Press "Enter" to skip to content

Texniki baxış yoxlamaq | Texniki baxışdan keçmə qaydaları

Dəm qazı (və ya karbon monoksid – CO) oksigen çatışmazlığı şəraitində təbii qaz, kömür, benzin, mazut və s. yanacaq növlərinin yanması zamanı əmələ gəlir. Saglamolun.az bildirir ki, dəm qazı çox güclü zəhərdir, orqanizm boyu sürətlə yayılır, ürək, beyin, qan, əzələləri zədələyir, insanın tez bir zamanda həlak olmasına səbəb olur. Dəm qazının heç bir xüsusi iyi, rəngi və ya dadı yoxdur.

Dəm qazından zəhərlənmə. SİMPTOMLAR VƏ İLK YARDIM

Son vaxtlar dəm qazından zəhərlənmə ən tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir.

Dəm qazı (və ya karbon monoksid – CO) oksigen çatışmazlığı şəraitində təbii qaz, kömür, benzin, mazut və s. yanacaq növlərinin yanması zamanı əmələ gəlir. Saglamolun.az bildirir ki, dəm qazı çox güclü zəhərdir, orqanizm boyu sürətlə yayılır, ürək, beyin, qan, əzələləri zədələyir, insanın tez bir zamanda həlak olmasına səbəb olur. Dəm qazının heç bir xüsusi iyi, rəngi və ya dadı yoxdur.

Dəm qazından zəhərlənmə evin ventilyasiya sistemi pis işlədikdə, qaz sobası, hamam “kolonka”sı düzgün quraşdırılmadıqda və s. hallarda mümkündür.

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün evin ventilyasiya sistemi yaxşı işləməli, hamam otağında və mətbəxdə mütləq hava çəkən (“vıtyajka”) olmalı, mətbəxdə nəfəslik daim açıq qalmalı, hamam otağının qapısının aşağı hissəsində dəliklər açılmalıdır.

Dəm qazından zəhərlənmənin simptomları bunlardır:

– gicgahlarda nəbzin vurulması,

Daha ağır hallarda qıcolmalar, bayılma. Nəzərə almaq lazımdır ki, dəm qazından zəhərlənmiş insana vaxtında lazım olan yardım göstərilməzsə, o tez bir zamanda həyatını itirə bilər.

Dəm qazından zəhərlənmə zamanı ilk yardım:

– zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə)

– əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq

– ona yarıoturaq (!) vəziyyət vermək

– zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq

– qəhvə, tünd çay vermək (xəstə bayılmayıbsa).

Dəm qazından zəhərlənmənin ilk simptomlarında dərhal “təcili yardım” çağırın! Hətta yüngül zəhərlənmədən sonra insan mütləq həkimin müayinəsindən keçməlidir.

Saglamolun.Az

Texniki baxış yoxlamaq | Texniki baxışdan keçmə qaydaları

Texniki baxışdan keçmə hər bir avtomobil üçün zəruri bir prosesdir. Əgər avtomobil yeni avtomobildirsə, 4 ilin tamamında 5-ci ilində texniki baxışdan keçir. Məsələn: 2014-cü il istehsalı olan avtomobil 2019-cü ildə texniki baxış üçün müvafiq yerə aparılmalıdır. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər üçün 2 ildən bir texniki baxışdan keçmə zəruridir. Məsələn: 2012-ci ilin avtomobili 2017-ci ildə texniki baxışdan keçəndən sonra, növbəti texniki baxış müddəti 2019-cu il olacaqdır. İstehsal ilindən 10 il keçmiş avtomobillər üçün hər il texniki baxışdan keçmə çox önəmlidir.

Texniki baxış yoxlamaq önəmlidir mi?

Texniki baxış yoxlamaq prosesi istifadə müddəti 10-ili keçmiş maşınlar üçün artıq çox zəruridir. Əks təqdirdə bu vəziyyətdə olan avtomobillər sizin üçün ciddi problemlər yarada bilər. Bakıda Zabrat-Maştağa yolunda yerləşən texniki baxış məntəqəsi və bölgələrdə rayon DYP məntəqələri yaradılmışdır. Texniki baxış yoxlamaq üçün nəqliyyat vasitəniz aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:

1. Dəm qazı (Avro 2)

2. Şinlərin protektoru (1.6 mm)

3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa,brızqoviklər

4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq)

5 İşıqların saz vəziyyətdə olması . (İşıqları öncədən servisdə yoxlatdırıb rəsmi kağız alın. Birdən sizə texniki baxış zamanı “işıqlarınız nasazdır” desələr həmin kağız lazım olacaq)

6. Təhlükəsizlik kəməri

7. İşlək əyləc sistemi

8. Yağ və ya yanacaq sızması olmasın.

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması olmalıdır. Tibb çantasının tərkibi müvafiq siyahıya uyğun olmalıdır.

Qanuna əsasən texniki baxış üçün dövlət rüsumu sadəcə 20 manatdır. Yol vergisi yoxdur. 20 manatı bank, kassa,pos-terminal və online ödəmək mümkündür.

Texniki baxış qiyməti 2022

Texniki baxış qiyməti 2022-ci ildə bir qədər də yüksəlmişdir. Texniki baxış qiyməti avtomobilin ilindən və modelindən asılı olaraq müxtəlif ola bilər. Texniki baxış qiyməti 2022-də avtomobillərini texniki baxış səviyyəsinin artmasına düz mütənasib olaraq dəyişmişdir. Texniki baxış qiyməti 2022-də avtomobilləri üçün 30 azn , motosiklet tipli nəqliyyat vasitələri üçünsə 15 azn miqdarında müəyyən edilmişdir. Texniki baxış qiyməti yük maşınlarında yüklərinin çəksindən asılı olaraq müxtəlifdir.

ADDIM-ADDIM TEXNİKİ BAXIŞ YOXLAMAQ

  1. Texniki baxış məntəqəsinə gəldikdən sonra 15 boksdan birində dayanın. Bokslardan biri yük avtomobilləri üçündür. Orada durmaq lazım deyil.
  2. Avtomobilinizdə videoregistrator varsa,onu söndürməyi istəyəcəklər. Səbəb olaraq xüsusi əhəmiyyətli obyekt olduğunu deyə bilərlər. Cavab olaraq: xüsusi əhəmiyyətli obyekt olsa idi, mülki şəxslər buraxılmazdı. Lakin yenə gözlərinin qarşısında söndürün, daha sonra yenə yandırarsınız.
  3. İlk olaraq texniki passport və avtomobilin məlumatları yoxlanılır. İcbari sığorta,rəng şassı,ban nömrəsi, tibb çantası,yanğınsöndürən,qəza-durma nişanı və onların sazlığı yoxlanılır. Avtomobilin banındakı cızıq, üzlük, astar və s-nin olması nasazlıq sayılmır.
  4. Dəm qazının yoxlanılması. Ölçmə işi aparmazdan öncə mühərriki işə salın. Mühərrik sönüklü vəziyyətdə cihazı səsboğucusuna daxil edərlərsə və siz mühərriki işə salarsınızsa, nətiələr pis ola bilər, Mühərrik işlək vəziyyətdə olmalıdır. Qaz vermək tələb olunsa, etiraz edin. Yoxlanış sabit vəziyyətdə aparılmalıdır. texniki baxış müddəti zamanı mühərriki söndürməyin. 2010-2012 1 iyul tarixinə qədər olan avtomobillər AVRO 2, 1 iyul 2012-dən sonra gələn avtomobillər isə AVRO 3 standartına uyğun olaraq yoxlanılır. Həmçinin dəm qazının yoxlanılması Rusiya Federasiyasında qəbul edilmiş və bizdə də keçərli olan GOST-a uyğun aparılmalıdır. Həmin GOST-la buradan tanış ola bilərsiniz : http://pddrussia.ru/items/doc.php?p=38
  5. İşıqların yoxlanılması. Sizin avtomobilin işığı yoxlanılan zaman, yoxlama cihazı çirklidirsə, onu təmizlətdirin. Digər yoxlanışa keçənə qədər nəticəni öyrənin. Çünki avtomobilinidə işıq nizamlayıcısı varsa, ola bilər onun vəziyyəti səhv rejimdədir. Onu düzəldib yenidən yoxlatdırın. Cihaz dəqiq nizamda olmalıdır. Gücgü üzrə kalibrəetmə hər işıq üçün ayrıca olmalıdır. Ortaya qoyub bir dəfəyə etmək düzgün deyil. Nizamlayıcının hərəkətlərinə diqqət edin. Bir faranı edib, digərini yoxlamasalar cihaz bunu nnasazlıq kimi qeyd edəcək. Cihazın proqram təminatı sonradan müdəxilə imkanı verir. Ona görə hər şey Ok olsa belə, ekranın şəklini çəkin. Siz uzaqlaşandan sonra birdən ola bilər nəticəni dəyişərlər. Çünki insan çiy süd əmib. Cihazın arxasında xüsusi halqa vasitəsi ilə hər avtomobilə uyğun ayarlamalar var. Ona görə bu ayarlara diqqət edin. Avtobusun işıqlarını sizin avtomobildə yoxlamasınlar. Cihazdan istifadə qaydalarını verdiyimiz linkdən gotürüb onunla tanış olun. Əgər sapmalar olarsa, təlimat kitabçasında olanları qeyd edin. İşıq nizamlama cihazının təlimatı: https://www.azpdd.info/docs/mld9.pdf İNCLİNATİON SET bölməsinə diqqət edin. Onlar işığın müəyyən edilmiş düşmə bucağını tapmalıdırlar. Əgər bu yoxdursa yerli normativlərə əsaslanmalıdırlar. Milli normativimiz olmadığına görə Rusiya Federasiyasında qəbul edilmiş GOST-dan istifadə edilir : http://docs.cntd.ru/document/gost-r-51709-2001​ Həmçinin cihazda işıqların yerdən hündürlüyü məsafəsini də qeyd etmək lazımdır. Bu dediklərimiz olmasa, o zaman cihaz işıqların nasaz olması haqqında məlumat verəcək.
  6. Amartizasiya və əyləclər. Qanunvericiliyə əsasən amartizasiyaların nasazlığı istismarı qadağan etmir və texniki baxışda bu tələb edilə bilməz. Daha çox sürücülər məhz əyləc yoxlanılmasından “2” alırlar. Avtomobilin əyləc sistemi YHQ 1 saylı əlavəsinə uyğun olmalıdır. Saatda 40 km sürətdə minik avtomobilinin əyləc yolu 12.2 m olmalıdır. Əl əyləci 23 dərəcə bucaq altında avtomobilin hərkətsizliyini təmin etməlidir. Texniki baxışdan uğurla keçmək üçün düz istiqamətdə stendə doğru hərəkət etmək lazımdır. Sükanı fırlatmayın və hər zaman düz saxlayın. Sizdən əl əyləcini dartmağı xahiş etdikdə birdən dartmayın. Ehmalca edin, Birdən dartdığınız təqdirdə avtomobilin arxası sürüşəcək və siz texniki baxışdan keçməyəcəksiniz. Ümumiyyətlə bu yoxlanış zamanı təkərlərin balansı düzgün omalıdır. Təkərdəki hava təzyiqini düzgün nizamlayın.

Həmçinin əyləc sistemləri və avtomobilin texniki sazlığı ilə bağlı GOST-a müraciət edilməlidir.http://docs.cntd.ru/document/1200017699

Əgər avtomobildə texniki nasazlıq varsa, bu iki nüsxəli aktla rəsmiləşdirilməli və texniki nasazlıq barəsində nəticəni bu akta əlavə etməlidir. Sadəcə “get, maşının xarabdır” deməklə geri göndərmək hüququları yoxdur. Əlavə olaraq bu texniki nasazlığın aradan qaldırılması ilə bağlı servisdən rəsmi arayışınız olarsa, avtomobil yenidən yoxlanışa salına bilməz. Bu zaman avtomobil texniki olaraq saz hesab edilir. Hüquqlarınızı bilin və aldanmayın.

Comments are closed, but trackbacks and pingbacks are open.