Azərbaycan dili/Fonetik norma
Müasir ədəbi dilin yazılı və şifahi formaları (orfoqrafiya və orfoepiya) arasında yaxınlıq əvvəlki illərə nisbətən artmışdır. Son onilliklərdə şifahi ədəbi dillə yazılı dil arasında intensiv yaxınlaşma, qarşılıqlı təsir, bir-birinə təmasetməha güclü müşahidə olunur. Yazı qaydalarının tələffüzə münasibətini üç əsas qrupa ayırmaq olar: 1) yazılışı birbaşa tələffüzünə görə müəyyənləşən söz və morfemlər; 2) yazılışı dolayı tələffüzünə görə müəyyənləşməyən söz və morfemlər; 3) yazılışı tələffüzünə görə müəyyənləşməyən söz və morfemlər. Sözlərin deyilişi ilə yazılışı arasında tam eyniyyət və ya oxşarlıq ola bilməz. Obrazlı desək, yazı tələffüzü əks etdirən güzgüyə çevrilə bilməz, tələffüz isə yazını eynilə əks etdirməyə qadir deyil.
Azərbaycan dilinin fonetikası
- Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, , şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.
Bezi sözlərdə , [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir : [tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat – [sa:t], maaş- [ma:ş], camaat – [cama:t], təəssüf – [tə:ssüf], mətbəə – [mətbə:], bədii- [bədi:], təbii – [təbi:] və s.
2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima – [dayima], zəif – [zəyif], Səidə – [Səyidə], təbiət – [təbiyət], müdafiə – [müdafiyə], radio – [radiyo], dialoq – [diyaloq], iaşə – [iyaşə], maneə – [maniyə].
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət – [saadət], fəaliyyat – [fa:liyət], müavin [mavi], müalicə – [malicə], müəyyən – [məyyən], müəllim – [məllim] və s.
Qeyd 1: Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur: Əliağa – [Əlağa, əmioğlu – [əmoğlu], əliaçıq – [əlaçıx], bacioğlu – [bacioğlu], xalaoğlu – [xaloğlu] və s.
Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin heç biri baş vermir.
Ahəng qanunu
Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s.
Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəqusu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.
Heca
Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.
Vurğu
Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.
Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim – bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) – dimdik (sifət) və s.
Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.
Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd, həkim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn: sonra – [so:ra], bəzi- [bə:zi] və s.
Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir.
Azərbaycan dili/Fonetik norma
Söz ümumxalq dilində müxtəlif cür işlənsə də, ədəbi dildə, əsasən, bir variantda işlənir, tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur. Sözün ədəbi dildə-ki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən təsdiq olunur və orfoqrafik lüğətlərdə təsbit edilir. Bu normalar dilimizin fonetik hadisələrini, xüsusən ahəng qanununu nəzərə almaqla müəyyən olunur.
Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə mü-əyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər bunalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa bu da fonetik normadan uzaqlaşmadır.
İnsan ünsiyyəti yazılı və şifahi formada həyata keçirir. Hər adam çalışır ki, onun yazısı və oxusu orfoqrafik-orfoepik qayda-qanuna uyğun gəlsin. Hər bir azərbaycanlının əsas vəzifəsi ədəbi dilə yiyələnmək, onun leksik, qrammatik, orfoqrafik və orfoepik normalarını öyrənməkdir. Həmişə kitab tələffüzü canlı dilin tələffüzünün incəliyinə və gözəlliyinə maneçilik törədir. Çoxları ömrü boyu bu yanlış tələffüz üslubundan yaxa qurtara bilmir. Bir sıra sözlərin kitab tələffüzü quru və sxematik görünür. Belə sözləri canlı danışıq nitqinə uyğun tələffüz etmək məqsədə uyğundur. Məsələn, ikinci şəxsin cəmini bildirən –sınız şəkilçisi –sız kimi tələffüz olunur. Nəqli keçmiş zaman şəkilçisindən ş samiti düşür: atmışsınız – atmısız.
Orfoqrafiya yazı sisteminin inkişaf etmiş və zəruri hissəsidir. Orfoqrafiya dilin yazıda vahid formada əks etdirilməsini təmin edən qaydalar sistemi, orfoepiya isə şifahi nitqin səslənməsini formalaşdıran tələffüz normalarının toplusudur. Hər dilin öz orfoqrafiya qaydaları və orfoepiya normaları mövcuddur. Orfoqrafiya sözlərin yazılışını, sözlərin sətirdən-sətrə keçirilməsini, durğu işarələrinin işlədilmə qaydalarını, orfoepiya isə ədəbi tələffüz normalarını öyrənir. Yüksək yazı mədəniyyəti ancaq orfoqrafiya qaydalarının sabitliyi, möhkəmliyi və xəlqiliyindən asılıdır.
Müasir ədəbi dilin yazılı və şifahi formaları (orfoqrafiya və orfoepiya) arasında yaxınlıq əvvəlki illərə nisbətən artmışdır. Son onilliklərdə şifahi ədəbi dillə yazılı dil arasında intensiv yaxınlaşma, qarşılıqlı təsir, bir-birinə təmasetməha güclü müşahidə olunur. Yazı qaydalarının tələffüzə münasibətini üç əsas qrupa ayırmaq olar: 1) yazılışı birbaşa tələffüzünə görə müəyyənləşən söz və morfemlər; 2) yazılışı dolayı tələffüzünə görə müəyyənləşməyən söz və morfemlər; 3) yazılışı tələffüzünə görə müəyyənləşməyən söz və morfemlər. Sözlərin deyilişi ilə yazılışı arasında tam eyniyyət və ya oxşarlıq ola bilməz. Obrazlı desək, yazı tələffüzü əks etdirən güzgüyə çevrilə bilməz, tələffüz isə yazını eynilə əks etdirməyə qadir deyil.
Orfoqrafiya ilə orfoepiya arasında qarşılıqlı əlaqə, ümumi uyğun cəhətlər olsa da, fərqli cəhətlər də var: 1) orfoqrafiya dilin yazıda vahid formada əks etdirilməsini təmin edən qaydalar sistemidir, orfoepiya isə şifahi nitqin səslənməsini formalaşdıran vahid tələffüz normalarının toplusudur; 2) orfoqrafiya “belə deyir, lakin belə yazılır”, orfoepiya isə “belə yazılır, lakin belə tələffüz olunur” prinsipinə əsaslanır; 3) orfoqrafiya ilə orfoepiya arasında fərq orfoepiyanın xüsusiyyətləri ilə bağlıdır: əsas prinsip tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin ahəngini pozan cəhətlərdən qaçmaq, asanlıqla tələffüz edilən, zərif, incə və gözəl səslənən cəhətləri saxlamaqdan ibarətdir. Məsələn, ala idi, gələ idi formasına nisbətən alaydı, gələydi formasının tələffüzü asandır, diləyatımlıdır, danışığa zəriflik, incəlik gətirir; 4) orfoepiya ümumxalq danışıq xüsusiyyətlərinə yol verir; 5) orfoepiyada saitlərin uzun və ya qısa tələffüzünün xüsusi əhəmiyyəti var; 6) şəkilçilərin tələffüzündə ahəngə uyğunluq gözlənilməlidir; 7) şifahi tələffüzdə səsdüşümü və səsuyğunluğu hadisələrinə yol verilir. Səslərin düzülüşü və ənənəvi deyiliş forması norma kimi qəbul edilməlidir. Bü-tün bunlar fonetik normanı səciyyələndirən cəhətlərdir. Azərbaycan ədəbi dili-nin fonetik norması dedikdə, ilk növbədə, dilin tələffüz (orfoepik) və yazılı (or-foqrafik) normaları başa düşülür. Televiziya dili şifahi ədəbi dilə əsaslandığı üçün burada orfoepik normanın gözlənilməsi təbii haldır. Orfoepik norma pozuntusu ekran nitqində daha çox müşahidə olunur. Ekranda orfoepik norma sözün, ifadənin düzgün tələffüz edilməsini tənzim edir.
Milyonların tribunası sayılan televiziyada nitq qüsurları yol verilməzdir.Televi-ziyadilindəx’ səsindənəksər aparıcılar, müxbirləristifadəetmirlər. Bu səsdilorta-sı, sürtünən, nəfəslisamitdir.Sonu k samitiiləbitənsözlər x’ səsiilətələffüzedi-lir.Təəssüfki, efirdilində x’ səsinionuncingiltiliqarşılığıolan y səsiiləəvəzedirlər. Fonetiknormanıxarakterizəedəncəhətlərdənbirisəslərinvəsözlərindüzgüntə-ləffüzedilməsidir.Səslərinvəsözlərindüzgüntələffüzühəmdəfikrindəqiqçatdı-rılımasıdeməkdir.Qeydedəkki, orfoepikqaydalarorfoqrafikqaydalarlamüqayi-səlişəkildəöyrədilir.Bu normalarədəbidilinlüğətfondundaolansözlərindüz-güntələffüzedilməsinitənzimedir.Məsələn, gələcəkzamanformasınıifadəedən -acaq, -əcəkşəkilçisininbəziinsanlarınnitqində -acey, -acöy, -əceyvə s. formaları-narastgəlinir.Televiziyadilindədiqqəticəlbedənproblemlərdənbiridəvurğumə-sələsidir.Qeydedəkki, vurğununşifahinitqdəçoxböyükəhəmiyyətivardır. Beləliklə, fonetik norma həm yazılışı, həm də tələffüzü müəyyən edir.
İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]
1.AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçiləri. Filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova. Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürova. Milli Televiziya və Radio Şurası Elektron Mediaya Yardım Fondu ilə birgə KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Media məkanında ədəbi dilin qorunması” layihəsi əsasında aparılmış monitorinqin nəticələri
2. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
3. Azərbaycan dili (dərs vəsaiti). TQDK – “Abituriyent”. Bakı, 2010
4. Həsənov H.Ə. Müasir Azərbaycan dilinin fonetikası. Dərslik. Bakı, “Təfəkkür” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2004
Comments are closed, but trackbacks and pingbacks are open.