Cildlik Azərbaycan dilçiliyi müntəxəbatı
tarixi leksikologiyasına dair tədqiqlərindən rekonstruksiya (bərpa) problemi kimi maraqlı
Azərbaycan dilçiliyi tarixində yeni nəzəriyyə yaradılıb
Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu dilçilik elmi ilə bağlı olan “Psixolinqvistik konneksiya nəzəriyyəsi” adlı yeni bir nəzəriyyə təqdim edib. Bu barədə “Report”a Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, nəzəriyyənin müəllifi Mayıl Əsgərov məlumat verib. Onun sözlərinə görə, bu nəzəriyyə əsasında dərketmə və təfəkkür proseslərinin reallaşması prinsipi, eləcə də sözün və nitqin yaranma və mənimsənilmə mexanizmi izah olunur: “Bu nəzəriyyəni dünya səviyyəli bir yenilik adlandırmaq olar. Nəzəriyyə əvvəlki nəzəriyyələrdən həm obyekti, həm predmeti, həm də gəldiyi nəticələr baxımından fərqlidir”. M.Əsgərov bildirib ki, azərbaycanlı alimlər tərəfindən kəşf olunan dilçiliklə bağlı nəzəriyyə demək olar yoxdur: “Bu nəzəriyyə vasitəsilə nitq necə yaranır, insan nitqi necə formalaşdırıb qarşısındakına çatdırır və yaxud da bir fikri deyəndə onu necə mənimsəyir, eşitdiyi informasiyanı necə başa düşür, başa düşülən ilə gerçəklik arasındakı əlaqə, real gerçəkliklə deyilən fikir arasındakı əlaqə kimi suallar ətraflı cavablandırılmağa çalışılıb”. Şöbə müdiri deyib ki, indiyədək bu fikri dünyada üç psixoloji məktəb açıqlamağa cəhd edib: “Biheviorizm, neobiheviorizm, nitq fəaliyyəti nəzəriyyəsi və nəhayət, dördüncüsü, bizim təklif etdiyimiz konneksiya nəzəriyyəsidir. Əvvəlki nəzəriyyələr nitqin yaranması və mənimsənilməsini araşdırmaqla məşğul idi. Bu nəzəriyyə isə sadəcə nitqin deyil, hər bir dil vahidinin, qrammatik strukturun, sintaqmın həm yaranma, həm də mənimsənilmə mexanizmini izah etməyə qadirdir. İstənilən söz, istənilən forma, istənilən söyləm necə yaranır və bu linqvopsixoloji baxımdan necə izah olunur?”. M.Əsgərov həmçinin qeyd edib ki, bu nəzəriyyənin tədbiqi konkret olaraq psixolinqvistika sahəsində, eləcə də dilçilik elmində yeni bir mərhələnin başlanğıcını qoyacaq: “Bu nəzəriyyədə təqdim olunan sxemlər istər nitqin, istərsə də sözün və digər dil vahidlərinin yaranma və mənimsənilmə prosesinin şərhi ilə bağlı bu günə qədər psixolinqvistikada mövcud olan bir sıra problemin həllinə imkan yaradacaq”.
Üçcildlik Azərbaycan dilçiliyi müntəxəbatı
Beləliklə, bu dövrlərdə Azərbaycan dilçiliyi bir elm kimi tam formalaşa bildi.
Dilçiliyimizin eninə və dərininə inkişafı həmin dövrləri səciyyələndirən ən başlıca
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası
Prezidentinin sərəncamında deyildiyi kimi, “1945
ci ildə Azərbaycan Elmlər Akademiyası
təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969
müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf
yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması
üçün möhkəm zəmin yarandı”.
Bununla belə, Azərbaycan dilçiliyinin həllini tapmamış
problemləri də mövcuddur. Bu problemlərdən biri də
Azərbaycan dilçiliyi tarixindən ayrılmaz olan dilçilik
müntəxəbatının hazırlanması və nəşri məsələsidir.
Müntəxəbatın indiyə kimi olmaması ancaq təəssüf doğura
Artıq üçcildlik “Azərbaycan dilçiliyi müntəxəbatı”
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
ci il tarixli sərəncamına əsasən nəşr
olunmuşdur. Müntəxəbatlar Azərbaycan xalqının üm
lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr
edilmişdir. Qeyd edək ki, müntəxəbatlar akademik
K.M.Abdullayevin rəhbərliyi altında, filologiya elmləri doktoru, professor F.Y.Veysəllinin
ümumi redaktəsi ilə nəşr edilmişdir. I cildin tərtibçisi, izah və şərhlərin müəllifi, filologiya
elmləri üzrə fəlsəfə doktoru T.Quliyev, II cildin tərtibçisi, izah və şərhlərin müəllifləri
filologiya elmləri doktorları, professorlar S.Mehdiyeva, S.Sadıqova və İ.Tahirov
tərtibçisi, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İ.Kazımovdur. Nəşrin
hazırlanmasında redaktə işlərini filologiya elmləri doktoru professor M.Mahmudov, filologiya
elmləri üzrə fəlsəfə doktoru, dosent E.İnanç, professor S.Sadıqova və İ.Tahirov yerinə
yetirmişlər. Mətnlərin toplanmasında filologiya elmləri doktoru, professor İ.Məmmədlinin də
əməyini qiymətləndirmək olar.
Hər üç cilddə “Ön söz” verilmiş, burada Azərbaycan dilçiliyinin dünəni, bu günü izah
olunmuş və sabahı proqnozlaşdırılmışdır. Eyni zamanda Kamal Abdullayev və Fəxrəddin
Veysəllinin yazdıqları “ön söz”də dilimizə və dilçiliyimizə dövlət qayğısı əsaslandırılmışdır.
Burada deyilir: “Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi
əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat metodlarının köməyilə az və ya çox
dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya, morfologiya və morfonologiya,
leksikoqrafiya və leksikologiya, sintaqmatika, praqmatika və semantika sahələrində
müəyyən tədqiqatlarımız və uğurlarımız danılmazdır. Azərbaycanda son 20 il ərzində
ümumdünya dilçiliyinin tərkib hissələri olan semiotika, transliterasiya, terminologiya,
neyrolinqvistika, etnolinqvistika, psixolinqvistika və uşaq dilçiliyi kimi yeni elm sahələri
formalaşmağa başlamışdır. İndi bizdə rusistika, germanistika, romanistika, mətn dilçiliyi,
funksional dilçilik və koqnitiv dilçilik sahəsində yeni istiqamətlər formalaşmaqdadır, bu
aspektlər üzrə ciddi elmi araşdırmalar aparılır” (s.6).
Qeyd edək ki, Azərbaycan dilçiliyinin inkişaf konsepsiyasına müvafiq olaraq aparılan
tədqiqatlar təkcə şəxsi karyera üçün aparılmamış, dövlətin, cəmiyyətin maraq və
ehtiyaclarına xidmət etmişdir (akademik R.Mehdiyev).
Bu gün yüksək səviyyədə hazırlanmış müntəxəbat
Müntəxəbatın I cildi Mahmud Kaşğarlıdan I Türkoloji
Qurultaya qədərki dövrü əhatə edir. Bu cild vaxtı ilə
Azərbaycan dili haqqında söylənmiş fikir və mülahizələri
özündə inikas etdirir. Həmin cilddə Mahmud Kaşğarlı,
Mirzə Kazımbəy, Bəkir Çobanzadə, Ə.Cəfəroğlu kimi
görkəmli türkoloqların elmi əsərlərindən müəyyən hissələr
və fraqmentlər verilmişdir. I cilddə eləcə də I Türkoloji
məruzələrdən seçmələr və
onlar barədə dilçilərimizin verdikləri dəyərli fikirlər, qiymət
I Türkoloji Qurultayın tarixi əhəmiyyəti bəllidir. 1926
cı ildən sonra orada deyilmiş fikirlər, oxunmuş məruzələr
bucağında qalmış, məlumatsızlıq xeyli müddət davam etmişdir. Azərbaycan
öz müstəqilliyini qazanandan sonra F.Ağazadənin, Aşmarin Nikolayın, B.Çobanzadənin,
F.Köprülüzadənin, Şerba Levin, Nikolay Yakovlevin, Hənəfi Zeynallının məruzələri əldə
edildi və bu müntəxəbatda da çap həllini tapdı. Birinci Türkoloji Qurultayın məruzələrindən
seçmələrdə Türk dilində imla qaydaları (F.Ağazadə), türkologiyanın keçmişi və onun
hazırkı vəziyyəti haqqında (Aşmarin Nikolay), türk ləhcələrinin yaxın qohumluğu haqqında;
elmi terminologiya sistemi haqqında (B.Çobanzadə), türk xalqlarında ədəbi dilin inkişafı
(F.Köprülüzadə), doğma dilin tədrisi metodikasında ən yeni cərəyanlar (Şerba Lev),
orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti (Şerba Lev), türk millətlərinin
sosial və mədəni şəraiti ilə əlaqədə əlifba sisteminin qurulması proqramı (N.Yakovlev), türk
dilləri üzrə elmi terminologiya sistemi haqqında (H.Zeynallı) maraqlı tarixi məlumatlara
Müstəqillik illərində respublikamızda Birinci Türkoloji Qurultayın 80 illiyi təntənəli
şəkildə keçirildi. Dünyanın əksər ölkəsindən dəvət olunmuş alimlər bu qurultayda yaxınd
iştirak etdilər. Tarixi məruzələrə müxtəlif baxışlar formalaşdı. Müntəxəbatın I cildində
qurultaydakı məruzələrə verilmiş dəyərləndirmələr də bu baxımdan xüsusilə seçilir.
A.Axundovun “Birinci Türkoloji Qurultay və müasir türk dünyası”, T.Hacıyevin “Bir
Türkoloji Qurultayın ədəbi dil məsələləri”, S.Mehdiyevanın “Azərbaycan dili tarixi Türkoloji
Qurultay işığında”, Əbülfəz Quliyevin “80 ildə qədim türk etnonimlərinin öyrənilməsi
məsələləri”, M.Musaoğlunun “Türkoloji dilçilik Birinci Türkoloji Qurultaydan öncə və sonra”,
F.Veysəllinin “I Türkoloji Qurultay
80 il əvvəl, sonra və əlifbamızın həll olunmamış
problemləri”. Bu qiymətləndirmə meyarları da sözügedən müntəxəbatda görünür və bu
vəsaitin dəyərini bir daha artırır.
Müntəxəbatın II cildi I Türkoloji Qurultaydan XX əsrin 60
cı illərinə qədərki dövrü
əhatə edir. Bu mərhələni N.Ağazadə, Q.Bağırov, C.Cəfərov, S.Cəfərov, M.Cahangirov,
Ə.Dəmirçizadə, Ə.Əfəndizadə, F.Kazımov, A.Qarayev, Ə.Mahmudov, H.Mirzəzadə,
R.Məhərrəmova, Ə.Orucov, M.Hüseynzadə, Ə.Şükürlü, M.Şirəliyev, M.Tağıyev,
Z.Tağızadə, A.Vəliyev, F.Zeynalov kimi görkəmli dilçilər təmsil etmişlər. Həmin dilçilər
haqqında da müəyyən biblioqrafik məlumat verilir, onların ən lazımlı əsərlərindən parçalar
müntəxəbatın sözügedən cildində verilmişdir. Həmin parçalardan məlum olur ki,
N.Ağazadə müasir Azərbaycan ədəbi dilində şəkil kateqoriyasını ilk dəfə modallıq
kateqoriyası ilə müqayisədə öyrənmiş, Q.Bağırov dilimizdə fellərin leksik
inkişafını xalqımızın tarixi inkişafı ilə bağlı araşdırmış, C.Cəfərov tədqiqatlarını üç
metodiki, tərcüməçilik və leksikoqrafik, elmi
nəzəri yönlərdə qurmuş,
S.Cəfərov dilimizin lüğət tərkibini, söz yaradıcılığı prosesini hərtərəfli araşdırmış,
M.Cahangirov Azərbaycan milli ədəbi dilinin təşəkkülü, təkamülü, aparıcı üslubları
haqqında öz sözünü demiş, Ə.Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixini dövrləşdirmiş,
müasir dilimizin fonetikası, üslubiyyatı, tarixi qrammatikası barədə tutarlı fikirlər demiş,
Ə.Əfəndizadə Azərbaycan dili orfoqrafiyasının prinsipləri, qaydaları və tədrisinin elmi
əsaslarını müəyyənləşdirmiş, düzgün yazı təliminin əsas problemlərini tədqiq etmiş,
F.Kazımov dilimizdə fonemi müəyyənləşdirmək üsullarını aydınlaşdırarkən dilimizin sait
fonemləri üçün güclü mövqe söz kökünü hesab etmiş, məsələyə saitlərin fonematik mənası
baxımından yanaşmış, ingilis dili ilə müqayisələr aparmış, A.Qarayev müasir Azərbaycan
dilində Avropa mənşəli sözlərin semantik
statistik təhlilini vermiş, həmin sözlərin izahlı
lüğətini yaratmış, Ə.Mahmudov Azərbaycan dilinin fonetik sisteminin və onunla əlaqədar
olan fonetik hadisə və qanunların dəqiq və hərtərəfli təhlilini aparmış, H.Mirzəzadə nəsr dili,
tarixi fonetika, tarixi morfologiya haqqında əsaslı təhlillər vermiş, R.Məhərrəmova ədəbi dil
ional üslublar, tarixi qrammatika, leksika məsələlərinə dair çoxsaylı kitablar
yazmış, Ə.Orucovun ən böyük xidməti Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsaslarının
hazırlaması və həmin lüğətin dörd cilddə nəşr etməsi olmuş, M.Hüseynzadə Dövlət
mükafatına layiq görülmüş morfologiya yazmış, Ə.Şükürlü qədim türk yazılı abidələrinin
dilini tədqiq etmiş, dilimizə məxsus köməkçi nitq hissələrinin fonomorfoloji inkişaf tarixini
nəzərdən keçirmiş, M.Şirəliyev Azərbaycan dialektologiyasının, Bakı dialektinin əsaslarını
hazırlamış, M.Tağıyev rusca
azərbaycanca frazeoloji lüğətlərin nəzəri və praktik məsələləri
ilə məşğul olmuş, Z.Tağızadə eksperimental fonetika, mürəkkəb cümlə məsələlərinə
aydınlıq gətirmiş, A.Vəliyev Azərbaycan dilində keçid şivələrini xüsusi tədqiqat obyekti
seçmiş, F.Zeynalov türk dillərində nitq hissələrini təsnif etmiş, əsas və köməkçi nitq
hissələrinin müqayisəli qrammatikasını yaratmışdır.
Göründüyü kimi, tərtibçilər sözügedən müəlliflərin çox dəyərli və bir
konsepsiyalarını əks etdirən mətnlərə müraciət etmişlər.
Həcmcə ən böyük cild III cilddir. Müntəxəbatın III cildi XX əsrin 60
günümüzə qədərki dövrü əhatə edir. Bu mərhələni müntəxəbatda görkəmli və tanınmış
Ə.Abdullayev, M.Adilov, V.Aslanov, A.A
xundov, H.Bayramov, Z.Budaqova,
T.Hacıyev, Ə.Cavadov, A.Ələkbərov, T.Hacıyev, M.Qasımov, M.Qarayeva, A.Qurbanov,
A.Məmmədov, V.Məmmədəliyev, Y.Seyidov təmsil etmişlər. Müəllif
“Azərbaycan dilində r
n nisbəti” məqaləsini, həmçinin onun “Müasir Azərbaycan dilində
tabeli mürəkkəb cümlələr” monoqrafiyasından “Müasir Azərbaycan dilində mürəkkəb
cümlənin təkamül meyilləri” adlı parçanı, M.Adilovun M.Füzulinin poetik dili və üslubunu
əks etdirən “Semantik
üslubi xüsusiyyətlər” adlı hissəni,
V.Aslanovun Azərbaycan dilinin
tarixi leksikologiyasına dair tədqiqlərindən rekonstruksiya (bərpa) problemi kimi maraqlı
parçanı, A.Axundovun “Ümumi dilçilik” kitabından “Dilin daxili quruluşu məsələləri”, eləcə
H.Bayramovun “Azərbaycan dili frazeologiyasının nəzəri əsasları”
kitabından “Frazeoloji cümlələr”, “Azərbaycan frazeologiyasının məna quruluşu”,
Z.Budaqovanın “Müasir Azərbaycan dilində sadə cümlə” monoqrafiyasından “Cümlənin
əlamətləri”, Ə.Cavadovun “Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası”
monoqrafiyasından “Dil vahidlərinin sıralanması sistemi”, A.Ələkbərovun “Müasir
Azərbaycan dilinin semasiologiyası” (kollektiv) kitabında verilmiş “Leksik semantikanın bəzi
metodoloji məsələləri”, həmçinin də onun “Müasir Azərbaycan dili” əsərində verilmiş “Söz
nəzəriyyəsinə giriş”, T.Hacıyevin “Azərbaycan ədəbi dili tarixi” fundamental cildlərindən
“Azərbaycan ədəbi dilinin dövrləri”, M.Qasımovun “Azərbaycan dili terminologiyasının
əsasları” kitabından “Terminin spesifikası”, M.Qarayevanın “Sintaksariy i modelirovanie
yazıkovıx universaliy” əsərindən “İerarxiçeskaya svyaz strukturı yazıka”, A.Qurbanovun
“Azərbaycan dilinin onomalogiyası” kitabından “Giriş”, A.Məmmədovun “Tyurkskiye
soqlasnıye: anlaut i kombinatorika” kitabından “Teoretiçeskiye voprosı sravnitelno
istoriçeskoqo izuçeniya soqlasnıx tyurkskix yazıkov: anlaut i kombinatorika”,
V.Məmmədəliyevin “Ərəb dilçiliyi” kitabından “Misir qrammatika məktəbi”, “Misir ərəb
dilçiliyi” və Y.Seyidovun “Azərbaycan dilində söz birləşmələri” adlı monoqrafik tədqiqatının
mühüm hissələrini seçmişdir.
Azərbaycan dilçiliyi tarixində belə dövrləşmə yenidir və həmçinin də həqiqi inkişaf
Bu müntəxəbatlar böyük türkoloq alim Mahmud Kaşğaridən üzü bəri görkəmli və
tanınmış dilçilərin seçilmiş əsərlərinin ən yaxşı hissələrindən ibarətdir. Xrestomatiya
materiyaları keçilən dövrü tam əks etdirir. Bunları seçilmiş əsərlər məcmuəsi, eləcə də
dərslik də adlandırmaq olar. Həmin müntəxəbatlara müəlliflərin, alimlərin seçilmiş
əsərlərindən və ya onların hissələrindən ibarət dərs vəsaiti kimi də baxmaq olar. Seçilmiş
materiallar, əlbəttə, digər materiallardan öz məziyyətləri, dəyəri ilə seçilən, fərqlənən
Mütəxəssislərin, dissertant və doktorantların, tələbələrin çox çətinliklə əldə etmək
istədikləri dilçilik mətnləri bu toplularda öz əksini tapmış olduğu üçün aparılacaq tədqiqat
işlərini də asanlaşdıra bilər. Bu baxımdan da müntəxəbatlar dəyərini qoruyub saxlayır.
Çox yaxşı haldır ki, tərtibçilər bəzi müəlliflərin əsərlərinin bir çoxundan parçalar
vermişlər, bu da müntəxəbatın əhəmiyyətini bir daha artırır. Məsələn, Əhməd Cəfəroğlunun
“Azəri ləhcəsində bəzi monqol ünsürləri”, “Şərqdə və
Qərbdə Azəri ləhcəsi tədqiqləri”, “Dil
guşəsi”, “Azəri sözlüyü” bu cür parçalardandır və ayrıca məqalə təşkil edir.
Müntəxəbatda izah və şərhlər öz yığcamlığı və parçanın müəllifi barədə əsaslı
məlumat verməsi ilə fərqlənir. Mətnlər həm Azərbaycan, həm də
rus dillərindədir. Məsələn,
M.Kazımbəyin məşhur qrammatikasından (“Obşaya qrammatika turesko
yazıka” əsəri həm rus, həm də Azərbaycan dillərində verilmişdir. Həmin parçanı dilimizə
Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru
Müntəxəbatın başlıca məziyyətlərindən biri də müəlliflərin digər əsərlərinin də
siyahısının sonda verilməsidir. Bu da oxucunu həmin parça müəllifinin başqa əsərləri ilə də
tanış olmaq imkanı yaradır.
Müntəxəbatda təqdim olunan bəzi mətn hissələrinin dili sadələşdirilmişdir. Məsələn,
Bəkir Çobanzadənin 1929
cu ildə “Azərnəşr” tərəfindən çap edilmiş “Türk qrameri”
əsərindən verilmiş hissə tərtibçi T.Quliyev tərəfindən düzgün olaraq anlaşmanı təmin etmək
Müntəxəbatlarda “Ad göstəricisi”, “Özək sözlər” də yerinə görə münasibdir, vəsaitlə
daha yaxından, intensiv tanış olmaq işini yüngülləşdirir.
Müntəxəbata düşməyən dilçilərimiz də var. Bu layihə davamlı olduğu üçün gələcək
tədqiqatlarda həmin çatışmazlıq da nəzərə alınmalıdır. Belə dəyərli bir işin bəzi
səhifələrinin texniki tələblərə cavab verməməsi təəssüf doğurur. Buna baxmayaraq,
müntəxəbatlar milli dilçilik elmimizin inkişafına yeni bir töhfə kimi dəyərləndirilə bilər.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.