Onu necə bağışlayım? – Tunar
1846-cı ildə Adams və Leverye tərəfindən kəşf olunmuş Neptun planetinin 8 peyki mə’lumdur. Bu peyklərdən altısının kəşfi „Voyacer“ stansiyasının adı ilə bağlıdır.
Planetlərin peykləri
Əvvəllər Günəş sistemində olan cismlərin peykləri haqqında yerüstü teleskopların köməyilə aparılmış müşahidələrin nəticələri əsas götürülürdü. indi kosmik gəmilər Plutondan başqa qalan planetlərin çox yaxınlığından keçərək həmin sistemlərdə olan təbii peyklər haqqında dəqiq mə’lumat vermişdir. Qeyd etmək lazımdır ki, Günəşə yaxın iki planetin Merkuri və Veneranın peyki yoxdur. Yerin yeganə peyki isə Aydır və onun dövretmə müddəti 27,32 sutkadır. Yerdən Aya qədər məsafə dəyişir, orta hesabla bu qiymət 384000 kmdir. Ayın radiusu 1738 km, kütləsi Yerinkindən 81 dəfə azdır.
1877-ci ildə ABŞ alimi A.Xoll tərəfindən Marsın iki peyki kəşf olundu. Qədim Yunan əfsanəiərində Mars müharibə Allahının adı olduğundan onun insanlara bəxş etdiyi də qorxu və dəhşətdir. Bu səbəbdən də Qırmızı planetin peyklərini Fobos və Deymos adlandırdılar. Marsın peyklərinin ölçüləri çox kiçikdir: onları ellipsoidal formada (yumurta kimi) hesab etsək Fobos 14x11x10 km, Deymos isə 8x6x6 km ölçülərə malikdir.
1610-cu ildə Qalileo Qaliley ilk teleskopunu düzəldib Yupiterə baxdı. O, palanetin dörd peykinin olduğunu kəşf etdi. 1614-cü ildə astronom Simon Mariusun təklifi ilə bu peyklər Qaliley peykləri adlandırıldı. \ XX əsrin əvvəllərinə qədər Yupiterin bir neçə peyki mə’lum idi. Hazırda Yupiterin 16 peyki mə’lumdur. Onlardan ən böyüyü Qanimed (radiusu 2631 km), ən kiçiyi isə 1974cü ildə Koval tərəfindən kəşf olunmuş Leda adlanır (radiusu 8 km).
Yupiterin bir neçə peyki Metida (Metis), Adrasteya, Teba (Fiva) «Voyacer» planetlərarası kosmik stansiyasının uçuşu zamanı aşkar edilmişdir. Bu peyklər planetə çox yaxın olduqlarından onları yerüstü müşahidələr zamanı seçmək mümkün olmur. Günəşdən məsafəsinə görə Yerə nisbətən 9 dəfə uzaqda olan Saturn planetinin 18 peyki var.
1655-ci ildə Huygens (Hollandiya) cismləri 92 dəfə boyüdə bilən teleskopu ilə Saturnun halqalarının olduğunu və planetin ətrafında onun böyük peyki olan Titanı (radiusu 2575 km) kəşf etdi.
1672-ci ildə Kassini (Fransa) Reyi, 1684cü ildə o, Tefiya (Tetis, Fetida) və Dionanı kəşf etdi.
1789-cu ildə Saturnun müşahidələri zamanı Herşel (Böyük Britaniya) onun Mimans və Enselad adlandırılan peyklərini kəşf etdi. 1966-cı ildə Dolfyus (Fransa) Yanus peykini aşkar etdi. Planetin Atlas (Atlant), Prometey, Pandora, Erimetey, Telesto, Kalipso peykləri Voyacerin köməyi ilə 1980-ci ildə kəşf olunmuşdur. Saturnun sonuncu peyki 1990-cı ildə Şolder tərəfindən kəşf olunmuşdur və Pan adlanır. Onun ölçüləri və dövretmə periodu hələlik tə’yin edilməmişdir. Saturnun ən kiçik peykinin ölçüsü 12 kmdir.
Yerə nəzərən Günəşdən 19 dəfə uzaq olan Uranın 17 peyki var. Bu xüsusiyyətinə görə o, Yupiteri ötmüşdür.
Uranı kəşf etmiş Herşel onun Titaniya peykini də 1787-ci ildə aşkar etmişdir.
«Voyacerin uçuşuna qədər Uranın beş peyki mə’lum idi. Kosmik stansiyanın köməyi ilə 1986-cı ildə planetin Kordeliya, Ofeliya, Bianka, Kressida, Dezdemona, Cülyetta, Porsiya, Rozalinda, Belinda və Pak olmaqla 10 ədəd yeni peyklərinin olması aşkar edildi. Uranın sonuncu iki peyki 1997-ci ildə Qledmen, Nikolson və b. tərəfindən kəşf olunmuş, Kaliban və Sikoraks adlanır.
Uranın ən böyük peykləri Titaniya (radiusu 790 km), ona yaxın olan Oberondur (radiusu 758 km). Planetin kiçik ölçülü peykləri çoxdur. Bunlar „Voyacer“ tərəfindən müşahidə olunmuş və adları sadalanan peyklərdir (radiusları 20кЗО km).
Uranın peykləri sistemində Şekspir qəhrəmanlarının adları əbədiləşdirilmişdir. Məsələn, Oberon elflərin (elf Almaniya və Skandinaviya əsatirində pəri) çarı, Titaniya onun həyat yoldaşı idi. Ən’ənəyə sadiq qalaraq yeni kəşf olunmuş Uran peyklərinə də Şekspirin „Tufan“ dramından Sikoraks və Kaliban personajının adları verildi.
1846-cı ildə Adams və Leverye tərəfindən kəşf olunmuş Neptun planetinin 8 peyki mə’lumdur. Bu peyklərdən altısının kəşfi „Voyacer“ stansiyasının adı ilə bağlıdır.
1989-cu ilədək Neptunun iki peyki mə’lum idi: Triton (radiusu 1350 km) və Nereida (radiusu 170 km) „Voyacer“ stansiyasının köməyilə kəşf olunmuş Nayada, Talassa, Despina, Qalateya, Larissa və Proteysun ölçüləri 27 kmdən 200 kmədək çatır.
Pluton 1930-cu ildə Tombo tərəfindən kəşf olunmuşdur. Bu planetin olması haqqında dəqiq fikri Persival Lovell söyləmişdir. Ona görə də transneptun planeti kəşf olunduqdan sonra onu alimin şərəfinə PL kimi işarə etdilər.
1978-ci ildə ABŞ alimi Kristi Plutonun fotolarındakı asimmetriyaya əsasən onun peykinin olduğunu sübut etdi. Plutonun peykinə qəribə ad verdilər: ölənlərin ruhunu yerin altındakı şahlıqlardan keçirən Xaron. Bə’zən ona kölgədaşıyan da deyirlər. Plutonun yaxınlığından bu günədək heç bir kosmik stansiya keçməmişdir. 1993-1994cü illərdə PlutonXaron sistemi orbital Habbl teleskopu vasitəsilə tədqiq olunmuşdur; Xaronun bir neçə fiziki xarakteristikaları tə’yin edilmişdir.
Bu gün Günəş sistemi cədvəlində 60-dan çox peykin olması göstərilir. Ola bilsin ki, gələcəkdə buraya daha başqa adlar daxil edilsin. Günəş sisteminin peykləri ilə bağlı maraqlı hadisələr baş verir. Məsələn, Marsın peyklərindən böyüyü və yaxını Fobosdur. O, Qərbdə çıxıb, Şərqdə batır. Fobosun dövretmə müddəti Marsın öz oxu ətrafında fırlanma dövründən kiçikdir. Yə’ni o, Mars səmasında bir sutkada iki dəfə çıxır və iki dəfə batır.
Planetlər sistemindəki peyklər içərisində ən böyük dolanma dövrünə malik Uranın peyki Sikoraksdır (1289 sutka).
Ədalət ƏTAYİ,Fizika-riyaziyyat elmləri namizədi
Mənbə Elm və Həyat jurnalı
PLANETLƏRİN PEYKLƏRİ
Planetlər
Peykin sayı
Peykin adı
“Onu necə bağışlayım?” – Tunar
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Səhər mərkəzi” proqramında danışıb.
“Əgər əlimdə yaxşı iş varsa, qiyməti də dəyərlidir. 5 min manata da mahnı satmışam. Türkiyədə isə 3 min dollara bəstə satmışam” deyə, Tunar söyləyib.
İfaçı instaqram səhifəsini həyat yoldaşının işlətdiyini də gizlətməyib:
“Əvvəl marağım var idi, indi yox. Hər kəsi izləyirəm, amma paylaşımlar etmirəm. Mənfi rəylərə pis oluram. Pis-pis şeylər yazırlar. Zəng edirsən, deyir, mən deyiləm. Tapıram mənfi rəy yazanları. Lazım deyil, insanların həyatıyla oynamaq olmaz. Deyirsən, niyə yazırsan? Başlayır, bağışla. Necə bağışlayım, elə şey olar? Düşünmək lazımdır ki, şərhi oxuyub, necə əsəb yaşayırsan. Adama həmin an elə hirs gəlir ki, travma ala bilərsən”.
İbrahim Tatlısəslə bağlı sualları cavablandıran müğənni “Gördü ki, görməmiş deyilik. Özümüzü gözə soxan deyilik. 1998-ci ildə getdik ora, onlar da diqqət edirdi hər şeyimizə. Hərəmizdə bir xüsusiyyət görüb, sevdilər” sözlərini söyləyib.
Milli.Az
Onu necə partlatım
Gələcək sahibkarların çoxu belə hesab edirlər ki, uğur əldə etmək üçün böyük məbləğdə start kapitalına və spesifik biliklərə sahib olmaq vacibdir. Ancaq dünya təcrübəsi bu yanlış fikiri təkzib edir – şəxsi keyfiyyətlər, öz şəxsi işiylə məşğul olmaq arzusu və uyğun perspektivli biznes ideyalar daha çox əhəmiyyətlidir. Bir çox zəngin insanlara uğur qazanmaqda və həzz aldıqları nəticələrə nail olmaqda məhz bu üç komponent kömək edib.
Ev biznesi qazanc əldə etməyin elə növüdür ki, böyük kapital qoymadan və adət edilmiş şəraitdə başlamaq mümkündür. Getdikcə daha çox insan bu yolla qazanc əldə etmək haqqında fikirləşir, belə ki, bu variantın açıq-aşkar müsbət xüsusiyyətləri var. Bunlar bilavasitə rəhbərliyin olmaması, sərbəst iş günü qrafiki və biznes-ideyanın seçilməsində sərbəst olmaq imkanıdır. Başqa sözlə desək, siz nə qədər bacararsınızsa və ya istəyirsinizsə, o qədər də işləyirsiniz və əlbəttə ki, sizin qazancınız da bundan asılıdır. Ev şəraitində sıfırdan başlayacaq biznes üçün ideyalar axtarıb tapmaq kifayət qədər çətin işdir, bütün nüansları və xırda detalları fikirləşmək lazımdır ki, bilavasitə özəl fəaliyyətin qurulmasını lazımi şəkildə həyata keçirmək mümkün olsun.
Nədən başlamalı
Hər şeydən əvvəl işləmək istədiyiniz və sizi daha çox maraqlandıran fəaliyyət sahələrini müəyyən etməkdən başlamaq lazımdır. Bu sizə seçim imkanı verəcək. Siz yaxşı qazanc gətirəcək və sizə zövq verəcək maraqlı və perspektivli işlə məşğul ola biləcəksiniz. Bu səbəbdən, birinci növbədə sizin üçün maraqlı olmayan ideyaları, hətta əgər onlar yüksək gəlirli və perspektivli olsalar belə kənara qoymaq lazımdır.
Ev biznesinin cürbəcür üsulları arasında handmade – əl işləri ideyası xüsusilə geniş yayılıb və belə məhsullara tələbat çoxdur. Müstəqil olaraq nə istəsən hazırlaya bilərsən – geyim, toxuculuq məhsulları, ev-interyer əşyaları, bəzək-düzəklər, aksessuarlar və s. İstehsal prosesi kifayət qədər yüngüldür, az vaxt tələb edir, amma nəticə yaxşı gəlir gətirir. Bu istiqamət qadınlar üçün daha yarayır və buna görə də bəşəriyyətin zərif hissəsi arasında ona tələbat çox olur.
Kişilər üçün də həmçinin heç də az perspektivli olmayan başqa ideyalara baxmaq olar. Əgər sizin müxtəlif cihazları təşkil edən mikrosxemlərdən başınız çıxırsa kompüter və ya məişət texnikasının təmiriylə məşğul olmaq olar. Məişət texnikası hazırda çox da davamlı və uzunömürlü deyil və buna görə də tez-tez və kifayət qədər gözlənilmədən sıradan çıxır. Başlanğıc üçün alətlərin baza dəstini əldə etmək lazımdır və bundan sonra artıq işə başlamaq olar. İnternet saytlarda və qəzetlərdə reklam kampaniyasını da unutmaq lazım deyil. Bu sizin işinizin sonrakı çiçəklənməsi üçün vacibdir.
Ev şəraitində kompüterlə davranış və onun proqramlarından istifadə etməyin öyrədilməsini də sıfırdan başlayan biznes ideya kimi baxmaq olar. Bu istiqamət çox geniş yayılıb, ona görə ki, cəmiyyətimiz getdikcə müasirləşir və təkmilləşir və daha çox insanlar hər şeydən xəbərdar olmaq və kompüterləşmək, bununla da yeni imkanlar əldə etmək istəyirlər.
Ev heyvanlarını sevənlərə onlara qulluq edilməsi ilə bağlı xidmətlər göstərmək ideyasını təklif etmək olar. Tez-tez ev heyvanlarının sahibləri iş vaxtı öz sevimlilərini saxlamaq üçün yer tapa bilmirlər – və onda yardıma siz gəlirsiniz. Heyvanların sahibləri yaxşı işçiyə yaxşı pul ödəməkdən çəkinmirlər.
Öz işini qurmaq və həm də bunu ev şəraitində etmək ilk baxışdan göründüyü kimi o qədər də sadə iş deyil, ancaq bu sabit və yüksək qazanc üçün yaxşı üsuldur.
Qazanc üsulu kimi belə ideyalar yalnız daim axtarışda olan gənclər arasında deyil, həm də yaşlı əhali arasında da geniş yayıla bilər. Onların bir çoxu əlavə gəlir əldə etməkdə uğur qazana bilərlər. Amma həqiqətən bu fəaliyyətlərdə uğura və qazanca nail olmaq üçün biznesin müvafiq sahəsini və imkanlarınızı düzgün müəyyən etməyiniz lazımdır, yalnız o zaman müvəffəqiyyətə zəmanət veriləcək.
Biznes ideyanı necə əldə etməklə bağlı aşağıdakı videoçarxlara baxmağı tövsiyə edirik. Bəzi videolar rus və ya ingilis dillərində olsa da sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcəyini hesab edərək burada yerləşdirməyi məqbul saydıq. Gələcəkdə onların imkan daxilində Azərbaycan dilinə tərcümə etməyə çalışacağıq.
Comments are closed, but trackbacks and pingbacks are open.