Bgf imtahan kursunu necə ödəyə bilərəm
Daha sonra “Əlavə etmək” düyməsini basarkən ərizəçi uşağın sistemdə qeydiyyatı prosesinə başlaya bilər.
Bgf imtahan kursunu necə ödəyə bilərəm
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 6-7 iyulda keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə https://eservices.dim.gov.az/2022/netbak/ linkində tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29 398 abituriyentdən (II qrup üzrə 12778 nəfər, III qrup üzrə 16620 nəfər) 509 nəfəri (II qrup üzrə 301 nəfər, III qrup üzrə 208 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) Ağsu rayon Musabəyli kənd orta məktəbinin məzunu göstərib. II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4 baldır.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni (388.2 bal) Ağdam rayon 89 saylı orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Şamaxı şəhər 1 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.8 bal, birinci mərhələsində isə 279.8 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 666.6 baldır.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 iyul 2022-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 23 iyul saat 10:00-dan 25 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Bgf imtahan kursunu necə ödəyə bilərəm
Daha sonra qeyd olunan telefon nömrəsinə verifikasiya kodu göndərilir və həmin kod müvafiq xanaya daxil edilməlidir.
Verifikasiya kodu təsdiq edildikdə aşağıdaki məlumatlar daxil edilməlidir:
- FİN kod (Şəxsiyyət vəsiqəsinin aşağı hissəsində axırıncı rəqəmi nəzərə almamaq şərti ilə son 7 simvol (rəqəm və hərf kombinasiyası)
- Doğum tarixi
Göstərilən məlumatlar qeydiyyat keçən şəxs tərəfdən təsdiq olunduğu halda, qeydiyyat tamamlanır
“Sistemə Giriş” platformada qeydiyyatdan keçəndən sonra şəxsi kabinetə daxil olmaq imkanını yaradır.Sistemdə uşağı qeydiyyatdan keçirmək üçün ərizəçi “Şəxsi Kabinet”ə daxil olmalıdır.
Platformanın ana səhifəsinə daxil olub “Sistemə giriş” düyməsinə basarkən sistemə daxil olmaq üçün müvafiq səhifəyə keçirsiniz.
Qeyd edilən səhifədə aşağıdaki məlumatları daxil etməklə şəxsi kabinetinizə keçə bilərsiniz:
Daha sonra “Əlavə etmək” düyməsini basarkən ərizəçi uşağın sistemdə qeydiyyatı prosesinə başlaya bilər.
Şəxsi kabinetdə aşağıdaki bölmələr mövcuddur:
1.Şəxsi məlumat
Uşağın platformada qeydiyyatdan keçməsi üçün aşağıdaki məlumatları daxil edilməsi zəruridir:
2.İmtiyazlı qruplar
Uşağın imtiyazlı qrupa aid olduğunu, uşağı qeydiyyatdan keçirən zaman və ya qeydiyyatdan keçirəndən sonra qeyd edə bilərsiniz:
Aşağıda sadalanan ailələrin uşaqları, imtazları təsdiq olunduğu halda, bağçalara ilk növbədə qəbul olunur:
- Şəhid ailələrin uşaqları
- Qarabaq müharibəsi iştirakçılarının uşaqları
- Qarabaq müharibəsi iştirakı ilə bağlı əlaqədar əlilliyi olan şəxslərin uşaqları
- Tək işləyən valideynlərin uşaqları
- 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin uşaqları
- Hərbi xidmətdə olan şəxslərin uşaqları
- Təhsil alan anaların uşaqları
- Çoxuşaqlı ailələrin uşaqları
- Qəyyumluqda olan uşaqlar
Uşağın imtiyazını sübut edən sənədləri şəxsi kabinetə müvafiq sənədlərin skan versiyalarını (.pdf format) və ya çəkilmiş şəkillərini (.jpg və ya .png formatlar) yükləyə bilərsiniz.
3.Mənim sorğularım
Şəxsi kabinetdə “Sorğu göndərmək” düyməsini basaraq bağçalara sorğunun göndərilməsi prosesinə başlamaq mümkündür.
Bir neçə bağçaya sorğunun göndərilməsi funksiyasını aktivləşdirmək üçün seçilmiş rayonlar üzrə bağçaların siyahısı səhifəsində “Bir neçəsini seçmək” düyməsini basaraq aktivləşdirə bilərsiniz. Valideynlərin Bakı şəhərinin və ətrafında olan bütün rayonlarının bağçalarına sorğu göndərmək imkanı var
Bildirək ki ,” sorğunuzu təsdiqləmək” səhifəsində birlikdə eyni bağçaya qəbul olunmalı uşaqları seçərək və “Sorğuda qeyd olunan uşaqlar mütləq şəkildə birlikdə bağçaya qəbul olunsun. Onlardan biri imtina olunarsa sorğu ləğv olunsun” xanasını işarələyərək bir neçə uşağı birlikdə bir bağçaya qəbul olunması imkanından yararlana bilərsiniz.
Bütün xanalar doldurulduqdan sonra qeydiyyatdan keçirilən uşağın müvafiq məlumatları göstərilir. Göstərilən məlumatları valideyn təsdiq etdiyi halda, uşağın qeydiyyatı başa çatmış hesab edilir.
Son olaraq qeyd edək ki, Bağçaya elektron qəbul sistemi 02 avqust 2021- ci il saat 9:00-dan etibarən aktivdir.
Məmmədova Gülcahan
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır.
25 Fevral , 2022 14:07
https://static.report.az/photo/d8cece4b-b068-31ed-bc5a-4e02a4ad9d1b.jpg
Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb: “Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.