Sevgilinin xəyanət etməsini necə öyrənmək olar
Belə demək olar ki, cinsi əlaqə zamanı ağrı yalnız ilk mərhələdə bir balaca hiss edilə bilər.Lakin, bəziləri heç bir ağrı hissi keçirmir və maksimum rahat şəkildə hisslərini yaşayırlar.
İlk İNTİM Əlaqə – Onu Necə Xoşagələn və Ağrısız Etmək OLAR?
Xanim.az Aile.fenomen.az saytına istinadən maraqlı mütəxəssis fikirlərini sizinlə bölüşməyə davam edir.
Qadın və kişilərin əksəriyyəti düşünür ki, ilk cinsi akt qadın üçün az həzzverici və ağrılı prosesdir.Bu məlumatımız xüsusilə gənc qızların diqqətini çəkəcək və maraqlarına səbəb olacaq.Məlumatımızda hər kəsin həyatında baş verən bu prosesin xoşagələn və yaddaqalan olması üçün vacib fikirləri sizinlə tanış edəcəyik.
İlk seksual təcrübə üçün nə lazımdır?
Qadınlar üçün ilk cinsi əlaqə əlamətdar və yaddaqalan hadisədir.Buna görə də bu önəmli və vacib prosesin sevdiyiniz insanla baş verməsi çox önəmlidir.Gəlin, ilk seksual təcrübə üçün lazım olan vacib faktorları aydınlaşdıraq.
– Praktiki olaraq, hər qız heç olmazsa ömründə bir dəfə də olsa romatik kitab oxuyur.Məhz bu kitabların bəzilərində ilk gecə çox romantik – qızılgül ləçəkləri, həzin musiqi və s . kimi təsvir olunur.Lakin, əziz xanımlar, unutmayın, bu təsvir olunan hallar çox gözəldir, amma onlar çox zaman real həyatda baş vermir.Buna görə kədərlənməyə də dəyməz.Çünki, bu vacib proses zamanı əsas olan hiss etdiyiniz hisslər və fiziki komfortunuzdur.
– Sizin ilk dəfə cinsi əlaqədə olduğunuz şəxs nəvaziş və sığalları unutmamalıdır.Bu hallar ilk dəfə əlaqədə olarkən çox önəmlidir.Belə edilən halda qız özünü ehtiraslanmış və eyni zamanda da güvəndə hiss edəcək.Bu proses zamanı tələsmək yalnız pis və xoşagəlməz nəticələrə yol açır.
Ağrısız və qorxusuz ilk cinsi əlaqə
Demək olar ki, bu sual istənilən gənc qızı narahar edir – “ilk cinsi yaxınlığı ağrısız olması üçün nə etmək olar?”
Belə demək olar ki, cinsi əlaqə zamanı ağrı yalnız ilk mərhələdə bir balaca hiss edilə bilər.Lakin, bəziləri heç bir ağrı hissi keçirmir və maksimum rahat şəkildə hisslərini yaşayırlar.
Əslində isə bu proses zamanı xoşagəlməz hiss yaşanan zaman iki faktor rol oynaya bilir :
Real ağrı faktoru – bu ağrı əzələlər dartıldığı və qızlıq pərdəsinin yırtılması zamanı hiss edilən ağrıdır.Lakin, qorxmaq laım deyil, bu o qədər də qorxulu deyil.
Psixoloji faktor – bu zaman qadın qorxu, həyəcan və diskomfort hissi keçirərək özünü narahat hiss edir.Özünüzü belə gərginləşdirdiyinizzaman bədəninizdəki bütün əzələləriniz və eləcə də cinsiyyət əzələləriniz gərgin, dartılmış halda olur.Bu zaman da tərəf müqabiliniz sizinlə əlaqəyə girdiyi zaman normal halda hiss etdiyinizdən daha çox ağrı və narahatlıq hissi keçirirsiniz.Belə olan halda özünüzü rahat buraxmağa və yalnız sinədən deyil, qarından dərindən nəfəs almağa çalışın.
Sevgilinin xəyanət etməsini necə öyrənmək olar?
Bəlkə də, hər kəs bəzi məqamlarda sevdiyi insanın ona xəyanət etməsindən şübhələnir. Amma sevgini itirmək qorxusu, aldanılmaq qorxusuna üstün gəldiyi üçün bunu etiraf edə bilmir. Nəticədə özü özünü aldatmağa, ətrafda baş verənlərə göz yummağa başlayır. Uydurduğu yalanlara inanmaq mümkün olmadıqda isə artıq gec olur.
Psixoloq Dəyanət Rzayevin Milli.Az-a dediyi sözlərə görə, qadın və kişi elə xəyanət edə bilər ki, bunu heç kim bilməz: “Amma bəzi əlamətlər onların vəfasız olduğunu üzə çıxarır. Bu əlamətləri anlamaq üçün, ilk növbədə, nəzərə almaq lazımdır ki, qadında sevgi və istək hissləri psixoloji, kişilərdə isə fizioloji amillərlə bağlıdır. Yəni kişi qadına uzun müddət soyuq münasibət göstərirsə, bu, onun xəyanətinin göstəricisi ola bilər.
Qadın kişiyə soyuq münasibət göstərirsə, bu, heç də onun xəyanət etməsi demək deyil. Belə ki, qadını kişidən aralarında baş verən konfliktlər və ya diqqətsiz qalması uzaqlaşdırır. Nəticədə qadında sevgi yavaş-yavaş ölür və qadın kişiyə soyuq münasibət bəsləyir. Düzdür, istisna hallarda bu cür davranış qadının xəyanətkar olduğuna işarə edir. Əfsuslar olsun ki, bizim kişilər qadın yaxın buraxmadıqda ondan şübhələnir və həyatında kiminsə olduğunu düşünməyə başlayırlar. Kiminsə sözünə inanaraq, həyat yoldaşının xəyanət etdiyini düşünən kişilər də var. Çox vaxt da bu cür söz-söhbətlərin axırı yaxşı qurtarmır. Məsələn, kimsə qadının əxlaqı haqqında pis danışır. Kişi də qadını öldürür. Bununla bağlı kifayət qədər hadisələr haqqında kriminal xəbərlərdə də verilir”.
Xəyanəti hansı əlamətlər biruzə verir
Kişilərin xəyanətini iki əlamətə əsasən, bilmək olar. D.Rzayev qeyd edib ki, bunlardan ən əsası kişinin arvadına yaxın durmamasıdır: “Azərbaycanda, ümumiyyətlə, belə şeylər olur. Əsasən də, evliliyin ilk aylarında arvadına qarşı diqqətli olan ər, uşaq dünyaya gələndən sonra arvadına qarşı soyuyur. Bu qadına pis təsir etsə də, normal bir davranışdır. Ona görə ki, təbiətcə insanın əsas məqsədi nəsli davam etdirməkdir. Uşaq dünyaya gəldikdə isə elə bil ki, bu funksiya yerinə yetirilir”, – deyə psixoloq əlavə edib ki, ər tez-tez arvadına yorulduğunu və s. bəhanə gətirərək yaxın ünsiyyətdən qaçırsa, onun həyatında başqasının olması ehtimalı çoxdur. Ola bilər ki, ər hansısa psixoloji problemlər yaşadığı üçün də bu cür hərəkət edir.
Xəyanətə işarə edən ikinci əlamət isə kişinin davranışının dəyişməsidir. Ola bilsin ki, hər şey yaxşı olduğu halda da ər nədənsə qəmgin və fikirli görünür. Həmişə münasibətləriniz yaxşı olsa da, pozulmağa başlayıb. Bu onu göstərir ki, hansısa qadın xoşuna gəlib. Lakin bu cür davranış işlərində problemlərin olduğundan da xəbər verə bilər. Belə ki, kişilər qadınlara nisbətən maddi durumun pisləşməsinə, işlə bağlı problemlərə daha çox reaksiya verirlər. Uzun müddət aralarında yaxınlıq olmayanda da kişidə istək azala bilər. Qadının xəyanət etdiyini göstərən əlamətləri isə tapmaq çox çətindir.
Qeyd edək ki, qadınların guya ki, səbəbsiz yerə kədərlənib ağlamaları və ya əksinə olaraq hardansa gəldikdən sonra hədsiz sevinmələri, həyat yoldaşının qarşısında özünü günahkar kimi hiss etmələri, mobil telefonu üzdə qoymamaları, zəng və ya mesaj gələndə həyəcanlı olmaları onların xəyanətinə işarə edir.
Müsahibimizin dediyinə görə, çox vaxt qadınlar kişidən qadın ətrinin iyi gəldikdə və ya üstündə qadın teli gördükdə şübhələnməyə başlayırlar. Lakin bu, təsadüfən, kişi hansısa iş yoldaşı ilə görüşəndə və yanağından öpəndə də baş verir. Qadın telləri isə geyimə hər yerdən yapışa bilər. Nəzərə almaq lazımdır ki, bu, bir-iki dəfə təsadüfən baş verə bilər, üçüncü dəfə isə artıq şübhə doğurur. Yaxşı olar ki, tapılan tellər yığılıb saxlanılsın. Sonra isə eyniləşdirilsin. Əgər tüklər eynidirsə, narahatlığa əsas var. Qadın və ya kişinin xəyanət etdiyini öyrənmək üçün “sms” və zəngləri çap formasında çıxartdırmaq da olar. Eləcə də, dedektiv tutmaq və sevdiyin insanın izlənməsini də sifariş etmək mümkündür.
Qadın və kişi xəyanətinin fərqli cəhətləri
Qadınlar səbəbsiz xəyanət etmirlər. Əgər kişi qadına diqqət göstərmirsə, onu döyür, incidir və təhqir edirsə, qadın xəyanət edə bilər. Qadın kişini sevmədiyi üçün də xəyanət edir. Ya da ki, əvvəl həyat yoldaşına qarşı istəyi olsa da, indi hissləri soyuyub və o, bu hissləri başqa yerdə axtarır. Kişilər isə qadınlara səbəbsiz xəyanət edirlər. Sadəcə, kişi olduqları üçün. Yəqin ki, tez-tez belə ifadə eşitmisiniz “Kişiyə hər şey olar”. Yəni bu ifadə reallıqda özünü doğruldur. Kişi hətta arvadını sevdiyi halda da xəyanət edir. Ona görə də kişi xəyanəti xəyanət sayılmır.
Xəyanətin qarşısını necə almaq olar?
Psixoloq hesab edir ki, əsl sevgi öz əksini tapmamış bir hissdir. Əgər siz ərinizdən başqa heç kimin xoşuna gəlmirsizsə, deməli, siz onun da xoşuna gəlmirsiz. Kişi əmin olmalıdır ki, siz ona sadiqsiniz, amma eyni zamanda da o, rəqabət hiss etməlidir. O, düşünməlidir ki, onun rəqibi ola bilər. Məsələn, gül alıb evə gəlirsiz. Kişi də sizdən soruşur ki, “gül hardandır?” Siz də cavab verirsiz ki, “özüm almışam”. Əslində elə özünüz almısız, amma sevgilinizin ürəyində qısqanclıq qığılcımları közərməyə başlayır. Ümumiyyətlə, hər iki tərəf yüngül formada itirmək qorxusunu yaşamalıdır ki, sevgi və ehtiras ölməsin.
Aynurə Məmmədova
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.