Press "Enter" to skip to content

Yuxunun fiziologiyası və onun mərhələləri

İBLİS DƏ SƏMADA İDİ

Adəm peyğəmbər (aleyhissəlam)

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

ADƏMİN (aleyhissəlam) YARADILIŞI HAQQINDA QURANİ-KƏRİMDƏ DEYİLƏNLƏR

  1. (Ey Rəsulum!) Sənin Rəbbin mələk­lərə: “Mən yer üzün­­də bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni mü­qəd­dəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad tö­rədə­cək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» – söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.
  2. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin ad­larını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə gös­tərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bil­dirin!» – dedi.
  3. Onlar: “Sən paksan, müqəd­dəs­sən! (Bütün eyib və nöqsanlardan kə­nar­san!) Sənin bizə öyrətdiklərindən baş­­qa biz heç bir şey bilmirik. (Hər şe­yi) bilən Sən, hikmət sahi­bi Sən­sən”, – dedilər.
  4. (Sonra) O: “Ey Adəm, bunların (kainat­da mövcud olan əşyaların) adla­rını onlara bildir!» – dedi. (Adəm) on­la­ra (mələklərə) bunların adlarını xə­bər verdikdə (Allah): “Mən sizə, göy­­lərin və yerin gözə görünməyən sir­lərini və sizin gizlində – aşkarda nə etdiyinizi bilirəm, söyləmədim­mi?” – buyurdu.
  5. (Ey Peyğəmbər!) Biz mələklərə: “Adəmə səc­də edin! – dedikdə İblis­dən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imti­na etdi və kafirlərdən oldu.
  6. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cən­nət­də qal və hər ikiniz oradakı mey­və­lərdən, istədiyiniz ki­mi, bol–bol ye­yin, yalnız bu ağaca yaxın gəlməyin! Yox­sa (özü­nü­zə) zülm edənlərdən olar­sınız”.
  7. (Lakin) Şeytan onları az­dı­rıb ol­duqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şey­tana): “Bir-biri­ni­zə düşmən kəsilərək (buradan kə­nar olub yer üzü­nə) enin! Yerdə si­zin üçün müəyyən vaxta qədər (öm­rü­nü­zün axırı­nadək) sığınacaq və yaşa­yış (dolanacaq) vasitələri var”, – dedik.
  8. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrə­nə­rək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə et­di. Doğ­ru­dan da, O, (Allah) tövbələri qə­bul edəndir, mərhəmətlidir.
  9. Biz (onlara)dedik: “Hamınız bu­ra­dan (yer üzünə) enin! Mənim tə­rə­fim­dən sizə bir hidayət (peyğəmbər və Ki­tab) gəldiyi zaman Mə­nim hi­da­yə­ti­mə tabe olanlara (axirət əzabından) heç bir qorxu yox­dur və onlar (Qiya­mət­də) qəmgin olmazlar”.
  10. Kafir olaraq ayə­lərimizi təkzib edən­­lər isə Cəhənnəmlikdirlər, onlar ora­­da (atəş içində)əbədi qalacaqlar. (əl-Bəqərə: 30-39).

Uca Allah başqa ayədə buyurur:

«Allah yanında İsa da (İsanın atasız dün­yaya gəlişi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da oldu». (Ali İmran: 59).

Uca Allah başqa ayədə buyurur:

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəm­dən) xəlq edən, on­dan zövcəsini (Həv­vanı) yaradan və onlardan da bir çox kişi və qa­dınlar törədən Rəbbi­niz­dən qorxun! (Adı ilə) bir-birinizdən (cür­­bəcür şeylər) istədiyiniz Allahdan, həm­çinin qohumluq əla­qə­lərini kəs­mək­dən həzər edin! Şübhəsiz ki, Allah sizə nəzarət edən­dir!» (ən-Nisa: 1).

Uca Allah başqa ayədə buyurur:

«Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həv­va­dan) yarat­dıq. Sonra bir-birinizi tanıyasınız (kim­liyinizi bi­lə­si­niz) deyə, sizi xalq­la­ra və qəbilələrə ayırdıq. Allah ya­nın­da ən hör­mətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şey­dən) xə­bər­dardır». (əl-Hucurat: 13).

Uca Allah başqa ayədə buyurur:

«Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ün­siy­­yət etmək (sakit, ra­hat olmaq) üçün özündən (qa­bır­ğa­sın­dan) zöv­cəsini (Həvvanı) yaradan Odur». (əl-Əraf: 189).

Uca Allah başqa ayədə buyurur:

«11. Sizi (babanız Adəmi) yaratdıq, son­ra sizə surət verdik və mələklərə: “Adə­mə səcdə edin!” – dedik. İblis­dən başqa ha­mı­sı səcdə etdi. O, səcdə edən­lərdən olmadı.

  1. (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə bu­yur­du. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.
  2. (Allah) bu­yurdu: “Oradan (Cənnətdən) aşağı en! Orada sənə (Allahın əm­ri­nə) təkəbbür göstərmək yaramaz! (Oradan) çıx, çünki sən al­çaq­lar­dansan!”
  3. (İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!”
  4. (Allah) buyurdu: “Sən möhlət veri­lənlərdənsən!”
  5. (İblis) de­di: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çı­xart­dığın üçün mən də Sənin düz yolunun üstündə oturub insan­la­ra (Sənə ibadət və itaət etməyə) mane olacağam!
  6. Sonra on­la­rın yanına qarşılarından və arxalarından, sağlarından və sol­la­rın­dan gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”
  7. (Allah) buyurdu: “Oradan (Cən­nət­dən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) hal­da çıx! Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını ala­caq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!
  8. Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz is­tə­diyiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca ya­xınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”
  9. Şey­tan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini öz­lə­ri­nə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz si­zə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qal­mamağınız üçün qadağan etmişdir!”
  10. Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məslə­hətçiləri­niz­də­nəm”, – deyə and içdi.
  11. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq Uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə baş­la­dılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etmə­mişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
  12. (Adəm və Həvva:)“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər.
  13. (Allah) buyurdu: “Bir–biri­ni­zə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşa­yış vasitələri) vardır”.
  14. (Allah) buyurdu: “Orada yaşayacaq, ora­da öləcək və oradan (dirilib) çıxarılacaqsınız!”» (əl-Əraf: 1125).

Uca Allah başqa ayədə buyurur:

«Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq». (Taha: 55).

Uca Allah başqa ayədə buyurur:

«26. Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!

  1. Cinləridaha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.
  2. (Ey Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
  3. Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!”
  4. Bundan sonra mələklərin hamısı ona (təzim məqsədilə) səcdə etdilər.
  5. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
  6. (Allah buyurdu: )“Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
  7. (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!).
  8. (Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx! Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
  9. Sən Qiyamət gününə qədər lənətlənmişsən!”
  10. (İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (Qiyamətə) qədər mənə möhlət ver!”
  11. (Allah) buyurdu: “Sən möhlət veri­lən­lər­dən­sən”
  12. Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə ça­la­na və bütün məxluqat məhv olana) qədər!
  13. (İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamı­sını yoldan çıxaracağam!
  14. Yalnız Sənin sadiq bəndə­lə­rin­dən başqa!”
  15. (Allah) buyurdu: “Bu, sonu Mənə gəlib ça­ta­caq doğru yoldur!
  16. Sənə uyan azğınlar istisna olmaqla, bən­də­lərim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sə­nin heç bir hökmün olmaz!
  17. Şübhəsiz ki, Cəhənnəm onların ha­mısına vəd olunmuş (onları gözləyən) yerdir!
  18. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər». (əl-Hicr: 2644).

Uca Allah başqa ayədə buyurur:

«61. Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” – deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis:) “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” – demişdi.

  1. (İblis) həmçinin: “(Ey Rəbbim!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya azdıraram)”.
  2. (Allah) buyurdu: “Çıx get! (Sənə Qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamamkamal bir cəza!
  3. Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!
  4. Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qoruması) kifayət edər!”» (əl-İsra: 61-65).

Uca Allah başqa ayədə buyurur:

«(Ey Rəsulum!) Xatırla ki, bir zaman mələklərə: “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O, öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!» (əl-Kəhf: 50).

Uca Allah başqa ayədə buyurur:

«115. Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o, (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik.

  1. Bir zaman mələklərə: “Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin!” – deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
  2. Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan!
  3. Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!
  4. Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!”
  5. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölmə­yə­cə­yin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”
  6. (Adəm və Həvva) ondan (həmin ağacın mey­və­sin­dən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) Cənnət ağaclarının yarpaqlarından yapış­dır­ma­ğa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mət­ləbi­nə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).
  7. Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), töv­bə­si­ni qəbul buyurdu və doğru yola mü­vəf­fəq etdi.
  8. (Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düş­mən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin! Məndən si­zə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəl­di­yi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolu­nu azar, nə də (axirətdə) bədbəxt olar!
  9. Hər kəs Mənim öyüd-nəsihətim­dən (Qurandan) üz döndərsə, güzəranı daralar və Biz Qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”
  10. O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”
  11. (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü gör­mə­məz­liyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!”» (Taha: 115-126).

Uca Allah başqa ayədə buyurur:

«67. De: “O (Quran Allah dərgahından nazil olan) çox bö­yük xəbərdir!

  1. Siz isə ondan üz döndərirsiniz!
  2. (Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi.
  3. (Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün vəhy olunur!”
  4. (Ey Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
  5. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz dərgahımdan ruh üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”
  6. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
  7. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
  8. (Allah) buyurdu: “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
  9. (İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üs­tün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan ya­rat­mısan!”
  10. (Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
  11. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”
  12. (İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”
  13. (Allah) buyurdu: “Sən möhlət veri­lən­lər­dən­sən,
  14. (dərgahımda) vaxtı məlum olan günə (Qiyamətə) qədər!”
  15. (İblis) dedi: “Sənin izzətinə–qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
  16. Yalnız Sənin sadiq bəndələrindən başqa!
  17. (Allah) buyurdu: “Həqiqətən, haq­qı deyirəm,
  18. and olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduraca­ğam!”
  19. (Ey Peyğəmbər!)De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mü­ka­fat) istəmirəm. Və mən özümdən bir şey uydurub de­yən­lər­dən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Quran mənim sözüm deyil, Allah kəlamıdır!)
  20. Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!
  21. Siz onun verdiyi xəbəri (Quranda deyi­lən­lərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud Qiyamət qo­pandan) sonra mütləq biləcəksiniz!”» (Sad: 67-88).

Bu, Qurani Kərimin müxtəlif yerlərindən Adəmin yaradıl­ma­sı haq­qın­da xatırlatdığımız ayələrdir. Bu ayələrin hamısını «Təfsir» ki­ta­bımızda açıq­lamışıq. İndi isə bu ayələrin məzmununu və bu­nun­la bağlı Muhəmməd Peyğəm­bər­dən (sallallahu aleyhi və səlləm) rəvayət olunan hədisləri xatır­lada­ca­ğıq. Yardım yalnız Allah­dan­dır.

MƏLƏKLƏRİN ADƏMİN (aleyhissəlam) YARADILIŞ HİKMƏTİ BARƏDƏ SORUŞMASI

Uca Allah bildirir ki, O, mələklərə xitab edib demişdir: «Mən yer üzün­də bir xəlifə (canişin) yaradacağam» (Bəqərə: 30). O, ya­rat­maq istə­di­yi Adəm və onun yer üzünün varisləri olacaq nəsli barəsində mə­lək­lərə xəbər verdi. Necə ki, ayədə deyilir: «(Ey insanlar!) sizi yer üzü­nün varisləri təyin edən Odur.» (əl-Ənam: 165). Digər ayədə isə deyi­lir: «Sizi yer üzünün varisləri edən kimdir?» [1] (ən-Nəml: 62). Uca Allah, han­sısa əhəmiyyətli bir hadisə ba­rədə əvvəlcədən xəbər verdiyi kimi, Adə­mi və onun zürriyətini ya­rat­masını da öyünmək üçün əvvəlcədən onla­ra xəbər verdi.

Mələklər isə bu yaradılışın hikmətini öyrənmək və bilmək üçün su­al verib dedilər: «Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» (əl-Bəqərə: 30).

Bəzi cahil təfsirçilərin: «Mələklər bu sözlərini na­ra­­zı­­lıq bildirmək, yaxud Adəm övladını hörmətdən salmaq və ya on­lara hə­səd aparıb deyirdilər», – demələri xətalıdır.

Deyilənə görə mələklər Adəmdən öncə yaradılmış cinlərdən bu ki­mi əməlləri (qan tökmək, fitnə-fəsad törətmək və s. tərc.) gör­dük­lə­ri üçün yer üzü­ndə yaradılanların çox vaxt eyni xüsusiyyətdə ol­duq­larını düşü­nür­dü­­­lər. Daha doğrusunu Allah bilir.

«Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni mü­qəd­dəs tutduğumuz halda…» yəni, biz daim Sənə ibadət edir və aramız­dan heç kəs Sənə asi olmur. Əgər Sənin yaratmaq istə­dik­lərinin yara­dılı­şın­da məqsəd Sənə ibadət etməkdirsə, budur biz yo­rul­madan gecə-gündüz Sənə ibadət edirik.

Amma Uca Allah «Mən bildiyim şeyi siz bilmirsiniz!» (Bəqərə: 30) – deyə onlara xitab etdi. Yəni, Mən bunların yara­dıl­ma­sı barəsində sizin bil­mə­diyiniz xeyirli məqsədləri bilirəm. Belə ki, bunların arasında pey­ğəm­bərlər, elçilər, siddiqlər, şəhidlər və əmə­li­­salehlər olacaqdır.

Daha sonra Adəmin elm baxımından onlardan üstün olmasını on­la­ra göstərərək «(Allah) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi.»(Bəqərə: 31).

İbn Abbasın (Allah ondan razı olsun) dediyi kimi Uca Allah Adəmə canlıların və on­la­rın əməl­lərinin adlarını, kiçik və böyük əşyaların ismlərini öyrət­mişdir. [2]

Buxari Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir:»Qiyamət günü möminlər bir yerə toplanacaq və deyəcəklər: «Bəlkə Rəb­bimizin yanında kimisə şəfaətçi tutaq». Sonra Adəmin yanına gəlib de­yə­cəklər: «Sən bəşəriyyətin atasısan [3] . Allah səni Öz əli ilə yaratmış, mə­lək­lərini sənə səcdə etdirmiş və hər şeyin adını sənə öyrətmişdir…» hə­di­sin ardı var. [4]

«Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddia­nız­da) doğ­rusunuzsa, bunların adlarını Mənə bildirin!» – dedi» (əl-Bəqərə: 31). Həsən əl-Bəsri deyir: «Allah Adəmi yaratmaq istə­yən­də mələklər dedilər ki, Rəbbimiz hansı məxluqu yaratsa biz ye­nə də o məxluqdan çox bilə­cə­yik. Onlar bu sözlərinə görə belə im­ta­hana çəkildilər». Ayədəki (İd­di­anız­da) doğrusunuzsa…» – sözü bu­nun təsdiqidir. [5]

Mələklər dedilər: «Sən paksan, müqəddəssən! (Bütün eyib və nöq­san­lardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bil­mirik. (Hər şeyi) bilən Sənsən, hikmət sahibi Sən­sən.»(əl-Bəqərə: 32). Yəni, ey nöqsanlardan uzaq olan Rəbbimiz! Sən öyrətmədikcə heç kəs Sənin elmindən agah ola bilməz. Ayə­lə­rin birində deyilir: «... Onlar (yaran­mışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bil­məz­lər…»(əl-Bəqərə: 255).

«(Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşya­ların) adlarını onlara bildir!» – dedi. (Adəm) onlara (mələk­lə­rə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində – aşkarda nə et­di­yinizi bilirəm, söyləmədimmi?” – buyurdu.» (əl-Bəqərə: 33). Ey qullarım! Aşkarı bildiyim kimi gizlini də elə bilirəm.

«Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu» (əl-Bəqərə: 34). Uca Allah Adəmi Öz əli ilə yaratmaqla və ona Öz dərgahından ruh üfür­məklə böyük lütfkarlıq göstərmişdir. «Mən ona surət verib Ruhum­dan [6] üfürdüyüm zaman siz ona səcdə edin!» (əl-Hicr: 29). Bura­da dörd lütfkarlıq nümunəsi vardır: Öz əli ilə yaratmaq, Ruhun­dan üfürmək, mələklərə səcdə etmələrini əmr etmək və əşya­ların adlarını öyrətmək.

Buna görə Musa ilə Adəm yüksək məqamda mübahisə edər­kən Musa ona demişdi: «Sən bəşəriyyətin atası Adəmsən. Allah sə­ni Öz əli ilə yaradıb, Sənə Öz Ruhundan üfürüb, Mələklərini sənə səc­də etdirib və hər şeyin adını sənə öyrədib». [7]

Qiyamət günü Məhşər əhalisi də ona eyni sözləri deyəcəklər. [8]

İBLİSİN ADƏMƏ (aleyhissəlam) HƏSƏD APARMASI

«11. Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.

  1. (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis: )“Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi». (əl-Əraf: 11-12).

Həsən əl-Bəsri deyir: «İblis «qiyas» * edib. Elə ilk dəfə qiyas edən də o olub».

Muhəmməd ibn Sirin isə deyir: «İlk (dəfə ibadətdə) qiyas edən İblis olub. Gü­nə­şə və aya ibadət edənlər bu əməllərini qiyas [9] etməklə əsas­lan­dırıb­lar». Hər iki rəvayət İbn Cəririndir [10] .

Bu o deməkdir ki, İblis özünü Adəm ilə müqayisə edib özünü Adəm­dən daha üstün saydı. Ona və bütün mələklərə şamil edilən səcdə əm­rinə məhəl qoymayıb səcdə etməkdən imtina etdi.

Aparılan hər hansı bir müqayisə şəriət dəlillərinə zidd çıxarsa hə­min müqayisə qeyri məqbul sayılır [11] .

Əslində İblisin bu müqayisəsi özü-özlüyündə qeyri məqbuldur. Çün­ki palçıq oddan daha xeyirli və daha faydalıdır. Çünki palçıqda mü­la­yimlik, şəfqət və inkişaf var. Odda isə təlaş, narahatlıq, tələskənlik və yanğı vardır [12] .

Uca Allah Adəmi Öz əli ilə yaradıb, Öz dərgahından ruh üfürməklə şə­rəf­ləndirmiş və mələklərə ona səcdə etməyi əmr etmişdir. Uca Allah buyu­rur:

  1. (Ey Rəsulum!)Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
  2. Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!”
  3. Bundan sonra mələklərin hamısı ona (təzim məqsədilə) səcdə etdilər.
  4. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
  5. (Allah buyurdu: )“Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
  6. (Şeytan)dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!).
  7. (Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx! Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
  8. Sən Qiyamət gününə qədər lənətlənmişsən!” (əl-Hicr: 28–35).

İblis Allahın bu cəzasına layiqdir. Çünki onun Adəmə alçaq gözlə bax­ması, onu alçaltması və özünü ondan üstün tutması onun ilahi əmrə asi­lik göstərməsinə və haqqa qarşı inadkarlıq etməsinə səbəb oldu. İblis özü­nü təmizə çıxarmayacaq şeylərlə üzürxahlıq etdi. Amma onun üzür­xah­lığı günahından da pis oldu.

Necə ki, Uca Allah Sübhan [13] surəsində buyurur:

«61.Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” – deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis:) “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” – demişdi.

  1. (İblis) həmçinin: “(Ey Rəbbim!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya azdıraram)”.
  2. (Allah) buyurdu: “Çıx get! (Sənə Qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamamkamal bir cəza!
  3. Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!
  4. Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qoruması) kifayət edər!”» (əl-İsra: 61-65).

Kəhf surəsində isə belə buyurulur:

«(Ey Rəsulum!) Xatırla ki, bir zaman mələklərə: “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O, öz Rəbbinin əmrindən çıxdı…» (əl-Kəhf: 50).

Yəni, o bilərəkdən, inadkarcasına, təkəbbürlüklə Allahın əmrinə ta­be­çilik göstərməkdən imtina etdi. Onun təbiəti və yaradılış maddəsi ona xə­yanət etdi. Axı o, oddan yaradılmışdır. Bunu ötən ayədən və «Səhih Muslimdə» rəvayət olunan hədisdən də görürük. Aişə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə barəsində sizə danışılan maddədən yaradılmışdır». [14]

Həsən əl-Bəsri deyir: «İblis heç vaxt mələklərdən olmamışdır» [15] .

Sad surəsində isə deyilir:

  1. (Ey Peyğəmbər!)Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
  2. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz dərgahımdan ruh üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”
  3. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
  4. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
  5. (Allah)buyurdu: “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
  6. (İblis)dedi: “Mən ondan daha yaxşıyam (daha üs­tün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan ya­rat­mısan!”
  7. (Allah)buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
  8. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”
  9. (İblis)dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”
  10. (Allah)buyurdu: “Sən möhlət veri­lən­lər­dən­sən,
  11. (Dərgahımda) vaxtı məlum olan günə (Qiyamətə) qədər!”
  12. (İblis)dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
  13. yalnız Sənin sadiq bəndələrindən başqa!
  14. (Allah) buyurdu: “Həqiqətən, haqqı deyirəm,
  15. and olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!” (Sad: 71–85).

Əraf surəsində isə belə deyilir:

  1. (İblis)de­di: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çı­xart­dığın üçün mən də Sənin düz yolunun üstündə oturub insan­la­ra (Sənə ibadət və itaət etməyə) mane olacağam!
  2. Sonra on­la­rın yanına qarşılarından və arxalarından, sağlarından və sol­la­rın­dan gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (əl-Əraf: 16–17).

İblis deyir ki, Sən məni azdırdığın üçün mən onların bütün yollarını kəsəcəm, hər tərəfdən onlara vəsvəsə verəcəm. Beləliklə, İblisə müxalif olan xoşbəxt, itaət edən isə bədbəxt olar.

Səburə ibn Əbu əl-Fakih deyir ki, mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Şeytan öz hiylə yolları ilə adəm övladının qarşısında oturar…». [16]

ADƏMƏ (aleyhissəlam) SƏCDƏ EDƏN MƏLƏKLƏR

Təfsir alimləri Adəmə səcdə etmələri əmr olunan mələklərin kimlər olması barədə müxtəlif fikirlər söyləmişlər. Ayələrin ümumi mənasından anlaşıldığı kimi bu əmr bütün mələklərə aid idimi? Bu cumhurun * rəyidir. Digər rəyə görə bu əmr yer mələklərinə aid idi.

Lakin ayələrin aydın məzmunu birinci fikri dəstəkləyir. «Mələklərini ona səcdə etdirdi» [17] hədisi də ümumi məzmunu ilə buna dəlalət edir. Daha doğrusunu Allah bilir [18] .

İBLİS DƏ SƏMADA İDİ

Uca Allahın İblisə: «Oradan aşağı en!» (əl-Əraf: 13), «Oradan çıx!» (əl-Əraf: 18) – deməsi İblisin səmada olmasına dəlalət edir. Buna görə Uca Allah ona oradan aşağı enməsini, ibadəti və itaəti ilə mələklərə oxşayaraq əldə etdiyi məqamdan çıxmasını əmr etdi. Üstəlik təkəbbürlük, həsəd və Rəbbinə qarşı üsyan etməklə rüsvay edilmiş və alçaldılmış halda yerə endirildi. [19]

HƏVVA VƏ ONUN YARADILIŞ HEKAYƏSİ

Uca Allah Adəmə zövcəsi ilə birlikdə Cənnətdə məskunlaşmağı əmr edib dedi:

  1. (Sonra)Biz(Adəmə)dedik: “Ey Adəm, sən zövcənlə(Həvva ilə)Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz ki­mi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa(özü­nü­zə)zülm edənlərdən olarsınız”.(əl-Bəqərə: 35).

Əraf surəsində isə belə deyilir:

  1. (Allah) buyurdu: “Oradan (Cən­nət­dən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) hal­da çıx! Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını ala­caq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!
  2. Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz is­tə­diyiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca ya­xınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!” (əl-Əraf: 18–19).

Digər ayədə isə belə deyilir:

  1. Bir zaman mələklərə: “Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin!” – deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
  2. Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan!
  3. Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!
  4. Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!” (Taha: 116–119).

Bu ayələrin məzmunundan başa düşülür ki, Həvva Adəm Cənnətə daxil olmadan öncə yaradılmışdı. Çünki ayədə “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal» – deyilir. Muhəmməd ibn İshaq ibn Yəsar bu fikri açıq-aşkar dəstəkləmişdir. Ayələrin zahiri də buna dəlalət edir.

Muhəmməd ibn İshaq İbn Abbasdan rəvayət edir ki, Adəm yatarkən Həvva onun sol kiçik qabırğasından yaradıldı və qabırğanın yeri ət ilə əvəz olundu.

Bunun təsdiqi Uca Allahın bu ayələrindədir:

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, on­dan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qa­dınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cür­bəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əla­qə­lərini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizə nəzarət edən­dir!» (ən-Nisa: 1).

Digər ayədə isə belə deyilir:

«Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) (bir müddət həmin yükü) daşıdı…» (əl-Əraf: 189).

İki səhih kitabda Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rə­va­yət edir:«Qadınlarla xoş davranın. Qadın qabırğadan yaradıl­mış­dır. Qa­­bırğanın ən əyri hissəsi baş hissəsidir. Əgər sən onu düzəltmək istəsən sın­dırarsan. Əl dəyməsən olduğu kimi qalar. Siz də qadınlarla xoş davranın!» [20] Bu Buxarinin rəvayətidir.

ADƏMƏ (aleyhissəlam) VƏ ZÖVCƏSİNƏ QADAĞAN EDİLMİŞ AĞAC

Təfsir alimləri Uca Allahın «yalnız bu ağaca yaxın gəlməyin!» (əl-Bəqərə: 35) – ayəsində deyilən ağacın hansı ağac olması barədə ixtilaf ediblər.

Amma bu ixtilafın həlli asandır. Belə ki, Uca Allah bu ağacın adını çəkməmiş, hansı növdən olmasını bildirməmişdir. Əgər bunu deməyin bizə bir xeyiri olsaydı deyilərdi. Quranda bizə açıqlanmayan bu kimi bir çox məqamlar da vardır [21] .

ADƏMİN (aleyhissəlam) VƏ ZÖVCƏSİNİN YAŞADIĞI CƏNNƏTİN HƏQİQƏTİ

Bu məsələdə ixtilafın məzmunu Adəmin daxil edildiyi Cənnətin yerdə və ya göydə olmasıdır. Bu araşdırılası və çıxış yolu tapılası ixtilafdır.

Cumhur alimlər ayə və hədislərin zahiri anlamına görə bu Cənnətin səmadakı əbədi Cənnət olduğunu deyirlər. Uca Allah buyurur: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal!» (əl-Bəqərə: 35). Cənnət kəlməsindəki (əl-الـ ) artiklı ümumi və ya ləfzi məna daşımaq üçün işlədilməmişdir. Bu yaddaş­lar­da qalmış vəd olunan Cənnəti bildirmək üçün deyilmişdir. Şəriətin vəd etdiyi Cənnət də elə budur.

Musanın Adəmə «Nə üçün bizi də, özünü də Cənnətdən çıxartdın…?» [22] deməsi haqda irəlidə danışılacaqdır.

Muslim «Səhih» əsərində Əbu Hureyrə və Huzeyfədən y Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Allah insanları toplayacaq və möminlərə Cənnət göstəriləndə onlar Adəmin yanına gəlib deyəcəklər: «Ey atamız! Cənnətin qapılarının üzümüzə açılmasını tələb et». Adəm isə deyəcəkdir: «Məgər sizi Cənnətdən çıxaran atanızın səhvi olmayıbmı?…» Sonra hədisin geniş mətni nəql olunur.

Hədis, Cənnətin əbədi olması fikrini dəstəkləyən [23] güclü və yaxşı dəlildir.

İBLİSİN ADƏM (aleyhissəlam) VƏ HƏVVAYA VƏSVƏSƏ VERMƏSİ

Uca Allah buyurur:«(Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı…» (əl-Bəqərə: 36). Onları naz-nemət, sevinc və fərəh yurdu Cənnətdən çıxarıb, yorğunluq, ağır və kəşməkeşli dünyaya endirdi. Səbəb isə şeytanın aldadıcı vəsvəsəsidir.

Uca Allah buyurur: «Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!» (əl-Əraf: 20). Əgər siz bu ağacdan dadsanız o zaman deyilən kimi olarsınız.

Dediyinə inandırmaq üçün «…and içdi ki, mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” (əl-Əraf: 21). Digər ayədə isə deyilir: «Şeytan ona (Adəmə) vəsvəsə edib belə dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?” (Taha: 120).Yəni, meyvəsindən yeyəcəyin təqdirdə bu naz-nemət içərisində qalacağın, heç vaxt fənaya uğramayacaq mülkü əldə edəcəyin ağacı sənə bildirimmi? Bu, şeytanın hiyləsi, yalanı və həqiqəti əks etdirməyən məlumatıdır.

Ayədə deyilən «əbədiyyət ağacı» Peyğəmbərin (sallallahu aleyhi və səlləm) «Cənnətdə bir ağac vardır ki, onun kölgəsində yüz il yol gedən atlı onu gəzib qurtara bilməz» [24] – sözləri ilə vəsf etdiyi ağac ola bilər.

«Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı. (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar.» (əl-Əraf: 22).

Taha surəsində isə belə deyilir: «(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) Cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar.» (Taha: 121).

HƏVVA VƏ AĞAC

Həvva Adəmdən öncə ağacdan yemiş və Adəmi də bu işə təşviq etmişdi. Daha doğrusunu Allah bilir.

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Əgər İsrail oğulları olmasaydı ət iylənməz [25] , Həvva olmasaydı heç bir qadın ərinə xəyanət etməzdi» [26] . Bu hədis eyni mənanı açıqlayır.

ADƏM (aleyhissəlam) VƏ HƏVVANIN LİBASI

Kitab əhlinin əlində olan Tövrat kitabında [27] deyilir ki, Həvvaya ağacdan yeməyə ilan göstəriş vermişdir. Belə ki, bu ilan çox gözəl və əzəmətli idi. Həvva ilanın sözünə baxıb ağacdan yemiş və Adəmə də vermişdir. Amma orada İblisin adı çəkilmir. Onlar yedikdən sonra gördülər ki, əyinləri lüt-üryan qalmışdır. Onlar əncir ağacının yarpaqlarından dərib özlərinə sığınacaq düzəltdilər. Orada onların lüt-üryan olduqları deyilir.

Vahb ibn Munəbbih də eyni fikri söyləmişdir: «Belə ki, onların paltarları övrətlərinin üzərini örtmüş nur idi».

Onların əllərində olan Tövratdakı bu məlumatlar təmamilə səhvdir. Bu təhrifin və ərəbcəyə tərcümənin səhvləridir. Çünki bir dili digər dilə çevirmək hər kəsin işi deyil. Ələlxüsus ərəb dilini yaxşı bilməyənlərin və öz kitabını düzgün anlamayanların belə işin öhdəsindən layiqincə gəlməsi mümkün deyil. Elə bu səbəbdən Tövratı ərəb dilinə tərcümə edərkən söz və məna baxımından bir çox xətalara yol verilmişdir. [28]

Qurani Kərim onların əynində paltar olmasını təsdiq etmişdir. «Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın.» (əl-Əraf: 27). Bunu başqa sözə görə inkar etmək olmaz.

Ubeyy ibn Kəəb (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Atanız Adəm Uca xurma ağacı kimi idi. Boyu altmış dirsək, saçı uzun, övrəti bağlı idi. Cənnətdə xəta edərkən övrəti açıldı. Adəm Cənnətdən çıxıb getdikdə qarşısına bir ağac çıxdı. Ağac onu tutub saxladı və Rəbbi ona: «Ey Adəm, Məndən qaçırsanmı?» – deyərək xitab etdi. Adəm dedi: «Ey Rəbbim, Sənə and olsun ki, etdiyim əməllərimə görə Səndən həya edib qaçıram». [29]

ADƏM (aleyhissəlam) VƏ HƏVVANIN PEŞMANÇILIĞI VƏ BAĞIŞLANMA DİLƏMƏSİ

  1. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq Uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
  2. (Adəm və Həvva)“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər. (əl-Əraf: 22–23).

Bu, etirafın, tövbəyə qayıdışın, təvazökarlığın, mütiliyin və çətin anlarda Allaha sığınmağın nümunəsidir. Onun zürriyətindən kimsə bu nümunəvi davranışa əməl edərsə onun dünya və axirət aqibəti xeyirə doğru gedər.

ADƏM (aleyhissəlam) VƏ HƏVVANIN CƏNNƏTDƏN ÇIXARILMASI

  1. (Allah)buyurdu: “Bir-biri­ni­zə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşa­yış vasitələri) vardır” (əl-Əraf: 24).

Bu Adəmə, Həvvaya və İblisə ünvanlanan xitabdır. Deyilənə görə ilan da onlarla birlikdə idi. Onlara bir-birinə düşmən olduqları halda yer üzünə enmək əmr olundu.

Aşağıdakı səhih hədisə əsasən ilanın onlarla olmasını demək olar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilanların öldürülməsini əmr edərək demişdir:«Biz onlarla müharibə aparan gündən onlardan arxayın ola bilmirik» [30] .

Taha surəsində isə deyilir: «(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir–birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin.» (Taha: 123).

Bu isə Adəmə və İblisə edilən xitabdır. Adəm özü ilə Həvvanı, İblis isə ilanı götürdü.

Digər fikirə görə ikilik halında edilən müraciət onların hamısına şamil idi. Misal olaraq bu ayəni demək olar: «Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.» (əl-Ənbiya: 78). Amma bu üslub iki nəfər – iddiaçı və məhkum arasında hökm kəsən hakimin halı üçün keçərlidir. «Biz də onların hökmünə şahid idik.»

Bəqərə surəsində enmək əmri iki dəfə təkrarlanmışdır. Uca Allah buyurur:

  1. (Lakin) Şeytan onları az­dı­rıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şey­tana): “Bir–birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzü­nə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırı­nadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”,–de­dik.
  2. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrə­nə­rək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğ­ru­dan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.
  3. Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tə­rə­fimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mə­nim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yox­dur və onlar (Qiyamətdə) qəmgin olmazlar”.
  4. Kafir olaraq ayə­lərimizi təkzib edənlər isə Cəhənnəmlikdirlər, onlar orada (atəş içində)əbədi qalacaqlar. (əl-Bəqərə: 36-39).

Bəzi təfsir alimləri deyiblər ki, birinci enmə Cənnətdən dünya səmasına, ikinci enmə isə dünya səmasından yerə enmək üçün deyilmişdir. Amma bu zəif görüşdür. Çünki ayədəki birinci enmə əmri artıq onların yerə enmələrini göstərir. «Biz də: “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”, – dedik.» (əl-Bəqərə: 36). Daha doğrusunu Allah bilir.

Düzgün fikir budur ki, əmr birdir, sadəcə təkrar deyilib. Amma Uca Allah hər əmr ilə fərqli hökmlər nazil edib. Birinci əmrdən sonra onların bir-birinə düşmən olduqlarını xatırlatdı. İkinci əmrdən sonra onlara nazil edəcəyi hidayət yoluna tabe olanın xoşbəxt, müxalif olanın bədbəxt olacağını bildirdi. Bu cür dil üslubunun Qurani-Kərimdə bir çox nümunəsi vardır.

Əbu Musa əlƏşari (Allah ondan razı olsun) deyir ki, Allah Adəmi Cənnətdən yerə endirəndə ona hər şeyin emalını öyrətdi və ona Cənnətin meyvələrindən verdi. Sizin gördüyünüz bu meyvələr Cənnət meyvələrindəndir. Fərq ondadır ki, bu meyvələr xarab olur Cənnət meyvələri isə xarab olmaz. [31]

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Günəşin doğduğu ən xeyirli gün cümə günüdür. Bu gündə Adəm xəlq olunub, Cənnətə daxil edilib və oradan çıxarılıb» [32] .Buxarinin «Səhih»ində nəql olunan başqa rəvayətdə«Qiyamət bu gündə qopacaqdır»– əlavəsi deyilir.

ADƏMİN (aleyhissəlam) TÖVBƏSİ

  1. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrə­nə­rək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğ­ru­dan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. (əl-Bəqərə: 37).

Deyilənə görə Adəm növbəti ayədəki sözlərlə tövbə etmişdir.

  1. (Adəm və Həvva)“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər. (əl-Əraf: 23).

Mücahid, Səid ibn Cubeyr, Əbul Aliyə, Rabii ibn Ənəs, əl-Həsən, Qata­də, Muhəmməd ibn Kəəb, Xalid ibn Mədan, Ata əlXorasani və Əbdürrəhman ibn Zeyd ibn Əsləm eyni sözləri demişlər [33] .

İbn Abbas (Allah ondan razı olsun) aşağıdakı ayəni oxuyub deyir: «Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək tövbə etdi. Doğrudan da, O tövbələri qəbul edəndir, mərhəmətlidir.» (əl-Bəqərə: 37).

Adəm dedi: «Ey Rəbbim! Məgər Sən məni əlinlə yaratmadınmı?»

O: «Bəli», – dedi.

Adəm: «Məgər Sən mənə Öz ruhundan üfürmədinmi?»

O: «Bəli», – dedi.

Adəm: «Mən asqırdıqda Sən mənə «Yərhəmukəllah» (Allah sənə rəhm etsin!) dedin. Məgər Sənin rəhmətin qəzəbini üstələməyibmi?»

O: «Bəli», – dedi.

Adəm: «Sən mənim bunu edəcəyimi qəza-qədərimə yazmadınmı?»

O: «Bəli», – dedi.

Adəm dedi: «Əgər mən tövbə etsəm Sən məni Cənnətə qaytarmaz­san­mı?»

O: «Bəli», – dedi. [34]

İbn Abbasın rəvayəti Uca Allahın bu ayəsinə müvafiqdir: «Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. Sonra Rəbbi onu seçdi, tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.» (Taha: 121-122).

ADƏM (aleyhissəlam) İLƏ MUSANIN (aleyhissəlam) MÜBAHİSƏSİ

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Musa Adəmə qarşı sübut gətirib dedi: «Sən öz günahınla insanları Cənnətdən çıxardın və onları bədbəxt etdin?!» Adəm dedi: «Ey Musa! Allah Öz risaləsi və kəlamı ilə səni digər insanların arasından seçib. Sən Allahın məni yaratmadan öncə qədərimə yazdığı bir işə görəmi qınayırsan?». Peyğəmbər (sallallahu aleyhi səlləm) dedi: «Adəm Musaya qalib gəldi» [35] .

Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Musa demişdir: Ey Rəbbim! Bizi və özünü Cənnətdən çıxaran Adəmi bizə göstər». Allah da Adəmi ona göstərdi.

Musa: «Allahın Öz ruhundan üfürdüyü, mələklərini səcdə etdirdiyi və bütün adları öyrətdiyi adam sənsən?»

Musa: «Elə isə bizi və özünü Cənnətdən çıxarmağa səni nə vadar etdi?»

Adəm: «İsrail oğullarının peyğəmbəri Musa sənsən? Allahın aranızda heç bir vasitəçi olmadan birbaşa qeybdən söhbət etdiyi Musa sənsən?»

Adəm: «Allahın əzəldən yazdığı qəza-qədərə görəmi məni qınayırsan?!»

Peyğəmbər (sallallahu aleyhi səlləm) dedi: «Adəm Musaya qalib gəldi» [36] .

Bu hədis haqqında müxtəlif açıqlamalar verilib.

Bəzi «Qədəriyyələr» * hədisdə əzəli qədərin isbat olunduğunu görüb bu hədisi inkar etmişlər. Bəzi «Cəbəriyyələr» * isə bu hədisə əsaslanmışlar. Çünki hədisdəki «Adəm Musaya qalib gəldi.» – sözləri ilk baxışdan onların dediklərini dəstəkləyir. Belə ki, Adəm yazılmış qəza-qədəri əsas gətirib qalib olmuşdu. Amma qarşıda bu fikirə cavab veriləcəkdir.

Digərlərinin rəyinə görə Musa Adəmi tövbə etdiyi keçmiş bir günaha görə qınadığı üçün Adəm ona qalib gəlmişdi. Çünki günahdan tövbə edən günahsız kimidir.

Başqa rəyə görə Adəm Musadan yaşca böyük və əvvəl yaşadığı üçün qalib gəlmişdi.

Yaxud, Adəm onun atasıdır. Onlar müxtəlif şəriətlərə əməl edirdilər. Onlar bərzəx* həyatında idilər və bu həyatda insanın əməlləri donmuş sayılır kimi fikirlər söylənilmişdir.

Daha doğru rəy isə belədir: Bu hədis bir çox mətnlərlə rəvayət olunmuşdur. Rəvayətlərin bəzisi məna ilə rəvayət olunmuşdur. Amma bu da kəsərli bir əsas deyildir. İki səhih və digər kitablarda qeyd olunan hədislərin əksəriyyətinin məzmunu Adəmin özünü və nəslini Cənnətdən çıxarmasına görə qınanmasıdır. Adəm isə cavabında: «Sizi oradan mən çıxarmamışam. Sizi oradan çıxaran mənim ağacdan yeməyimi planlaşdırandır. Mən yaradılmamışdan öncə bunu planlaşdıran, qəza-qədərimə yazan Uca və Əzəmətli Allahdır. Sən isə məni özümə elə də çox aidiyyatı olmayan bir işə görə qınayırsan. Bu işdə mənim rolum budur ki, mənə bir ağacdan yemək qadağan olundu, mən isə ondan yedim. Amma oradan çıxmağın buna görə olması mənlik deyil. Mən sizi və özümü oradan çıxartmamışam. Bu Allahın qəza-qədərindən və planından olmuşdu. Onun bu işdə Öz hikməti vardır!» – deyə Adəm Musaya qalib gəldi.

Bu hədisi inkar edən inadkardır. Çünki bu hədis Əbu Hureyrədən (Allah ondan razı olsun) mütəvatir* yolla rəvayət olunmuşdur. Onun ədalətli, hafizəli və diqqətli olması yetərlidir. Qeyd etdiyimiz kimi bu hədis başqa rəvayətçilərdən də rəvayət olunmuşdur.

Yuxarıda qeyd olunan yozumlar hədisin mətnindən və mənasından uzaqdır. Onların arasında ən güclü əsas «Cəbəriyyəlilərə» məxsusdur. Amma onların dediklərinə bir neçə yöndən irad tutmaq olar:

Birinci: Musa tövbə edilmiş bir işə görə heç kəsi qınamır.

İkinci: Musa özü ona əmr olunmayan bir insanı öldürmüş və buna görə Rəbbinə müraciət edərək demişdi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (əl-Qasas: 16).

Üçüncü: Əgər hədisdən günaha görə qınanan insanın əvvəldən yazılmış qədəri əsas gətirməsi anlaşılırsa, yenə də etdiyi günaha görə qınanan insanlarla eyni cür davranmaq olmaz. Belə olsaydı hər kəs yazılmış qədəri əsas gətirər və nəticədə qisas və cəza qapıları bağlanar.

Əgər belə hallar üçün qəza-qədər üzürxahlıq olsaydı o zaman hər kəs etdiyi kiçik və böyük günahı bununla əsaslandırardı. Bu isə arzuolunmaz nəticələrə gətirib çıxarar. Ona görə alimlər [37] deyiblər: «Adəm etdiyi günaha deyil, başına gələn müsibətə görə qəza-qədəri əsas gətirmişdi. Doğrusunu Uca Allah daha yaxşı bilir. O, mənim üçün yetərlidir və O, çox gözəl dayaqdır». [38]

ADƏMİN (aleyhissəlam) YARADILIŞINI VƏSF EDƏN HƏDİSLƏR

Əbu Musa (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Allah Adəmi yer üzünün hər yerindən götürdüyü torpaqdan yaratdı. Adəm övladları isə torpaqların rənginə görə törədilər. Bəzisi ağ, qırmızı, qara və oxşar rəngli oldular. Bəziləri yaxşı bəziləri isə pis, sevincək və kədərli, yaxud orta xasiyyətli oldular» [39] .

Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:«Allah Adəmi yaradarkən bir müddət onu saxladı. İblis isə gəlib onun yan-yörəsində hərlənirdi. İblis onun içiboş olduğunu gördükdə bildi ki, o öz nəfsinə hakim ola bilən deyil» [40] .

Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Adəmə ruh üfürüldükdə ruhu başına çatdı və Adəm asqırıb dedi: Əlhəmdulilləhi rabbil aləmin (aləmlərin Rəbbi Allaha həmd olsun). Uca və əzəmətli Allah isə ona dedi: «Allah sənə rəhm etsin». [41]

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Allah Adəmi torpaqdan yaratdı, onu palçıq etdi və bir müddət belə saxladı. O (üzun müddət qaldığı üçün) qaralıb qoxanda Allah onu yaratdı və ona surət verdi. Sonra onu tam quruyana (əl vurduqda səs verən saxsı kimi olana) qədər saxladı.

İblis onun yanından keçir və deyirdi: «Sən həqiqətən də böyük bir iş üçün yaradılmısan!»

Sonra Allah ona Öz dərgahından ruh üfürdü. Ruhun ilk təsir etdiyi gözləri və nəfəs yolları oldu. Bu vaxt Adəm asqırdı və Allaha həmd etmək ona təlqin edildi. Allah da ona «Rəbbin sənə rəhm etsin» – deyə cavab verdi.

Allah: Ey Adəm! Gördüyün bu kəslərin yanına get və onlara: «Əssəlamu aleykum (Sizə Allahın salamı olsun)» – de. Bax gör nə cavab verəcəklər». Adəm gəlib salam verdi və onlar isə cavabında: «Va aleykə-s-sələm va rəhmətullahi və bərəkətuhu (Sənə də Allahın salamı, rəhməti və bərəkəti olsun)», – dedilər.

Allah: «Ey Adəm! Bu sənin və nəslinin salamıdır».

Adəm: «Ey Rəbbim! Mənim nəslim kimdir?»

Allah: «Ey Adəm! İki əlimdən birini seç».

Adəm: «Rəbbimin hər iki əli sağ əldir və mən də Onun sağ əlini seçirəm».

Allah əlini açdı və Adəmin nəslindən olanların hamısı Rəhmanın ovucunda göründü. İnsanlar içərisində ağızlarında nur olanlar var idi. Onlardan biri Adəmin diqqətini cəlb etdi və dedi: «Ey Rəbbim! Bu kimdir?»

Allah: «Sənin oğlun Davuddur».

Adəm: «Ey Rəbbim! Onun ömrünü nə qədər etmisən?»

Allah: «Onun ömrünü altmış il etmişəm».

Adəm: «Mənim ömrümdən kəsib onun ömrünü yüz il et».

Allah onun istədiyini etdi və başqalarını da şahid etdi. Adəm yaşa dolduqda Allah ölüm mələyini onun yanına göndərdi.

Adəm dedi: «Məgər ömrümün qırx ili qalmayıb?»

Mələk dedi: «Sən ömrünün bu hissəsini oğlun Davuda vermədinmi?!»

Adəm bunu (unutduğu üçün) inkar etdi, nəsli də inkar edən oldu. Adəm unutdu, nəsli də unutqan oldu». [42]

Əbu Dərda (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Allah Adəmi yaradanda onun sağ çiyninə vurdu və ləl-cəvahirat kimi ağ nəsil çıxardı. Sonra sol çiyninə vurub kömür kimi qara nəsil çıxardı. Sağ tərəfdəkilərə dedi: «Heç nəyə (etdiyiniz bəzi günahlara) baxmayaraq siz Cənnətliksiniz». Sol tərəfdəkilərə isə dedi: «Heç nəyə (etdiyiniz bəzi yaxşı işlərə) baxmayaraq siz Cəhənnəmliksiniz». [43]

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Allah Adəmi yaratdıqda boyu altmış dirsək idi. Allah ona dedi: «Get və oradakı mələklərə salam ver və onların cavablarını dinlə. Bu, sənin və nəslinin salamıdır».

Adəm də gedib «Əssələmu aleykum» – deyib salam verdi.

Mələklər onun dediyinə «və rəhmətullah» sözlərini əlavə edərək dedilər: «Əssələmu aleykə və rəhmətullah».

Cənnətə daxil olan hər kəs Adəmin surətində olacaqdır. Bu günə qədər insanların boyu qısalmaqda davam edir». [44]

Muslim ibn Yəsar əl-Cuhəni deyir ki, Ömər ibn Xəttab bu ayə haqqında soruşuldu: «Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər…»(əl-Əraf: 172). Ömər ibn Xəttab dedi: «Mən Peyğəmbərin bu ayə haqqında soruşulduğunu eşitmişdim. O belə cavab vermişdi:»Allah Adəmi yaradıb sağ əli ilə onun belinə məsh çəkdi və ondan bir nəsil çıxartdı və dedi: «Bunları Cənnət üçün yaratdım və onlar da Cənnət əhlinin əməlini edəcəklər». Sonra bir daha onun belinə əl çəkib digər bir nəsil çıxartdı və dedi: «Bunları isə Cəhənnəm üçün yaratdım və onlar da Cəhənnəm əhlinin əməlini edəcəklər».

Bu zaman bir kişi dedi: «Ey Allahın elçisi, elə isə əməl etmək nəyə lazım?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Allah bir bəndəni Cənnət üçün yaratdıqda onu Cənnət əhlinin əməlini etməyə müvəffəq edər. O Cənnət əhlinin əməllərindən birini edəndə vəfat edər və Cənnətə daxil olar. Allah bir bəndəni Cəhənnəm üçün yaratdıqda onu Cəhənnəm əhlinin əməlini etməyə müvəffəq edər. Bəndə Cəhənnəm əhlinin əməlini edərkən öldükdə onunla Cəhənnəmə düşər». [45]

ƏHD ALMAQ VƏ TÖVHİD KƏLMƏSİNİ DEDİZDİRMƏK

Yuxarıda verilmiş hədislər Adəm nəslinin onun kürəyindən zərrə şəklində çıxarılıb iki dəstəyə bölünməsini bildirir. Onlar sağ və sol əməl sahibləridir. Uca Allah bu iki dəstəyə xitab edərək demişdir: «Heç nəyə (etdiyiniz bəzi günahlara) baxmayaraq siz Cənnətliksiniz. Sol tərəfdəkilərə isə dedi: Heç nəyə (etdiyiniz bəzi yaxşı işlərə) baxmayaraq siz Cəhənnəmliksiniz». [46]

Amma Uca Allahın bu insanlara şahid gətirməsi, onlardan Allahın təkliyini təsdiqləmələrini tələb etməsi səhih hədislərdə təsdiq edilməmişdir. Əraf surəsindəki ayəni də bu mənaya yozmaq müəmmalıdır. Təfsir kitabımızda bu ayə ətrafında danışmışıq. Orada bu məsələyə aid hədis və rəvayətləri sənəd və mətni ilə birlikdə qeyd etmişik. Kim araşdırma aparmaq istəyərsə ora müraciət edə bilər. Daha doğrusunu Allah bilir [47] .

İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Allah Numan adlı yerdə (yəni, Ərəfada) Adəmin belindən əhd aldı. Onun belindən hər nəsili ayrı-ayrı çıxarıb arpa dənəsi kimi önünə səpdi və dedi: «Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. Qiyamət günü: “Biz bundan qafil idik”, yaxud: “Atalarımız daha əvvəl şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər bizi batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür».(əl-Əraf: 172–173) [48]

Bu rəvayət movquf * və mərfu * sənədlə rəvayət olunur. Mövquf sənəd daha səhihdir. [49]

Allahın Adəmin nəslindən əhd almasını deyən cumhur məsələni bu rəvayətlə əsaslandırmışlar. Ənəs ibn Malik Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Qiyamət günü Cəhənnəm əhlindən olan insana deyiləcəkdir: Əgər əlində dünyadakı şeylərdən biri səndə olsaydı onu verib canını qurtarardınmı?» O isə belə deyəcək: «Bəli.» Allah təalə isə ona deyəcək: «Mən səndən bundan daha asan bir şey istədim. Sən Adəmin belində olarkən Mənə heç bir şeyi şərik qoşmayacağın barədə səndən əhd aldım. Amma sən isə Mənə şərik qoşmaqda israr etdin.« [50]

İBLİSİN ADƏMİN (aleyhissəlam) TÖVBƏ ETMƏSİNƏ GÖRƏ TƏƏSSÜF ETMƏSİ

Əvvəldə qeyd etmişdik ki, Uca Allah mələklərinə Adəmə səcdə etməyi əmr etdikdə mələklərin hamısı ilahi əmrə itaət etdilər. İblis isə həsəd və ədavət göstərib səcdədən imtina etdi. Allah da onu ilahi məqamdan qovub çıxardı və bu məqamı ona qadağan etdi. Onu qovulmuş, daşlanmış və lənətlənmiş şeytan olaraq yerə endirdi.

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:«Adəm övladı səcdə ayəsini oxuyub səcdə etdikdə şeytan kənara çəkilib ağlayar və deyər: «Vay mənim halıma! Adəm övladına səcdə etmək əmr olundu, o da səcdə etdi. O da Cənnətə layiq oldu. Mənə də səcdə etmək əmr olundu. Mən isə asilik göstərdim və Cəhənnəmə layiq görüldüm.« [51]

ADƏMİN (aleyhissəlam) CƏNNƏTDƏ QALDIĞI MÜDDƏT

Adəm öz zövcəsi ilə birlikdə Cənnətdə yaşayır, oranın naz-nemətlərindən yeyib-içirdilər. Bir dəfə qadağan olunmuş ağacdan yedikdə əyinlərindəki paltarlardan xali olub yerə endirildilər.

Alimlər onların Cənnətdə neçə il qalmaları, oradan dünyanın hansı tərəfinə endirilmələri və orada övladlarının doğulub-doğulmaması barədə ixtilaf ediblər. [52]

Deyilənə görə hər hamiləlikdə bir qız və bir oğlan doğulurdu. Bir oğlan digər qardaşı ilə doğulan qızla evlənirdi və başqası da belə evlənirdi. Belə ki, bir bacı özü ilə bərabər doğulan (əkiz) oğlana halal edilmirdi.

ADƏMİN (aleyhissəlam) İKİ OĞLU HABİL VƏ QABİLİN HEKAYƏSİ

27Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qəbul edər!

28-Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.

29-Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!”

30-Nəfsi onu qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.

31-Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.(əl-Maidə: 27–31).

Qardaşı Habili ölümlə hədələyərkən onun: «Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram…» – deməsi onun gözəl əxlaqından, qəlbindəki Allah qorxusundan xəbər verir. Özünün alicənablığını göstərib qardaşının əməlinə qarşılıq vermədi.

İki səhih əsərdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: «İki müsəlman qılınclarını çəkib üz-üzə gələrlərsə öldürən də ölən də Cəhənnəmlik olar«.

Orada olanlar dedilər: «Ey Allahın elçisi! Öldürənin cəzası aydındır. Bəs ölənin nə təqsiri var?»

Peyğəmbər (sallallahu aleyhi səlləm) dedi: «O da öz yoldaşını öldürmək istəyirdi» [53] .

«Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!» (əl-Maidə: 29). Mən səndən daha güclü və qüvvətli olsam da səninlə döyüşmək niyyətim yoxdur. Əgər sən bu qərara gəlmisənsə o zaman «sən mənim də günahımı öz günahınla birlikdə üstünə götür…» Yəni mənim qətlimin günahını və əvvəlki günahlarını öz böynuna götür. Bu, Mücahidin, Suddinin, İbn Cəririn və bir çox alimlərin rəyidir.

Bu o demək deyil ki, öldürülənin günahları dərhal qatilin boynuna düşür. Bəzi insanlar məsələni belə başa düşürlər. İbn Cərir belə başa düşənlərə qarşı alimlərin yekdil rəyini əsas gətirmişdir.

Bəzi savadsız adamların Peyğəmbərin (sallallahu aleyhi və səlləm) adından rəvayət edirlər ki, «Qatil öldürülən üçün heç bir günah saxlamaz». Bu rəvayətin əsası yoxdur. Ümumiyyətlə hədis kitablarında nə səhih, nə həsən, nə də zəif sənədlə belə bir rəvayət yoxdur. [54]

Lakin bu hal Qiyamət günü bəzi insanların vəziyyətində baş verə bilər. Məsələn, öldürülən insan öz haqqını qatildən tələb etdikdə qatilin bu zülmü qarşılamaq üçün kifayət qədər savabı olmadıqda öldürülənin günahından qatilə yüklənəcəkdir. Başqa günahlarla da belə ediləcəyi barədə səhih sənədli hədislər vardır [55] . Qətl törətmək də günahların ən böyüyüdür. Daha doğrusunu Allah bilir.

Səəd ibn Əbu Vəqqas (Allah ondan razı olsun) Osman ibn Əffanın (Allah ondan razı olsun) fitnəsi zamanı deyirdi ki, mən Peyğəmbərin belə dediyinə şahidlik edirəm:«Bir zaman fitnə olacaq. O zaman oturan ayaq üstə olandan, ayaq üstə olan gəzəndən, gəzən isə qaçandan xeyirli olar». Orada olanlar dedilər: «Əgər bir nəfər evimə girib məni öldürmək istəyərsə nə edim?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Sən Adəmin oğlu kimi ol!« [56] .

Huzeyfə ibn əl-Yəməndən (Allah ondan razı olsun) gələn mərfu sənədli rəvayətdə isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: «Sən Adəmin xeyirli oğlu kimi ol!» [57] .

Muslim, Əbu Davud, Tirmizi və İbn Macə eyni rəvayəti Əbu Zərdən nəql etmişlər. [58]

Adəmin xeyirsiz oğluna gəlincə İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Zülm ilə qətlə yetirilən hər bir cana görə Adəmin oğluna bu qandan pay çatar. Çünki ilk dəfə qətli adət edən o olmuşdur». [59]

Dəməşq şəhərinin şimalında yerləşən Qasyon dağında «əd-Dəmm» adlı mağara vardır. Bu mağara Qabilin Habili qətlə yetirdiyi yer kimi məşhurlaşmışdır. İnsanlar bu məlumatı əhli-kitabdan əldə etmişlər. Bunun nə dərəcədə doğru olmasını Allah bilir. [60]

Uca Allah buyurur: «Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.» (əl-Maidə: 31).

Bəzi rəvayətlərə görə Qabil qardaşını qətlə yetirəndən sonra onu belində daşıyırdı. Bu əsnada Uca Allah bir-biri ilə döyüşən iki qarğa göndərdi. Onlardan biri digərini qətlə yetirdi. Sonra öldürdüyü qarğanı basdırmaq üçün torpağı eşdi. Ölmüş cəsədi sürüyüb çuxura atdı və basdırdı. Qabil qarğanın belə etdiyini görüb dedi: «Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.» (əl-Maidə: 27–31). Qabil də qarğanın etdiyi kimi çuxur qazıdı və qardaşının cəsədini basdırdı.

Deyilənə görə Qabil günahlarına, zülm etdiyinə, valideynlərinə və qardaşına qarşı həsəd apardığına görə qardaşını qətlə yetirən gün qisasa və təcili cəzaya məhkum edilmişdi.

Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət olunan hədisdə deyilir: «Bu dünyada və axirətdə cəzalandırılmağa daha çox layiq görülən günahlar içində zülm etmək və qohumluq əlaqələrini kəsmək kimi böyük günah yoxdur» [61] .

Bundan sonra insanlar çoxaldı və yer üzünə dağıldılar. Bu haqda Uca Allah Öz kitabında belə deyir: «Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qa­dın­lar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən istədiyiniz Allah­dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şüb­həsiz ki, Allah sizin üzərinizdə gözətçidir!» (ən-Nisa: 1).

ADƏM (aleyhissəlam) VƏ HƏVVANIN ALLAHA ŞƏRİK QOŞMASI HAQQINDA RƏVAYƏT OLUNAN YALAN HEKAYƏ

Uca Allah buyurur:

«Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) (bir müddət həmin yükü) daşıdı…»(əl-Əraf: 189).

Allah onlara saleh övlad verdikdə özlərinə verdiyi ilə əlaqədar (insanlar) Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən Ucadır!» (əl-Əraf: 189-190).

Ayədə ilk olaraq Adəm xatırlanır sonra isə insan cinsinə müraciət olunur. Burada Adəm və Həvva nəzərdə tutulmur. Şəxslər yada salındıqdan sonra insan cinsi xatırlanır. Buna bir çox ayələri misal çəkmək olar. «Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik.» (əl-Muminun: 12,13). (Birinci ayədə şəxs olaraq Adəmdən, ikinci ayədə isə cins olaraq insandan bəhs edilir. (Tərc.)).«And olsun ki, Biz dünya səmasını qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.» (əl-Mülk: 5). Məlum olduğu kimi şeytanlara atılan mərmilər səmadakı qəndillərin özü deyil. Bu ayədə ulduzlar haqqında danışılandan sonra onların cinsi (növləri) yada salınır.

Həsən əl-Bəsri Səmurədən, o isə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə rəvayət edir: «Həvvanın oğlan uşaqlarının heç biri sağ qalmırdı. Bir dəfə o hamilə olarkən İblis onun yanına gəlib dedi: Sən uşağını Əbdülharis adlandırsan o yaşayacaq. O da uşağı Əbdülharis adı ilə adlandırdı və uşaq yaşadı. Bu da şeytanın vəsvəsəsi və əmri idi» [62] .

Həsən əl-Bəsri yuxarıdakı ayələri deyilənlərin əksi olaraq təfsir etmişdir. Əgər onun Səmurədən rəvayətçisi olduğu hədisin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nisbəti dəqiq olsaydı, o zaman bu hədisi qoyub ayəni başqa cür təfsir etməzdi. Daha doğrusunu Allah bilir.

Eyni zamanda Uca Allah Adəm və Həvvanı bəşəriyyətin əsası olub özlərindən çoxlu kişi və qadınlar törəsinlər deyə yaratmışdır. Əgər qeyd olunan hədis səhihdirsə o zaman necə ola bilər ki, hədisdə deyildiyi kimi Həvvanın oğlan uşağı qalmasın?!

Halbuki Adəm və Həvva həmin hədisdə deyiləndən qat-qat çox mütilik göstərirdilər. Adəm Allahın Öz əli ilə yaradıb ruhundan üfürdüyü, mələklərini ona səcdə etdirdiyi, hər şeyin adını öyrətdiyi və Cənnətdə məskunlaşdırdığı bəşəriyyət atasıdır.

Əbu Zər (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedim: «Ey Allahın elçisi! Peyğəmbərlərin sayı nə qədərdir?

O dedi: «Yüz iyirmi dörd min».

Dedim: «Ey Allahın elçisi! Onların neçəsi elçi idi».

O dedi: «Üç yüz on üçü. Bağışlanmış böyük bir dəstə!»

Dedim: «Ey Allahın elçisi! Onların birincisi kim idi?»

Dedim: «Ey Allahın elçisi! O elçi peyğəmbərlərdən idi?»

O dedi: «Bəli. Allah onu Öz əli ilə yaradıb ruhundan üfürdü və onu yaratdı». [63]

İki Səhih kitabda İsra hadisəsi haqqında danışılan hədisdə deyilir: «Peyğəmbər (sallallahu aleyhi səlləm) dünya səmasında Adəm ilə qarşılaşdıqda Adəm ona demişdi: Əməlisaleh övladı və əməlisaleh peyğəmbəri xoş gördük!»

Peyğəmbər (sallallahu aleyhi səlləm) deyir: «Onun sağında və solunda böyük dəstədə insanlar dayanmışdı. O, sağ tərəfinə baxdıqda gülür, sol tərəfinə baxdıqda isə ağlayırdı». Mən Cəbraildən: «Ey Cəbrail! Bu nədir belə?» – deyə soruşdum.

Cəbrail: «Bu Adəmdir. Bunlar isə övladlarının nəslidir. O, sağ tərəfindəkilərə (Cənnət əhlindən olanlara) baxdıqda gülür, sol tərəfindəkilərə (Cəhənnəm əhlindən olanlara) baxdıqda isə ağlayır» [64] . Hədisin mənası da elə budur.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: «Mən Yusufla qarşılaşdıqda gördüm ki, gözəlliyin yarısı ona verilmişdir» [65] . Bəzi alimlər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözü haqqında demişlər: Bu o deməkdir ki, Yusufa Adəmin gözəlliyinin yarısı verilmişdi. Bu daha münasib fikirdir. Çünki Uca Allah Adəmi Öz əli ilə yaradıb surət vermiş, ruhundan üfürmüşdür. Onun yaratdığı isə ən gözəl yaradılmış olmalıdır.

Abdullah ibn Amr (Allah ondan razı olsun) və Abdullah ibn Ömər (Allah ondan razı olsun) mövquf* və mərfu* sənədlə rəvayət edirlər ki, «Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: «Ey Rəbbimiz! Bunu bizim üçün et. Adəm övladı üçün dünyanı yaratmısan [66] . Onlar da orada yeyir və içirlər». Uca Allah buyurdu: «İzzətim və cəlalıma and olsun! Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini, «Ol!» deməklə olan bir tayfaya bərabər tutmaram». [67]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah Adəmi öz surətində yaratmışdır» [68] . İki səhih və digər hədis kitablarda rəvayət olunan bu hədis bir çox sənədlərlə rəvayət olunmuşdur.

Alimlər bu hədis barədə danışıb və bu hədisin açıqlamasında bir çox fikirlər irəli sürüblər. Bu məsələmizlə bağlı olmadığı üçün açıqlama vermirik. Daha doğrusunu Allah bilir.

ADƏMİN (aleyhissəlam) VƏFATI VƏ ONUN OĞLU ŞİSƏ ETDİYİ VƏSİYYƏTİ

Şis sözünün mənası Allahın hədiyyəsi deməkdir. Habilin qətlindən sonra Allah onlara bu övladı verdiyi üçün adını Şis qoymuşdular.

Cümə günü Adəm vəfat etdikdə mələklər Allahın əmri ilə Cənnətdən kəfən və hənut ətiri gətirdilər. Oğlu və vərəsəsi Şisə başsağlığı verdilər.

Utiyy ibn Damurə əs-Sədi deyir: «Bir nəfər qoca kişinin Mədinədə söhbət etdiyini gördüm və onun kimliyini soruşdum. Dedilər ki, o Ubeyy ibn Kəəbdir. O deyirdi: «Adəm vəfat edəndə övladlarına dedi: «Ey oğullarım! Mən Cənnət meyvələrindən dadmaq istəyirəm». Övladları da meyvə dalınca getdilər. Mələklər Adəm üçün gətirdikləri kəfən və hənut ətiri ilə onların qarşısına çıxdılar. Onlarda balta, zənbil və ip var idi.

Mələklər dedilər: «Ey Adəm oğulları! Hara gedirsiniz? Nə axtarırsınız?»

Adəm oğulları: «Atamız xəstədir. Ürəyi Cənnət meyvəsi istəyir».

Mələklər: «Geri qayıdın. Atanızın vaxtı qurtarıb».

Onlar geri qayıtdıqda Həvva mələkləri görüb tanıdı və Adəmə tərəf qaçdı.

Adəm dedi: «Məndən kənar dur. Onsuzda sənin vasitənlə aldadılmışam. Məni Rəbbimin mələkləri ilə tənha qoy».

Mələklər onun ruhunu çıxarıb yudular, kəfənlədilər, ətirlədilər, qəbirini ləhd formasında qazıdılar, cənazə namazını qıldılar və onu qəbirə endirib yerləşdirdilər və üzərini torpaqla örtdülər və dedilər: «Ey Adəm oğulları! Bu sizin sünnənizdir».» [69]

Ubey ibn Kəəbə qədər gedən sənəd səhihdir.

Adəmin harada basdırılması ixtilaflı məsələdir. Həvva isə Adəmdən sonra vəfat etmişdir.

Adəmin neçə il yaşaması da ixtilaflıdır. Amma İbn Abbasdan və Əbu Hureyrədən səhih sənədlə rəvayət olunan hədisdə deyilir ki, Lövhül-Məhfuzda Adəmin yaşı min il yazılıb.

Bu məlumat Adəmin Tövratda göstərilən doqquz yüz otuz yaşı ilə ziddiyət təşkil etmir. Əgər onların dedikləri Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) səhih hədis ilə bizə söylədiyi məlumata ziddirsə bizə görə onların məlumatı qeyri məqbul sayılır. Eyni zamanda biz onların dedikləri ilə bu hədisdə deyiləni cəm edə bilərik. Əgər Tövratda deyilənlər doğrudan da təhrif edilməmiş məlumatdırsa, bu Adəmin Cənnətdən qovulduqdan sonra yer üzündə yaşadığı illərin sayıdır. Bu günəş təqvimi ilə doqquz yüz otuz, ay təqvimi ilə isə doqquz yüz əlli yeddi il edir. Yerdə qalan qırx üç il isə Adəmin Cənnətdə yaşadığı müddətdir. Bu açıqlama İbn Cərir və digər alimlərin fikridir. Beləliklə illərin toplamı min il edir.

İstifadə olunmuş kitab: Peyğəmbərlərin həyatı Müəllif: İbn Kasir Tərcüməçi: AbdurRəhman Muradlı

[1] Bəzi ədiblər və yazarlar bu ayədəki «xuləfə» sözünü xəlifə kimi tərcümə edərək insanı, Allahın yer üzündəki xəlifəsi adlandırırlar. Amma bu fikirin etibarlı istinadı yoxdur.

[2] Müəllif İbn Kəsir (Allah ona rəhmət etsin!) «Təfsirul Quran əl-Azim» kitabında (1/76) deyir: «Daha doğru fikir budur ki, Allah Adəmə hər əşyanın adını, keyfiyyətini, vəsfini və faydasını öyrətmişdir. İbn Abbasın (Allah ondan razı olsun) dediyi kimi: «Ona səhifə, qazan və hər bir böyük və kiçik əşyanın adını öyrətmişdi.»

İbn Abbasdan (Allah ondan razı olsun) nəql olunan rəvayətin isnadı səhih deyil. Amma Quranın ümumi anlamda söylədiyi söz bu mənaya dəlalət edir. Allah daha yaxşı bilir.

[3] Bu hədis açıq-aşkar göstərir ki, Adəm bütün bəşəriyyətin atasıdır. Şeyx Muhəmməd Abdu əl-Misrinin: «Adəm bəşəriyyətin atası deyil, ilk insandır!» – sözləri ilə məsələyə şübhə gətirməsi tutarlı deyil. Şeyx Muhəmməd Rəşid Rzanın «əl-Mənar» kitabında (4/323, 324, 325) bu batil fikri dəstəkləməsi həqiqətən də çox təəsüfedici haldır. Sonra «dəccal professor» Abdussabur Şahinin «Atam Adəm. Bəşəriyyətin əfsanəvi və həqiqi yaradılışı» adlı kitabı ilə tanış oldum. O da bu böhtan və xurafat üzərində dayanaraq Adəmi bəşəriyyətin atası deyil, ilk insan kimi qələmə verir. İnsanları həqiqətdən ayırmaq istəyənlər bu qeybi məsələni dəstəkləyirlər. Uca Allah buyurur: «Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) çıxaranları Özümə köməkçi də tutmadım!» (əl-Kəhf: 51).

Bu böhtançılar bəşəriyyətin və insanın yaradılışını ayırmaq üçün Adəmin yaradılışını təsdiqləyirlər. Onlara görə Adəm bəşəriyyətin atası deyil, bəşəriyyətdəndir, ilk insandır. Cəhalətlə suvarılmış bu yanlış fikir «insanın əsası meymundandır» deyən Darvin və onun tərəfdarlarının fikrini dəstəkləmək üçün atılmış addımdır.

[4] Buxari: № 4476; Muslim: № 193.

Müəllif Allahın Adəmə bütün məxluqatın adlarını öyrətməsi fikrini dəstəkləməsi üçün bu hədisi əsas gətirməsi onu göstərir ki, məsələdə İbn Kəsirin metodu Buxarinin metodu ilə eynidir.

[5] Təbəri «Cəmiul Bəyan» 1/173. Rəvayətin sənədi həsəndir (yaxşıdır).

[6] Allahın ruhu Özünə nisbət etməsi bu işi şərəfləndirmək üçündür. Məscidlər Allahın evləridir deyiriksə, bunu şərəfləndirmək üçün deyirik. (tərc.)

[7] Bu hədis barədə qarşıda danışılacaqdır.

[8] Bu hədis barədə qarşıda danışılacaqdır.

[9] Qiyas – müqayisə mənasına yaxın bir sözdür. Bu, şəriət əhkamlarının əsas­lan­dırılması üçün qaydalardan biri sayılır. Əgər bu yolla əsaslandırılan müqa­yi­sə şəriətin digər aşkar sübutlarına zidd deyilsə məqbul hesab olunur. (tərc.)

[10] «Cəmiul Bəyan» (7/98); İbn Kəsir «Təfsirul Quran əl-Azim» kitabında (2/212) rəvayətlərin səhih olduğunu bildirmişdir.

[11] Bu barədə mənim tədqiqatımla nəşr olunmuş İbn Qeyyim əl-Covziyyənin «Huc­cətu İblis» adlı əsərinə bax (səh. 11 və s.).

[12] İbn Qeyyim əl-Covziyyə «Səvaiq əl-Mursələ» kitabında (3/1002, 1003) bu mə­sə­ləni daha ətraflı açıqlamışdır.

[13] əl-İsra surəsinin adlarından biridir. (tərc.)

[14] Səhih Muslim: № 2996.

[15] Təbəri «Cəmiul Bəyan» (1/179); Əbuş Şeyx «əl-Əzəmə» (№ 1129) və b. Rəvayətlər müxtəlif yollarla Ovf əl-Ərabinin Həsəndən olan rəvayətləridir.

Rəvayətin sənədi səhihdir.

Bu məsələ keçmiş və müasir alimlərin böyük ixtilaf etdikləri məsələlərdəndir. Daha doğru fikir isə budur ki, İblis (Allah ona lənət etsin!) cinlərdəndir, mələklərdən deyil. Bunu demək üçün bir neçə əsas vardır: 1. Uca Allah buyurur: «O, cinlərdən idi…» (əl-Kəhf: 50). Bu, məsələyə dəlalət edən açıq-aşkar sübutdur. Çünki cinlər yaradılış baxımından insanlarla müştərəkdirlər. Ona görə bu söz deyiləndə mələklər və ya onların bəziləri nəzərdə tutulmur. 2. İblis oddan, mələklər isə nurdan yaradılıblar. Bunların arasında nə qədər də böyük fərq var! 3. İblis nəsil artırır. Uca Allah buyurur: «Siz Məni qoyub onu və nəslini dostmu tutursunuz?» (əl-Kəhf: 50). Mələklər isə nəsil artırmırlar. 4. İblis Allaha asi olub, təkəbbürlük göstərib küfr etdi. Mələklər isə hörmətli bəndələrdir. Onlar Allahın əmrlərinə asi olmaz və onlara əmr olunanları yerinə yetirərlər.

Kimsə deyə bilər ki, əgər İblis mələklərdən deyildisə nə üçün ona mələklərlə birlikdə səcdə etmək əmr olundu? Cavab: O elmi, çalışqanlığı, ibadəti, mələklərə oxşarlığı səbəbi ilə onların cərgəsinə qoşulmuşdu. Bunu bir çox sələf alimləri qeyd ediblər. İbn Kəsir də bu fikri daha üstün saymışdır. İblisin onlarla birlikdə olub onlardan olmaması heç də qəribə sayılmır. Adəm də Rəbbinin hüzurunda Mələklərlə birgə dayanmışdı.

Kimsə deyə bilər ki, İblis mələklərdən deyildisə nə üçün onlardan istisna edildi? Cavab: Bu istisna «munqəti istisna» növünə daxildir. (Munqəti istisna – istisna edilənin istisna olunanların cinsindən olmamasıdır. Məsələn, atdan başqa hamı gəldi. Burada at insan cinsindən deyil, amma o da insanlardan istisna edildi. Tərc.) Bu növ istisnada istisna edilənin istisna olunan toplumdan olması şərt deyil. Necə deyərlər: Tayfa su içdi amma heyvanlar su içmədi. Onlar gəldilər amma dəvələr gəlmədi.

[16] Hədisin ardı belədir: «…İslam yolunda oturar və deyər: «Öz dinini və dədə-babalarının dinini tərk edib İslamı qəbul edirsən?!» Bəndə isə ona müxalif olub islamı qəbul edər. Sonra hicrət yolunda oturub deyər: «Yerini-yurdunu tərk edib hicrət edirsən?!» Hicrət edən kimsənin timsalı hörüklənən at kimidir. Bəndə isə ona asi olub hicrət edər. Bundan sonra cihad yolunda oturar və deyər: «Əziyyət çəkib malını xərcləyib döyüşür və ölürsən. Sağ qalanlar isə qadınlarla evlənir, mal-dövlət paylaşırlar». Amma bəndə ona asi olar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Kim deyilən kimi edərsə onu Cənnətə daxil etmək Allah üzərində haqq olar. Kim öldürülərsə onun Cənnətə salınması Allah üzərində haqq olar. Əgər suda boğularsa və ya dəvəsinin altında qalıb ölərsə onun Cənnətə salınması Allah üzərində haqq olar».

Səhihdir. Əhməd: (3/483); Nəsai: (6/21, 22); İbn Hibban, «Səhih» kitabı (10/453/№4593); İbn Əbu Şeybə «əl-Musannəf» (5/293); Təbərani «əl-Mucəm əl-Kəbir» (7/№6558). Səhih isnadla. Şeyximiz İmam əl-Albani «Səhih Sünən Nəsai» (№2937) və «Səhih əl-Cami» kitabında (№1648) rəvayətin səhih olduğunu bildirmişdir.

[17] Buxari: № 4476; Muslim: № 193.

[18] Müəllif «Təfsirul Quran əl-Azim» kitabında (1/287) bu məsələni bir qədər də açıqlamışdır. Baxa bilərsiniz.

[19] Bu bir daha İbn Kəsirin İblisin cinlərdən olmasını deməsini təsdiq edir.

[20] Buxari: № 3331; Muslim: № 1468.

[21] Bu qayda Quranın təfsirində qoyulmuş sələfi bir qaydadır. Təfsirçi Quran ayələrində gizli saxlanılmış və barəsində Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) səhih rəvayətlər nəql edilməyən mənaları öz ağılından açıqlamamalıdır. Çünki bu bir qeybdir və bunu yalnız vəhy ilə bilmək mümkündür. Bu haqda düşünməyə dəyər.

[22] Bu hədis haqqında (ADƏM (aleyhissəlam) VƏ MUSANIN (aleyhissəlam) MÜBAHİSƏSİ) adlı fəsildə danışıla­caq.

[23] Adəmin «Məgər sizi Cənnətdən çıxaran…» – sözləri bu Cənnətin o zamandan bəri qaldığını bildirir. Bu isə onun əbədi olması anlamına gəlir. (tərc.)

[24] Buxari: № 3252; Muslim: № 2826.

[25] İsrail oğullarına qida olaraq Allah tərəfindən halva və bildirçin göndərilir, səmadan enirdi. Amma bu qidaların saxlanılması onlara qadağan edilmişdi. Onlar isə buna məhəl qoymayıb qidanı saxladıqda o iylənirdi. Məlumat üçün Musa peyğəmbərin hekayəsinə baxın. (tərc.)

[26] Buxari: № 3330; № 3399; Muslim: № 1470. Həvvanın Adəmə xəyanəti, onu ağacdan yeməyə təşviq etməsidir. Bunun başqa mənası yoxdur. Bu barədə Hafiz İbn Həcər əl-Əsqəlani «Fəthul Bari» əsərində (6/368) danışmışdır. Şeyximiz Əhməd Şakir «Müsnəd» kitabı üzərində qeydlər apararkən (№ 8019) demişdir: «O zaman Adəmdən başqa kişi olmadığına görə bu xəyanətin başqa ehtimalı da yoxdur».

Bu söz çox dəyərli və tutarlı sözdür. Çünki heç bir peyğəmbərin zövcəsi zina etməmişdir. Adəm də Allahın danışdırdığı peyğəmbərlərdən biridir.

[27] Əhdi-ətiq: Yaradılış: Fəsil: 3.

[28] Bu özü ayrı-ayrılıqda elmi bir qaydadır. Tərcüməçilər bunu düzgün anlamalıdırlar. Ələlxüsus şəriətə aid elmi kitabları tərcümə edənlər buna daha çox diqqət yetirməlidirlər. Əməyində cəhalət və məsuliyyətsiz olan insanlar nə çoxdur. Belə insanlar ərəblərin dilini onlar kimi anlamayıb, şərii elmdən uzaq olan kimsələrdir.

[29] [29] Həsəndir. İbn Səd «ət-Tabaqat əl-Kubra» (1/31); Hakim: (2/262); İbn Əsakir «Tarixu Dəməşq» (7/405). Rəvayəti Əbdülvahhab ibn Əta əl-Xəffaf əl-İcli, o da Səid ibn Əbu Ərubədən, o da Qatadədən, o da Həsəndən, o da Uteydən, o isə Ubeyy ibn Kəəbdən rəvayət etmişdir…

[30] Səhihdir. Əbu Davud: № 5248; Əhməd: (2/247, 432, 521); İbn Hibban: № 5644. Bütün rəvayətlər Əbu Hureyrədəndir.

[31] Əbdürrəzzaq: «ət-Təfsir» (1/43-44); Təbəri: «Cəmiul Bəyan» (1/175); İbn Əbu Hatim: «Təfsir» (138/421); Bəzzar: «əl-Bəhru-z-Zəxxar» (8/45/3030); Hakim: (5/543); Beyhəqi: «əl-Bəəs» (141/180). Rəvayətin sənədi movquf* olaraq səhihdir. Bəzzarın rəvayətində isə (8/45/3029) mərfu* olaraq səhih yolla rəvayət olunmuşdur.

[33] Əbdürrəzzaq «Təfsir» (1/1/44); İbn Əbu Hatim «Təfsir» (414); «Cəmiul Bəyan» (1/193-194); «Təfsirul Quran əl-Azim» (1/85); «ad-Durru-l-Mansur» (1/59).

[34] Təbəri «Cəmiul Bəyan» (1/193-194).

[35] Buxari: № 4738; Muslim: № 2652.

[36] Səhihdir. Əbu Davud: (№ 4702); Əbu Yəla «əl-Müsnəd»: (№ 243). Bu rəvayətin sənədi həsəndir (yaxşıdır). İbn Kəsirin bu hədisdən sonra başqa sənədlə qeyd edəcəyi rəvayət Əbu Yəlanındır (№ 244). Amma bu rəvayət zəifdir. Lakin ümumi rəvayətləri topladıqda hədis səhihdir. Daha doğrusunu Allah bilir.

[37] Şeyxülislam İbn Teymiyyə və tələbəsi İbn əl-Qeyyim əl-Covziyyə kimi alimləri demək olar. Diqqət yetirsək görərik ki, müəllifin sözü də onların dedikləri ilə eynidir.

Bu haqda Şeyxulislam İbn Teymiyyənin «əl-Ehticac Bil-Quran» kitabına, həmçinin İbn Əbdül Bərrin «ət-Təmhid» (18/12) və «əl-İstizkar» (26/85-88) kitablarına baxa bilərsiniz.

[38] Xülasə, qədərə iman gətirmək lazımdır, edilən əməllərə dəlil götürmək lazım deyil.

[39] Səhihdir. Əhməd: (4/400, 406); Əbu Davud: (№ 4693); Tirmizi: (№ 2955); İbn Hibban «əs-Səhih»: (14/29/№ 6160) və başqa alimlər bu hədisi səhih sənədlə rəvayət etmişlər.

[40] Əhməd: (3/152); Muslim: (№ 2611).

[41] Səhihdir. İbn Hibban: № 6165. Səhih isnadla rəvayət etmişdir.

[42] Səhihdir. Əbu Yalə: № 6580; Tirmizi: № 3076; 3368; Nəsai «Aməlu-l-Yovm və-l-Leylə» № 219; 220; İbn Əbu Asim «əs-Sünnə»: № 206; İbn Hibban: № 6167; Hakim: 1/64; 2/585; 4/263; İbn Əbu Hatim «ət-Təfsir»: 5/1614/№ 8535. Müxtəlif yollarla Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət ediblər. Fikrimcə, rəvayətlərin hamısını cəm etsək səhih demək olar. Daha doğrusunu Allah bilir.

[43] Səhihdir. Əhməd: 6/441; Abdullah ibn Əhməd «əz-Zəvaid» kitabında, onun sənədi ilə İbn Əsakir «Tarix Dəməşq» kitabında 7/397; əl-Bəzzar «Müsnəd»: № 2144 (əl-Kəşşaf tərtibi ilə). Səhih isnadla rəvayət olunub. Şeyximiz Albani «əs-Səhihə» kitabında № 49 rəvayətin səhih olduğunu bildirib.

[44] Buxari: № 3326; 6227; Muslim: № 2841.

[45] Səhih-liğeyrihi. Malik 2/898; Əhməd: 1/44; Əbu Davud: № 4703; Tirmizi: № 3075; İbn Hibban: № 6166; Hakim: 1/27; 2/324; 544. Digər alimlər də Malikin yolu ilə rəvayət ediblər.

Əbu Davud № 4704; İbn Əbu Asim: 201; İbn Əbdül Bərr «ət-Təmhid»: 6/4 -5. Zeyd ibn Əbu Ənisənin yolu ilə.

Bu rəvayətin isnadı zəifdir. Tirmizi «əs-Sünən» kitabında bunu açıqlamışdır. Lakin rəvayətin Əbu Hureyrənin, İbn Abbasın, Əbdürrəhman ibn Qatadənin, Ənəsin və Ubeyyin y hədislərindən şahidləri vardır. Bununla rəvayət səhih dərəcəsinə yüksəlir. İbn Əbdül Bərr «ət-Təmhid», Munziri «Muxtəsər əs-Sünən» kitabında 7/73 bunu təsdiq etmişdir.

[46] Səhihdir. Əhməd: 4/186; İbn Səəd: 1/10; İbn Hibban: 338; Hakim: 1/31. Əbdürrəhman ibn Qatadədən səhih sənədlə rəvayət olunmuşdur.

[47] Burada bəzi qeydlər vardır. Şeyximiz əl-Albani İbn Kəsir və şeyxi İbn əl-Qeyyimin bu sözlərini araşdırmış və onların bu məsələdə səhv düşündüklərini qeyd etmişdir. «əs-Silsilətu-s-Səhihə» (4/160/1623). Deyilən mənbəyə bax. Bu elmin dəyərli hissəsidir.

[48] Səhihdir. Əhməd: 1/272; Nəsai «əl-Kubra» 4/440/№ 5602; («Tuhfətul Əşraf» tərtibi ilə); Təbəri «Cəmiul Bəyan» 6/110/№ 15349; Hakim: 2/544; İbn Əbu Asim «əs-Sünnə» 202. Rəvayətlər Muhəmməd ibn Hüseyn əl- Mərvəzidən rəvayət olunur.

Müəllifin dediyi kimi hədisin sənədi səhihdir. Şeyximiz əl-Albani «əs-Silsilətus səhihə» kitabında (№ 1623) bunu təsdiqləmişdir.

[49] Şeyximiz əl-Albani «Səhihə» kitabında (№ 1623) müəllifin bu sözünə irad tutmuş və movquf rəvayətin mərfu hökmündə olduğunu qeyd etmişdir. Elə isə hər iki sənəd arasında heç bir ixtilaf yoxdur.

[50] Buxari: № 3334; Muslim: № 2805.

[52] Bu barədə etibarlı mənbələrdə heç bir məlumat qeyd edilməmişdir.

[53] Buxari: № 31; Muslim: № 2888. Hədis Əbu Bəkrədən rəvayət olunur.

[54] «Silsilətul əhədis əd-Daifə» № 287. Burada şeyximiz Albani müəllifin sözünü qeyd edib onun dediklərini təsdiqləmişdir.

[56] Səhihdir. Əhməd: 1/169; 185; Əbu Davud: № 4257; Tirmizi: № 2194. Muslimin şərtinə uyğun səhih sənədlə rəvayət ediblər.

[57] Səhih liğeyrihi. İbn Mərdəveyh «Təfsir» kitabında, həmçinin müəllif «Təfsirul Quran əl-Azim» kitabında (2/42) zəif sənədlə rəvayət etmişdir. Sənəddə adı çəkilməyən bir nəfər vardır.

Amma Səədin (Allah ondan razı olsun) və Əbu Zərin (Allah ondan razı olsun) səhih rəvayətləri buna şahidlik edir və hədis səhih dərəcəsinə yüksəlir.

[58] Müəllif hədisin əsas mətnini nəzərdə tutur. Belə ki, o rəvayətdə fitnənin olmasından danışılmır. Hədisi uzun mətnlə Əhməd (5/149; 163; Əbu Davud № 4261; İbn Macə № 3958; İbn Hibban № 5960; Hakim 2/156; 4/423. Rəvayət Muslimin şərtinə uyğun olan səhih sənədlə qeyd olunur.

Muslim «Səhih» əsərində № 648; Əbu Davud № 431; Tirmizi № 176; İbn Macə № 1256. Yalnız namaz hekayəsini qeyd edərək müxtəsər mətnlə rəvayət etmişlər.

[59] Buxari № 3335; Mülsim № 1667; Əhməd 1/383; 430; 433; Tirmizi № 2673; Nəsai № 3996; İbn Macə № 2616.

[60] Adəmin övladlarının adları da Əhli Kitabdan götürülmüşdür. Bu barədə səhih mənbələrdə heç bir məlumat yoxdur.

[61] Səhihdir. Buxari «əl-Ədəb əl-Mufrəd» № 29; Əhməd 5/36; 38; Əbu Davud: № 4902; Tirmizi № 2511; İbn Macə № 4211. Rəvayət Əbu Bəkrədən (Allah ondan razı olsun) səhih sənədlə rəvayət olunur.

[62] Zəifdir. Əhməd 5/11; Tirmizi № 3077; İbn Cərir «Cəmiul Bəyan» 9/99; İbn Əbu Hatim 2/545. Müəllif «Təfsirul Quran əl-Azim» kitabında 2/253 bu hədis barədə danışmışdır. Şeyximiz Albani «əs-Silsilətud Daifə» kitabında № 342 buna münasibət bildirmişdir. Hədis Səmurədən zəif sənədlə rəvayət olunur.

[63] Səhihdir. İbn Hibban № 361; Təbərani «əl-Kəbir» № 1651; Əbu Nueym «əl-Hilyə» 1/166; ət-Təyalisi № 478; Əhməd: 5/178; 179; 265; Nəsai «əl-Kubra» 9/180/№ 11968 – Tuhfətul Əşraf; Hakim 2/597; Beyhəqi 9/4; və başqa alimlər Əbu Zərdən (Allah ondan razı olsun) müxtəlif sənədlərlə rəvayət etmişlər. Rəvayət bütün sənədləri ilə səhihdir. Bəzi sənədlər ətrafında söz-söhbət var amma bu onun səhihliyinə xələl gətirmir. Şeyximiz Albani «əl-Mişkat» (№ 5737) və «əs-Səhihə» kitabında (№ 2668) rəvayətin səhih olduğunu demişdir.

[64] Buxari № 349;. Muslim № 163.

[66] Bu hədisdə haqqında danışılan cənnət, Adəmin daxil olduğu cənnət deyil. Burada əzəldən yaradılmış əbədi Cənnətdən danışılır. Çünki hədisdə mələklərin sözündən Cənnət ilə yanaşı dünyanın da yaradılması anlaşılır. (tərc.)

[67] Darəmi «ər-Rədd Alə Bişr əl-Mirrisi» 1/256. O deyir: Abdullah ibn Saleh Leysdən, o isə Hişamdan, o da Hişam ibn Səəddən, o isə Zeyd ibn Əsləmdən, o da Əta ibn Yəsardan, o isə Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan razı olsun) Movquf rəvayət etmişdir.

[68] Buxari № 2559; Muslim № 2612. Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayətindən.

[69] Abdullah ibn Əhməd «Zəvaid əl-Müsnəd» kitabı (5/136); Təbərani «əl-Əvsət» (8/157/8261); (9/105-106/9259); İbn Səəd «ət-Təbəqat» (1/33); İbn Cərir «Tarix əl-Uməm və əl-Muluk» (1/100); İbn Əsakir «Tarix Dəməşq» (7/455-456). Rəvayət Ubey ibn Kəəbə (Allah ondan razı olsun) istinad olunur. Müəllifin dediyi kimi, rəvayət səhihdir. Hakim (1/344) də bu rəvayəti Peyğəmbərə istinad etmişdir. Bu da səhih rəvayətdir.

Hədisin mərfu və ya Movquf şəkildə rəvayət olunması bir-birinə zidd deyildir. Çünki ağıl ilə dərk olunmayan bir mövzuda səhabənin dediyi söz mərfu hökmünə daxildir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Yuxunun fiziologiyası və onun mərhələləri

The yuxu fiziologiyası REM və NoREM iki fazası ilə xarakterizə olunur və REM mərhələsində dörd mərhələ mövcuddur. Yetkinlər normal olaraq gündə təxminən 8 saat yatırlar; 8 saat üst-üstə edilsə, təxminən 4 və ya 5 dövr ediləcəkdir. Hər dövr yuxunun tam mərhələləri (I mərhələdən REM-ə qədər) kimi başa düşülə bilər və hər biri 90 ilə 120 dəqiqə arasında davam edə bilər.

Yuxudan və ya yatma müddətindən danışarkən, insan dincəldiyi üçün ayıqlıq və sayıqlıq səviyyəsinin azaldığı fizioloji və təbii vəziyyətə müraciət edirik.

Mövzunun xarici sükunəti onu daxili bir sakitlik vəziyyətinə gətirsə də, tamamilə səhv bir şeydir, çünki içəridə yatan insanın bədəni dayanmır və oyaq olduğumuz kimi kompleks şəkildə işləməyə davam edir.

Yuxu müxtəlif intensivlik və ya dərinlik dərəcələrindən ibarətdir ki, bu da öz növbəsində yuxunun hər mərhələsini və ya mərhələsini müşayiət edən orqanizmin dəyişiklikləridir.

Yuxu ilə bağlı əsas nəzəriyyələr

Yuxu prosesini başa düşmək üçün formalaşan ilk nəzəriyyələrdən biri də Bremmerin 1935-ci ildə hazırladığı Passiv Yuxu Nəzəriyyəsi idi. Bu nəzəriyyə beyin sapının həyəcan verici sahələrinin gün boyu tükəndiyinə əsaslanır. yuxu vaxtı gələndə artıq yorğun idilər və söndülər.

Mobil telefonunuzun batareyasına bənzər bir şey olardı, onu şarj etməyi yuxu müddətimiz olaraq qəbul edirik.

Ancaq bir neçə il və bəzi təcrübələrdən sonra nəzəriyyə köhnəldi və fərqli bir baxış alınmağa başladı. Hal-hazırda bu prosesi müşaiyət edən nəzəriyyə, yuxunun aktiv inhibisiya ilə meydana gəldiyini söyləyir.

Bu, beyində yuxu zamanı hissələrinin sönməsinə səbəb olan kiçik bir sahənin olması deməkdir. Siz yatarkən digər beyin bölgələrinin işlərini görməsinə mane olan gözətçi köpək kimi bir şey.

Ancaq beynin bunu edərkən yatmadığını, ancaq işləmə sürətinə uyğun olaraq dəyişdiyini aydın olmalısan.

Bu günə qədər hər hansı bir canlıya yatmaq üçün ehtiyac yaradan fizioloji məqsədin nə olduğu hələ bilinmir. Yuxarıda oxuduğunuz kimi, yuxu prioritet bir ehtiyac kimi qəbul edilir və hətta bir müddət yatmamaq, inanılmaz səslənsə də, narahatlıqlara və hətta ölümə səbəb ola bilər.

İnsanlar 1 ilə 2 gecə ümumiyyətlə yuxusuz gedə bilməzlər. Üçüncü gecədən etibarən yuxusuzluq, yavaş-yavaş şiddət artacaq və ciddi nəticələrə səbəb olacaq narahatlıqlar ortaya çıxacaqdı. Bu, diqqət, yaddaş, əhval-ruhiyyə kimi sahələri təsir edəcək və halüsinasiyalar və tutmalar belə görünə bilər.

Yuxu mərhələləri

Qeyri-REM yuxusunun (NREM) və başqa bir REM yuxusunun yuxu prosesinin 4 mərhələsi var.

-NREM mərhələsi

Bu mərhələ də olaraq bilinir yox-Rem, İngilis dilində tərcümədə “sürətli olmayan göz hərəkəti”, bu ilk mərhələ yuxu ilə ilk təmasdır.

Girdiyimiz ilk xəyal vəziyyətidir və əksər böyüklər üçün bütün xəyallarının 75% -ni tutan yer olacaqdır.

NRem mərhələsi yuxu xüsusiyyətlərinin qəlibləndiyi 4 mərhələyə bölünür, bunlar aşağıdakılardır:

NREM Mərhələ-Mərhələ1

Özümüzü yuxulu hiss etdiyimiz və ya yuxulu olduğumuz mərhələdir. Alfa ritmi də olduğu kimi oyanış vəziyyəti yox olur. Bu anda əzələ tonu tamamilə rahatlamır. Beta dalğaları yox oldu.

NREM Mərhələ – Mərhələ II-III

Yuxuda olsaq da, yuxunun yüngül olduğu, Alfa ritminin getdikcə daha çox itdiyi, hələ də əzələ tonunun olduğu mərhələdir. Teta dalğalarının girişini yavaş-yavaş yaşayırıq.

NREM Mərhələ- Mərhələ IV

Bu, dərin yuxu mərhələsidir, ensefaloqrafik ritm çox aşağıdır, əzələ tonu qorunur və ya çox azalmış ola bilər. Delta dalğaları beynimizdə görünür.

Əslində bu mərhələlər bir-birindən fərqlənir ki, əzələ atoniyası yavaş-yavaş artır və beyin dalğaları bədənin rahatlamasından asılı olaraq tədricən dəyişir.

-REM mərhələsi

Paradoksal yuxu mərhələsidir, çünki bu mərhələdə beyin oyaq olduğumuz vaxtı xatırladan bir fəaliyyətə sahibdir. Həm də bu mərhələdə sürətli göz hərəkətləri qiymətləndirilir. Bədən atoniyadır.

Xəyal etdiyimiz şey bu mərhələdə baş verir. Bu günə qədər REM fazasında göz hərəkətinin niyə meydana gəldiyinə dair dəqiq bir nəzəriyyə yoxdur.

Gecə yuxusu necə təşkil olunur?

Yetkinlər normal olaraq gündə təxminən 8 saat yatırlar. 8 saat bir-birinin ardınca aparılırsa, təxminən 4 və ya 5 dövr həyata keçiriləcəkdir.Hər dövr yuxunun tam mərhələləri (I mərhələdən REM-ə qədər) kimi başa düşülə bilər və hər biri 90 ilə 120 dəqiqə arasında davam edə bilər.

Paylama normal olaraq aşağıdakı kimidir:

  • Dövr ərzində I mərhələ ümumi dövrünün təqribən 1.5% -ni inkişaf etdirəcəkdir. Bu, dövr 100 dəqiqə davam edərsə, cəmi 1 dəqiqə yarım bədən I mərhələdə olardı.
  • Döngə dövründə II mərhələ ümumi dövrünün təxminən 25% -ni təşkil edəcəkdir. 100 dəqiqəlik bir dövrədə 25 dəqiqə II mərhələnin müddəti olardı.
  • Dövr ərzində III və IV mərhələlər ümumi dövrünün 45% -ni təşkil edəcəkdir. 100 dəqiqəlik bir dövrdə bu mərhələlər təxminən 45 dəqiqə davam edəcəkdir.
  • REM mərhələsi, dövr ərzində, ümumi dövrünün 25% -ni təşkil edəcəkdir. Bu səbəbdən 100 dəqiqəlik bir dövrdə paradoksal yuxu və xəyallara yalnız 25 dəqiqə uyğundur.

İnsanlar nə qədər yatır?

Gün ərzində yuxu bölgüsü yaş, gündəlik fəaliyyət, sağlamlıq və s. Kimi müxtəlif amillərdən asılı olaraq fərqlidir.

Körpələr çox vaxt yatırlar, baxmayaraq ki, uşaq böyüdükcə oyanış vəziyyətləri getdikcə uzanır. Körpələrin REM yuxusunun böyüklərdəkindən daha yüksək olduğunu bilmək maraqlıdır və uşaqlıq dövründə bu faiz normallaşan bir faizə çatmaq üçün azalmağa başlayacaq.

Yetkinlərdə yuxuya ehtiyac körpələrə nisbətən daha azdır. Yetkin insan 5 ilə 9 saat arasında yata bilər və gün ərzində yaxşı bir performans göstərə bilər. Yaxşı sağlamlıq və həyat keyfiyyətinə sahib olmaq üçün gün ərzində 7 ilə 8 saat arasında yatmaq həmişə məsləhətdir.

Həyatın müxtəlif vaxtları və həyati vəziyyətlər yuxu miqdarını azalda bilər. Məsələn, çox intellektual fəaliyyət göstərdiyimiz vaxtları keçdiyimiz zaman stresin həyatımızda çox olduğu vaxtlardan daha çox yatmağa ehtiyacımız olacaq.

Yaşlı insanların yuxuya ehtiyacı daha azdır və istirahət dövrləri daha qısadır. Ümumiyyətlə gecə yuxudan oyanırlar və IV mərhələ yuxusunun faizi. Bununla birlikdə, REM fazı, yuxu dövründəki müddəti baxımından həyat boyu dəyişməz görünür.

Yuxu bioloji bir saat tərəfindən idarə olunur

Yuxu prosesi sirkadiyalı ritm kimi başa düşülən bioloji ritmlə idarə olunur. Bunlar gecə və gündüzlə əlaqəli 24 saatlıq dövrlərdir.

Sirkadiyalı yuxu və oyaqlıq ritmi təxminən 25 saatdan birdir. Bu məlumatlar maraqlıdır, çünki bizə müəyyən bir ritm və ya dövrdən təsirlənməyimizə imkan verəcək şəkildə programlandığımızı söyləyir.

Mərkəzi sinir sistemimizdə bioloji saatlardan biri var. Bu saat REM olmayan yuxu və REM yuxusunu müəyyən bir müddətə davam etdirir.

Sirkadiyalı ritmlər bədənin xaricdən gələn stimullarla qarşılıqlı təsirindən asılıdır. Bu xarici stimullardan ən əsası və bizə ən çox təsir edən işığın yanında oyanmaq vaxtıdır, çünki bu vaxt ciddi şəkildə təyin oluna bilər.

Yuxuya getdiyimiz vaxt da vacibdir və müəyyən bir zamanda yataqda olmağımıza səbəb olan bəzi gündəlik qaydaları təyin edə bilsək də, normalda yuxuya getdiyimiz dəqiq vaxtı qərar verə bilmərik.

Əgər insan bu qıcıqlardan tamamilə təcrid olunsa, yəni işığdakı, temperaturdakı və ya fəaliyyətdəki dəyişiklikləri qəbul etmirsə, normal bir bioloji yuxu ritmini davam etdirər, çünki insan bədəni ehtiyacımız olmadan lazım olan ritmi izləmək üçün proqramlaşdırılmışdır. xarici təsirlər.

Xəyallar

Xəyal qurduğumuzda beynimiz bizim kimi istirahət etmir, çünki beyin fəaliyyəti davamlı və aktiv hərəkətdə davam edir. Həm də yatarkən yuxu kimi və ya daha çox xəyal olaraq bilinən maraqlı təcrübələr yaşayırıq.

Yuxarıda oxuduğunuz kimi, yuxular REM mərhələsində baş verir (bu səbəbdən bir çox mütəxəssis göz hərəkətinin bu yuxular nəticəsində meydana gəldiyini düşünür) və rəngli və hərəkətli olur, sanki bir film izləyirik.

Dərin yuxu mərhələsində bəzən də xəyal edirsən. Yeganə fərq, bu xəyalların daha mücərrəd bir növ olmasıdır.

REM yuxusu zamanı beynimiz beyin və ön beyinlə əlaqəli olan retikulyar sistemi aktivləşdirir. Bu strukturlar da oyaq olduğumuz zaman aktivləşir.

Bu quruluşlar duysal stimullaşdırma ilə əlaqədardır, buna görə aktivləşdirilməyimiz, yuxu görəndə niyə bu xəyalı yaşamaq hissi keçirdiyimizi izah edir. Nə xəyal etdiyimizi də hiss edə bilərik.

Bundan əlavə, limbik sistem amigdala və cngular korteks kimi quruluşlarla yuxu zamanı da aktivdir. Bu sistem emosional həyatın qayğısına qalır, buna görə də yuxu zamanı nə üçün xəyal qurduğumuzu hiss etməyimizi deyil, eyni zamanda duyğusal hiss etdiyimizi də rasional bir şəkildə izah edə bilərik.

Yuxu zamanı zehni mülahizələrdən məsul olan prefrontal korteks maneə törədildiyi üçün xəyallarımızın tez-tez gördüyü kiçik məntiqlə əlaqədar məlumat verə bilər.

Ümid edirəm bu məqalə sizə hər gecə keçirdiyiniz təbii yuxu prosesi haqqında bilmədiyiniz məlumatları verdi.

Yuxu ilə əlaqəli 6 maraq

Korlar da yuxu görürlər

Anadangəlmə kor olanlar, görən insanlar kimi xəyal edə bilərlər. Fərq budur ki, korların xəyalları səs və qoxu kimi digər duyğularla təmsil olunur.

Qadınlar cinsi əlaqədə kişilərin etdiyi qədər xəyal qururlar

Qadınlar da kişilər kimi seks xəyalları qururlar. Həm kəmiyyət, həm də tezlik baxımından bərabər şərtlərdə. Bəlkə fərq yalnız məzmundadır.

Hər kəs rəngli yuxular görmür

İnsanların 12% -i qara və ağ rəngdə yuxular görür. Bu məlumatlar çox maraqlıdır, çünki televiziya göründüyü vaxtdan bəri insanların əvvəllər ağ-qara xəyallar qurduqları və cihazın ortaya çıxmasından sonra rəngli xəyallar qurmağa başladığımız deyilir.

Heyvanlar da xəyal qurur

Şübhəsiz ki, bir ev heyvanınız varsa, bir müddət yatarkən onun bir şey edirmiş kimi hərəkət etdiyini müşahidə etdiniz. Bizim kimi insanlar da heyvanlar yuxu görərkən əslində xəyallar qurur, bizimlə eyni beyin dalğalarına sahibdirlər.

Bədəniniz xəyallarınıza sanki gerçək bir təcrübə kimi reaksiya verir

Xəyal qurduğumuz an içində yaşadığımız təcrübə sanki həqiqi bir təcrübə kimi qeyd olunur, fərq budur ki, bir yuxu olduğunu həqiqətən bilirsən, ancaq beynin onu bu şəkildə mənimsəməsi və işlətməsi çətindir. .

Yalnız onsuz da tanıdığımız üzləri xəyal edirik

Xəyal qurarkən beyniniz üzlər icad etmir. İnsanları xəyal etdiyimiz zaman, bu şouların üzləri həyatımızda gördüyümüz gerçək insanların üzləridir. Üzü xatırlaya bilmərik və ya insanı tanıya bilmərik, amma bu, əlbəttə ki, yaddaşın bir hissəsidir.

Buğda toxumu növləri, buğda necə əkilir, neçə günə böyüyür və yığılır?

Buğda və buğda növləri haqqında bilmədiyiniz hər şey bu bloqda mövcuddur, buğda necə əkilir, hansı müddətdə böyüyür, hansı növləri var və sairə sualların cavabı yazımızda.

Buğda nədir, harada və nə vaxt kəşf edilib?

Buğda – qırtıckimilər fəsiləsinə aid bitki növüdür. Buğdanın kökləri saçaqlı olur, 14-40 sm arasında uzun saplaqlı bitkidir. Dünyada ən çox yetişdirilən taxıl növü məhz buğdadır. Bunun səbəbi buğdanın müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyidir. Buğdа həmçinin dünyada başlıca ərzаq bitkisidir və əkin sаhəsinə görə dünyada ilk yeri tutur.

Buğda toxumlarının sifarişi və çatdırılması

gubre.az müxtəlif növ yerli və xarici toxumların, o cümlədən ən keyfiyyətli buğda toxumlarının satışını həyata keçirən aqrar ticarət şəbəkəsidir. gubre.az fermerlərin buğda toxumu sifarişlərinin Azərbaycanın 200-dən çox bölgəsində fəaliyyət göstərən satış mərkəzlərindən birbaşa təsərrüfatlara çatdırır.

gubre.az eyni zamanda keyfiyyətli gübrə növləri, bitki dərmanları və yem bitkisi toxumlarının da satışını həyata keçirir.

gubre.az-dan toxum, gübrə və bitki dərmanları sifariş etmək üçün sadəcə iki addımla saytda QEYDİYYATDAN KEÇmək kifayətdir. gubre.az saytında qeydiyyatdan keçərək, siz təsərrüfatınızın ehtiyacı olan hər şeyin ən yüksək keyfiyyətlisini ünvanınıza sifariş edə bilərsiniz.

gubre.az həmçinin fermerlərimizin öz sahələrindən yüksək məhsuldarlıq əldə etmələri üçün onlara pulsuz aqronom məsləhəti də göstərir. Təsərrüfatçılarımız istədikləri sualların cavablarını almaq üçün 828 qısa nömrəsinə zəng edə bilərlər.

Hansı buğda növləri var, Azərbaycanda hansı buğda sortları becərilir?

Buğdаnın iki botaniki növü gеniş yаyılıb: yumşаq və bərk buğdа.

Yumşаq buğdаnın sünbülü bоş, qılçıqlı, dənin rəngi qırmızı, qəhvəyi və sаrı, kоnsistеnsiyаsı yаrımşüşəvаri, şüşəvаri və unlu оlur. Həm pаyızlıq və həm də yаzlıq yumşаq buğdа bеcərilir. Yumşаq buğdаdаn аlınаn un əsаsən çörəkçilikdə, аz miqdаrdа isə mаkаrоn istеhsаlındа istifаdə оlunur.

Bərk buğdаnın sünbülü dоlu, dəni uzunsоv sаrı, аçıq və yа tünd kəhrаbа rəngində, kоnsistеnsiyаsı isə şüşəvаri оlur. Bərk buğdаdаn dənəvər və mаkаrоn unu istеhsаl еdilir. Yumşаq buğdаnın 9 növü, bərk buğdаnın 10 növü vаr.

Əkilib-biçilən ilk bitkilərdən olan buğda eramızdan əvvəl 7-8-ci əsrlərdə illərdə Qərbi Asiyada yetişdirilməyə başlanıb.

Dünyada buğda istehsalının böyük hissəsi ABŞ və Kanadanın prerilərində, Argentinanın pampalarında, Rusiyanın steplərində və Avstraliyanın, Qazaxıstanın, Ukraynanın çöllərində yığılır. Buradakı ixtisaslaşdırılmış buğda təsərrüfatları dünyanın taxıl mənbəyi sayılır. Buğda istehsalına görə Çin dünyada ilk yerdə durur. Dünyada ən iri buğda ixracatçıları ABŞ, Kanada, Avstraliya, Fransa və Argentinadır. Buğdanın yarıdan çoxunu Afrika, Asiya və Latın Amerikası ölkələri ərzaq məqsədi ilə idxal edir. Qərbi Avropa və Yaponiya əsasən yem taxılı idxal edir.

Azərbaycanda becərilən buğda növləri hansılardır?

Yumşaq buğda (Triticum aestivum), Bərk buğda (Triticum durum)

Azərbaycanın buğda sortları

Sevinc, Arzu, Yaqut, Zoğal buğda, Pirşahin, Gürgənə, Murov, Bolbuğda, Uğur, Qızıl buğda, Ruzi, Qırmızı buğda, Səba, Şərq, Bahar, Mirbəşir128, Məhsuldar, Fərəhim-2012, Zərdabi, Azəri, Birlik, Turan, Arandəni, Qarabağ, Arazbuğdası (Eritrospermum 1335/2), Aran, Xırdabuğda, Bərəkətli-95, Kosabuğda, Əlincə-84, Zərdəbuğda, Mirbəşir-50, Kəlkəntüm, Nurlu-99, Araz, Murov-2, Naxçıvan, Əzəmətli-95, Azərbaycan-1, Qromaçevski, AzETƏİ, Qaraqılçıq-2, Azərbaycan, Apulikum 82/1, Tale-38, Mingəçevir, Əkinçi-84, AzKTİ-7, Şəki-1, Qafqaz Lukyanenko, Qırmızıgül-1, Ağbuğda, Şiraslan-23, Ağbuğda-13, Rojanovski, Pərzivan, Muğan, Qiymətli-2/17, Tərtər, Qobustan, Pərzvan-1, Mirvari, Ulvi

Payızlıq buğdanı nə vaxt səpmək lazımdır?

Payızlıq buğdanın səpilməsi dağlıq ərazilərdə dəniz səviyyəsindən 1000–1400 m yüksəkliklərdə sentyabrın 3-cü ongünlüyününü axırlarında başlanır. Bundan aşağı hündürlüyə malik olan ərazilərdə səpin oktyabr ayında həyata keçirilir. Hündürlüyün azalması ilə əlaqədar olaraq səpin prosesi oktyabrın 1 və 2-ci ongünlüyün qədər uzana bilir. Respublika ərazsinin çox böyük hissəsində payızlıq buğdanın səpini oktyabrın 25-nə qədər yekunlaşır. Bəzən müxtəlif səbəblər üzündən xüsusən düzən ərazilərdə payızlıq buğdanın səpin kampaniyası uzanır ki, bu da öz növbəsində cücərmə fazasının gecikməsinə səbəb olur. Bunun ən əsas səbəbi isə düzən ərazilərdə rütubət çatışmazlığıdır.

Buğda toxumu neçə günə cücərir?

Azərbaycanda çoxillik məlumatların təhlilinə əsasən, buğda toxumunun cücərməsi 13-27 gün davam edir. Eyni zamanda düzənlik rayonlarda onun davamiyyəti daha çox olur. Belə ki, Kür-Araz ovalığında, Kiçik-Qafqazın dağətəyi hissələrində Böyük Qafqazın şimal-şərq yamacının dağətəyi hissələrində, Naxçıvanın düzən ərazilərində bu fazanın davamiyyəti 20 günə qədər olur. Payız aylarının daha soyuq keçdiyi ayrı-ayrı illərdə səpin cücərmə fazası 30-35 günə qədər davam edə bilir.

Payız ayları daha rütubətli keçən illərdə, xüsusən səpindən əvvəl və ya səpin dövründə yağıntı düşərsə, cücərmə fazası da müvəffəqiyyətlə gedir və bitki vaxtında cücərir. Beləliklə, payızda səpinin gecikməsinin səbəbini ya həmin dövrdə atmosfer yağıntılarının az düşməsi ya da səp-suvar kimi aqrotexniki tədbirin gecikməsində və ya aparılmasında axtarmaq lazımdır.

Payızlıq buğdada kollanma nə vaxt başa çatır?

Payızlıq buğdanın kollanma fazası 50-80% hallarda payız fəslində, yəni noyabrda və ya dekabrın əvvəllərində başa çatır. Bu inkişaf fazası adətən havanın orta sutkalıq temperaturunun 30C-dən aşağı keçməsinə qədər (bu göstərici, payızlıq buğdanın bioloji minimum temperaturu hesab edilir) başa çatır.

Bəzi soyuq illərdə bu proses qışda, bəzən isə yazın əvvəllərində başa çatır. İlk kollanma sentyabrın axırı, oktyabrın əvvəllərində təsadüf etməklə, dağlıq ərazilərdə başlayır. Böyük və Kiçik Qafqazın dağətəyi hissələrində bu faza noyabrın III ongünlüyündə Kür-Araz ovalığında isə dekabra təsadüf edir.

Buğda əkinində qış sakitliyi dövrü nədir, neçə gün davam edir?

Qış sakitliyi dövrü payızlıq bitkilər üçün havanın orta sutkalıq temperaturunun payızda 30C-dən aşağı, yazda isə həmin həddən yuxarı keçməsi müddəti qəbul edilir.

Azərbaycan ərazisində, xüsusən düzənlik hissələrdə nisbi qış sakitliyi dövrü müşahidə edilir. Çünki qışda belə ayrı-ayrı günlərdə, yəni havanın orta sutkalıq temperaturunun 30C-dən yuxarı olduğu dövrlərdə vegetasiya davam edir. Bəzən isə hətta bir inkişaf fazası digəri ilə əvəz olunur.

Bu dövr təqribən 2-3 ay davam edir və ümumi vegetasiya müddətinin 25-40%-ni əhatə edir. Respublikanın cənub-şərqində yerləşən Lənkəran ovalığında isə bu faza çox qısa müddəti əhatə edir, bəzən isə ümumiyyətlə orada qış sakitliyi dövrü heç müşahidə olunmur. Buna görə də respublikanın dağətəyi və alçaq dağlıq hissələrində bu dövrü nisbi qış sakitliyi dövrü adlandırmaq daha doğru olardı.

Buğda nə vaxt sünbüllənir, sünbüllənmə fazası nədir?

Payızlıq buğdanın məhsuldarlığında çox mühüm rol oynayan bu inkişaf fazası respublikanın bütün ərazisində may ayında müşahidə olunur və əvvəlki fazada olduğu kimi burada da şaquli zonallıq qanunu tamamilə gözlənilir. Sünbülləmə ilk olaraq 25 apel-5 mayda Kür-Araz ovalığında və dağətəyi maili düzənliklərdə müşahidə olunur.

25 maya qədər bu faza Kiçik Qafqazda və Böyük Qafqazın şimal yamacında 1000–1300 m hündürlüklərdə, şimal-şərq yamacda 700 m yüksəkliklərə qədər ərazilərdə, Talışda 1000 m hündürlüklərdə. Naxçıvanda isə daha yüksək ərazilərdə başa çatır. Ən hündür yerlərdə isə sünbülləmə fazası mayın III ongünlüyündə başa çatır.

Payızlıq buğdanın tam vegetasiya dövrü (səpindən yetişməyə qədər) ovalıq-düzənliklərdə və eləcə də dağətəyi hissələrdə 230-250 gün, dağlıq hissələrdə isə 280-300 gün davam edir. 230 günlük izoxətt Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Muğan və Mil düzlərini, həmçinin Abşeronu əhatə edir. Dağlara doğru vegetasiyanın davamiyyəti bir qədər artır. Belə ki, 280 günlük izoxətt 800–1000 m hündürlükləri, 290-300 günlük izoxətt isə 1200–1400 m və daha yüksək əraziləri əhatə edir. Dağlıq ərazilərdə hündürlüyün hər 100 m artması ilə vegetasiya dövrünün ümumi davamiyyəti Böyük və Kiçik Qafqazda 5-6 gün, Talışda 5-7 gün, Naxçıvanda 2-4 gün uzanır. Orta dağlıq zonada payızlıq buğdanın ümumi vegetasiya dövrünün uzunluğuna, ərazinin dəniz səviyyəsindən hündürlüyündən başqa yamacların istiqaməti də böyük təsir göstərir.

Comments are closed, but trackbacks and pingbacks are open.