Press "Enter" to skip to content

Avtobus sürücülərinin təklifi ilə bağlı hökumətə müraciət ediləcək

9.Beyləqan – 4.66 AZN

Dayanacaqlar və qaydaları pozan sərnişinlər

Avtobusların dayanacaqdan kənar yerlərdə saxlayıb sərnişin mindirməsi və düşürtməsi bizim paytaxtın problemlərindən biridir. Dəfələrlə bu problemin həllinə cəhdlər olub. Əhalinin avtobuslara rahat minib-düşmələri üçün yollarda ayrıca zolaqların yaradılmasına, dayanacaqların sayının çoxaldılmasına, dayanacaqdan kənar avtobus saxlayan sürücülərin cərimələnməsinə baxmayaraq, yenə də belə hallar müşahidə olunmaqdadır. Elə son günlər dayanacalardan kənar saxlayan avtobus sürücülərinin cərimələnməsi gündəmdədir. İndi problemin həll olunmasına bu yolla cəhd olunur.

Avtobuslar hamımız üçündür. Sübh tezdən gecə yarısına qədər bizlərə xidmət edən ictimai nəqliyyatın bu növünün qayğısına hər birimiz qalmalı, bir növ ictimai nəzarət funksiyasını həyata keçirməliyik. Axı problemlərin yaranmasında bizlərin də günahımız var. Harada gəldi, avtobusa əl edib dayanmasını istəyirik. Düşmək lazım olanda da dayanacaqdan kənarda saxlamağı sürücüdən tələb edirik.

Hələ yaratdığımız problemlər bununla bitmir. Çoxları avtobusda qocalara, qadınlara və uşaqlı sərnişinlərə yer vermir. Pəncərəni istədiyi zaman açıb-bağlayanlarımız da çoxdur. Oturacaqların cırılması, yazılması, hətta ayağın olmayacağı yerlərdə ayaq izlərinin olması adi hal alıb. Gediş haqqını verməyib düşənlər də var. Avtobusda xəstə, yorğun insanın, körpənin olduğunu bilə-bilə ucadan danışan, telefonun musiqisinə qulaq asanlara da rast gəlinir. Hələ bədənindən, ağzından iy gələnləri, sərnişinlərin rahatlığını pozan, üstlərini bulaşdıracaq yüklərlə minənləri demirəm.

Biz şəhər həyatı yaşayırıq. Avtobusların dayanacaqlardan kənar dayanmaları həm sərnişinlərin hüquqlarını pozmuş olur, həm də yollarda olan digər avtomobil sürücülərinin. Avtobusdakı sərnişinlər gecikir, digər sürücülər isə əziyyət çəkirlər. Ona görə başqalarının hüquqlarını tapdamamalı, öz hüquqlarımızı gözəl bilməliyik. Bu tələb avtobus sürücülərinə də aiddir. Avtobus nəqliyyatında olan çatışmazlıqlarda onların da günahları çoxdur. Sürücülər hərəkətin digər iştirakçıları ilə bərabər çalışdığı şirkətə, onun sahibinə hörmət etməyi bacarmalıdır.

Axı onun törətdiyi qanunsuzluğa görə daşıyıcı şirkət də məsuliyyət daşıyır, tətbiq olunan cərimələri onlar ödəməli olurlar. Sahibkarın vergi, kredit ödədiyini, işçi saxladığını başa düşmək lazımdır. Ona görə də, həm sərnişinlər, həm də sürücülər öz hüquqlarını bilməli və ona əməl etməlidirlər. Adi elementar qaydalarla bərabər, qanuni hüquqlarımızı da öyrənməliyik. Xüsusilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”nda sərnişinlərin və sürücülərin hüquqları aydın göstərilib. Cəmiyyət üzvlərinin maarifləndirilməsinə böyük yer ayıran “Avtomobil.az” qəzeti adı çəkilən qaydalardan bilməli olduğumuz məqamları diqqətinizə çatdıracaqdır. Bu sayımızda sərnişinlərin mindirilib-düşürülməsi qaydalarına yer ayırmışıq.

Avtobusların dayanacaqlardan kənar dayanmaları haqqında danışarkən qeyd edək ki, hər gün xidmətlərindən istifadə etdiyimiz avtobuslar müəyyən marşrut daxilində hərəkət edirlər. Marşrut avtobusları istədikləri yolla necə gəldi gedə bilməzlər. Avtobuslar müəyyən edilmiş dayanacaqlar və məntəqələr arasında hərəkət etməlidirlər. Hər bir marşrut avtobusu marşrutun dayanacaq məntəqələri üzrə reyslərin yerinə yetirilməsi vaxtı (həftənin günləri, günün saatları və dəqiqələri) haqqında məlumatları özündə əks etdirən hərəkət cədvəlinə malik olmalıdır.

Hər bir sərnişinin də həmin hərəkət cədvəlindəki məlumatları almaq hüququ var. Həmin hərəkət cədvəlində nəzərdə tutulmayan, yol hərəkəti qaydaları ilə qadağan olunmuş məntəqələrdə və yerlərdə sərnişinlərin minib-düşməsinə yol verilmir. Qaydaların avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının ümumi şərtləri bölməsində də göstərilir ki, sərnişinlərin avtonəqliyyat vasitələrinə minib-düşməsi yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra müvafiq dayanacaq məntəqələrində həyata keçirilə bilər. Sərnişinlərin hüquq və vəzifələri bölməsində isə göstərilir ki, sərnişin avtonəqliyyat vasitəsini yalnız minik meydançasında, meydança olmadıqda isə səkidə gözləməlidir.

Hökmən tələb edilməyən dayanacaqlarda dayandırılmasının zəruriliyi barədə sürücünü əvvəlcədən xəbərdar etməlidir. Sürücülər də sərnişinlərin avtonəqliyyat vasitəsinə minib-düşməsini xüsusi minik meydançasından, belə meydança olmadıqda isə səkidən və ya yolun çiyni tərəfdən yalnız avtonəqliyyat vasitəsi tam dayandıqdan sonra həyata keçirməlidir. Sərnişinlərin səki və ya yolun çiyni tərəfdən minib-düşməsi mümkün olmayan hallarda, onlar təhlükəsizlik tədbirlərini görmək və hərəkətin digər iştirakçılarına maneə yaratmamaq şəraiti ilə yolun hərəkət hissəsindən mindirilib-düşürülə bilərlər. Əslində sərnişin avtobus sürücüsünə “saxlayın!” sözünü deməməlidir. Çünki avtobuslar marşrut boyu bütün dayanacaqlarda hökmən dayanmalıdırlar.

Məsələ ilə əlaqədar əks fikirlər söyləyənlər də var. Bu baxımdan, sürücülər üçün gündəlik planın çoxluğu, bir çox marşrutların himayə olunması, marşrut xətlərinin düzgün planlaşdırılmaması, dayanacaqların azlığı, yollarda keçidlər arasında məsafənin uzaqlığı, dayanacaqların taksi və digər minik avtomobilləri tərəfindən zəbt edilməsi, sürücülərin təhqir olunması və s. qeyd oluna bilər. Amma biz sərnişinlər problemin həll olunmasına böyük kömək edə bilərik. Bunun üçün hər birimiz istifadə etdiyimiz marşrutların hərəkət cədvəli ilə yaxından tanış olmalı və dayanacaqlardan istifadə etməliyik. Belə hərəkətlərimizlə məcbur edərik ki, səhlənkar sürücülər, marşrutların normal işləməsində maraqlı olmayan qüvvələr qaydalara tabe olsunlar.

Seymur Yunusov

© 2009 Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “avtomobil.az”a istinad zəruridir.

Avtobus sürücülərinin təklifi ilə bağlı hökumətə müraciət ediləcək

Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Tarif Şurasının məlumatında bildirilib.

Məlumata görə, müraciətdə göstərilən məsələrlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb.

Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Avtovağzalda bölgələrə biletlərin rəsmi qiyməti – SİYAHI

BAKU.WS mətbuat.az-a istinadən xəbər verir ki, ən çox şikayətlər sürücülərin özbaşına qiymət qoyması, bayram ərəfəsi yaranan sıxlıqla bağlıdır.

Sərnişinlər bildirirlər ki, kassaya yanaşdıqda onlara biletin olmadığını deyirlər. Halbuki avtobuslar tamamilə boş olur və sürücülər onlardan ikiqat qiymət alırlar.

Əksər sərnişinlərin isə biletlərin əsl qiymətlərindən xəbəri yoxdur. Buna görə də, sürücülərin süi-istifadəsinə göz yumub, az qala ikiqat məbləğ ödəyirlər.

Azərbaycanın bütün bölgələrinə gedən avtobus marşurutlarının biletlərinin qiymətlərini təqdim edirik:

1.Ağcakənd – 5.58 AZN

2.Ağcabədi – 4.90 AZN

3.Ağdaş – 4.24 AZN

4.Ağstafa – 7.07 AZN

6.Arabaçı – 7.73 AZN

7.Astara – 5.07 AZN

8.Balakən – 7.06 AZN

9.Beyləqan – 4.66 AZN

10.Bərdə – 4.88 AZN

11.Biləsuvar – 4.16 AZN

12.Böyük Qışlaq – 7.41 AZN

13.Çayrəsullu – 7.81 AZN

14.Cəlilabad – 3.38 AZN

15.Daş Salahlı – 7.52 AZN

16.Daşburun – 4.24 AZN

17.Daşkəsən- 6.18 AZN

18.Əhmədbəyli – 4.72 AZN

19.Gədəbəy- 6.91 AZN

20.Gəncə – 5.57 AZN

21.Goranboy – 5.01 AZN

22.Göyçay – 4.05 AZN

23.Göygöl- 5.72 AZN

24.Hacıhətəmli- 3.74 AZN

25.Həzrə- 3.76 AZN

26.Horadiz – 4.78 AZN

27.İmanqulukənd – 3.16 AZN

28.İmişli – 4.13 AZN

29.İsalı – 7.66 AZN

30.İsmayıllı – 4.16 AZN

31.İvanovka (Gədəbəy) – 7.63 AZN

32.Kəmərli – 8.24 AZN

33.Kürdəmir – 3.02 AZN

34.Lerik – 5.26 AZN

35.Lənkəran – 4.35 AZN

36.Mahrızlı – 5.92 AZN

37.Masallı – 3.78 AZN

38.Mingəçevir – 4.93 AZN

39.Nabran – 3.50 AZN

40.Naftalan – 5.22 AZN

41.Novosaratovka – 7.41 AZN

42.Oğuz – 5.57 AZN

43.Piral – 3.26 AZN

44.Qabaqçöl – 7.32 AZN

45.Qaradağlı – 6.26 AZN

47.Qaymaqlı – 7.68 AZN

48.Qazax – 7.26 AZN

49.Qəbələ – 5.04 AZN

50.Qəribli (Tovuz) – 7.62 AZN

51.Qırmızı Körpü – 7.90 AZN

52.Qızılağac – 4.13 AZN

53.Qoşabulaq – 7.39 AZN

54.Quba – 2.67 AZN

55.Qusar – 2.83 AZN

56.Quzanlı – 5.70 AZN

57.Saatlı – 3.06 AZn

58.Sabirabad – 2.82 AZN

59.Şabran – 1.95 AZN

60.Şamaxı – 1.86 AZN

62.Şəki – 5.63 AZN

63.Şəmkir – 6.16 AZn

64.Siyəzən – 1.60 AZN

65.Tərtər – 5.18 AZN

66.Tovuz – 6.78 AZN

67.Ucar – 3.76 AZn

68.Xaçmaz – 2.51 AZN

69.Xaçmaz (0ğuz) – 2.51 AZN

Comments are closed, but trackbacks and pingbacks are open.