Press "Enter" to skip to content

Saytıma qısa müddətdə və pulsuz müştəri necə cəlb edə bilərəm

Onun sözlərinə görə, yeni qərar abituriyentlərdə çətinliklər yarada bilər:

1-ci qrup ixtisaslarında BU FƏNN çıxarılacaq – Abituriyentlər hansı seçimi edə biləcəklər?

“İlk növbədə qeyd edim ki, 2022-ci ildə keçiriləcək I qrup qəbul imtahanlarında informatika fənni olmayacaq. Bu dəyişiklik 2023-2024-cü tədris ilindən tətbiq olunacaq. Dəyişikliyə görə, I ixtisas qrupunda İKT ixtisaslarına hazırlaşanlar artıq kimya fənnindən deyil, informatikadan imtahan verməli olacaqlar. Amma abituriyent hər iki alt qrupu seçərsə, həm kimya, həm də informatikadan imtahan verib bütün I qrup ixtisaslarını seçə bilər”.

Təhsil ekpserti Kamran Əsədov bu sözləri Nazirlər Kabinetinin 1-ci qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına etdiyi dəyişikliyə əsasən bildirib.

Onun sözlərinə görə, yeni qərar abituriyentlərdə çətinliklər yarada bilər:

“Qəbul sisteminə dəyişikliklər və bu sahəyə aid islahatlar tədris ili başlayandan sonra edilməli deyil. Çünki artıq oktyabr ayı başa çatıb, abituriyentlər növbəti il üçün hazırlıqlara başlayıblar. Etiraf edək ki, bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri orta məktəb nəticələri deyil. Məlumdur ki, 1-ci ixtisas qrupu üzrə abituriyentlər fənlərin çətinliyinə görə, 7-8-ci siniflərdən kimya üzrə hazırlaşmağa başlayırlar. Həmçinin Dövlət İmtahan Mərkəzinin hələ ki, informatika fənninə aid test bazası yoxdur. Bu qərar əvvəlcədən Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlərin arzularının üstündən xətt çəkə bilər”.

Təhsil eksperti həmçinin Təhsil Nazirliyinin orta məktəblərdə informatika fənninin tədrisi ilə bağlı müəyyən addımlar atmalı olduğunu dilə gətirib:

“Nəzərə almaq lazımdır ki, informatika fənnindən hazırda ölkədə ən ciddi müəllim çatışmazlığı var. İkincisi, informatika fənni qəbul imtahanında istifadə edilə biləcək qədər keyfiyyətli tədris edilmir. Üçüncüsü, bunun yoxlanılması üçün nümunəvi test tapşırıqları yoxdur. Yəni biz birdən-birə nümunə testini hazırlayıb, vəziyyətdən çıxa bilmərik.

Biz bu dəyişikliyə yaxın iki ildə keçməməliyik. İnformatika fənninin hazırda imtahana əlavə edilib tətbiqinə başlanılması yeniliyə uyğun olmayacaq. Bunu düzgün qiymətləndirmirəm”.

Qeyd edək ki, Nazirlər Kabinetinin I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarına bölünməsi qərarı 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Saytıma qısa müddətdə və pulsuz müştəri necə cəlb edə bilərəm?

Mən saytımı reklam eləmək istəyirəm. Kim bilər pulsuz və tez bir vaxtda maksimum səviyyədə necə reklam edə bilərəm?

Sualı verdi: ramiljafarzada ( 14/02/2015 )
Kateqoriya: Sual . pulsuz reklam. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Salam mən əvvəl pulsuz sistemdə bir sayt açmışdım fikirləşdim ki necə edim ki adam yığım götürdüm game maker proqramında yalnız 2 səhifəlik bir oyun hazırladım oyun deyəndə 1-ci səhifədə adi oyunlardaki kimi başla, davam et və s. Menyular və şəkillər istifadəçi başlanı basanda ikinci səhifəyə keçirdi və saytım haqqında məlumat gəlirdi oyunu məşhur olan bir neçə sayta xəbər kimi əlavə etdim sayt adminləri şübhələnmədi bundan bu yolnan sayta az da olsa girənlər, qeydiyyatdan keçənlər oldu(bir neçə nəfər), necə deyərlər, “Donuzdan bir tük də qənimətdir”, yəni heç olmuyan yerdə onların girməyidə böyük şeydir siz də belə bir şey edə bilərsiniz bir neçə nəfər də olsa girər saytınıza, facebook qruplarında reklam edə bilərsiniz və s. amma yaxşı reklam etmək üçün pul lazımdır

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Sizin yazdığınız yöntəm fırıldaqçılıq yöntəmlərindən biridir. Spam ilə eynidir. Spam bir neçə günlük və ya həftəlik sayt qurduqda qısa vaxtda zorla insanlara lazımsız bir şeyi göstərib sonra durmaq üçün bir seçimdir. Uzun müddətli saytların səyyah (brauzer) fishing siyahısına düşməsinə və bütün müasir səyyahlarda insanların sizin sayta girməsinin qarşısını ala bilər. Bundan əlavə sayta və saytın qurucularına uzun müddət çox pis baxılmağa səbəb olur.
Pulsuz reklam olmur. Belə bir şey mümkün deyil (tanışlıq məsələləri xaric). Reklam zamanı biriləri (google, facebook və s.) səni tanıdır, sən də qarşılığında nəsə verirsən (nümunədəki saytlarda pul, amma fərqli şeylərin qarşılıqda verildiyi reklam zarılaşmaları da olub).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Axtarış sistemlərinə “siteni ekle” və “submit your site” yaz. Çıxan nəticələrin içərisində bu cür xidmət verən saytlara (xüsusiylə google, yandex, yahoo, bing kimi tanınmış sistemlərə) daxil olun və saytınız haqqında məlumatı daxil edin. Mənim Bedava-sitem.com -da bir saytım var. Bu üsulla gündəlik 10000-dən çox ziyarətçisi olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

İnsanların sevgisini necə cəlb edə bilərik?

Bu qədər qabiliyyət və bacarıqlarına baxmayaraq, insan yenə də ehtiyac sahibidir. Onun müxtəlif ehtiyacları vardır. Ehtiyaclar insanı dənizin dalğası kimi həyatın bu tərəfindən o biri tərəfinə çırpar.

İnsanın ehtiyacları ilə bağlı psixoloqların nəzəri müxtəlifdir. Ancaq Qurani-Məcid bu haqda ən gözəl nəzəriyyələri söyləyir. Necə ki, bir buğdanın və ya başqa bir toxumun cücərməsi üçün torpağa, Günəşə, suya, küləyə ehtiyac vardır, insan da əgər ruhi ehtiyaclarını təmin edə bilsə, buğda toxumuna bənzəyər ki, gözəl cücərər və inkişaf edər. Əgər yaxşı şəraitdə böyüməzsə, kamala çatmaz və meyvəsi də kal və naqis olar. Nəhayətdə səmərə verməz. İnsan da o cürdür, əgər ruhi ehtiyaclarını ödəməsə, özü narahat və pərişan olduğu kimi, başqalarına da əziyyət verər. İnsanın ruh ehtiyacını təmin edə biləcək tək varlıq – Allahdır. “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)”. (“Fatir” 15).

İnsanın ən mühüm ruhi ehtiyacı – sevgi və məhəbbətdir. Bu ehtiyac müəyyən yaşlarda ata-ana, bacı-qardaş, qohumlar və həyat yoldaşı tərəfindən təmin edilər. Ona görə də Allah Təala sevgi ehtyacının məhz ailə mühitində təmin ola biləcəyini vurğulamış və buyurmuşdur: “Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Sevgi ehtiyacı – fitri bir ehtiyacdır ki, bütün insanlarda vardır. Məhəbbət ruhun sağlam olmasına və özünə etimadın artmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “Ailə mühitini məhəbbətin verilib-alınan yeri qərar verin”.

O kəs ki, ailə mühitində böyüyər, sevginin şirin şərbətini içər və sirab olar. Daha çox təhlükəsizlik hiss edər. Ruhu şad və səfalı olar. Bu cür insanlar adətən mötədil olarlar. Məhrumluq hiss etməzlər. Xoşbin, xoş əxlaqlı və xoş ürəklidirlər. İnsanları sevir və xeyirxahdırlar.

İctimai mühitdə isə yaxşı rabitə qurur və özlərinə etimadı vardır. Sevgini başqalarına da hədiyyə edə bilirlər.

Qurani-Kərim buyurur ki, əgər istəyirsən ki, səni sevsinlər, sən də sev. Biz gərək ancaq özümüz üçün yaşamayaq. Sevmək – ibadətdir. Belə ki, İmam Əli (ə) buyurur: “Min nəfər dost azdır, bir düşmən çox”.

Məhəbbəti cəlb etmək üçün mühüm formul budur: biz gərək sevək ki, bizi də sevsinlər. Əgər bizi sevməsələr, deməli sevgimiz kifayət qədər olmamışdır. Başqalarını sevmək İlahi hədiyyə və əmanətdir ki, kinlə dolu ürəklərə yol tapmaz. Həmçinin xudbin ürəklərin İlahi tutumu yoxdur.

Quranın bizə verdiyi ən mühüm göstəriş – iman və saleh əməldir. Bu iki əməl başqalarının sevgisini bizə qazandırar. Çünki insanlar fitri olaraq yaxşılıqlara tərəf meyl edərlər. Hətta əgər sizi tanımasalar belə, Allah sizin sevginizi onların ürəklərinə salar. Onların məhbubu edər. Belə ki, Quran buyurur: “Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”. (“Məryəm” 96).

Bəli, sevgi – sınmış ürəklər üçün ən təsirli dərmandır. Sevgi dolu olan bir söz qış fəslini yaza çevirə bilər. Acıları şirin edər, ümidsizliyə ümid qatar. Qəmi şadlığa çevirər. Sevgi dolu rəftar ən pis vəziyyəti belə dəyişdirməyə qadirdir. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).

Qurani-Kərim buyurur ki, əgər düşmənlə məhəbbətlə rəftar etsən, onu dosta çevirə bilərsən. Allah Təala bizləri bu tövsiyələrə əməl edənlərdən qərar versin.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.