Ks göstəriş sertifikat ını belə əldə edə bilərsiz
Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb. Bu haqda o, Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, bir neçə kanaldan təklif alıb:. “6 il bu kanalda çalışmışam: həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımd
Sıfır sertifikat üçün necə müraciət edə bilərəm?
2021-10-11 14:51:00
Peşəkar mühasib sertifikatı (PMS) almaq istəyənlər üçün imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək. DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan kağız daşıyıcıları vasitəsilə keçirilməklə iki mərhələ üzrə təşkil olunacaq: I mərhələ – mühasibat uçotu üzrə 21 noyabr; II mərhələ- qanunvericilik üzrə 28 noyabr. İmtahan vermək üçün DİM-in rəsmi internet səhifəsində qeydiyyatdan keçmək lazımdır. Birinci mərhələ üzrə qeydiyyat oktyabrın 11-dən noyabrın 7-dək, ikinci mərhələ üzrə oktyabrın 11-dən noyabrın 14-dək aparılacaq. Namizədlər DİM-in rəsmi internet səhifəsində yerləşdirilmiş linklərdə qeydiyyatdan keçə bilərlər. Mühasibat uçotu üzrə (I mərhələ) imtahan vermək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər: 1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; 2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; 3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS. Qanunvericilik üzrə (II mərhələ) imtahan vermək istəyən namizədlər isə aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər: 1.Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; 2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS. Hər mərhələ üzrə imtahanda iştirak haqqı 50 manatdır. İmtahanın hər mərhələsinin davametmə müddəti 3 saatdır. Namizədlərin bilik və bacarılarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunacaq. İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. Birinci mərhələ üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İkinci mərhələ üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir. “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən: 2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir: 2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına; 2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına; 2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatının sertifikatına; 2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına; 2.8.5. Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”. 2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA- Chartered Institute Of Public Finance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir. Bu sertifikatlara malik olan namizədlər imtahanın 2-ci mərhələsi üzrə qeydiyyatdan keçməlidirlər. Onlar öz sertifikatlarının notarial qaydada təsdiq edilmiş surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Həmin sertifikatların həqiqiliyi DİM tərəfindən yoxlanılaraq namizədə məlumat veriləcək. Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər: 2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti. PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib. Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı 5 illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək. İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər. Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.
“Əks göstəriş sertifikat”ını belə əldə edə bilərsiz
Səhiyyə Nazirliyi “Əks göstəriş sertifikat”ına müsbət cavab alan vətəndaşların sertifikatı necə əldə etməsi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Əks göstəriş sertifikatı” ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefonununa elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.
Qeyd edək ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılıb. “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı verilir.
Sosial Baxılıb: 1109 Tarix: 02 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
“Veteranlar Birliyi” 100-150 manata “Qarabağ əlili” adını satır – Qazidən ŞOK İDDİA
Azərbaycanda “Qarabağ əlili” adının və medalların 100-150 manata satılması ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, -a müraciət edən Şəkərov Qabil Paşa oğlu bildirib ki, o,1996-cı ilin yayında Tərtər-Goranboy istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində ayağından yaralanıb:
2 sentyabr 2021
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərin NƏZƏRİNƏ: Əlavə imtahan keçiriləcək
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarınd
2 sentyabr 2021
Tanınmış aparıcıya VƏZİFƏ VERİLDİ
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına yeni mətbuat katibi təyin edilib. xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyi
2 sentyabr 2021
Ana körpəsi ilə birgə intihar etdi, ya öldürüldü?
Ötən gün Bakıda övladı ilə birgə özünü binadan atdığı deyilən qadının anası onun bunu intihar məqsədilə etmədiyini iddia edir. Mehriban Süleymanova “Qafqazinfo”ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək, damdan atıldığın
2 sentyabr 2021
Yeni məhdudiyyətlər restoran və kafelərin fəaliyyətinə necə təsir edəcək? – AÇIQLAMA
Sentyabrın 1-dən koronavirusla bağlı qüvvəyə minən qadağalar ictimai iaşə obyektlərindən, o cümlədən kafe, restoran və digərlərinin xidmətlərindən istifadəni müvəqqəti azaldacaq. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. V.Bayramov bildirib ki, Operativ Qərargahın avqustun 31-nə olan məlumatın
2 sentyabr 2021
“Rövşən Əkbərov məhkəmədə təhqiramiz ifadələr işlədir”
Vəkil Elçin Sadıqov Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. “qafqazinfo”ya istinadən xəbər verir ki, müraciət hazırda həbsdə olan və iş adamı Elçin Əliyevi öldürməkdə ittiham edilən general-polkovnik Rövşən Əkbərovun məhkəmə proses
2 sentyabr 2021
Azərbaycanda tanınmış müəllim koronavirusdan vəfat edib – FOTO
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Neft-qaz geologiyası kafedrasının dosenti Nəriman Nərimanov dünyasını dəyişib. “report”a istinadən xəbər verir ki, o, 82 yaşında koronavirusdan vəfat edib. Nəriman Nərimanov neft-qaz yığımlarının axtarışı, struktur-tektonik quruluşu, geodinami
2 sentyabr 2021
Birinci doza peyvənd olunanların qapalı məkanlara daxil olmasının qaydası AÇIQLANDI
Oktyabrın 1-dək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarə
2 sentyabr 2021
Aytən Səfərova ATV-dən getdi
Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb. Bu haqda o, Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, bir neçə kanaldan təklif alıb:. “6 il bu kanalda çalışmışam: həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımd
Doğum payı sertifikatı
İki uşağın xoşbəxt anaları, dövlət yardımına tam olaraq haqq qazandırırlar, ana sermayə deyilən anaya. Bu, birdəfəlik 453.000 rubl pul məbləğinə bərabər olan bir dəfə ödəniş deyil, lakin bu, bütün ailənin ehtiyaclarına xərclənə bilər. Rusiyada bu cür yardım artıq bir çox analar tərəfindən istifadə edilmişdi, ancaq ikinci bir uşağın doğumunu planlayanlar üçün hansı növ subsidiya və onu necə əldə etmək barədə ətraflı məlumat verəcəyik .
Analıq kapitalının sertifikatı nədir və nereye verilir?
Ailə kapitalı, pul qazanmağı nəzərdə tutan xüsusi bir yardım növüdür. Valyuta əvəzinə, valideynlər xüsusi bir sertifikat alırlar – dövlət tərəfindən ayrılan məbləği məhv etmək hüququnu verən iki tərəfli sənəd. Dəstəyi bir dəfə əldə edə bilərsiniz və ananın təyin olunan vasitələrdən istifadə etməsi lazım olduğuna qərar vermək hüququ vardır: 2-ci uşaq doğulduqdan sonra və ya planlaşdırılırsa, sonrakılardan biri. Ancaq əsas qayda olaraq ana kapital üçün şəhadətnamənin alınması ilə valideynlər gecikməzlər, əksinə, qırışların doğulduqdan sonra demək olar ki, dərhal qrant almağa çalışırlar. Bunu etmək üçün onlar Pensiya Fondunun ən yaxın filialına müraciət edirlər, xüsusi ərizə doldururlar və belə sənədləri təqdim edirlər:
- Ərizə təqdim edən valideyn pasportu.
- Uşaqların doğum sənədləri.
- Uşaqların sığorta pensiya sertifikatları və ərizəçi.
Sənədlərin siyahısı əlavə edilə bilər: hər şey hamiləlik kapitalına və hansı səbəblərə görə sertifikat almaq hüququ olan şəxsdən asılıdır. Beləliklə, qanunda övladlığa götürən valideynlər və atalar ananın ölmüş və ya bir uşağa haqqından məhrum olduğu hallarda dövlətdən xoş bir mükafat almaq üçün müraciət edə biləcəyini nəzərdə tutur. Buna görə ərizə təqdim edərkən əlavə dəstək sənədləri (ölüm şəhadətnaməsi, qeydiyyatdan keçmə və qəbul sənədləri) tələb olunur.
Annelik sermayesi üçün nə vaxt sertifikat əldə edə bilərəm?
Bu məsələdə dövlət sadiqdir – körpə doğulduqdan sonra istənilən vaxt valideynlər subsidiyalaşdırma hüququnu elan etmək hüququna malikdirlər. Bununla birlikdə, pulların istifadəsinə yalnız qırğının üçüncü doğum gününü qeyd etdikdən sonra icazə verilir. Yalnız istisna ailənin mənzil üçün ipoteka kreditini ödəməsi lazımdır. Sənədlərin təqdim edilməsi və ərizə verildikdən sonra, Pensiya Fonduna 5 gün müddətində ərizəçiyə bildirildiyi müvafiq qərarı qəbul etmək üçün bir aylıq müddət verilir.
Comments are closed, but trackbacks and pingbacks are open.