Press "Enter" to skip to content

YouTuber”lər nə qədər pul qazanırlar

Prosesin tam bitdiyinə əminsinizsə, qeyd olunan faylların sonluğunu bütövlükdə seçib, File menyusundan Quick Export seçimini edərək, hazırladığınız videonu birbaşa YouTube-a eksport edə bilərsiniz.

Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

Video hazırlayıb, Youtube üzərindən biznes qurmağa hər adam cəsarət etmir. Bunun bir sıra səbəbləri var. Ola bilsin ki, kimsə video hazırlaya bilmir, başqa biri özünü kamera önündə xarizmatik hesab etmir, digəri video hazırlamaq prosesini uzun və sıxıcı iş hesab edir və yaxud hazırlamaq istəsə belə, nəyi necə edəcəyini bilmir.

Bu işdə əsas məsələ Youtube-dan pul qazana bilmək üçün yaxşı bir niş tapmaqdır. Bu yazımda sizinlə YouTube-dan asanlıqla pul qazanmaq üçün 2 niş sahə, video hazırlamaq proqramları, mənbələr və videonun hazırlanması prosesi barədə məlumat verəcəyəm. Nəzərinizə çatdırım ki, tanıdığım yoldaşlar bu üsulla aylıq 20000$+ Youtubedan gəlir əldə edirlər.

OxşarYazılar

Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?

Hazır online biznesləri harada alıb-satmaq olar?!

Drop servicing biznesi – Hardan və necə başlamaq olar?!

Əlbəttə ki, sizə “bir gecədə varlanacaqsınız” sözünü verə bilmərəm. Çünki varlanmağın yolu istənilən halda işləməkdən keçir. Youtube alqoritminin sizi qəbul etməsi üçün davamlı olaraq həftədə bir neçə video paylaşmalısınız. Bu davamlılığın nəticəsində videolardan biri axır ki, sizin istədiyiniz baxış sayını qazanacaq.

Niş 1 – Meditasiya videoları

Meditasiya videolarına baxdıqda görürük ki, videolar sadə bir şəkil, mikrofonla səslənmə və sakitləşdirici musiqidən ibarət olur. Belə videolar müxtəlif uzunluqlu, bəzilərində fonda təbiət səsləri olan videolardır ki, bəzən 100 000-lərlə baxış qazanır. Videolara baxdıqda görə bilərsiniz ki, eyni şəkil bütün video boyunca dəyişməz olaraq qalır. Social blade-də bir meditasiya kanalından olan videonun təhlilini aparsaq görərik ki, bu videonun aylıq olaraq 7000-60.000 arası baxış sayı var.

Nümunə kimi digər bir kanalı nəzərdən keçirək. Bu kanal davamlı olaraq videolar paylaşır. Hətta şəkli skrin etdiyim vaxt eyni zamanda 18 canlı yayım gedirdi. Bu davamlılığın nəticəsidir ki, kanal aylıq 48.300 – 416 500$ gəlir əldə edir.

Niş 2 – Statistik videolar

Statistika insanlara həm qısa və konkret, həm də dəqiq məlumat təmin edir. Bu səbəbdən də statistikaları izləmək həmişə maraqlıdır. Statistika videolarının qazandığı baxış sayını bilmək üçün Youtube-da Data Ranker, Ranking Man, Animated Stats, Wawamu Stats, Data is Beautiful və s.kanallara göz atın. Buradakı videolar gün ərzində 100 000-lərlə baxış sayı və aylıq 20 000 dollara qədər gəlir qazandırır.

Əlbəttə, sual yaranacaq ki, fon musiqisini, şəkilləri və ssenarini hardan götürmək olar? Belə videoları hazırlamaq üçün aşağıdakı addımlara nəzər salın.

Freelancer-lərlə iş

Fiverr.com saytına gedib, bu işi sizin üçün görə biləcək freelancer-ləri tapa bilərsiniz. Məsələn, “Meditation script” yazıb, axtarış verin. Burada çox ucuz qiymətə sizin üçün meditasiya ssenariləri yazan, səsləndirməni həyata keçirən, fon videosu və şəkilləri hazırlayan bir çox təkliflər çıxacaq. Bu xidmətlərin hər hansı birindən və ya hamısından birdən 5-30$ arası qiymətlərə yararlana bilərsiniz.

Heç pul xərcləmədən, işləri özünüz həyata keçirmək istəyirsinizsə, növbəti addımlara baxın.

Şəkil seçimi

Pexels və ya Unsplash saytlarında istifadə edə biləcəyiniz minlərlə pulsuz və müəllif hüquqlarından azad şəkil və videolar var. Axtarış yerində müvafiq açar sözlərini yazmaqla videoya uyğun xeyli pulsuz şəkil, video seçib yükləyə bilərsiniz.

Flourish

Flourish.studio ölkələr üzrə statistikaları tapıb, ödənişsiz yükləyə biləcəyiniz statistika portalıdır. Burada tamamilə müxtəlif sahələr üzrə statistik videoları seçə bilərsiniz. İnsanların daha çox hansı məlumatlara ehtiyacı olduğunu öyrənmək üçün ilk 10 videonu tamamilə müxtəlif sahələr və növlər üzrə seçin. Bundan sonra, videonu ekrandan çəkərək, paylaşacağınız videoda istifadə edin.

Bəs ekrandan videonu necə çəkmək lazımdır?! – Bunun üçün Obsproject saytından istifadə edə bilərsiniz. Proqramı laptop-a yükləyərək çox asan üsulla ekran videsunu çəkmək olar.

Səs effektləri

Növbəti addım video üçün lazımlı audionu tapmaqdır. Bilirsiniz ki, YouTube istifadəçilərə müəllif hüququ olan bir sıra audioları öz videolarında istifadə etməyə icazə vermir. YouTube-da şəkildə qeyd olunan linkə daxil olaraq, siz audionu pulsuz yükləyib öz videonuz üçün istifadə edə bilərsiniz. Bu linkdə həmçinin audio növlərinə görə seçim etmək, audionu yükləmədən öncə dinləmək də mümkündür. http://youtube.com/audiolibrary/music

Digər bir mənbə isə Soundjay portalıdır. Siz tamamilə pulsuz olaraq bu saytdakı mp3 səsləri (yağış, şəlalə, quş səsləri və s.) yükləyərək, öz videonuzda istifadə edə bilərsiniz.

Əlavə mənbələr

Əlavə mənbələr tapmaq üçün sizinlə bir neçə ipuclarını paylaşa bilərəm.

Birincisi, baxış sayı çox olan videoların təsvir hissəsində çox zaman mənbə qeyd olunur. İnanın ki, burada siz hər zaman yeni və maraqlı mənbələr kəşf edə biləcəksiniz.

İkincisi, Reddit sosial şəbəkəsində minlərlə video nümunələri var. Bu video nümunələrini yenə də Obsproject -in köməyilə istifadə edə bilərsiniz.

Üçüncü və ən böyük təklifim isə hazırlayıb, bloqumda paylaşdığım Dizayn işlərinizi asanlaşdıracaq 200+ resurs yazısını mütləq nəzərdən keçirməyinizdir. Burada siz, adından da göründüyü kimi, dizaynla bağlı 200-dən artıq mənbə tapacaqsınız.

Video editor

DaVinci Resolve 16 adlı pulsuz proqramı yükləməklə videonuzu çox sadə və sürətli üsulla hazırlaya bilərsiniz.

Beləliklə, DaVinci Resolve 16-nin pulsuz versiyasını yükləyirsiniz. Proqram yükləndikdən sonra onu açıb, aşağıdakı şəkildəki kimi Yeni Layihə yaradırsınız.

Ekranda videonu hazırlayacağınız editor sahəsi açılacaq. Öncəki mərhələlərdə yüklədiyiniz audio və şəkli dartaraq ekranın sol yuxarı küncündə olan sahəyə atırsınız. Faylları bu sahəyə atdığınız zaman açılan pop-up pəncərəsində “change” komandasını verirsiniz. Çünki siz yüklədiyiniz audio və visual faylları bu proqramda dəyişəcəksiniz.

Növbəti addımda şəkil/video və audionun eyni video içərisində yer ala bilməsi üçün həmin şəkil və audionu mouse-un kursoru ilə dartaraq, timeline-a yükləyirsiniz.

Yüklədiyiniz videonun özündə səs varsa, faylın yanındakı “lock” işarəsinə vurursunuz, alt qata avtomatik düşmüş audio faylın üzərinə klikləyərək “delete” işarəsini vurun. Bu zaman video qalacaq, videonun səsi isə silinəcək.

Bundan sonra, siz ayrıca yüklədiyiniz mp3 faylı editora əlavə edə bilərsiniz. Audio faylın həcmi şəkildən daha böyükdürsə, şəklin bütün video boyunca fonda qalması üçün onu audionun uzunluğuna uyğunlaşdırmalıyıq. Bunu da çox sadə üsulla həyata keçirmək olar. Belə ki, kursor ilə şəklin sağ küncündən tutaraq, audionun bitdiyi yerə qədər dartmaq lazımdır.

Şəkil, səs effektlərini bir-birinə uyğunlaşdırılması işini bitirdinizsə, indi ümumi videonun daha yaxşı görünməsi üçün burada şəklin küncündən dartaraq ekranın kənarlarına tam uyğunlaşdıra bilərsiniz.

Video faylı səsdən kiçik olduqda

uzatma prosesini bir az fərqli həyata keçirməli olacağıq. Videonu dartıb uzatmaq mümkün olmadığına görə onu kopyalayıb, ardına yerləşdirməliyik. Lakin bu zaman diqqətli olmaq lazımdır. Çünki adətən videonun əvvəlindəki görüntü effekti ilə axırlara doğru olan effekt fərqli olur.

Məsələn, əgər yağış videosudursa, videonun əvvəlində daha sakit, sonlarında isə daha sürətli ola bilər. Bu zaman siz eyni videonu kopyalayıb, bitmiş videonun ardına yerləşdirdikdə görüntüdə kəskin qırılma baş verəcək. Bizə isə izləyicini rahatladan səs və görüntü lazımdır. Kəskin qırılmanın qarşısını almaq üçün birinci videonun arxasına kopyalayıb yerləşdirdiyimiz ikinci videonu güzgü effekti ilə çevirmək lazımdır.

Bunun üçün ikinci videonun üzərində mouse-un sağ düyməsini sıxıb, “change clip speed” seçimini etmək, bundan sonra isə açılan yeni pəncərədə “reverse speed” komandasını verərək “change” düyməsini sıxmaq lazımdır. Bu üsulla videonun müddətini istədiyimiz qədər uzada bilərik.

Audio effektin uzadılması üçün

yerləşdirdiyiniz audionu kopyalayaraq, alt qatda birinci audio bitməmiş, bir az öncəki yerə yerləşdirirsiniz. Çünki audio bitdikdən sonra ikincisi yerləşdirilsə, yenə də səsdə qırılma hiss oluna bilər. Bitməmiş yerləşdirildikdə isə ikinci səsə keçid hiss olunmur.

Danışığı da eyni qaydada audiodan aşağı hissəyə əlavə etmək mümkündür.

Videonu bitirmək istədiyiniz yeri mouse-un kursoru ilə işarələyib, qalan hissəni sağ düymə vasitəsilə silmək olar. Sona çatdınızsa, audio və video görüntünü yumşaltmaq, bununla da videonun bitməsi mesajını vermək lazımdır. Bunun üçün yenə də mouse-un kursoru vasitəsi ilə video və audionun sonluğunu dartaraq azaltmaq lazımdır. Nümunə üçün şəklə baxın.

Belə olduğu halda görüntü yavaş-yavaş qaralacaq, səs isə azalacaq.

Prosesin tam bitdiyinə əminsinizsə, qeyd olunan faylların sonluğunu bütövlükdə seçib, File menyusundan Quick Export seçimini edərək, hazırladığınız videonu birbaşa YouTube-a eksport edə bilərsiniz.

Şəkillər sürətli açılması üçün sıxışdırılıb, buna görə azca keyfiyyətsiz görünə bilər. Tezliklə, yazılarımın video variantınıda hazırlayacam.

Satış etmək

Davamlı video yerləşdirdikdən sonra 100 minlərlə baxış sayı qazanacaqsınız.

Bəs pul necə? Qazanmaq olacaq? Deməliyəm ki, bu elə də asan iş deyil.

Buna görə də yerləşədirdiyiniz videolarda məhsul satmağı sizə məsləhət görərdim. Məhsul hazırladığınız meditasiya videosunun elə özü ola bilər. Bunun üçün Sellify adlı portalda video məhsulunuzu sata bilərsiniz. YouTube reklamlarından qazana biləcəyinizdən daha artığını bu saytda qazana bilərsiniz.

Əgər öz məhsulunuz yoxdursa, Clickbank saytına gedib, Manifest axtarışını həyata keçirirsiniz.Xatırladım ki, Clickbank Azərbaycanı dəstəkləmir.Bunun üçün ip-nizi VPN ilə dəyişib qeydiyyat ola bilərsiniz.Clickbankda axtarış nəticələri çıxdıqdan sonra isə məhsulları “Gravity” görə filterdən keçirirsiniz.

Şəkildən göründüyü kimi məhsulda Gravity 178.09 xal, hər satışa görə isə 34.92$ qazanc əldə edə bilirsiniz. Sizin etməli olduğunuz Promote düyməsinə klikləməkdir. Açılan pəncərədə istifadəçi adınızı qeyd edib, link yaradırsınız. Həmin linkə kimsə klikləyib məhsulu satın alsa, sizin qazancınız 34.92$ olacaq.

Bu üsul marketing-də Affiliate marketing adlanır. Yəni, kiminsə məhsulunun üçüncü şəxsə satılmasında vasitəçi rolu oynayaraq gəlir əldə etmək olar. Bu bizneslə maraqlanırsınızsa, Amazon Affiliate mağazası ilə bağlı yazımı da oxuyun.

Sonda demək istəyirəm ki, asan yolla xeyli sayda YouTube videoları hazırlamaq mümkündür. Ən yaxşısı oxşar məşhur kanallardan birini özünüzə nümunə götürüb, ən çox baxış sayı olan videolara bənzərini özünüzün yaratmağınızdır. Kanalda olan şəkil, video və audioların eynisini tapmaq məsləhət deyil. Öz məhsulunuzu yaratmaq sizə daha çox üstünlük gətirəcək. YouTube kanalı yaratmaq və tanıtmaq yollarını isə bloqumda oxuyun.

“YouTuber”lər nə qədər pul qazanırlar?

Son illərdə “YouTube” videolarının yaradılması hobbidən peşəyə çevrilib. İldən-ilə yüzlərlə istifadəçi bu platformanı əlavə, hətta əsas qazanc mənbəyi kimi istifadə edir. Pulu isə blogerlərə milyonlarla baxış və izləyicilər qazandırır.

Gununsesi.org bildirir ki, 24 Media blogerlərin “YouTube” platformasından nə qədər gəlir əldə etdiklərini və burada qazanc əldə etməyin hansı üsullarının olduğunu öyrənməyə çalışıb.

Qazancın əsas mənbəyinin videoçarxların əvvəlində və ya sonunda göstərilən reklamların olduğu bildirilir. Buna görə, getdikcə daha çox insan öz bilik və bacarıqlarını xüsusi investisiya qoymadan əlavə və hətta əsas gəlir mənbəyinə çevirmək fürsətindən istifadə edir. Belə ki, indiki dövrdə hər bir insanın video çəkərək “YouTube” platformasına yükləməsini asanlaşdıran cihazlar mövcuddur. Yaşından və peşəsindən asılı olmayaraq tələbələr, iş adamları, təqaüdçülər, bir sözlə, hamı “YouTube”da pul qazana bilər.

Kanala yerləşdirilən videoçarxlara görə ödənilən məbləğ bir çox amillərdən asılıdır – orta hesabla 1000 baxış üçün bir video blogun sahibi 0.7-1.5 dollar qazanır. Statistikaya əsasən, əksər video blogerlər, ayda 500 dollar ətrafında gəlir əldə edir. Gəlirin 1000 dolları keçməsini təmin etmək üçün aylarca sərf edilən zəhmət və müəyyən biliklər tələb olunacaq. Yalnız bundan sonra sizi peşəkar “money maker” adlandırmaq olar.

Kanalına 100 min abunəçi və eyni sayda izlənmə əldə edən platforma istifadəçiləri kifayət qədər ciddi məbləğ qazanma imkanına malikdirlər. Sutka ərzində minimum 100 min baxış üçün kanal gündə 50-150 dollar arasında qazanc əldə edə bilər. Ay ərzində bu qazanc 1500-4150 dollar ətrafında dəyişə bilər

Video çəkilişdən (video hostinq) əldə edilən qazanc ilk növbədə bloq üçün seçilmiş mövzuya bağlıdır. Siyasət, biznes, tikinti, tibb və turizmin ən çox gəlir qazandıran sahələr olduğu hesab olunur. Bloqun mövzusu nə qədər uğurlu olarsa, burada yerləşdirilən reklamlar daha baha olmaqla daha çox gəlir qazandıra bilər. Buna görə də cəlbedici mövzularda məzmun yaratmaq daha məqsədəuyğundur.

Videonun başlıqları və təsvirləri üçün düzgün seçilmiş açar sözlər də vacibdir. Bununla da istifadəçilərin sizin videolarınızı asanlıqla tapmalarına kömək edəcəksiniz və zaman keçdikcə onları daimi abunəçilərinizə və kanalınızın izləyicilərinə çevirə biləcəksiniz.

Kanalın müntəzəm olaraq yenilənməsi də “YouTube”da daha çox pul qazanmağınıza kömək edəcəkdir.

Dünya statistikasını nəzərə alsaq deyə bilərik ki, “YouTube” platforması ingilis dilli auditoriya üçün paylaşılan videolara daha çox pul ödəyir. Belə ki, Amerika Birləşmiş Ştatlarında 1000 izlənməyə ödənilən məbləğ 1.5-2 dollar arasında dəyişirsə, MDB ölkələrində bu rəqəm 0.2- 0.5 dollar ətrafındadır.

“YouTube”un reklam, abunəçi, və izlənmə sayına görə ən çox pul ödədiyi ölkələr bunlardır:

2. Böyük Britaniyada

Azərbaycana gəlincə isə bu rəqəmlər kəskin azalır. Sosial media mütəxəssisi Türkan Əkbərlinin sözlərinə görə, bir çox ölkələrdə istifadəçilər yerləşdirdiyi kontentdən ciddi məbləğ qazana bilər, lakin Azərbaycan kiçik ölkə olduğundan digər ölkələrə nisbətən platforma tərəfindən daha aşağı “kafisentlə” qiymətləndirilir:

“Son dövrlərdə məşhurluq qazanan “Like Nastya” kanalının abunəçilərinin sayı 50 milyonu ötüb və bu kanalın illik gəliri 20 milyon dollar təşkil edir. Bu gəlir sadəcə balaca qızcığazın atası ilə paylaşdığı əyləncə videolarından əldə edilir. Çünki videolarda izlənmə sayı bəzən 500 milyonu ötür. Təbii ki, Azərbaycanda belə izlənmə sayından söhbət belə gedə bilməz. Qonşu ölkə Türkiyədə “youtuber”lər isə dövlətə vergi ödəmədən milyonlarla pul qazanır. Misal üçün Kerimcan Durmaz aya 350 000 TL (təxminən 52 min dollar) pul qazanır. Bizdə isə buna görə xəbərdarlıq belə etmədən bank hesabı avtomatik vergi çıxır. Baxmayaraq ki, yerli blogerlərin gəliri kifayət qədər aşağıdır.

“Youtube”da şəxsi kanalı olan istifadəçilər, platformanın reklamlara icazə verdiyi təqdirdə pul qazanmağa başlayırlar. Həmin reklama kimsə açıb baxanda hər kanal sahibinin hesabına pul köçürülür. Lakin bizim ölkədə bu portaldan pul qazanmaq elə də asan deyil. Platforma əsasən baxış sayı çox olan kanallara reklam verir. Yəni, hər kanalı olan şəxs “Youtube”dan reklam ala bilməz”,– deyə mütəxəssis vurğulayıb.

Türkan Əkbərli bildirib ki, “Youtube”dakı reklamların da bir neçə növü var. Misal üçün buradan əldə edilən gəlir reklamın üzərinə edilən klikə görə də hesablana bilər, videoya sonadək baxılma şərti də qoyula bilər. Bundan əlavə reklam videosunun məcbur sonadək izlənilməsi funksiyası da aktiv edilə bilər.

Qeyd edək ki, hazırda Azərbaycanda daha çox gəlir əldə edən kanallar şou biznes əhlinə aid olan xəbərləri paylaşan “Youtube” kanallarıdır.

Gununsesi.org

“Youtube”dan necə və nə qədər pul qazanmaq olar? – VİDEO

Boş yerə deyilmir ki, indi internet zəmanəsidir. Bu gün evdə oturaraq internetdən kifayət qədər gəlir əldə edən şəxslər var. Bu gəliri bizə verəcək əsas platformalardan biri də yutubdur. Müxbirimizin həmsöhbət olduğu şəxs artıq illərdir bütün gəlirini bu platformadan qazanır. 9-a yaxın işçisi var. Nə etmək lazım olduğunu bir-bir açıqlayıb.

Bu gün internet üzərindən pul qazanmağın yolları çoxdur. Artıq bəziləri sosial şəbəkələrdən məhz bu məqsədlər üçün istifadə edir. Məsələn, youtub platforması gəlir əldə etmək üçün ən yaxşı məkanlardan biridir. Ancaq bunun da öz qaydaları var.

Bahadur Seyidov 5 ildən çoxdur ki, youtuber fəaliyyəti ilə işlə məşğuldur. Deyir ki, bu sahədə uğur qazanmaq istəyirsənsə, ilk növbədə alqoritmlərdən məlumatlı olmalısan. Çünki alqoritmlər publikanın reaksiyaları ilə müəyyənləşir. Yəni əgər 10 dəqiqəlik videonun 7-8 dəqiqəsinə baxılarsa, sizin videonuz daha çox önə çəkilir. Qoyduğunuz məzmunun isə youtube üçün fərqi yoxdur.

Bahadur Seyidovnın sözlərinə görə, gəlir qazanmaq üçün kanalın azı 1000 abunəsi, eyni zamanda 4 min saat izlənməsi olmalıdır. Bu limiti keçəndən sonra isə google adsense adlanan proqramdan qeydiyyatdan keçilməlidir.

Youtuber deyir ki, izləmə sayının artırılması üçün müxtəlif vasitələr də var.

Youtube müəllif hüquqlarının müdafiəsi üçün də müdafiə sistemi yaradıb. Belə ki, hər hansı oğurlanmış videonunkanala yerləşdirlməsi həmin kanalın bloklanması ilə nəticələnə bilər.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.