Facebook-da bağlantıları necə təqdim etmək olar
Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.
Verilənlər bazası
Verilənlər bazası (VB),(en:Data Base, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.
Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir,tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir.
Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:
- Microsoft Access
- Open Office Base
- Foxpro
- Microsoft SQL Server
- Oracle
- My SQL
Verilənlər bazasının məqsədi və tərifi
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən – bazaya daxil ediləcək informasiya vahididir, elementidir.
İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri – elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.
VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.
Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.
Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var. VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır. “Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur. Tərif. VB – informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.
Verilənlər bazasının strukturu
Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.
Verilənlər bazası struktura görə üç cür ola bilər:
- iyerarxik;
- səbəkə;
- relyasion.
- İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər.
- VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər.
- Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır.
Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri
Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.
- Sahələrin xüsusiyyətləri
- Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.
- Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.
- Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
- Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.
- Mətn sahələr – mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var – onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.
- Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
- Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.
- Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.
- Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.
- Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
- Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
- Sadə VB. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.
- Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.
VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.
Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.
Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.
Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı
VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
- VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir. VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:
- Cədvəl – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
- Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
- Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
- Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
- Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
- Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
- VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.
Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:
- Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
- Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
- Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
- Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.
VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:
- xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
- məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
- daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
- Teqlər:
- verilənlər bazası
Facebook-da bağlantıları necə təqdim etmək olar
Bu, sizə Facebook səhifənizdə internet məzmununa keçid yerləşdirməyi öyrədir. Əksər səhifələrdə Facebook ilə məzmun paylaşmaq üçün xüsusi düymə var; göndərmək istədiyiniz link Facebook düyməsi ilə müşayiət olunmursa, sadəcə olaraq linki kopyalayıb yapışdıra bilərsiniz.
addım
Metod 1/2: Linkin paylaşılması
Mobildə
- Paylaşmaq istədiyiniz məzmuna keçin. Telefonunuzda veb brauzer və ya əyləncə proqramını açın və Facebook-a göndərmək istədiyiniz səhifəyə, videoya, fotoya və ya digər məzmuna keçin.
- Siz YouTube və Pinterest kimi bir çox proqramdan məzmun paylaşa bilərsiniz.
- Bəzi hallarda, əvvəlcə düyməni basmağınız lazım ola bilər Paylaşın Facebook seçimi görünməzdən əvvəl düyməni basın.
- Paylaşma düyməsini tapa bilmirsinizsə, “Linki kopyalayın” metoduna keçin.
- Əgər sizdən Facebook-a daxil olmaq istənilirsə, basın Facebook proqramı imkanı. Bu adətən mobil brauzerlərə aiddir.
- Siz həmçinin yazı göndərməzdən əvvəl “Bu barədə nəsə deyin” qutusuna toxunaraq və sonra yazınızın mətnini daxil etməklə mətn əlavə edə bilərsiniz.
Lövhədə
- Paylaşmaq istədiyiniz məzmuna keçin. Sevimli brauzerinizi açın və Facebook-da əlaqələndirmək istədiyiniz səhifə, video, foto və ya digər məzmunu axtarın.
- “Facebook” düyməsini tapın. Siz adətən paylaşmaq istədiyiniz məzmunun yaxınlığında mavi fonda ağ “f” hərfinə bənzəyən Facebook paylaşma düyməsini tapırsınız.
- Bəzi hallarda (məsələn, YouTube-da) a klikləyin Paylaşın Facebook düyməsini göstərmək üçün düymə.
- Paylaşma düyməsini tapa bilmirsinizsə, “Linki kopyalayın” metoduna keçin.
- “Facebook” düyməsini basın. Bu, Facebook-u yeni pəncərədə açır.
- Əgər hazırda Facebook-a daxil deyilsinizsə, davam etmək üçün sizdən e-poçt ünvanınızı və parolunuzu daxil etməyiniz xahiş olunacaq.
- basın Facebook-a göndərin. Facebook pəncərəsinin aşağı sağ küncündə yerləşir.
- Siz həmçinin yazı göndərməzdən əvvəl “Bu barədə nəsə deyin” qutusuna klikləyərək və sonra yazınızın mətnini daxil etməklə mətn əlavə edə bilərsiniz.
Metod 2/2: Linki kopyalayın
Mobildə
- Əlaqələndirmək istədiyiniz məzmuna keçin. Mobil brauzeri açın və paylaşmaq istədiyiniz foto, video, səhifə və ya digər məzmuna keçin.
- Linkin kopyalanmasını dəstəkləyən proqramların əksəriyyətində Facebook paylaşma seçimləri də var.
- Səhifənin URL-ni seçin. URL-i seçmək üçün ekranın yuxarısındakı brauzerin URL çubuğuna toxunun.
- Bəzi proqramlarda bir var Paylaşın birinə baxmaq üçün basa biləcəyiniz seçim Linki kopyalayın fürsət də.
- URL-ləri kopyalayın. Seçilmiş URL-ə, sonra toxunun Kopyalayın nəticədə açılan menyuda. Bu, URL-i telefonun buferinə köçürür, yəni siz indi Facebook-a keçib onu göndərə bilərsiniz.
- Brauzerinizi bağlayın, sonra Facebook-u açın. Bu proqram mavi rəngdədir və üzərində ağ “f” işarəsi var. Əgər siz artıq daxil olmusunuzsa, bu, xəbər lenti səhifənizi açacaq.
- Daxil olmamısınızsa, davam etmək üçün e-poçt ünvanınızı (və ya telefon nömrənizi) və parolunuzu daxil edin.
- “Nə haqqında düşünürsən?” düyməsini basın.?“Sahə. Xəbər lentinin yuxarısındadır.
- Düyməsini basın və saxlayın “Nə düşünürsən?“Sahə. Bu, bir neçə saniyədən sonra açılan menyunu təklif edəcək.
- basın Yapışdır. Bu seçim açılan menyuda görünməlidir. Linkiniz “Nə haqqında düşünürsünüz?” sahəsində və bir an sonra linkin məzmununun önizləməsi görünəcək.
- basın Post. Ekranın yuxarı sağ hissəsindədir. Bu, linkinizi Facebook vaxt qrafikinizə göndərəcək.
- Linkə ön baxış zamanı poçt pəncərəsinin altında görünəndə, Facebook yazınızın daha təmiz görünməsi üçün linki silə bilərsiniz.
Lövhədə
- Əlaqələndirmək istədiyiniz məzmuna keçin. Brauzeri açın və paylaşmaq istədiyiniz şəkil, video, səhifə və ya digər məzmuna keçin.
- Məzmun URL-ni kopyalayın. URL-i vurğulamaq üçün brauzerinizin ünvan çubuğuna klikləyin, sonra vurun Ctrl + C (Windows) və ya ? Əmr + C (Makintoş).
- Siz həmçinin vurğulanmış URL-ə sağ klikləyib sonra klikləyə bilərsiniz Kopyalayın.
- Mac-də siz klikləyə bilərsiniz Redaktə et menyunu seçin və sonra klikləyin Kopyalayın açılan menyuda.
- Facebook-u açın. Getmək https://www.facebook.com/ brauzerinizdə. Əgər siz artıq daxil olmusunuzsa, bu, xəbər lentinizi açacaq.
- Əgər siz artıq daxil olmamısınızsa, davam etmək üçün səhifənin yuxarı sağ hissəsində e-poçt ünvanınızı (və ya telefon nömrənizi) və parolunuzu daxil edin.
- basın “Nə düşünürsən?“Sahə. Xəbər lentinin yuxarısındadır.
- Linkinizi daxil edin. basın Ctrl + V (Windows) və ya ? Əmr + V (Mac) və ya sağ klikləyin “Nə düşünürsən?” sahəsini seçin və seçin Yapışdır açılan menyudan. Link girişin mətn sahəsində göstərilir və linkin altında məzmunun önizləməsi göstərilir.
- Mac-da siz də klikləyə bilərsiniz Redaktə et və sonra klikləyin Yapışdır açılan menyuda.
- basın Post. Facebook poçt pəncərəsinin aşağı sağ küncündə yerləşir. Bu, linkinizi Facebook vaxt qrafikinizə göndərəcək.
- Linkə ön baxış zamanı poçt pəncərəsinin altında görünəndə, Facebook yazınızın daha təmiz görünməsi üçün linki silə bilərsiniz.
İcma sualları və cavabları
Başqaları ilə necə paylaşırsınız?
Normalda əksər səhifələrdə paylaşma düyməsi tapa bilərsiniz, lakin bu düymə olmadıqda, səhifənin yuxarısındakı URL-i kopyalayıb Facebook səhifənizə yapışdıra bilərsiniz.
Yazını vaxt qrafikimdən necə silə bilərəm?
Məsləhətlər
- Daha az vizual qarışıqlığı olan yazılar (məsələn, keçid mətni olmayan yazılar) daha çox trafik əldə etməyə meyllidir.
Xəbərdarlıqlar
- Sizə aid olmayan məzmunu yükləməkdə diqqətli olun. Hazırlamadığınız bir video və ya postla əlaqə yaratmaq adətən yaxşıdır; eyni məzmunun bir nüsxəsini yaradıcı ilə əlaqələndirmədən yükləmək deyil.
- Linklərinizin Facebook-un istifadə şərtlərinə uyğun olduğundan əmin olun.
İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? – Bir çox sualınıza cavablar
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
İkili vətəndaşlıq, yoxsa iki vətəndaşlıq? – bu sual qəribə səslənsə də, bir çoxları ikili vətəndaşlıq yox, iki vətəndaşlıq ifadəsinə üstünlük verir. Çünki bəziləri həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlığını daşıyırlar. Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlıq qanunsuzdur. “İki vətəndaşlıq” ifadəsi isə qanunvericilikdə yoxdur.
BAKU.WS BBC News Azərbaycancaya istinadən xəbər verir ki, Aynur Həsənovanın özü Azərbaycan vətəndaşı olsa da, oğlu həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır. Onun oğlu Türkiyədə anadan olub, Azərbaycana gələndə isə buranın da vətəndaşlığını alıb.
Aynur Həsənovanın oğlu hazırda iki ölkənin vətəndaşıdır?
“Adətən, Azərbaycan pasportunu istifadə edirik. Bir dəfə sərhədçilərə səhvən oğlumun Türkiyə pasportunu verdim, amma mənə heç nə demədilər. Heç soruşmadılar ki, bu nədir, niyə iki pasportu var”.
Aynur Həsənova deyir ki, iki vətəndaşlığın olması onlar üçün rahatlıq yaradır və ümumiyyətlə, ikili vətəndaşlığın qəbul olunmasını istəyir: “Bibilərim, dayılarım, digər qohumlarım hamısı Rusiyada işləyir. Nə olsun ki, ikili vətəndaşlıq yoxdur?! Orda rus pasportunu göstərirlər, burda Azərbaycan. Bu olmasa, orda yaşamaq olmaz”.
Kimlər Azərbaycan vətəndaşı sayılır?
Konstitusiyanın vətəndaşlıq hüququ maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşıdır.
“Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Konstitusiya nə deyir?
1995-ci ildə Konstitusiya qəbul olunanda 53-cü maddə vətəndaşlıq hüququnu təmin edirdi. Həmin maddədə deyilirdi ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz”.
2016-cı ildə keçirilən referendumla konstitusiyaya dəyişiklik edilir və 53-cü maddədə qeyd olunan “heç bir halda” sözü çıxarılaraq “onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla” sözləri əlavə olunur.
Eyni maddənin ikinci bəndində isə deyilir ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz”.
Hansı hallarda vətəndaşlıq itirilə bilər?
Vətəndaşlıq haqqında qanunun 16-cı maddəsində şəxsin hansı hallarda vətəndaşlığı itirə bilməsi qeyd olunur.
“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Digər dövlətin vətəndaşlığını könüllü əldə etmək;
2) Xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmək;
3) Dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış;
3-1) Terror fəaliyyətində iştirak və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirmək;
3-2) Dini ekstremist fəaliyyətdə iştirak, o cümlədən dini düşmənçilik zəminində dini məzhəbləri yayılmaq və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etmək və ya həmin münaqişəyə digər şəxsi cəlb etmək, yaxud bu məqsədlə sabit qrup yaratmaq, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçmək;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
“5 min manatadək cərimə və ya 480 saatadək ictimai iş”
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü ildə edilmiş dəyişikliklərdə deyilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər.
Cinayət Məcəlləsi məlumat verməyən şəxsləri üç min manatdan beş min manatadək cərimələmək və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırmağı nəzərdə tutur.
Bu qanuna görə, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
Lakin bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.
Vətəndaşlıqdan könüllü imtina edən olubmu?
Dövlət Miqrasiya Xidməti BBC News Azərbaycancaya bildirib ki, 2018-ci il iyun ayına olan məlumatlara görə, 2300-dən çox Azərbaycan vətəndaşı xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat verib.
Onlardan 1509 nəfəri “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununa 2014-cü ildə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixdən sonra xarici ölkə vətəndaşlığını əldə edib, qurumun açıqlamasında deyilir.
Qurum qeyd edir ki, onlara daxil olan könüllü müraciətlər əsasən Türkiyə və Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdən gəlib.
Dövlət Miqrasiya Xidməti özü araşdırırmı?
Dövlət Miqrasiya Xidməti vurğulayır ki, onlara ikili vətəndaşlıq alıb bu barədə Azərbaycanda aidiyyatı orqanlara xəbər verməyənlər haqda şəxslərdən, dövlət orqanlarından, o cümlədən, xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumatlar daxil olur.
Lakin bununla belə, 1999-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə” nəzərdə tutur ki, müvafiq hüquqi hərəkətlər yalnız xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının özünün bu barədə Xarici İşlər Nazirliyinə və ya birbaşa Dövlət Miqrasiya Xidmətinə müraciətindən sonra həyata keçirilə bilər.
Dövlət Miqrasiya Xidməti bildirib ki, müəyyən edilən məlumatlar Baş Prokurorluğa göndərilir.
Qurum 2018-ci ilin iyun ayınadək 293 nəfər barədə məlumatı tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim edib.
“Uşaqlara vətəndaşlıq verilirsə. “
Bəzi ölkələrin qanunlarına görə, bu ölkədə doğulan xarici ölkə vətəndaşlarının uşaqlarına avtomatik vətəndaşlıq verilir. Dövlət Miqrasiya Xidməti deyir ki, bu kimi hallarda “vətəndaşlığı könüllü əldə etmək” müddəası olmadığı üçün Azərbaycan vətəndaşlığının itirilməsi kateqoriyasına şamil edilmir.
“Kimdən pasport istədimsə. “
Adının açıqlanmasını istəməyən müsahibimiz deyir ki, o, üç ölkənin vətəndaşıdır və bununla indiyədək heç kəs maraqlanmayıb: “Kimdən pasport istədimsə verdi, gözümü açanda gördüm ki, üç pasport var evdə, vəssalam”.
“20 mindən çox vətəndaşlığı olmayan şəxs”
Miqrasiya hüququ üzrə ekspert Əlövsət Əliyev BBC News Azərbaycancaya bildirib ki, o, ikili vətəndaşlığın qadağan olunmasının Azərbaycan üçün ziyanlı hal olduğunu düşünür.
“Vətəndaşlıq haqda Avropa Konvensiyası, BMT Konvensiyaları var. Dünya bu gün vətəndaşsızlıq hallarının qarşısının alınması ilə mübarizə aparır. Dünyanın və beynəlxalq təşkilatların əsas istəyi odur ki, insanlar vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşməsinlər”.
Onun sözlərinə görə, vətəndaşlığı olmayan şəxs asılı vəziyyətə düşür, onun səyahət etmək, sərhədləri keçmək hüququ pozulur: “Bu gün Azərbaycanda 20 mindən çox vətəndaşlığı olmayan, yaxud şəxsiyyətini təsdiq edən sənədi olmayan şəxs – vətəndaşlığı olmayan şəxs vəziyyətində olan adamlar yaşayır. Yaxşı olar ki, Azərbaycan bu cür hallarla mübarizə aparsın”.
“İkili vətəndaşlıq və Dağlıq Qarabağ”
Əlövsət Əliyev hesab edir ki, Azərbaycan kimi ölkələrdə ikili vətəndaşlığın qadağan olunması arzuolunan deyil. O hesab edir ki, bu, xaricdə olan azərbaycanlıların Azərbaycana olan marağını azaldır.
“Bu gün Azərbaycanın Dağlıq Qarabağ problemi var və o, öz siyasətini xaricdə tanıtmaqla öz haqlılığını sübut edə bilər, başqa ölkələrə, beynəlxalq təşkilatlara təsir göstərə bilər. Bu, o halda mümkün ola bilər ki, Azərbaycan vətəndaşı həm də Almaniya, ABŞ, Böyük Britaniya vətəndaşı olsun və Azərbaycanın maraqlarını orda təmsil etsin. İkinci vətəndaşlığın olmaması isə insanlarda Azərbaycana laqeyd münasibət yaradır”.
“Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil”
Cənab Əliyev ikili vətəndaşlığı müsbət hal kimi qəbul etsə də, hesab edir ki, Azərbaycan buna hazır deyil:
“Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil. “Azərbaycan xaricdə yaşayan vətəndaşlarının qeydiyyatını apara bilmir. Azərbaycanın 2 milyondan çox vətəndaşı fərqli ölkələrdə yaşayır. Onlardan azı 1.7 milyonu seçici hüququna malikdir, amma sonuncu seçkilərdə məlum oldu ki, Azərbaycanın xaricdə yalnız 13 min seçicisi var. Xarici ölkələrdə 40-dan çox seçki məntəqəsi yaradılmışdı və onlarda cəmi 13 min Azərbaycan vətəndaşının səs verməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, xaricdə konsulluq qeydiyyatına düşən azərbaycanlıların sayı bu qədərdir”.
Ekspert bunu “Azərbaycanın fəlakəti” adlandırır və deyir ki, Azərbaycan xaricdə yaşayan 2 milyondan çox vətəndaşının yalnız 13 min nəfərinin taleyi haqda məlumatlıdır, qalanlarının isə harda və hansı formada qeydiyyatda olmasından xəbərsizdir: “Nə qədər ki, Azərbaycan xaricdə yaşayan soydaşlarımız haqda məlumatlı deyil, bu onu göstərir ki, ikili vətəndaşlığa da hazır deyil”.
“Azərbaycan ona görə istəmir ki. “
Əlövsət Əliyev hesab edir ki, Azərbaycan ikili vətəndaşların ölkəyə mümkün təsirini istəmir:
“Rusiyada 1.7 milyon Azərbaycan vətəndaşı həm də Rusiya vətəndaşıdır. Azərbaycan düşünür ki, bu vətəndaşlara Rusiya təsir göstərər və həmin şəxslər də Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilərlər. Avropada 1 milyona yaxın azərbaycanlı varsa, bu, çox böyük seçici səsi deməkdir və onlar eyni zamanda Avropa ölkələrinin vətəndaşları olsalar həmin ölkələr bu vətəndaşlar vasitəsilə seçkinin nəticələrinin dəyişməsinə, ölkədəki siyasi vəziyyətə təsir göstərə bilər”.
Ə. Əliyev söyləyir ki, ikili vətəndaşlığın qadağan edildiyi zaman 20-yə yaxın millət vəkilinə müraciət edib ki, bu, qanunsuzdur və insanların hüquq və azadlıqlarının pozulmasıdır: “Mənə çoxlu zənglər gəldi ki, siz bilmirsiniz, xaricdə ikili vətəndaşlığı olan şəxslər Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilər, ikili vətəndaşlıq Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək qədər qorxulu bir şeydir”.
Ekspertin sözlərinə görə, xarici ölkənin vətəndaşlığını alan şəxs Azərbaycana bu haqda xəbər verdikdən sonra onu vətəndaşlıqdan çıxara da bilərlər, çıxarmaya da. O, bundan sonrakı prosedurun Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə verildiyini deyir.
O hesab edir ki, vətəndaşlıq haqqında qanun “pis vəziyyətə” salınıb və bu, xaricdə yaşayan vətəndaşlara çox ciddi problemlər yaradır.
Ə. Əliyev problemin həllini kütləvi şikayətlərdə və dövlət məmurlarını özbaşınalıqdan çəkindirmək cəhdlərində görür.
Kütləvi vətəndaş itkisi mümkündürmü?
Əlövsət Əliyev düşünür ki, Azərbaycan xarici ölkənin vətəndaşını alan şəxsləri vətəndaşlıqdan kütləvi çıxarmaq yolunu seçməyəcək.
O hesab edir ki, Dövlət Miqrasiya Xidməti vətəndaşlıqdan çıxarma hallarını dayandırmalı, Azərbaycan isə bu qanuna yenidən baxmalıdır: “Düşünürəm ki, vətəndaşlıqdan çıxarılan şəxslər min nəfərə çatsa, hətta beş yüzü keçsə, Azərbaycan buna getməyəcək və hətta qanunu dəyişmək məcburiyyətində qalacaq”.
Millət vəkili Fazil Mustafa düşünür ki, vətəndaşıqdan çıxarılma kütləvi hal almayacaq: “Azərbaycanda hamı miqrasiya etmir. Xarici ölkələrdə yaşama icazəsi alanlarla vətəndaşlıq alanların statusları fərqlidir. Hamı vətəndaşlıq ala bilmir. Ona görə də, bu, böyük rəqəm etməz. Məsələn, Rusiyada çox sayda azərbaycanlı var, amma onların hamısına vətəndaşlıq vermirlər”.
Onun fikrincə, ehtiyac yaranarsa, gələcəkdə qanun müzakirəyə çıxarıla bilər: “Əgər bu rəqəm nə vaxtsa həddi aşsa, o zaman müzakirə olunub ona uyğun qərar qəbul oluna bilər”.
Millət vəkili ikili vətəndaşlığın tərəfdarıdır, ancaq hesab edir ki, Azərbaycanın buna hazır deyil: “İkili vətəndaşlıq olmalıdır ki, xaricdəki azərbaycanlılara öz vətənlərinə gəlib-getmək imtiyazı verilsin, onlar Azərbaycanla bağlarını itirməsinlər və xarici ölkədə Azərbaycanı lazım olanda təmsil edə bilsinlər”.
O, bu istiqamətdə müəyyən addımların atılmasını zəruri hesab etsə də, müəyən çətinliklərin olduğunu deyir: “İkili vətəndaşlıq xarici ölkələrdə yaşayan çox sayda soydaşlarımızın hüquqlarının qorunması baxımından faydalıdır. Amma indiki şərtlərdə bunu gerçəkləşdirmək üçün müəyyən çətinliklər var. Azərbaycan ikili vətəndaşlığa hazır deyil. Məsələnin iqtisadi tərəfi var, Azərbaycan müharibə aparan dövlət kimi hüdudlarını çox da azad iqtisadi zona və başqa modellərə aça bilmir”.
F.Mustafa söyləyir ki, əgər Azərbaycanda azad iqtisadi zona modeli tətbiq edilsəydi, geniş hərtərəfli və iqtisadiyyat da tamamilə hamı üçün açıq şəraitdə olsaydı, onda bu modeli düşünmək olardı: “İkili vətəndaşlıq daşıyan bir çox adamın həm də öz ölkəsinə investisiya qoymasını stimullaşdırma baxımından faydalı olardı. İndiki şərtlərdə, müharibə aparan ölkə üçün bunun əlverişli tərəfi görülmür”.
Comments are closed, but trackbacks and pingbacks are open.