Press "Enter" to skip to content

BULUDLAR və Onların Təsnifatı

Bulud həlləri, internet vasitəsilə serverlərə, verilənlər bazalarına və digər IT xidmətlərinə icazəni təmin edir. Bu texnologiya bir çox vəzifələri istənilən vaxt və istənilən nöqtədən yerinə yetirməyə imkan verir. Son illər ərzində, bu üstünlükləri nəzərə alıb, şirkətlər, kütləvi şəkildə bulud texnologiyalarına keçməyə başladı. Bugün bulud informasiya texnoloqiyaların əsas istifadə üsullarından birinə çevrilib. Bulud həllərinin əsas üstünlükləri hansılardır?

Bulud həllərinin üstünlükləri hansılardır?

Bulud həlləri, internet vasitəsilə serverlərə, verilənlər bazalarına və digər IT xidmətlərinə icazəni təmin edir. Bu texnologiya bir çox vəzifələri istənilən vaxt və istənilən nöqtədən yerinə yetirməyə imkan verir. Son illər ərzində, bu üstünlükləri nəzərə alıb, şirkətlər, kütləvi şəkildə bulud texnologiyalarına keçməyə başladı. Bugün bulud informasiya texnoloqiyaların əsas istifadə üsullarından birinə çevrilib. Bulud həllərinin əsas üstünlükləri hansılardır?

Sərfəli qiymətlər

Kiçik və orta biznes sahibləri üçün tam təminatlı server avadanlıqlarının icarəsi maliyyə cəhətdən əlverişsizdir. Buna görə son zamanlar sahibkarlar daha çox bulud texnologiyalarını seçirlər. Bulud texnologiyalarının ən vacib üstünlüklərindən biri də istənilən vaxt əlavə resurslar əldə etmək və sadəcə sərf edilən resurslar üçün ödəmək imkanıdır. Bundan əlavə bulud texnologiyasının istifadəsi serverə və digər avadalığa xərclədiyiniz pula qənaət etməyə imkan verir.

Rahat istifadə

Bulud texnologiyaların istifadəsi kifayət qədər asandır. Bu texnologiya güc istehlakını onlarla, hətta yüzlərlə dəfə artırmağa imkan verir. Daha əvvəl də qeyd olunduğu kimi, bulud xidmətləri xərcləri azaldır və şirkətin fəaliyyətinin effektivliyini artırır. Virtualizasiya texnologiyaları sayəsində resursları ehtiyaclarınıza uyğun dəyişdirmək, tətbiqetmələri quraşdırmaq və hər hansı bir yerdən bulud xidmətlərinə daxil olmaq mümkündür. Bu texnologiya sayəsində şirkətinizin işçiləri vəzifələrini həm ofisdə, həm də ofis xaricində yerinə yetirə bilərlər, çünki bütün məlumatlar bir bulud sistemində saxlanılır və lazım olan tək şey internetə çıxışdır. Statistikaya əsasən, ofis işçilərinin 42% -i evdən işləməyi üstün tuturlar və bu imkanı əldə etmək üçün hətta daha aşağı əmək haqqına da razılaşmağa hazırdırlar. Yəni bulud texnologiyasına keçid, həmçinin şirkətin əmək haqqı xərclərini azalda bilər.

Məlumat təhlükəsizliyi

Məlumatların buludda saxlanılması tam təhlükəsizdir. Fiziki serverlər üçün istifadə olunan təhlükəsizlik vasitələri virtual serverlərdə də tətbiq olunur, məsələn: DDoS qoruma funksiyası ilə virtual serverlərə xaricdən çıxış firewall ilə məhdudlaşdırılır. Buludda saxlanılan məxfi məlumatlar istənilən vaxt uzaqdan silinə və ya digər hesaba köçürülə bilər. Bəs virtual şəbəkə sıradan çıxsa nə olacaq? Adətən, bu cür hallar baş vermir, çünki virtual serverlərdən birində problem yarandığı halda, məlumatlarınız dərhal başqa birinə köçürüləcək. Bu arada, köçürülmə prosesi saytınızın fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcək. Ehtiyat nüsxəsinin aparılmasının nə qədər vacib olduğunu hər kəs bilir. Bulud texnologiyaları ilə ehtiyat nüsxəsi sadəcə bir kliklə yaradılır, məlumat itkisi isə demək olar ki qeyri-mümkündür. Nə qədər ki internet bağlantısı var, istifadəçi məlumatları da mövcud olacaq. Faylların nüsxəsini yaratmaq və saxlamaq üçün heç bir əlavə proqram təminatı və avadanlıq quraşdırmağa ehtiyac olmayacaq. Bu proses tam olaraq saxlama platforması tərəfindən yerinə yetiriləcək.

Mövcudluq

Bulud həlləri komanda fəaliyyətini təkmilləşdirmək üçün ən effektiv yollardan biridir. Ofisdəki işçilər ofisdən kənarda çalışanlar ilə məlumatları və yenilikləri real vaxtda paylaşa bilər. Qlobal icazə dünyanın müxtəlif ölkələrində yaşayan mütəxəssislərin birlikdə işləyə biləcəyini nəzərdə tutur. Hostimul müxtəlif VPS (Virtual Şəxsi Server) həlləri təklif edir. VPS planlarımız haqqında daha çox məlumat əldə edin: Linux VPS Windows VPS Cloud VPS Storage VPS Container VPS

BULUDLAR və Onların Təsnifatı

Bulud- havanın hündür təbəqələrində xırda su zərrəciklərinin və ya buz kristallarının sıxlaşıb toplaşmasıdır. Su zərrəciklərindən ibarət olan bulud başlıca olaraq hava kütləsi aşağıdan yuxarıya qalxdıqda rütübətli havanın soyuması və isti rütübətli hava ilə soyuq havanın qarışması nəticəsində əmələ gəlir.

Bulud– havanın hündür təbəqələrində xırda su zərrəciklərinin və ya buz kristallarının sıxlaşıb toplaşmasıdır. Su zərrəciklərindən ibarət olan bulud başlıca olaraq hava kütləsi aşağıdan yuxarıya qalxdıqda rütübətli havanın soyuması və isti rütübətli hava ilə soyuq havanın qarışması nəticəsində əmələ gəlir. Su zərrəcikləri çox olduqda onlar bir-birinə birləşərək ağırlaşır və yağış halında düşür. Yağışdan yuxarı qalxan hava axımı zərrəciklərin yuxarı qaldırır , onlar orada donur və xırda qar dənələri əmələ gətirir.
Buludun atmosferdə əmələ gəlməsi adiabatik soyuma ilə əlaqədardır. Buludların əmələ gəlməsində olan adiabatik soyuma xususilə hava kütləsinin yuxarı qalxmasında böyük rol oynayır. Su buxarının molekul halından damcı şəklinə keçməsi üçün kondensasiya nüvəsi ətrafında şeh nöqtəsi əmələ gəlir və yağış verir. Molekulyar su buxarının damcı halında keçməsi üçün lazım olan temperatura və təzyiqə şeh nöqtəsi deyilir.Buludların hündürlüyü və daxili quruluşu onun atmosferdəki səviyyəsi ilə əlaqədardır. Aydındır ki, kondensasiya səviyyəsi buludun aşağı sərhəddinə düşür. Sıfır izotermi kondensasiya səviyyəsi arasında buludlarda su damcısı saxlanılır. Buz nüvəsi səviyyəsindən yuxarıda sublimasiya prosesi gedir, bulud buzkristallarından ibarət olur. Buludda damcı halında olan maye ilə buz kristalları arasında tam sərhəd yoxdur. Belə qat var ki, qatda həm soyumuş damlacıqlar, həm də buz kristalları olur.
Buludların coğrafi əhəmiyyəti onların yağıntı törətməsidir, onlar Günəş radiasiya sının bir hissəsini saxlayır və bununla da Yer səthinin işıq və istilik rejiminə təsir göstərir.”İstixana effekti” yaratmaqla Yerin istilik şualanmasına mane olur. Buludlar aviasiyanın işini, aerofotoşəkilçəkməni çətinləşdirir vəs.
Buludluluq – göy üzünün buludla örtülmə dərəcəsi buludların miqdarı və ya buludluluq adlanır. Buludluluq göyün onda birinin buludla örtülməsi ifadəsi ilə ölçülür və 0-10 balla qiymətləndirilir. Bulud göy üzünü tam tutduqda buludluluq 10 ədədi ilə göstərilir. Tam aydın adətən müşahidəçi tərəfindən gözəyarı təyin edilir. Amma müşahidə cihazları da mövcuddur.
Adətən , buludların ümumi miqdarı ümumi buludluluqla aşağı buludların miqdarı isə aşağı buludluluqla ölçülür. Bu əhəmiyyətlidir, çünki yuxarı və bəzən də orta buludlar Günəşin qabağını az kölgələndirirlər ki. bu da praktiki cəhətdən az əhəmiyyətlidir.
Buludluluq yer kürəsində istilik dövranına təsir göstərir. Çünki o düz günəş radiasiyanı əks etdirir və yer səthinə gəlməsini artırır, effektiv şualanmaı azaldır, işıqlanma şəraitini dəyişir.
Buludluğun sutkalıq gedişi mürəkkəbdir və daha çox buludun növündən asılıdır. Laylı və laylı-topa buludlar maksimum gecə və səhər olur. Topa buludlar dayanıqsız stratifikasiya ilə əlaqədardır, əsasən gündüz saatlarında əmələ gəlir, gecə yoxa çıxır.

Buludların formalarına görə təsnifatını ilk dəfə 1802-ci ildə qəbul edilmişdir. 1896-cı ildə beynəlxalq bulud atlası tərtib edilir. 1929-1932-ci illərdə isə beynəlxalq təsnifat əsasında bulud atlası nəşr olunur. Bu təsnifat atlasında göstərildiyi kimi bütün buludlar hündürlüklərindən asılı olaraq 3 yarusa və xarici əlamətlərə görə fərqlənən 10 tipə bölünür.
І. Yuxarı yarus buludlar – yəni 6 km-dən hündürlükdə olan buludlar . Troposferin ən yüksək buludlarıdır.Onlar ən aşağı temperaturlarda əmələ gəlirlər və buz kristallarından ibarətdir. Bu buludlar ağ rəngdədir, yarı şəffafdır, günəş işığının qarşısını az alır. Yuxarı yarus buludlarının özülü 3-8km yüksəklikdə qütb enliklərində, 6-18 km-ə qədər mülayim, 6-18 km-ə qədər tropik enliklərdədir Buraya:
1.Lələkli-Cirrus (Ci) buludlar -10km-ə qədər hündürlükdə olur. Buz kristallarından və buz iynələrindən ibarətdir.Lif quruluşlu ağ nazik buludlar şəffaf olur, öz kölgəsi olmur. Növləri: sap şəkilli və sıx. Növləri çoxdur yağıntı vermir. Onlar nazik tel-tel qşvraq xırda kürələr və s. formada olurlar.
2. Lələkli-topa-Cirrocumulus (Cc) -buludlar 7,5 hündürlükdə topa və sıra ilə düzülmüş lələk şəkillidir. Buz kristallarından və buz iynələrindən ibarətdir. Xırda dalğalar və yaxud topalar şəklində ağ nazik qatdır, öz kölgəsi yoxdur. İki növü vardır: dalğalı və topa şəkilli. Yağıntısı olmur.
3. Lələkli-laylı-Cirrostratus (Cs)-buludlar 7,5km hündürlükdə yerləşir. Nazik və ağ örtük şəklində olur. Buz kristallarından ibarətdir. Bir cür nazik ağ bəzən az dalğalı pərdə şəklində lur. Günəş yaxud Ay diskini örtmür.Yağıntısı yerə gəlib çatmır.
Lələkli, lələkli-topa və lələkli-laylı buludlar aviasiyanın fəaliyyətinə mühüm dərəcədə təsir göstərmir.
ІІ Orta yarusun buludları – yəni 2-6km -ə qədər hündürlükdə olan buludlar. Orta yarus buludların özülü müvafiq olaraq 2-4km, 2-1km və 2-8km yüksəklikdə olur.Buraya:
1. Yüksək-topa-Altocumulus (Ac)– 4km hündürlükdə topa və ya sıra ilə yayılır. Çox xırda, çox zaman ifrat soyumuş damcılardan ibarətdir. Ağ bəzən boz və ya göy dalğa, topa, lələkli topa şəklindədir. Onların arasından mavi səma görünür. Bəzən qarışa bilir. Növləri: dalğalı və topa şəkilli. Yağıntısı olmur.Yüksək topa buludların şaquli qalınlığı adətən böyük deyil və yalnız möhkəm yağış-topa buludların qalınlığı 1-2km-ə çatır.
2.Yüksək-laylı-Altostratus (As)– 4km hündürlükdə sıx olub, işıq buraxır. Qar dənəcikləri və xırda damlaların qarışığından ibarərdir. Boz yaxud göyümtül pərdəsi azacıq dalğalıdır. Günəş və Ay donuq şüşədən keçən kimi görünür. Adətən göyün üzünü tutur, yayda yağıntısı yerə çatmır, qışda güclü qar yağmasına səbəb olur.Görünüşü duman şəkilli və dalğalıdır. Yüksək- laylı buludların qalınlığı bir neçə km-i keçə bilər və troposferin böyük təsir hissəsini tuta bilərlər. Bu buludlar aviasiya uçuşlarının çətinləşməsinə böyük təsir göstərə bilərlər.
III Aşağı yarusun buludları -yəni yer səthindən 2km yüksəkliyə qədərdir . Buraya:
1.Laylı-yağışlı-Nimbostratus(Ns)– qalın tutqun , 1,5km hündürlükdə yayılıb uzun sürən yağış verir. Bu buludlar altında iri, üstdə xırda damlalardan ibarətdir. Tutqun boz bulud layları içəridən zəif işıqlanan kimi, yağış da bir cür, fasilələrlə müxtəlif cür görünür, bəzən fasilələrlə gur yağış və ya qar tökülür. Növləri yoxdur. Laylı-yağışlı buludlar əsasən atmosfer cəbhələrində müşahidə olunur. Laylı-yağışlı buludların aşağı sərhəddinin hündürlüyü adətən 0,1km-dən 2km-ə qədər təşkil edir.; şaquli qalınlığı (2-6km) çox vaxt bütün atmosferi tutur. Bu buludlar aviasiya üçün təhlükəlidirlər. Bu buludlarda çox vaxt uçan aparatların buzlaşması müşahidə olunur.
2.Laylı-topa-Stratocumulus (Sc)-2,5km hündürlükdə şar şəklində olub, çox vaxt göy üzünü örtə bilər. Xusüsən qışda təsadüf olunur. Bu buludlar eyni ölçülü damcılardan ibarətdir. İri boz lələkli, dalğalar qalaq yaxud lövhə kimi görünür. Parça parça olur, yaxud göyün üzünü bütov örtük kimi tutur. Yüksək-topa buludlardan az hündürlüyü topaların böyüklüyü və çox sıxlığı ilə fərqlənir. Bu buludlardan çox az hallarda qısamüddətli zəif yağış gəlir. Adətən yağıntı törətmir. Dalğalı və topaşəkilli olur. Bu buludlar 1-2km şaquli uzunluğu malikdirlər. Yayda laylı-topa buludların aşağı sərhəddinin hündürluyu 600-1500m, qışda isə 300-600m təşkil edir. Azərbaycanda yalnız qışda bu buludlardan zəif narın yağış yağır.
3.Laylı-Stratus (St)-1km hündürlükdə olub hündür dumana bənzəyir. Bəzən bu blud parçalanır. Bu bulud parçası Fractostratos (Fs) adlanır. Bircins, boz lay olur, dumana oxşayıra, bəzən aşağıda parçalara bölünür. Adətən bütün göyün üzünü tutur, ayrı-ayrı kütlələrə bölünmüş şəkildə ola bilər. Növləri: dumana oxşar, laylara parçalanmış. Seyrək qara və çiskinə səbəb ola bilər. Laylı buludların qalınlığı 10-100m olur və nadir hallarda 500-800m-i keçir. Bu buludların aşağı sərhəddinin hündürlüyü 100-300m təşkil edir və hərdən onlar 100m-dən aşağı olurlar. Laylı buludlar temperatur inversiyası olduğu halda əmələ gəlir, bu inversiyaya yuxarı qalxan şaquli hava cərəyanı imkan verir. Bu əsas formalardan başqa, buludların digər qarışıq formalarına da təsadüf edilir.
Şaquli inkişaf edən buludlar – bu buludların oturacaqları çox vaxt aşağı bulud səviyyəsində durur. Zirvələri isə orta və hətta yüksək səviyyədə ola bilər. Buraya:
1.Topa-Cumulus (Cu)– 1,5km hündürlükdə çox böyük topalar halında olur. Bəzən parçalanaraq Fractocumulus (Fs) adlanır. Bu buludlar damlalardan ibarətdir, sabit sistemdir, yağıntısızdır. Sıx yüksək , ağ topa və qülləvari zirvəsi və boz və göy rəngdə yastı əsası olan buludlardır. Ayrı-ayrı buludlar və ya böyük yağıntılar şəklində ola bilər. Adətən yağıntı düşmür.Növləri: yastı , orta , qalın. Çox müxtəlif variantları var: parçalanmış- topa-qülləvari, oroqrafik və s.
Topa buludların əməə gəlməsində başlanğıc olan axınlar sakit hava qatını hərəkətə gətirir. Əgər son hava qatında kifayət qədər su buxarı olarsa , onda ağ nazik bulud pərdəciyi əmələ gətirir ki, bunlara da topa buludların “papağı” deyilir. Papaqlar 3-4km hündürlükdə müşahidə olunur. Əgər topa buludlar genişlənməkdə davam edərsə , onun təpəsi bulud pərdəsini deşə bilər. Axırıncı isə topa buludları bürünmüş olur. Bu buludların şaquli uzunluğu: 100m-dən 1km-ə qədər dəyişir. Topa buludlar şaquli uzunluqda 2-6km-ə qədər güclü topa buludlara çevrilə bilərlər. Topa buludlar çox vaxt yayda , payızda və yazda açıq günlərdə müşahidə olunur.
2.Topa-yağışlı-Cumulanimbus (Cb)-1,5km hündürlükdə sıx topa və tutqun olur. Bəzən parçalanaraq Fractonimbus (Fn) kəsilmiş buludunu əmələ gətirir. Topa buludların sonrakı inkişafından yaranır. Günəşin qarşısını kəsərək işıqlanmanı kəskin azaldır. Leysan yağışlar varir. Onların fonunda bir sıra hallarda göy qurşağı müşahidə olunur. Bu buludlar tufanlı buludlar da adlanır. Bu buludlar altında damlalarda və üstdə kristallardan ibarətdir. Ağ sıx , əsası tünd buludlardır. Böyük zindan, dağ və s. kimi görünür. Növləri: keçəl və tüklü göy gurulaması ilə leysan dolu tökülür. Topa-yağışlı buludların aşağı sərhəddi adətən hamar olmur və su damcılardan ibarətdir. Topa-yağışlı buıludların əsası adətən 2km –dən aşağıdır, yuxarı sərhəddi isə 13-15km-ə çata bilir . Aviasiya üçün təhlükəli olan topa-yağışlı buludlardan çox vaxt ildırımlarla müşayət olunan leysan yağışlar yağır. Təyyarələrin topa-yağışlı buludlara düşməməsi üçün uçuşları böyük hündürlükdə həyata keçirmək məqsədə uyğundur, harada ki, ildırımlı buludların üzərində 500m-dən az olmayan təhlükəsiz zonada uçmaq olar. Topa-yağışlı buludlar 50km bir-birindən uzaqda yerləşiblərsə onda onlar arasında uçuş təhlükəsizdir. Topa-yağışlı buludlar üzərində uçuş zamanı təyyarə narahat uçuş keçirə bilər və hətta boşalma , ildırım və dolu zonasına düşmə ehtimalı mümkündür. Buna görə də uçuşlar təkcə topa-yağışlı buludlarda yox Ş hətta onların altında da qadağan edilir.
Bu əsas 10 bulud tiplərindən başqa 100-ə qədər bulud yarımtipləri var. Bunlardan yarılmış (filosus) , uzunsov(uncus), qarışıq(mamilos) və s.
Mənbə:referat.ilkaddimlar.com

Comments are closed, but trackbacks and pingbacks are open.