Telefonun imeisini qeydiyaytdan keçirdim ama açılmadı
Azərbaycan Respublikasında mobil telefonların IMEI kodlarının qeydiyyatı ödənişsizdir və bununla bağlı heç bir dövlət rüsumu tələb olunmur. Z.Qasımov qeyd edib ki, fiziki şəxslər tərəfindən mobil cihazların idxalı Azərbaycan Respublikasının mövcud Gömrük qanunvericiliyinə əsasən tənzimlənir və ehtiyac olduğu halda müvafiq gömrük bəyannaməsi əsasında qeydiyyat həyata keçirilir. Şəxsi istifadə üçün idxal olunan mobil cihaz kommersiya məqsədi daşıya bilməz. Ona görə də rüsum tələb olunmur.
Mobil telefonu qeydiyyatdan keçirmək nə üçün lazımdır?
Azərbaycanda mobil telefonların IMEI kodlarının qeydiyyatının aparılması prosesinə yeni başlandığından cəmiyyətdə bu istiqamətdə məlumat azlığı hiss olunur. Bir çox insanlar mobil telefonları qeydiyyatdan keçirmək üçün hara müraciət etməli olduqlarını, bunun üçün dövlət rüsumunun olub-olmadığını, ikikartlı telefonların IMEI kodlarının necə qeydiyyata alınması və təzə telefonların alıcı, yoxsa satıcı tərəfindən qeydiyyatdan keçirilməli olduğu kimi müraciət edirlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bütün bu suallara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Tənzimləmə şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov məlumat verib. O bildirib ki, mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə edilməsinə şərait yaradır. Bu qaydanın digər ölkələr üzrə tətbiqindən sonra mobil cihaz oğurluğunun sayı xeyli azalıb. Belə hadisələri önləmək və oğurlanan cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sisteminin yaradılması olduqca vacibdir.
Mobil cihazların qeydiyyat sistemi nədir?
Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sistemdə 3 kateqoriya üzrə təsnifat aparılır. Bunlar ağ səhifə, qara səhifə, boz səhifə və uyğunlaşdırılmış ağ səhifədir.
Ağ səhifə – istifadəsinə icazə verilən mobil cihazların IMEI nömrələri; Qara səhifə – istifadəsinə icazə verilməyən mobil cihazların IMEI nömrələri;
Boz səhifə – keçici bir səhifədir və ağ yaxud qara səhifədə olmayan mobil cihazların IMEI nömrələrindən ibarətdir. Bu səhifədə olan İMEİ nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir.
IMEI kodları necə öyrənməli və harda qeydiyyatdan keçirə bilərik?
Z.Qasımovun sözlərinə görə, hər bir şəxs istifadəsində olan mobil telefonun IMEI kodunu çox asanlıqla öyrənə bilər. Bunun üçün hər hansı mobil telefondan *#06# yığmaqla IMEI nömrəsini müəyyən etmək olar. Müsahibimiz bildirir ki, mobil telefonları ölkənin hər yerində qeydiyyatdan keçirmək mümkündür. Bunun üçün hər hansı bir rayondan paytaxta gəlməyə ehtiyac yoxdur. Yəni harda mobil telefon operatorlarının müştəri xidmətləri varsa, orada asanlıqla qeydiyyatdan keçirmək olar:
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə ( http://www.azercell.com/az/contacts/office/ , http://www.bakcell.com/az/contact-us/customer-care-offices , http://www.narmobile.az/aboutus/narcenters/ ) müraciət edilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) və ehtiyac olduğu halda gömrük bəyannaməsini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və IMEI nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın IMEI nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun IMEI nömrəsi qara səhifəyə daxil ediləcəkdir”.
Qeyd edək ki, abunəçilərə rahatlıq yaradılması məqsədi ilə www.imei.az internet səhifəsi yaradılıb ki, hər bir kəs ondan istifadə edərək mobil cihazların IMEI nömrələri barədə məlumatları əldə edə bilər.
Mobil cihazların qeydiyyatı zamanı rüsum tələb olunmur
Azərbaycan Respublikasında mobil telefonların IMEI kodlarının qeydiyyatı ödənişsizdir və bununla bağlı heç bir dövlət rüsumu tələb olunmur. Z.Qasımov qeyd edib ki, fiziki şəxslər tərəfindən mobil cihazların idxalı Azərbaycan Respublikasının mövcud Gömrük qanunvericiliyinə əsasən tənzimlənir və ehtiyac olduğu halda müvafiq gömrük bəyannaməsi əsasında qeydiyyat həyata keçirilir. Şəxsi istifadə üçün idxal olunan mobil cihaz kommersiya məqsədi daşıya bilməz. Ona görə də rüsum tələb olunmur.
Mobil cihaz itirildiyi və ya oğurlandığı halda onun istismarının dayandırılması üçün nə etmək lazımdır?
İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər. Z.Qasımov qeyd edir ki, şəxsiyyət vəsiqəsini və telefonun itirilmiş və ya oğurlanmış olması ilə bağlı hər hansı bir polis şöbəsindən alınmış arayışı təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın IMEI nömrəsi qara səhifəyə daxil edilir.
Qara səhifəyə daxil edilmiş IMEI nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin IMEI nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər. Məhkəmə qərarı ilə qara səhifəyə daxil edilən mobil cihazın IMEI nömrəsi yalnız məhkəmənin qərarı ilə qara səhifədən çıxarılaraq, ağ səhifəyə daxil edilə bilər.
Z.Qasımov qeyd edir ki, cihaz itirilibsə, onun tapılması üçün ilkin olaraq hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Qeydiyyat sistemi yalnız mobil cihazlara şəbəkədən xidmət göstərilməsinin məhdudlaşdırılması və ya şəbəkədən xidmət alması ilə bağlı funksiyaları həyata keçirir.
Hansı mobil telefonlar qeydiyyata alınmır?
Ölkəyə gətirilən mobil cihazın IMEI nömrəsi standartlara uyğun deyilsə, həmin cihaz qeydiyyata alınmayacaqdır. Z.Qasımov Azərbaycana qısamüddətli səfərdə olan xarici ölkələrin vətəndaşları yerli mobil operatorların SİM kartlarından istifadə edərsə, həmin cihazın qeydiyyatı necə aparılır?” sualına da cavab verib.
O bildirib ki, hər bir mobil cihazın IMEI nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun IMEI nömrəsi qara səhifəyə daxil ediləcəkdir.
Qeydiyyatla bağlı tələb olunan sənədlərlə birgə (o cümlədən, xarici ölkənin vətəndaşı olduqda pasportunun əslini) mobil operatorların müştəri xidmətlərinə və ya qeydiyyat mərkəzinə müraciət edilməlidir”.
İkikartlı mobil telefonların qeydiyyatı
İkikartlı mobil telefonların iki IMEI kodu olur. Buna görə də onların hər biri qeydiyyatdan keçməlidir. Z.Qasımov bildirir ki, mağazalardan yeni alınan ikikartlı mobil telefonların IMEI kodlarının biri qeydiyyatdan keçib, digəri isə keçirilməyibsə, bu zaman istifadəçi həmin dükana müraciət etməlidir.
Çünki mağaza satdığı mobil cihazları qeydiyyatdan keçirməlidir. Lakin bununla belə, alıcı özü də qeydiyyatdan keçirə bilər. Bu da tamamilə ödənişsizdir və heç bir rüsum öldənilməməlidir.
Telefonun imeisini qeydiyaytdan keçirdim ama açılmadı
Salam xaricden telefon aldım iki nömrə işlədirdirm daha sonra nömrələrin birini çıxardım bir nömrə işlətdiyim üçün imei kodlardan birini qeydiyyatdan keçirdip bir nömrəni işlətdim.İkinci imei bağıanmışdı 2 gün əvvəl ayın 3 onuda qeydiyyatdan keçirib ikinici sim kartımı taxdım ama nömrə telefonda görünmür.157 lə əlaqə saxladım imei nömrəsinin qeydiyyatdan keçdiyini bir problem olmadığını dedilər və operatorla danışmağımı məsləhət gördülər operatorda nömrəni başqa telefonda yoxlamağımı istəd elə öz telefonumun birinci nömrə taxılan yerində yoxlamışdım nömrə işləyir nömrədə bir problem olmadığını dedilər indi qalmışam belə kimə müraciət edim ? Telefona nömrəni taxıram ama nömrəni götürmür elə bil nömrə taxılmayıb heç bir şey yoxdur ama imei qeydiyyatdan keçib.
Sualı verdi: rustemrustemov ( 05/02/2018 )
Kateqoriya: Sual . #imei #qeydiyyat #nar. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
Bloklanmis imei ler qeydiyyat dan keçdikdən 24-48 saat ərzində açılır. İki nömrəli telefonlarin bəzən yalnız birini qeydiyyat götürür
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Telefon nömrəmi necə qeydiyyatdan keçirə bilərəm?
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət Mobil telefonların qeydiyyat qiyməti dəyişdi – Qərar
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Avqust 02, 2018 – 16:25
!Reklam – Yazi
Baş nazir Novruz Məmmədov “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.
Yenicag.az-ın xəbərinə görə, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib. Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək. Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur.
Digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək. Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.