36. Ya sin surəsi
1. Bəzilərinin fikrincə, ilk ayələr “Ələq” surəsinin ilk üç və ya beş ayəsi olmuş və Peyğəmbərin (s) besəti zamanı nazil olmuşdur.
Onu necə qura bilərəm ki, söhbətdə görünməsin?
16) Nə üçün “bəsmələ”də Allahın digər sifətləri deyil, yalnız rəhmanlıq və rəhimlik sifətləri qeyd olunmuşdur?
– Çünki rəhmət sifəti qəlbləri Allaha tərəf cəzb edə və onları Allaha bağlaya bilən bir sifətdir. Onun eyniylə cazibə qanuni kimi ümumilik özəlliyi vardır. Allahın rəhmət sifəti geniş bir sifət olub Onun digər rübubi sifətlərini əhatə edir.
17) “Əl-həmdu lillah” hər bir əməlin başlanğıcı üçündür, yoxsa sonu?
– Sonu üçün. Buna görə də Quranda deyilir ki, “Onların oradakı duası: ‘Allahım! Sən pak və müqəddəssən!’, orada (bir-birlərini) salamlaması: ‘Salam!’ (sözü) və dualarının sonu: “əl-həmdu lillahi-rəbbil-aləmin” – Həmd olsun aləmlərin Rəbbi Allaha!’ (sözləri olacaq)” (Yunus, 10). Mömin adam bütün işlərini bitirdikdən sonra “əl-həmdu lillah”, – deyir.
18) “Rəbb” sözü nə deməkdir?
– “Rəbb” bir şeyin sahibi və maliki, habelə bir şeyin yetişdirilməsi, tərbiyə və islah edilməsi ilə məşğul olan kəs deməkdir.
Qeyd: Ərəb dilində heç bir əlavə olmadan işlədilən “rəbb” sözü xüsusi məna kəsb edərək “Allah” mənasına gəlir, əlavə ilə, yəni “ev”, “gəmi” və s. kimi əşyalarla işlədilən (“rabbul-beyt”, “rabbus-səfinə” və .s) “rəbb” sözü isə ümumi məna kəsb edərək, “evin sahibi”, “gəminin sahibi” və s. kimi mənalara gəlir.
19) Həmd surəsinin 7-ci ayəsində qeyd olunan “nemət verilmiş kəslər” kimlərdir?
– Onlar dörd qrup şəxslərdir: Peyğəmbərlər, sidq ürəkdən inanan kəslər, şəhidlər, əməlisaleh şəxslərdir. Bunu elə Quranın özü bildirmişdir: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardırlar!” (Nisa, 69).
20) “Doğru yol” (“əs-siratul-müstəqim”) nədir?
– Doğru yol tövhid inancında olmaq və Allahın əmrlərini yerinə yetirməkdir. Doğru yolu başqa, lakin təqribən eyni mənalar əsasında da izah edirlər. Bəzi hədislərdə doğru yolda olmağın əsas şərti kimi zəmanənin imamını tanımaq göstərilmişdir. İmam Sadiqdən nəql edilən bir hədisə görə, doğru yol Allahı tanımaqdır. Allahı tanımaq isə dövrün imamını tanımaq və onun göstərişlərinə uymaq nəticəsində mümkün ola bilər (“Kənzud-dəqaiq”: 1/69). Başqa bir hədisə görə, doğru yol Əli ibn Əbu Talibdir (“Məanil-əxbar”: 2/28).
21) Həmd surəsinin neçə adı var?
– 10 adı var: Həmd, Fatihə, Əs-Səbul-məsani, Ümmül-kitab, Ümmül-qura, Vafiyə, Kafiyə, Əsas, Şifa, Səlat.
22) Quranın neçə surəsində “Əl-həmdu lillahi rabbil-aləmin” ayəsi var?
– 6 surəsində: Həmd, Saffat, Muminun, Zumər, Yunus və Ənam.
23) Həmd surəsi nə üçün “Fatihətul-kitab” (qısa adla “Fatihə”) adlanmışdır?
– “Fatihətul-kitab” “kitabı açan” deməkdir. Qurani-Kərim bu surə ilə başladığı üçün ona bu ad verilmişdir. Hədislərdən (bax: “Vəsailuş-şiə”: 5/377) başa düşüldüyü üzrə, “Fatihətul-kitab” adı surəyə hz. Peyğəmbərin vaxtında verilmişdir. Bu isə öz növbəsində Qurani-Kərimin indiki tərtiblə məhz Peyğəmbərin zamanında toplandığını sübut edir.
24) Quranın ən əzəmətli ayəsi hansıdır?
25) Bütün Quranı xülasələşdirən surə hansıdır?
26) Quranın neçə surəsinin adında nöqtəli hərf yoxdur?
– Beş surəsinin: Həmd, Rəd, Tur, Rum, Məsəd.
27) O hansı surədir ki, orada “f” hərfi yoxdur?
28) Quranın hansı surəsinin əvvəli həmd-səna, ortası ixlas, sonu duadır?
29) Quranın hansı surəsi “əs-səbul-məsani” adlanır?
30) Həmd surəsində neçə ayə və neçə söz var?
Qeyd: Həmd surəsinin hər bir ayəsi özündə böyük mənalar ehtiva edir. Biz hər bir ayə üçün bir mühüm mənanı qeyd edərək deyirik:
“Bismillah” : hər bir işin əvvəlidir. Bu cümlə hər bir işin əvvəlində Allahdan kömək istəmək və Ona arxalanmaq lazım olduğunu öyrədir.
“Həmd olsun aləmlərin rəbbi olan Allaha” : bu cümlə bizə hər bir nemət və bərəkətin Allaha qayıtdığını və bu nemət və bəxşişlərin Allahın zatından qaynaqlandığını öyrədir.
“Rəhman və rəhim olan” : bu ayə bildirir ki, Allahın yaratması, himayəsi və hakimiyyəti məhz rəhmət və mərhəmətə əsaslanır və bu prinsip aləmin himayəsi sistemində əsas mehvəri təşkil edir.
“Qiyamət gününün sahibi” : bu ayə ölümdən sonrakı həyat və qiyamət gününü və Allahın həmin gün böyük məhkəmənin sahibi olacağını xatırladır.
“Yalnız Sənə ibadət edir və Səndən istəyirik” : bu ayə ibadətdə tövhid və səbəblərdən yardım almada tövhidin vacibliyini qeyd edir.
“Bizi doğru olan yola yönəlt” : bəndələrin doğru yolda olmağa olan ehtiyac və böyük istəklərini bildirir və hər növ hidayətin məhz Allahdan olduğunu göstərir.
“Nemət verdiyin kəslərin yoluna yönəlt, qəzəbə düçar olmuşların və azmışların yoluna deyil” : bu ayə doğru yolun əlamətlərini təsvir edərək, doğru yolda olanlarla səhv yolda olub qəzəbə düçar olanların yollarının fərqli olduğunu bildirir.
Fatihə surəsi bildirir ki, hər bir dövrdə islam ümmətini Allahın yoluna yönəldən bir hidayətçi olmalıdır və buna görə də, o, tabe olub hidayət tapsınlar və zəlalətə düçar olub ilahi qəzəbə layiq olmasınlar deyə, bütün müsəlmanları həmin hidayətedici imamı axtarmağa sövq edir.
ardı var.
Kitab: “Əsilətun və əcvibətun quraniyyə”
Müəllif: Seyid Mürtəza Hüseyni Milani
313news.net
36. Ya sin surəsi
6. ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.
7. Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.
8. Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır.
9. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər.
10. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
11. Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
12. Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
13. Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
14. O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.
15. Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
16. Elçilər dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
17. Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”.
18. Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
19. Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
20. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!
21. Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
22. Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?
23. Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
24. Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.
25. Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
26. Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
27. Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
28. Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
29. Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.
30. Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.
31. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?
32. Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.
33. Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
34. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
35. onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
36. Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir.
37. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
38. Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür.
39. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur.
40. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir.
41. Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
42. Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq.
43. Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
44. Yalnız Bizim onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.
45. Onlara: “Önünüzlə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə üz çevirirlər.
46. Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
47. Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
48. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar.
49. Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
50. Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.
51. Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.
52. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.
53. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
54. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
55. Həqiqətən də Cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək.
56. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
57. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
58. Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.
59. “Bu gün möminlərdən ayrılın, ey günahkarlar!
60. Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,
61. Mənə ibadət edin? Doğru yol budur!
62. Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?
63. Bu sizə vəd edilmiş Cəhənnəmdir.
64. Kafir olduğunuza görə bu gün orada yanın!”
65. Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
66. Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
67. Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
68. Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?
69. Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,
70. diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
71. Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
72. Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.
73. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?
74. Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.
75. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
76. Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.
77. Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.
78. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
79. De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
80. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.
81. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.
82. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
83. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.
Quranın ilk nazil olan ayə və surəsi
İlk nazil olan ayə və surə haqqında üç nəzəriyyə mövcuddur:
1. Bəzilərinin fikrincə, ilk ayələr “Ələq” surəsinin ilk üç və ya beş ayəsi olmuş və Peyğəmbərin (s) besəti zamanı nazil olmuşdur.
Mələk nazil olub Peyğəmbəri (s) peyğəmbər olaraq səslədikdə dedi: “Oxu!” Peyğəmbər (s) dedi: “Nə oxuyum?” Onu (s) öz əhatəsinə aldı və dedi: “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”.
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Peyğəmbərə (s) ilk nazil olan ayə “Bismillahir-Rəhmanir-Rəhim! (Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu. ” və son nazil olan ayə isə “(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman. ” ayəsi olmuşdur”.
2. Bəziləri ilk nazil olan surənin “Müddəssir” olduğunu düşünürlər.
İbn Sələmədən nəql olunan bir rəvayətdə deyilir: Cabir ibn Abdullah Ənsaridən soruşdum: “İlk dəfə hansı surə və ya ayə nazil olmuşdur?”
Dedi: “Ey (libasına) bürünüb sarınan!” ayəsi. Dedim: “Bəs, “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu. ” ayəsi necə?”
Dedi: Peyğəmbərdən (s) eşitdiyim sözü sizin üçün deyirəm. Onun (s) belə dediyini eşitdim: “Bir müddət (vaxtımı) Həra dağında keçirtdim. Sonda dağdan endim və vadinin ortasına yetdim. Bu zaman bir səs eşitdim.
Hər tərəfə baxdım. Kimsə görmədim. Sonra başımı səmaya qaldırdım. Birdən onu (Cəbraili) gördüm. Məni titrətmə tutdu. Xədicənin yanına gəldim. Məni örtməsini istədim.
Bu zaman “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!” ayəsi nazil oldu.
Bəziləri bu hədisi əsas götürərək vəhyin başlanğıcında Peyğəmbərə (s) nazil olan ilk surənin “Müddəssir” surəsi olduğunu bildirmişlər.
Lakin hədisin mətnində bu surənin nazil olan ilk surə olmasına hər hansı bir işarə vurulmur. Bu, yalnız Cabirin özünün hədisdən başa düşdüyüdür.
Güman ki, bu hadisə besətdən bir müddət sonra (fətrət – fasilə) baş vermişdir. Çünki besətdən sonra bir müddət vəhyin enişində fasilə yarandı və sonar yenidən nazil olmağa başladı. Aşağıdakı hədis bu müddəanı sübuta yetirir.
Cabir ibn Abdullahdan nəql olunan digər rəvayətdə Peyğəmbərin (s) vəhyin enişində yaranmış fasilədən söhbət açdığı məlum olur.
Peyğəmbər (s) buyurur: “Yoluma davam etdikdə birdən səmadan bir səs eşitdim. Həra dağına da gəlmiş mələyi gördüm. Onu görüb qorxuya düşdüm. Dizi üstə çökdüm. Sonra yoldan qayıdıb evə gəldim və dedim: “Üstümü örtün”. Məni bürüdülər.
Bu zaman aşağıdakı ayələr nazil oldu: “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)” Sonra vəhy ardıcıl olaraq, fasilə yaranmadan nazil oldu.
3. Bəziləri ilk nazil olan surənin “Fatihə” surəsi olduğunu bildirmişlər. Zəməxşəri deyir: “Əksər təfsirçilər nazil olan ilk surənin “Fatihə” surəsi olması qənaətindədirlər.
Əllamə Təbərsi “İzah” kitabında ustad Əhməd Zahidin Səid ibn Müsəyyib vasitəsilə ilə İmam Əlidən (ə) nəql etdiyi bir rəvayəti qeyd edir. Rəvayətə görə, İmam buyurur: Peyğəmbərdən (s) Quran oxumağın savabı haqqında soruşdum.
O həzrət (ə) nazilolma ardıcıllığı ilə hər bir surənin savabını açıqladı. Məkkədə nazil olan ilk surə kimi “Fatihə” surəsini saydı. Sonra “Ələq”, daha sonra isə “Qələm” surələrinin adını çəkdi.
Vahidi Nişapuri “Əsbab ən-nüzul” əsərində besətin başlanğıcı haqqında yazır: “Bəzən Peyğəmbər (s) tənha olduqda səmadan səs eşidirdi və bu onun qorxmasına səbəb olurdu.
Sonuncu dəfə mələk onu səslədi: “Ey Məhəmməd!” Həzrət (s): “Bəli!” – deyə cavab verdi. Mələk dedi: “De: “Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd Allaha – aləmlərin Rəbbinə məxsusdur”.
Əlbəttə, Peyğəmbər (s) besətin əvvəlindən az ətrafı ilə (Əli (ə), Cəfər, Zeyd, Xədicə) namazı İslam sünnəsinə uyğun qılırdı və təbii ki, “Fatihə”siz namaz olmazdı.
Hədisdə deyilir: “Cəbrailin Peyğəmbərə (s) öyrətdiyi ilk şey dəstəmaz və namaz idi”.
Bu, besətin “Həmd” surəsinin nazil olması ilə eyni vaxta təsadüf etməsini zəruriləşdirir. Cəlal əd-Din Süyuti deyir: “Heç bir zaman İslamda namaz “Fatihə”siz olmamışdır”.
Sözügedən üç versiyanı müəyyən şəkildə bir yerə toplamaq olar. Çünki “Ələq” surəsinin ilk üç yaxud beş ayəsinin besət zamanı nazil olmasına şübhə yoxdur. Bu, yekdil versiyadır.
Sonra “Müddəssir” surəsinin əvvəlindən bir neçə ayə nazil olmuşdur. Lakin Peyğəmbərə (s) nazil olan ilk bütöv surə “Həmd” surəsidir. Besətin əvvəlində “Ələq” və ya “Müddəssir” surələrinin bir neçə ayəsi surə olaraq nazil olunmamışdır. Onlar yalnız digər ayələri də tam nazil olduqdan sonra surə adını almışlar.
Bu baxımdan ilk nazil olmuş surənin “Həmd” olduğunu desək, yanılmarıq. Bu surə “Fatihə əl-kitab” (kitabı açan) adlanır. Onun namazda oxunmasının vacibliyi əhəmiyyətinin göstəricisidir. Belə ki, bu xüsusiyyət onu Qurana tay olmaq ləyaqətinə yüksəldir.
“Səbən min əl-məsani” (Qurandan yeddi ayə) adlanan surə bir nəqlə görə yeddi ayədən ibarət olan “Həmd” surəsidir. Deməli, surələrin eniş ardıcıllığını onların başlanğıcı etibarı ilə nəzərə alsaq, ilk surə “Ələq”, 5-ci surə isə “Həmd” surəsi olacaq. Əks təqdirdə, yəni enən tam surəni meyar hesab etsək, ilk nazil olmuş surə “Həmd” surəsi olacaq.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.