Press "Enter" to skip to content

Avtomobilin sərfiyyatını necə ölçə bilərəm?

Avtosfer.az bildirir ki, real həyatda avtomobilin yanacaq sərfi kitabda yazılanla düz gəlmir ki, bu da tam təbiidir. Səbəb elmi dillə desək, ölçmə metodikasıdır.
Ötən əsrin 50-ci illərinədək avtomobillərin yanacaq sərfiyyatı belə ölçülürdü: menzurkaya (şüşə qab) müəyyən qədər benzin tökülür və avtomobil poliqonda sürülürdü.
70-ci illərdə menzurka yığışdı, yerini daha dəqiq cihazlar aldı. Bu cihaz karbiratora daxil olan yanacaq borusuna qoşulurdu (eynən məişətdəki su sayğacı kimi).
21-ci əsrdə isə heç bir istehsalçı yanacaq sərfini ölçmək üçün avtomobili poliqonda və ya şəhərdə sürmür. Hər şey laboratoriya şəraitində həll olunur. Burada avtomobil üçün xüsusi temperatur və külək rejimi yaradılır, avtomobil idman alətində qaçar kimi hrəkət edir (bu zaman salona 1 sürücünün ağırlığı qədər yük qoyulur).
Lakin son 80 ildə dəyişməyən bir qayda var ki, bu da elə ölçmə şəraitidir. Yanacaq sərfi 20 dərəcə Selsi temperaturda, küləyin sürəti aşağı olan vaxt və yolun mailliyi maksimum 5 dərəcə olan ərazidə aparılır. Üstəgəl, avtomobilin qızması və sürətlənməsinə sərf edilən yanacaq nəzərə alınmır. Sınaqlar 2-3 min km qət etmiş saz avtomobildə, bütün yağlar və alışdırma şamları dəyişildikdən sonra aparılır.
İndi hörmətli oxucu, söz sənindir. Son abzasda qeyd edilmiş şərtlərdə sonuncu dəfə nə zaman maşın sürmüsən? Bakıda belə şəraiti heç vaxt tapmayacağına əminəm.

Avtomobilin yanacaq sərfiyyatını necə yoxlamalı?

Müasir avtomobillərdə yanacaq sərfiyyatını kompüter hesablayıb sürücü üçün ekrana çıxarır. Əksər avtomobillərdə həm sutkalıq, həm ani, həm də ortalama göstəricini görmək olar. Amma, əgər həqiqi yanacaq sərfiyyatını hesablamaq istəyiriksə, bunu empirik metodla etməliyik. Bunun üçün:

Yanacaq çənini yanacaq doldurma məntəqəsində tam doldururuq. Yəni tapança atana qədər vururuq. Tapança atandan sonra daha vurmuruq
Yanacaq doldurma məntəqəsində hansı avtomatdan vurduğumuzu yadımızda saxlayırıq
Nəqliyyat vasitəsində ümumi və sutkalıq gedilən məsafələrin göstəriciləri olur. Ümumi göstərici oxumaq üçündür. Bunu dəyişə bilmərik. Sutkalıq göstəricini isə “sıfırlamaq” olur. Yanacağı dolduran kimi yola düşməzdən öncə bu sutkalıq göstəricini “sıfırlayırıq”. Əgər sizin avtomobiliniz köhnə modeldirsə yalnız ümumi göstərici olacaq. Bu halda həmin göstəricini telefonunuza və ya bir kağıza qeyd edin
Bundan sonra hansı tip yürüşdə sərfiyyatı ölçmək istəyiriksə, nəqliyyatı o yerdə sürürük. Əgər bizi şəhər rejimi maraqlandırırsa şəhərdə, avtomagistral maraqlandırırsa orada sürürük. 100km-lik yolda sərfiyyatı bilmək üçün 100km sürmək vacib deyil. Amma nə qədər çox sürsək göstərici bir o qədər həqiqətə yaxın olar
Müəyyən qədər sürdükdən sonra yenə həmin yanacaq doldurma məntəqəsinə gedib həmin avtomatın eyni tapançası ilə çən dolana qədər, yəni tapança atana qədər, yanacaq vururuq. Yaxşı olar ki, birinci dəfə də, ikinci dəfə də tapança eyni sürətlə, aşağı sürətlə, vursun
Avtomatın vurduğu yanacağın miqdarını birinci doldurmadan sonra gedilən yola bölüb 100-ə vururuq. Bu da bizim avtomobilin şəhər (və ya şose) rejimində 100km-də işlətdiyi yanacağın miqdarını göstərəcək.

Sərfiyyat = (Yanacaq / Gedilən yol) × 100

Məsələn: Tutaq ki, siz yanacaq vurduqdan sonra 75km yol gedib yenidən yanacaq doldurma məntəqəsinə çatırıq. Eyni tapança 9 litr yanacaq vurduqdan sonra atır. Onda sərfiyyat

(9 / 75)×100 = 0.12×100 = 12 Lt

Deməli bizim nəqliyyat sürülən yol rejimində (şəhər, şose və ya qarışıq yolda) 100km yola 12Lt yanacaq “yandırır”.

Avtomobilin sərfiyyatını necə ölçə bilərəm?

Havalar soyuyan kimi sürücülərin ümumi narazılığı başlayır: yanacaq sərfi çoxdur, çəni 2 gün əvvəl doldurmuşam, qurtarıb və s.

Avtosfer.az bildirir ki, real həyatda avtomobilin yanacaq sərfi kitabda yazılanla düz gəlmir ki, bu da tam təbiidir. Səbəb elmi dillə desək, ölçmə metodikasıdır.
Ötən əsrin 50-ci illərinədək avtomobillərin yanacaq sərfiyyatı belə ölçülürdü: menzurkaya (şüşə qab) müəyyən qədər benzin tökülür və avtomobil poliqonda sürülürdü.
70-ci illərdə menzurka yığışdı, yerini daha dəqiq cihazlar aldı. Bu cihaz karbiratora daxil olan yanacaq borusuna qoşulurdu (eynən məişətdəki su sayğacı kimi).
21-ci əsrdə isə heç bir istehsalçı yanacaq sərfini ölçmək üçün avtomobili poliqonda və ya şəhərdə sürmür. Hər şey laboratoriya şəraitində həll olunur. Burada avtomobil üçün xüsusi temperatur və külək rejimi yaradılır, avtomobil idman alətində qaçar kimi hrəkət edir (bu zaman salona 1 sürücünün ağırlığı qədər yük qoyulur).
Lakin son 80 ildə dəyişməyən bir qayda var ki, bu da elə ölçmə şəraitidir. Yanacaq sərfi 20 dərəcə Selsi temperaturda, küləyin sürəti aşağı olan vaxt və yolun mailliyi maksimum 5 dərəcə olan ərazidə aparılır. Üstəgəl, avtomobilin qızması və sürətlənməsinə sərf edilən yanacaq nəzərə alınmır. Sınaqlar 2-3 min km qət etmiş saz avtomobildə, bütün yağlar və alışdırma şamları dəyişildikdən sonra aparılır.
İndi hörmətli oxucu, söz sənindir. Son abzasda qeyd edilmiş şərtlərdə sonuncu dəfə nə zaman maşın sürmüsən? Bakıda belə şəraiti heç vaxt tapmayacağına əminəm.

Vüqar Yaşaroğlu

Comments are closed, but trackbacks and pingbacks are open.