Press "Enter" to skip to content

Bitləri dərmansız necə təmizləməli? TƏBİİ ÜSULLAR

Dermatoloqun sözlərinə görə, baş biti qan əmmə əsnasında hansısa bir xəstəlik yaymır. Amma bədən biti həyat şəraiti pis, baxımsız insanlarda görüldüyü üçün müharibə vaxtı, ya da kasıb toplumlarda tif kimi yoluxucu xəstəliklərə səbəb olur. Qasıq biti isə cinsi yolla bulaşan bir xəstəlikdir. Qasıq tüklərindən başlayıb saqqaladək bütün tüklü bölgələrə yayılır. Hətta uşaqların kirpiklərinə də keçə bilir.

İmtahan Stressini Azaltmaq üçün 5 Metod – 2023 ƏN YENİ

Əlbəttə ki, imtahan şəxsin biliklərini yüzdə yüz ölçən bir sistem olmasa da imtahana girmək qədər imtahan düşüncəsi “İmtahanda nə qədər bal toplayacam? Uğurlu ola biləcəmmi?” qayğısı, gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri abituriyentlərin imtahanda daha çox həyəcanlanmasına və stress yaşamasına səbəb olur. İmtahan stressi isə beynin işləmə mexanizminin zəifləməsinə səbəb olur və bunun nəticəsində abituriyent imtahanda bildiklərini layiqincə ifadə edə bilmir və çox təəssüfki ya imtahandan kəsilir, ya da öz potensialından aşağı bal toplayır. Əvvəlcə bunu demək istəyirəm ki, sən tək deyilsən! Bu yaşadığın stressi və həyəcanı demək olar ki, hər kəs və indi bu yazını yazan mən də yaşamışam. İndi isə məqsədim sənin də o stressi və həyacanı yaşamaman və ən azından azda olsa azaltmağın üçün sənə əlimdən gələn köməyi etmək istəyirəm. Elə isə gəl çox vaxt itirmədən başlayaq!

Bəs imtahan stressini necə azalda bilərəm?

Bunun üçün sənə elmi araşdırmalara əsaslanmış və öz təsdiqi tapmış metodları vermək istəyirəm:

1.Kiçik Hədəflər Qoy!

Bəzən elə olur ki, biz özümüzə çox böyük və potesialımıza uyğun olmayan hədəflər qoyuruq. Və sonradan həmin hədəfə çatmayanda isə xəyal qırıqlığına uğrayır, özümüzə olan inamımız azalır. Bu xəyal qırıqlığını yaşamamaq üçün ən faydalı olanı isə önümüzə kiçik hədəflər qoymaqdır. Bununlada hədəfimizə çatdıqda və hətta qoyduğumuz hədəfdən daha yaxşısını bacardıqda daha xoşbəxt olur və özümüzə olan inamımız artır. Nəticə etibari ilə imtahan üçün “Mən mütləq 700 bal toplayacam, Mən mütləq 600 balı keçəcəm” deməməyə çalış. Kiçik və potensialına uyğun bal toplamağı hədəflə!

2.Yuxu rejiminə diqqət et!

İmtahanda bildiklərini ən yaxşı şəkildə nümayiş etdirmən üçün bəlkədə ən vacib amillərdən birincisidir. Yuxu rejimini son 1 ay və xüsusilədə 1 həftə qalmış normaya salmağa çalış. Çünki araşdırmalara görədə gündə ən az 6 saat yatan insan gündəlik işlərini daha rahat davam etdirə və daha düzgün düşünə bilirlər. İmtahana isə yuxusuz girən insanın uğurlu olma ehtimalı sual altındadır.

3.Yüngül qidalan!

İmtahan səhəri günə ən vacibi pozitiv enerji və özünə inam ilə başladıqdan sonra 1 stəkan su iç. Daha sonra sağlam və yüngül səhər yeməyini ye. Ağır qidalardan isə son 1 həftə uzaq durmağa çalış. Sağlam qidalanmaq bildiyiniz kimi, beynimiz və onunla bağlı olan həzm sisteminiz üçün vacibdir.

4.İmtahana erkən getmə!

Hər imtahan günüm yadıma düşdükdə özümdə bir səhv tuturam ki “Sən axı imtahana niyə bu qədər erkən getdin və niyə imtahana 2 saat qala otağa daxil oldun?!” Mənim etdiyim səhvi sən etmə çünki mənə görə imtahan stressini yaşamamaq üçün ən vacib olanı odur ki, imtahanın keçirildiyi məktəbə tez getməmək və hətta otağa gec daxil olmaqdır. Çünki belə olduğu halda, dəqiqələr keçməməyə başlayacaq və bunun nəticəsində həyəcanın iki qat artacaq. Hətta lap rahat olacağını düşünəcəksənsə imtahanın keçirələcəyi məktəbi və otağı əvvəlcədən ziyarət et və mühitə adaptasiya ol.

5.Özünə İnan!

Çünki sən 2 il ərzində kifayət qədər çalışdın, əlindən gələnin ən yaxşısını etdin, gecə-gündüz oxudun! Bu halda niyə özünə inanmayasan ki?! Pozitiv düşünərək bildiklərini son 1 həftə təkrar edə bildiyin qədər təkrar et və xəyal qur “sən artıq tələbəsən”. Bu düşüncə ilə bərabər ən vacib olanını et özünə inan! Çünki uğur özünə inamdan başlayır…

Və artıq metodlarla tanış oldun ümidvaram sənə azda olsa kömək edə bildim. İmtahanda və təhsil yolunda sənə uğurlar arzu edirəm! Bunuda unutma ki, hər bir imtahanda nə dərəcədə uğur qazanıb-qazanmamandan asılı olmayaraq imtahan sistemi sənin biliyini yüzdə yüz ölçən bir sistem deyil!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bitləri dərmansız necə təmizləməli? – TƏBİİ ÜSULLAR

Bakıda bitlərin yayılması ilə bağlı xəbərlər yayılıb.

Xüsusilə də azyaşlı və ibtidai siniflərdə oxuyan uşaqların bitlənməsi valideynlərin böyük narahatlıqlarına səbəb olur. Bəs bitlənmə nədən yaranır? Onun fəsadları nələrdir? Bit yayılan zaman nə etmək lazımdır? Ailem.az türkiyəli dermatoloq Funda Atamanın bu haqda məsləhətlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, insanda üç fərqli bit növü xəstəlik yarada bilir. Bunlar baş, bədən və qasıq bitidir. Bitlər insanların düşündüyünün əksinə, hoppana və uça bilmir. Üç cüt ayağı olan 2 mm-dən balaca kiçik qanadsız böcəklərdir. İlk zamanlar sirkə kimi bilinən yumurtaların yaranması ilə ortaya çıxır. Yaxın təmas, daraq, geyimlər, yaylıq, papaq, cib telefonu, qulaqcıq kimi əşyalarla yayıla bilir. Ev heyvanları isə insan biti üçün daşıyıcı deyil: “Bütün dünyada bitlər dərmanlara qarşı müqavimət göstərmələri ilə bilinən bir problemdir. Bit gündə 5 dəfə pəncələrini dəriyə keçirərək qan əmir. Qan əmdikdən sonra gənə kimi şişməsə də, həzm etdiyi qanın təsiri ilə pas rəngi alır. Bitin tüpürcəyi və nəcisinin dəriyə təması qızarıqlıq və qaşıntıya, bəzən də iltihablı yaralara səbəb ola bilir. Dişi bit 1 aylıq həyatının hər bir günündə təxminən 6 ədəd yumurta qoyur. Bitlər yumurtadan ortalama 1 həftədə çıxır. Bit müalicəsinin həftədə bir dəfə təkrarlanmasının səbəbi də budur. Baş biti uşaqlarda daha çox görülür. Baş biti ən çox boyun və qulaq arxası saç dərisində olur. Qız uşaqları daha asan bitlənir”.

Dermatoloqun sözlərinə görə, baş biti qan əmmə əsnasında hansısa bir xəstəlik yaymır. Amma bədən biti həyat şəraiti pis, baxımsız insanlarda görüldüyü üçün müharibə vaxtı, ya da kasıb toplumlarda tif kimi yoluxucu xəstəliklərə səbəb olur. Qasıq biti isə cinsi yolla bulaşan bir xəstəlikdir. Qasıq tüklərindən başlayıb saqqaladək bütün tüklü bölgələrə yayılır. Hətta uşaqların kirpiklərinə də keçə bilir.

Bitlərin təmizlənmə üsulundan danışan F. Ataman deyir ki, müvəffəqiyyətli bir müalicə üçün ailə üzvlərinin təmasda olduğu şəxslərin də müalicəsi lazımdır: “Saç bantlarının, daraqların, fırça, papaq, yastıq, ev və maşında olan oturacaqların baş qoyulan hissələrinin silinməsi və yuyulması vacibdir. Dərmanlar quru saça sürtülməlidir. Bit su ilə qarşılaşınca nəfəs yollarını bağlayır və yarım saat nəfəs almadan qala bilir. Nəfəs yollarını bağladığı üçün dərman bitə təsir etmir və öldürmür. Dərmanlar nəfəs yolunu iflic edərək təsirli olur. Yumurtalarda ilk 4 gün sinir sistemi inkişaf etmədiyi üçün bu iflic edici dərmanların təsiri olmaz. Buna görə qalıcı təsirli dərmanlar istifadə edilməli və ya 1 həftə sonra müalicə təkrarlanmalıdır. Saçların kəsilməsi bitin çox olduğu durumlarda düşünülə bilər. Mexaniki təmizləmə, yəni bit və sirkələrin əllə artlanması, sıx dişli bit daraq ilə darama dərman istifadə etmədən faydalı ola bilər. Bit darağı ilə darayarkən saçı su, sirkə, zeytun yağı, ya da saç kremi ilə nəmləndirmək işinizi asanlaşdıracaq. Bu darama işi 3-4 gündə bir 15-30 dəqiqə arayla təkrarlanmalıdır. Saç təmizləndikdən sonra 2 həftə daha davam edilməlidir. Vazelin və ya mayonez ilə həftədə bir dəfə, ən az 10 dəqiqə saçların sürtülməsi də dərmana ehtiyac görülməyən alternativ üsullardandır. Bu vasitələr saça bol sürtülməlidir, beləcə, bit nəfəs ala bilməz və ölər. Həmçinin 30 dəqiqə ərzində saç qurutma aləti ilə isti hava tətbiq edərək, bitlərdən azad olmaq olar”.

Saglamolun.Az

Stress, əsəb, təşviş ürəyi necə məhv edir? – 3 ay bəs edir ki.

Deyirlər, bütün xəstəliklərin kökü əsəbdən, sinirdəndir. Bir insan nə qədər uzun müddət gərgin, əsəbi, təşvişli dönəm keçirirsə, onun ürək, qan-damar, beyin və təzyiq xəstəlikləri bir o qədər erkən başlayıb xronikləşir.

Deyilənə görə, 3 ay əsəbi mühit kifayətdir ki, bir çox problemlər başlasın.

Milli.Az xəbər verir ki, bəzən nevroloqlar yanlış olaraq depressiya, nevroz, panik atakın insanı öldürmədiyini deyib, xəstələri axrayın edirlər.

Bəli, panik atak, təşviş zamanı insanın ürəyi çırpınsa da, təzyiqi kəllə çarxa çıxsa da, bu tutmalar onu həmin an öldürmür. Amma bu hallar təkrarlandıqca sonda ürək dözmür.

Bəs nə baş verir ki, əsəb, təşviş ürəyi sıradan çıxarır?

Stress zamanı yuxu pozulur, bu da beynin yüklənməsinə, damarların sıxılmasına, lazımi hormon olan melotoninin sintezinin azalmasına səbəb olur.

Yuxusu pis olan insan pessimist, yorğun olur, iş qabiliyyəti aşağı düşür

Stress və təşviş zamanı baş ağrıyır, tənəffüs pozulur, döş qəfəsində spazmlar olur, həzm orqanlarının işi pozulur.

Ürək nevrozu, mədə nevrozu, bağırsaq nevrozu – yəqin ki, bunlar barədə eşitmisiniz.

Stress hormonal fonu pozur, libidonun səviyyəsini aşağı salır.

Tədqiqatlar göstərib ki, ürəyin işemik xəstəliyi və infarktı olan xəstələrin 80%-də uzun müddətli depressiv vəziyyətlər, asteniya, panik ataklar olub.

Kəskin stress ürəyin ritmini pozur, aritmiya, stenokardiya başlayır.

Alimlər sübut edib ki, hətta ürəyi sağlam olan insan güclü stress, qorxu, itki keçirdikdən sonrakı 6 ayda ciddi ürək xəstəlikləri tutub.

Ən təhlükəlisi xroniki stresdir, yəni bitməyən stress. İnsan emosional durumuna nəzarəti bütünlüklə itirir, nevroz, əsəbi olması ilə barışır, bununla artıq mübarizə aparmır.

Stress, panik atak zamanı qana adrenalin və kortizol çox miqdarda sıçrayır ki, nəticədə ən xırda damarlardan tutmuş venalara kimi spazm və sıxılma baş verir. Damarlar sıxıldıqca qan keçiriciliyi azalır, pozulur, daralma və ya ateroskleroz baş verir.

Zamanla stress bütün qan dövranını yükləyir, ürəyə, beyinə, böyrəklərə normal qan axını baş vermir, gah artan, gah azalan təzyiq də damarlara düşən yükü artırır. Bununla da qan damarlarına bağlı beyin və ürək kimi orqanlar daim gərgin rejimdə çalışır və oksigensizlikdən əziyyət çəkir.

Qan dövranı normal olmayan ürək əzələsi də getdikcə qüvvədən düşür.

Ona görə də əsəbi insanların daha çox infarkt və insult olma riski yüksəlir.

Əgər sizin ürək sarıdan problemləriniz varsa, çox güman ki, əsəbləriniz də sakit deyil.

Nə etməli: stress faktorundan uzaqlaşmalı, bol səyahət etməli, mütləq ildə 2 ay tətilə çıxmalı, həmişə sakitləşdiricilər içməli. Əgər nevroz, panik atak və qorxularla baş edə bilmirsizsə, nevroloq, psixoloq, psixiatr yardımından istifadə etməlisiniz. /medicina.az

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.