Rzaqlıq taxıla tələbat: İdxaldan asılılığa necə son qoya bilərik
Göründüyü kimi hər iki tərəf əvvəlkindən daha çox qazanmış oldu. Və kəndlinin tələbatı tələbə çevrildi. Ola bilər ki, bütün məhsulların Binə bazarı ilə rayondakı qiymət fərqi bu biznesə uyğun olmasın. Amma bu biznes faktiki olaraq uzun illər işləyirdi və bəlkə bəzi regionlarda hələ də davam edir. O alverçilər bəlkə heç özləri də bilmədən bu cür uzun uzadı izah tələb edən bir şeyə – tələbatı tələbə çevirməyə nail olublar.
Xidmətə tələbat olduğunu necə bilirəm?
myGov Beta – portalın ilkin mərhələdə test müddətində işlədiyini bildirir. Beta versiyanın tətbiqinin məqsədi əsas versiyanı vətəndaşlara daha təkmil formada təqdim edə bilməkdən ibarətdir.
myGov portalından faydalanmaqla yarı yolda qalmayacaqsınız!
“myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalı vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.
XİDMƏTLƏRƏ MÜRACİƏT
Təqdim olunan xidmətə bir klik ilə müraciət etmə imkanı
Vətəndaşlar şəxsi kabinetdə göstərilən xidmətlərə müraciət edə, həmçinin ən çox istifadə etdiyi xidmətləri “Seçməli Xidmətlərin” bölməsinə daxil edərək şəxsi kabinetini fərdiləşdirə bilirlər.
BİLDİRİŞLƏR
Məlumatlandırma və xatırlatma xarakterli bildirişlər
Vətəndaşa dair məlumatlar yeniləndikdə, vətəndaşların sənədlərinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı SMS, e-mail, həmçinin şəxsi kabinet vasitəsilə bildirişlər göndərilir.
TƏSDİQETMƏ
Məlumatların digər qurumlara ötürülməsi
Vətəndaşlara dair məlumatlar yalnız vətəndaşın şəxsi kabinetinə müvafiq qurumlar tərəfindən göndərilən sorğunun vətəndaş tərəfindən təsdiqlənməsindən sonra üçüncü tərəfə ötürülür. Həmçinin vətəndaşa dair məlumatlar vətəndaşın özü tərəfindən əvvəlcədən qarşı tərəfə ötürülə bilər.
ƏKS ƏLAQƏ
Vətəndaşın qurumlara bir ünvandan müraciət imkanı
Şəxsi kabinet vasitəsi ilə vətəndaş öz fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyatı quruma göndərə bilir. Eyni zamanda vətəndaş özü haqqında sistemdə aşkarladığı yanlış məlumatlar barədə müvafiq quruma müraciət ünvanlaya bilir.
TƏHLÜKƏSİZ GİRİŞ
ASAN Login – Vahid giriş sisteminin üstünlükləri
ASAN Login ilə sisteminə bir dəfə daxil olan zaman bu giriş sistemini istifadə edən digər sistemlərə də avtomatik olaraq giriş edilmiş olur. Eyni zamanda inteqrasiya olunmuş hər hansı bir sistemdən çıxış zamanı bütün sistemlərdən çıxış baş tutur. Bu isə təkrarçılığın qarşısını aldığı üçün zamana qənaət etməyə yardımçı olur.
MƏLUMATLARA ÇIXIŞ
Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması
“myGov” şəxsi kabienti vasitəsilə vətəndaşlar öz şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə edə bilirlər. “myGov” şəxsi kabineti vətəndaşın məlumatlarını real rejimdə əks etdirərək vətəndaş-dövlət münasibətlərini yeni mərhələyə daşıyır.
Qardaş ölkə Türkiyənin e – Devlet portalı
Ərzaqlıq taxıla tələbat: İdxaldan asılılığa necə son qoya bilərik?
Azərbaycanda taxılçılıq strateji əhəmiyyətli kənd təsərrüfatı sahələrindən hesab olunur. Lakin ölkədə çörək və digər un məmulatlarının istehsalı üçün lazım olan buğdanın böyük hissəsi xarici ölkələrdən idxal olunur. Un məmulatları istehsal edən firmaları yerli taxıl sortlarının ərzaq məhsullarının istehsalı üçün yararlı olmadığını bildirirlər. “Report” ölkədə ərzaqlıq taxıl istehsalında mövcud problemlər, onların həlli yolları və bu sahədə idxaldan asılılığın azaldılması barədə mütəxəssislərin fikirlərini öyrənib. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Report”a açıqlamasında bildirib ki, bir vaxtlar regionlarımızda mövcud olan dəyirman şəbəkəsini yenidən qurmaq lazımdır:
“Yerli buğdadan un və çörək istehsal etmək üçün çox böyük imkanlarımız var”.
Qadir Bayramlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti
“Azərbaycanda ildə 3,5 milyon ton taxıl istehsal edilir ki, bunun təxminən iki milyon tonunu buğda istehsalı təşkil edir. Deməli bizim yerli buğdadan un və çörək istehsal etmək üçün çox böyük imkanlarımız var. Amma biz bunu etmirik. Azərbaycana Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdən böyük miqdarda taxıl idxal edilir. Həmin buğda adətən yumşaq buğda olur. Bizim ölkənin əsas böyük dəyirmanları yerli istehsalçıların istehsal etdiyi buğdanı üyütmür. Çünki həmin buğda bu dəyirmanların mexanizlərinə zərər verir. Əvvəllər rayonlarımızın əksəriyyətində, hətta bəzi kənd və qəsəbələrdə dəyirmanlar var idi. Həmin dəyirmanlar şəbəkəsi dağıdılıb. Əgər bəzi yerlərdə qalıbsa, sayları çox azdır. Ona görə də camaat istehsal etdiyi buğdanı üyütmək üçün dəyirman tapa bilmir. Buna görə də yerli dəyirman şəbəkəsini yenidən qurmaq və inkişaf elətdirmək lazımdır. Hər rayon ərazisində orta hesabla bir-iki dəyirman olsa, biz un istehsalını öz buğdamız hesabına xeyli artıra bilərik. Bu sahədə ən böyük istehsalçılardan biri Türkiyədir. Dəyirman şəbəkəsini rayonlarımızda yaradandan sonra artıq yerli istehsalçının min əziyyətlə yetişdirdiyi taxıl, buğda heyvan yemi olaraq deyil, normal un istehsalı üçün istifadə edilə biləcək. Digər tərəfdən, bizim yerli buğda idxal olunan bu məhsuldan daha kalorili və daha dadlıdır. Əsas məsələ budur. Başqa bir ciddi məsələ bizə taxıl ixrac edən ölkələrdə müxtəlif vaxtlarda ixracata məhdudiyyətlərin qoyulmasıdır. Odur ki, biz yerli istehsalı artırmalıyıq.
Bizim yerli istehsal hesabına un istehsalını artırmaq imkanlarımız var və bundan istifadə etmək lazımdır. Dövlət tərəfindən proqram hazırlansa və dövlət nəzarəti olsa, bu proses daha rahat həyata keçirilə bilər. Əlavə olaraq özəl sahibkarlara da geniş imkanlar yaradılmalı, vergi güzəştləri verilməli və digər təşviqedici addımlar atılmalıdır ki, onlar bu işlə rahat və maneəsiz məşğul ola bilsinlər. Bu sahədə dövlət və özəl sektor qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərməlidir”. Onun sözlərinə görə, bu vaxta qədər Azərbaycanda illik 3,5 milyon ton taxıl işğaldan azad edilən torpaqların payı olmadan istehsal edilirdi. İndi işğaldan azad edilən ərazilərin də taxıl istehsalında böyük payı olacaq: “Bu torpaqlar kənd təsərrüfatına cəlb ediləcək və bizim istehsalımız 4 milyon tondan da artıq olacaq”, – deyə Q.Bayramlı əlavə edib. Naxçıvan MR-nın sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov bildirib ki, Azərbaycanda taxıla olan tələbatın ödənilməsi üçün əlverişli şərait var:
“Ölkəmiz də taxıl bitkisinin vətənlərindən biri sayılır. Ola bilməz ki, hər hansı bitkinin öz vətənində keyfiyyət göstəriciləri aşağı olsun”.
Rəcəb Orucov Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri
“Əkin dövriyyəmizin 60 %-a yaxını demək olar ki, payızlıq əkin bitkilərinin payına düşür. Ölkəmiz də taxıl bitkisinin vətənlərindən biri sayılır. Ola bilməz ki, hər hansı bitkinin öz vətənində keyfiyyət göstəriciləri aşağı olsun. Emal sənayesindən həmişə belə sözlər eşidirik ki, respublikada istehsal olunan taxıl məhsulları, xüsusilə də ərzaqlıq buğda çörək bişirmə və digər un məmulatları sənayesinin istehlak tələblərini ödəmir və ona görə də taxıl xaricdən idxal edilir. Bu gün əkin dövriyyəmizin 60 %-ni payızlıq taxıllar təşkil etsə də, ölkəmizin ərzaqlıq taxıla olan tələbatının demək olar ki, 50-60 %-ə yaxını yerli istehsal hesabına ödənilir. Ölkəmizdə taxıl məhsullarının istehsalı üçün oduqca əlverişli torpaq-iqlim şəraiti var. Müxtəlif innovativ texnilogiyalara söykənən aqroparklar və iri fermer təsərrüfatlarında bunun şahidi oluruq”. Onun sözlərinə görə, çörək bişirmə sənayesini təmin edən keyfiyyət göstəricilərinin yetəri formada olmamasını doğuran səbəblər var: “Bunlardan biri aşağı aqrofonun olmasıdır. Əgər optimal müddətlərdə taxıl bitkilərinin fizioloji istəkləri yerinə yetirilmirsə, aqrotexniki tədbirlər aparılmırsa, bitkinin inkişaf siklinində də müəyyən çatışmazlıq və fasilələr olur. Nəticədə keyfiyyət göstəriciləri aşağı düşür. Odur ki, ölkəmizdə ilk növbədə milli toxumçuluğun inkişafı istiqamətində ciddi addımlar atılmalıdır. Bu gün taxıl toxumuna olan illik tələbatımız təqribən 200 min tondur. Bunun təqribən 50-60 %-a qədərini yerli istehsal hesabına ödəyirik. Milli seleksiyanın nəaliyyətlərini daha da dərinləşdirmək üçün milli toxumçuluğun inkişaf etdirilməsi ilkin stimullaşdırıcı addım olmalıdır. Xaricdən gətirilən buğda toxumlarının da respublikanın torpaq-iqlim şəraitinə uyğun seçilməsi çox önəmlidir. Toxumdan anlayışı olmayan, toxumçuluq təcrübəsi olmayan iş adamları, şirkətlər ölkəyə kifayət qədər taxıl toxumu idxal edirlər ki, bu da keyfiyyət göstəricilərinin aşağı olmasının əsas səbəblərindən biridir. Biz həmişə innovativ texnologiyalara qapılarımızı açıq qoymalıyıq. Bizim milli toxumçuluqla beynəlxalq seleksiya nəaliyyətləri daima bir-birinə inteqrasiya olunmalıdır. Amma bu proses elmi əsaslara söykənən bir sistem içərisində aparılsa, qısa dövrdə problemlər həllini tapar”.
Sabiq nazir bildirib ki, taxılçılıqda aqrofonu yüksəltməklə məhsuldarlığın artmasına nail ola bilərik: “Azərbaycanda keyfiyyətli taxıl istehsalı üçün olduqca optimal mühit və şərait var. Sadəcə emal sənayesinin tələbləri, onları doğuran səbəbləri araşdırıb bu səbəblər üzərində elmi və müasir innovativ yanaşmalarla problemlər həll edilməlidir. Mən o fikirlə razı deyiləm ki, ölkədə keyfiyyətli istehsal üçün mütləq xaricdən taxıl idxal etməliyik. Biz qısa müddətdə dediyim məsələləri həll etsək, problemlərin səbəblərini ciddi şəkildə monitorinq apararaq araşdırsaq, həm ölkəmizin strateji məhsulu sayılan ərzaq taxılına olan tələbatı ödəyə bilərik, həm də keyfiyyətli məhsul istehsal edərik. Ölkənin ümumi əkin dövriyyəsində olan torpaqların 75-80 %-i suvarılan torpaqlardır. Suvarılan torpaqlarda bitkinin bütün fizioloji istəklərini yerinə yetirmək mümkündür. Ancaq uzun zamandır torpaqlarımızda baş verən deqradasiya prosesləri, minerallığın, qələviliyin yüksəlməsi keyfiyyətsiz məhsulların istehsalı üçün şərait yaradıb. Kompleks şəkildə qeyd etdiyim məsələlər öz həllini tapsa, qısa müddətdə ölkənin idxaldan asılılığını demək olar ki, aradan qaldırarıq. Çünki ölkəmizdə bir milyon hektara yaxın payızlıq arpa və buğda əkin sahələri var. Biz aqrofonu yüksəltdikcə məhsuldarlığın artırılmasına da nail olacağıq”. R.Orucov taxılçılıq sahəsində innovativ problemlərin də olduğunu qeyd edib: “Əsas məsələlərdən biri mülkiyyətçilərin maarifləndirilməsi məsələsidir. Hansısa innovativ hədəflərə çatmaq üçün istehsal prosesinin dəyər zəncirində iştirak edən istehsalçıların maarifləndirilməsi, innovativ texnologiyaların tətbiqi istiqamətində praktiki təcrübələrə yiyələnməsi çox önəmlidir. İnnovativ texnologiyaların tətbiqi qısa müddətdə hədəflərə çatmağımız üçün əsas prinsipdir. Suvarma sahəsində yeni mütərrəqi suvarma sistemlərindən istifadə etsək, innovativ texnologiyaların istehsalata daxil olmasını təmin etsək və istehsalı şərtləndirən bütün struktur hissələri yeniləsək, ciddi maarifləndirmə işləri də aparmaqla qısa müddətdə sistemli şəkildə ölkədə strateji məhsullara olan tələbatı ödəmək baxımından ciddi hədəflərə çatarıq”.
Azeconomist
İqtisadiyyatdan az çox anlayışı olan hər kəsin bildiyi iki termin: tələbat və tələb. Bunlar insanların bazardan istəklərinin fərqli formalarıdır. Tələbat şəxsin ehtiyacı olan, əldə etmək istədiyi; tələb isə şəxsin ehtiyacı olan, əldə etmək istədiyi və bunun üçün kifayət qədər vəsaiti olan şeylərdir. Zənnimcə aradakı fərq kifayət qədər aydındır.
Bəs tələbatı tələbə çevirmək mümkündür mü?
Yeni biznesə başlayarkən ilk verilən suallardan biri “bu insanlara lazımdır mı?” olur. Bəli, bu “tələbat”ın sualıdır. Bəs tutaq ki, insanların bu məhsula və yaxud servisə həqiqətən ehtiyacı var, amma bunun qarşılığında sizə verə biləcəkləri sizi qane etmir, onda necə? Bir filmdə deyildiyi kimi,”dönərin ən böyük müştərisi pişiklərdir, amma pulları yoxdur.”
Bu məsələni aydınlaşdırmaq üçün nəzəri fikirlər yerinə sizə real – əslində hər kəs üçün faydalı, amma bir çoxları tərəfindən “camaatı aldadırlar” deyə qiymətləndirilən bir nümunə göstərəcəyəm.
Bir neçə il bundan əvvələ qədər Azərbaycanın ucqar, şəhərə əli asan çatmayan kəndlərində əhalinin çox hissəsi güzəranını öz təsərrüfatlarının məhsulu ilə təmin edirdi. Belə kəndlər indi də var, amma əvvəlki illərlə müqayisədə çox azdır. Ona görə də hadisəni keçmiş zamanda izah edəcəyəm. Bu tip kəndlərin əhalisi duz, çay kimi ərzaqları və qeyri-ərzaq məshullarını rayonların mərkəzlərindən və ya kiçik kənd dükanlarından alırdılar, təbii ki bir qədər baha qiymətə. Alış-veriş üçün pulu isə öz məhsullarını şəhərdən gələn “alverçilərə” ucuz qiymətə sataraq əldə edirdilər. Aşağıda situasiyanı konkret formada izah edəcəyəm.
Tutaq ki, toyuq saxlayan kəndliyə vedrə lazımdır. Kəndlinin həyətindəki toyuğu şəhərdən gələn alverçi 5 AZNə alır və daha baha (məsələn 10 AZN) satmaq üçün Bakıya aparır. Rayon mərkəzində isə kəndlinin ehtiyacı olan vedrə 10 AZN, daha kiçik və az yararlı vedrə isə 5 AZNdir. Deməli, kəndlinin tələbatı böyük vedrə, tələbi isə kiçik vedrə idi və məcburiyyətdən kiçik vedrəni alır. Nəticə belə olur:
Kəndli: bir toyuq satıb əvəzinə kiçik bir vedrə alır. Tələbatını ödəyə bilmir.
Alverçi: 10 AZN – 5 AZN = 5 AZN mənfəət əldə edir.
Bir müddət sonra toyuq alverçisi olan şəxs kəndlinin vedrə ehtiyacını anlayır. Və öz biznesinin formasını bir qədər dəyişir: Rayon mərkəzində 10 AZNə satılan vedrəni şəhərdə ucuz satıldığı bir yerdən (adətən Binə bazarından) 3 AZNə alır. Və onu kəndə gətirərək kəndliyə toyuq qarşılığında təklif edir. Artıq böyük vedrə kəndlinin tələbatı yox, tələbidir. Toyuğu yenə eyni qaydada aparıb Bakıda satır. Bu alış verişin nəticəsi isə belə olur:
Kəndli: bir toyuq verib əvəzinə böyük bir vedrə alır. Tələbatını ödəyir. Başqa sözlə 5 AZN mənfəət qazanmış olur. *
Alverçi: 10 AZN – 3 AZN = 7 AZN mənfəət əldə edir.
Göründüyü kimi hər iki tərəf əvvəlkindən daha çox qazanmış oldu. Və kəndlinin tələbatı tələbə çevrildi. Ola bilər ki, bütün məhsulların Binə bazarı ilə rayondakı qiymət fərqi bu biznesə uyğun olmasın. Amma bu biznes faktiki olaraq uzun illər işləyirdi və bəlkə bəzi regionlarda hələ də davam edir. O alverçilər bəlkə heç özləri də bilmədən bu cür uzun uzadı izah tələb edən bir şeyə – tələbatı tələbə çevirməyə nail olublar.
Nəticə: Tələbat üzə çıxarılması mümkün olan gizli tələbdir.
Əgər yazının bu qədər hissəsi sizə kifayət etdisə, oxumağı dayandıra bilərsiniz. Amma davam etsəniz başqa bir faktla üzləşəcəksiniz.
Bəs bu biznes bazarda və ya iqtisadiyyatda nə kimi dəyişiklik yaratdı? Çox dərinə getmədən, səthi də olsa bunu ssenariyə daha iki oyunçunu əlavə etməklə axtarmağa çalışaq: rayon mərkəzində vedrə satan şəxs və Bakıda vedrə satan şəxs.
Adi situasiyada vəziyyət necə olur:
Kəndli: bir toyuq verib əvəzinə kiçik bir vedrə alır.
Alverçi: 10 AZN – 5 AZN = 5 AZN mənfəət əldə edir.
Rayonda vedrə satan: 5 AZN mənfəət qazanır. **
Bakıda vedrə satan: 0 AZN mənfəət qazanır.
Cəmi mənfəət: 10 AZN
Tələbat tələbə çevrildikdən sonra isə:
Kəndli: . 5 AZN mənfəət qazanmış olur. *
Alverçi: 10 AZN – 3 AZN = 7 AZN mənfəət əldə edir.
Rayonda vedrə satan: 0 AZN mənfəət əldə edir.
Bakıda vedrə satan: 3 AZN mənfəət əldə edir. ***
Cəmi mənfəət: 15 AZN
Aradakı 5 AZN mənfəət fərqi tələbatın tələbə çevrilməsi ilə yaranan qazancdır. Başqa sözlə kəndli üçün kiçik vedrə ilə böyük vedrə arasındakı dəyər fərqidir. Əslində isə rayon bazarında vedrə satan şəxs biz almasaq belə o vedrəni başqasına satacaq, Bakıdakı isə biz ondan aldığımız üçün başqa kimsəyə sata bilməyəcək və s. Ona görə də dərinə getdikcə anlaşılır ki, faktiki olaraq iqtisadiyyatda heç bir dəyişiklik olmayıb, qısacası, toplananlarn yerini dəyişəndə cəm dəyişməz. Amma hadisəyə alverçi və kəndlinin nəzərindən yanaşdıqda bu çox əlverişli bir yerdəyişmədir.
* Kəndli üçün vedrələrin qiyməti rayon bazarındakı qiymətdir. Dünən əgər bir toyuğa 5 AZNlik vedrə ala bilirdisə, bu gün 10 AZNlik vedrə aldı, yəni toyuğunu 5 AZN baha satmış oldu.
** Hesablama aydın olsun deyə vedrənin xərci 0 olaraq götürülüb. Amma onsuz da vedrə kimdənsə alınıb və o “xərc” başqa kimsələrin mənfəətlərindən ibarətdir. Ona görə də yekun nəticə dəyişmir.
*** Hesablama aydın olsun deyə vedrənin xərci 0 olaraq götürülüb. Amma onsuz da vedrə kimdənsə alınıb və o “xərc” başqa kimsələrin mənfəətlərindən ibarətdir. Ona görə də yekun nəticə dəyişmir.
Yazıda anlaşılmaz qalan hər hansı hissə barədə sual verə bilərsiniz.
Müzəffər Abasov, 11.01.2016
Posted by Muzaffar Abasov at 1/11/2016 04:29:00 AM
1 comment:
Madaqaskarda (Şərqi Afrika) yaşayıram və həyat mənim üçün və ailəm üçün indi rahat yaşamağa dəyər və həqiqətən övladımın tapdığı qədər ciddi bir problem yaşadığım üçün ömrüm boyu mənə göstərilən yaxşılığı görməmişəm. iki həftə davam edən dəhşətli qəza və həkimlər onun yenidən gəzə bilməsi üçün incə bir əməliyyat keçirməsi lazım olduğunu və hesabları ödəyə bilmədiyimi söylədikdən sonra əməliyyatınız banka getdi və borc verdiyimi söyləyərək məni rədd etdi kredit kartı yoxdu, oradan atama qaçdım və kömək edə bilmədi, yahoo cavablarına baxarkən kredit borc verən cənab Benjamin Breil Lee ilə əlçatan faiz dərəcəsində kreditlər təklif etdiyimə rast gəldim. lakin buna bir cəhd göstərmək və təəccüblü bir şəkildə hamısı xəyal kimi idi, oğlumun əməliyyatı üçün pul ödəmək üçün 110,000.00 dollar borc aldım, sonra özümə də getməyimə kömək edəcək rahat bir iş tapdım. Allaha şükür edirəm ki, bu gün yaxşıdır və gəzə bilirsən, işləyirsən və yük mənim üzərimdə daha çoxdur və yaxşı qidalandıra bilərik və ailəm bu gün xoşbəxtdir və öz-özümə möcüzələr dünyasında ucadan yas tutacağımı söylədim Tanrının mənə verdiyi bu Tanrı vasitəsilə borc verən cənab Benjamin Breil Lee və həqiqi və ciddi borc ehtiyacı olan hər kəsə bu Allahdan qorxan adamla əlaqə saxlamağı tövsiyə edirəm
. vasitəsilə 247officedept@gmail.com. Və hamınızdan bu adam üçün mənim üçün dua etməyinizi və ya + 1-989-394-3740 whatsapp-da onunla söhbət etməyinizi istəyirəm.
Çox sağ ol Reply Delete
Comments are closed, but trackbacks and pingbacks are open.