqət yetirmək istəyə bilərsiniz. Bir çox insan bunu ya partnyoru, ya da sevdiyi şəxs üçün edir və vaxtının çoxunu qeyri-rəsmi dil öyrənməyə sərf edir.

Bu, “DillBill” ilə ingilis dili öyrənməyin başqa bir üstünlüyüdür. Müəllimlərimizlə ingilis dilini öyrənmək üçün şəxsi səbəblərinizi müzakirə edə və onlara uyğun öyrənmə sxemi hazırlaya bilərsiniz. Bu yolla ehtiyac duyduğunuz söz ehtiyatını daha sürətli öyrənə bilərsiniz.

6. Söz ehtiyatınızı artırmaq üçün ”flashcard”ları sınayın

Xəbərdarlıq: ”flashcard”lar ingilis dilini öyrənərkən yalançı dost ola bilər, bu da kontekstdən kənar sözləri öyrənmək üçün çox vaxt sərf etməyinizə səbəb olur.

Daha çox danışıq təcrübəsi ilə birləşdikdə onlar yeni söz ehtiyatını nisbətən tez və yaxşı mənimsəmək üçün asan bir yoldur. İnternetdə çox sayda pulsuz proqramlar var, belə ki, harada olmağınızdan asılı olmayaraq sözləri əzbərləməyə başlaya bilərsiniz! Mənim tövsiyə etdiklərim bunlardır:

• Word Power Lite

Western Ontario universitetinin professorlarından biri müəyyən etmişdir ki, gündəlik həyatda danışılanların 75 %-ni başa düşmək üçün təxminən 800 sözə ehtiyac var. Bu, həmin “flashcard”ların sayıdır!

7. Cümlələri bütöv öyrənin

”Flashcard”lar faydalıdır, lakin tədqiqatlar göstərir ki, bütöv cümlələri öyrənmək daha da faydalı ola bilər. Dil həvəskarları bu texnikanı “sentence mining” (cümlə mədənçiliyi) adlandırırlar. “Sentence mining” yazıb axtarış edin. Bu, evdə onlayn ingilis dili öyrənməyin ən sürətli yoludur.Şübhəsiz ki, bütün cümlələri əzbərləmək kontekstdə olan sözləri öyrənməyə kömək edə bilər və mənalarının fərqli kontekstlərdə hansı incə dəyişikliklərə uğradığını öyrədə bilər.

Bu üsul “DillBill”in müəllimləri ilə ingilis dili öyrəndikdə xüsusilə yaxşı işləyir. Danışıq dərsləri zamanı müəlliminizdən şəxsi öyrənmə məqsədlərinizə uyğun cümlələr qurmağınıza kömək etməsini xahiş edin.

8. Təklikdə mahnı oxuyun

Musiqi universal dildir! Bu, həm də ikinci dili daha təbii hiss etmək üçün də güclü vasitə ola bilər.

İngilis dilində mahnıları “lyrics”, yəni sözləri ilə dinləmək dil öyrəndiyinizi ümumiyyətlə hiss etmədən tələffüzü, söz ehtiyatını və cümlə quruluşunu daha yaxşı başa düşməyinizə kömək edə bilər. Bir araşdırmaya görə hətta yeni dildə musiqi dinləmək uşaqlıqda danışmağı ilk öyrəndiyiniz kimi qrammatik qaydaları daha asan mənimsəməyinizə kömək edə biləcəyini göstərdi.

İnternetdə yaxşı, pulsuz ingilisdilli mahnılar kifayət qədərdir. YouTube-da sözlü (lyrics) videolar olan sonsuz sayda mahnılar var. Bundan başqa:

• Lyrics Training proqramı sevdiyiniz mahnı sözlərindən “fill in the gaps” (boşluqları doldurun) tipli çalışmalar tərtib edərək dinləmə bacarıqlarınızı inkişaf etdirməyə imkan verir.

• Radio Garden proqramı dünyanın hər yerində radio stansiyaları dinləmək üçün əla, pulsuz vasitədir.

• British Council da uşaqlar üçün hazırlanmış ingilis mahnılarından ibarət pulsuz kolleksiyası təqdim edir.

9. Serial izləməklə ingilis dilini öyrənmək.

Serial izləmək ingilis dilini öyrənməyin ən yaxşı yollarından biridir. Bəs ən yaxşı şoular hansılardır? Kaplan tərəfindən 2012-ci ildə edilən bir araşdırmaya görə, tələbələrin ingilis dilini öyrənmələrinə kömək etmək üçün seçdikləri ən populyar 5 şou bunlardır:

• Friends (Ən çox izlənilən şou)

• How I met your mother

• The Big Bang Theory

Əlbəttə ki, passiv seyr etməklə daha çox məşğul olsanız, öyrəndiyinizdən daha çox şey əldə edəcəksiniz. Netflix’i ingilis dilində və ana dilinizdə eyni vaxtda izləməyə imkan verən Chrome üçün Netflix “extention”unu sınayın., qarşınıza çıxan yeni sözləri saxlamağa da imkan verir.

Özün öyrənməyə həvəslisən? İngilis dilini öyrənmək üçün ən yaxşı 10 YouTube kanalı ilə də maraqlana bilərsiniz.

10. Dil daşıyıcılarına (Native) qulaq asın

Ana diliniz nə olursa olsun, çox güman ki, nə zamansa bir ingilis dilli ilə danışmısınız və “hmm … bu çox doğru səslənmir” deyə düşünmüsünüz.

Bir asan ipucu – dil daşıyıcılarının sizin ana dilinizdə, xüsusən cümlə quruluşu və qrammatikada etdiyi ümumi səhvlərə diqqət yetirin. Ki, siz də onun dilində danışarkən həmin səhvləri etdiyinizi anlayıb onlar üzərində işləyəsiniz.

11. Telefonunuzu və sosial media ayarlarınızı (settings) ingilis diline deyisin

Beləcə, yəqin ki artıq ingilis dilinin əsaslarını bilirsiniz. Növbəti mərhələyə keçmək istəyirsiniz? İndi bu dildə necə daha çox ünsiyyətdə olmağın vaxtı gəldi.

Hər birimiz hər gün saatlarla telefonlarımıza baxaraq məqsədsiz şəkildə fırlanırıq. Telefonunuzdakı parametrləri ingilis dilinə dəyişmək özünüzü bu dilə “qərq etməy”in çox asan bir yoludur.

Telefonunuzun parametrlərini dəyişdirmək söz öyrənmə saytlarında görmədiyiniz, lakin gündəlik həyatda lazım olan bəzi sözləri öyrədəcək. Məsələn, “newsfeed” (xəbər lenti) və “sponsored content” (sponsorlu məzmun) kimi.

12. Dil öyrənənlər toplusu tapın

İngilis dilini öyrənməyin daha inkişaf etmiş tərəflərini araşdırmağa başladığınız zaman fikirlərinizi, irəliləyişlərinizi və geriləmələrinizi digər insanlarla bölüşmək çox həvəsləndirici ola bilər. Evdən öyrənirsinizsə, həmyaşıdlarınızla əlaqə qurmağın bir neçə əla yolu var.

• Reddit-in ingilis dili forumunu sınayın.

• ESL öyrənənlər üçün açıq “Facebook” qrupları axtarın.

Son olaraq, məsləhət görürəm ki, ingilis dili öyrənən dostlarla birgə dil biliklərinizi inkişaf etdirmək üçün “DillBill”ə qoşulasınız

Bu gün neçə Xarici dil öyrənmək lazımdır?

Salam. Sizcə bü gün neçə xarici dil öyrənmək işiniz üçün faydalı ola bilər?

Bu gün bir Azərbaycan vətəndaşı üçün neçə xarici dilin öyrənməsinin faydalı olacağı haqqında danışmaq istərdim. Dil öyrənmək, fərqli mədəniyyətləri anlamaq, zəngin biliyə fikirlərə düşüncələrə sahib olmaq çox gözəl və zənginlikdir. amma indi gerçəklik necədir?

Bu gün həyatımızda o qədər etməli olduğumuz və bağlı olduğumuz fəaliyyətlər var ki, biz universiteti bitirənə qədər bir neçə dil öyrənmək istədiyimiz halda bir dilə belə ətraflı sahib ola bilmirik.

Azərbaycan Sovetlərin tərkibində olduğu üçün bu gün əsasən ana dilimizlə yanaşı Rus dilindən də istifadə edirik. Amma tarix və zamana baxsanız dünyada hər zaman bir dil dünya dili sayılır və bu heç zaman Rus dili olmayıb təəssüf ki. Öncələr bu Fransız dili olsa da, indiki zamanımızda bəyənsək də bəyənməsək də, dilimizə yaxın və ya uzaq olsa da, bu İngilis dilidir.

Qısa və dəqiq söyləmək istəyirəm. Sizə bu gün sadəcə İngilis dili lazımdır. Əminliklə deyə bilərəm ki dünyaya çıxmaq istəyirsinizsə istədiyinizə nail olmaq üçün sadəcə və sadəcə bir dil yetərlidir.

Sizə bir təcrübəmi paylaşım. Mən İngilis dili və Ədəbiyyatını ixtisasını oxuyarkən, universiteti bitirəndə 4 dilə (Rus, İngilis, Fransız və Alman) sahib olmaq planım vardı. Gecə-gündüz onları düşünürdüm. İkisinin hazırlığına belə başlamışdım.

Bir gün bir professorumuza yaxınlaşıb dedim ki mənə 4 dili ətraflı şəkildə öyrənmək üçün nə məsləhət verə bilərsiniz. Professor baxdı üzümə və güldü. Dedi sən keçmişin təsirində qalmısan və səninlə bərabər çox insan təəssüf ki, bu haldadır. Dedi İngilis dilini öyrənib bitirdin ki başqa dilləri də mənimsədin. Qətiyyətlə, etiraz etdi və mənim sadəcə bir dil üzrə ixtisasım üzrə, sevdiyim dil üzrə, gələcəyimə hər zaman açar rolu oynayacaq dil üzrə, çox dərin öyrənməmi hətta əsər yazacaq qədər mənimsəməmi istədi. 4 dillə heç bir şey etmək olmaz amma bir dillə çox şey etmək olar. Mənə inanmırsınızsa dinləyin zəhmət olmasa.

Təbii o zaman tərəddüdlü qalsam da sevdiyim professoruma qulaq asaraq bütün gecə gündüzümü İngilis dilinə yönəltdim. Həyatımda düşündüyüm nə var idisə İngilis dilinə görə düşünürdüm. İngilis dilindən başqa heç bir ixtisas məni maraqlandırmırdı.

Universitetin köhnəlmiş sistemi ilə deyil o zaman məşhur Headstart kitablarını bahalı-bahalı alıb oxuyurdum. O zaman dinləmə üsulu olaraq kasetlə dinləyirdim kitabları. Universiteti bitirməyimdən 10 ildən çox keçib və mən hələ də Ana dilimlə yanaşı sadəcə İngilis dilini bilirəm. Amma o zaman mənimlə bərabər olan bütün dostlarım heç biri bu ideyaya inanmadı.

Bəziləri orta səviyyəli İngilis dili müəllimi oldu, bəziləri heç ingilis dilindən bir kəlimə də bilmir, bəziləri inşaatda işləyir və bəziləri hələ nə edəcəyini belə bilmir. Bu onların bacarıqlı olmadığı anlamına gəlməz. Hamısı yetərli dərəcədə məndən üstün insanlar idi. Bəziləri Rus dilini belə yüksək səviyyədə bilirdi.

Sadəcə o professorumuza inanmadılar. 50 işin arxasınca getdilər. Lazımsız dərəcə qrammatikanı oxuyub İngilislərdən səhv tutmaya çalışdılar. Reallığı buraxıb fərziyyələrə inandılar. Adlarını çəkib onlar onları üzmək istəmərəm amma indi o oxuduğu ixtisasdan onların işinə heç bir aidiyyəti yoxdur. O zaman o ixtisası oxumağın nə anlamı var amma bu ayrı mövzudur.

Mən sadəcə bir dil ilə, başqa inanın heç bir bacarığım yox idi. Dünyanı sadəcə coğrafiyadan bilirdim. Sadəcə bir dil ilə dünyanı gəzdim. Amerikada magistr təhsili aldım heç bir ödəniş etmədən, kompüteri öyrəndim. İstədiyim kimi yaşayıram.

Gözəl müəllim oldum. Tələbələrə xaricdə oxumaq haqqında məsləhətlər verə bilirəm, sabah istəsəm diplomat da ola bilərəm, kim istəsəm olma imkanım var. Səbəb? Sadəcə və sadəcə bir dili çox yaxşı bilirəm və bu mənə bütün qapıları açır.

Sizə bu gün ən yüksək vəzifə olan Prezidentin neçə dili bilməyə ehtiyacı var? Sadəcə bir dilə. Sizcə hansı prezident diplomatiyanı bir neçə dildə apara bilər? Fransız dilini bilən prezidentlər belə Fransaya gedəndə ingilis dilindən istifadə edirlər. Çünki İngilis dili artıq diplomatiya dilidir. Bütün terminologiya formalaşıb. Bütün düşüncələr birdir. Diplomatiyada önəmli olan dilin incəliyidir. Onu bir neçə dildə etmək çox çətindir. Demək gələcəkdə prezident olsanız belə sizə sadəcə ingilis dili yetərlidir.

Çin dili bilsəniz belə adı söhbətləri çıxaraq diplomat dilini ingilis dilində etmək məcburiyyətində qalırsınız. Çünki bir Çinə görə hər hansı ölkənin prezidenti durub gecə-gündüzünü çalışaraq bütün vaxtını Çin diplomat dilinə ayıracaq deyil. Bu gün hər hansı ölkənin Xarici işləri Naziri İngilis dili yerinə rus dilini və ya Çin dilini bilsə kim onu Nazir edər ki? Tərcümə ilə bir yerə kimi gedə bilirsən, o dilin çəkici əlində olacaq ki diplomatiyada uğur qazanacaqsan. Azərbaycan Prezidenti bu gün dünyada İngilis dili gözəl istifadə etməklə bir çox böyük ölkələrin prezidentindən daha səmimi qarşılanır.

Zamanı gəldiyində tərcüməçi oluram, zamanı gəldiyində müəllim, zamanı gəldiyində məsləhətçi. Yəni ixtisasca tədris insanı olduğum üçün İngilis dili ilə tədrisə elmə aid nə varsa mənim üçün öyrənmək və tətbiq etmək çətin deyil.

Bu gün çox təəssüf ki bizim məktəblərdə ingilis dili yetərincə deyil. Amma bu tək Azərbaycanın problemi deyil demək olar ki heç bir ölkənin məktəbində dil tədrisi super şəkildə olmur. Amma indi gözəl tədris metodları var. Cambridge sistemi var. Mən dinləmələrə sadəcə kasetlə baxırdımsa indi telefonla gecə gündüz dinləmə etmək mümkündür.

Rus dilini bilmirsiznizsə heç bir uatanacaq tərəfi yoxdur. Çox insan elə düşünür ki Rus dilini bilməsə Azərbaycanda kimsə onları işə almayacaq və ya cəmiyyət onu qəbul etməyəcək. Belə şeylər sadəcə şişirtmədir. Bizim rəsmi dilimiz Azərbaycan dilidir.

Azərbaycan dili, İngilis dili və ixtisasınız sizə istənilən ən yaxşı qapını açacaq. Amma təbii elə ixtisaslar var orda rus dili mütləqdir o ayrı məsələ. Qəbul etmək lazımdır ki Azərbaycan yaxşı işlərin çoxu rus dilində deyil İngilis dilindədir.

Dünyada İngilis dili hər şey etmək olar amma Rus dili ilə sadəcə Sovetlərə bağlısınız amma onlar da İngilis dilinə bağlıdır.

Sadəcə kitab oxumağı götürün. Biriləri o kitabı İngilis dilindən rus dilinə tərcümə edir və siz onu Rusca oxuyursunuz. Amma o orijinal olaraq ingilis dilində yazılıb. Dünyada indi ən yaxşı əsərlər belə İngilis dilində yazılır çünki müştəri oxucu bu dildədir. Və orijinal kitab oxumaq başqa şeydir.

Kimsə inanır ki Rus dilini, Azərbaycan dilini və İngilis dilini eyni zamanda mükəmməl biləcəksə bu sadəcə və sadəcə xəyaldır. Heç kim Ana dilindən başqa əlavə iki dili orijinal öyrənə bilməz.

Artıq bu günün dünyası ona imkan tapmır. O qədər resurs və məlumat var ki onlara vaxtınız qalmır. Mən ABŞ-da olarkən İspan dilini öyrəndim amma indi iki kəlimə belə xatırlamıram. Çünki İspan dili mənim nəyimə lazımdır ki, Bakıya İspan gələndə belə İngiliscə danışır.

Sonra Rus dilini öyrəndim və ya öyrənməyə çalışdım amma mən evdə ailədə Azərbaycan dilində danışdığımız üçün Rus dilini harada istifadə edəcəm ki. Hara gedirəmsə hər kəs mənim Ana dilimdə danışa bilirsə mən özümü Rusca danışmağa necə məcbur edə bilərəm ki. İndi o dillərdən heç əlamət yoxdur məndə. Çünki insan beyni ixtisası ilə yanaşı professional olmaq üçün bir xarici dili öyrənmək imkanı tapır və bu da ən dəyərli dil olmalıdır ki hər yerdə işinizə yarasın. Mən illərdir dil və dilin inkişafı ilə təcrübəm olduğu üçün və eyni ideyaları həyata keçirtmək istədiyim üçün və nail ola bilməyən və ya nail olmağın mümkünlüyü görən biri kimi hər kəsə məsləhət görürəm ki bir dili çox yaaxşı öyrənin. Heç bir zaman uduzmayacaqsınız.

İndi rəqabət 2000-ci illərin rəqabəti deyil. Çoxlu kadrlar yetişib Bakıda. İndi nəyi adi bilənlərdən çox bilirsənsə, hər hansı sahəni təcrübədən keçirmisənsə və üstəlik İngilis dilin mükəmməldirsə işi udmaq şansın çoxdur. Bu bir reallıqdır.

Təbii ki bu Ana dili Rus dili olanlar üçün ayrı bir məsələdir. Onlar Azərbaycan dili ana dili kimi bilmədiyindən onlar Rus və İngilis dilini bilir.

Bu gün kiməsə orta səviyyədə dil və işini bilən işçi lazım deyil. Yaxşı dəyərli bir insan olmaq istəyirsinizsə işinizdə ilk öncə sahənizi yaxşı çox yaxşı öyrəncəksiniz. Başqa şeylərə sadəcə vaxt ayırmaq mənasızdır. Hər dildən iki kəlimə öyrənmək kiməsə lazım deyil.

Qısaca ya işinizi çox yaxşı bilin ya da heç bilməyin. İşini yaxşı bilməyənə ,8 diplomu olana indi nə qız verirlər nə də o insan kiməsə lazımdır)))).

Ümid edirəm uzun yazım siz yormaz. Sizin fikirlərinizi öyrənmək çox önəmlidir. Təcrübənizi bölüşün. Şərhlərinizi mütləq cavablandıracağam

Comments are closed, but trackbacks and pingbacks are open.