Wikipedia hesabı necə yaradılır
AZDO-da bloklanma istifadəçi 3 xəbərdarlıq aldıqdan sonra, habelə xidmət qaydalarını kobud şəkildə pozduğu üçün mümkündür:
Azərbaycan Respublikasının qanunlarını pozan hər hansı bir hərəkət. Biz xidmətin qanunvericiliyin tələblərinə uyğun olmasını təmin edirik. Azərbaycan Respublikasının qanunlarının pozulmasına görə istifadəçi blok ediləcək və məsuliyyətə cəlb edilə bilər.
•Dələduzluq. Maddi iddia ilə bağlı dəstək xidmətinə müraciət edildikdə: kuryer pulla ayrıldığından, Sifarişçi görülən iş üçün ödəniş etmədi və zənglərə cavab vermədi,- istifadəçinin profili blok edilərək arbitraja ötürülür, hətta hüquq-mühafizə orqanlarına göndəriə bilər. Arbitraj haqqında ətraflı məlumat
•Reytinqə süni təsir. Reytinqlərin süni artırılması istifadəçinin hesabının bərpası mümkün olmayan statusu ilə bloka düşməsinə səbəb olur. Reytinqlər haqda ətraflı
•Servis personalı ilə ünsiyyət qaydalarının pozulması. Biz Azdo-da istifadəçilərimizi qeyri-adekvat və kobud insanlarla ünsiyyətdən qorumağa çalışırıq. Bu səbəbdən, müvafiq yoxlamadan sonra istənilən istifadəçini, qeyd edilən davranışları təsdiqlənərsə,bloka salmaq hüququndayıq.
•Digər istifadəçilərdən şikayətlər. Dəstək xidmətinə şikayətlər daxil olduqda: İcraçı və ya Sifarişçi tərəfindən servis qaydalarının pozulması haqqında; kobud və qeyri etik davranışlar haqqında; müqavilə şərtlərinin pozulması haqqında. Qeyd edilən məlumatlar öz təsdiqini taparsa istifadəçi səhifəsi bloklana bilər.
•İstifadəçinin bir neçə səhifədən istifadəsi. Servisin şərtlərinə görə İstifadəçinin eyni zamanda bir neçə hesabdan istifadəsi qadağandır. Servisin istifadəçiləri ilə digər şəxsin adından və ya hesabından istifadə etmək, özünüz barədə düzgün olmayan məlumatları bildirmək qadağandır. Bu cür pozuntular aşkar edildikdə, istifadəçi hesabı bloklana bilər.
Bloklanmaya yol verməmək üçün sadəcə olaraq servisin qaydalarını pozmayın.
ЧАВО
Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın. По вашему запросу ничего не найдено, попробуйте изменить строку поиска.
SERVİS HAQQINDA
AZDO servisindən mobil cihazım vasitəsilə istifadə edə bilərəm?
Bəli. Servisimizin bütün funksiyaları istənilən smartfon və ya planşet üçün keçərlidir.
AZDO servisi nə üçün lazımdır?
AzDO xidməti istənilən iş və xidmətlərin İcraçı və Sifarişçilərini bir-birlərini Rahat tapmasına imkan yaradır. Beləliklə, Sifarişçi problemini həll edir və İcraçı əlavə pul qazanmaq imkanı qazanır.
Saytda sualıma cavab tapmadıqda cavabı haradan ala bilərəm?
Servisimizin istənilən səhifəsində aşağı sağ küncdə “Bizə yazın” düyməsini klikləyərək Sizi maraqlandıran sualı verə bilərsiniz. Bunu həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçi edə bilər.
AzDO, hər bir fiziki şəxs üçün tapşırıqlarını dərc etmək və onları yerinə yetirmək üçün yoxlanılmış və etibarlı İcraçı tapmağına imkan yaradan bir xidmətdir.
MƏNİM PROFİLİM
Saytda necə qeydiyyatdan keçə bilərəm?
Azdo servisində siz Sifarişçi və İcraçı ola bilərsiniz. Saytda qeydiyyat tamamilə pulsuzdur. İcraçı olaraq xidmət göstərməyə və pul qazanmağa başlamaq üçün əlavə olaraq verifikasiya prosesindən keçməlisiniz. Bu, çox asandır. Ətraflı məlumatı buradan ala bilərsiniz (“Necə İcraçı olmalı” bölməsinə link).
Profilinizi Azdo servisində qeydiyyatdan keçirmək üçün saytın əsas səhifəsinin yuxarı sağ küncündəki “Giriş” düyməsinə keçid edin.
Bundan sonra, Facebook, Google səhifəniz və öz mobil nömrəniz vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Sosial şəbəkənin düyməsinə keçid edin, mobil telefonunuzu daxil edin və “Qeydiyyatdan keç” düyməsinə keçid edin. Bundan sonra saytdakı şəxsi kabinetinizə daxil olduğunuz zaman istifadə edəcəyiniz şifrəni fikirləşin. Birdəfəlik gizli şifrənin köməyi ilə mobil telefonunuzu təsdiq edin və “Qeydiyyatı tamamla” düyməsinə keçid edin.
Sizə məxsus olan e-poçt ünvanınızı qeyd etmisinizsə, bir neçə dəqiqədən sonra məktub alacaqsınız. Məktubdakı linkə keçin və qeydiyyatı tamamlayın.
Profilə necə düzəliş etməli?
Siz profilinizdəki məlumatı istənilən an dəyişdirə: özünüz haqqınızda məlumatı əlavə edə, avatarı, telefon nömrəsini və ya e-poçt ünvanını dəyişdirə, eləcə də İstifadəçi qismində qeydiyyatdan keçdiyiniz halda xidmətlərin qiymətini qeyd edə bilərsiniz.
Özünuz haqqında məlumata düzəliş etmək üçün sayta öz login və şifrənizlə daxil olun və Profil bölməsinə keçərək, zəruri dəyişiklikləri daxil edin. Təhsiliniz haqqında danışın, ən yaxşı keyfiyyətlərinizi və sizinlə işin üstünlüklərini qeyd edin.
Profilinizdə “Parametrlər” bölməsində Sizə maraqlı olan tapşırıqlar kateqoriyasını dəyişdirə və ya əlavə edə, xidmətlərin minimal qiymətini qeyd edə, eləcə də telefon nömrəsini, e-poçt ünvanını və şifrəni dəyişdirə bilərsiniz.
Həmçinin yeni tapşırıqlar haqqında vaxtında xəbərdar olmaq üçün profildə bildirişlərə abunə ola bilərsiniz.
Telefon nömrəsini necə dəyişdirə bilərəm?
Siz istənilən an Profilinizdə telefon nömrəsini dəyişdirə bilərsiniz. Bunun üçün “Parametrlər” bölməsinə daxil olun. Yeni telefon nömrəsini qeyd edin və həmin telefon nömrəsinə gələn birdəfəlik gizli şifrənin köməyilə təsdiq edin.
Siz Azərbaycan da qeydiyyatdan keçmiş telefon nömrələrindən istifadə edə bilərsiniz.
Beləliklə, biz sizə Azdo servisinin işi haqqında önəmli məlumatı verə biləcəyik. Birdəfəlik kodu bildirən mesaj gəlmədikdə telefon nömrəsinin düzgünlüyünü yoxlayın və ya texniki dəstək xidmətinə müraciət edin.
Profilimi necə silə bilərəm?
Diqqətinizə çatdırırıq ki, silinən profili bərpa etmək mümkün olmayacaq. Profilinizi həqiqətən silmək istəyirsinizsə öz profilinizə daxil olun, “Parametrlər” bölməsinə keçib, “Profili sil” düyməsinə basın.
Qərarınızı təsdiq etdikdən sonra Profiliniz silinəcək.
Gedişatı davam edən bütün tapşırıqları bağlamağı unutmayın və/və ya bütün aktual təklifləri ləğv edin. Həmçinin hesabınızdakı pulları çıxarmağı unutmayın. Yalnız bütün bu əməliyyatları yerinə yetirdikdən sonra Profiliniz silinə bilər. Pulun hesabdan necə çıxarılacağını buradan öyrənin (link).
Şifrəni necə dəyişdirə və ya bərpa edə bilərəm?
Şifrəni bərpa etmək üçün Azdo.com saytının əsas səhifəsinə daxil olun. Yuxarı sağ küncdə “Giriş” düyməsinə basın. Səhifədə avtorizasiya forması yaranacaq. Bu səhifədə “şifrəni unutmusunuz?” linkini klikləmək lazımdır.
Profilinizdə qeydiyyatda olan e-poçt ünvanını və telefonu daxil edin. Bir neçə saniyədən sonra Sizə müvafiq xanaya daxil etməli olacağınız SMS-kod göndəriləcək. Daha sonra yeni şifrəni iki dəfə daxil edib “şifrəni dəyişdir” düyməsinə basmalı olacaqsınız.
Mövcud şifrənizi dəyişdirmək istəyirsinizsə, profilinizdə “Parametrlər” bölməsinə daxil olun, yeni şifrəni iki dəfə daxil edin, onu yadınızda saxlayın və “şifrəni dəyişdir” düyməsinə basın.
Profilinizə daxil ola bilmirsiniz?
Azdo-da avtorizasiyadan keçmək üçün saytın əsas səhifəsinin yuxarı sağ küncündə “Giriş” düyməsinə basın. Servisdə qeydiyyat zamanı istifadə etdiyiniz sosial şəbəkəni seçin və ya şifrəni daxil edib “Daxil ol” düyməsinə basın.
Avtorizasiyadan keçə bilməməyinizin səbəbləri aşağıdakılar ola bilər:
Şifrəni unutmuşunuz
şifrəni unutmusunuzsa “şifrəni unutmusunuz?” linkinə daxil olub təlimatlara riayət edin.
Profiliniz bloklanıb
Profiliniz servisin qaydalarının pozulmasına görə moderator tərəfindən bloklanmışdır. Bu məsələnin həlli üçün dəstək xidmətinə yazılı şəkildə müraciət edin.
Profilinizi silmişiniz
Ola bilsin ki, profilinizi silmisiniz. Servisdə işinizi davam etdirmək üçün yeni hesab yaratmağınız tələb olunur.
Məlumatları düzgün daxil etdiyinizə əmin olmağınıza baxmayaraq, avtorizasiyadan keçə bilmirsinizsə, texniki dəstək xidmətinə müraciət edin.
Hesab hansı səbəblərdən bloklana və İcraçı statusundan hansı hallarda məhrum oluna bilərsiniz?
Tapşırıqları yerinə yetirməyə başlamazdan əvvəl servisin qaydaları ilə diqqətlə tanış olun. Kobud pozuntulara görə istifadəçi bloklana və İcraçı statusundan məhrum oluna bilər.
Azərbaycan Respublikasının qanunlarını pozan hər hansı bir hərəkət. Biz xidmətin qanunvericiliyin tələblərinə uyğun olmasını təmin edirik. Azərbaycan Respublikasının qanunlarının pozulmasına görə istifadəçi blok ediləcək və məsuliyyətə cəlb edilə bilər.
Şəxsiyyət vəsiqəsinin yoxlanılması nəticələrinə görə onun sahibi axtarışda olduğu təsdiqləndiyi təqdirdə, bu istifadəçi bloklanır.
Dələduzluq.
Maddi iddia ilə bağlı dəstək xidmətinə müraciət edildikdə: kuryer pulla ayrıldığından, Sifarişçi görülən iş üçün ödəniş etmədi və zənglərə cavab vermədi,- istifadəçinin profili blok edilərək arbitraja ötürülür, hətta hüquq-mühafizə orqanlarına göndəriə bilər. Arbitraj haqqında ətraflı məlumat
Reytinqə süni təsir.
Reytinqlərin süni artırılması istifadəçinin hesabının bərpası mümkün olmayan statusu ilə bloka düşməsinə səbəb olur. Reytinqlər haqda ətraflı
Servis personalı ilə ünsiyyət qaydalarının pozulması.
Biz Azdo-da istifadəçilərimizi qeyri-adekvat və kobud insanlarla ünsiyyətdən qorumağa çalışırıq. Bu səbəbdən, müvafiq yoxlamadan sonra istənilən istifadəçini, qeyd edilən davranışları təsdiqlənərsə,bloka salmaq hüququndayıq.
Digər istifadəçilərdən şikayətlər.
Dəstək xidmətinə şikayətlər daxil olduqda: İcraçı və ya Sifarişçi tərəfindən servis qaydalarının pozulması haqqında; kobud və qeyri etik davranışlar haqqında; müqavilə şərtlərinin pozulması haqqında. Qeyd edilən məlumatlar öz təsdiqini taparsa istifadəçi səhifəsi bloklana bilər.
İstifadəçinin bir neçə səhifədən istifadəsi.
Servisin şərtlərinə görə İstifadəçinin eyni zamanda bir neçə hesabdan istifadəsi qadağandır. Servisin istifadəçiləri ilə digər şəxsin adından və ya hesabından istifadə etmək, özünüz barədə düzgün olmayan məlumatları bildirmək qadağandır. Bu cür pozuntular aşkar edildikdə, istifadəçi hesabı bloklana bilər.**
İcraçının statusunun ləğv edilmə səbəbləri
İlk tapşırıq yerinə yetirilmədi.
İcraçı ilk tapşırığını yerinə yetirmədikdə və yaxud mənfi rəy aldıqda, ona xəbərdarlıq edilə bilər və ya konkret vəziyyətə uyğun İcraçı statusundan məhrum ola bilər.
Sifarişçini xəbərdar etmədən tapşırığı başqa bir şəxsə ötürmək.
İcraçı tapşırığa cavab verib, amma yerinə yetirilməsi üçün başqa adamı (dostunu, həmkarını, qohumunu) göndəribsə, statusunu itirə bilər. sifarişçinin xəbəri olmadan bunu etmək qadağandır.
Servisdən kənar əlaqə məlumatlarının mübadiləsi.
Bir istifadəçi əlaqə məlumatlarını, əlaqə məlumatlarına digər saytların linklərini profildə, tapşırıqdakı qeydlərdə qeyd edərsə, ona xəbərdarlıq edilə bilər və o, İcraçı statusunu itirə bilər.
Şərhlərdə ünsiyyət qaydalarının pozulması.
Şərhlər tapşırıqların detallarını aydınlaşdırmaq üçün lazımdır. Şərhlərdə istənilən formada xidmət təklif etmək olmaz (məsələn: “Mən sifarişi 10 min AZN-ə icra edə bilərəm. Əgər razısınızsa, təklifimi yerləşdirə bilərəm”), sifarişçi ilə razılığa gəlmək, pulsuz məsləhətləşmələr aparmaq, kobud davranmaq, tapşırığın mahiyyətinə aid olmayan məsələləri müzakirə etmək. Şərhlər haqqında ətraflı məlumat
Beş və ya daha çox mənfi rəy.
İstifadəçi çox sayda mənfi rəylər və istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinə dair təkrarlanan şikayətlərə görə İcraçı statusunu itirə bilər.
Sifarişçiyə bildirmədən tapşırığı yerinə yetirməkdən imtina etmək.
İstifadəçi tapşırığın İcraçısı kimi seçildiyi halda, lakin hər hansı bir səbəbdən tapşırığı yerinə yetirməkdən imtina edirsə, bu barədə Sifarişçiyə məlumat verməlidir. Əks təqdirdə, münaqişə yarandıqda və Sifarişçi tərəfindən şikayət daxil olduqda, İstifadəçi İcraçı statusunu itirə bilər.
Saytda ünsiyyət
Dəstək xidməti ilə necə əlaqə saxlamalı?
Sualınıza cavab tapa bilmədikdə dəstək xidmətinə müraciət edin: support@azdo.az. Sizə hər zaman məmnuniyyətlə yardım etməyə hazırıq! Müraciətlərin baxılma müddəti adətən 2-3 iş günü təşkil edir.
Digər istifadəçi ilə şəxsi çat necə işləyir?
Çat Sifarişçilərə və İcraçılara bir-biri ilə əlaqə qurmağa, yardım üçün servisin administrasiyasına müraciət etməyə və önəmli xəbərləri öyrənməyə imkan verir.
Yazışmaya aşağıdakı hallarda başlamaq olar:
- İcraçı tapşırıq üçün yeni təklif əlavə edib Tapşırıq açıq olduqda Sifarişçi və İcraçılar tapşırığa dair şərhlər vasitəsilə ünsiyyət qururlar.
- “Yerinə yetirilir” statusu olan tapşırıq Tapşırıq “Yerinə yetirilir” statusuna keçdikdə həm Sifarişçi, həm də seçilən İcraçı ayrıca çatda yazışmaya başlaya bilər.
- Servisin administrasiyasına sual var
Servisin adinistrasiyasına sualınız olduqda istənilən an şəxsi çat vasitəsilə yaza bilərsiniz.
Servisdə ünsiyyət necə olmalı?
Servisdə ünsiyyət üçün bir neçə format mövcuddur: təkliflər, şərhlər və çatda şəxsi mesajlar.
Tapşırıqlara dair təkliflər və şərhlər vasitəsilə ümumi sualları müzakirə edə bilərsiniz. Təklifiniz Sifarişçiyə maraqlı olduqda o, sizinlə şəxsi çata başlaya bilər. Bu çat vasitəsilə siz tapşırıq üzrə bütün məsələləri müzakirə edə bilərsiniz.
Şərhlər haqqında nəyi bilmək vacibdir?
Sifarişçi tapşırığa şərh yazmaq imkanı yaratdıqda, Siz təklif göndərməzdən əvvəl ona sual verə bilərsiniz.
Kommentləri ən azı biz tapşırığı yerinə yetirən İcraçılar yaza bilərlər.
Şərhlər yalnız sifarişin detallarını aydınlaşdırmaq üçün lazımdır! Burada əlaqə məlumatlarını, qiymət təkliflərini, kənar mövzularda söhbət etmək və ya kobud davranmaq qadağandır.
Şərhlərdə qadağan edilir:
•Sifarişçi ilə ticarət aparmaq
•Tapşırığın qiymətini müzakirə etmək
•Sifarişçiyə xidmətlərinizi təklif etmək
Bunları etmək olmaz:
•Hər hansı bir əlaqə məlumatlarını qey etmək (telefon nömrələri, e-mail ünvanları, Skype və sosial şəbəkələrə aid istifadəçi adları, və ya əlaqə vasitələrini əldə edilə biləcək resurslara aid istinadlar)
•Mübahisə etmək, kobud davranmaq, tapşırıq şərtlərinə aid olmayan suallar vermək
•İşə aid olmayan eyni tipli şərhlər dərc etmək
•Pulsuz məsləhət vermək
•İstənilən reklamı vermək
Yalnız ehtiyyac duyulan şərhləri qeyd edin. Şərhlərin qaydalarını pozduğunuz üçün, moderatorlar tərəfindən şərh etmək və hətta İcraçı statusunuz ləğv edilə bilər.
Niyə şərh yaza bilmirəm?
Tapşırığları şərh edə bilməyəcəyiniz dörd səbəb:
• İcraçı statusunuz ləğv olunub, İcraçı statusundan nəyə görə məhrum olmaq mümkündür
• Hesabınız bloklanmışdır
• Siz az bir müddətdir ki İcraçı oldunuz və hələ heç bir tapşırığı yerinə yetirməmisiniz.
• Sifarşçi tapşırığın altında şərhlər yazmaq imkanını daxil etməyib.
Şərh yazmaq mümkün olmadıqda və tapşırığın detalları aydın deyilsə, bucür tapşırıqları üzərinizə götürməməyinizi məsləhət görürük. Yalnız ətraflı təsvir edilən tapşırıqlara cavab verin. Vacib detalları çatışmayan tapşırıqlar haqqında şikayət edə bilərsiz yaxud təklifinizdə maraqlandıran sualları dəqiqləşdirib tapşırığın icrasına davam edə bilərsiniz.
Mübahisəli vəziyyətlər
Sifarişçi ilə İcraçı arasında mübahisələr necə həll olunur, Arbitraj nədir?
Sifarişçi ilə İcraçı arasında işin nəticəsi barədə fikir ayrılığı olduqda, tapşırıq arbitraja keçir və arbitraj şöbəsinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilir. Məsələn, tərəflər tapşırıqları müxtəlif statuslarla bağladıqda (bir tərəf işin görüldüyünü, digəri isə görülmədiyini qeyd etsə) və ya tapşırığın yekun qiyməti fərqli göstərildiyi halda olur.
Bütün hallar fərdi olaraq nəzərdən keçirilir. Arbitraj şöbəsinin əməkdaşları Sifarişçi və İcraçı ilə əlaqə saxlayır, təfərrüatı dəqiqləşdirir və hər iki tərəfin arqumentlərini nəzərə alaraq yekun qərar qəbul edir. Nəticədə, tapşırıq yetirilmiş və ya yetirilməmiş kimi bağlanır.
Qərar qəbul edərkən aşağıdakılar nəzərə alınır:
•Tərəflərin kağız üzərində qeyd olunan razılaşmaları
•Görülən işlərin nəticələrinin fotoşəkilləri (əvvəl və sonra).
•Tərəflərin servis daxili yazışmaları
•Vəsaitlərin köçürülməsi barədə sənədlər
•Tapşırığa aid digər sənəd və sübutlar
Tərəflərin biri ilə əlaqə saxlamaq mümkün deyilsə, Azdo əməkdaşları əldə etdikləri məlumatlara əsaslanaraq tapşırığın statusu haqqında son qərar verirlər.
Arbitrajla bağlı bütün sualları support@azdo.az ünvanına göndərin. Əgər siz neqativ rəy yazmısınız və tapşırığı “yerinə yetirilməyib” kimi bağlamısınızsa, amma ikinci istifadəçi vəziyyəti düzəldib və siz servisdə onun statistikasını korlamaq istəmirsinizsə bu ünvana yazmaq tövsiyə olunur.
Mənfi rəylər haqqında mübahisələr necə aparılır?
Mənfi rəyin ədalətsiz olduğunu düşünürsünüzsə, onu müzakirə edə bilərsiniz. Vəziyyətlər müxtəlifdir və istifadəçilər sadəcə bir-birlərini anlamaya bilərlər.
Cavab olaraq mənfi rəylər verməyə tələsməyin. Qiymətləndirmənin ədalətsiz olduğunu düşünürsünüzsə, biz mütləq bu işə qoşulub rəyin ortaya çıxma səbəblərinə aydınlıq gətirəcəyik. Yoxlamadan sonra, o, ədalətsiz və ya sadəcə səhv ola bilər (bu da mümkündür). Əlavə məlumatlar məsələyə aydınlıq gətirməyə kömək edəcək: İstifadəçilərin yazışmaları və gördüyünüz işin yüksək keyfiyyətdə fotoşəkili.
•Sifarişçiyə yazın
Əvvəlcə Sifarişçi ilə əlaqə saxlamağa və problemi özünüz həll etməyə çalışın. Sifarişçiyə neqativsiz, nəzakətli ismarıc yazın və mənfi rəyin səbəbini öyrənməyə çalışın. Əgər məsələ öz həllini taparsa, bu barədə texniki dəstək xidmətinə məlumat verin və rəy tez bir zamanda düzəldiləcək. Texniki dəstək xidməti: support@azdo.az
•Dəstək xidmətinə müraciət edin
•Problemi özünüz həll edə bilməyəcəyiniz halda, texniki dəstək xidmətinə müraciət edin: support@azdo.az Məsələni qısa şəkildə izah edərək, əməkdaşlarımız tərəfindən sizə növbəti addımları göstəriləcək.
Mürəkkəb və ətraflı araşdırma tələb edən hallarda, məlumatınız arbitraj bölməsinə ötürüləcək və bu şöbənin nümayəndəsi tezliklə sizinlə əlaqə saxlayacaq.
AZDO-nun qaydalarına əsasən rəylər müəllifin xəbəri olmadan gizlədilə, dəyişdirilə və silinə bilməz. Lakin, müəllifin yalan danışdığı, rəylərin tərkibində təhqir və ya şəxsiyyətə toxunan mövzular aşkarlandığı halda, həmin rəylər mütləq redaktə olunacaq.
Aldanmamaq üçün nə etməli?
Servisimizin iş şərtlərinə əsasən istifadəçilər kiminlə və hansı şərtlər əsasında işləmək istədiklərini özləri seçir. Biz onların qərarına heç cür təsir göstərmirik, lakin təhlükəsizlik üzrə bəzi tövsiyələr verməyə hazırıq.
Necə sığortalanmalı?
İstifadəçilərin rəylərini oxuyun
Rəylər — əməkdaşlıq haqqında qərarın qəbul edilməsi üçün əsas alətdir. Tez-tez tövsiyə edilən istifadəçi hər zaman öz etibarını qoruyur. Pul vəsaitini və ya dəyərli əşyaları etibar etməyə istədiyiniz şəxs haqqında rəyləri mütləq oxuyun.
Müqavilə bağlayın və öhdəlik sənədini tələb edin
İcraçını evinizə buraxdıqda şəxsiyyət vəsiqəsinin surətini tələb edin. Ona pul vəsaitini və ya digər maddi dəyərliləri etibar etdikdə – öhdəlik sənədini təqdim etməsini istəyin. İmkan daxilində müqavilə imzalamanızı məsləhət görürük.
Yardım üçün hüquqşünasa müraciət etmək mütləq deyil. Servisimizdəki əksər tapşırıqlar üçün sadə yazılı sənəddən istifadə edə bilərsiniz. Həmin sənəddə öz sözlərinizlə iş şərtlərini (işin mahiyyəti, ödəniləcək məbləğ, yerinə yetirmə müddətləri və s.) təsvir edərək, şəxsiyyət vəsiqəsinin məlumatlarını qeyd edə bilərsiniz. Bu cür sənədi bir neçə dəqiqə ərzində hazırlaya bilərsiniz və bu, gələcəkdə mübahisələrin yaranacağı hallarda Sizə məhkəmə və ya arbitrajda yardımçı olacaq.
Maddi dəyəri olan istənilən əşyaların, eləcə də pul vəsaitinin təqdim edilməsi zamanı mütləq yazılı öhdəlik tərtib edin. Hər hansı dəyərli yükün çatdırılması üçün kuryer xidmətini sifariş etdikdə və ya misal üçün santexnika üçün ödəniş etdikdə vəsaitin təqdim edilməsi və ya alınması faktını sənədlər əsasında təsdiq edin. Bəzən tərəflərdən biri qətiyyən pis niyyət olmadan ödəniş məbləğini unuda bilər, bu isə tərəflər arasında müəyyən mübahisəyə və inamın itməsinə səbəb ola bilər.
Diqqətinizə çatdırırıq ki, yazılı öhdəlik, müqavilə və digər sənədləri tərtib etmədikdə istifadəçiyə pul vəsaitini və ya digər maddi dəyərləri təqdim etdiyinizi sübut etmək çətin olacaq.
Şəxsiyyət vəsiqəsini yoxlayın
Konkret tapşırıq üçün müqavilənin bağlanılması və ya yazılı öhdəliyin tərtib edilməsinə ehtiyacın olmadığını düşünsəniz belə, ən azından istifadəçinin şəxsiyyət vəsiqəsinin məlumatlarını yoxlayın.
Nəzərə alın ki, biz, istifadəçilərimizin işəgötürəni deyilik və aranızdakı əməkdaşlıq haqqında qərarınıza təsir etmirik. Sifarişçi və İcraçını özünüz seçirsiniz.
Aranızdakı razılaşmalar və qarşılıqlı hesablaşmalara təsir etməsək də, mübahisəli situasiyada dialoqa qoşulmağa və mübahisənin həllində yardımçı olmağa hər zaman hazırıq.
“Dəvət et və əldə et” proqramı
“Dəvət et və əldə et” proqramı nədir?
AZDO-nun qeydiyyatdan keçmiş hər bir istifadəçisi öz dostlarını bizim servisimizdən istifadə etməyə dəvət edə bilər. Bunun üçün Profilinizdə “Mənim statusum” bölməsinə daxil olub dostunuzu Azdo ilə əməkdaşlığa dəvət etmə üsullarından birini seçmək lazımdır.
“Dəvət et və qazan” proqramında iştiraka görə mükafatım nə olacaq?
Mükafatın ödənilməsi üçün bütün şərtlər yerinə yetirildikdən sonra həm sizin, həm də yeni istifadəçinin bonus hesabına 10 manat ödəniləcək.
Mükafatın ödənilməsi üçün hansı şərtlər yerinə yetirilməlidir?
Yeni Sifarişçi cəlb etmisinizsə o, istənilən İcraçı tərəfindən uğurla yerinə yetiriləcək sifarişi yerləşdirməlidir.
AZDO-ya yeni İcraçı cəlb etmisinizsə o, istənilən tapşırığı uğurla yerinə yetirməlidir.
Yalnız bundan sonra sizə və yeni istifadəçiyə mükafat ödəniləcək.
Cəlb edilmiş istifadəçiyə görə mükafatı nə vaxt ala bilərəm?
Mükafatın ödənilməsi üçün şərtlərin yerinə yetirildiyi aydan sonrakı ayın 15-dək hər istifadəçinin bonus hesabına yatırılmaqla həyata keçirilir.
Cəlb etdiyim istifadəçi mənə necə bağlıdır?
Yeni istifadəçi yalnız AZDO-nun qeydiyyatdan keçmiş istifadəçisi tərəfindən cəlb edilə bilər. Yeni istifadəçinin cəlb edilməsi üçün Siz Profilinizdə “Mənim statusum” bölməsində xüsusi link yaradırsınız. Həmin linkdə Sizin haqqınızda məlumat Azdo servisinə yeni Sifarişçini və ya İcraçını cəlb etmiş istifadəçi qismində göstəriləcək.
Diqqət! Yeni istifadəçi məhz Sizin ona göndərdiyiniz link vasitəsilə qeydiyyata başlamalı və onu tamamlamalıdır. Sizin göndərdiyiniz link vasitəsilə keçid etdikdən sonra yeni istifadəçi Azdo-nun əsas səhifəsinə daxil olub oradan qeydiyyatdan keçərsə, təəssüf ki, həmin istifadəçini məhz Sizin tərəfindən cəlb etdiyinizi müəyyən edə bilməyəcəyik. Nəticə etibarilə sizə və yeni istifadəçiyə mükafat ödəyə bilməyəcəyik.
Xəbərdarlıqlar və bloklanm
Servisin istifadəçilərinə nəyə görə xəbərdarlıq edilir?
Xidmət qaydalarının pozulmasına görə xəbərdarlıqlar edilir. Xəbərdarlıqların alınmaması və bloklanmasının qarşısını almaq üçün xidmət qaydalarını nəzərdən keçirdiyinizə əmin olun. Xidmət qaydalarını öyrənə bilərsiniz .
Xəbərdarlıq aldıqda nə etməliyəm?
Servisdəki işinizə davam edin və qaydaları pozmayın.
Bloklanma nədir və bloka düşməmək üçün nə etməliyəm?
AZDO-da bloklanma istifadəçi 3 xəbərdarlıq aldıqdan sonra, habelə xidmət qaydalarını kobud şəkildə pozduğu üçün mümkündür:
Azərbaycan Respublikasının qanunlarını pozan hər hansı bir hərəkət. Biz xidmətin qanunvericiliyin tələblərinə uyğun olmasını təmin edirik. Azərbaycan Respublikasının qanunlarının pozulmasına görə istifadəçi blok ediləcək və məsuliyyətə cəlb edilə bilər.
•Dələduzluq. Maddi iddia ilə bağlı dəstək xidmətinə müraciət edildikdə: kuryer pulla ayrıldığından, Sifarişçi görülən iş üçün ödəniş etmədi və zənglərə cavab vermədi,- istifadəçinin profili blok edilərək arbitraja ötürülür, hətta hüquq-mühafizə orqanlarına göndəriə bilər. Arbitraj haqqında ətraflı məlumat
•Reytinqə süni təsir. Reytinqlərin süni artırılması istifadəçinin hesabının bərpası mümkün olmayan statusu ilə bloka düşməsinə səbəb olur. Reytinqlər haqda ətraflı
•Servis personalı ilə ünsiyyət qaydalarının pozulması. Biz Azdo-da istifadəçilərimizi qeyri-adekvat və kobud insanlarla ünsiyyətdən qorumağa çalışırıq. Bu səbəbdən, müvafiq yoxlamadan sonra istənilən istifadəçini, qeyd edilən davranışları təsdiqlənərsə,bloka salmaq hüququndayıq.
•Digər istifadəçilərdən şikayətlər. Dəstək xidmətinə şikayətlər daxil olduqda: İcraçı və ya Sifarişçi tərəfindən servis qaydalarının pozulması haqqında; kobud və qeyri etik davranışlar haqqında; müqavilə şərtlərinin pozulması haqqında. Qeyd edilən məlumatlar öz təsdiqini taparsa istifadəçi səhifəsi bloklana bilər.
•İstifadəçinin bir neçə səhifədən istifadəsi. Servisin şərtlərinə görə İstifadəçinin eyni zamanda bir neçə hesabdan istifadəsi qadağandır. Servisin istifadəçiləri ilə digər şəxsin adından və ya hesabından istifadə etmək, özünüz barədə düzgün olmayan məlumatları bildirmək qadağandır. Bu cür pozuntular aşkar edildikdə, istifadəçi hesabı bloklana bilər.
Bloklanmaya yol verməmək üçün sadəcə olaraq servisin qaydalarını pozmayın.
Bildiriş sistemi
Hansı bildirişləri alacağam?
AZDO-da push-bildirişlər və e-mail bildirişləri mövcuddur. Onları profilinizdə “Parametrlər” bölməsində qoşa bilərsiniz.
Hər zaman məlumatlı olun – Azdo servisində bildirişləri qoşun.
Bildirişlərə nəyə görə abunə olmalıyam?
Heç nəyi qaçırmamaq üçün bildirişlərə abunə olun. Azdo yalnız sizə faydalı olan məlumatları paylaşır.
Profilinizdə bildirişləri istənilən an söndürə bilərsiniz.
Bildirişlərə necə abunə ola bilərəm?
Bildirişlərə profilinizdə “Parametrlər” bölməsində abunə ola bilərsiniz. Almaq istədiyiniz bildirişlərin növ və formatını seçin.
Həmçinin bildirişləri müəyyən parametrlərə uyğun tənzimləyə bilərsiniz. Belə ki, profilinizdə “Bütün tapşırıqlar” bölməsində bildirişləri tarixə, vaxta, məbləğə və tapşırığın yerinə yetirilmə məkanına görə müstəqil olaraq tənzimləyə bilərsiniz.
Bildirişlərin düzgün və vaxtında quraşdırılması servisimizdə baş verənlərdən xəbərdar olmağa imkan verəcək.
Azdo bloqu
Bloq nədir və Sizin üçün nəyə görə maraqlı ola bilər?
Bloq daima yeni məqalələrlə yenilənən özünəməxsus internet-jurnaldır və bu jurnal üçün məqalələr həmçinin istifadəçilərin özü tərəfindən də yazılır.
AZDO servisinin hər istifadəçisi bloqer ola və maraqlı hekayələr, qeyri-adi tapşırıqlar və ya məişət məsləhətlərini paylaşa bilər. Bu məlumat tapşırıqların uğurla yerləşdirilməsi və ya yerinə yetirilməsi məqsədilə servisimizin istənilən istifadəçisi üçün faydalı ola bilər.
Maraqlı məqalələrə necə abunə olmalı?
AZDO bloquna abunə olmaq üçün saytımızda müvafiq bölməyə keçərək, emailinizi daxil edin və “Abunə ol” düyməsini keçid edin. Bundan sonra bloqumuzda dərc olunan heç bir məqalə nəzərinizdən qaçmayacaq.
Həmçinin Sizin üçün maraqlı olan məqaləni teqlər vasitəsilə də tapa bilərsiniz. Sadəcə mövzu teqini axtarış sətirinə daxil edin və bir saniyə ərzində sizin üçün maraqlı məsləhətlər və ya sadəcə faydalı məqalələr tapılacaq.
İstənilən an texniki dəstək xidmətinə müraciət edib sizin üçün maraqlı ola biləcək mövzular üzrə istəklərinizi yadda saxlaya bilərsiniz. Biz mütləq məhz sizin üçün faydalı məlumatlar hazırlayacağıq.
İcraçılar üçün
İcraçı necə olmalı?
AZDO-da İcraçı olmaq üçün servisdə qeydiyyatdan keçərək, İcraçının şəxsiyyətinin təsdiqlənməsi prosedurundan keçməlisiniz.
Şəxsiyyətinizin təsdiqlənməsini müvəffəqiyyətlə və tez bir şəkildə tamamlamaq üçün aşağıdakı addımlardan keçməlisiniz:
- İstifadəçi razılaşması və Servis qaydaları ilə diqqətlə tanış olun və səhifənin alt hissəsində “İcraçı olmaq” düyməsinə keçid edin.
Unutmayın ki: Yalnız yetkinlik yaşına çatmış istifadəçilər İcraçı xidmətindən istifadə edə bilərlər. “İcraçı olmaq” düyməsini görmədiyiniz halda siz hələ də İcraçı deyilsiniz, o zaman Dəstək xidmətinə müraciət edin.
- AZDO-da səmərəli işləməyin qaydalarını bilmək üçün online testdən keçin. Testdən əvvəl Sizə bütün lazımi məlumat materiallarına istinadlar göstəriləcək.
- “İcraçının anketi” bölməsində bütün vacib xanaları doldurun. Göndərilən məlumat Azdo əməkdaşı tərəfindən yoxlanılacaq, bu səbəbdən məlumatların dəqiq olmasına diqqət yetirin. İstənilən vacib xana boş qalarsa, sistem Sizə bu haqda xəbərdarlıq edəcək.
- İcraçının ərizə formasını doldurandan sonra Sizə profiliniz göstəriləcək. Profilinizin görünüşü nə qədər dolğun və cəlb edici olarsa, bir o qədər çox sifarişçi Sizi seçəcək! Profilinizin mükəmməl olması üçün, mütləq vaxt ayırıb onu qaydaya salın.
- Profil parametrləri barədə ətraflı məlumat:
a) Profilinzdəki bütün boş xanaları ətraflı şəkildə doldurun.
b) Portfolio bölməsinə yerinə yetirdiyiniz ən yaxşı işlərinizin şəkillərini yükləyin.
c) Bacarıqlarınız və hobbiniz barədə məlumat verin, Sifarişçinin diqqətini cəlb etməyə çalışın. - Tapşırıqları dərhal yerinə yetirməyə başlaya bilərsiniz!
- Biz, təqdim etdiyiniz məlumatları yoxlayıb Sizə Azdo İcraçısı statusunun təyin edilməsi barədə yekun qərarı verəcəyik. Nəticələri gözləyin: Şəxsiyyətinizin təsdiqi zamanı qeyd etdiyiniz telefon nömrəsini dəyişməyin, əlaqədə qalın və ehtimal edilən zəng barədə səlahiyyətli şəxsə xəbər verin. Yoxlama prosesi 5 iş günü çəkə bilər.
AZDO bütün yeni İcraçılara seçilmiş kateqoriyadan tapşırıqlara pulsuz giriş imkanını hədiyyə edir. Şəxsiyyətiniz təstiq edildikdən dərhal sonra pulsuz abonement almaq üçün qeydiyyatdan keçə bilərsiniz. Müvafiq link Sizə Azdo-nun daxili çat vasitəsilə göndəriləcək.
Şəxsiyyət vəsiqəsinin təsdiqlənməsi nə üçün lazımdır?
“Şəxsiyyət vəsiqəsi təqdim edilib” fərqlənmə nişanı almaq və profilinizə olan etimad səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq üçün AZDO servisində şəxsiyyət vəsiqəsini onlayn yoxlamasından keçməlisiniz.
Yalnız İcraçılar öz şəxsiyyət vəsiqələrini təsdiqləyə bilərlər.
Əgər siz artıq AZDO İcraçısısınızsa, testdən keçmək üçün şəxsi hesabınıza daxil olmalısınız və “Şəxsiyyət vəsiqəsini təqdim et” düyməsinə keçid etməlisiniz. Yalnız Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi qəbul edilir (xarici pasport deyil).
Şəkil və ya şəxsiyyət vəsiqəsinin skan versiyasını yükləyin. Fotoşəkildə parıltı olmamalıdır, məlumatlar aydın şəkildə oxunmalıdır.
Yoxlama nəticələrini gözləyin, adətən proses, 2 iş günü ərzində tamamlanır. Bundan sonra sizə (müvəffəqiyyətli yoxlamadan sonra) “Şəxsiyyət vəsiqəsi təqdim edildi” fərqlənmə nişanı veriləcək.
Qaydalara əsasən, şəxsiyyət vəsiqənizi yükləməlisiniz, əgər profildə adınız şəxsiyyət vəsiqəsindəki adla uyğun gəlmirsə, o, avtomatik olaraq şəxsiyyət vəsiqəsində olan məlumatlara dəyişdirilir.
Yoxlama məlumatlarınızın doğruluğunu təsdiq etməsə və yaxud şubhəli hesab etsə, o zaman Şəxsiyyət vəsiqənizin təsdiqində imtina ediləcək.İmtina səbəbini dəstək xidmətində support@azdo.az aydınlaşdıra bilərsiniz.
Portalda müsahibədən nə üçün keçmək lazımdır?
Fərdi müsahibələr tapşırıqların müəyyən kateqoriyalaı üzrə təkliflər vermək üçün nəzərdə tutulub. Bu tip kateqoriyaların formasında müsahibədən keçmə zəruriliyi qeyd ediləcək.
Müsahibədə yalnız əvvəl şəxsiyyət vəsiqəsinin yoxlanmasını keçmiş İcraçılar iştirak edə bilərlər.
Müsahibədən keçmək üçün şəxsi kabinetinizdəki “Müsahibədən keçmə” düyməsininə keçid edin, sonra açılan pəncərədə müsahibə şərtləri ilə tanış olun və “Müsahibəni təyin etmək” düyməsinə keçid edin.
Müsahibəni sizə uyğun bir zamana və istədiyiniz əlaqə kanalı ilə təyin edə bilərsiniz. Azdo əməkdaşı sizinlə əlaqə saxlayıb müsahibəni aparacaq.
Müsahibələr standart olaraq video əlaqə vasitəsilə aparılır, ona görə də onun mövcudluğunu təmin etməlisiniz. Həmçinin şəxsiyyət vəsiqəniz özünüzdə olmalıdır.
Müsahibə 30 dəqiqədən artıq olmayan zaman çərçivəsində keçirilir. Müsahibə uğurla başa çatdıqda Sizə müvafiq fərqlənmə nişanı və “Təsdiqlənmiş İcraçı” statusu veriləcək.
Saytda qeydiyyatdan keçdikdən dərhal sonra tapşırıqları yerinə yetirmək mümkündür?
Xeyr. Saytımızda İcraçı olmaq üçün əlavə olaraq verifikasiyadan keçməlisiniz. Bunu necə etmək üçün burada oxuyun.
Uğurlu start üçün önəmli məlumat
İcraçılar uğurlu başlanğıc üçün nəyi bilməlidir?
Dərhal çoxlu sifariş və stabil gəliri əldə ədərək işə effektiv başlamaq üçün aşağıda göstərilən bir neçə sadə addımları atmaq kifayətdir!
- Nəyi etmək olmaz haqqında öyrənin
İcraçı statusunu itirə biləcəyiniz [pozuntular] ilə mütləq tanış olun! - Profilinizi düzgün tərtib edin
Profiliniz AZDO-daki simanızdır! Profilinizin düzgün tərtib olunması daha çox müştəriləri cəlb edəcək.
Profilin yaradılmasına dair ətraflı tövsiyələr və məsləhətlər burada.
AZDO hesabınızı artırın
Tapşırıqlara təklif göndərmək və Sifarişçilərə xidmətləri təklif etmək ödənişlidir, odur ki, sərfəli təklifləri qaçırmamaq üçün hesabınıza nəzarət edin.
Hansı kateqoriyaların tapşırıqlarını yerinə yetirəcəyinizi müəyyən edin.
Qeydiyyatdan dərhal sonra, Azdo sizə 24 saat ərzində Sifarişçılərə pulsuz təkliflərinizi yerləşdirə biləcəyiniz kateqoriyasını seçməyə imkan verir. Bu, servisin necə işlədiyini anlamağa və öz pulunuzu xərcləmədən ilk gəliriniz əldə etməyə kömək edəcək. [Burada daha ətraflı oxuyun].
Sonradan tapşırıqlara verilən cavablara görə sizə rahat olan ödəniş qaydasını seçməlisiniz. Xidmət təklifinin iki ödəniş üsulu mövcuddur.
Üsul 1.Ödənişli təkliflər yerləşdirmək
İstənilən kateqoriyada hər hansı bir təklif üçün ödənişli təklif yerləşdirə bilərsiniz. Bütün tapşırıq növləri üçün qiymətlər fərqli ola bilər.
Bu üsul müəyyən bir təklif kateqoriyasını seçməyinizi təmin edir. Lakin, qiymət baxımından ən sərfəli deyil və müxtəlif sahələrdə özlərini sınamaq istəyən yeni istifadəçilər üçün daha münasibdir. [Daha ətraflı məlumat]
Üsul 2. Abonement almaq
İki növ abonement mövcuddur: Tapşırıqlar kateqoriyası və müəyyən bir məbləğ üzrə.
Tapşırıq kateqoriyasına abonement seçilmiş kateqoriyadakı bütün tapşırıqlara məhdudiyyətsiz təkliflər vermək imkanı yaradır.Belə abonementləri hər hansı bir tapşırıqların kateqoriya və alt kateqoriyaları üzrə əldə etmək olar.
Beləliklə, sevdiyiniz kateqoriyalar üzrə minimal xərclərlə maksimal sifarişlər əldə edəcəksiniz! Bu, artıq çalışma istiqamətini müəyyən edən İcraçılara uyğundur.
Vacibdir! Abonementə bağlı kateqoriyalarda, İcraçının reytinq 25% daha sürətlə artır!
Müəyyən bir məbləğ üzrə abonement, məbləğinə müvafiq olaraq ödənişli təkliflər yeləşdirmək imkanı yaradır, abonement onun nominal dəyərindən aşağıdır və İcraçıya qənaət etməyə imkan verir.
Müəyyən məbləğ üzrə abonement Azdo-da ciddi işləməyə qərar verən, müxtəlif kateqoriya tapşırıqlarını qəbul edən, sevimli kateqoriyasını hələ də seçə bilməyən İcraçılar üçün uyğundur.
Yeni tapşırıqları izləyin.
İcraçı olub, profilinizdə hər hansı bir kateqoriyada yeni tapşırıqlar haqqında bildirişlərə abunə ola bilərsiniz. Yeni tapşırıqlar haqda bildirişlər sizə daxili AZDO çatı, e-mail və push-notifications vasitəsilə gələ bilər.
Siz həmçinin sadə və rahat filtr sistemindən istifadə edərək tapşırıqlar axtara bilərsiniz. [Daha ətraflı]
Siz həmçinin sadə və rahat filtr sistemindən istifadə edərək tapşırıqlar axtara bilərsiniz.
Təkliflərinizi maraqlı edin və vaxtında yerləşdirin.
Sizi tez-tez İcraçı seçmək üçün tapşırıqlara dərhal cavab verin və öz xidmətləriniz və imkanlarınız haqda ətraflı, savadlı bir dildə və səhvsiz təsvir etməyə çalışın.
Müştəri qiyməti müəyyən etmədikdə və ya işin qiymətini çox aşağı göstərdiyində narahat olmayın. Öz təklifinizdə siz həmin tapşırığı yerinə yetirməyi hazır olduğunuz öz məbləğinizi təklif edə bilərsiniz. Sifarişçilər çox vaxt İcraçının təklif etdiyi qiymətlə razılaşır. Eyni zamanda, unutmayın ki, çox yüksək qiymət verdiyiniz halda, digər İcraçılar asanlıqla daha aşağı qiymət verə bilərlər.
Təklifinizi yerləşdirmək üçün “Xidmət təklif etmək” düyməsini basın. Təklifiniz Müştəriyə göstəriləcək və maraqlandığı təqdirdə o, sizi öz tapşırığının icraçısı kimi seçəcək və telefonla əlaqə saxlayacaq. Əlaqəda olun! Qiymət təklifiniz Sifarişçi tərəfindən göstərilən büdcədən fərqlənirsə, qiymətinizi əsaslandırmağa çalışın.
Cəlbedici təkliflər haqqında ətraflı məlumat əldə edin.
Müştəri ilə ünsiyyət qaydalarını pozmayın.
Vacibdir! Şərhlərdə hər hansı əlaqə məlumatı göstərmək qadağandır: telefon, e-mail, üçüncü tərəfin servislərinə istinad. Sizin əlaqə nömrəniz tapşırığa yazdığınız təklifdə göstərilir.Kommentlər yalnız tapşırığın detallarını aydınlaşdırmaq üçün mövcuddur: flud, təhqir və tapşırıq mövzusundan kənar istənilən ünsiyyət Azdo qaydalarını pozması kimi qiymətləndirilə bilər və İcraçını statusundan məhrum edə bilər və ya ona ban qoyula bilər.
Müştəri ilə təkbətək ünsiyyət yalnız sizi İcraçı seçdikdən sonra mümkündür. Bundan sonra o, sizin, siz isə onun kontaktlarını görəcəksiniz və tapşırığın icrasını koordinasiya etmək üçün əlaqə qura biləcəksiniz.
İcraçı seçildikdə dərhal cavab verin.
Təklifiniz Sifarişçi üçün maraqlı olarsa və o, sizi İcraçı təyin edirsə, o zaman çox güman ki, o, sizinlə dərhal əlaqə saxlayacaq. Həmişə əlaqədə olmağa çalışın! Ünsiyyət qurarkən, nəzakətli olun, müştərinin bütün suallarına cavab verin, unutmayın ki, müştəri sizdən fərqli olaraq müzakirə olunan sualda peşəkar olmalı deyil. Rabitə iki yolla baş verə bilər:
•Sifarişçi sizə zəng edəcək. Telefonla müştərinizlə şərtlərinizi və işin məğzini daha ətraflı müzakirə edə bilərsiniz.
•Sifarişçi daxili AZDO çatına sizə yazacaq. Çatda bütün detalları müzakirə etdikdən sonra siz sifarişin icrasına başlaya bilərsiniz.
Sifarişçi sizi İcraçı seçəndən dərhal sonra siz Sifarişçinin adı və telefon nömrəsi ilə sms-, push- və ya e-mail-xəbərdarlıq alacaqsınız.
Dərhal Sifarişçiyə zəng etməli, salamlayaraq (sizə göstərdiyi etimada görə ona təşəkkürünü bildirməyə tövsiyə edirik), tapşırığın bütün detallarını müzakirə etməli və işə başlamaq üçün vaxtın razılaşdırılması. Bundan əlavə, ödəniş şərtlərini təsdiqləməyi unutmayın: öncədən ödəmə və ya əvvəlcədən ödənişlə və ya nağd ya da köçürülmə yolu ilə ödəmə şərtlərini müəyyənləşdirin.
Sifarişçi haqqında rəy bildirin və Sifarişçidən haqqınızda rəy bildirməyini xahiş edin.
Vəzifəni yerinə yetirdikdən sonra, İcraçı və Sifarişçi bir-biri haqda rəy yazır. AZDO-un çox əhəmiyyətli hissəsi sizi haqqınızda aldığınızı rəylərdir. Bu rəylərə əsasən Sifarişçilər sizə etibar edib etməməsi barədə qərar verəcək. Haqqınızda rəylər nə qədər yaxşı olsa, sifarişləriniz çoxalar və gəliriniz artar. Həmçinin, rəylərə əsasən Sifarişçiyə etibar edib etməmək haqda qərar vermək olar.
Tapşırığı yerinə yetirməyiniz barədə qeyd etdikdən sonra siz Sifarişçini qiymətləndirə və barəsində rəy yaza bilərsiniz. Sifarişçidən barənizdə rəy yazmağını xahış edin!
Vacibdir! Əgər sifarişçi işinizdən razı qaldıqda, sonradan Azdo-dan kənarda da sizə sadəcə zəng etməklə və ya messencerdə yazmaqla iş təklif edəcək. Ona görə AZDO-da əvvəlcədən hazırlanmış tapşırıq şablonunun Sifarişçiyə göndərilməsi məsləhət görülür ki, o, vaxt itirmədən bu tapşırığı AZDO-da sizə həvalə etsin. Bu, yalnız tapşırığın ödənişini deyil, gələcəkdə gəlirinizi artıra biləcək müsbət rəy də almağa imkan verir. Şablonlardan istifadə edən İcraçılar hamıdan tez müsbət rəylər alırlar.
AZDO süni rəy artırılmasının qarşısını almaq üçün müsbət rəyləri dəqiqliyi ilə yoxlayır. Mənfi rəylər barədə mübahisə etmək olar.
Tapşırıqlara ödənişsiz giriş imkanını necə əldə etməli?
Biz, hər yeni İcraçıya bir gün ərzində tapşırıqlara pulsuz təklif etmək imkanını hədiyyə edirik. Bu vaxt ərzində Siz, servisi sınaya və onunla tanış ola, eləcə də ilk tapşırıqları və müsbət rəyləri ala bilərsiniz. İstənilən kateqoriyanı seçin və tapşırıqlara təkliflərinizi istənilən sayda tamamilə pulsuz verin!
Pulsuz paketi aktivləşdirmiş istifadəçilər üçün daha bir üstünlük mövcuddur – onların tapşırıqlar üçün verdikləri təkliflər yoxlanılmış istifadəçilərin rəylərindən dərhal sonra əks olunur. Yoxlamadan uğurla keçdikdən və profili doldurduqdan sonra e-poçt vasitəsilə pulsuz paketi almaq və Azdo servisini sınamaq təklifi ilə məktub alacaqsınız. İşləmək istədiyiniz kateqoriyanı seçin və onu aktivləşdirin.
Test paketinin müddəti başa çatdıqdan sonra təkliflər ödənişli olacaq. Abunə müddətini istənilən an uzada və ya digər kateqoriyaya aid paket ala bilərsiniz.
İcraçıların Reytinqi
Reytinq nədir və necə hesablanır?
Reytinqi orta qiymətləndirmə ilə qarışdırmayın. Orta qiymət tapşırıqların tamamlanması nəticəsində hesablanır, bu qiymət həm İcraçılarda, həm də Sifarişçilərdə mövcuddur.
Reytinq yalnız İcraçılarda var, o, İcraçının digər icraçılara nisbətən yerini təyin edir. Eyni zamanda Azdo-da hər bir kateqoriya və alt kateqoriyalara dair reytinq aparılır.
Hər kateqoriyada reytinq İcraçıların ilk tapşırıqlarını tamamladıqda peyda olur və gün ərzində bir dəfə yenilənir.
İcraçı adının yanındakı narın içində, İcraçının kateqoriyalar üzrə sahib olduğu ən yüksək reytinqi göstərilir. Kursoru narın üzərinə gətirdikdə İcraçının kateqoriyalar üzrə bütün yerləri və balları göstərilir. Nar düyməsinə keçid edərkən bütün kateqoriyalar üzrə reytinq hesabatı olan səhifəyə keçid edirsiz.
Tamamlanmış tapşırıqların müqabilində İcraçının Sifarişçilərdən aldığı qiymətə əsasən İcraçıya aşağıdakı reytinq balları verilir:
• 90 gün ərzində aldıqları hər müsbət rəyə görə 3 bal əlavə olunur;
• 91-365 gün ərzində aldıqları hər müsbət rəyə görə 1 bal əlavə olunur;
• 90 gün ərzində aldıqları hər neytral rəyə görə 3 bal çıxılır;
• 91-365 gün ərzində aldıqları hər neytral rəyə görə 1 bal çıxılır;
• 90 gün ərzində aldıqları hər mənfi rəyə görə 15 bal çıxılır;
• 91-365 gün ərzində aldıqları hər mənfi rəyə görə 5 bal çıxılır.
Abonementin müddəti ərzində kateqoriya reytinqi 25% daha sürətlə artır!
Son 3 ay ərzində alınan müsbət rəylər reytinqə ən böyük təsir göstərir, ona görə də hər tapşırıqdan sonra onları qəbul etmək və bildirmək olduqca vacibdir. Sifarişçi rəy bildirməyi unutduğu təqdirdə, bu barədə ona xatırlatma etməkdən çəkinməyin. Bu, reytinqi sürətlə artırmağa və yeni sifarişləri əldə etməyə kömək edəcək.
Reytinqi nə azaldır?
• Tapşırıqların aşağı qiymətləri reytinqi azaldır, odur ki nəzakətli olmağa və işinizi keyfiyyətlə yerinə yetirməyə çalışın.
• Tapşırıqların mənfi qiymətləri. Onlar nə qədər aşağı olsa, bir o qədər də reytinq artımı az olacaq. Yerinə yetirilməmiş tapşırıqların mənfi qiymətləri də nəzərə alınır.
• Yoxlamadan sonra, İcraçının təqsiri ucbatından arbitraj tərəfindən”icra edilməyib” statusu verilərkən.
• Servisdə аktivliyin olmaması. Tapşırıqları sizə nisbətən daha tez tamamlayan İcraçılar, reytinqdə sizi ötəcəklər.
İcraçı 3 ay ərzində heş bir tapşırığı yerinə yetirmədikdə, onun reytinqi gizlədilir. Yeni bir təklif əlavə edilərkən, bütün keçmiş nailiyyətləri nəzərə alınaraq hesablanmağa başlanır və növbəti uğurla tamamlanan tapşırıqdan sonra tam bərpa edilir.
Reytinq nə üçün lazımdır?
-İcraçının profilində əks olunur
Rəylərlə yanaşı, reytinq Sifarişçiyə öz tapşırıqlarının yerinə yetirilməsi üçün daha təcrübəli İcraçını təyin etməyə imkan yaradır, bu ona görədir ki sizin bütün tapşırıqlar kateqoriyaları üzrə reytinqiniz profilinizdə əks olunur.
-İcraçıların təklifləri yuxarıda yerləşir
İcraçıların tapşırıqları yerinə yetirmək üçün təklifləri reytinqə görə sıralanır. Yəni, daha yüksək reytinqli İcraçıların təklifləri yuxarıda yerləşir və Sifarişçilər onları birinci görür.
-Fərqlənmə nişanların alınması
Əgər İcraçı istənilən kateqoriyada TOP-1, TOP -10, TOP -50, TOP -100, TOP -500 reytinqinə daxildirsə, ozaman takliflər siyahısında onun adının qarşısında xüsusi fərqlənmə nişanı nümayiş ediləcək.Həmçinin, bütün fərqlənmələr İcraçının profilində göstərilir.Fərqlənmə nişanları Sifarişçilərin diqqətini sizin profilə cəlb edir, etibarını artırır və xidmətlərin daha yüksək qiymətini əsaslandırır.
-İcraçıların siyahısında daha yüksək yerləşdirmə
Reytinqiniz nə qədər yüksək olsa, İcraçılar kataloqunda siz bir o qədər yuxarıda yer alacaqsınız. Kataloq səhifəsinə keçid. Siyahının yuxarısında yerləşən İcraçılari Sifarişçilər tez-tez öz tapşırıqları üçün təklif yerləşdirməyə dəvət edirlər.
Fərqlənmə nişanları
İcraçıların fərqlənmə nişanları nədir?
Müxtəlif nailiyyətlərə görə təltif edilən fərqlənmə nişanları İcraçının profilində, İcraçılar kataloqunda İcraçılar kataloquna keçid və tapşırıqlarda təkliflərin yanında göstərilir.
Fərqlənmə nişanları Sifarişçilərin diqqətini cəlb edir, İcraçını digərilərindən fərqləndirir və sahiblərinə daha çox güvən yaradır. Onlar İcraçının statusunu və onların göstəridiyi xidmətlərin keyfiyyətini vurğulayır.
Hansı fərqlənmə nişanları mövcuddur?
Uğurlu başlanğıc – ilk tapşırığı 5-dən aşağı olmayan qiymətlə tamamlayan İcraçılara təltif edilir.
Uğurlu icraçı – 5-dən aşağı olmayan qiymətlə tapşırıqları tamamlayan İcraçılara təltif edilir. 3 ay ərzində minimum 10 tapşırıqdan hesablanır. Tamamlanmış tapşırıqların faizi 90%-dən aşağı olmamalıdır.
Top-reytinq – İcraçılara Kateqoriya və alt kateqoriyada TOP-1, TOP-10, TOP-50, TOP-100, TOP-500 reytinq əsasında təltif edilir. İcraçının ən yüksək reytinqinə uyğun olaraq təltif edilir.
Aktiv istifadəçi – portal istifadəçilərinə təltif edilir, İcraçı və Sifarişcilərə portalda yerləşdirilən / və ya tamamlanmış 25, 50, 100, 500, 1000 tapşırıqlara müvafiq olaraq.
Şəxsiyyət vəsiqəsi təqdim edilib – şəxsiyyət vəsiqəsini təsdiqləmək üçün təqdim edən və yoxlamadan müvəffəqiyyətlə keçən İcraçılara verilir.
Etibarlı İcraçı – Azdo əməkdaşları ilə müsahibədən keçən bir tapşırığı müvəffəqiyyətlə tamamlayan İcraçıya verilir.
Staj – portaldakı ümumi iş təcrübəsinə əsasən İcraçı və Sifarişçilərə təltif edilir. İcraçının və ya Sifarişçinin ay ərzində 5 qiyməti ilə 3 tapşırığın yerləşdirilməsi yaxud tamamlanması hesaba alınır.
Tam profil – istifadəçi profilinin tam doldurulmasından sonra təltif edilir.
Rekruter – 30 təqvim günü ərzində 1 tapşırığı tamamlayan və ya yerləşdirən yeni istifadəçiləri portala cəlb edən İcraçılara və Sifarişçilərə təltif edilir.
Çempion – AZDO servisində xüsusi nailiyyətlərinə və ya xüsusi nəticələrinə görə portal istifadəçiləri İcraçılara və Sifarişçilərə təltif edilir.
Sensei – Yeni və aşağı reytinqləri olan İcraçılara təlimçi funksiyasını yerinə yetirən İcraçılara verilir. AZDO administrasiyasının təklifi ilə təlimçi ola bilərsiniz.
Kulibin – AZDO administrasiyası tərəfindən təsdiqlənmiş, portalın təkmilləşdirilməsinə dair təkliflər irəli sürən portal istifadəçiləri İcraçı və Sifarişçilərə təltif edilir.
Layfhak – AZDO bloqunda faydalı təcrübə və Azdo-da işləmək üçün bəzi praktiki incəlikləri izah edən məqalələr yerləşdirən portal istifadəçiləri İcraçı və Sifarişçilərə təltif edilir.
PR-direktoru – İnternet və sosial şəbəkələrdə 5 hərəkət ilə repostlar, layklar və dərc etmələr əsasında portalın istifadəçiləri İcraçı və Sifarişçilərə təltif edilir (gündə 1 hərəkət hesaba alınır).
Axtarış və filtr
Tapşırıqları necə tez tapmaq olar?
Tapşırıqlar üzrə axtarış sistemi açar sözlər və müxtəlif parametrləri istifadə edərək maraqlandıran tapşırıqları tapmağa imkan yaradır.
Axtarış forması AZDO veb saytının “Bütün tapşırıqlar” bölməsində yerləşir.
Axtarış sətrində istənilən söz və ya ifadə yazın. Səhifədə tapşırıqların təsvirində qeyd etdiyiniz açar sözlərini əks etdirən bütün tapşırıqlar göstəriləcək. Tapşırıqlar dərc olunma vaxtına görə sıralanır (əvvəlcə yeni tapşırıqlar göstərilir).
Axtarış nəticələrini dəqiqləşdirmək üçün aşağıdakı filtrləri quraşdıra bilərsiniz:
•Kateqoriyalar
Sizi maraqlandıran kateqoriyaları seçin və axtarış yalnız bu kateqoriyalara aid tapşırıqlar üzrə ediləcək.
•Tapşırıqların növü
Status seçməklə, statusuna müvafiq olan tapşırıqlar üzrə axtarış edə bilərsiniz. Beləliklə, “Açıq” statusunu seçərkən, yalnız İcraçısı hələ seçilməyən tapşırıqları görəcəksiniz, “Tamamlanmış” seçərək, son dövr üzrə hansı şərtlərlə və hansı tapşırıqların başa çatdığını görəcəksiniz.
•Şəhər
Şəhəri dəyişərək, digər şəhərdə həyata keçirilməsi lazım olan tapşırıqlar haqqında məlumat əldə edə bilərsiniz. Standart olaraq profilinizdə göstərilən şəhər seçiləcək.
•Tapşırığın büdcəsi
Minimum büdcə təyin edə bilərsiniz və ondan ucuz tapşırıqlar göstərilməyəcək.
•İcra tarixi və müddəti Müəyyən vaxt zamanı icra ediməli tapşırıqları axtarın.
Tapşırıqlarınızı necə izləyim?
Siz təklifinizi təqdim edib və sifarişçinin qərarını gözləyərək həmişə yerinə yetirdiyiniz, artıq tamamlamış və ya yerinə yetirməyi planlaşdırdığınız tapşırıqları görə bilərsiniz,. Bunu etmək üçün şəxsi hesabda “Mənim tapşırıqlarım” bölməsini seçməlisiniz.
“Mənim tapşırıqlarım” bölümündə hər hansı bir tapşırığı olan bütün günlər qeyd olunmaqla vəzifə təqvimi var və həmin təqvimdə həmçinin üç alt bölməyə bölünmüş vəzifələrin siyahısı mövcuddur:
•İcra edirəm – İcraçı seçildiyiniz tapşırıqlar üçün
•Mənim cavablarım – Sizin cavab qoyduğunuz, lakin İcraçı seçilmədiyiniz tapşırıqlara görə.
•Arxivləşdirilmiş – artıq görülən tapşırıqlar üçün
Siyahıdakı hər hansı bir vəzifəni tıklayaraq bu tapşırığın detallarını görəcəksiniz.
Başqa bir şəhərdə olsam, servisdəki tapşırıqları yerinə yetirə bilərəmmi?
Bəli, mümkündür. Müştəri ilə razılaşaraq, işi uzaqdan tamamlaya bilərsiniz. Məsələn, bir dizayn hazırlamaq və ya bir buket çiçək çatdırmaq, Sifarişçi ilə şəxsi görüş tələb etmir.
İcraçı seçilmişsinizsə nə etməli?
Sifarişçi AZDO-da sizi öz tapşırığının İcraçısı roluna təyin etdiyi halda, siz dərhal elektron poçtla, daxili çatda və SMS şəklində bir bildiriş alacaqsınız. Onu Qaçırmamaq üçün daim əlaqədə qalın!
Siz mümkün qədər tez bir zamanda Sifarişçi ilə telefonla əlaqə saxlayıb tapşırığın həyata keçirilməsi ilə əlaqədar bütün detalları razılaşdırın. Ödəmə qaydasını əvvəlcədən müzakirə edin.
Daha əvvəl işinizdən məmnun olan Sifarişçi sizə telefon yaxud mesaj ilə müraciət edib və siz tapşırığın icrası ilə əlaqədar telefonla və ya mesaj ilə razılığa gəldiyiniz halda, o zaman mütləq Azdo-da işin başlanğıcı haqqında qeyd edin.
Bunu etmək üçün Sifarişçiyə müvafiq tapşırığın şablonunu göndərin və o bir neçə saniyyə ərzində onu sizə həvalə edə biləcək. [Tapşırıq şablonları haqqında ətraflı] Bu olduqca önəmlidir, çünki yalnız rəsmi qəbul edilən tapşırıqlar sizin statistikanızda yer alır. Statistikanız Sifarişçilərin sizi İcraçı roluna təyin etmək qərarlarına mühüm təsir göstərir.
Tapşırığı mümkün qədər yaxşı yerinə yetirmək lazımdır, unutmayın ki, qəbul etdiyiniz tapşırıq keyfiyyətsiz yerinə yetirilsə, ilk növbədə özünüzə zərər vermiş olacaqsınız. Sifarişlərin keyfiyyətsiz yerinə yetirdiyiniz halda İcraçı statusundan və AZDO-da sifariş almaq imkanından məhrum edilə bilərsiz!
Sifarişinizi tamamladıqdan sonra, saytda tapşırığı bağlamağa unutmayın. Sifarişçinin işiniz barədə rəy göndərməsinə mütləq diqqət yetirin. Hər bir rəy sizin şəxsi reytinqinizə təsir göstərir. Reytinq nə qədər yüksək olsa, bir o qədər müştərilər tapşırıqlarını sizə etibar edəcəklər və gəliriniz daha da artacaq.
İcraçı Profili
Profilin görünüşü yaxşı olması və onu qaydaya salması üçün nə etməli?
Profil Sizin vizit kartınızdır. Özünüz, bacarıqlarınız və güclü tərəfləriniz barədə nə qədər ətraflı və inandırıcı danışsanız, Sifarişçilər öz tapşırıqlarını Sizə bir o qədər də etibar edəcəklər. Bu da, öz növbəsində, gəlirlərinizi sürətlə artıracaq.
Özünüz haqqında danışın
Sifarişçilər, özü haqqında məlumatı paylaşmayan İcraçılara etibar etmirlər. Sifarişçini maraqlandırmaq üçün:
iş təcrübənizi və peşəkar bacarıqlarınızı ətraflı təsvir edin.
•peşəkar alət, diplom və sertifikatların mövcudluğu, və həmçinin təhsiliniz barədə məlumat verin.
•müsbət keyfiyyətlərinizi sadalayın.
•Sifarişçinin Sizi öz tapşırığın İcraçısı seçəcəyi təqdirdə əldə edəcəyi bütün üstünlükləri təsvir edin.
Diqqət! Profildə əlaqə məlumatları yerləşdirmək qəti qadağandır, o cümlədən telefon nömrəsi, e-poçt, və üçüncü tərəf saytlarına keçidləri. Buna görə İcraçı öz statusundan məhrum edilə və ya bloklana bilər.
Xidmətlərin qiymətini göstərin
Sifarişçilərə xidmətlərinizin qiymətini araşdırmağı asanlaşdırmaq üçün öz qiymət siyahınızı yaradın. Göstərdiyiniz bütün xidmətləri sadalayın. İşinizin saatı üçün orta qiyməti göstərdiyinizə əmin olun.
Portfolionuzu əlavə edin
İcraçının ideal profilinin digər çox vacib hissəsi portfoliodur. İstənilən kateqoriyaya aid olan İcraçının öz portfoliosu ola bilər:
•Ustasınızsa, işinizi əks etdirən şəkilləri yükləyin.
•Promouter: iş prosesində çəkdiyiniz şəkilləri əlavə edin.
•Mənzillərin təmizlənməsi üzrə ixtisaslaşırsınız? İşinizin nəticəsini “əvvəl” və “sonra” formatında çəkilmiş şəkillərlə göstərin.
•Çatdırılma ilə məşğulsunuzsa avtomobil və ya velosipedlə apardığınız ağır yük və ya gözəl gül dəstəsini əks etdirən şəkillərini əlavə edin.
Biz, rəngarəng portfolio sayəsində İcraçı seçilməyiniz ehtimalı 30% artacağına zəmanət veririk!
Tapşırıq kateqoriyalarına abunə olun
Yerinə yetirmək üçün maraqlı olacaq tapşırıqların kateqoriyalarını seçdiyinizə və onlara abunə olduğunuza əmin olun. Göstərilən kateqoriyalara əlavə olunan bütün yeni sifarişlər barədə Sizə məlumat veriləcəkdir. Yalnız tapşırıqları keyfiyyətli yerinə yetirə biləcəyiniz kateqoriyaları qeyd etmək vacibdir!
İcraçının Anketində göstərilən bəzi məlumatlar profilinizdə görünmürsə, çox güman ki, o, yoxlanılır. Yoxlama beş gün ərzində aparılır. Yoxlamanın nəticəsini gözləməyinizi xahiş edirik.
Portfolio nədir və nə üçün lazımdır?
Portfolio – sizin vizit kartınızdır. Onun əsas məqsədi potensial Sifarişçiyə Sizin köməyiniz olmadıqda işi görə bilməyəcəyini sübut etməkdir. Sifarişçiyə, Sizi seçməyə kömək edəcək vasitə məhz portfoliodur.
Portfolionu necə tərtib etməli üçün faydalı məsləhətlər:
Portfolionuzu yaradarkən, Sifarişçiyə təklif etdiyiniz hər hansl xidmət üzrə işlərinizin nümünələrini təqdim etməlisiniz.
Ən yaxşı işlərinizlə yanaşı portfolionuza həmçinin özünüz üçün adi olan səviyyədə yerinə yetirdiyiniz layihələri də daxil etməyinizi tövsiyə edirik. Əks halda Sifarişçinin sizinlə bağlı daha yüksək gözləntiləri formalaşa bilər.
Müəyyən qiymət diapazonunda olan xidmətləri təklif edərkən qiymətləri endirməyə çalışmayın. Sifarişçi müvafiq miqdarda pul ödəmək istəmədiyi halda, Sizin işinizi də qiymətləndirə bilməyəcək.
Üzərinizə götürdüyünüz öhdəlikləri hər zaman yerinə yetirin. Sözünün üstündə duran bir insan olun və sifarişçilər Sizə daha yüksək dəyər verəcək.
Portfolioların növləri və xüsusiyyətləri:
Fotoqraf portfoliosu müxtəlif janrlarda çəkilmiş şəkillərin nümunələri, müsabiqələrdə mükafata layiq görülmüş işlər, və ya sadəcə müxtəlif resurslarda çoxlu layk qazanmış şəkillərdən ibarətdir.
Dizayner portfoliosu mütəxəssisin hər xidmət növü üzrə, o cümlədən sayt dizaynı, firma üslubunun yaradılması, xarici reklamın dizaynı və s. kimi ən yaxşı işlərindən ibarət olmalıdır.
Kurs, repetitorluq və ya treninq xidmətləri təklif edən müəllim və ya məşqçinin portfoliosu master-klasslardan müxtəlif video və audio parçalar; mütəxəssislərin, dinləyicilərin və müştərilərin rəyləri, peşəkar mükafatlar haqqında məlumat, nailiyyətlər və elmi adlardan ibarət olmalıdır.
Azdo servisində, demək olar ki, hər kateqoriya üçün portfolio hazırlaya bilərsiniz. Həmin portfolio Sizə özünüz haqqınızda peşəkar kimi danışmaqda, Sifarişçi isə seçimini məhz sizin xeyrinizə etməsində köməkçi olacaq.
Alt kateqoriya reytinqi necə hesablanır?
AzDO -da xidmətlərin hər bir alt kateqoriyasında ayrı bir reytinq formalaşdırılır. Kateqoriyadakı reytinqlə eyni düsturla hesablanır.
Reytinqdəki yerə ən böyük təsir, müsbət rəyləri olan uğurla tamamlanmış tapşırıqların sayıdır. Eyni zamanda, “Piyada kuryer xidmətləri” sifarişini uğurla başa vurmusunuzsa, bu alt kateqoriyadakı reytinqiniz “Yük daşımaları” nın digər alt kateqoriyalarına nisbətən daha yüksək yüksələcək.
Reytinqdəki yeri necə tapmaq olar?
Alt kateqoriyaların reytinqi üzrə yeriniz profilinizdə göstərilir.
Alt kateqoriya reytinqinə nə təsir edir?
Alt kateqoriyadakı reytinq, müəyyən bir alt kateqoriyadakı İcraçılar siyahısındakı yerinizi və təklifinizin görünəcəyi yeri müəyyənləşdirir. Müəyyən bir tapşırıq üzrə alt kateqoriyasında reytinqiniz nə qədər yüksək olsa, cavablarınız siyahıla bir o qədər yüksək olacaq.
Misal:
Amir “Piyada kuryer xidməti” alt kateqoriyasında ikinci yeri tutur, lakin ümumi sıralamada ilk iyirmiyə də daxil deyil. Yusif kateqoriya reytinqində üçüncüdür, ancaq “piyada kuryer xidməti”-nin tapşırığını yalnız bir dəfə yerinə yetirib.
Hər ikisi “Bir buket gül al və çatdır” tapşırığına təklif verir. Tapşırıq “Piyada kuryer xidmətləri” alt kateqoriyasına aid olduğu üçün Əmirin təklifi Yusifin təklifindən siyahıda daha yüksək yer alacaq.
Tapşırıq üzrə Təkliflər
Cəlbedici təklifi necə yaratmaq?
Sifariş almaq üçün adətən bir neçə təklif yerləşdirməlisiniz. Sizin davamlı İcraçı seçilməyiniz bir neçə amildən asılıdır:
Çeviklik
Sizin davamlı İcraçı seçilməyiniz üçün, tapşırıq dərc edildikdən sonra təklifləri dərhal və ya mümkün qədər əvvəl yerləşdirməyə çalışın. Bunu etmək üçün, yeni tapşırıqların bildirişlərinə abunə olmanız və saytda sifarişlər lentini tez-yez izləmək lazımdır. [Bildirişlərə abunə olmaq haqqında ətraflı məlumat]
Bildirişlərə abunə olmaq haqqında ətraflı məluma.
Təklifin keyfiyyəti
Təklif nəzakətli və qrammatika baxımdan düzgün ifadə ediməlidir ki, Sifarişçidə haqqınızda müsbət təəssürat yaransın. Sifarişçi sizi seçdiyinin səbəbini aydın anlamalıdır.
Sizin reytinq və rəyləriniz
Yüksək reytinq və müsbət rəylər sizin icraçı olma şansınızı artırır. Müsbət rəylər nə qədər çox olsa, bir o qədər seçilmə şansınız çox olacaq.
Təkliflərdə nə yazmalı?
Təklifi ətraflı və eyni zamanda mövzudan kənar çıxmadan tərtib etmək lazımdır. Unutmayın ki, Sifarişçi çox güman ki, müxtəlif İcraçılardan bir neçə təklif alacaq və təklifiniz onda ən xoş təəssüratlar yaratmalıdır.
Etika və danışıq normalarına riayət edin: Mütləq salam verin, Sifarişçiyə “siz” deyə müraciət edin, ədəbli və nəzakətli olun.
Əməkdaşlıq şərtlərini aydın şəkildə göstərin, icra müddətini, ödəniş üsulunu müəyyənləşdirin. Hər hansı bir sualınız və ya qeyri-dəqiqlik varsa, onları təklifinizdə qeyd edin. Bütün anlaşılmaz məqamları təklifinizdəki şərhlərdə əvvəlcədən aydınlaşdırın.
Sifarişçiyə sizin ən yaxşı namizəd olduğunuzu göstərən bütün müsbət keyfiyyətlərinizi sadalayın. Əgər mövcuddursa, sifarişçinin diqqətini profilinizdəki tapşırıqların və rəylərin sayına cəlb edin.
Bacarıqlarınız və təcrübənizi təsvir edin. Bəzən portfolionuz sizin əvəzinizə daha yaxşı danışacaq, Sifarişçiyə portfolionuza baxmağa dəvət edin.
Təklif edilən mükafat gözləntilərinizə uyğun deyilsə, təklifdə öz qiymətinizi göstərməyə utanmayın. Təklif olunan qiymət nisbətən yüksək olsa belə, amma İcraçı müsbət rəylərə və digər icraçılardan operativdirsə, bu halda Sifarişçilər adətən güzəştlər edirlər.
Və əksinə, Sifarişçinin diqqətini cəlb etmək üçün göstərilən qiymətdən aşağı qiymət təklif edə bilərsiniz. Sizin əla rəylərdən ibarət adınız olmadığı halda bu aktual ola bilər.
Hər kateqoriyada və alt kateqoriyada minimum qiymətlər təyin edilib. Sifarişçi tapşırıqların dəyərini ondan aşağı təyin edə bilməz. İcraçı, öz növbəsində, alt kateqoriyada göstəriləndən minimum qiymətdən aşağı qiymət təklif edə bilməz — beləliklə, biz dempinqin (qiymətlərin süni azaldılmasını) qarşısını alırıq.
Vacibdir!Şərhləri yalnız detalları dəqiqləşdirmək üçün istifadə edin, əgər siz Sifarişçi ilə əməkdaşlıq etmək istəyirsinizsə, o zaman təkliflərinizi göndərin.
Təklif şablonları nədir?
Rahatlıq üçün təklif şablonlarını yadda saxlayın və daim oxşar tapşırıqlarda istifadə edin. Bu, vaxtınıza qənaət edəcək və yeni sifarişlərə daha operativ cavab verə biləcəksiniz.
Təklifi əlavə etmək bölməsində şablon yarada bilərsiniz.
Təkliflər nə üçün və necə silinir?
Təklifi yalnız tapşırığı yerinə yetirəcəyinizə əmin olduğunuz halda yerləşdirin: Bütün şərtlərə riayət edəcəksiniz, keyfiyyətli və vaxtında icra edəcəksiniz. Əks təqdirdə, reytinqinizi mənfi rəylərlə korlayacaq sifarişçilər qazanacaqsınız.
Sizi İcraçı seçməyənə qədər, bütün təkliflərinizi müstəqil surətdə silə bilərsiniz.
Yeni tapşırıqlar üzrə bildirişləri necə quraşdırmaq olar?
AZDO-da yeni tapşırıqlardan həmişə xəbərdar olmaq üçün sizi maraqlandıran tapşırıqlar kateqoriyasında bildirişlərə abunə olmalısınız.
Bunu etmək üçün şəxsi hesabınızın “Bütün tapşırıqlar” bölməsində “Bildiriş parametrləri” alt bölməsini seçməlisiniz.
“Bildiriş Parametrləri” bölməsinə həmçinin saytın yuxarı hissəsində yerləşən portretinizin üzərinə klikləməklə keçid etmək mümkündür.
“Bildiriş Parametrləri” bölməsində hazırda sizə bağlı olan xəbərdarlıqların siyahısı göstərilir və siz həmçinin maraqlandığınız kateqoriyalar üzrə yeni tapşırıqlar haqqında bildirişləri quraşdıra bilərsiniz.
Bunu etmək üçün sadəcə “Bildiriş əlavə et” düyməsini sıxmaq və onun parametrlərini konfiqurasiya etmək lazımdır.
Siz daxili çatda və e-poçtla bildirişlər alacaqsınız.
Tapşırıqlar üçün ödənişli təkliflər nədir?
İcraçılar servisdə yerləşdirilən tapşırıqlar üçün təklif verirlər və təkliflər vasitəsilə öz xidmətlərini reklam edirlər. Təklif vermək imkanı ödənişli xidmətdir.
Təkliflə yanaşı Sifarişçi İcraçının məlumatlarını alır və maraq yarandıqda onunla əlaqə saxlayıb tapşırığı yerinə yetirməyi təklif edir.
Təklifləri ödəmə üsulları
Limitsiz paket
Limitsiz təkliflər paketin çərçivəsində hər hansı bir tapşırığa heç bir məhdudiyyət olmadan cavab verə bilərsiniz. Limitsiz paketlərin qiymətləri və onları necə rəsmiləşdirmək haqqında məlumatları burada tapa bilərsiniz.
Birdəfəlik təkliflər
Birdəfəlik təklif üçün ödəniş tapşırığa cavab verildikdən dərhal sonra silinir. Təklifin dəyəri tapşırığın kateqoriyasından asılı olaraq ___ manatdan başlayır.
Təklifin dəyərini necə öyrənməli?
Təklifin dəyəri tapşırığın yerinə yetirilməsi Sizin üçün maraqlı olduğunu təsdiq etməkdən sonra qeyd ediləcək. Qeyd edilmiş məbləğ təklifinizin yerləşdirilməsindən dərhal sonra hesabdan silinəcək.
Təklifi necə etmək olar?
Keyfiyyətli təkliflər yaratmaq üçün təlimatlarımızla mütləq tanış olun . Təklif etmək üçün “Xidmət təklif et” düyməsini sıxmaq, təklif olunan qiyməti göstərmək vətəklifin mətnini yazmaq kifayətdir.
Yaradılmış təklif şablon kimi yadda saxlanıla bilər.
Abonement və təkliflərə xərclənən məbləğ geri qaytarıla bilərmi?
İcraçılar xidmətlərini reklam etmək və əlaqələrini Sifarişçiyə çatdırmaq imkanını əldə etmək üçün AZDO-ya pul ödəyirlər.
Bütün təkliflər və telefon nömrələri Sifarişçilərdə saxlanılır. Tapşırıq ləğv olunsa belə, istənilən İcraçıya zəng edə və ya çatda onunla əlaqə saxlaya bilər.
Abonementlərə xərclənən vəsaitlər qeri qaytarılmır.
Xidmət qaydalarının pozulması səbəbi ilə tapşırıq moderator tərəfindən silindiyi hal istisna olmaqla, təkliflərə ödənilən məbləğ geri qaytarılmır.
Sifariş əldə etmək üçün neçə təklif göndərməliyəm?
Adətən, sifariş almaq üçün bir neçə təklif göndərmək lazımdır. Yüksək reytinq və müsbət rəylər tapşırığın İcraçısı olmaq şansını artırır. Müsbət rəylər nə qədər çox olarsa, bir o qədər tez-tez İcraçı seçiləcəksiniz.
Abonemetlərin iki növü mövcuddur: Tapşırıqlar kateqoriyası və müəyyən məbləğ üzrə abonemetlər.
Tapşırıq kateqoriyasına abonement seçilmiş kateqoriyadakı bütün tapşırıqlara məhdudiyyətsiz təkliflər vermək imkanı yaradır. Belə abonementləri hər hansı bir tapşırıqların kateqoriya və alt kateqoriyaları üzrə əldə etmək olar.
Müəyyən məbləğə abonementi, abonementin nominal məbləği çərçivəsində istənilən tapşırıq kateqoriyasında ödənişli təkliflər yaratmağa imkan verir. Bununla yanaşı bu abonementin qiyməti öz nominal dəyərindən aşağıdır.
Abonementin dəyəri, alış zamanı İcraçının hesabından çıxılır, bunun üçün Azdo hesabınızda müvafiq məbləğ olmalıdır.
Abonementin faydası nədədir?
Kateqoriyaya üzrə abonementlər, konkret kateqoriya üzrə çalışmağa qərar verən İcraçılara olduqca sərfəlidir və onlar orada minimal xərclər ilə maksimal gəlir əldə edəcəklərinə əmindirlər.
Kateqoriya üzrə abonementlər birdəfəlik ödənişli təkliflərlə müqayisədə bir sıra üstünlüklərə malikdir:
•Hər bir təklif üçün ödəmə etdiyiniz zaman, tapşırıqları xüsusi diqqət yetirərək yalnız, sizin fikrinizcə, ən yüksək sifariş alma ehtimalı olan tapşırıqlara təklif göndərməyə çalışacaqsınız.
Bu zaman yaxşı gəlir gətirə biləcək bir çox tapşırıqları qaçıracaqsınız.
Abonement ilə təkliflərin yerləşdirilməsi daha sərbəst olur.
Tapşırıqların sayına nəzarət edin. Diqqətli olun, vaxtında tamamlaya bilməyəcəyiniz tapşırıqları üzərinizə götürməyin.
•Bu, daha sərfəlidir. Bütün abonementlərin qiymətləri birdəfəlik təkliflərin dəyərindən ən azı 20% aşağıdır. Hesablamalar İcraçı tərəfindən təqdim edilən təkliflərin orta sayına əsasən edilib. Uzunmüddətli abonementlərdən maksimum gəlir əldə etmək olar!
•Abonementə bağlı kateqoriyalarda reytinq 25% daha sürətlə artır! Reytinq İcraçılar siyahısında daha yüksəlməyə və daha çox tapşırıq almağa imkan verir. Yüksək reytinq qazandıqdan sonra, yalnız ən sərfəli tapşırıqları seçə bilərsiniz: Sifarişçilər özləri sizi axtarıb tapacaq! Reytinq haqda ətraflı
İstənilən kateqoriya üzrə Abonementin rəsmiləşdirməsi bu kateqoriyada yeni tapşırıqlar haqqında bildirişləri avtomatik olaraq aktivləşəcək. Bildirişlər haqqında ətraflı
Əgər Azdo ilə artıq ciddi əməkdaşlır edirsinizsə və eyni zamanda tapşırıqları geniş çeşidli kateqoriya sırasından seçirsinizsə, müəyyən məbləğ üzrə abonementlər sizə uyğun olacaq. Bu halda kateqoriya üzrə abonement sizə uyğun olmaz, amma müəyyən bir məbləğdə abonement almaqla siz bütün kateqoriyalarda təkliflər yerləşdirə bilərsiz və hətta bu cür abonementlərin nominal dəyəri ilə müqayisədə endirimlə satıldığına görə qənaət edəcəksiniz.
Abonement aldığım kateqoriyalar üzrə neçə təklif göndərə bilərəm?
Heç bir məhdudiyyət yoxdur. Abunəliyin olduğu kateqoriyalarda istənilən sayda təklif göndərə bilərsiniz.
İcraçının hesabı
Hesabı necə artırım?
Azdo hesabınızda vəsait olmadığı halda, ödənişli təkliflər yerləşdirib və abonementləri ödəyə bilməyəcəksiniz. Hesab balansınız şəxsi kabinetinizin “Abonementlər” bölməsində və Azdo saytının yuxarı sağ küncündə göstərilir.
Hesabınızı artırmaq üçün ” Abonementlər” bölməsində “Balans” və ya Azdo saytının yuxarı hissəsindəki “Artırmaq” düyməsinə keçid edin.
Açılan pəncərədə depozitin məbləğini daxil edin (depozitin minimum məbləği 5 manatdır). Daha sonra əmanətin artırılmasının sizə daha rahat üsulunu seçin: terminal, kredit kartları, elektron pul və s.
Ödəmə metodunu seçdikdən sonra sizi ödəniş sistemi səhifəsinə yönəldəcəyik və burada siz lazımi məlumatları daxil etməli və ödənişi başa çatdırmalısınız. “Terminal vasitəsilə” seçmisinizsə, sizə vəsaiti göndərmək üçün hesab nömrəsini təqdim edəcəyik.
Ödənişləri Bank kartı ilə ödəmənizi məsləhət görürük. Kart Azdo hesabına bağlıdırsa, ödəmə məlumatları yenidən daxil etməyə lazım gəlməyəcək, bu da vaxtınıza qənaət edəcək.
Xahiş edirik, diqqət yetirin: ödəmə sistemləri və terminal şəbəkələri əlavə komissiya tuta bilərlər.
Bonus hesabı nədir?
Bonus hesabı istifadəçinin bonuslarını hesablamaq üçün servis tərəfindən açılan hesabdır. Qeydiyyatdan keçmiş hər bir AZDO istifadəçisi üçün bonus hesabı açılır.
Hər bir istifadəçi bir sıra əlavə üstünlüklər əldə etməyə imkan verən loyallıq proqramımızın üzvü olur.
Əlavə məlumat üçün Loyallıq Proqramı bölməsinə baxın (GHOST_URL/ru/loyalty-ru/).
Hesabdan pulu necə çıxarım?
İstənilən zaman Azdo hesabınızdan əlavə vəsaiti geri qaytara bilərsiniz. Bunu etmək üçün support@azdo.az ünvanına müraciət göndərin.
Ərizə mütləq Azdo-da qeydiyyatdan keçdiyiniz ünvandan göndərilməlidir.
Pul vəsaiti ödəniş sisteminin komissiyası çıxmaq şərtilə 5 iş günü ərzində Azdo balansı artırıldığı hesaba qaytarılacaq.
Müraciət məktubun nümunəsi:
Hər vaxtınız xeyir!
Azdo hesabına əlavə pul göndərdim. İndi hesabda 150 manat var, 100 AZN çıxarmağınızı xahiş edirəm. Cavabınızı gözləyirəm. Təşəkkür edirəm.
Ödəmə terminalları vasitəsilə balansınızı artırmızınızsa, o zaman vəsaitlərin çıxarılması üçün bank kartının və ya bank hesabının rekvizitlərini göstərməlisiniz.
Hesabdan pulun qaytarılması üçün verilmiş ərizəni ləğv edə bilərəm?
Dondurulmuş vəsaitlərinizi, məsələn, yeni tapşırığa təklif etmək üçün xərcləmək istəyirsinizsə, geri alma həyata keçirilməyibsə, geri alma üçün sorğunuzu ləğv edə bilərsiniz. Bunu, dəstək xidməti ilə əlaqə qurub daha öncə geri alma üçün yaradılmış sorğunun nömrəsini göstərməklə etmək olar.
Vəsaitin çıxarılması üçün ərizəni ləğv etdikdə, daha öncə dondurulmuş vəsaitdən dərhal istifadə edə bilərəm?
Bəli, ləğvdən dərhal sonra hesabdakı puldan yenidən istifadə edə bilərsiniz. Qalığı çıxarmaq istədiyiniz təqdirdə geri qaytarmaq üçün yeni ərizəni tərtib edin.
Profilim bloklanılıb. Hesabdakı qalığı necə öyrənə və çıxara bilərəm?
Hətta bloklanmış istifadəçi Azdo-nun dəstək xidmətinə müraciət edə bilər. Dəstək xidmətinin operatoru Sizdən şəxsi məlumatlarınızı qeyd etməyi xahiş edəcək və hesabdakı qalığı bildirib geri onu geri qaytarmağını rəsmiləşdirməyə kömək edəcək.
Hesabdan vəsaitin geri qaytarılmasını rəsmiləşdirmişəm, lakin pul hələ də daxil olmayıb, nə etməliyəm?
Geri qaytarma üçün ərizənin tərtib edilməsi zamanı ərizəyə nömrə verilir və bu nömrə ərizəçiyə bildirilir. Dəstək xidmətinə müraciət etdikdən sonra ərizənin statusu və pullarının qaytarılmasına mane ola biləcək səbəblərini öyrənə bilərsiniz.
Tapşırıqlar və şablonlar
Tapşırığı necə dərc edim?
İcraçı tapmaq üçün bir tapşırıq yaradın. Ana səhifədəki sətirdə sifariş etmək istədiyinizi yazın. Məsələn: “Çiçək çatdırmaq”.Sonra cəmi 3 mərhələdən keçin: Tapşırığı öz sözlərinizlə təsvir edin. Sifarişin detallarını və büdcəni müəyyənləşdirin ki, İcraçılar sifarişinizi daha yaxşı başa düşüb dəyərləndirsinlər. “Dərc etmək” düyməsini keçid edin.
Tapşırıqlar təqvimi nədir?
Siz yerləşdirdiyiniz və yerləşdirməyi planladığınız bütün tapşırıqlara daima nəzarət edə bilərsiniz. Bunu etmək üçün şəxsi hesabınızda “Mənim tapşırıqlarım” bölməsini seçməlisiniz.”Mənim tapşırıqlarım” bölümündə tapşırıqlarınıza dair gündəlik təqvim mövcuddur, eləcə də iki alt bölməyə bölünmüş tapşırıqlar siyahısı var:
•Aktiv – hazırda yerinə yetirilən tapşırıqlar üçün
•Arxivləşdirilmiş – yerinə yetirilən tapşırıqlar üçün
Siyahıda hər hansı bir tapşırığa keçid edərək həmin tapşırığın detallarını görəcəksiniz
Tapşırığı necə dəyişdirməli?
İcraçını seçməzdən əvvəl şərtləri və qiymətləri dəyişdirə bilərsiniz. Bunun üçün «Tapşırıqlarım» bölməsinə daxil olun və dəyişdirmək istədiyiniz tapşırığı seçin. Sonra “Redaktə” düyməsinə keçid edin və lazımi dəyişiklikləri edin. Dəyişikliklərdən sonra müvafiq düyməyə keçid edərək dəyişiklikləri yadda saxlamağı unutmayın.
Tapşırıq şablonu nədir?
«Mənim tapşırıqlarım» bölümündə yerləşən istənilən tapşırıqda «Şablon kimi saxlamaq» düyməsini basıb, həmin tapşırığın şablonunu yadda saxlaya bilərsiniz.
Bütün şablonlar «Mənim tapşırıqlarım» bölməsindəki «Şablon» alt bölməsində yerləşir. Burada «Yeni şablon» düyməsinə keçid edərək istədiyiniz şablonu yarada bilərsiniz.
Saxlanılan şablonlardan istifadə edərək, sürətlə tapşırıqları yaratmaq imkan yaradır. Bundan əlavə, İcraçı, müvafiq düyməyə keçid edərək potensial müştərilərlə istənilən şablonları paylaşa bilər. Alınan linklərə keçid edərək, Sifarişçi tapşırıqları dərhal yerləşdirə bilir və bu tapşırığı yerinə yetirmək üçün sizə İcraçı olmaq dəvəti gəlir!
Beləliklə, işinizdən məmnun qalan Sifarişçi tapşırığı sizə Azdo vasitəsilə deyil, ismarıc və ya zəng etməklə təklif etdiyi halda, siz ona istədiyiniz şablonu göndərib, tapşırığı Azdo-da qeyd etməkdən azad edirsiz. Bununla siz Sifarişçinin vaxtına qənayət etmiş olursuz. Nəticədə, tapşırığı tamamlayaraq həm pul, həm də müsbət rəyi əldə edəcəksiz!
Müsbət rəylər olduqca önəmlidir – məhz onlar İcraçıların əsas seçim meyarıdır. Onlar nə qədər çox olsa, bir o qədər çox qazanc əldə edəcəksiniz.
Daimi tapşırığı necə yaradım?
Tapşırıqların yaradılması və düzəliş edilməsi zamanı uyğun parametr seçməklə müntəzəm tapşırıq yarada bilərsiniz. Tapşırığın müntəzəmliyini təyin edin – gündəlik, həftəlik və müəyyən günlərdə, ilk və sonuncu tapşırığın yerinə yetirilmə tarixini qeyd edin.
Tapşırığın müddəti bitəndə nə baş verir?
Tapşırığın yerinə yetirilmə tarixindən sonra onun vaxtı keçmiş sayılır.
İcraçılar bunu tapşırıq lentində görürlər, lakin ona təklif göndərə bilmirlər.
Sifarişçi tarixi dəyişən kimi tapşırıq yenidən aktivləşəcək.
Təkrar tapşırığı necə yaradım?
Əgər tapşırığı yenidən dərc etmək istəsəniz, ərizə formasını yenidən doldurmağa ehtiyac yoxdur – sadəcə olaraq müvafiq tapşırığı seçməklə “Mənim tapşırıqlarım” – “Arxiv” bölməsinə keçin.Tapşırığı təkrarlaya və ya fayl kimi saxlaya bilərsiniz. Müvafiq şablonu seçsəniz tapşırığı yenidən tərtib etməyə ehtiyyac qalmayacaq.
Tapşırığın tövsiyə olunan qiyməti nədir?
Azdo-da hər bir kateqoriyada tapşırıq üçün tövsiyə olunan qiymət var. Tövsiyə olunan minimum qiymətlər bizim servisdə müvəffəqiyyətlə yerinə yetirilmiş tapşırıqların və Azərbaycan xidmət bazarının təhlili nəticəsində müəyyənləşdirilib.Qeyd edilən məlumatları təhlil edərək müəyyən etdik ki, minimum qiymətdən aşağı olan tapşırıqlar təklifsiz qalır.
Tapşırıqlarınızın qiymətini müəyyən edə bilmədiyiniz halda, tövsiyə olunan qiyməti göstərməyə məsləhət görürük. İcraçılar öz təkliflərini yerləşdirəndən sonra İcraçıların şərtlərini müqayisə edib, hər biri ilə detalları müzakirə edib və xidmətlərin son qiymətini təyin edə bilərsiniz.
Hansı tapşırıqları servisdə yerləşdirmək qadağandır?
Aşağıdakı məqsədləri daşıyan tapşırıqların Azdo-da yerləşdirilməsi qadağandır:
• Kreditlərin verilməsi və alınması, ödəniş sistemlərində hesabların artırılması, pul köçürmələri;
• İstifadəçiləri veb saytlarda və üçüncü tərəfin resurslarında, habelə ona yönəldilmiş tədbirlərə cəlb etmək və ya qeydiyyatdan keçirmək;
• Xidmət və məhsulların, habelə üçüncü şəxslərə məxsus olan xidmətlərin və məhsulların reklamı;
• Saytların statistikasını, sosial şəbəkələrdə abunəçilərin sayını və s. təkmilləşdirmək və ya süni artırmaq məqsədi ilə aldadıcı hərəkətlər;
• Sosial şəbəkələrdə avtomatik və ya manual dəvətlərin, e-mail-göndərişlərin və s. göndərilməsi;
• Sifarişçi məhsullarının bölüşdürülməsi və satışında xidmət göstərilməsi;
• Azərbaycan qanunvericiliyinə, mənəvi-etik normalarına zidd olan tapşırıqlar.
AzDO administrasiyası heç bir səbəb olmadan hər hansı bir tapşırığı silmək hüququna malikdir.
İcraçı seçimi
Tapşırıq üzrə İcraçını necə seçim?
Saytda tapşırıq yaratdınız və ilk təklifləri almağa başladınız. Tapşırıq səhifəsinə keçin və İcraçının bütün təkliflərini diqqətlə oxuyun.
Reytinq və rəylərə diqqət yetirin
Seçim zamanı İcraçının reytinqinə və əvvəllər onunla əməkdaşlıq edən digər Sifarişçilərin rəylərinə diqqət yetirin.Namizədlərlə söhbət edinTəkliflərdə və ya çatda sizin tapşırığınıza cavab verən İcraçıya istənilən sualı verə bilərsiniz.
İcraçıların profillərini araşdırın
Hər bir istifadəçi səhifəsində fotoşəkil, özü haqqında məlumat, eləcə də təqdim etdiyi xidmətlərin siyahısı var. İcraçının işlədiyi kateqoriyalara diqqət yetirin. Gördüyü işə görə qiymət sırasını göstəribsə, diqqətlə tanış olun. Sizə daha etibarlı görünən İcraçını seçin.Kiminlə əməkdaşlıq etməyi qərara aldıqdan sonra, “İcraçı seçmək” düyməsinə keçid etməyi unutmayın, bununla da siz həmin İcraçını öz tapşırığınızı icra etmək üçün rəsmi təyin edirsiz.
Bütün İcraçılar servisimizdə şəxsiyyəti təsdiq etmə prosedurundan keçirlər. Tapşırıqlara çıxmazdan əvvəl onların şəxsi məlumatlarını yoxlayırıq və resurs qaydalarına müvafiq olduğunu təyin edirik. Bu səbəbdən İcraçılara servisin qaydaları haqqında qısa bir test keçməyə təklif edirik. Lakin, biz İcraçı seçiminə bir qədər diqqətlə yanaşmağı və tapşırığınızı İcraçıya həvalə etməzdən əvvəl malumatlarla diqqətlə tanış olmağı tövsiyə edirik.
Konkret İcraçıya öz tapşırığımı necə təklif edim?
Sizə uyğun olan İcraçı tapdığınız halda, ona müstəqil olaraq sifarişinizi ötürə bilərsiniz. Tapşırığı servisdə yerləşdirin, istifadəçi səhifəsinə daxil olun və “Tapşırıq təklif etmək” düyməsinə keçid edin.
Şəxsiyyət vəsiqəsinin təqdim edilməsi
Yoxlanılmış İcraçı necə olmaq?
“Şəxsiyyət vəsiqəsi təqdim edilib” fərqlənmə nişanı almaq və profilinizə olan etimad səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq üçün Azdo servisində şəxsiyyət vəsiqəsini onlayn yoxlamasından keçməlisiniz.
Vəsiqəni necə təstiqlətdirmək olar?
Yalnız İcraçılar öz şəxsiyyət vəsiqələrini təsdiqləyə bilərlər.
Əgər siz artıq Azdo İcraçısısınızsa, şəxsi hesabınıza daxil olmalısınız və “Şəxsiyyət vəsiqəsini təqdim et” düyməsinə keçid etməlisiniz. Yalnız Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi qəbul edilir (xarici pasport deyil).
Şəkil və ya şəxsiyyət vəsiqəsinin skan versiyasını yükləyin. Fotoşəkildə parıltı olmamalıdır, məlumatlar aydın şəkildə oxunmalıdır. Görüntü formatı: JPG, PNG, PDF.
Yoxlama nəticələrini gözləyin, adətən proses, 1 iş günü ərzində tamamlanır. Bundan sonra sizə (müvəffəqiyyətli yoxlamadan sonra) “Şəxsiyyət vəsiqəsi təqdim edildi” fərqlənmə nişanı veriləcək.
Sənədlərə tətbiq edilən tələblər hansılardır?
Yalnız Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi qəbul edilir (xarici pasport deyil). Fotoşəkildə parıltı olmamalıdır, məlumatlar aydın şəkildə oxunmalıdır.Qrafik proqramlardan istifadə etməyin. Görüntü formatı: JPG, PNG, PDF.
Yoxlamanı keçməmək olar?
AzDO-da sənədləri təsdiq etməyənlər xidmətdən adi qaydada istifadə edə bilərlər, lakin onların təklifləri təsdiq edilmiş İcraçıların cavablarının altında göstəriləcəkdir.
Yoxlanılmış İcraçı statusu verilməsində niyə imtina edildi?
Yoxlama məlumatlarınızı təsdiq etmədi, səhv və ya şübhəli hesab etdi. Dəstək xidmətində imtinanın səbəbini hər zaman aydınlaşdıra bilərsiniz.
Zəmanətlərimiz
Azdo xidməti tərəfindən təklif edilən təhlükəsizlik zəmanətləri hansılardı?
Biz, Azdo-nun İcraçısı olmaq istəyən bütün namizədləri əsaslı olaraq yoxlayırıq.
İcraçıların qeydiyyatı bir neçə mərhələdən ibarətdir:
• qeydiyyat formasının doldurulması – telefon, e-poçt, sosial şəbəkələrdə hesablar
• profilin etibarlı şəxslər (ən azı 2 nəfər) tərəfindən təsdiq edilməsi
• onlayn rejimində testdən keçirilmə (İcraçıların servisdəki şərtlər və qaydalarının bilib-bilmədiklərini müəyyən etmək üçün)
• şəxsiyyət vəsiqəsinin təsdiqi Bundan sonra istifadəçiyə İcraçı statusu verib-verməməsinə dair qərar verilir. İş prosesi zamanı İcraçı Azdo-nun Sifarişçilərindən 3-dən çox mənfi rəy alarsa, İcraçı bərpa imkanı olmadan öz statusundan məhrum olunur.
Yoxlama necə keçirilir?
Azdo-nun ən önəmli vəzifələrindən qarşılıqlı etibar əsasında fəaliyyət göstərən İcraçılar və Sifarişçilər icması yaratmaqdır.
İcraçının orta reytinqini süni şəkildə artıran etibarsız rəylər, Sifarişçiləri aldadır və nəticədə etibarlı İcraçıların işini çətinləşdirir. Buna görə biz tamamlanmış tapşırıqların bütün rəylərin düzgünlüyünü yoxlayırıq.
Yoxlama necə keçirilir
Azdo-da rəylərin tərkibində etibarsızlıq əlamətlərini təyin edən xüsusi bir alqoritm tətbiq olunur. Onlar müəyyən edildikdə, sistem, istifadəçi rəylərinin doğruluğunu yoxlayan moderatorlara, müvafiq siqnal göndərir.
Həmçinin, bütün aktiv İcraçıların rəyləri müntəzəm şəkildə yoxlanılır. Rəylərində etibarsızlıq əlamətləri aşkarlanan istifadəçilərin hesablarına xəbərdarlıq göndərilir. İstifadəçinin profilindəki rəylərin bir hissəsi süni şəkildə artırılıbsa, o zaman onun profili bərpa imkanı olmadan bloklanır!
Süni artırılma — etibarsız rəy yazmaq və ya almaq məqsədləri ilə tapşırıqların yaradılması və bununla reytinqə və Azdo-nun orta qiymətinə süni təsir göstərmək.
İstifadəçi profili yalnız qaydaların pozulması təsdiqləndikdən sonra bloklanır. Bu məlumat müxtəlif yollarla bir neçə dəfə yoxlanılır. Blok üçün kifayət qədər dəlil yoxdursa, o zaman biz istifadəçinin profilə daxil olmasına maneə olmuruq, ilk növbədə süni artırılma əlamətlərinin aşkar olunması barəsində xəbərdarlıq məktubu göndəririk.
İstifadəçinin profilindəki pozuntu əlamətlərini aşkarlasaq, biz əvvəlcə xəbərdarlıq göndərəcəyik və sonrakı fəaliyyətini izləyəcəyik. İstifadəçi heç bir məhdudiyyət olmadan işə davam edə bilər. Ən əsası qaydaları pozmayın.
Unutmayın ki, əgər sizin profiliniz sadə xəbərdarlıq deyil artıq blok edilibsə, o zaman servisə qayıtma şansınız olmayacaq!
Loyallıq proqramı
Servisin loyallıq proqramı nədir və nə üçün lazımdır?
Biz, Azdo-nun istifadəçilərlə qarşılıqlı münasibətlərini möhkəmləndirmək üçün maraqlı loyallıq proqramı hazırlamışıq. Loyallıq proqramının köməyi ilə siz sadəcə servisimizdə fəallığınıza görə əlavə bonuslar ala biləcəksiniz.
Loyallıq proqramının üstünlükləri nədən ibarətdir?
Azdo-nun İstifadəçiləri üçün loyallıq proqramının əsas üstünlükləri – servisdə fəallığa görə bonusların toplanılması, servisin xidmətlərinə görə ödənişi bonuslar vasitəsilə etmək imkanı, eləcə də müxtəlif aksiyalarda iştirakdır.
İstifadəçilər üçün bonuslar
Bonus nədir və onu necə almaq olar?
Bonus – manat kimi pul vahididir, lakin bonusdan yalnız Azdo servisində istifadə etmək olar. Servisdə fəallığına görə hər istifadəçi əlavə bonuslar alır.
Bonus nəyə görə verilir?
Qeydiyyatdan keçmiş istifadəçilərə verilir və əldə etdiyiniz abonementlərin və tapşırıqları yerinə yetirmək üçün ödənilən ödənişli təkliflərin dəyərinin 1% -ni təşkil edir.
2-ci ay – standart bonusa +1%
3-cü ay – standart bonusa +3%
4-cü ay – standart bonusa +5%
5-ci ay – standart bonusa +7%
6-cı ay və artıq – standart bonusa +9%
Beləliklə, toplam bonusların maksimum dəyəri əldə edilən abonementlərin və ödənişli təkliflərin dəyərinin 10% -ni təşkil edir.
Ötən ay ərzində Azdo-da 4 və daha artıq reytinqlə, 3 və daha artıq tapşırığı yerinə yetirən istifadəçi dinamik ekstra-bonus əldə edir.
Ay ərzində müvafiq sayda tapşırıq yerinə yetirilmədiyi halda dinamik ekstra- bonus sıfırlanır.
Bonus balları “Dəvət et və Əldə et” proqramı çərçivəsində də qazanıla bilər. Daha ətraflı burada oxuya bilərsiniz.
Bonuslar hesaba nə vaxt daxil edilir?
Bonusların hesaba daxil edilməsi hər ay, hesabat ayından sonrakı ayın 15-ci günündən gec olmayaraq həyata keçirilir.
Bonusları necə xərcləmək olar?
Qazandığınız bonusları yalnız Azdo servisində xərcləyə bilərsiniz. Misal üçün, bonuslardan tapşırığın yerinə yetirilməsi üzrə təklifin ödənilməsi və ya abunəliyin ödənişi/uzadılması üçün istifadə etmək olar.
Qazanılmış bonusu nağd pula çevirmək olarmı?
Xeyr. Qazanılmış bonusları yalnız bizim servisimizdə xərcləyə bilərsiniz. Bonusu nəyə xərcləyə biləcəyiniz haqqında daha ətraflı məlumatı buradan oxuya bilərsiniz.
Mənin hesabıma bonus daxil edilməyib, nə etməliyəm?
Əvvəlki aya görə bonus almalı olduğunuzu hesab edirsinizsə, lakin hesabınıza hələ də bonus daxil olmayıbsa Azdo-nun dəstək xidmətinə müraciət edin.
Bonusların ödənilməsi üçün minimal məbləğ mövcuddurmu?
Bonusların minimal və maksimal məbləği üzrə məhdudiyyət yoxdur.
Bonuslar toplaya bilərəmmi və bonusların qüvvədə olma müddəti nə qədərdir?
Bonuslarınızdan istənilən an istifadə edə bilərsiniz. Halbuki, bonusların qüvvədə olma müddəti 12 ay təşkil edir.
Topladığım bonusları başqa istifadəçiyə ötürə bilərəm?
Xeyr. Qazandığınız bonusları yalnız özünüz xərcləyə bilərsiniz.
Yerinə yetirilmiş tapşırıqların ödənişini bonuslarla həyata keçirmək mümkündür?
Xeyr. Yerinə yetirilmiş tapşırıqlara görə Sifarişçi İcraçıya pul ilə ödəniş edir. Bonusları isə yalnız servisdə xərcləmək mümkündür. Bonusları necə xərcləyə biləcəyiniz haqqında daha ətraflı məlumatı buradan oxuya bilərsiniz (“Bonusları necə xərcləməli” bölməsinə aktiv link).
Axtarışınız üçün nəticə yoxdur, xahiş edirəm başqa bir şeylə sınayın.
Wikipedia hesabı necə yaradılır
Vikipediyanı redaktə edərkən daha anonim olmaq istəmisinizmi? Və səhifələri köçürə və izləmə siyahısına sahib ola bilərsinizmi? Bütün bunlar Vikipediyada hesab yaratmaqla mümkündür və bu təlimat sizə bunu etməyə kömək edəcək! Yalnız bir dəqiqə çəkir!
addım
- “Daxil ol / hesab yarat” linkinə klikləyin Vikipediya saytının yuxarı sağ küncündə.
- Əsl adınızı silin. Heç kim bilmir. Onu anaqrama çevirin, yəni bu sözlər yenidən düzəldilə bilər, bu halda əsl adınızdır.
- Sosial mediaya baxın. Əgər sosial media hesabınız varsa, sosial media istifadəçi adınızla eyni istifadəçi adından istifadə edə bilərsiniz (əgər alınmayıbsa), lakin məşhur istifadəçisinizsə, bunu etmək istəməyə bilərsiniz.
- Yaradıcı düşün. Kompüter, dil, biznes və s. daxil olmaqla hər hansı bir ehtirasınız varmı? Maraqlarınıza uyğun istifadəçi adı seçin.
- Başqa şirkəti təbliğ edən, sizi vandal kimi qeyd edən, idarəçini təqlid edən və ya sadəcə bezdirici istifadəçi adı seçməyin. Onlar tez bloklanır.
İcma sualları və cavabları
Futbol profilimi Vikipediyaya necə yükləyə bilərəm?
Birincisi, diqqətəlayiq bir insan olduğunuzdan əmin olun. (Bunu dəstəkləyən mənbələriniz olmalıdır, əks halda o, spam sayılır və silinməsi təklif olunur.) Sonra növbəti addımlarla bağlı kömək üçün Vikipediya məqaləsinin yazılması ilə bağlı məqaləni oxuyun.
E-poçtum rədd edilərsə nə etməliyəm?
Mən niyə Vikipediya hesabı yaratmalıyam?
Vikipediya hesabı yaratmaq üçün pul ödəməliyəmmi?
Mobil telefonlardan istifadə edərək Vikipediya hesabları yaratmaq mümkündürmü?
Vikipediya hesab yaratmaq üçün istifadə olunan e-poçtu ictimaiyyətə açıq şəkildə göstərirmi?
Niyə bəzi ölkələr üçün Vikipediya hesabına qeydiyyatdan keçmək qadağandır?
Vikipediyada fərdlər və ya şirkətlər üçün təsdiqlənmiş istifadəçi hesabı yaratmaq mümkündürmü (sosial mediada, mavi işarəli olanlar kimi)? Əgər belədirsə, mən belə bir hesabı necə yarada bilərəm?
Niyə mənim Vikipediya hesabım Google-da görünmür?
Vikipediya səhifəsinə sahib olmağın qiyməti nə qədərdir? Mən özüm konfiqurasiya edə bilərəm, yoxsa Vikipediya onu quraşdırır?
Məsləhətlər
- E-poçt digər qeydiyyatdan keçmiş istifadəçilərə e-poçt vasitəsilə sizinlə əlaqə saxlamağa və parolun bərpasına imkan vermək üçün oradadır. Wikimedia Fondu, Vikipediyanın sahibi.
- IP-niz bloklanıbsa və ya siz CAPTCHA-nı tamamlaya bilmirsinizsə, lütfən accounts.wmflabs.org ünvanında hesab tələb edin.
- İstənilən dildə Vikipediya hesabı yaratmaqla siz istənilən başqa dil və Wikimedia layihəsi üçün eyni giriş məlumatından istifadə edə bilərsiniz.
- Yəni bir hesab avtomatik olaraq təsdiqlənir faylları yükləyə və yarı qorunan səhifələri redaktə edə bilər. Qeydiyyatdan sonra dörd gündən sonra (əlavə 10 redaktə) hesab avtomatik olaraq təsdiqlənir.
- E-poçt ünvanınızı buraxmaq istəmirsinizsə, yenisini yarada bilərsiniz, məs. Gmail-də.
- Qeyri-İngilis Vikipediyasında hesab yaratmaq istəyirsinizsə, lakin hələ də Vikipediyada ingilis dilində olan mətni oxuyursunuzsa, burada yaxşı məlumat var: giriş səhifəsində (hesab səhifəsi yaratmayın, lakin bundan əvvəlki səhifə) tez-tez Vikipediya dilində bir sıra “Başqa dillər”. Dil adı dildə yazılır (məsələn, ingiliscə ingiliscə yazılır, fransızca fransızca yazılır). Dilinizə klikləməklə mətni dilə dəyişir.
- Düzgün istifadəçi adı ilə bağlı çoxlu məsləhətlər var. Bu, “Addımlar” bölməsində verilmişdir, lakin bunları yenidən oxuyun Əvvəl hesab yaradın. Məsləhətlərə əməl etməsəniz, Vikipediyanı redaktə etmək sizə bloklana bilər.
Xəbərdarlıqlar
- Unutmayın ki, hesabınız yaradıldıqdan sonra o bilməz silindi. Əgər məxfilik səbəbi ilə köhnə hesabınızdan imtina etmək qərarına gəlsəniz, sadəcə olaraq köhnə hesaba qoşulmadan yeni hesab yaradın. Köhnə hesabınızın bloklanma və ya qadağalar kimi heç bir cəza almadığını yoxlamaq üçün diqqətli olun, çünki yeni hesab yaratsanız və eyni redaktə davranışını göstərsəniz, yeni hesabınızın bloklanması riski daşıyırsınız.
- Əsl adınızı istifadəçi adı kimi istifadə etmək istəyirsinizsə, diqqətlə düşünün. Unutmayın ki, İnternetə çıxışı olan hər kəsin sizin adınıza çıxışı var.
- Heç vaxt Şifrənizi kiməsə verin. Əgər kimsə hesabınıza nəzarəti ələ keçirərsə, yəqin ki, siz bunu sübut edə bilməyəcəksiniz və buna görə də hesabınıza nəzarət edən şəxsin ondan istifadə etdiyinə görə yəqin ki, siz cavabdehsiniz.
VERGİLƏR
Əmək qanunvericiliyinə əsasən, əmək stajı, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və uşaqlı qadınlara görə əlavə məzuniyyətlər nəzərdə tutulur. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqı saxlanıldığı dövrlər daxil edilir. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Əvvəllər işçiyə bir müəssisədə çalışdığı əmək stajına uyğun olaraq əlavə məzuniyyət müəyyən edilirdi. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran “bir müəssisədə” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.
Konstitusiya Məhkəməsi bu qərarını onunla izah edib ki, eyni əsaslarla işə qəbul olunmuş, eyni iş vaxtını işləmiş və eyni şəraitdə fəaliyyət göstərmiş, lakin əmək qanunvericiliyində nəzərdə tutulan əmək stajını bir müəssisədə deyil, bir neçə müəssisədə əldə edən işçi isə həmin əlavə məzuniyyətdən məhrum olunur. Bundan əlavə, işçilərin bir müəssisədə fəaliyyətini uzun müddət fasiləsiz davam etdirməsi bəzi hallarda onların istək və arzularından asılı olmur.
Deməli, Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, işçinin ümumi əmək stajına görə əlavə məzuniyyət aşağıdakı kimi tənzimlənir:
- beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;
- on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;
- on beş ildən çox əmək stajı olduqda – 6 təqvim günü.
Misal 1. Tutaq ki, “A” MMC-nin rəhbər işçisinin ümümi iş stajı 7 ildir və yeni başladığı təşkilatda cəmi 2 il iş stajı var. Bu zaman işçiyə hesablanan məzuniyyət günü 32 gün (30 (əsas məzuniyyət) + 2 (əmək stajına görə əlavə məzuniyyət) olacaq.
Bir məsələni xüsusi vurğulayaq ki, əmək stajına görə əlavə məzuniyyət hüququ əmək məzuniyyəti 30 gündən yuxarı olan şəxslərə şamil edilmir.
Misal 2. Tutaq ki, məktəbdə müəllim vəzifəsində çalışan işçinin ümumi əmək stajı 20 ildir. Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 gün müəyyən edilib. Amma işçinin 20 il stajı olmasına baxmayaraq, 6 təqvim günü müddətində əlavə məzuniyyət tətbiq edilmir. Çünki Əmək Məcəlləsinin 116-cı maddəsinin tələbləri pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə şamil olunmur.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.