VÖEN-i necə aça bilərik
Apellyasiya şikayəti verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
Vygon bölməsi təklifini şirkət məhkəməsinə necə göndərə bilərəm?
Məhkəmə instansiyalarında mülki işlərə baxılarkən, rast gəlinən mübahisəli məsələlər – Hüquqşünas şərhi
Şəfayət HƏSƏNOV
Bakı şəhəri 4 №-li Vəkil Bürosunun vəkili,
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü
“Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilmsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı ilə bağlı məhkəmə hüquq sistemində geniş islahatlara başlanıb.
İslahatlarda əsas məqsəd məhkəmələrin fəaliyyətlərində ədalət, qanunçuluq, qərərsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin gözlənilməsinin, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası və Qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayət edilməsinin təminidir.
Bununla bağlı, ilk növbədə, məhkəmə təcrübəsində mülki işlərə baxılarkən müddətlərin hesablanması, müddət pozuntuları və s. mübahisəli məsələlərin şərh edilməsini zəruri hesab edirəm.
Azərbaycan Respublikasının Mülki Prossesula Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Məhkəmə qətnaməsi elan olunana kimi tərtib olunmalıdır (MPM-nin 227.1-cu maddəsi).
Eyni zamanda müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan etməlidir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 2.4-cü bəndinə əsasən Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq isə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Həmin Plenum qərarının 7-ci bəndinə əsasən Apellyasiya instansiya məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilməməsi və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir (MPM-nin 227.2 və 227.3-cü maddəsi).
Birinci instansiya məhkəməsində çıxarılmış qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minmiş hesab edilir.
Qərardada gəldikdə, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianın baxılmamış saxladıqda, eyni zamanda Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır (MPM-nın 263.2 m.).
MPM-nin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi bu Məcələyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.
Eyni zamanda MPM-nin 266-cı maddəsinə müvafiq olaraq məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir.
Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir.
Əgər qərardaddan şikayət verilmişdirsə, MPM-nin 267-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.
Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
Şikayətin verilmə müddətinə gəldikdə, MPM-nin 268-ci maddəsinə müvafiq olaraq şikayət qərardad tərəfə təqdim rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
Qərardad, ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.
Qeyd etməyi zəruri hesab edirəm ki, birinci instansiya məhkəməsinin qətanaməsindən Apellyasiya və Kasassiya şikayəti verilə bilər.
MPM-nin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.
Apellyasiya şikayəti verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.
MPM-nin 363-cü maddəsinə müvafiq olaraq Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:
1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;
2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;
3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
4. Apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;
5. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
6. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
Apellyasiya şikayətləri Bakı və Regionlarda olan ixtisaslaşmış Apellyasiya Məhkəmələrinin Mülki Kollegiyasıba göndərilir.
Kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasının işə baxmış birinci instansiya məhkəməsi vasitəsi ilə göndərilir.
Apellyasiya instansiya Məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.
MPM-nin 405-ci maddəsinə əsasən Apellyasiya Məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:
1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətinə;
2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə.
MPM-nin 408-ci maddəsinin müvafiq olaraq aşağıdakı hallarda kasassiya şiakyətləri qaytarılır:
1. kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa;
2. şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə;
3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;
4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməsi təmin olunmamışsa;
5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;
6. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa;
408.2. Bu Məcəllənin 408.1.1 və 408.1.3- 408.1,5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.
Kassasıya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
1. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
2. Bu Məcəllənin 408.1.1-408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
MPM-nin 409-cu maddəsinə müvafiq olaraq.
Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətinə kassasiya instansiyası məhkəməsinə göndərilir.
Mülki Prosessual qanunvericilikdə istər Apellyasiya (MPM-nin 363-cü maddəsi), istərsə də kasassiya şikayətində (MPM-nin 408-ci maddəsi) qeyd edilən əsaslara görə birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra qeyd edilən hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya və ya kasassiya şikayəti verə bilər.
Apellyasiya instansiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır.
Əgər Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilir və Apellyasiyanın münkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Eyni zamanda MPM-nin 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün aşağıdakılar əsas hesab edilir.
Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Nəzərə almaq lazımdır ki, Apellyasiya instansiyalarında MPM-nin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilməlidir.
Fikrimcə, Apellyasiya Məhkəməsinin belə halda tərəflərin iştirakları təmin edilmədən, onların və ya nümayəndələrinin vəsatətləri dinlənilmədən təkbaşına və ya bir neçə hakimin iştirakı ilə baxıb qərardad qəbul edilməsi düzgün deyildir. Bu, kobud prosessual pozuntu hesab edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır.
“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, Konstitusiyanın 127-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
Göründüyü kimi, birmənalı olaraq Apellyasiya Məhkəməsi bütün hallarda apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən Konstitusiyanın 127-ci maddəsi və Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarının tələblərinə riayət etməlidir.
Odur ki, qeyd edilən mübahisəli məsələlərə ya Ali Məhkəmə və ya da Konstitusiya Məhkəməsi tərəfindən aydınlıq gətirilməsi zəruridir.
“Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanının 3.8-ci bəndində qeyd edildiyi kimi, Mülki işlərə, habelə İnzibati Xətalara, İqtisadi və İnzibati Mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəyişdirilməsi məhkəmə prosesi, tərəflərin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi ilə bağlıdır.
Məhz buna görə də Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanununa əsasən MPM-də aşağıdakı məzmunda 97.4.1-ci maddəsində əlavə edilmişdir.
MPM-nin 97.4.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüquqna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obtyekti kimi qəbul etmədikdə, bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
MPM-nin yeni redaksiyada verilmiş 101-ci maddəsi ekspert rəyi, 101.1-ci maddəyə əsasən işdə iştirak edən şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılması və s. qeyd edilmişdir. Bunları geniş şərh etməyə ehtiyac duymuram. Lakin burada mübahisə doğuran bir məsələni qeyd etməyi zəruri hesab edirəm.
“Eleketron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 09 mart 2004-cü il tarixli Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.
Həmin Qanunun elektron imza və elektron sənədin hüquqi qüvvəsi haqqında 3-cü maddəsinə əsasən:
3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz.
3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.
3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd şərtlərə cavab verən hesab edilir.
Odur ki, bütün hallarda istər məhkəmə ekspertizası (mühasibat, əməttəşünaaslıq, sənədlərin texniki və xətşünaslıq və s. ekspertizalar) tədqiqat üçün həmin Qanunun 3.1-ci maddəsində qeyd edilən formada hazırlanmış sənədlər ekspertiza tədqiqatı üçün yararlı hesab edilmir.
Eyni zamanda, bütün hallarda həmin Qanunun 3.4-cü maddəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu qanunun 3.2-ci və 3.3-cü maddələrinə müvafiq qaydaa imzalanmış elektron sənəd şərtlərə cavab verən hesab edilir. Bu, eyni zamanda məhkəmə aktlarına da şamil edilməlidir.
MPM-ə edilən yeni dəyişikliyə əsasən aşağıdakı məzmunda əlavə edilən 418.6-cı maddəsinə görə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
01 mart 2020-ci il tarixdə Mülki Prosessual Məcəllədə qüvvəyə minən maddələrin tətbiqi, fikrimcə, mülki işlərin tam və ətraflı, qərəzsiz həllinə şərait yaradacaqdır.
Mübahisəli məsələlərdən biri də prosessual müddətlərin müəyyən edilməsi və hesablanması məsələsidir.
MPM-nin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü hesab edilir.
Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən bir qayda olaraq 2 (iki) istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir.
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq Nazirlər Kabineti tam iş vaxtının müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edilə bilər.
Əmək Məcəlləsinin 105, 107-ci maddəsinin müvafiq olaraq bayram, səsvermə və ümümxalq hüzn günləri qeyri iş günləri hesab edilir.
Bütün instansiyada olan məhkəmələr beşgünlük iş həftəsində fəaliyyət göstərir.
Əgər qərardad sonuncu iş günü, yəni beşinci gün göndərilibsə və tutaq ki, Novruz Bayramı günlərinə düşübsə burada müddəti 10 gün nəzərdə tutulan qərardadın qeyri-iş günündə 5 günü itir. MPM-nin 130.2-ci maddəsinə əsasən prosessual müddətin keçməsi prosessual vəzifələrin yerinə yetirməkdən azad etmir. Belə zidiyyətli məqamların necə tənzim edilməsi isə Mülki Prosessual qanunvericilikdə ətraflı qeyd edilməmişdir.
Odur ki, bu məsələyə aydınlıq gətirməklə yanaşı, fikrimcə, qərardaddan şikayət vermə müddətinin artırılmasını məqsədəmüvafiq hesab edirəm.
Hələ birinci instansiya və ya Apellyasiya Məhkəməsinin qərardadından şikayət verilərkən və iddiaçının və ya cavabdehin şikayətinə etiraz edildikdə, vaxt itkisinə görə, 10 gün müddətində bunları etmək mümkün olmur.
Odur ki, məsələlərə aydınlıq gətirilməlidir.
Beləliklə də, “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” qeyd edilən firmanın tələblərinə uyğun olaraq mülki və cinayət prosessual məcəllələrdə və digər normativ aktlarda edilən dəyişikliklər, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ədalət mühakiməsinin obyektivliyinə və müdafiə institutunun təkmilləşdirilməsinə şərait yaradacaqdır.
VÖEN-i necə aça bilərik?
Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyicisi fiziki şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) fiziki şəxsin vergi uçotu haqqında ərizə və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) ilə yaşadığı yer üzrə ( şəxsiyyət vəsiqəsində göstərilən) vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır. Fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) və Nəzarət kitabçası verilir. Fiziki şəxs vergi uçotuna alınaraq ona Şəhadətnamə verilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə fiziki şəxsin vergi uçotunu aparan vergi orqanı tərəfindən verilmiş, həmin fiziki şəxsin vergi uçotuna dayanmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-i, ünvanını və şəkli əks etdirən, blankı təkrar çapdan müdafiə etmək üçün xüsusi gizli nişanları olan sənəddir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Fiziki şəxslər elektron qaydada (www.e-taxes.gov.az) İnternet Vergi İdarəsi Portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Elektron qaydada müraciət etmək üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” (e-Vergi Hesab Fakturası) bölümü üzərindən aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərir. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxsə vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır. “ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.
Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir. Vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.
Vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir.
Benefisiar.org
Comments are closed, but trackbacks and pingbacks are open.