Press "Enter" to skip to content

Mane olan proqramı necə bağlaya bilərəm

Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa və ya tapşırığın xarakterindən ayrı şərt irəli gəlmirsə, vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq müqaviləsinə xitam verilir.

Tapşırıq müqaviləsini necə bağlaya bilərəm?

Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın (tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs) tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Tapşırıq müqaviləsi əvəzli və əvəzsiz olaraq bağlana bilər.

Tapşırıq müqaviləsinin ümumi məzmunu ondan ibarətdir ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

Əgər tapşırığın məzmunu müqavilədə birbaşa göstərilməyibsə, bu zaman bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir.

Tapşırıq müqaviləsinə əsasən vəkalət alanın yəni tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxsin vəzifələri və məsuliyyəti müəyyənləşdirilib. Vəkalət alan şəxsin istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir:

• peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər;

• vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri;

Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir:

• vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə;

• tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə;

• icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə;

Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır.

Vəkalət alanla yanaşı vəkalət verənin də müqaviləyə əsasən vəzifələri və məsuliyyəti müəyyənləşdirilir. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.
Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa və ya tapşırığın xarakterindən ayrı şərt irəli gəlmirsə, vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq müqaviləsinə xitam verilir.

Hazırladı: Sevinc Quliyeva

Mane olan proqramı necə bağlaya bilərəm?

Salam. Telefona gəldi ki com.android.provision etkinleşdir. Mən etkinləşdir-ə basdım,indi tez-tez ekrana gəlir cihaz yöneticisi filan,bağlayıram,yenə gəlir. Telefonu işlətməyə mane olur,nə edə bilərəm?

Sualı verdi: Vahidou ( 23/11/2016 )
Kateqoriya: Sual . Com.android.provision. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Uninstaller yükləyin və silin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (4 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (9 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (9 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.