Press "Enter" to skip to content

Alver zamanı silahın qiymətini görməyə sizi necə inandırım?

Metronun depo yollarında dəmir-beton şpallar tətbiq edilib – FOTO

Alver zamanı silahın qiymətini görməyə sizi necə inandırım?

Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi ilə bağlı konfrans keçirilib

24 may 2023

Nazir müavini: Dünyada baş verən inflyasiya ölkəmizdən də yan keçməyib

24 may 2023

Ötən il idxalın artması büdcəyə gömrük daxilolmalarını 1 mlrd. manatdan çox artırıb

24 may 2023

Aksizlər üzrə büdcə daxilolmaları proqnozdan 3%-ə yaxın az icra edilib

24 may 2023

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnoza qarşı 3.6% az icra olunub

24 may 2023

SOCAR-ın büdcəyə ödədiyi verginin həcmi açıqlanıb

24 may 2023

Dövlət rüsumu üzrə büdcə daxilolmaları proqnoza qarşı 14% az icra olunub

24 may 2023

Patruşev: Qərb əsas norma və dəyərləri məhv etməyə başlayıb

24 may 2023

Sumqayıtda xəstəxanadan oğurluq edilib

24 may 2023

Fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmaları proqnoza qarşı az icra olunub

24 may 2023

Büdcə gəlirlərinin qeyri-neft sektoru üzrə daxilolmaları 20%-ə yaxın artıb

24 may 2023

Ərzaq təhlükəsizliyi xərcləri 18 faiz artıb

24 may 2023

2022-ci ildə dövlət büdcəsinin kəsiri proqnozlaşdırılandan 55,4 faiz az olub

24 may 2023

Putin Qərbi enerji və ərzaq böhranını təhrik etməkdə ittiham edib

24 may 2023

Ötən il beynəlxalq və ölkə səviyyəli tədbirlərə xərclənən vəsait açıqlanıb

24 may 2023

Azərbaycan xarici yardımlara 11 milyon manat yönəldib

24 may 2023

Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri proqnozlaşdırılandan 14,3 milyon manat az olub

24 may 2023

Diplomatik nümayəndəlik və konsulluqların sayı və xərcləri məlum olub

24 may 2023

Azərbaycanda sosialyönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 1,6 dəfə artıb

24 may 2023

Bakıda bir sıra binalarının sakinlərinin köçürülməsi üçün 16 mln. manat birdəfəlik maddi yardım verilib

24 may 2023

Azərbaycanda dərman alınmasına sərf edilən vəsaitin həcmi məlum olub

24 may 2023

Naxçıvan MR-na dotasiya 32,6 milyon manat azalıb

24 may 2023

İcmal büdcənin gəlir və xərclərinin əsas istiqamətləri üzrə icrası açıqlanıb

24 may 2023

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5,1% çox olub

24 may 2023

Son 5 ildə müdafiə, milli təhlükəsizlik, məhkəmə və hüquq-mühafizə üzrə xərclər 3 milyard manatdan çox artıb

24 may 2023

Biləsuvar sakini qohumunu güllələyib – YENİLƏNİB

24 may 2023

Azərbaycanın ötən il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb

24 may 2023

Laçında fərdi yaşayış evlərinin və modul tipli məktəblərin tikintisinə xərclənən vəsait açıqlanıb

24 may 2023

Azad olunmuş ərazilərin minalardan təmizlənməsinə ötən il 99,9 milyon manat xərclənib

24 may 2023

Keçən il azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri 6 milyard manata çatıb

24 may 2023

Azad olunmuş ərazilərin yenidən qurulması üçün ayrılmış vəsaitin necə xərcləndiyi açıqlanıb

24 may 2023

Azad olunmuş ərazilərdə yaşayış komplekslərinin tikintisinə nə qədər vəsait xərcləndiyi məlum olub

24 may 2023

Baş nazir: Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

24 may 2023

MN: Mayda 830 km yol qardan təmizlənib – FOTO

24 may 2023

Kiyev Belarusda ukraynalı uşaqların saxlanılması faktı ilə bağlı cinayət işi açıb

24 may 2023

Azad edilmiş ərazilərdə MN tərəfindən 30420 ha ərazi minadan təmizlənib – VİDEO

24 may 2023

Hövsanda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb – VİDEO

24 may 2023

Yaponiya Ukraynaya indiyə qədər 7,6 milyard dollarlıq yardım edib

24 may 2023

Azərkosmos Norveçdə keçirilən “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir – FOTO

24 may 2023

Məişət zorakılığından zərər çəkmiş 160-a yaxın şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

24 may 2023

“Bakı Metropoliteni”nin daha üç təmir-baxış sahəsi yenidən qurulub

24 may 2023

Dövlət Agentliyi: Bəzi şirkətlər bənnadan tutmuş qaynaqçıya qədər heç bir sənəd tələb etmədən işə götürürlər – MÜSAHİBƏ

24 may 2023

Metronun depo yollarında dəmir-beton şpallar tətbiq edilib – FOTO

24 may 2023

Bakı sakinini şantaj edərək pul tələb edən şəxs tutulub

24 may 2023

I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən təhsil müəssisələrində boş qalan yerlərə qəbul aparılacaq

24 may 2023

Dövlət Agentliyində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib – FOTO

24 may 2023

Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq

24 may 2023

Azərbaycanın işgüzar turizm potensialı Almaniyada təbliğ olunur

24 may 2023

Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi istənilib

24 may 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2023 Bütün müəllif hüquqları qorunur.

Alver zamanı silahın qiymətini görməyə sizi necə inandırım?

İçimizdəki döyüşkənlik ruhu genetik olduğu üçün zaman-zaman həlqəsi qırılmadan növbəti nəslə ötürülüb. Yəqin buna görədir ki, digər millətlərdən fərqli olaraq, bizdə hər kişinin ən azı bir silahı olub – balaca vaxtı alınmış oyuncaq silah olsa belə.

Ölkəmizin uzun illərdir müharibə şəraitində yaşaması təbii olaraq əksər insanlarda silahın yalnız hərb və döyüşlə əlaqəli olması ilə bağlı fikir formalaşdırıb. Odur ki, silah dedikdə ilk olaraq, istər-istəməz gözümüzün qarşısına Vətən müharibəsindən kadrlar, qəhrəman əsgərlərimiz, döyüş səhnələri gəlir. Savaş filmlərini xatırladan o görüntülərdə istifadə olunan silahlar hərbi təyinatlı olduğuna görə hamımız üçün əlçatan deyil. Ancaq müəyyən istisnalar olmaqla hamımızın ala biləcəyimiz müxtəlif növ mülki və ov silahları da var ki, həmin silahlar xüsusi mağazalarda satılır. Maraqlıdır, bir vaxtlar ata-babalarımızın “yüz gün yaraq, bir gün gərək” deyə evində mütləq olmasını vacib bildiyi silahı haradan və hansı şərtlərlə ala bilərik? Mülki və ov silahlarının hansı növləri var, qiymətləri neçəyədir?

Bu və digər suallarımızı cavablandıran ekspert, “Ovçu klubu”nun yaradıcısı, peşəkar ovçu Səbuhi Rzayev “İki sahil”ə bildirdi ki, qanunvericiliyə görə, ölkəmizdə 18 yaşı tamam olmuş hər bir vətəndaş silah almaq hüququna malikdir. Lakin silahın növündən asılı olaraq bəzi tələblər çərçivəsində. Hətta satışı sərbəst olan silahlar da var: “Azərbaycanda ov və mülki silahların satışı, alışı, saxlanması və istifadəsi qaydaları “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənir. Əvvəlcə onu qeyd edim ki, silah satışını yalnız aidiyyəti orqanlardan xüsusi lisenziya almış mağazalar həyata keçirə bilər. Bu mağazalarda satılan bəzi mülki silah növlərini hər hansı sənədləşmə aparılmadan əldə etmək mümkündür. Əksərən ov üçün istifadə edilməyən, hava təzyiqi və yay vasitəsilə atəş edən, çox vaxt sadəcə “tir tüfəngi” adlandırdığımız bu silahlar odlu silah olmadığından satışı da sərbəstdir. Ölkəmizdə “tir tüfəngləri”nin qardaş Türkiyədə istehsal olunmuş 4.5 kalibrli modelləri daha çox populyardır və odlu silahlarla müqayisədə qiymətləri də ucuzdur – 120-130 manatdan başlayaraq 1200 manata kimi işlənmiş və ya təzə silah almaq mümkündür.”

“Tir tüfəngi”ndən fərqli olaraq odlu silahların satışı zamanı rəsmi sənədləşmə tələb olunur. Bu zaman silah sahibi olmaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin surətini, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin surətini, yaşayış yerindən arayış, tələb olunan sayda və ölçüdə şəkillə bərabər haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı əks göstərişin olmadığı haqqında müvafiq səhiyyə orqanının tibbi arayışlarını da təqdim etməlidir. S.Rzayevin sözlərinə görə, göstərilən sənədlərin təqdim edilməsindən sonra şəxsin bəzi məlumatları da yoxlanılır. Bir sıra hallarda mülki silahın əldə edilməsi qadağandır: “Şəxsin mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla ən çox yeddi ədəd odlu ov və ya idman silahı ola bilər, bundan artığına icazə verilmir. Bundan başqa, həmin şəxs ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunubsa, onun haqqında ov və balıq və digər su bioresurslarının ovu qaydalarının, həmçinin odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq edilibsə silah sahibi olmaq hüququ əldə edə bilməyəcək. Qadağalar siyahısına şəxsin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənən fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi olması da daxildir.”

Silah almaq və istifadə etmək üçün hər hansı qadağanız yoxdursa, növbəti mərhələdə mühüm məsələlərdən biri də seçimdir. Çünki mağazalarda satışda olan odlu silahlar lülələrinə və lülədaxili quruluşuna görə də müxtəlif cür olur və nə üçün istifadə etmək istədiyinizdən asılı olaraq mütəxəssislərlə məsləhətləşib qərar verməyiniz daha yaxşı olar. Ekspert bildirdi ki, silah almaq üçün müraciət edən insanlar əsasən hamarlüləli ov tüfənglərinə üstünlük verirlər: “Bu silahlar da özlüyündə tək və qoşalüləli olur. Təklüləli ov tüfəngləri 1, 4+1 olmaqla 5 və 5+1 olmaqla 6 güllə tutumludur, qoşalüləli ov tüfəngləri isə lülələri yan-yana (horizantal) və üst-üstə yerləşməklə iki cürdür. Hansı lüləli silahın ov üçün daha münasib olması isə daha çox zövq məsələsidir və bu məsələdə ovçuların fikirləri müxtəlifdir. Qeyd edim ki, bu dediklərim ümumi məlumatlardır. Çünki 3 lüləli, həm hamar, həm də yivli lüləsi olan silahlar da mövcuddur. Əsasən quş və kiçik heyvanların ovunda istifadə edilən hamarlüləli ov silahları həm də kalibrinə görə fərqlənir. Özü də kalibr artdıqca, lülə əksinə, daralır. Ovçuların ən çox üstünlük verdikləri 12 kalibrli silahlardır. Bu silahların gülləsi diametrinə görə 16, 20, 28 və s. silahların gülləsindən daha böyük olduğu üçün çox saçma tutumuna malikdir və yaxın mənzilli ovlarda hədəfi vurmaq ehtimalı daha çoxdur. Onu da bildirim ki, hamarlüləli ov tüfənglərinin güllələri də müxtəlif ölçülərdə olur və bu 0, 1, 2 və sair rəqəmlərlə nömrələnir.”

Ölkəmizdə satışda olan hamarlüləli ov silahlarının böyük əksəriyyəti Türkiyə və Rusiyadan idxal olunur. Xüsusilə son illər Türkiyədə tək hərbi deyil, həm də mülki silah sənayesinin sürətli inkişafı bu ölkəni silah bazarında ciddi rəqiblərdən birinə çevirib və qardaş ölkənin ov tüfəngləri bu gün Azərbaycanda ən çox satılan məhsullardır. Satışda İtaliya, İngiltərə, Avstriya və digər Avropa ölkələrinin istehsalı olan ov silahları da mövcuddur, ancaq təbii ki, digərləri ilə müqayisədə xeyli baha qiymətə.

S.Rzayev bildirdi ki, hamarlüləli tüfənglərin qiyməti 800 manatdan başlayır və bəzi markaların nümunələrində 5000 manata kimi yüksəlir. Sosial şəbəkələr, saytlar və digər vasitələrlə satışa çıxarılan işlənmiş silahlara gəlincə, ekspert belə silahları almaq istəyənlərə xüsusilə diqqətli olmağı, silahın aidiyyəti orqanlarda qeydiyyatda olub-olmadığını dəqiqləşdirməyi tövsiyə etdi: “Karabin tipli, yivli ov silahları daha uzaq məsafəli atışlar üçündür. Odur ki, bu tip silahlardan istifadə edənlər xüsusilə diqqətli olmalıdırlar.”

Səbuhi Rzayevin sözlərinə görə, yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun: “Yəni qanunvericilikdə də yivli silahlardan icazənin təcrübəli, silahla təhlükəsiz davranmağı bacaran ovçulara verilməsi nəzərdə tutulub. Belə silahlar əsasən “dağ ovlarında”, yəni iri heyvan ovlamaq üçün istifadə olunur. Həmin ovların aparıldığı yerlərin relyefi elədir ki, ova çox yaxınlaşmaq çox çətindir, ona görə də uzaq mənzilli silahdan istifadə etmək lazım gəlir. Ölkəmizdə satışda olan karabin tipli yivli silahların böyük əksəriyyəti Avropa istehsalıdır və qiyməti üzərində yerləşdirilmiş optik nişangahla birlikdə 5000 manatla 15000 manat arasında dəyişir. Qiymətin xeyli yüksək olmasına səbəb optik nişangahların bəzən az qala silahın özü qədər baha olması ilə bağlıdır.”

Satışda olan bir silah da xüsusi diqqətimizi çəkdi. S.Rzayev bildirdi ki, zahiri görünüşünə görə hərbi təyinatlı döyüş avtomatlarından demək olar ki fərqlənməyən bu silahlar əslində yivsiz ov silahlarıdır. Ancaq ov atışları üçün o qədər də effektli olmadığı üçün daha çox hərbi sahəyə həvəsli insanlar görünüşünə görə alırlar.

Sonda bir vacib məqamı da diqqətə şatdıraq ki, ov silahı əldə etmək hələ ov etməyə səlahiyyət vermir. Ovçuluqla məşğul olmaq üçün mütləq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ovçuluq bileti və mövsüm zamanı müəyyən quşların və heyvanların ovlanmasına xüsusi lisenziya alınmalıdır. Bir də unutmaq lazım deyil ki, növündən asılı olmayaraq bütün silahlar onunla diqqətli davranmağı “sevir”. Necə deyərlər, silahla zarafat olmaz!

Mahir Rəsuloğlu, “İki sahil”

Azərbaycan ərazisində tapılan kimyəvi silahlar belə məhv ediləcək – QƏRAR

Nazirlər Kabineti Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi qaydasını təsdiq edib.

Gununsesi.info xəbər verir ki, sözügedən sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”nda kimyəvi silahların məhv edilməsi zamanı riayət olunmalı tələblər, kimyəvi silahların məhv edilməsi qaydası, onların məhvedilməsi ilə bağlı məlumatın verilməsi və məhv edilməsinə nəzarətlə bağlı məsələlər tənzimlənir.

Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi qaydası

Bu Qayda “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Qanuna uyğun olaraq hazırlanıb və Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi qaydalarını müəyyən edir.

Bu Qaydanın məqsədləri kimyəvi silahın məhv edilməsinə dövlət nəzarətinin səmərəliliyinin artırılması, insanların sağlamlığının və ekoloji təhlükəsizliyin qorunmasıdır.

Kimyəvi silahın məhv edilməsi zamanı riayət olunmalı tələblər

Bu Qaydaya uyğun olaraq kimyəvi silah məhv edilərkən aşağıdakılara riayət edilməlidir:

Ətraf mühitin mühafizəsi təmin edilməli, kimyəvi silah məhv edilərkən məhv edilmə forması kimi suya salma, torpaqda basdırma və ya açıq yandırma üsullarından istifadəyə yol verilməməlidir;

Əhalinin sağlamlığı qorunmalı, kimyəvi silahın məhv edilməsində iştirak edən şəxslərin və məhv edilmə zonasının təsiri hüdudlarında olan digər şəxslərin təhlükəsizliyi təmin edilməli, məhv edilmədə iştirak edən şəxslərə zəruri qoruyucu vasitə və avadanlıqlar verilməli, həmin şəxslər təlimatlandırılmalıdırlar;

Kimyəvi silahın məhv edilməsi “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyaya uyğun olaraq xüsusi təchiz edilmiş, mühafizə olunan obyektlərdə həyata keçirilməlidir;

Kimyəvi silahın məhv edilməsində istifadə olunan texniki qurğular və avadanlıqlar “Texniki təhlükəsizlik haqqında” Qanunun tələblərinə uyğun olmalıdır;

Kimyəvi silah məhv edilərkən onların yenidən hazırlanması və istehsal imkanı istisna edilməlidir.

Məhv edilməsi nəzərdə tutulan kimyəvi silahın saxlanıldığı qurğuların, obyektlərin və ərazilərin fiziki və xüsusi texniki vasitələrlə mühafizəsi təmin edilməli, belə ərazilərə, obyektlərə buraxılış icazə əsasında həyata keçirilməlidir.

Kimyəvi silahın məhv edilməsi qaydası

Azərbaycan ərazisində aşkarlanan bütün növ kimyəvi silahlar Konvensiyada nəzərdə tutulmuş hallarda və Konvensiyaya uyğun olaraq bu Qayda ilə müəyyən edilmiş qaydada məhv edilir.

Kimyəvi silah aşkar olunduğu və ya aşkar olunması barədə məlumat daxil olduğu andan 3 (üç) gün müddətində bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu tərəfindən Kimyəvi Silahları Məhvetmə Komissiyasına verilir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə Komissiya formalaşdırılır.

Məlumat alındıqdan sonra 10 gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi ilə bağlı plan hazırlanır və onun surəti iki gün müddətində Milli İnspeksiya Qrupuna göndərilir.

Kimyəvi silahın məhv edilməsinə nəzarət

Kimyəvi silahın məhv edilməsinə nəzarət Milli İnspeksiya Qrupu tərəfindən həyata keçirilir.

Milli İnspeksiya Qrupu kimyəvi silahın məhv edilməsi ilə bağlı tələblərə riayət olunmasına nəzarət edir;

Kimyəvi silahın məhv edildiyi obyektlərin təhlükəsizliyinə dair norma və qaydalarla, habelə bu obyektlərin texnoloji təchizatı, texniki və istismar sənədləri ilə tanış olur, ehtimal olunan riskləri qiymətləndirir, çatışmazlıqların aradan qaldırılmasını tələb edir;

Kimyəvi silahın məhv edilməsi prosesinə cəlb edilməsi nəzərdə tutulmuş şəxslərin seçilməsinə, yoxlanılmasına və təlimatlandırılmasına nəzarəti həyata keçirir.

Gununsesi.info

Comments are closed, but trackbacks and pingbacks are open.