Press "Enter" to skip to content

Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir – Albiyon və Salandreas

Bizim.Media xəbər verir ki, “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Xaricdən AVTOMOBİL GƏTİRİLMƏSİ qaydaları dəyişdirilir

Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri və sahiblərinə dair məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürüləcək.

Bizim.Media xəbər verir ki, “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanı elektron informasiya ehtiyatında mövcud olan Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.

Layihə səs çoxluğu ilə qəbul olunub.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir – “Albiyon” və “Salandreas”

Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir.

Bu barədə Trend-ə sahibkar Rafət Abbasov açıqlama verib.

Sahibkar bildirib ki, Cəlilabad rayonunda xaricdən gətirilərək yetişdirilən yeni növ çiyələklərin məhsuldarlığı da yüksəkdir. Yeni növlər Türkiyədən gətirilir:

“Bunlar “Albiyon” və “Salandreas” növləridir. Bu sortların isə dayanıqlığı yüksəkdir. Bu vaxta qədər əsasən “Viktoriya” növü becərilirdi. Düzdür, bu növ də məhsuldardır. Amma bu çiyələkləri xaricə ixrac edə bilmirdik. “Viktoriya” növü hektara 30-35 ton məhsul versə də, dayanıqlığı zəif olduğu üçün yalnız yerli bazar üçün nəzərdə tutulur”.

R.Abbasovun sözlərinə görə, çiyələk yığımına istixana şəraitində mart ayından başlanılır: “Açıq hava şəraitində yetişdirilən çiyələklərin yığılmasına aprelin sonlarından başlanıb. Yığım hava şəraitinə uyğun olaraq noyabr ayına qədər davam edəcək”.

Comments are closed, but trackbacks and pingbacks are open.